Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq .....                     SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı .....                     “AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” .....                     Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib .....                     "Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb .....                     DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi .....                     Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb .....                     Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə .....                     Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb .....                     İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. .....                     İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... .....                     “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar .....                     Beyləqanın başçısı hara baxır ki? .....                     Səhiyyə Nazirliyində ÇALXALANMA... .....                     Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı .....                     Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub .....                     Ağcabədidə səhiyyə adına RƏZALƏT .....                     Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb .....                     "İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" .....                     Nazir rəis müavinini vəzifəsindən azad edib .....                     “Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” .....                     “Bilmədim bu virus məni haradan gəlib tapdı” .....                     "Aclıq oyunları" planlarını pozan humanizm .....                     “Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır” .....                     “Baku Steel Company”də işçi haqqı yeyilir .....                     Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? .....                     Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi .....                     Azərbaycan hakimiyyətində FETÖ varmı .....                     Ölkədən pullar gedib, amma gəlməyib: .....                     Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb .....                     Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi .....                     “AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” .....                     Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq .....                     “Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” .....                     AMEA bir şəxsin maraqlarına qurban verilir .....                     "Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neft ucuzlaşıb .....                     “Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ .....                 

“Özəl sektorun sahibləri bu məsələ ilə bağlı məsuliyyət daşıyırlar” - Adil Qeybulla
Tarix: 12-08-2020, 08:17 | Çap et
 “Özəl sektorun sahibləri bu məsələ ilə bağlı məsuliyyət daşıyırlar”
Ötən həftədən başlayaraq çimərliklərlə bağlı qadağalar ləğv olunduqdan sonra çimərliklərə güclü axın var. Bu vəziyyət gözlənilən olduğu üçün əvvəlcədən vətəndaşlara müraciət olunaraq, müvafiq portaldan qeydiyyatdan keçdikdən sonra çimərliklərə üz tutmaq tövsiyə olunurdu.

Lakin müşahidələr də onu göstərdi ki, böyük əksəriyyət bu tövsiyələrə əməl etmədən birbaşa çimərliklərə üz tutur, nəticədə böyük sıxlıq yaranır. Bu sıxlıq isə virusun yayılma riskini daha da artırmış olur. Bəs nə etməli?

Qeyd edək ki, artıq yaranmış narahat vəziyyət ilə bağlı müxtəlif təkliflər verilməkdədir. Məsələn, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı bununla bağlı maraqlı təklif irəli sürüb. O, qeyd edib ki, çimərliklərdə əsas gərginlik şənbə və bazar günləri yaşanır: “Şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün insanlar çimərliklərə şəxsi avtomobillərindən istifadə edərək gedirlər. Təklif edirəm ki, növbəti həftədə də ciddi sıxlıq müşahidə olunarsa, bir çox meqapolisdə tətbiq edilən ”cüt nömrə-tək nömrə" sistemindən bəhrələnə bilərik. Məsələn, şənbə günü “cüt nömrəli”, bazar günü isə “tək nömrəli” avtomobillərin çimərliklərə getməsinə icazə verilə bilər. Beləliklə, həftəsonu insanların rahat və təhlükəsiz istirahəti üçün imkan yarada, nəticədə isə koronavirusla bağlı min bir əziyyətlə əldə edilən olduqca müsbət dinamikanı qoruyub saxlaya bilərik".

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb: “Qeyd olunan məsələnin tənzimlənməsi üçün həkim heyəti olaraq, təkliflər yazmışdıq ki, ”Evdə qal" karantini ləğv edildikdən sonra bütün qapalı məkanlarda, ayrı-ayrı yerlərdə eyni anda neçə nəfərin olması təlimatı müəyyən edilməlidir. Eləcə də marketlərdə, ictimai nəqliyyatda, çimərliklərdə bu təlimat tətbiq olunmalıdır.

Məlum məsələdir ki, çimərlik məkanlarının əksəriyyəti özəlləşdirilib, sərhədlənib, ayrı-ayrı hissələrə bölünüb. Belə bir şəraitdə özəl sektorun sahibləri bu məsələ ilə bağlı məsuliyyət daşıyırlar. Onlar gərək əvvəlcədən məkanda neçə nəfərin ola bilməsini elan etməli, sosial məsafəni təmin etməlidirlər.

Televiziya ekranlarından gördük ki, çimərliklərdə sosial məsafənin gözlənilməsi üçün stol və stullar xeyli aralı məsafədə qoyulub və sairə. Lakin sonra gördük ki, bütün bunların hamısı real deyil, görüntü xatirinə imiş. Bəzən tamah, təmənna və bu kimi bu amillər hər şeyi üstələyir".

Adil Qeybulla karantin qaydalarına çox ciddi şəkildə əməl etməyin zəruri olduğunu vurğuladı:

“Eləcə də marketlərdə müşahidə edirik ki, səliqə ilə maska taxanlarla bərabər maskası çənəsində olanlar da var. Bir çoxu isə maska taxsa da, burnunu örtməkdən yayınır. Onlara bəzən nəzarət edən olmur. Market işçiləri əslində tez-tez bu məsələyə nəzarət etməli, maskalardan tələb olunan qaydada əməl edilməsi üçün mütəmadi xəbərdarlıq elanları verməlidirlər. Ancaq müşahidə edirik ki, bu cür tədbirlər yoxdur. Ona görə də ölkədə koronavirusa yoluxma halı yenidən arta bilər”.

Adil Qeybulla bildirib ki, bundan sonra da qaydalara könüllü surətdə əməl olunmazsa, inzibati tədbirlərə əl atmaq lazımdır:

“Bəlkə bu yolla məsələni tənzimləyə bildilər”.

Adil Qeybullanın sözlərinə görə əksəriyyət pandemiyadan nəticə çıxartsa da çox az sayda insan açıq havada maskadan istifadə edir:

“Doğrudur, açıq havada maska taxmaq zəruri deyil. Lakin sıxlıq olan açıq məkanlarda da maskadan istifadə etmək lazımdır. Məsələn, şəhərin mərkəzində yerləşən ”Nizami" küçəsində həddən artıq sıxlıq olur. Küçə özü dardır. Burada da gəzmək istəyən çox olur. Bir azdan açıq havada kafe və restoranların da fəaliyyətinə icazə veriləndə bu sıxlıq daha da artacaq. Unutmaq olmaz ki, pandemiya hələ qurtarmayıb. Ona görə də bu cür məkanlarda da maska taxmaq, sosial məsafə saxlamaq mütləqdir.

İnsanların bir-biri ilə yaxından təmasda olması, görüşərkən qucaqlaşması, bu kimi davranışları yığışdırmaq lazımdır. Amma müşahidə edirik ki, bunlar hələ də davam edir".

Uzun müddətdir ki, koronaviruslu xəstələrin müalicəsində iştirak edən, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, həkim Ədalət Rüstəm də mövzu ilə bağlı danışıb. Həkim qeyd edib ki, əksəriyyət nəinki çimərliklərdə, hətta qapalı məkanlarda, ictimai nəqliyyatda qaydalara əməl etməkdən yayınır: “Məlum olduğu kimi, avqustun 10-dan karantin rejimində yumşalmalar oldu, bir çox sahələrin fəaliyyətinə yenidən icazə verildi. Ayın 17-dən sonra isə kafe və restoranların açılacağı gözlənilir. Lakin müşahidə edirik ki, hələ də qapalı məkanlarda belə bəziləri maskasız gəzir. Və yaxud ictimai nəqliyyatda maskadan düzgün istifadə etmir, maskanı çənənin altında saxlayırlar. Bu o deməkdir ki, 12-13 gündən sonra, təxminən avqustun 24-25-də yenidən virusa yoluxanların sayı artmağa başlayacaq”.

Qeyd edək ki, çimərliklərdə yaşanan sıxlıq ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən müraciət yayılıb. Müraciətdə “COVID -19" pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etmələri xahiş olunur:

Çimərliklərə getməmişdən əvvəl çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq;

Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək;

İstifadəsi zəruri sayılan əşyaları özünüz ilə çimərliyə gətirmək;

Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək;

Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;

Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;

Çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq;

Qadağan olunmuş ərazilərdən istifadə etməmək;

Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;

Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək. Saytda adı qeyd olunmayan çimərliklərə üz tutduqda pandemiya ilə bağlı monitorinq aparılmadığından ehtiyatlı olmağınız tövsiyə edilir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq - Belə deyirlər...
19-09-2020, 12:27
SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı
19-09-2020, 11:51
“AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” - deputat
19-09-2020, 11:18
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib
19-09-2020, 11:16
"Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" — SENSASİON AÇIQLAMA
19-09-2020, 11:14
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb
19-09-2020, 11:08
DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi - "Belə məsuliyyətsiz yazılara inanmayın"
19-09-2020, 11:06
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
19-09-2020, 11:04
Murad Dadaşov bir ilkə imza atdı - VİDEO
19-09-2020, 10:54
Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR
19-09-2020, 10:52
Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb
19-09-2020, 10:50
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
19-09-2020, 10:49
İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... - AÇIQLAMA
19-09-2020, 10:44
Nazirlik "Xarqo" filmi çəkdi
19-09-2020, 10:43
“Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin"
19-09-2020, 10:42
Beyləqanın başçısı hara baxır ki? - Kəndlər boşalır...
19-09-2020, 10:37
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
19-09-2020, 10:35
Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı
19-09-2020, 10:34
Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub
19-09-2020, 10:33
Ağcabədidə səhiyyə adına RƏZALƏT - İTTİHAM
19-09-2020, 10:32
Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb - İntihar?
19-09-2020, 10:31
"İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" - ekspert
19-09-2020, 10:30
Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR
19-09-2020, 10:29
“Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” - AKTUAL
19-09-2020, 10:26
“Bilmədim bu virus məni haradan gəlib tapdı” - Partiya sədri
19-09-2020, 10:22
"Aclıq oyunları" planlarını pozan humanizm - TƏHLİL
19-09-2020, 10:21
“Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”
19-09-2020, 10:15
“Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY
19-09-2020, 10:13
Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? - TƏHLİL
19-09-2020, 10:10
İlkin Həsəni onu komandasına gətirdi - FOTO
19-09-2020, 10:07
Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi
19-09-2020, 10:05
Azərbaycan hakimiyyətində FETÖ varmı - GƏLİŞMƏ
19-09-2020, 10:04
"İstəyim gündəmdə qalmaq deyil, istəyim tarixdə qalmaqdır"
19-09-2020, 10:00
Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
19-09-2020, 09:58
Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
19-09-2020, 09:55
Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi
19-09-2020, 09:54
"Toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar" - AÇIQLAMA
19-09-2020, 09:52
“AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” – Adil Əliyev
19-09-2020, 09:51
Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq - İLGİNC
19-09-2020, 09:49
"Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir"
19-09-2020, 09:48
"Təhsil heç vaxt ticarətə çevrilməməlidir"
19-09-2020, 09:44
“Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” - İTTİHAM
19-09-2020, 09:41
"Məni buna ömürlük inandırıblar"
19-09-2020, 09:39
AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ
19-09-2020, 09:37
"Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" - deputat
19-09-2020, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
19-09-2020, 09:34
Neft ucuzlaşıb
19-09-2020, 09:32
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
19-09-2020, 09:31
İmişlidə təzə başçını da tapmaq olmur... - NARAZILIQ...
19-09-2020, 09:29
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
19-09-2020, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru