Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq .....                     SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı .....                     “AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” .....                     Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib .....                     "Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb .....                     DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi .....                     Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb .....                     Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə .....                     Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb .....                     İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. .....                     İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... .....                     “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar .....                     Beyləqanın başçısı hara baxır ki? .....                     Səhiyyə Nazirliyində ÇALXALANMA... .....                     Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı .....                     Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub .....                     Ağcabədidə səhiyyə adına RƏZALƏT .....                     Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb .....                     "İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" .....                     Nazir rəis müavinini vəzifəsindən azad edib .....                     “Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” .....                     “Bilmədim bu virus məni haradan gəlib tapdı” .....                     "Aclıq oyunları" planlarını pozan humanizm .....                     “Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır” .....                     “Baku Steel Company”də işçi haqqı yeyilir .....                     Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? .....                     Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi .....                     Azərbaycan hakimiyyətində FETÖ varmı .....                     Ölkədən pullar gedib, amma gəlməyib: .....                     Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb .....                     Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi .....                     “AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” .....                     Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq .....                     “Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” .....                     AMEA bir şəxsin maraqlarına qurban verilir .....                     "Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neft ucuzlaşıb .....                     “Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ .....                 

Serbiyadan strateji tərəfdaşlığa TƏHDİD: - Belqrad səhvini düzəltməyə çalışır
Tarix: 11-08-2020, 15:05 | Çap et
Serbiyadan strateji tərəfdaşlığa TƏHDİD:
Serbiya Tovuz rayonu istiqamətində Azərbaycanın döyüş mövqelərinin və yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı monitorinq aparmaq niyyətindədir.

Buna səbəb iyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan ərazisini Serbiya istehsalı olan silahlardan atəşə tutmasıdır. Həmin hadisədən dərhal sonra Serbiya prezidenti Aleksandr Vuçiç Ermənistana silah satdıqlarını etiraf etdi.

Məlum oldu ki, general Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Azərbaycan ordusunun bir neçə yüksək rütbəli zabit və əsgəri məhz Serbiyadan alınmış silahlarla şəhid edilib. Prezident Vuçiç isə Rusiyanın Avropadakı forpostu olan Serbiyanı sığortalamaq üçün yalnız Ermənistana deyil, həm də Azərbaycana silah satdıqlarını deyib. O, hər iki ölkə ilə hərbi əməkdaşlığın 17 min nəfərin çalışdığı Serbiya müdafiə sənayesi kompleksini xilas etmək məqsədi daşıdığını bildirib. Lakin Serbiya prezidentinin sonradan Azərbaycanın dövlət başçısına zəng edərək baş verən hadisədən təəssüfləndiyini söyləməsi rəsmi Belqradın siyasi üzrxahlıq cəhdi kimi başa düşülə bilər.

Vuçiç vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Buna baxmayaraq, həmin nümayəndə heyətinin gəlişi təbii ki, artıq heç nəyi dəyişə bilməz. Serbiya hökuməti Ermənistana silah satıldığını rəsmən təsdiq etdiyi halda sonradan monitorinq aparmağa ehtiyac qalmır. Azərbaycanın son illər strateji tərəfdaşına çevrilmiş Serbiya rəhbərliyinin səhvi bu münasibətləri zədələyib. İndi prezident Vuçiç təəssüf hissi keçirdiyini vurğulamaqla və Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya səfərə dəvət etməklə bu nöqsanı aradan qaldırmaq istəyir.

Təbii ki, Serbiya bu səhvi aradan qaldırmaq üçün ilk növbədə, Ermənistanla silah ticarətini dayandırmalıdır. Çünki Serbiya Azərbaycanla da hərbi əməkdaşlıq edir. Əks təqdirdə, silah bazarında geniş seçim imkanı olan Azərbaycan Serbiyadan imtina edə bilər. Serbiya da yəqin ki, kasıb, kreditlər hesabına silah alan Ermənistandan fərqli olaraq, geniş maliyyə vəsaitlərinə malik olan Azərbaycanı itirmək istəməz. Hər halda, Azərbaycanın bu barədə rəsmi Belqrada ciddi xəbərdarlıq etməsi zərurətə çevrilib. Eyni zamanda Serbiya Azərbaycanın təbii qazına maraq göstərir. TANAP-TAP kəməri vasitəsilə Avropaya nəql ediləcək Azərbaycan qazının potensial müştərilərindən biri Serbiya hesab olunur. İon Adriatik Boru Kəməri vasitəsilə TAP təbii qazı Bosniya və Hersoqovina, Serbiya, Monteneqro və Xorvatiyaya nəql olunacaq. Serbiya ilə Bolqarıstan arasında qaz xəttinin tikintisi 2022-ci ilə qədər başa çatdırılacaq.

Serbiyanın sözügedən kəmər vasitəsilə Cənub Qaz Dəhlizindən qazın 2023-2025-ci illər arasında alacağı gözlənilir. Rusiyadan “mavi yanacağın” 100 kubmetri 450 dollardan baha istehlak edən Serbiya üçün Azərbaycan qazı həm qiymət, həm də mənbələrin diversifikasiyası baxımından, daha faydalıdır. Ancaq Serbiyanın ermənilərə silah satması enerji sahəsində tərəfdaşlığa zərbə vurur. Ona görə də istər kəmərin marşrutu, istərsə də təbii qazın qiyməti məsələsində Azərbaycanın enerji bazarında Serbiyaya təzyiq imkanları genişdir. Yəni Serbiyanın Azərbaycana ehtiyacı var bu baxımdan, Ermənistanla hərbi əməkdaşlığın qarşısını almaq üçün mümkün təsir vasitələrindən işə salına bilər.

Politoloq Natiq Miri hesab edir ki, Aleksandr Vuçiçin İlham Əliyevə zəng etməsi və Azərbaycana nümayəndə heyəti göndərmək təklifi münasibətləri tənzimləmək üçün atılan addımdır. Çünki Serbiyanın hadisə yerində müşahidə aparması heç nəyi müəyyən etməyəcək:

“Sadəcə, Serbiyadan gətirilmiş minaatanların mərmilərinin qəlpələri ilə bunu müəyyənləşdirə bilərlər. Başqa nəyi araşdıra bilərlər? Serbiya bu münaqişənin taleyini həll edəcək, yaxud bu yöndə qərar verə biləcək ölkə də deyil. Nümayəndə heyətinin göndərilməsi təklifi həmin informasiyanı təsdiq etmək üçün atılan addımdır. Eyni zamanda Azərbaycanla münasibətləri yenidən tənzimləmək istəyidir. Çünki oratada həqiqətən xoşagəlməz durum var. Azərbaycan Serbiyaya dost əlini uzadıb. Bundan sonra Serbiya ilə bir çox sahələrdə qarşılıqlı tərəfdaş kimi çıxış etmək istəyini bildirib. Azərbaycanın Serbiyaya etdiyi yardımları da diqqətdən qaçırmaq olmaz. Ona görə də cırtdan Ermənistanın fonunda Serbiya Rusiyanın maraqlarına görə Azərbaycanı itirmək istəməz. Həmçinin Cənub Qaz Dəhlizinin bir xətti də Serbiyadan keçəcək. Serbiyanın da bu qazı almaqda konkret geosiyasi maraqları mövcuddur. Ona görə də düşünürəm ki, bu monitorinq qrupu daha çox atılan atılan mərmilərin qəlpələrini analiz edə bilərlər. Əgər bu silahların Serbiya istehsalı olduğu sübut olunarsa, rəsmi Belqrad Azərbaycandan üzr istəməlidir. Burada qəbahət yoxdur. Cırtdan Ermənistana görə Azərbaycan kimi bir ölkəni incik salmaq Serbiyanın geosiyasi maraqlarına xidmət etmir. Ona görə də prezident Vuçiç tərəfindən atılan addımı təqdirəlayiq hal kimi dəyərləndiririrəm. Bundan başqa, müxtəlif dövlətlərin ərazisində qeydiyyatda olmayan ofşor şirkətlər var. Onlar bir ölkənin ərazisindən başqasına rahat keçməklə hakimiyyətin diqqətindən kənar silah sata bilirlər. Ola bilsin ki, göndərilən nümayəndə heyəti həm də bunu araşdıracaq. Fikrimcə, bu təşəbbüs Azərbaycanla münasibətləri əvvəlki məcrasına qaytarmaq məqsədi daşıyır. Çünki qüsurlu olan Serbiya tərəfidir. Bu baxımdan, üzrxahlıq etmək də Serbiyaya düşər” .

Natiq Miri bildirdi ki, prezident Vuçiçin Azərbaycan prezidentinə telefon zəngi etməsindən sonra Serbiyaya təzyiq mexanizmlərini işə salmağa ehtiyac qalmayacaq. Bundan sonra belə səhvlərin təkrarlanmaması üçün Serbiya dövləti və rəhbərliyinə xəbərdarlıq edilib.

“Düşünmürəm ki, Balkanlarda Serbiya kimi güclü bir ölkəni Azərbaycan itirmək istəsin. Bu Azərbaycanın deyil, Ermənistanın maraqlarına xidmət edir. Sadəcə, ciddi xəbərdarlıq olunmalıdır ki, belə hadisə bir daha təkrar olunmasın. Bu da Azərbaycanın maraqlarına uyğun olaraq, növbəti silah bazarının Ermənistanın üzünə bağlanmasına gətirib çıxaracaq”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq - Belə deyirlər...
19-09-2020, 12:27
SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı
19-09-2020, 11:51
“AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” - deputat
19-09-2020, 11:18
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib
19-09-2020, 11:16
"Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" — SENSASİON AÇIQLAMA
19-09-2020, 11:14
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb
19-09-2020, 11:08
DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi - "Belə məsuliyyətsiz yazılara inanmayın"
19-09-2020, 11:06
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
19-09-2020, 11:04
Murad Dadaşov bir ilkə imza atdı - VİDEO
19-09-2020, 10:54
Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR
19-09-2020, 10:52
Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb
19-09-2020, 10:50
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
19-09-2020, 10:49
İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... - AÇIQLAMA
19-09-2020, 10:44
Nazirlik "Xarqo" filmi çəkdi
19-09-2020, 10:43
“Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin"
19-09-2020, 10:42
Beyləqanın başçısı hara baxır ki? - Kəndlər boşalır...
19-09-2020, 10:37
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
19-09-2020, 10:35
Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı
19-09-2020, 10:34
Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub
19-09-2020, 10:33
Ağcabədidə səhiyyə adına RƏZALƏT - İTTİHAM
19-09-2020, 10:32
Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb - İntihar?
19-09-2020, 10:31
"İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" - ekspert
19-09-2020, 10:30
Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR
19-09-2020, 10:29
“Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” - AKTUAL
19-09-2020, 10:26
“Bilmədim bu virus məni haradan gəlib tapdı” - Partiya sədri
19-09-2020, 10:22
"Aclıq oyunları" planlarını pozan humanizm - TƏHLİL
19-09-2020, 10:21
“Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”
19-09-2020, 10:15
“Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY
19-09-2020, 10:13
Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? - TƏHLİL
19-09-2020, 10:10
İlkin Həsəni onu komandasına gətirdi - FOTO
19-09-2020, 10:07
Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi
19-09-2020, 10:05
Azərbaycan hakimiyyətində FETÖ varmı - GƏLİŞMƏ
19-09-2020, 10:04
"İstəyim gündəmdə qalmaq deyil, istəyim tarixdə qalmaqdır"
19-09-2020, 10:00
Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
19-09-2020, 09:58
Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
19-09-2020, 09:55
Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi
19-09-2020, 09:54
"Toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar" - AÇIQLAMA
19-09-2020, 09:52
“AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” – Adil Əliyev
19-09-2020, 09:51
Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq - İLGİNC
19-09-2020, 09:49
"Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir"
19-09-2020, 09:48
"Təhsil heç vaxt ticarətə çevrilməməlidir"
19-09-2020, 09:44
“Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” - İTTİHAM
19-09-2020, 09:41
"Məni buna ömürlük inandırıblar"
19-09-2020, 09:39
AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ
19-09-2020, 09:37
"Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" - deputat
19-09-2020, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
19-09-2020, 09:34
Neft ucuzlaşıb
19-09-2020, 09:32
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
19-09-2020, 09:31
İmişlidə təzə başçını da tapmaq olmur... - NARAZILIQ...
19-09-2020, 09:29
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
19-09-2020, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru