Nazir Ağayevi "Bandotdel"ə şöbə rəisi TƏYİN ETDİ .....                     Şagirdlər məktəbdə virusa yoluxub? .....                     Ermənilər sosial şəbəkələrdə saxta profillərdən yalan məlumatlar yayır .....                     İmişli sakini müraciət edə biləcəyi yer tapmır... .....                     "Əminəm ki, bizdə yeni əməkdaşlıq formatı olacaq" .....                     "Hər dəfə şəkillərdə burnumu fotoşopla düzəltməkdən yoruldum" .....                     Ekspert Qərargaha səsləndi: .....                     Mikayıl Cabbaorv Daşkəsənə gedib .....                     Azərbaycanda peyvənd müzakirəsi başladı: .....                     Dövlət Mədəniyyət və İncəsənət Universitetində .....                     Yeni erməni təxribatları: Tovuz, Naxçıvan, Gəncəbasar, indi də XƏRİTƏ .....                     Livan ermənilərinin Qarabağa yerləşdirilməsi sülhə təhddir .....                     Pediatr distant təhsilə etiraz etdi: .....                     Ermənistanda rayona şəhid generalımız Polad Həşimovun adı verilib? .....                     Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? .....                     "Hakimiyyət orqanlarının deputat Qüdrət Həsənquliyevin niyə üstünə yürüdüklərini anlaya bilmirəm" .....                     Azərbaycanda vəzifəli şəxsə bəraət verildi .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır .....                     Azərbaycan və Gürcüstan XİN başçıları görüşüb .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 945 nəfərə çatıb .....                     “PKK-nın Qarabağa terrorçular göndərməyə gücü qalmayıb” .....                     “Bunlar 70 il bizə qoyun deyib, əsas düşmənimiz Rusiyadır” .....                     Ermənilərin yeni təxribatı .....                     Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlanıb .....                     Qazaxıstanda ölüm hökmü ləğv edildi .....                     "Vicdanlı iqtidar təmsilçiləri bizə minnətdar olmalıdırlar” .....                     Baş həkim bunda ittiham olunur... .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib .....                     Korrupsioner məmurlara qarşı YENİ DALĞA... .....                     Azərbaycanda bələdiyyə üzvünə məxsus milyonluq şirkətlər bağlanır .....                     Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin .....                     Suriyadan erməni batalyonu da Qarabağa göndərildi .....                     “Təkcə Dağlıq Qarabağ yox, bütünlükdə Ermənistan təhlükə altındadır” .....                     Sabirabadda məmura qarşı AĞIR İTTİHAM .....                     ““Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz" .....                     Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina edib .....                     Mehdi Səlimzadə də ortalıqda görünmür... .....                     İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? .....                     "“Xəzər İaşə”nin gətirdiyi yeməklərdən iyrənirik" .....                 

"Bunun arxasında isə Rusiyanın Cənubi Qafqazdakı maraqları dayanır" - Ülvi Quliyev
Tarix: 11-08-2020, 15:04 | Çap et
"Bunun  arxasında isə Rusiyanın Cənubi Qafqazdakı maraqları dayanır"
Pandemiya dövrünü, karantin məhdudiyyətlərini, yay tətili günlərini yaşasaq da, ölkəmizin ictimai-siyasi,sosial və iqtisadi həyatı fəallığını itirmir. Fərqli mövzularla bağlı redaksiyamızda çoxsaylı suallar cəmlənir.Onları cavablandırmaq üçün "Deputat,məmur və vətəndaş mövqeyi” rubrikasını yaratmağa qərar verdik.
Müsahibimiz Milli Məclisin deputatı Ülvi Quliyevdir.

- Ülvi müəllim, Prezident İlham Əliyev son günlərdəki çıxışlarında Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatda güddüyü məqsədlərə ətraflı aydınlıq gətirdi, təxribatın hədəflərini açıqladı. Ölkə başçısı qeyd etdi ki, Ermənistanın bugünkü hakimiyyəti əslində Soros fondunun nümayəndəliyidir və Tovuz istiqamətindəki təxribatının məqsədlərindən biri üzv olduğu hərbi bloku-KTMT-ni münaqişədə fəal iştiraka cəlb etmək, birmənalı olaraq Ermənistanın tərəfində dayanmağa sövq etmək idi. Amma düşmən məqsədinə çata bilmədi. Sizcə, bunun qarşısını necə ala bildik?
- Əslində sualınızın özündə düşmənin bu niyyətinin baş tutmaması səbəblərindən biri öz əksini tapıb. Necə ola bilər ki, həm Soros fondunun nümayəndəliyi olasan, həm də KTMT-nin, ilk növbədə Rusiyanın açıq və fəal dəstəyini əldə edə biləsən? Bu nümayəndəliklə Rusiyanın Cənubi Qafqazdakı maraqları daban-dabana ziddir. Paşinyanın axırıncı hərbi-siyasi təxribatdakı məqsədlərindən biri o idi ki, Rusiyanı çıxılmaz vəziyyətə salsın, təmsil etdiyi və qarşısında öhdəlik götürdüyü fondun maraqlarına uyğun olaraq erməni cəmiyyətini inandırsın ki, dar gündə, cətin ayaqda Rusiya onların yanında dayanmadı. Rəsmi Kremlin əsas təbliğat ruporlarından biri olan media-holdinqin rəhbəri, erməni əsilli Rusiyalı jurnalist Marqarita Simonyanın Paşinyana ünvanladığı açıq mesajı da bu baxımdan təsadüfi deyildi. Onun Paşinyanı günahlandırdığı məsələlərdən biri də Ermənistanda Rusiya əleyhinə QHT-lərin aktiv fəaliyyətinə rəvac verməsi, Rusiya mediasını sıxışdırması ilə bağlı idi. Bu ittihamlar bu günün özündə də internet məkanında, xüsusən Youtube kanallarında daha intensiv formada səsləndirilməkdədir. Səsləndirənlər isə Rusiyada yaşayıb fəaliyyət göstərən erməni mənşəli Simonyan, Baqdasarov və bir çox başqalarıdır. Ermənipərəst mövqeyini heç vaxt gizlətməyən Solovyov kimiləri də bu sıradadır. Şübhəsiz ki, bu ittihamlar yalnız onları ictimailəşdirənlərin subyektiv mövqeyini əks etdirmir. Rəsmi Moskva isə sərgilədiyi mövqe ilə Paşinyana başa saldı ki, Rusiyanın dəstəyi olmadan Ermənistan Azərbaycan qarşısında acizdir, məğlubiyyətə məhkumdur. Marqarita Simonyan mesajında qeyd etdiyi bir məsələdə haqlı çıxdı. Rəsmi Moskva sonda öz dəstəyini Ermənistandan əsirgəmədi. Lakin bu dəstək,o cümlədən Rusiya-Ermənistan birgə hərbi təlimləri Paşinyanın siyasi hakimiyyətinə deyil, Ermənistan adlı dövlətə verilirdi. Bunun arxasında isə Rusiyanın Cənubi Qafqazdakı maraqları dayanır. Bu bir həqiqətdir ki, Ermənistanda siyasi hakimiyyətlərin heç biri indiyədək müstəqil olmayıb, nə formalaşarkən,nə də fəaliyyətində yalnız erməni xalqının seçiminə söykənib. Nisbətən müstəqil olanı Levon Ter-Petrosyan idi, ona görə də hakimiyyətini tez itirdi. Koçaryan və Sarqsyan Rusiyaya bağlı idilər, Paşinyan isə xarici nümayəndəliyin, məlum fondun təmsilçisidir. Ermənilərin Tovuz istiqamətindəki hərbi-siyasi təxribatının iflasa uğramasının əsas səbəbləri isə bunlardır: Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti; Ordumuzun düşmənə layiqli cavab zərbəsi və müqaviməti; Xalqımızın öz Ordusuna və Dövlətinə arxa durması, mütəşəkkil dəstəyi; İslam Əməkdaşlı Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, GUAM kimi bir çox mötəbər beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyinin yanında dayanması; Qardaş Türkiyə və Pakistanın əvvəlki illlərdən fərqli olan daha sərt bəyanatları, daha açıq dəstək ifadə etmələri; KTMT üzvü olan 6 ölkədən 4-nün beynəlxalq təşkilatlar xətti ilə Azərbaycana dəstəyi və Rusiyanın öz maraqlarına xidmət edən mövqeyi.Əsasən bunlardır.

- O zaman ortaya başqa bir sual çıxır, Ermənistan son təxribatını təkbaşınamı törətmişdi?
- Mühüm olan bir həqiqəti unutmamalıyıq ki, vaxtilə əzəli Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaradılanda, bu dövlətin özü belə xarici gücün, imperiyanın Cənubi Qafqazdakı nümayəndəliyi, təmsilçiliyi qismində təsis olunub. Ölkəmizə qarşı təcavüzkar siyasətində Ermənistan heç vaxt tək və arxasız olmayıb. Nə tarixi torpaqlarımızda Ermənistan adlı dövlət-nümayəndəlik qurulanda, nə Qarabağımız işğal ediləndə, nə də bu günün özündə işğalçı yalqız və özbaşına olub. Söhbət müxtəlif zaman kəsiklərindən getsə də, Ermənistanın əsas havadarı və himayədarının ünvanı dəyişməz olaraq qalır. Görünən odur ki, həmin ünvanın sabah dəyişə biləcək ehtimalı çox kövrəkdir. Himayədarı olmadan Ermənistanın öz ayaqları üstə müstəqil dayana, duruş gətirə bilməsi də sıfıra bərabərdir. Çünki bu dövlətin mayası haramçılıqla qoyulub, çörəyini yediyi, əlinə baxdığı yaxın qonşularının malına-mülkünə, torpaqlarına xor baxıb. Havadarının maraqlarından asılı olaraq bu ölkədə sadəcə siyasi hakimiyyətlər dəyişdirilə bilər. Lakin bu, Ermənistan adlı dövlətə yönəlik münasibətin dəyişəcəyi anlamına gəlmir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrinə 27 il, BMT Baş Asambleyasının 62/243 nömrəli qətnaməsinə isə 12 il ərzində əməl olunmursa, sivil dünya və sülhməramlı beynəlxalq missiya işğalçı Ermənistanı buna sövq edə bilmirsə, bu dirənişin arxasında kiçik bir dövlətin təkbaşına dayana bilməsi ehtimalı da sıfırdır. Bu baxımdan Türkün Türkdən başqa dostu yoxdur kimi tarixi kəlamdakı uzaqgörənlik bu günümüzdə də aktual olaraq qalır. Varsa da, onların sayı elə də çox deyil. Yeni Xarici İşlər nazirimizin bu statusda ölkə xaricinə ilk səfərini məhz qardaş Türkiyəyə etməsi bütün mənalarda dəqiq və təqdirəlayiq addımdır, cənab Prezidentin xarici siyasətdə müəyyən etdiyi prioritetlərin dəyişməz qaldığının təsdiqidir.

- Ülvi müəllim, təmsil olunduğunuz Milli Məclis növbədənkənar seçkilər qaydasında formalaşdı. Parlamentə ilk dəfədir ki, seçilən deputatlarımız var, əksəriyyəti gənc və yeni simalardır. Bu amil parlamentin fəaliyyətində dəyişikliyə səbəb ola bilibmi ?
- Cənab Prezident İlham Əliyev 2018-ci ildə ölkəmizin həyatında sistemli siyasi islahatların anonsunu verdi. Bu islahatlar çərçivəsində ciddi kadr dəyişikliyi həyata keçirilməkdədir. Bəzən bu prosesin əhəmiyyətini azaltmağa, mahiyyətini kiçiltməyə çalışanlar da tapılır. Bu cür yanaşma yanlış və ədalətsizdir. Nəzərdə tutulmuş sistemli islahatların aparılması yeni təfəkkürlü, geniş dünyagörüşlü, ABŞ və Avropanın nüfuzlu təhsil ocaqlarında biliklərə yiyələnmiş, qabaqcıl Qərb idarəçiliyi və mədəniyyəti mühitində yetişmiş mütəxəssislərin nəzəri və təcrübi biliklərindən istifadəni zəruri edir. Bu mənada kadr islahatına Mərkəzi İcra Hakimiyyəti orqanlarından başlanılması təsadüfi deyil. Həmin proses qanunvericilik və məhkəmə hakimiyyətindən də yan keçə bilməzdi. Ölkəmizin son 29 illik müstəqillik tarixində ilk dəfədir ki, Parlamentin fəaliyyətinə xanım deputat rəhbərlik edir. Onun müavinlərindən biri müxalifət partiyasının təmsilçisidir. Bu da son 27 ildə bir ilkdir. Parlamentin fəaliyyətinə yanaşmada yeniliklərdən biri də odur ki, Komitə sədrlərinin müavinləri müxalifət partiyalarının nümayəndələridir. Deputatlar arasında müxalifətdən və bitərəflərdən ibarət olan yeni simalar var. Dediyiniz kimi, əksəriyyəti gənclərdir. Şübhəsiz ki, bütün bunlar Parlamentdə sağlam tənqidi fikirlərin artmasına səbəb olub. Yeni baxışlar, bəzi məsələlərə fərqli yanaşma tərzi sərgilənir. İnanıram ki, bütün bunlar fəaliyyətimizə öz töhfəsini verəcək.

- Korrupsiya ilə mübarizə sahəsində bir ara ardıcıl sərt tədbirlər görüldü. İcra başçıları, nazir müavinləri həbs olundu. İndi sanki bu proses səngiyib ?
- Sualın qoyuluşu ilə razı deyiləm. Korrupsiya, rüşvətxorluqla mübarizə seçmə üsulu ilə və ya hansısa plan öhdəliyini yerinə yetirmək naminə aparılmır ki, hər ay eyni sayda və ya artan sürətlə vəzifəli şəxs həbs edilsin. Məsələn, rüşvətxorluq latent cinayətlərə aidd ir. Rüşvəti alan və onu verən olur. İcra başçılarının və digər yüksək vəzifəli şəxslərin həbsi xüsusi əməliyyat orqanlarının, ilk növbədə DTX –nın peşəkar fəaliyyəti sayəsində mümkün oldu. Bu prosesin baş tutmasının və dönməz xarakter daşımasının həlledici səbəbi isə siyasi hakimiyyətin, Prezidentin iradəsi və birmənalı mövqeyidir. Korrupsiya və rüşvətxorluq cinayətlərinin vətəni yoxdur. Bu, bütün dünya dövlətlərinin, ən inkişaf etmiş ölkələrin belə idarəçilik sistemlərinin qoruna bilmədiyi təhlükədir. İnformasiya məkanının açıq olduğu yaşadığımız internet dövründə onların bir çoxundan xəbər tuta bilirik. Sonunculardan biri İspaniyanın hakim elitası ilə bağlı idi. Şübhəsiz ki, bu kimi əməllərlə mübarizədə cinayət təqibi tədbirləri, həbslər vacibdir, lakin yetərli deyil. ASAN, DOST, ABAD kimi xidmətlərin yaradılması hakimiyyətin bu kimi neqativ hallarla mübarizədə sistemli yanaşmaya üstünlük verməsinin göstəricisidir. Son çıxışlarından birində cənab Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətini haqlı olaraq tənqid etməsi də təsadüfi deyil. “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması ilə bağlı Prezident fərmanı islahatın növbəti mərhələsinin anonsudur.
Bir məsələ ilə bağlı fərdi mövqeyimi də bölüşmək istəyirəm. Bir neçə dövlət qurumuna hüquq-mühafizə orqanı statusu, istintaq və əməliyyat səlahiyyətləri verilib. Bu qurumlarda əməliyyat işini və istintaqı aparan şəxslər nazir və komitə sədrləri tərəfindən seçilib təyin olunurlar. Bu zaman sahə maraqları ilə ədalətli prosessual araşdırmanın toqquşa bilməsi ehtimalı istisna edilə bilməz. Mənə belə gəlir ki, bu nazirliklərin istintaq və əməliyyat xidməti səlahiyyətləri ya Prokurorluq, DİN və DTX arasında bölüşdürülməlidir, yaxud iqtisadi resurslar imkan verərsə müstəqil İstintaq Komitəsi yaradılmalıdır. Bu, sahəvi maraqların, latent maraq ehtimallarının aradan qaldırılmasına zəmanət verə bilər.

- Kadr islahatı siyasətində gəncləşdirilməyə önəm verilir. Bunun səbəblərini bayaq qeyd etdiniz. Necə düşünürsünüz, seçilən kadrlar göstərilən yüksək etimadı doğruldurlarmı?
- Bu sualın müfəssəl cavabı ölkə rəhbərliyinə məlumdur. Eyni zamanda, o da həqiqətdir ki, cənab Prezident dəfələrlə ictimai nəzarət, obyektiv jurnalist araşdırmaları məsələlərini, vətəndaş cəmiyyəti subyektlərinin fəallığını xüsusi olaraq vurğulayır, gözləntilərini açıq şəkildə bildirir. Parlament fəaliyyəti çərçivəsində yeni, gənc kadrların bir hissəsinin fəaliyyəti ilə tanışlıq imkanlarımız olub.
Əsasən müsbət təəssürat oyadıblar. Ona da əminəm ki, yetkin gənc kadrlara üstünlük verilməsi nəzərdə tutulan islahatların uğurlu nəticələrinə xidmət edir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir Ağayevi "Bandotdel"ə şöbə rəisi TƏYİN ETDİ - ƏMR
Bu gün, 12:27
Şagirdlər məktəbdə virusa yoluxub? - AÇIQLAMA
Bu gün, 12:25
Ermənilər sosial şəbəkələrdə saxta profillərdən yalan məlumatlar yayır - FOTO
Bu gün, 12:24
İmişli sakini müraciət edə biləcəyi yer tapmır... - "110 manatla 3 uşağı necə böyüdüm?"
Bu gün, 12:23
“O həkimin əlləri qurusun”
Bu gün, 12:14
"Əminəm ki, bizdə yeni əməkdaşlıq formatı olacaq" - Prezident İlham Əliyev
Bu gün, 12:11
"Hər dəfə şəkillərdə burnumu fotoşopla düzəltməkdən yoruldum"
Bu gün, 12:08
Təcavüzə uğrayan azərbaycanlı qadının başına gələnlər hər kəsi GÖZ YAŞINA BOĞDU
Bu gün, 12:06
Ekspert Qərargaha səsləndi: - “Maska şagirdlər üçün də məcburi olsun”
Bu gün, 12:02
Mikayıl Cabbaorv Daşkəsənə gedib - FOTO
Bu gün, 12:00
Azərbaycanda peyvənd müzakirəsi başladı: - Həkimlər nə deyir?
Bu gün, 11:57
Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni kadr təyinatı olub
Bu gün, 11:53
Yeni erməni təxribatları: Tovuz, Naxçıvan, Gəncəbasar, indi də XƏRİTƏ - GƏLİŞMƏ
Bu gün, 11:45
Livan ermənilərinin Qarabağa yerləşdirilməsi sülhə təhddir - Ceymstaun Fondu
Bu gün, 11:43
Pediatr distant təhsilə etiraz etdi: - "Biz insanıq, qoyun deyilik"
Bu gün, 11:42
Ermənistanda rayona şəhid generalımız Polad Həşimovun adı verilib? - ŞOK FAKT (VİDEO)
Bu gün, 11:39
Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?
Bu gün, 11:25
"Hakimiyyət orqanlarının deputat Qüdrət Həsənquliyevin niyə üstünə yürüdüklərini anlaya bilmirəm" - ekspert
Bu gün, 11:21
Azərbaycanda vəzifəli şəxsə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 11:18
Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır - Diqqət!
Bu gün, 11:10
Azərbaycan və Gürcüstan XİN başçıları görüşüb
Bu gün, 11:04
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 945 nəfərə çatıb
Bu gün, 11:03
“PKK-nın Qarabağa terrorçular göndərməyə gücü qalmayıb” - GƏLİŞMƏ
Bu gün, 11:00
“Bunlar 70 il bizə qoyun deyib, əsas düşmənimiz Rusiyadır” - Sərdar Cəlaloğlu
Bu gün, 10:58
Ermənilərin yeni təxribatı - Qız profili ilə sizə yazan olarsa...
Bu gün, 10:55
Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlanıb
Bu gün, 10:50
"Verilişi qaldırmaq üçün bu nə oyundur?"
Bu gün, 10:45
Qazaxıstanda ölüm hökmü ləğv edildi
Bu gün, 10:41
"Vicdanlı iqtidar təmsilçiləri bizə minnətdar olmalıdırlar” - Qüdrət Həsənquliyev
Bu gün, 10:39
Baş həkim bunda ittiham olunur... - "Bir az Allahı olsun..."
Bu gün, 10:35
Azərbaycan nefti yenidən bahalaşıb
Bu gün, 10:30
Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - FOTO
Bu gün, 10:29
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
Bu gün, 10:28
Azərbaycanda bələdiyyə üzvünə məxsus milyonluq şirkətlər bağlanır
Bu gün, 10:25
“Bandit” dədəsindən kitab yazdırır, deyir, dədəm qəhrəman olub” - Xalq şairi
Bu gün, 10:19
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Bu gün, 10:15
Suriyadan erməni batalyonu da Qarabağa göndərildi - YPG TƏLİM KEÇMİŞDİ...
Bu gün, 10:09
“Təkcə Dağlıq Qarabağ yox, bütünlükdə Ermənistan təhlükə altındadır” - Erməni strateqinin xofu
Bu gün, 10:06
Sabirabadda məmura qarşı AĞIR İTTİHAM - "Deyir, Ramiz Mehdiyevin yeznəsi ilə uşaqlıq dostuyam..."
Bu gün, 10:02
"Bu şəhərdə" bu dəfə Ağamirzəni parodiya etdi - VİDEO
Bu gün, 09:59
Xərçəngdən əziyyət çəkən Nisə Qasımovanın ƏN SON HALI
Bu gün, 09:56
““Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz" - Sabir Rüstəmxanlı
Bu gün, 09:52
Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina edib
Bu gün, 09:49
Mehdi Səlimzadə də ortalıqda görünmür... - Sakinlərdən ilginc mövqe
Bu gün, 09:48
İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
Bu gün, 09:43
"“Xəzər İaşə”nin gətirdiyi yeməklərdən iyrənirik" - GİLEY
Bu gün, 09:32
Bu gün Vurğun Əyyubun ANIM GÜNÜDÜR
Bu gün, 09:28
6 manat kapitalı olan şirkət - 2,3 MİLYON MANATLIQ TENDER UDDU
Bu gün, 09:25
"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ
Bu gün, 09:24
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru