Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar .....                     Rüşvət verməmək üçün ev tikintisində nələri bilmək lazımdır? .....                     Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilir .....                     Qubanın icra başçısı da bu şirkətlərlə "işləyir"... .....                     Valideynlərin çoxu övladına diplom almaq arzusundadır .....                     Yenidən sərt karantin rejimi tətbiq edilə bilər .....                     XİN-in həbsdə olan şöbə müdiri .....                     Oqtay Əsədov ATƏT-in faktaraşdırıcı missiyası ilə bağlı məsələ qaldırdı .....                     “Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz” .....                     Sabunçu rayonu ərazisində karantin rejimi qaydalarına əməl etməyən restoran aşkar edilib .....                     Yeni koronavirus dərmanı dayanıqlı immunitet yaradır .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır .....                     Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR .....                     Qarabağda koronavirus TÜĞYAN EDİR: .....                     Hacı İbrahimin baş mühasibi .....                     Büdcəni boşaldan lüzumsuz xərclər: Hökumət kimin pulunu kəsəcək? .....                     “Sən başqa heç nə edə bilmirsən, Nikol” .....                     Qəzənfər Ağayevin SEVİMLİ ŞİRKƏTİ .....                     "Bizdə alim sosial şəbəkələrdə qaragüruh kütləyə yaltaqlanır" .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 948 nəfərə çatıb .....                     Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır .....                     "Yuvam" mebel müştərinin 2 min manat pulunu mənimsəyib? .....                     “Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” .....                     "Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz" .....                     Füzulidə fermerlərin suyu kəsilib .....                     Bakıda 21 yaşlı gənc bıçaqlanıb .....                     Gürcüstanda daha 296 nəfər koronavirusa yoluxub .....                     Azərbaycan neftinin qiyməti artıb .....                     “Son günlər kimlərsə məni haqq yolundan döndərməyə çalışır” .....                     Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub .....                     Saxtalaşdırılan avtomobil nömrələri, kriminal qüvvələr: .....                     Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur .....                     Cəlilabadda həkimi avtomobil vurub .....                     “Müharibənin sərt üzü ilə qarşılaşmağa hazır olmalıyıq, çünki...” .....                     Ağdamda bu təhsil ocağında nələr baş verir? .....                     “Müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər” .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     “Artıq həlledici məqam yetişib və biz ona hazır olmalıyıq” .....                     Hökumət və səhiyyə sistemi birgə çevik çalışarsa... .....                 

ABŞ “Ruzvelt” gəmisini niyə Qara dənizə göndərir? - TƏHLİL
Tarix: 16-09-2020, 10:34 | Çap et
ABŞ “Ruzvelt” gəmisini niyə Qara dənizə göndərir?
ABŞ Hərbi-Dəniz Qüvvələrinin "USS Roosevelt (Ruzvelt)" destroyeri NATO müttəfiqləri ilə birlikdə regional təhlükəsizliyi qorumaq üçün Qara dənizə yola düşüb.

Ovqat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın 6-ci donanması yayıb.

““USS Roosevelt” dəniz əməliyyatları aparmaq üçün Aralıq dənizindən Qara dənizə şimal tranzitinə başlayır", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, altıncı donanma ABŞ-ın müttəfiq və tərəfdaşlarını dəstəkləmək üçün Qara dənizdə müntəzəm olaraq fəaliyyət göstərəcək.

Ovqat.com-un analizinə görə, son zamanlar ABŞ hərbi qüvvələrinin Qara dəniz cəmləşməsi prosesi aydın şəkildə özünü göstərir. İki gün öncə ABŞ-a məxsus strateji B-52N təyyarələrinin də Ukrayna hava məkanında müntəzəm uçuşlarının təşkil ediləcəyinə dair rəsmi məlumat verilmişdi. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Aviasiya Komandanlığının yaydığı məlumata görə, bundan sonra ölkənin səması ABŞ-ın strateji bombardımançıları ilə birgə qorunacaq və sərhəd boyunca müntəzəm uçuşlar həyata keçiriləcək. Rəsmi Kiyevin çıxardığı bu qərar ABŞ-ın ən güclü təyyarələrinin artıq Ukraynada yerləşdirilməsi anlamına gəlir. Ukrayna rəsmiləri bu dislokasiyanın “Qara dənizi “Rusiyanın gölü” olmaqdan çıxarmağa”, başqa sözlə desək, bu dəniz üzərində rus hegemonluğuna son qoymağa xidmət etdiyini açıq şəkildə bildirirlər.

ABŞ hərbi donanmasının ən güclü gəmilərindən sayılan “USS Roosevelt” destroyerinin 6-cı donanmanın heyətində Qara dənizə göndərilməsi də bu mənada təsadüfi sayılmaya bilər. Belə ki, İtaliyanın Napoli hərbi limanında yerləşən 6-cı donanmanın əsas missiyası Aralıq və Qara dənizlərə nəzarəti həyata keçirməkdir. “USS Roosevelt” destroyeri isə ABŞ-ın ən böyük təyyarə gəmisidir. Zaman-zaman müxtəlif donanmaların heyətinə daxil edilən “USS Roosevelt” ABŞ-ın hərbi gərginlik yaşadığı ən qaynar nöqtələrinə göndərilir. Ötən il bu gəmi 5-ci və 7-ci donanmanın tərkibində xidmət göstərirdi. Həmin donanmaların missiyası Sakit okeanın “təhlükəsizliyi”dir. 5-ci donanmanın tərkibində Fars körfəzinə qədər gələn “USS Roosevelt” İrana əzələ nümayiş etdirmişdi. İndisə Rusiya ilə ABŞ arasında ziddiyyətlərin artdığı bir zamanda onun Qara dənizə hərəkət etməsi yaxın günlərdə iki super güc arasında gərginliyin kulminasiya nöqtəsinə çıxacağından xəbər verir.

Qeyd edək ki, Rusiya-ABŞ gərginliyi təkcə Qara dənizdə özünü büruzə vermir. İndiyədək Rusiyanın yeganə hegemon güc olduğu Şimali Buzlu okean da hazırda NATO hərbi donanmasının əsas hədəflərindən birinə çevrilib. Verilən məlumatlara görə, Britaniyanın “Sutherland” freqatı və “TİDESPRİNG” Hərbi Dəniz tankerləri, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Russell” destroyeri (esminets) və Norveçin “Thor Heyerdahl” freqatının da yer aldığı NATO donanması ötən həftə Barents dənizində hərbi təlimlər keçirməyə başlayıb. Böyük Britaniyanın Kral donanmasının məlumatına görə, NATO gəmiləri Uzaq Şimalda “çətin əməliyyat” şəraitində bu təlimləri keçirirlər.

Hərbi mütəxəssislərin bildirdiyinə görə, NATO hərbi donanmasının bu əməliyyatı çox da uğurlu alınmayıb. İddia olunur ki, Uzaq Şimalda keçirilən bu təlimlərin əsas məqsədi “Arktika kimi həyati əhəmiyyət daşıyan rayonda hamı üçün üzmək azadlığını və sülhü qorumağa sadiqliyini” nümayiş etdirməkdir.

Rusiyalı ekspertlərin sözlərinə görə, NATO-nun sözgedən bəyanatına "üzmək azadlığı" anlayışı əbəs salınmayıb. Belə ki, bu ilin may ayında Rusiya Müdafiə Nazirliyi Arktika regionunda manevrlər keçirmiş və Şimali Atlantika Alyansının Hərbi-Dəniz Qüvvələrinin Kola yarımadasına keçməsinə imkan verməmişdir. Böyük Britaniya, ABŞ və Alyansın digər ölkələrinə görə isə, Arktika yalnız Rusiyaya aid deyil və bölgə istənilən ölkənin gəmilərinə, o cümlədən hərbi donanmasına açıq tutulmalıdır. Məhz bu səbəbdən, NATO qüvvələri soyuğa davamlı gəmilərini bir araya gətirərək, “Şimali dəniz yolu akvatoriyasında keçiş təhlükəsizliyinin təmin olunması” adı altında son əməliyyatlara start vermiş və Barents dənizinə qədər irəliyə bilmişdi. Hərbi donanmayla yanaşı, ABŞ-ın ən iri sualtılarının da əməliyyat bölgəsində olduğu güman edilir.

Mütəxəssislərin fikrincə, NATO gəmilərinin bu bölgədə qarşılaşdığı ən böyük əngəl heç də rus hərbi qüvvələri deyil. ABŞ-ın “USS Russell” destroyerinin rəhbərliyi altında hərəkət edən NATO donanması mübahisəli ərazilərə tam çatmamış böyük bir təbii əngəllə qarşılaşmışlar. Məsələ burasındadır ki, Arktika bölgəsində hər gəmi hərəkət edə bilmir. Hərbi və ticarət gəmiləri mütləq buzqıran gəmilərin müşayiəti altında Şimalı Buzlu okeanında hərəkət etmək imkanına malikdirlər. İsti və qismən soyuq sular üçün nəzərdə tutulan ABŞ donanması isə bu cür imkanlara sahib deyil. Daha doğrusu, ABŞ donanmasının cəmi 2 buzqıran gəmisi var.

Rusiyanın hərbi donanmasında isə vəziyyət kifayət qədər fərqlidir. Rus donanmasının əsas gücü bu bölgədə yerləşdiyindən təbii şəraitə daha çox uyğunlaşdırılıblar. Həm rus hərbi gəmilərin soyuğa qarşı “qabıqları” daha qalındır, həm də şimal qonşumuzun 40 ədəd buzqıran gəmisi var. Bu da Rusiyanın Şimal donanmasının bölgədə manevr imkanlarını artırır. NATO gəmiləri isə xüsusilə payız aylardan başlayaraq, soyuq fəsillərdə buzları qırıb keçə bilmirlər.

Rusiya Uzaq Şimal bölgəsində özünün müqayisə olunmaz üstünlüyünün fərqində olduğundan ölkənin Baş Qərargah rəisi Valeri Gerasimov hələ 2019-cu ilin dekabrında NATO qüvvələrinin bu təlimlərə hazırlaşmasının mənasızlığına diqqət çəkərək demişdi: "Silahlı Qüvvələrimiz Şimali dəniz yolu akvatoriyasında gəmiçiliyin təhlükəsizliyini tam şəkildə təmin edə bilir və bununla əlaqədar olaraq, bu dəniz dəhlizində başqa ölkələrin hərbi gəmilərinin hərəkətinə ehtiyac yoxdur".

Görünür, Gerasimovun bu sözlərinin rəqabət “paxıllığından” doğduğunu düşünən NATO qüvvələri indi Böyük Britaniya Kral Donanmasının etiraf etdiyi kimi “çətin əməliyyat şəraiti” ilə qarşı-qarşıyadırlar.

Üstəlik, "Arktikada Rusiya hegemoniyasının qarşısını almaq" üçün əməliyyata başlayıb Norveç yarımadasının ən şimal məntəqəsi Vardyö şəhəri yaxınlığında Barents dənizinin girişində buza sapalanan NATO gəmilərini yaxınlaşmaqda olan daha soyuq günlər gözləyir. Mümkündür ki, donanma cəld tərpənib geri qayıtmasa, tamamilə buza həbs oluna və bir də bu həbsdən önümüzdəki yay aylarında qurtula bilər.

NATO donanmasının hərəkət azadlığı tələb etdiyi Arktika bölgəsində hərbi qüvvələr nisbəti də Rusiyanın xeyrinədir. Rusiya Müdafiə Nazirliyinin məlumatlarına inansaq, NATO gəmilərinın “qəfil həmləsi”ndən sonra Rusiya Müdafiə Nazirliyi Şimal donanmasını "Marşal Ustinov" kreyser ilə təchiz edib: ““Marşal Ustinov”un əsas zərbə qüvvəsi 1000 km-ə qədər mənzilli 16 P-1000 Vulkan gəmiəleyhinə raketdən İbarətdir. Bu raket həm yüksək partlayıcılıq gücünə malik mərmilər, həm də nüvə başlıqları ilə daşıya bilər. Hərbi mütəxəssislərin fikrincə, bu raketin zərbəsi ilə təyyarə gəmisi də daxil olmaqla, istənilən bir yerüstü hədəfi məhv etmək olar. Kreyserin artilleriya silahlanmasına ayrıca ikiqat 130 mm-lik AK-130 top dəstəyi və altı ədəd 30 mm-lik AK-630 topu daxildir. “Marşal Ustinov” dənizaltılara qarşı silahlarla da təchiz olunub: 533 mm çaplı iki torpedosu var, bunlardan raketlər və RBU-6000 tipli mərmilər atmaq mümkündür. Sualtı qayıqlara müqavimət göstərmək üçün kreyser əsaslı Ka-27 helikopterindən istifadə olunur”.

Sözsüz ki, Rusiyanın Arktika bölgəsində başqa hərbi qüvvələri də var. Moskva nadir materialların və karbohirogen yataqlarının toplandığı bu bölgəni əlində saxlamaq üçün ən ciddi hərbi yatırımlarını Şimal dairəsinə yatırıb. Bu da təəccüblü deyil. Son araşdırmalara görə, Arktikadakı karbohidrogen ehtiyatları o qədər zəngindir ki, istismarına başlanacağı təqdirdə dünyanın enerji mərkəzi Yaxın Şərqdən Şimali Buzlu okeanına keçəcək. Əlbəttə, bu qədər böyük zənginliyi Rusiya kiminləsə paylaşmaq niyyətində deyil.

Bununla belə, “Uzaq Şimal əməliyyatı”na başlayan NATO qüvvələrinin bu təşəbbüsünün tamamilə fiaskoya uğradığını da demək olmaz. NATO donanması Şimal dairəsində “hərəkət azadlığını” təmin edə bilməsə də, Norveç sahillərinə öz gəmilərini yerləşdirə bilib. Nəticədə həm Rusiyanın şimal-qərbdən Avropaya qapısı bağlanıb, həm də ABŞ-ın “USS Russell” gəmisinə quraşdırılan “Aegis” raketdən müdafiə sistemi ilə Qara dənizdən Barents dənizinə qədər ərazidə hava hücumuna qarşı qorunma xətti tamamlandı.

Məlumat üçün onu da qeyd edək ki, ABŞ 2013-cü ildə Rumıniyanın cənubundakı Deveselu hərbi bazasını istifadəyə götürmüş və burada Aegis raketdən müdafiə sisteminin əsas hissəsi olan SM-2 raketə qarşı batareyası quraşdırmağa başlamışdı. Moskvanın bütün etirazına baxmayaraq, batareya 2016-cı ildə böyük təmtəraqla xidmətə açılmışdı. Bu batareyalar Avropaya atılması gözlənilən rus strateji raketlərini elə Rusiyanın başı üstündə partlatmağı nəzərdə tutur.

ABŞ-ın ən böyük hərbi gəmisi “USS Roosevelt”-in Qara dənizə göndərilməsi sözügedən su hövzəsini Rusiyaya dar etməklə qalmır, həm də Şərqi Avropanı əhatə edən qövsi müdafiəni möhkəmləndirir.

Heydər Oğuz,
Ovqat.com





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar
Bu gün, 12:46
Rüşvət verməmək üçün ev tikintisində nələri bilmək lazımdır? - “15 gün sonra tikintiyə başlamaq olar....”
Bu gün, 12:39
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilir
Bu gün, 12:37
Qubanın icra başçısı da bu şirkətlərlə "işləyir"... - SİYAHI
Bu gün, 12:36
Valideynlərin çoxu övladına diplom almaq arzusundadır - Mahiyyət dəyişməyib
Bu gün, 12:32
Yenidən sərt karantin rejimi tətbiq edilə bilər - yoluxma artarsa...
Bu gün, 12:29
Kino İranla Taciksitanın arasını vurdu: - Səfir XİN-ə ÇAĞRILDI
Bu gün, 12:27
XİN-in həbsdə olan şöbə müdiri ev dustaqlığına buraxıldı
Bu gün, 12:24
Oqtay Əsədov ATƏT-in faktaraşdırıcı missiyası ilə bağlı məsələ qaldırdı
Bu gün, 12:19
“Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz”
Bu gün, 12:09
Sabunçu rayonu ərazisində karantin rejimi qaydalarına əməl etməyən restoran aşkar edilib
Bu gün, 12:04
Yeni koronavirus dərmanı dayanıqlı immunitet yaradır - MÜJDƏ
Bu gün, 11:59
Mülayim şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 11:58
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır - FOTOFAKT
Bu gün, 11:55
Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR - VİDEO
Bu gün, 11:48
Qarabağda koronavirus TÜĞYAN EDİR: - Xankəndi, Şuşa, Kəlbəcər, Xocalı...
Bu gün, 11:41
Rüstəm Behrudidən XƏBƏR VAR - xəstəxanadan evə buraxıldı
Bu gün, 11:38
"Milyonlarla qiyməti olan bağ evi DÖVLƏT MƏMURUNUNDUR" - Ayandan ŞOK İDDİA
Bu gün, 11:32
Hacı İbrahimin baş mühasibi hakim qarşısına çıxarılır
Bu gün, 11:29
Büdcəni boşaldan lüzumsuz xərclər: Hökumət kimin pulunu kəsəcək? - GƏLİŞMƏ
Bu gün, 11:25
“Sən başqa heç nə edə bilmirsən, Nikol” - Armen Aşotyan
Bu gün, 11:19
Qəzənfər Ağayevin SEVİMLİ ŞİRKƏTİ - 1 manat 60 qəpiklik ilkin kapitalı var
Bu gün, 11:14
Fəxrəddin Manafovun SON DURUMU - FOTO
Bu gün, 11:11
"Bizdə alim sosial şəbəkələrdə qaragüruh kütləyə yaltaqlanır" - deputat
Bu gün, 11:09
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 948 nəfərə çatıb
Bu gün, 11:03
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
Bu gün, 10:59
"Gözəl qızlar, unutmayın ki, oğlanların ilk gördüyü və sevdiyi qadının adı anadır"
Bu gün, 10:56
"Yuvam" mebel müştərinin 2 min manat pulunu mənimsəyib? - GİLEY
Bu gün, 10:53
“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” – Politoloqdan açıqlama
Bu gün, 10:48
"Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz" - XİN
Bu gün, 10:43
Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR
Bu gün, 10:35
Bakıda 21 yaşlı gənc bıçaqlanıb
Bu gün, 10:30
Gürcüstanda daha 296 nəfər koronavirusa yoluxub
Bu gün, 10:28
Azərbaycan neftinin qiyməti artıb
Bu gün, 10:27
“Son günlər kimlərsə məni haqq yolundan döndərməyə çalışır” – Adil Əliyev
Bu gün, 10:11
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub - Diqqət!
Bu gün, 10:10
Saxtalaşdırılan avtomobil nömrələri, kriminal qüvvələr: - “Polisə xəbər verin”
Bu gün, 10:03
Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur - Saxta sement mafiyasının işləkləri
Bu gün, 10:02
Cəlilabadda həkimi avtomobil vurub
Bu gün, 09:59
“Müharibənin sərt üzü ilə qarşılaşmağa hazır olmalıyıq, çünki...” - Hüquq müdafiəçilərindən maraqlı açıqlamalar
Bu gün, 09:55
Ağdamda bu təhsil ocağında nələr baş verir? - İDDİA
Bu gün, 09:51
“Müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər” - Qulamhüseyn Əlibəyli
Bu gün, 09:44
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:43
“Artıq həlledici məqam yetişib və biz ona hazır olmalıyıq” - Keçmiş nazir
Bu gün, 09:41
Hökumət və səhiyyə sistemi birgə çevik çalışarsa... - xəstəliyin yayılmasının qarşısı alına bilər
Bu gün, 09:38
Hacı Zeynalabdin bələdiyyə hoqqabazlığı - Cavabı heç kim tapa bilmir...
Bu gün, 09:34
Vəkillər Kollegiyasının Aparat rəhbərinə yeni vəzifə verilib - AÇIQLAMA
Bu gün, 09:29
"Vaqif Əlisoyun 65 yox, 60 yaşı var" - Deputatdan nazirə AÇIQ MƏKTUB
Bu gün, 09:27
Beyləqanda istehlakçıları aldadan süd istehsalçıları kimə arxayındırlar? - AQTA hara baxır?
Bu gün, 09:26
Tapdıq Əmiraslanov FHN işçisini nədən narazı salıb? - VİDEOGİLEY
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru