Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır .....                     Azərbaycan və Gürcüstan XİN başçıları görüşüb .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 945 nəfərə çatıb .....                     “PKK-nın Qarabağa terrorçular göndərməyə gücü qalmayıb” .....                     “Bunlar 70 il bizə qoyun deyib, əsas düşmənimiz Rusiyadır” .....                     Ermənilərin yeni təxribatı .....                     Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlanıb .....                     Qazaxıstanda ölüm hökmü ləğv edildi .....                     "Vicdanlı iqtidar təmsilçiləri bizə minnətdar olmalıdırlar” .....                     Baş həkim bunda ittiham olunur... .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib .....                     Korrupsioner məmurlara qarşı YENİ DALĞA... .....                     Azərbaycanda bələdiyyə üzvünə məxsus milyonluq şirkətlər bağlanır .....                     Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin .....                     Suriyadan erməni batalyonu da Qarabağa göndərildi .....                     “Təkcə Dağlıq Qarabağ yox, bütünlükdə Ermənistan təhlükə altındadır” .....                     Sabirabadda məmura qarşı AĞIR İTTİHAM .....                     ““Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz" .....                     Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina edib .....                     Mehdi Səlimzadə də ortalıqda görünmür... .....                     İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? .....                     "“Xəzər İaşə”nin gətirdiyi yeməklərdən iyrənirik" .....                     Bu gün Vurğun Əyyubun .....                     6 manat kapitalı olan şirkət .....                     "Bizim üçün tikilən evləri satırlar" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     “Sərhəd kəndlərin əhalisi qaz-işıq pulundan azad edilsin” .....                     "Petkim" "şübhəli maliyyə əməliyyatı" iddialarına cavab verib .....                     Yardımlıda təhsil sistemi çöküb... .....                     Ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır .....                     Sentyabrın 26-dan ali məktəblərin boş qalan yerlərinə .....                     Bakı savaş qərarı versə, KTMT qarışa bilərmi? .....                     Azərbaycanın MDB-yə daxil olmasından 27 il keçir .....                     Karantindən sonra Şəki bazarında vəziyyət nə yerdədir .....                     Ərdoğanın Prezident İlhama Əliyevə zəngindən çıxan nəticə .....                     Neft ucuzlaşıb .....                     “Ordumuz üçün fərqi yoxdur ki, Qarabağdakı kimdir–Livan ermənisi, Paşinyanın arvadı, yoxsa digər biri” .....                     Ceyhun Bayramov Gürcüstana .....                     Ankara-Bakı ittifaqı İrəvan-Moskva tandeminə qarşı yox... .....                 

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı ilə bağlı tarix yazılır - ilginc gəlişmələr
Tarix: 13-08-2020, 09:13 | Çap et
Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı ilə bağlı tarix yazılır
Azərbaycanın Xarici İşlər və Müdafiə nazirləri Ceyhun Bayramovla Zakir Həsənovun Türkiyəyə səfəri, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla yüksək çinli rəsmilərlə görüşləri Bakı-Ankara münasibətlərinin yeni mərhələyə adladığını nümayiş etdirdi.

Həmin görüşlərdə hər iki dövlətin təmsilçiləri qardaşlıq, dostluq mesajları verdilər, birgə addımlayacaqlarını bir daha bəyanladılar və sözsüz ki, dost-düşmən də bütün bunları həssaslıqla izlədi. Azərbaycan nazirlərinin Türkiyə prezidenti səviyyəsində qəbul olunması ölkəmizə ən yüksək etimadın nümayişi idi. Üstəlik, Z.Həsənov və C.Bayramovun Türkiyə Müdafiə naziri Hülusi Akar və XİN rəhbəri Mövlud Çavuşoğluyla apardığı danışıqlar tarix yazılmasından xəbər verir. Təsəvvür edin, Türkiyə və Azərbaycan orduları birgə təlim keçir, minlərlə əsgər bir sırada dayanıb, əmr gözləyir, rəsmilərimiz də birgə müzakirələr aparır, bunun çox böyük avantajı var. O görüşlərdən çəkilmiş fotolar obrazlı desək, bir orduya bərabərdir, qürurlandırdı hamımızı. Maraqlı və tarixi proseslər gedir. Tovuz hadisələrində şəhidlər versək də, mühüm üstünlüklər də göz önündə, düşmənin xain təxribatı bumeranq effekti verdi, Türk dünyasını birləşdirdi, Türkiyə-Azərbaycan ittifaqını möhkəmlətdi.

Nazirlərimizin Ankara səfərindən bir gün sonra, avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfər etməsi də növbəti sürpriz hadisə oldu. Müdafiə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək...
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın qədim tarixi var. Birgə hərbi təlimlər iki dövlət arasında imzalanmış hərbi sazişə əsasən həyata keçirilir. Bunu Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə səfəri çərçivəsində “CNN Türk” kanalına müsahibəsi zamanı deyib. Nazir bildirib ki, təlimlər mütəmadi olaraq həyata keçirilir və hazırda Azərbaycan ərazisində keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri də bu qəbildəndir: “Onu da qeyd etmək çox vacibdir ki, Türkiyə ilə Azərbaycan arasında olan əməkdaşlıq nəinki iki ölkənin, eyni zamanda regionun inkişafına, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Hesab edirəm ki, hərbi əməkdaşlıq da bu yöndə dəyərləndirilməlidir”. Qeyd edək ki, hərbi təlimlər 10 avqustda başa çatmalı olsa da, bir neçə gün uzadıldı. Amma əksəriyyət təlimlərdən vahid ordu şəklində ortaq düşmənə qarşı döyüşə keçidin arzusundadır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, XİN rəhbəri C.Bayramovun xarici işlər naziri vəzifəsində ilk rəsmi səfərini Türkiyəyə reallaşdırması gözlənilən idi: “Bu, strateji müttəfiqliyin ruhuna uyğundur. Məsələn, Rusiya xarici işlər naziri Sergey Lavrov da Ceyhun Bayramovu Moskvaya dəvət edib. Ancaq bu səfər Türkiyədən sonra mümkün ola bilər. Bunun özü də Moskvaya mesajdır ki, Azərbaycan üçün Türkiyə Rusiyadan əvvəl gəlir və Kreml bu amillə hesablaşmalıdır. Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşəndən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə rəsmisi həmişə olduğu kimi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bu sözlərlə tənqid edib: ”Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər".

M.Çavuşoğlunun sonrakı açıqlaması da maraqlıdır: “Bu ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”. Mövlud Çavuşoğlu bu sözlərlə demək istəyib ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hansı qərarı verərsə, Türkiyə Azərbaycanın yanında olacaq. Ceyhun Bayramovun Mövlud Çavuşoğlu ilə görüşdə “bizim birliyimiz əbədidir” ifadəsini səsləndirməsi, o cümlədən Azərbaycanın hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəklədiyini vurğulaması da önəmlidir. Müttəfiqlik qarşılıqlı dəstəyi diktə edir". E.Şahinoğlunun sözlərinə görə, C.Bayramovun açıqlaması o deməkdir ki, rəsmi Bakı Türkiyənin Cənubi Qafqazla yanaşı digər bölgələrdəki siyasətini də dəstəkləyir: “Rəsmi Bakı sərhəddəki son insidentdən sonra Minsk Qrupunun toplanması vacibliyini bildirib. Bu, o deməkdir ki, Bakı da Ankara kimi həmsədrlərin fəaliyyətindən narazıdır və hazırki formatın dəyişdirilməsini istəyir. Sadəcə, Minsk Qrupunun 11 üzvünün toplanması və format ətrafında müzakirələrin başlaması üçün Bakının Ankaranın diplomatik dəstəyinə ehtiyacı var. Böyük ehtimalla xarici işlər nazirləri təkbətək görüşdə bu məsələni hərtərəfli müzakirə ediblər”. Politoloq daha sonra bunları bildirdi: “İnanmaq istərdik ki, nazirlər görüşdə iki ölkənin daha sıx əsasda siyasi və hərbi inteqrasiya məsələlərini də müzakirə ediblər. Bunun üçün əsaslı zəmin var. Birincisi, Türkiyə bir çox bölgədə olduğu kimi Cənubi Qafqazda da var olduğunu hərbi təlimlər vasitəsilə ortaya qoyub. İkincisi, Azərbaycanın iştirakçısı olduğu bütün enerji və nəqliyyat layihələri Türkiyəyə uzanıb. Demək bu layihələrin təhlükəsizliyi də Türkiyə üçün vacibdir. Ankaraya xarici işlər naziri ilə yanaşı müdafiə nazirinin də səfər etməsi və Türkiyə Cumhurbaşqanı tərəfindən qəbul olunması əhəmiyyətli idi. Bu görüşlərin nəticəsində Azərbaycanla Türkiyə arasında siyasi və hərbi inteqrasiyanın daha üst səviyyəyə qaldırılmasını gözləmək olar. Buna kimsə mane olmamalıdır. Belələri varsa, demək Azərbaycanın ərazi bütövlüyünün təminatını istəmir və faktiki işğalçının maraqlarına xidmət edirlər”.

E.Şahinoğlu qeyd etdi ki, bu arada, Türkiyə hərbi akademiyalarında məzun olmuş zabitlərimizin vəzifəcə irəli çəkilmələri Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın bugünkü ruhuna uyğun olardı: “Mənə elə gəlir ki, Müdafiə naziri Zakir Həsənovun XİN rəhbəri ilə birgə Ankaraya səfər etməsi təsadüf deyil. Böyük ehtimalla artıq Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması ilə bağlı danışıqlar başlayıb. Fikir versəniz, görərsiniz ki, XİN rəhbəri Ceyhun Bayramovun səfəri geniş işıqlandırılır, amma Müdafiə nazirinin apardığı danışıqlar barədə məlumatlar verilmir. Böyük ehtimalla danışıqlar qapalı gedir və sonucdaTürkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi rəsmiləşdirilə bilər. ”

BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin qardaş ölkəyə səfəri, keçirilən görüşlər və bu görüşlərin səmimi, isti görüntülərinin verdiyi mesajlar olduqca mühüm əhəmiyyət daşıyır: “SSRİ-nin süqutundan sonra miqyasına görə dünyada ikinci qlobal dəyişikliklərin baş verdiyi bir dönəmdə yaşayırıq. SSRİ dağıldıqda biz baş verən dəyişikliklərə hazır deyildik. Yəni həm Azərbaycan, həm Türkiyə və bütövlükdə Türk Dünyası. Amma indi fərqli bir mənzərə var. Bu gün Azərbaycan da, Türkiyə də öz tarixlərinin ən güclü və ən həssas dönəmini yaşayırlar. Bu iki türk dövlətinin adını ona görə onda yazıram ki, Azərbaycan Türk dünyasının ideya mərkəzi, birləşdirici bağı, körpüsü, Türkiyə isə düşünən beyni, vuran qoludur. Bu gün Türk Dövlətləri Birliyinin mövcudluğu da məhz Azərbaycan və Türkiyənin zamanın sınaqlarından şərəflə, üzüağ çıxan etimadlı münasibətləri üzərində formalaşıb. Bu mübaliğə deyil, reallıqdır. Məhz bu səbəbdən Azərbaycanla Türkiyənin əməkdaşlığı, qardaşlıq münasibətləri nə qədər sıx olarsa bu özünü birmənalı olaraq Türk Dünyasının birliyində, bütövlüyündə büruzə verəcək. Bu baxından bu iki türk dövlətinin üzərinə həm də çox böyük məsuliyyət düşür ki, Allaha şükür, həm Azərbaycan, həm də Türkiyə bu məsuliyyəti dərindən anlayaraq birgə addımlayırlar. Bir daha qeyd edirəm ki, həm Türkiyə, həm də Azərbaycan bu gün tarixlərinin ən güclü dönəmlərini yaşayırlar. Bu güc həm millətimizin getdikcə artan və yalnız hisslər üzərində deyil, həm də şüurlu şəkildə özünü büruzə verən sevgisindən, həm də liderlərimizin qətiyyətindən qaynaqlanır. Məhz bu səbəbdən, şübhə etmirəm ki, qarşımızdakı dəyişikliklər mərhələsindən daha güclü, daha bütöv və daha böyük çıxacağıq”.

E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycanla Türkiyənin ittifaqı heç bir üçüncü dövlət üçün müzakirə mövzusu olmayacaq ittifaqdır: “Tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz, kəsəsi, bir millətin identikliyini büruzə verən nə varsa, birdir. Biz bir millətik. Eyni millətin ittifaqı zərurətdir, təbiidir, bu belə də olmalıdır. Tanrı bizi bir yaradıb, eyni dili verib, eyni mədəniyyəti verib. Bu birliyin olmaması, yaxud əleyhinə gedilməsi Allahın iradəsinə qarşı çıxmaqdır. Sağlam məntiq, düşüncə bunu deyir. Türk dünyasının birliyi də eyni zərurətdən doğur. Biz maraqlar üzəruindən deyil, dəyərlər üzərindən birləşirik. Və özümüzü, identikliyimizi, dilimizi, mədəniyyətimizi qorumaq, güclü olmaq üçün birlikdə olmaqdan başqa seçimimiz yoxdur”. Türkiyə ilə Azərbaycanın hərbi ittifaqına gəldikdə isə, politoloq qeyd etdi ki, bunun üçün ilk növbədə qanunvericilik bazasının yaradılmasına ehtiyac var: “Həm Azərbaycanın, həm də Türkiyənin vahid hərbi-siyasi blokda birləməsinə maneə yaradan amillər var və bunu tədricən, səbrlə aradan qaldırmaq mümkündür. Şübhə etmirəm ki, əgər həyati zərurət yaranarsa, Azərbaycan da, Türkiyə də bütün imkanları ilə bir-birilərinin yanında olacaqlar. Amma Azərbaycan da, Türkiyə də hüquqi dövlətlərdir və bu baxımdan da, bütün proseslərdə hüquq müstəvisindən çıxış etməlidirlər. Əsas odur ki, millət olaraq bu məsələdə heç bir fikir ayrılığımız yoxdur. Millət olaraq biz onsuz da vahid hərbi-siyasi ittifaqdayıq. Tarixən belə olub - millət bütün varlığı ilə istəyib, dövlət isə tarixi, siyasi proseslərin inkişafına uyğun olaraq həyata keçirib”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə bildirdi ki, biriləri Azərbaycana başqa çıxış yolunu qoymadılar: “Bakı uzun müddət idi ki, Qarabağla bağlı Azərbaycan maraqlarının region ölkələri tərəfindən nəzərə alınmasını gözləyirdi. Tovuz hadisələri və ötən ilin payızından güclənən təzyiqlər onu göstərir ki, bölgədə ciddi proseslər getməkdədir. Elə Türkiyə - Azərbaycan siyasi -hərbi əməkdaşlığının gücləndirilməsi bu təzyiqlərə və çağırışlara cavabdır”.

Z.Məmmədov xatırlatdı ki, Azərbaycan Prezidenti Ermənistana təkbətək “görüşməyi” təklif etdi: “Lakin Ermənistan havadarının qucağından atlana bilmir. İlk dəfə idi ki, Azərbaycanın iki önəmli nazirləri, müdafiə naziri və xarici işlər naziri hansısa dövlətin prezidenti ilə birlikdə görüşürdülər. Təsadüfdürmü? Təbii ki, yox. Son zamanlar iki ölkənin müdafiə nazirliklərinin yüksək rəsmiləri arasında ciddi dialoqun şahidiyik. Üstəlik, Çavuşoğlu Azərbaycan münaqişə ilə bağlı hansı qərarı verərsə, yanımızda olacaqlarını bildirir. Yəqin ki, Azərbaycan və Türkiyənin əlində birilərinin bölgədə ermənilərin əliylə təxribata əl atacaqları ilə bağlı məlumatlar var. Hər halda, ordumuz döyüşə hazırdır. Diqqətimizi daxili cəbhəyə də yönəltməliyik”.

İşğalçı Ermənistan kifayət qədər narahatdır. Elə Azərbaycanlı nazirlərin Türkiyə rəhbərliyi ilə danışıqlar apardığı gün, 11 avqustda Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin işğal altındakı Qarabağ ərazilərində peyda olması həm də mövcud narahatlıqdan irəli gəlir. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, Onik Qasparyan qondarma rejimin “komandan”ı Calal Arutyunyanla birlikdə ön xətdəki hərbçilərə baş çəkib, mövqelərin ayıq-sayıqlığını yoxlayıblar. 2016-cı ildə darmadağın edilən “Ohanyan xətti”ndən sonra Ermənistan növbəti sarsıdıcı zərbə alacağını yaxşı anlayır. Üstəlik, Türkiyənin Azərbaycanla birgə hərəkət etməsi halında havadarları da işğalçı Ermənistanı xilas edə bilməyəcək, bunu da anlayırlar...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır - Diqqət!
Bu gün, 11:10
Azərbaycan və Gürcüstan XİN başçıları görüşüb
Bu gün, 11:04
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 945 nəfərə çatıb
Bu gün, 11:03
“PKK-nın Qarabağa terrorçular göndərməyə gücü qalmayıb” - GƏLİŞMƏ
Bu gün, 11:00
“Bunlar 70 il bizə qoyun deyib, əsas düşmənimiz Rusiyadır” - Sərdar Cəlaloğlu
Bu gün, 10:58
Ermənilərin yeni təxribatı - Qız profili ilə sizə yazan olarsa...
Bu gün, 10:55
Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlanıb
Bu gün, 10:50
"Verilişi qaldırmaq üçün bu nə oyundur?"
Bu gün, 10:45
Qazaxıstanda ölüm hökmü ləğv edildi
Bu gün, 10:41
"Vicdanlı iqtidar təmsilçiləri bizə minnətdar olmalıdırlar” - Qüdrət Həsənquliyev
Bu gün, 10:39
Baş həkim bunda ittiham olunur... - "Bir az Allahı olsun..."
Bu gün, 10:35
Azərbaycan nefti yenidən bahalaşıb
Bu gün, 10:30
Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - FOTO
Bu gün, 10:29
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
Bu gün, 10:28
Azərbaycanda bələdiyyə üzvünə məxsus milyonluq şirkətlər bağlanır
Bu gün, 10:25
“Bandit” dədəsindən kitab yazdırır, deyir, dədəm qəhrəman olub” - Xalq şairi
Bu gün, 10:19
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Bu gün, 10:15
Suriyadan erməni batalyonu da Qarabağa göndərildi - YPG TƏLİM KEÇMİŞDİ...
Bu gün, 10:09
“Təkcə Dağlıq Qarabağ yox, bütünlükdə Ermənistan təhlükə altındadır” - Erməni strateqinin xofu
Bu gün, 10:06
Sabirabadda məmura qarşı AĞIR İTTİHAM - "Deyir, Ramiz Mehdiyevin yeznəsi ilə uşaqlıq dostuyam..."
Bu gün, 10:02
"Bu şəhərdə" bu dəfə Ağamirzəni parodiya etdi - VİDEO
Bu gün, 09:59
Xərçəngdən əziyyət çəkən Nisə Qasımovanın ƏN SON HALI
Bu gün, 09:56
““Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz" - Sabir Rüstəmxanlı
Bu gün, 09:52
Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina edib
Bu gün, 09:49
Mehdi Səlimzadə də ortalıqda görünmür... - Sakinlərdən ilginc mövqe
Bu gün, 09:48
İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
Bu gün, 09:43
"“Xəzər İaşə”nin gətirdiyi yeməklərdən iyrənirik" - GİLEY
Bu gün, 09:32
Bu gün Vurğun Əyyubun ANIM GÜNÜDÜR
Bu gün, 09:28
6 manat kapitalı olan şirkət - 2,3 MİLYON MANATLIQ TENDER UDDU
Bu gün, 09:25
"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ
Bu gün, 09:24
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:22
“Sərhəd kəndlərin əhalisi qaz-işıq pulundan azad edilsin” - TƏKLİF
Bu gün, 09:18
"Petkim" "şübhəli maliyyə əməliyyatı" iddialarına cavab verib
Bu gün, 09:16
Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM
Bu gün, 09:12
Ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır - Sabahdan
Bu gün, 09:09
Sentyabrın 26-dan ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq
Bu gün, 09:09
Bakı savaş qərarı versə, KTMT qarışa bilərmi? – Rusiyadan baxış
Bu gün, 09:07
Azərbaycanın MDB-yə daxil olmasından 27 il keçir
Bu gün, 09:06
Karantindən sonra Şəki bazarında vəziyyət nə yerdədir - VİDEO
Bu gün, 09:04
Ərdoğanın Prezident İlhama Əliyevə zəngindən çıxan nəticə - TƏHLİL
Bu gün, 09:02
Neft ucuzlaşıb
Bu gün, 09:01
"Bilib-bilmədən insanı tənqid edirlər"
Bu gün, 09:00
“Ordumuz üçün fərqi yoxdur ki, Qarabağdakı kimdir–Livan ermənisi, Paşinyanın arvadı, yoxsa digər biri”
Bu gün, 08:57
Ceyhun Bayramov Gürcüstana rəsmi səfər edib
Bu gün, 08:54
Ankara-Bakı ittifaqı İrəvan-Moskva tandeminə qarşı yox... - haqsızlığa, işğala və şərə qarşıdır
Bu gün, 08:54
İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib? - İLGİNC
Bu gün, 08:52
"Düşünürəm ki, biz gecikmişik, əslində bu gün Qarabağ itirilir" - Orxan Fikrətoğlu
Bu gün, 08:51
Murad Dadaşov daha bir məşhuru "Xəzər"ə gətirdi
Bu gün, 08:46
Tramp Kubaya qarşı yeni məhdudiyyətlər qoyub
Bu gün, 08:44
Ermənistanın “danışıqları bərpa edək” hiyləsinin pərdəarxası - GƏLİŞMƏ
Bu gün, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru