Dia.az-a ermənilər hücum edir .....                     İxtisas seçimi sabah yekunlaşır .....                     Panamalı futbolçular Ermənistandan qaçmağa hazırlaşırlar .....                     İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini .....                     Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! .....                     Durum dəyişir: “Rusiya razıdır ki, Azərbaycan…” .....                     “Azərbaycan güclü olmasa, Türkiyə güclü olmaz” .....                     “Düşüncələrim və dualarım Azərbaycanladır” .....                     Dünyada koronavirusa yoluxanların sayı 33 milyon 464 minə çatıb .....                     Ermənilərin yaraladığı daha bir mülki şəxs öldü .....                     Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil .....                     “Xaricdəki həmvətənlərimiz haqq səsimizin dünyaya çatdırılmasında yaxından iştirak etməlidirlər” .....                     “Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” .....                     Azərbaycan savaşı öz gücünə aparır... .....                     “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” .....                     Ermənistan yeni itkilərini açıqlayıb .....                     "Bu gün sevindirici məlumatlar yayılacaq" .....                     Yolumuzu gözləyən Xankəndinin yeni görüntüsü .....                     “Biz artıq ermənilərin dilini tapmışıq və onların qandığı dildə də danışırıq...” .....                     Rusiyanın bəzi telekanallarında ERMƏNİ TƏBLİĞATI .....                     Ermənistan Azərbaycanın mülki əhalisini öldürür .....                     Neft ucuzlaşıb .....                     Ceyhun Bayramovun Vendi Morton ilə telefon danışığı olub .....                     50 siyasi partiyadan Ali Baş Komandana dəstək-milli birliyi rəsmiləşdirən sənəd .....                     Qarabağda əməliyyatlar başlayanda ermənilərin qərb cəbhəsində susmasının sirri .....                     Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir .....                     Mərkəzi Bank sığorta tenderini bu şirkət uddu .....                     Cəbrayıl sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanıb .....                     İrandan rus hərbi texnikaları nə məqsədlə Ermənistana göndərilir: .....                     “Görünür, o vaxt Moskva həbsxanasında yatanda ”verbovka" olunub..." .....                     Erməni həyasızlığı: “Qorxaq Rusiya” .....                     “Kimsə müharibə qaydalarını pozacaqsa, onlar ən sərt şəkildə cəzalandırılmalıdır” .....                     Daşkəsən artilleriya atəşinə tutulur .....                     “Qarabağı alsın, İlham Əliyevə Azadlıq meydanında qızıldan heykəl qoyacağıq...” .....                     "Bir yara sarıyaram, kömək edərəm, heç olmasa ermənin bir gülləsini soyudaram" .....                     “Ermənistan iflic vəziyyətdədir” .....                     “Moskva hələ ki, məsələyə qarışmır” .....                     Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib .....                     Bu gün dollar neçəyədir? .....                     "Heç bir azərbaycanlı-nə yaşlı, nə də gənc öz tarixi torpaqlarından əl çəkməyəcək" .....                 

Türkiyə ordusunun paşaları Bakıda, İrəvan gecəni rahat yata bilmədi - GƏLİŞMƏ
Tarix: 14-08-2020, 09:00 | Çap et
Türkiyə ordusunun paşaları Bakıda, İrəvan gecəni rahat yata bilmədi
Azərbaycan xarici işlər və müdafiə nazirlərinin Ankara səfərindən bir gün sonra Türkiyə milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər və digər yüksək rütbəli zabitlər ölkəmizə gəldilər; “Bir millətin iki dövləti” hərbi əməkdaşlıqla bağlı mühüm mərhələyə qədəm qoyur; politoloq: “1918-ci ildən sonra ilk dəfə Türkiyə Azərbaycanın yanında olduğunu və Ermənistana dərs verəcəyini açıq ifadə edir”

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-dən etibarən Azərbaycanda səfərdədirlər.

Avqustun 13-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin Ankara səfərindən, prezident Rəcəb Tayyib Ərdoğan və türkiyəli həmkarları ilə yüksək səviyyədə baş tutan görüşdən sonra Bakıya gələn nümayəndə heyəti hər birimizin könlünü şad eləyib, düşmənlərimizsə qəm dəryasına batıblar. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının yeni fazaya keçməsi İrəvanda ciddi təşvişə səbəb olub. Türkiyə ordusunun paşalarını Bakıda görən İrəvan heç şübhəsiz gecəni rahat yata bilməyib. Hələ Türkiyənin F -16 qırıcıları Naxçıvan səmasında təlim keçərkən Ermənistanı “Türklər gəlir” ajiotajı bürümüşdü. Ermənilər İrəvanın 56 km-liyindəki Türk qırıcıların bir an içərisində Ermənistan səmasında görünəcəyi və zərbələr endirəcəyi barədə həyacanlı xəbərlər yayırdılar ki, sonucda ölkənin Müdafiə Nazirliyi təşvişə son qoymaqdan ötrü təkzib məlumatını yaymalı oldu. Düzdür, erməni rəsmilər əhalini sakitləşdirmək üçün təhlükəsizliyin “yüksək səviyyədə” olması barədə rəvayətlər uydururlar, lakin Nikol Paşinyan daxil, ölkənin aparıcı nümayəndələrinin son günlər susması düşmənin gerçək halını nümayiş etdirir. Türkiyənin ordu rəhbərliyi Azərbaycanda iyulun 29-dan etibarən başlayan birgə təlimlərin birinci mərhələsinin yekunlarını izləmək üçün gəliblər. Ancaq bu, məsələnin görünən üzü ola bilər. Hər halda söhbət hərbi əməkdaşlıqdan gedirsə, deməli, qapalı danışıqlarda daha ciddi və əhəmiyyətli məsələlər müzakirə olunur və olunacaq, mühüm qərarlar qəbul olunacaq.

Azərbaycanda mütləq əksəriyyət bu fikirdədir ki, Türkiyə heç vaxt olmadığı kimi bizə yaxındır bu gün. Bu vəziyyət, bu yaxınlıq, birgəlik hətta 1918-ci illə müqayisə olunur, Qafqaz İslam Ordusunun Azərbaycanı xilas əməliyyatına başladığı dönəmlə. Bu günsə Azərbaycanın tam şəkildə xilasına ehtiyac yoxdur, müstəqil dövlətimiz, güclü ordumuz var, sadəcə Ermənistanı himayə edən qüvvələrin neytrallaşdırılmasından ötrü Türkiyə kimi nəhəngin yanımızda olmasının əhəmiyyətli ölçüyəgəlməz dərəcədə böyükdür. Bu mənada bir çoxları hesab edir ki, Türkiyə milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Bakıya gəlişi sadəcə təlimlərin izlənməsi məqsədi daşımır. Bir əminlik var ki, bu dəfə Qarabağ savaşını Turan Ordusu aparacaq. Elə Türkiyə prezidenti, XİN rəhbəri, müdafiə naziri də dəfələrlə bəyan ediblər ki, Azərbaycan hansı qərar versə, Türkiyəni yanında görəcək, düşməni narahat edən də budur.

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, əslində biz tariximizdə heç vaxt olmadığı qədər qürurverici günləri yaşayırıq: “1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun qəhrəmanlıqlar göstərməsindən sonra ilk dəfə Türkiyə Azərbaycanın yanında olduğunu və ermənilərə dərs verəcəyini açıq ifadə edir. Bir zamanlar Ənvər Paşanın xəyal etdiyi Turan ordusu yaradılacaq! Buna doğru qərarlı addımı Türkiyə atacaq, buna şübhəm yoxdur. Biz heç kəsdən, heç bir gücdən çəkinmədən o ordunun içində olmalıyıq. Şəxsən mən Azərbaycandan xalqın iradəsinin ifadə edilməsini ,Türkiyənin burada qalıçı hərbi varlığının təmin olunmasını istəyirəm. İrəvan Türk Cümhuriyyəti Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının konfederativ dövlət müstəvisinə qədər keçid etməsini alqışlayacaq”. Qafar Çaxmaqlı onu da əlavə etdi ki, hər bir ideyanı həyata keçirmək üçün münasib bir məqam olmalıdır: “Turan ordusu yaratmaq rəhmətlik Ənvər Paşadan üzü bu yana həmişə xəyali bir fikir kimi qəbul olunub. Amma xalqın içində bu, yaşadılıb bu günə daşınıbsa, demək o doğru bir arzudur və onun reallaşdırmaq imkanları olacaq. Bu gün bəlkə də real olmasın. Amma mütləq olacaq. Çünki bu Turan ideyasına könül verənlərin içində bir Türklük sevdası var”. Q.Çaxmaqlı dedi ki, Turan ordusu yaratmaq və yaxud Türkiyə ilə bütövləşmə qərarını verərkən kimin nə deyəcəyinə baxmaq lazım deyil. Rusiya əngəldir, bəli. Amma biz bunu edərkən kimdənsə nəyisə soruşmamalıyıq. Münasib bir siyasi situasiyaya uyğun addımımızı atmalıyıq. Bu, həm də Azərbaycanın gələcək təhlükələrdən qorunmaq yoludur".

Bu arada bəzi partiyalar Azərbaycanda hərbi təlimlərdə iştirak edən Türkiyə hərbçilərinin Azərbaycanda qalması və burada Türkiyə hərbi bazalarının yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, BAXCP sədri Qüdrət Həsənquliyev deyib ki, birgə hərbi təlimləri çox yüksək qiymətləndirir: “Bu, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün son dərəcə əhəmiyyətlidir, həm Ermənistana, həm də regionda marağı olan digər dövlətlərə bir mesajdır ki, Azərbaycan tək deyil. Seçkilərdən sonra yeni seçilmiş Türkiyə və Azərbaycan Prezidentlərinin ilk səfərlərini qardaş ölkələrə etməsi artıq ənənə halını alıb və təbiidir. Bu baxımdan, yeni təyin olunmuş xarici işlər nazirinin də ilk səfərini qardaş Türkiyəyə etməsi təsadüfi deyil. Çox istərdim ki, mənim dəfələrlə qaldırdığım və Türkiyə tərəfinin də müdafiə etdiyi şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərlər məsələsi tezliklə öz həllini tapsın, siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıq daha yüksək səviyyəyə qaldırılsın”. Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması ilə bağlı hüquqi bazanın mövcud olub-olmadığına gəldikdə isə, millət vəkili deyib ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Hərbi Doktrina”sının 29-cu bəndinə görə, Azərbaycanda xarici hərbi bazaların yaradılmasına yol verilmir: “Yalnız hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud xarici hərbi iştiraka müvəqqəti icazə verilə bilər. Amma daha üstün hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Milli Təhlükəsizliyi haqqında Qanunun 19.4 -cü maddəsinə əsasən, ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Bundan başqa, Azərbaycan neytrallıq siyasəti yürüdür və Qoşulmayanlar Hərəkatının üzvüdür. Bu baxımdan, Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması üçün lik növbədə Azərbaycanın xarici siyasətində və mövcud qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir. Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması ideyasına gəldikdə isə, bu məsələyə Qarabağın işğalına son qoyulması prizmasından yanaşmaq lazımdır.

Mən düşünürəm ki, Türkiyə Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə bağlı qapılar arxasında danışıqlar aparmalıdır. Ehtiyac olarsa, Azərbaycanın ərazi bütövlüyü naminə xarici siyasətdə hansısa güzəştlərə getməyə də hazır olmalıdır. Paralel olaraq, Azərbaycan da Rusiya ilə danışmalı, onları əmin etməliyik ki, onlar Qarabağı işğaldan azad etdiyimiz zaman ermənilərə kömək etməyib bizi işğalçılarla təkbətək buraxarlarsa, biz onların regiondakı maraqlarını qoruyacağıq. Bu Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılan regional birliklərə qoşulması və ikitərəfli dövlətlərarası müqavilələrlə təsdiq oluna bilər”. Q.Həsənquliyev deyib ki, əgər Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə, o halda bu barədə xalqımızla açıq danışılmalı və Azərbaycan neytrallıq siyasətindən imtina edib Avratlantik məkana inteqrasiya yolu tutmalıdır: “Bu zaman atılmalı olan ilk addım Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması, Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında sazişin imzalanmsı və NATO-ya üzvlük üçün müraciətin edilməsi, Avropa İttifaqı ilə sıx inteqrasiya siyasətinin yürüdülməsi olmalıdır. Bundan sonra isə Azərbaycan Rusiyanın Çeçenistanda etdiyini edib, torpaqlaramızı işğaldan azad etməlidir. Biz Türkiyənin Rusiya ilə müharibəyə cəlb edilməsinə imkan verməməliyik. Türkiyə bizə hərbi təlimlərdə kömək etməli, müasir silah-sursat satmalıdır. Rusiya hərbçiləri birinci Qarabağ savaşında olduğu kimi Ermənistan tərəfdən açıq formada döyüşə qatılarsa, o zaman qardaş Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaq. Son birgə təlimlər həm də bunun anonsu idi”.

QAT sədri Akif Nağı isə əmindir ki, Qarabağı birgə ordularımız düşməndən xilas edəcək: “Hökmən elə olacaq. Tarix təkrar olunur. Türkiyə, Türk dünyası öz layiq olduğu yerinə qayıdır, dünyada söz sahibliyini özünə qaytarır. Qarabağ savaşı Turan dünyasının savaşı olacaq, Böyük Turan davasının başlanğıcını qoyacaq. Hələ böyük zəfərlərimiz qabaqdadır”.

Bu arada işğalçı ölkə təşviş içində olsa da, Azərbaycan ərazilərində məskunlaşma siyasətini davam etdirməkdə israrlıdır. Bununla da Ermənistan günün birində “dinc əhaliyə qarşı gücdən istifadə olunduğu” barədə rəy yaratmaq istəyir. Necə ki, Tovuz döyüşləri zamanı Tavuş vilayətinin Çinarlı kəndinin ətrafında gizlənən erməni ordusu Azərbaycandan cavab zərbələri alan kimi, İrəvan beynəlxalq aləmə “qoymayın, Azərbaycan dinc sakinləri atəşə tutur” tipli şivən-müraciətlər ünvanladı. İndi də Livan ermənilərinin köçürülməsi hesabına Ermənistan rəhbərliyi Qarabağda demoqrafik vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Separatçılar da həyasızcasına bildirirlər ki, oyuncaq rejimin “parlament” və “hökumət evi” 2022-ci ilədək Xankəndindən Şuşaya köçürüləcək. Bu barədə qondarılmış separatçı-terrorçu rejimin üzdəniraq rəhbəri Araik Arutyunyan deyib. Bunlar deyəsən, “dizinin üstündə” oturduqları ağalarına çox arxayındırlar, əks təqdirdə iki il sonranın anonsunu verməzdilər. Düşmənin qorxaraq quyruq bulaması, sülh danışıqlarına “sadiqlik”dən bəhs etməsi, ardınca qorxutmaq üçün hürməsi ondan xəbər verir ki, son sözü silah deməlidir. Deyəcək də, inşallah!





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dia.az-a ermənilər hücum edir
Bu gün, 12:23
İxtisas seçimi sabah yekunlaşır - Diqqət!
Bu gün, 10:19
Panamalı futbolçular Ermənistandan qaçmağa hazırlaşırlar
Bu gün, 10:16
İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bu gün, 10:14
Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! - FOTOFAKT
Bu gün, 10:12
Durum dəyişir: “Rusiya razıdır ki, Azərbaycan…” – Şok Qarabağ iddiası
Bu gün, 10:06
“Azərbaycan güclü olmasa, Türkiyə güclü olmaz”
Bu gün, 10:02
“Düşüncələrim və dualarım Azərbaycanladır” - Sami Yusif
Bu gün, 10:01
Dünyada koronavirusa yoluxanların sayı 33 milyon 464 minə çatıb
Bu gün, 09:58
Ermənilərin yaraladığı daha bir mülki şəxs öldü
Bu gün, 09:44
Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil - Vaqif Dərgahlı
Bu gün, 09:40
“Xaricdəki həmvətənlərimiz haqq səsimizin dünyaya çatdırılmasında yaxından iştirak etməlidirlər” - Elnur Allahverdiyev
Bu gün, 09:39
“Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” - Ağdərə AZAD OLUNUB?
Bu gün, 09:38
Azərbaycan savaşı öz gücünə aparır... - Düşmıən isə dünya boyu DİLƏNİR...
Bu gün, 09:35
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
Bu gün, 09:33
Ermənistan yeni itkilərini açıqlayıb - SİYAHI
Bu gün, 09:31
"Bu gün sevindirici məlumatlar yayılacaq" - Qubad İbadoğlu
Bu gün, 09:24
Yolumuzu gözləyən Xankəndinin yeni görüntüsü - FOTO
Bu gün, 09:22
“Biz artıq ermənilərin dilini tapmışıq və onların qandığı dildə də danışırıq...”
Bu gün, 09:21
Rusiyanın bəzi telekanallarında ERMƏNİ TƏBLİĞATI – Kabel televiziyalarının paketləri nəzarətə götürülməlidir
Bu gün, 09:19
Ermənistan Azərbaycanın mülki əhalisini öldürür - ABŞ mediası
Bu gün, 09:16
Neft ucuzlaşıb
Bu gün, 09:12
Ceyhun Bayramovun Vendi Morton ilə telefon danışığı olub
Bu gün, 09:10
50 siyasi partiyadan Ali Baş Komandana dəstək-milli birliyi rəsmiləşdirən sənəd - Ermənistanda isə...
Bu gün, 09:09
Qarabağda əməliyyatlar başlayanda ermənilərin qərb cəbhəsində susmasının sirri - İLGİNC
Bu gün, 09:08
Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir - Düşmənin daha 4 tankı vurulub
Bu gün, 08:59
Mərkəzi Bank sığorta tenderini bu şirkət uddu
Bu gün, 08:50
Cəbrayıl sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanıb - Baş Prokurorluq
Bu gün, 08:43
İrandan rus hərbi texnikaları nə məqsədlə Ermənistana göndərilir: - Bəs rəsmi Bakı niyə susur?
Bu gün, 08:42
“Görünür, o vaxt Moskva həbsxanasında yatanda ”verbovka" olunub..." - Partiya sədrindən növbəti ittihamlar
Bu gün, 08:39
Erməni həyasızlığı: “Qorxaq Rusiya” - GƏLİŞMƏ
Bu gün, 08:38
“Kimsə müharibə qaydalarını pozacaqsa, onlar ən sərt şəkildə cəzalandırılmalıdır” - deputat
Bu gün, 08:33
Daşkəsən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Bu gün, 08:20
“Qarabağı alsın, İlham Əliyevə Azadlıq meydanında qızıldan heykəl qoyacağıq...” - Zakir Fəxri
Bu gün, 08:18
"Bir yara sarıyaram, kömək edərəm, heç olmasa ermənin bir gülləsini soyudaram" - Rəşid Mahmudov
Bu gün, 08:15
“Ermənistan iflic vəziyyətdədir” - TƏHLİL
Bu gün, 08:10
“Moskva hələ ki, məsələyə qarışmır” - GƏLİŞMƏ
Bu gün, 08:07
Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib - MN
Bu gün, 08:03
Bu gün dollar neçəyədir?
Bu gün, 07:57
"Heç bir azərbaycanlı-nə yaşlı, nə də gənc öz tarixi torpaqlarından əl çəkməyəcək" - deputat
Bu gün, 07:56
“Onları elə yollardaca məhv etmək daha sərfəlidir” - keçmiş nazir
Bu gün, 07:54
Belə “siyasi mühacirət” düşməndən betərdir – XƏYANƏTİN TƏFƏRRÜATLARI
Bu gün, 07:52
Komendant saatı üçün icaze.e-gov.az portalının fəaliyyəti aktivləşdirilib - Diqqət!
Bu gün, 07:49
Ermənilər Füzuli istiqamətində kəndlərimizi vurmağa başladı - cəbhədən son xəbər
Bu gün, 07:47
Ermənistanda kişilərin ölkəni tərk etməsi məhdudlaşdırılıb - Qaçanları bu yolla durdururlar
Bu gün, 07:46
Ermənilərin cəzalandırılması ilə bağlı sənədləşmə aparılır - Baş Prokurorluq
Bu gün, 07:44
Rusiya Dövlət Duması Dağlıq Qarabağa dair bəyanat layihəsinə baxacaq
Bu gün, 07:41
Türkiyə Prezidenti Britaniyanın Baş naziri ilə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıblar
Bu gün, 07:40
ATƏT PA-nın prezidenti Qarabağ münaqişəsindən danışıb
Bu gün, 07:39
Müharibə davam edəcəkmi: Bundan sonra nə olacaq? - TƏHLİL
Bu gün, 07:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru