“Bunun hansısa formada imtinası istehlakçıların hüquqlarının pozulmasıdır" .....                     "Onlayn dərslər başlayandan internetin sürəti yox dərəcəsindədir" .....                     Bakı sakini nənəsini və bibisini öldürüb .....                     “Qüdrət Həsənquliyev guya saysız-hesabsız müharibələrdə iştirak edib, xeyli əsir götürüb...” .....                     Alimlərin kabusuna çevrilən “TOXUNULMAZ MÜQƏDDƏSLİK”: .....                     Başçısı həbs olunan rayonda acınacaqlı mənzərə... .....                     Qarabağdakı ASALA-PKK terroruna qarşı: .....                     Qüdrət Həsənquliyev mağar toyunda meyxana deyən olsaydı... .....                     Səfərbərliyə və müharibəyə hazırıqmı? .....                     Nazirlik həyəcan təbili çalmalıdır: .....                     Bakıda kişi benzin töküb özünü yandırdı .....                     "Ata Holdinq"in baş direktoru dəyişib .....                     Xocavənddə kənd sakinləri İcra başçısına qarşı AYAĞA QALXDI: .....                     Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişib .....                     Aylıq 300 dollar limiti necə tənzimlənəcək? .....                     Bu şəxslərin təhsil haqqları dövlət tərəfindən ödəniləcək .....                     Tendersiz satınalmalar .....                     AQTA-ya yeni səlahiyyət verildi .....                     Prezidentin fərdi təqaüd ayırdığı Həsənov kimdir? .....                     Dövlət Turizm Agentliyinin vəzifələri artırıldı .....                     Azercell-in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb .....                     Bakıdakı restoranların adına ETİRAZ: “Mamajon” və “Foqalyan” .....                     "Azərbaycanın muzdlu döyüşçüyə ehtiyacı yoxdur” .....                     Məktəblərin açıldığı ilk həftədə 121 yoluxma: Nə etməli... .....                     Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb .....                     "Ölkə iqtisadi səfalət içərisində olduğundan əhali çox pis vəziyyətdə yaşamaqdadır" .....                     Qəbul imtahanları zamanı yüksək bal toplayıb universitetə daxil olmayan abituriyentlərin sayı açıqlanıb .....                     "Heç bir yol polisi əməkdaşı qayda pozuntusunu öz şəxsi avtomobilində qeydə alaraq, cərimə yaza bilməz" .....                     Rusiyada qətl törədən azərbaycanlı Bakıda saxlanıldı .....                     Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub .....                     Qəzənfərin Ağayevin sərvətinin siyahısı yayıldı... .....                     Lavrov görüşdə həmsədrlərin iştirakı ilə danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib .....                     Qarabağda əvvəl müharibə, sonra danışıq... .....                     Azərbaycanda məhkəmə sədrinə töhmət verildi .....                     "Rövşən Bağırovu nə vaxt cəzalandıracaqlar?" .....                     Azərbaycanda indiyədək 1080873 koronavirus testi aparılıb .....                     Azərbaycanda ümumilikdə 39686 nəfər COVID-19-a yoluxub, .....                     Azərbaycanda son sutkada 162 nəfər COVID-19-a yoluxub, .....                     Kremlin yeni-köhnə Qarabağ planı: .....                     “Ramiz Mehdiyevin akademik adı ləğv olunmalıdır: .....                 

“Bəzi pullu adamlar dövlətimizə təhlükədir” - Deputatdan ilginc açıqlamalar
Tarix: 12-08-2020, 11:55 | Çap et
“Bəzi pullu adamlar dövlətimizə təhlükədir”
Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın son gündəmi ilə bağlı Modern.az-a geniş müsahibə verib.

Koronavirusun nə zaman bitəcəyi heç kimə məlum deyil

- Vahid müəllim, uzun vaxtdır ki, koronavirus dünyada qeyri müəyyənlik yaradıb. Ümumən ilk növbədə bu virus dünya iqtisadiyyatına, xüsusilə Azərbaycan iqtisadiyyatına nə vəd edir?

- Diqqət etmisinizsə, 2020-ci il dünya tarixində qlobal hadisələrlə yadda qalmaqdadır. Bunlardan ən birincisi bütün dünyada bu pandemiyanın tüğyan etməsidir.

Faktiki olaraq pandemiya bütün dünya iqtisadiyyatına çox ciddi ziyan vurdu. Hesab edirəm ki, dünya iqtisadiyyatı bu ilin yekunlarında hardasa 7-8 faiz itkilərlə nəticələnsə, böyük məsələdir. Bu göstəricinin bəzi ölkələrdə ikirəqəmli olması da gözləniləndir. Konkret Azərbaycana gəldikdə, şübhəsiz ki, bu məsələnin Azərbaycana da böyük təsir etməsi qaçılmazdır. Burada ilk növbədə dünya çapında neftin qiymətinin kəskin ucuzlaşması əyani göstəricidir.

Neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da ciddi ziyan vurdu. İqtisadiyyatımızda gəlirləri kifayət qədər azaltdı. Ümum Daxili Məhsul 6 ay ərzində 2,5 faiz açağı düşdü. Bu rəqəm ilin sonuna 5-6 faiz proqnozlaşdırılır.

Əlbəttə ki, bu, kifayət qədər böyük rəqəmdir. Amma onu da nəzərə almaq lazımdır ki, dünya dövlətlərinə, o cümlədən qonşu dövlətlərə baxanda Azərbaycanın dövlət başçısının apardığı təxirəsalınmaz tədbirlər nəticəsində bizdə koronavirus kəskin azalmağa başladı.

Çox ciddi karantin tədbirləri həyata keçirildi. Burada Operativ Qərargahın da tədbirlərini xüsusi qeyd etmək istəyirəm. Amma o da var ki, uzun müddət Azərbaycanı karantin vəziyyətində saxlamaq olmaz. İnsanları qapalı yerlərdə saxlamaq, küçəyə, işə buraxmamaq həm psixoloji cəhətdən, həm də sağlıq durumlarında ciddi problemlərin yaranmasına gətirəcək. İlk növbədə dövlət büdcəsində daha ciddi problemlərin yaranmasına yol açan məsələlərə baxmaq lazımdır.

Sabah elə problemlər yarana bilər ki, nəinki sahibkarlara dəstək ola bilərik, heç muzdlu işçilərə əmək haqqı da vermək gücündə olmarıq. Bütün bunların hamısını nəzərə alaraq dövlət başçısı tərəfindən yumşalma siyasəti həyata keçirilməyə başlayıb.

Hesab edirəm ki, yumşalmaları genişləndirmək lazımdır. O sahələrdə ki insanlar işləyir, dövlət büdcəsinə gəlir gətirir, özlərini təmin edirlər, mütləq həmin sahələrə yenidən baxmaq lazımdır. Misal çəkim, uzun vaxt idi Türkiyədə idim, orada hətta kafe və restoranlar fəaliyyətini dayandırmayıb. Sadəcə, ara məsafəsi və bu kimi məsələlərə ciddi əməl edilir. Orada bir nəfəri maskasız görə bilmərsən. Hesab edirəm ki, bizdə də karantin rejimi yumşaldıqca, həmin tədbirlər sərtləşdirilməlidir. İnsanlar anlamalıdırlar ki, yumşalma hələ koronavirisun bitməsi deyil. Baxın, dünyanın ən iri milyarderlərindən Bil Qeyts deyir ki, bu virus 2022-ci ilə qədər davam edəcək.

Düzdür, buna qarşı peyvəndlə əlaqədar iş gedir. Müəyyən müsbət nəticələr də var. Türkiyə, Rusiya, Amerikada müsbət nəticələr əldə olunub. Ümumi fikir odur ki, koronavirusun nə zaman bitəcəyi məlum deyil.

Dəqiq xatirimdədir. Xocalı soyqırımının ildönümü ərəfəsində təkilf etdim ki, İranla sərhədlər bağlanılmalıdır. O məsələdə bir az gecikdik deyə, müəyyən fəsadlar oldu. Amma çox şükür ki, artıq Azərbaycanda bu virus azalır.

Onu da mütləq vurğulamaq lazımdır ki, imkan daxilində Azərbaycanda insanlara maddi dəstək olundu. Düzdür, yardım alanlar kifayət qədər deyil, amma bu, ilk dəfə 200 minə yaxın insana şamil edilirdisə, sonradan 600 minə qaldırıldı. Artıq qərar verilib ki, daha iki ay insanlarımıza sosial güzəştlər verilsin.

Türkiyənin Rusiya ilə də, Avropa və Amerika ilə də müəyyən razılaşdırmaları var ki, Qarabağ problemi həll edilməlidir

- “Pandemiya dünyanın iqtisadi xəritəsini dəyişdi” demək olarmı?

- Nəinki iqtisadi xəritəsi, dünyanın düzəni dəyişir. Bu, tək iqtisadi deyil, həm də siyasi cəhətdən dəyişikliklərlə müşahidə olunacaq. Çox ciddi problemlər üzə çıxacaq. Azərbaycanın nefti, qazı, müəyyən ixrac potensialı var, amma elə dövlətlər var ki, belə imkanları yoxdur və indidəm çox ciddi problemlərlə üzləşiblər. Bu mənada Rusiyanın özündə belə çox ciddi problemlər var. Son zamanlar hiss olunurdu ki, dünya səviyyəsində ərzaq təminatı ilə bağlı sıxıntılar yaşanır. Ona görə də belə məsələlərin ortaya çıxması təsadüfi sayıla bilməz. Bunlar bir mərkəzdən idarə olunur. Hər halda inanıram ki, müəyyən müddətdən sonra yaxşılığa doğru da addımlarv atılacaq.

Sadəcə bunun zamanını demək bir az çətindi. Faktiki olaraq dünya Üçüncü Dünya Müharibəsi ilə qarşı-qarşıyadır. Deyə bilərəm ki, həm iqtisadi, həm siyasi cəhətdən pandemiya dünyada böyük dəyişikiklər edəcək.

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general Əli Nağıyev kifayət qədər təcrübəli şəxsdir və milli adamdır

- Siyasi cəhətdən demişkən, bu mənada Cənubi Qafqazı nə gözləyir. Dünyanın super güclərinin regional maraqlarında hansısa dəyişikiklər hiss olunurmu?

- Yaşadığımız region dünya dövlətləri üçün həmişə maraqlı olub. Bizdə neft, qaz hasilatı ilə bağlı Azərbaycanın Türkiyə üzərindən həyata keçirdiyi layihələr Avropa üçün də, Amerika üçün də böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, maraqlar toqquşması nəticəsində son zamanlar vəziyyət bir qədər dəyişib. Xüsusilə Tovuz hadisələrində bunun şahidi olduq. 30 il müddətində Türkiyə indiki qədər sərt addımlar atmamışdı. Ərdoğana qədər Türkiyə yumşaq mövqedə idi, ona görə də Rusiya burada istədiyini edirdi. İndi həm Avropa, həm Türkiyənin Azərbaycanda iqtisadi cəhətdən də maraqları var. Eyni zamanda, Türkiyə anlayır ki, Azərbaycan onun üçün çox önəmlidir. Və Azərbaycanın Qarabağ problemini həll etmək lazımdır. Aldığım məlumatlara görə, Azərbaycanla bağlı Türkiyənin Rusiya ilə də, Avropa və Amerika ilə də müəyyən razılaşdırmaları var ki, Qarabağ problemi həll edilməlidir. Əks halda istənilən an bölgədə partlayış baş verə bilər. İnanıram ki, Qafqazın stabilləşməsi üçün Qarabağ məsələsi ədalətli həll olunacaq, Azərbaycanın əraziləri işğaldan azad ediləcək.

Hesab edirəm ki, Ərdoğan son 3 ildə çox böyük addımlar atır. Türkiyə bölgədə söz sahibi olduğunu ortaya qoyur. Düzdür, Rusiya ilə Türkiyə hazırda əməkdaşlıq edir, ancaq bir çox regonlar kimi Rusiya Cənubi Qafqazı da öz əlində saxlamaq istəyir. Sanki 70 illik müstəmləkəçilik siyasətini davam etdirmək fikrindədir. Amma artıq bu, mümkün deyil. Görünür elə buna görədir ki, son zamanlar Azərbaycanda Prezidentin də qeyd etdiyi kimi “beşinci kalon”un üzvləri xeyli aktivləşiblər. Belələri Milli Məclisdə də var, daha yüksək postlarda da...

Onların arasında kifayət qədər vəsait sahibi olanlar da mövcuddur. Özlərini kənara çəkiblər, amma biz bilirik ki, onlar kimlərdir. Dövlət başçısı mütəmadi bu kimi məsələləri qeyd edir və milli maraqlarımız naminə onların üzərinə gedir ki, bilsinlər, Azərbaycan üçün Qarabağ ən birinci məsələdir. Biz bunu həll etməliyik, Tovuz hadisələrində bir çağırışla insanlar meydanlara toplaşdı. Özü də bu çağırışa yalnız Bakıda, rayonlarda deyil, dünya azərbaycanlıları elə bütün dünyada səs verdilər. Düşmən qüvvələr müəyyən təxribatlara getdilər. Çox yaxşı ki, dünya dövlətləri Ermənistanın bu təxribat siyasətini başa düşdülər. İlk dəfə Amerika konqresində Azərbaycanın ərazi bütövlüyü ortaya qoyuldu. Bunlar çox şeylərdən xəbər verir. Amma məni narahat edən xüsusi bir məsələ var.

Azərbaycanda mövcud olan “beşinci kolon” aktivləşib. Bəzi deputatların çıxışlarına diqqət verirəm. Onların adlarını da bilirik. O cümlədən müəyyən rəhbər orqanlarında olan insanlar da var ki, Rusiyaya bağlıdılar. Onlar anlamalıdırlar ki, bir daha Azərbaycana hansısa xarici ölkə ordusu girə bilməyəcək. İndiki gənclər o qədər fəaldırlar ki, milləti, dövləti o qədər sevirlər ki, onlar buna heç vaxt getməyəcəklər. Biz də getməyəcəyik. Biz müstəqilliyimizi qorumalıyıq. Bizim üçün bundan vacib heç nə yoxdur. Təəssüf edirəm ki, “beşinci kolon” üzvləri müstəqilliyimizi qorumaq fikrində deyillər. Mən bu məqamda cənab Prezident İlham Əliyevin apardığı xarici siyasətdən də danışmaq istəyirəm. Azərbaycan kimi dövlətin xarici siyasətini indiki kimi həyata keçirmək şox çətindi, hətta mümkün deyil. Bunu İlham Əliyev bacarır. Hesab edirəm ki, Türkiyə ilə hərbi müqavilə imzalamalıyıq. Müəyyən təkliflər var, konfederasiya və s. Ancaq mən Azərbaycanla Türkiyə arasında hərbi müqavilənin olmasının tərəfdarıyam. Türkiyənin Prezident, Xarici İşlər Naziri, Müdafiə Naziri səviyyəsində vermiş olduğu bəyanatlar indi qardaş ölkənin birmənalı olaraq yanımızda olduğunun sübutudur.

Daxildə milli maraqlarımıza əks olan qüvvələr var. Ancaq indi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyev kifayət qədər təcrübəli şəxsdir və milli adamdır. Öz sahəsinin böyük mütəxəssisidir və ona böyük hörmətim var. Hesab edirəm ki, “beşinci kolon” məsələsi ilə bağlı hörmətli general öz işlərini görür.

Korrupsiya və rüşvətxorluğun kökünün kəsilməsi istiqamətində atılan addımları da təqdir edirəm. Hesab edirəm ki, “beşinci kolon”un kökünün kəsilməsində də mühüm işlər göürülür və bu, çox vacibdir.

Biz Rusiya ilə strateji müttəfiq dövlətik. Rusiya bizim böyük qonşumuzdur, əsrlər boyu da qonşuluq davam edəcək. Ciddi siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrimiz var. Amma müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü təmin emək kimi müqəddəs işlərimiz də var. Rusiyapərəsət qüvvələr də bunu anlamalıdır. Bilməlidirlər ki, bizim dövlət olaraq, xalq olaraq, fərd olaraq ilk işimiz Aərbaycanın ərazi bötüvlüyü məsələsidir.

Tanıyanlar bilir ki, açıq fikirli insanam. Heç nədən çəkinmirəm, mətbuatda öz fikirlərimi açıq deyirəm. Bilrisiniz, sözdə hər şey asandı. Amma indiki vaxtda xarici siyasətdə Azərbaycanı qoruyub saxlamaq çox çətindi. Yadıma gəlir, 2012-ci ildə TANAP layihəsi həyata keçiriləndə, bizə çox ciddi problemlər yaşatdılar. Mən o işin içində idim. Rusiya bu işə mane olmaq üçün bütün alətlərdən istifadə etdi. Amma Azərbaycan Prezidenti bu məsələdə də yenə də milli maraqlarımızı qoruya bildi. Elə bir siyasət həyata keçirdi ki, milli maraqlarımız təmin olunsun. Burada söhbət tək Azərbaycan qazından getmirdi. Burada Türkmənistan, İran və başqa ölkələrin qaz hasilatının bu layihə vasitəsilə Avropaya çıxarılmasından gedir. Hesab edirəm ki, bu layihə XXI əsrin müqaviləsidir. Maliyyə tutumu baxımından “Əsrin müqaviləsi”nə çatmasa da, 30 milyard kub metr qazın ixracı böyük bir işdir. 2012-də Azərbaycanda iğtişaşlar törətmək istədilər. Azərbaycan Prezidentinə qarşı ciddi təzyiqlər oldu. Amma dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın stabilliyi qorunub saxlanıldı. Hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilmısində bir nəfər kimi Prezidentin ətrafında sıx birləşməliyik. Bilirsiniz, çox istərdik ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Ancaq indi də görünən odur ki, Ermənistanın siyasəti nəticəsində bu danışıqlar sıfır səviyyəsindədir. Mənə elə gəlir ki, Qarabağ məsələsi qısa müddətdə öz həllini tapacaq. Dünya dövlətləri də bunu anlayır. Açığı məsələnin sülh yolu ilə həllinə inanıram. Amma torpaqlarımızın müharibə yolu ilə azad ediləcəyinə əminəm. Mən Mikayıl Cabbarovun apardığı siysəti bəyənirəm, düşüncəli, perspektiv verən şəxsdir və heç vaxt tələskənlik etmir.

-Vahid müəllim, Azərbaycanda çox ciddi islahatlar həyata keçirilir. Bəzən bu islahatlara mane olan qüvvələrin olduğu da hiss edilir. Bunu necə qiymətləndirirsiniz?

- Ölkəmizdə bütün sahələrdə ciddi islahatlara start verilib. Hakimiyyətə gənc kadrlar gətirilir. Mən diqqət edirəm, İqtisadiyyat nazirinə, Xarici işlər nazirinə, Təhsil nazirinə kifayət qədər gənc kadrlar gətirilir. Mən Mikayıl Cabbarovun apardığı siysəti bəyənirəm. Kifayət qədər düşüncəli, perspektiv verən şəxsdir və heç vaxt tələskənlik etmir. Baxın, hətta pandemiya dövründə belə iqtisadiyyatımızda ciddi geriləmə olmadı. Həm onun, həm də Maliyyə naziri tərəfindəın ciddi addımlar atılır. Ona görə də bu şəkildə kadr siyasətinin aparılmasını qəbul edirəm. Amma hesab edirəm ki, köhnə kadrların təcrübəsindən də yararlanmaq lazımdır. Eyni zamanda rüşvətin, korrupsiyanın aradan qaldırlması ilə bağlı da aparılan siyasəti müdafiə edirəm.

Mən mərhum Prezident Heydər Əliyevlə də işləmişəm. Bəzən düşünürlər ki, İlham Əliyevlə işləmək asandı, çünki o, humanist şəxsdir. Amma xatırlatmaq istəyirəm, İlham Əliyev hər şeyi gözəl bilir, o, Azrbaycan insanına qarşı nə qədər humanist olsa da, Azərbaycana qarşı olanlara, rüşvətxorlara qarşı da o qədər sərtdi. Bəzən müəyyən zaman verir ki, insanlar öz yanlışlarını anlasınlar, əməllərindən geri dönsünlər. Anlamayanda onlarla ən sərt dildə danışır. Son hadisələr bunun əyani sübutudur. Son iclasda isə şirkətlərlə bağlı məsələyə toxundu. Bu, çox ciddi məsələdir. Söhbət o şirkətlərdən gedir ki, Azərbaycanın taleyi birbaşa onlarla bağlıdır. Hesab edirəm ki, bu məsələ ilə bağlı yaradılan İnvestisiya Holdinqdə elə adamlar işə alınmalıdır ki, bu işləri şəffaf şəkildə həyata keçirə bilsinlər. Biz müstəqillik dövründə bəzi insanların həddən çox varlanmasına imkan verdik. İndi Azərbaycanda kifayət qədər varlı insanlar var. Təbii ki, mən insanlarımızın daha çox varlanmasının tərəfdarıyam. İndi bizdə kifayət qədər kapital sahibi olanlar özlərini elə göstərirlər ki, guya kənara çəkiliblər, dayanıblar və s. Amma heç də elə deyil. Bizdə olan məsəl kimi “Pul insanı danışdırır”. Bunların heç biri sakit oturmurlar. Dəfələrlə təklif etmişəm ki, Azərbaycanda maliyyə amnistiyası həyata keçirilməlidir. İnsanlar o pulları niyə aparıb xaricdə nəyəsə yatırmalıdırlar. Bunların hamısını Azərbaycana gətirmək lazımdır. Həmin vəsaitlər Azərbaycana yatırılmalıdır. Təbii ki, narkotika, qaçaqmalçılıq, terrordan əldə edilən vəsaitə bu qanun layihəsi şamil oluna bilməz. Belə təcrübə var. Buna getməliyik. Son zamanlar iqtisdi sahədə yaranmış müəyyən məsələləri aradan qaldırmaq üçün bundan istifadə etmək olar. Həm də pulu çox olan insanlarımız da sakitləşərlər. Pul onları danışdırmaz. O pullar oğurluqla qazınılsa da Azərbaycan dövlətinin vəsaitidir. Bundan istifadı etmək lazmıdr. Ad çəkməyəcəm. Bir dəfə bir nazilə söhbət edirdik. O dedi ki, bizneslərini dövlət büdcəsi hesabına formalaşdırıblar.

Azərbaycanda pulu çox olan bəziləri dövlətimizə təhlükədir

- Qeyd etdiyiniz adamlar Azərbaycana təhlükə ola bilərmi?

- Onlar həmişə təhlükədir. Ümumiyyətlə, dünya təcrübəsində hakimiyyətə gələnlər pullu insanlardır. Pul vasitəsilə insanları ələ almaq da mümkündür, digər dövlətlərlə danışıqlara getmək də. İnanıram ki, törədəcəkləri təhlükə baxımından DTX elə insanları hər zaman nəzarətdə saxlayır. Onlar kimlərlə görüşür, hansı dövlətlərlə əlaqəlidirlər və s. Dövlət başçısı “beşinci kolon” deyəndə həm də onları nəzərdə tutur. Bilrisiniz, onlar özlərini cəmiyyətə göstərmir, ancaq onları biz bilirik. Qabağa gəncləri verirlər, siyasi səriştəsi olmayanları verirlər. Bu dediyim çox ciddi məsələdir. Bilrisiniz, müstəqilliyə rahat nail olmamışıq. O zaman parlamentdə nələr baş verdiyinin şahidi olmuşam. Təəssüf ki, müstəqilliyimizin əleyhinə olan insanlar kifayət qədər varlanıblar. Onlar indi də müstəqilliyimizə qarşıdırlar. Çox arzusundadırlar ki, SSR bərpa olunsun. İndi hətta 2024-cü ildə guya SSR-in bərpa olunacağı bardə də yanlış informasiyalar dövriyyəyə buraxılır. Bunların hamısı boş xülyalardır. Biz sovet sistemini də görmüşük. Rusiyanın işğalçılıq istəyi dəyişməyib. Düşünürlər ki, biz onların əlinin altında olmalıyıq.

Açığını deyim, hətta Türkiyə ilə də münasibətlərdə müstəqilliymizi qorumalıyıq. Mən Rusiyanı qəbul edirəm. Hətta 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda Lukoyl üçün 10 faiz pay verdik. Rəhmətlik Heydər Əliyev dedi ki, Rusiya ilə müqaviləyə mən qol çəkim. Vahid Ələkbərovla mən imzaladım bu müqaviləni. Demək istyirəm ki, biz Rusiya ilə problemsiz olmaq istəyirik. Amma Qarabağ məsələnin Rusiyanın proyekti olduğunu da bilirik. Putini də başa düşürəm. İstəyir ki, dövləti güclənsin. Amma mən onların işğalçılıq siyasətini qəbul eləmirəm.

İndi deyirlər Qarabağın açarı Rusiyanın əlindədir. Amma indi o açar Rusiyanın əlindən çıxıb. İndi o açar Azərbaycan xalqının əlindədir. Hesab edirəm ki, Azərbaycanın dövlət başçısının qərarı ilə bu məsələ öz həllini tapacaq. Tovuz hadisələri göstərdi ki, indiki nəsil Qarabağı daha çox istəyir.

İlham Əliyevin dövründəki gənclik torpaqlarımıza daha çox bağlıdır, Azərbaycanı daha çox sevir. Bunlar öz-özünə yaranan məsələlər deyil. Mən də əlimdə silah müharibəyə getməyə hazıram.

Qarabağ məsələsi regionun gündəmidir. Siyasi səviyyədə hansı danışıqlar gedir, onu deyə bilmərəm. Amma bəzi məsələləri hiss edirəm. Problemlər mütləq öz həllini tapacaq. Hansı format əsas götürüləcək, bu, sonranın işidir.

Qarabağ məsələsində iqtidar-müxalifət mövqeyi yoxdur. Bu, çox yaxşıdır. Bütün xalq eyni fikirdədir.

Bu məsələdə müəyyən qüvvələrin birliyimizə qarşı çıxması bəzən insanları narahat edir. Bəs, “beşinci kolon” buna deyirəm də. Bu, həmişə olacaq. Onu bir günə ləğv etmək mümkün deyil. Ona görə zaman-zaman təklif edirik ki, arxivlər açılsın, xalq kimin kim olduğunu bilsin.

Düzü danışdığım üçün hər zaman təzyiqlərə hazır olmuşam

- Vahid müəllim, məsələlərə İranın mövqeyi necədir?

- Qarabağ məsələsində İranın mövqeyi çox vaxt Rusiyanın mövqeyi ilə eynilik təşkil edir. İran göründüyü qədər sadə dövlət deyil. Diqqət etmsinizsə, ABŞ İaranda çevrilişlər üçün çox çalışır. Ancaq hələlik buna nail ola bilmir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət İranla da müsbətdir. Ümumiyyətlə, Azərbaycan Prezidenti xarici siyasətdə hamı ilə normal münasibətlərin tərəfdarıdır. Xüsusilə qonşu ölkələrə bu münasibətlərin daha isti olmasının tərəfdarıdır. Təbii ki, biri-birinin daxili işlərinə qarışmamaq əsas məsələsidir. Amma tarixdir, inanıram nə vaxtsa Cənubdakı soydaşlarımız da öz müstəqilliklərinə qovuşacaqlar.

- Bəzən yaltaqlıq meydan silayır. Necə hesab edirsiniz, yaltaqlığı yasaq edən qanun qəbul edilə bilərmi?

- Vaxt gələcək buna ehtiyac qalmayacaq. Çünki insanlar, xüsusilə gənclər öz millətlərini sevirlər, yaltaqlığa, rüşvətə meyilli deyillər. Amma açığını deyim, son zamanlar yaltaqlıq artıb. İnsan öncə özünə hörmət etməldir. Əminəm ki, dövlət başçısı özü də yaltaqlardan xoşlanmır. Bəlkə də onlara istehza ilə baxır. Axı dövlət başçısının yaltaqlara ehtiyacı yoxdur. Bu bizim üçün böyük bir bəladır. Hətta bəzi insanlar yaltaqlığı o səviyyə qaldırırlar ki, adam xəcalət çəkir. Amma bununla bağlı konkret qanuna ehtiyac yoxdur. Belə bir qanun milləti alçaldar. Bəzilə düşünürlər ki, yaltaqlıqla, yalan danışmaqla öz işlırini keçirəcəklər. Bəli, bu yolla öz maraqlarını təmin edənlər var. Amma sonda rüsvay olurlar.

Düzü danışmaq da asan deyil. əgər düzü deyəcəksənsə, sənə hansısa təzyiq olacağını əvvəlcən bilməlisən, ona hazır olmalısan. Mən buna hər zaman hazır olmuşam. Mən dövlətimi, millətimi sevən adamam.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bunun hansısa formada imtinası istehlakçıların hüquqlarının pozulmasıdır" - ekspert
Dünən, 18:20
«Mentaliteti əllərində «bayraq» edirlər» - QALMAQAL
Dünən, 18:18
"Onlayn dərslər başlayandan internetin sürəti yox dərəcəsindədir" - VİDEO
Dünən, 18:11
Vurğun Əyyubun dəfnində saz çalan aşıq: - “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz””
Dünən, 18:10
Bakı sakini nənəsini və bibisini öldürüb - TƏFƏRRÜAT
Dünən, 18:08
“Qüdrət Həsənquliyev guya saysız-hesabsız müharibələrdə iştirak edib, xeyli əsir götürüb...” - Araz Əlizadədən ETİRAZ
Dünən, 18:07
Alimlərin kabusuna çevrilən “TOXUNULMAZ MÜQƏDDƏSLİK”: - Akademiki tənqid etməyin cəzası nədir?
Dünən, 18:06
Başçısı həbs olunan rayonda acınacaqlı mənzərə... - VİDEO
Dünən, 18:01
Qarabağdakı ASALA-PKK terroruna qarşı: - “Türk legionu formalaşdıraq”
Dünən, 17:59
Qüdrət Həsənquliyev mağar toyunda meyxana deyən olsaydı... - Replika
Dünən, 17:58
Səfərbərliyə və müharibəyə hazırıqmı? - VİDEO
Dünən, 17:56
Nazirlik həyəcan təbili çalmalıdır: - “...Məktəblər yenidən bağlana bilər”
Dünən, 17:54
“Əlikram klip kasetini ayağının altına qoyub qırdı” - Müğənnini küsdürən jurnalist
Dünən, 17:47
"Bizim vaxtımızda tanınmaq çox çətin idi"
Dünən, 17:42
Bakıda kişi benzin töküb özünü yandırdı - TƏFƏRRÜAT
Dünən, 17:40
"Ata Holdinq"in baş direktoru dəyişib
Dünən, 17:35
Xocavənddə kənd sakinləri İcra başçısına qarşı AYAĞA QALXDI: - "Burda Azərbaycan qanunları işləmir"
Dünən, 17:34
Elnarə Xəlilova əri üçün bunu etdi - VİDEO
Dünən, 17:32
Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişib - Diqqət!
Dünən, 17:28
Aylıq 300 dollar limiti necə tənzimlənəcək? – Gömrük Komitəsindən AÇIQLAMA
Dünən, 17:26
Bu şəxslərin təhsil haqqları dövlət tərəfindən ödəniləcək - DİM-dən AÇIQLAMA
Dünən, 17:24
Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR
Dünən, 17:23
AQTA-ya yeni səlahiyyət verildi - FƏRMAN
Dünən, 17:21
“KİV-ə pulun çox ayrılması yaxşıdır” - Bəs inkişaf?
Dünən, 17:20
Prezidentin fərdi təqaüd ayırdığı Həsənov kimdir?
Dünən, 17:17
Dövlət Turizm Agentliyinin vəzifələri artırıldı - FƏRMAN
Dünən, 17:16
Azercell-in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb
Dünən, 17:15
Bakıdakı restoranların adına ETİRAZ: “Mamajon” və “Foqalyan” - Ermənilərlə əlaqəsi var ?
Dünən, 17:14
"Azərbaycanın muzdlu döyüşçüyə ehtiyacı yoxdur” - Çürük təxəyyül
Dünən, 16:44
Məktəblərin açıldığı ilk həftədə 121 yoluxma: Nə etməli... - ziddiyyətli cavablar
Dünən, 16:42
Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb
Dünən, 16:40
"Ölkə iqtisadi səfalət içərisində olduğundan əhali çox pis vəziyyətdə yaşamaqdadır" - deputat
Dünən, 16:39
Qəbul imtahanları zamanı yüksək bal toplayıb universitetə daxil olmayan abituriyentlərin sayı açıqlanıb
Dünən, 16:30
"Heç bir yol polisi əməkdaşı qayda pozuntusunu öz şəxsi avtomobilində qeydə alaraq, cərimə yaza bilməz" - AÇIQLAMA
Dünən, 16:23
Rusiyada qətl törədən azərbaycanlı Bakıda saxlanıldı
Dünən, 16:20
Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub - TƏHLÜKƏ
Dünən, 16:14
Bakıda şadlıq saraylarında qiymətlər artacaq? - AÇIQLAMA
Dünən, 16:14
Ermənilərin Aprel döyüşləri haqda çəkdiyi film MOSKVA KİNOFESTİVALINDA...
Dünən, 16:11
Qəzənfərin Ağayevin sərvətinin siyahısı yayıldı... - Təkcə Masallıda olanı budur...
Dünən, 16:08
“Hərbi məlumatları hay-küyə yol vermədən, şişirtmədən yaymaq lazımdır” - Qulu Məhərrəmli
Dünən, 16:00
Lavrov görüşdə həmsədrlərin iştirakı ilə danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib - Səfirlik
Dünən, 15:58
Jurnalistikanı kim urvatsız elədi? - “Tələbələrin səviyyəsi çox aşağıdır”
Dünən, 15:51
Qarabağda əvvəl müharibə, sonra danışıq... - Tofiq Zülfüqarovdan durum dəyərləndirməsi
Dünən, 15:49
Azərbaycanda məhkəmə sədrinə töhmət verildi
Dünən, 15:46
"Rövşən Bağırovu nə vaxt cəzalandıracaqlar?" - Lerikdə NARAZILIQ
Dünən, 15:45
Azərbaycanda indiyədək 1080873 koronavirus testi aparılıb
Dünən, 15:38
Azərbaycanda ümumilikdə 39686 nəfər COVID-19-a yoluxub, 581 nəfər vəfat edib
Dünən, 15:38
Azərbaycanda son sutkada 162 nəfər COVID-19-a yoluxub, 133 nəfər sağalıb, bir nəfər vəfat edib
Dünən, 15:37
Kremlin yeni-köhnə Qarabağ planı: - Pərdəarxası ssenariyə diqqət!
Dünən, 15:35
“Ramiz Mehdiyevin akademik adı ləğv olunmalıdır: - legitim əsası yoxdur"
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru