Müəllimlər hər ay pulsuz koronavirus testindən .....                     “Azəriqaz”dan hökumətə və əhaliyə “surpriz” .....                     Suriya hərbçisi ailəsi ilə Qubadlıya köçürüldü: .....                     Aleksandr Lukaşenko and içərək 6-cı dəfə prezident kimi fəaliyyətə başlayıb .....                     Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi genişləndirilir .....                     Aqil Abbas deməliydi ki, kəndli nəşə əksin?.. .....                     Ağstafada arı sancan kişi dünyasını dəyişib .....                     “Donuz tarladan necə çıxarılırsa, biz də erməniləri torpaqlarımızdan elə çıxarmalıyıq” .....                     Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib .....                     Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır .....                     Xanım deputatla bağlı ilginc iddialar... .....                     Şeyxin qudası Vasif Talıbovun övladlarına 110 sot torpaq satıb .....                     Azərbaycan mediası müharibəyə hazır deyil .....                     AMEA-nın saytının baş redaktoru işdən çıxdı .....                     Qohumları tərəfindən döyülən gəncin anası: .....                     AMEA əməkdaşlarına məqalələri kim yazdırır? .....                     Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub .....                     Ukrayna Prezidentindən Azərbaycanla bağlı paylaşım .....                     DTX-nin tutduğu rəis həbsdən buraxıldı .....                     Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 385 nəfərə çatıb .....                     Deputatımız özü özünü xoş sözlərlə təbrik etdi .....                     "Bizi azərbaycanlıların bazarlarından bayıra atıblar" .....                     “Az tapmışıq, az yemişik, çox tapmışıq çox yemişik” .....                     "Əgər Ermənistanın arxasında duran qüvvələr mane olmasaydı..." .....                     Bu şirkəti keçmiş PA rəhbərinə nə bağlayır? .....                     “Şövkət Ələkbərova" gəmisində aclıq başladı: .....                     Azərbaycanda nişanlı qız intim fotoları ilə şantaj olunur .....                     Məktəblər yenidən BAĞLANACAQMI? .....                     Mehdiyevə yaxın başçılar üçün ƏCƏL ZƏNGİ... .....                     Evinə dövlət məmurları gələn kişi atəş açdı .....                     Lənkəran Destinasiya Menecmenti Təşkilatı ictimaiyyətə təqdim olunub .....                     51 milyona başa gələn parkda eskalatorlar yenə işləmir .....                     “Uşaq pulu” yenidən gündəmdə: ödəniş nə qədər ola bilər? .....                     Ermənistanda koronavirusdan 4 nəfər gəbərib .....                     Gürcüstanda daha 227 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb .....                     Ölkədə yeni referendum müzakirələri .....                     Depressiyadan çıxıb, iş başına keçdi .....                     Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb .....                     Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanır .....                     Cəbhədə “tufanqabağı sakitlik” .....                 

Azərbaycan və Serbiya arasında “minaatan” qalmaqalının pərdəarxası məqamları - TƏHLİL
Tarix: 12-08-2020, 11:21 | Çap et
Azərbaycan və Serbiya arasında “minaatan” qalmaqalının pərdəarxası məqamları
Nə qədər paradoksal səslənsə də, siyasətdə də etik normalara və tərəfdaşlıq prinsiplərinə sadiqliklə yanaşmaq lazımdır.

Təəssüflər olsun ki, biz zaman-zaman özünü Azərbaycana dost və tərəfdaş adlandıran ölkələrin dövlətimizin milli maraqlarına laqeydliklə yanaşmalarının şahidi oluruq. Elə Tovuz hadisələrindən bir neçə gün sonra Ermənistan silahlı qüvvələrinin istifadə etdikləri Serbiya istehsalı minaatanlar da, bu məsuliyyətsizliyin və etikadan kənar çirkin siyasətin bariz nümunəsi oldu. Çünki özünü Azərbaycanın müttəfiqi adlandıran və rəsmi Bakıdan maliyyə məsələlərindən tutmuş ərazi bütövlüyü məsələsinə qədər dəstək alan Belqraddakı siyasətçilər ən azı öz milli maraqlarını düşünərək işğalçı dövləti silahlandırmamalı idilər.

İki ölkə mediasında geniş müzakirələrin getməsindən, Serbiyanın Azərbaycandakı səfirinin XİN-ə çağırılmasından bir neçə həftə sonra Belqradın siyasi kuluarlarında etdikləri səhvin ciddiliyini başa düşdülər. Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək Tovuzdakı hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi.

Həmin telefon danışığından 4 gün sonra, avqustun 11-də Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçin Bakıya səfəri baş tutdu. Bu səfər Azərbaycanın Serbiyaya silahla bağlı müraciətindən sonraya təsadüf edir.

Səfər zamanı Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul ediblər.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparıldı. Dövlət başçılarının müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanmış oldu.

Etiraf edək ki, səfərin məqsədi və səfər zamanı müzakirə edilən ən əsas məsələ heç də mətbuat üçün hazırlanan açıqlamalar deyildi. Elə diplomatiyanın xüsusiyyəti də budur. Ən vacib məsələlər bağlı qapılar arxasında müzakirə olunur. Görüşlərdə müzakirə olunan əsas mövzu Serbiyanın işğalçı Ermənistana silah satması və həmin silahların düşmənin Tovuza hücumu zamanı istifadə etməsi idi.

İlk baxışdan Ermənistana silah satışı ilə bağlı Azərbaycanın hansısa üçüncü dövlətə etirazı, Serbiya və ya regiondan uzaqda yerləşən bir çox dövlət üçün qəribə səslənsə də (yada salaq: silah satışı məsələsi ictimailəşəndən sonra Serbiya prezidentinin çıxışını və etirafını), əslində, burada təəccüblü heç nə yoxdur. Çünki işğalçı, beynəlxalq hüququ pozan münaqişə tərəfinə silah satmaq və onunla hərbi sahədə əməkdaşlıq beynəlxalq hüquqa hörmətsizliklə yanaşı, həm də işğalçını şirnikləşdirmək deməkdir. Rəsmi Belqrad bu məsələdə xüsusilə bugünkü Azərbaycan-Serbiya münasibətlərini nəzərə almalı idi.

Çünki son illər ərzində hər iki dövlət arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdu. Kosova məsələsində Azərbaycan daim Serbiyanın yanında olub. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir. Azərbaycan və Serbiya arasında 2013-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Serbiya Prezidentinin 2018-ci ilin mayında Azərbaycana səfəri zamanı imzalanmış Strateji Əməkdaşlığa dair Birgə Fəaliyyət Planı, eyni zamanda mütəmadi olaraq Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya iclasları - əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır.

Son illər iki ölkə arasında infrastruktur, energetika, sənaye, nəqliyyat-tranzit, İKT və digər sahələrdə münasibətlər inkişaf etməkdədir. Təbii ki, son zamanlar Azərbaycan tərəfindən Serbiyaya milyonlarla dollarlıq investisiya yatırımları və müxtəlif sahələrdə münasibətlərin inkişafı haqqında danışarkən həm də qloballaşan dünyada əsas iqtisadi sahələrdən biri energetika sahəsinə diqqət yetirməliyik. Söhbət xüsusilə bir neçə ay sonra işə başlayacaq Cənub Qaz Dəhlizinin TAP layihəsindən gedir. Bu dəhlizin əsas seqmenti sayılan TAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Bu layihə eyni zamanda Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Bolqarıstan kimi dövlətlərin marağına da cavab verir. Avropaya qaz ixracatında ilk yeri tutan və geoiqtisadi layihələrə həssaslıqla yanaşan Rusiyanın Serbiya ilə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərini nəzərə alsaq, Belqrad tərəfindən Azərbaycan qazının Avropaya nəql olunmasında tutduğu mövqe də hər halda göründüyü kimi, asanlıqla qəbul edilməməkdədir. Bəzi məlumatlara görə, Serbiya Azərbaycan təbii qazını 2023-cü ildə Bolqarıstan vasitəsilə almağı nəzərdə tutur. Əgər yaxın illər ərzində Cənub Qaz Dəhlizinin Balkanlarda şaxələndirilməsi baş tutarsa, region dövlətləri Azərbaycan qazının alıcısına çevrilə bilərlər. Qeyd etmək lazımdır ki, artıq İon-Adriatik qaz boru kəməri layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.

Eyni zamanda hər iki dövlət arasında turizm, tikinti, kənd təsərrüfatı sahəsində də münasibətlər artan xətt üzrə inkişaf etməkdədir.

Beləliklə, iki ölkə arasında yuxarıda sadalanan artan xətt üzrə siyasi, iqtisadi sahələrdə inkişafın olduğu bir vaxtda ərazi bütövlüyü pozulmuş Serbiyanın işğalçı Ermənistana silah satması doğrudan da məntiqsiz addım idi. Görünən odur ki, Serbiyadakı bəzi silah ticarətindəki “baronlar” Ermənistana silah sataraq həm şəxsi merkantil maraqlarını ümumdövlət maraqlarından üstün tutmuş, həm də Azərbaycan-Serbiya münasibətlərinə xələl gətirmək istəmişlər. Lakin Serbiyadakı yüksək siyasi dairələrdəki narahatlıq ümid yaradır ki, bu “silah alveri” bir daha təkrarlanmayacaq.

Zaur Məmmədov
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, s.e.n, Bakı Politoloqlar Klubunun sədri





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əgər kimsə keçirdiyim hissləri sözlərlə əvəz edə bilərsə mükafat verərəm"
Bu gün, 12:58
Müəllimlər hər ay pulsuz koronavirus testindən KEÇİRİLƏ BİLƏR
Bu gün, 12:54
“Azəriqaz”dan hökumətə və əhaliyə “surpriz” - Büdcədən 500 milyon xərclənən sayğaclar niyə əvəzlənir?
Bu gün, 12:53
Suriya hərbçisi ailəsi ilə Qubadlıya köçürüldü: - YENİ FAKTLAR
Bu gün, 12:52
Aleksandr Lukaşenko and içərək 6-cı dəfə prezident kimi fəaliyyətə başlayıb
Bu gün, 12:50
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi genişləndirilir - FƏRMAN
Bu gün, 12:45
Aqil Abbas deməliydi ki, kəndli nəşə əksin?.. - Replika
Bu gün, 12:41
Ağstafada arı sancan kişi dünyasını dəyişib
Bu gün, 12:36
"Azdrama"nın tanınmış aktyoru avtomobildə gecəyir - Övladımın üzünü görə bilmirəm
Bu gün, 12:35
“Donuz tarladan necə çıxarılırsa, biz də erməniləri torpaqlarımızdan elə çıxarmalıyıq” - deputat
Bu gün, 12:34
Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
Bu gün, 12:28
Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır - Diqqət!
Bu gün, 12:21
Xanım deputatla bağlı ilginc iddialar... - Qardaşı ayı saxlayırmış...
Bu gün, 12:19
Şeyxin qudası Vasif Talıbovun övladlarına 110 sot torpaq satıb - SƏNƏDLƏR
Bu gün, 12:15
Azərbaycan mediası müharibəyə hazır deyil - “Hansı redaksiyada dəbilqə, zirehli jilet var?”
Bu gün, 12:12
AMEA-nın saytının baş redaktoru işdən çıxdı - Mehdiyev ona başqa vəzifə verdi
Bu gün, 12:10
Qohumları tərəfindən döyülən gəncin anası: - “Qızımın üzünü əməliyyat elətdirsinlər”
Bu gün, 12:07
AMEA əməkdaşlarına məqalələri kim yazdırır? – Mehdiyevin yeni həmləsi
Bu gün, 12:06
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub - Diqqət!
Bu gün, 12:05
Zöhrə canlı yayımda müğənnini BİABIR ETDİ: - "Alt paltarında efirə gəlmisən"
Bu gün, 12:04
Ukrayna Prezidentindən Azərbaycanla bağlı paylaşım - FOTO
Bu gün, 12:01
"Mənim Azərbaycan pasportum yoxdur" - Xalq artisti
Bu gün, 11:57
DTX-nin tutduğu rəis həbsdən buraxıldı - QƏRAR
Bu gün, 11:55
Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 385 nəfərə çatıb
Bu gün, 11:54
Deputatımız özü özünü xoş sözlərlə təbrik etdi - FOTOFAKT
Bu gün, 11:51
"Bizi azərbaycanlıların bazarlarından bayıra atıblar" - Ermənistan İxracatçılar İttifaqının sədri
Bu gün, 11:49
“Az tapmışıq, az yemişik, çox tapmışıq çox yemişik” - Sona Vəliyeva
Bu gün, 11:45
"Əgər Ermənistanın arxasında duran qüvvələr mane olmasaydı..."
Bu gün, 11:43
Bu şirkəti keçmiş PA rəhbərinə nə bağlayır? - İDDİA
Bu gün, 11:40
“Şövkət Ələkbərova" gəmisində aclıq başladı: - 10 azərbaycanlı...
Bu gün, 11:35
Qəzaya düşən Tacir Şahmalıoğlunun oğlu: - "Günah məndə oldu"
Bu gün, 11:34
"Dil açıb danışmağa başlayandan dedi ki, mənə ət vermə"
Bu gün, 11:31
Azərbaycanda nişanlı qız intim fotoları ilə şantaj olunur - FOTOFAKT
Bu gün, 11:29
Məktəblər yenidən BAĞLANACAQMI? - ekspert danışır
Bu gün, 11:25
Mehdiyevə yaxın başçılar üçün ƏCƏL ZƏNGİ... - Az qalıb...
Bu gün, 11:23
Evinə dövlət məmurları gələn kişi atəş açdı - Bakıda OLAY
Bu gün, 11:14
Lənkəran Destinasiya Menecmenti Təşkilatı ictimaiyyətə təqdim olunub
Bu gün, 11:13
51 milyona başa gələn parkda eskalatorlar yenə işləmir - FOTO
Bu gün, 11:06
“Bu siyasətin başında dayanan şəxslər hazırda yoxdurlarsa, onların qoyduqları qaydaları da ləğv etmək lazımdır”
Bu gün, 11:02
“Uşaq pulu” yenidən gündəmdə: ödəniş nə qədər ola bilər? - VİDEO
Bu gün, 10:53
Ermənistanda koronavirusdan 4 nəfər gəbərib
Bu gün, 10:51
Gürcüstanda daha 227 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Bu gün, 10:48
Ölkədə yeni referendum müzakirələri - siyasilərdən fərqli reaksiyalar
Bu gün, 10:42
Depressiyadan çıxıb, iş başına keçdi
Bu gün, 10:40
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Bu gün, 10:38
Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanır
Bu gün, 10:29
Cəbhədə “tufanqabağı sakitlik” - TƏHLİL
Bu gün, 10:23
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:20
Xərçəng xəstəsi olan Gülbahar Şükürlü efirdə ağladı - VİDEO
Bu gün, 10:18
DTX-nin həbs etdiyi başçının adamları "vurulur"... - Faiq Qürbətov təmizləməyə başlayıb...
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru