Dia.az-a ermənilər hücum edir .....                     İxtisas seçimi sabah yekunlaşır .....                     Panamalı futbolçular Ermənistandan qaçmağa hazırlaşırlar .....                     İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini .....                     Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! .....                     Durum dəyişir: “Rusiya razıdır ki, Azərbaycan…” .....                     “Azərbaycan güclü olmasa, Türkiyə güclü olmaz” .....                     “Düşüncələrim və dualarım Azərbaycanladır” .....                     Dünyada koronavirusa yoluxanların sayı 33 milyon 464 minə çatıb .....                     Ermənilərin yaraladığı daha bir mülki şəxs öldü .....                     Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil .....                     “Xaricdəki həmvətənlərimiz haqq səsimizin dünyaya çatdırılmasında yaxından iştirak etməlidirlər” .....                     “Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” .....                     Azərbaycan savaşı öz gücünə aparır... .....                     “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” .....                     Ermənistan yeni itkilərini açıqlayıb .....                     "Bu gün sevindirici məlumatlar yayılacaq" .....                     Yolumuzu gözləyən Xankəndinin yeni görüntüsü .....                     “Biz artıq ermənilərin dilini tapmışıq və onların qandığı dildə də danışırıq...” .....                     Rusiyanın bəzi telekanallarında ERMƏNİ TƏBLİĞATI .....                     Ermənistan Azərbaycanın mülki əhalisini öldürür .....                     Neft ucuzlaşıb .....                     Ceyhun Bayramovun Vendi Morton ilə telefon danışığı olub .....                     50 siyasi partiyadan Ali Baş Komandana dəstək-milli birliyi rəsmiləşdirən sənəd .....                     Qarabağda əməliyyatlar başlayanda ermənilərin qərb cəbhəsində susmasının sirri .....                     Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir .....                     Mərkəzi Bank sığorta tenderini bu şirkət uddu .....                     Cəbrayıl sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanıb .....                     İrandan rus hərbi texnikaları nə məqsədlə Ermənistana göndərilir: .....                     “Görünür, o vaxt Moskva həbsxanasında yatanda ”verbovka" olunub..." .....                     Erməni həyasızlığı: “Qorxaq Rusiya” .....                     “Kimsə müharibə qaydalarını pozacaqsa, onlar ən sərt şəkildə cəzalandırılmalıdır” .....                     Daşkəsən artilleriya atəşinə tutulur .....                     “Qarabağı alsın, İlham Əliyevə Azadlıq meydanında qızıldan heykəl qoyacağıq...” .....                     "Bir yara sarıyaram, kömək edərəm, heç olmasa ermənin bir gülləsini soyudaram" .....                     “Ermənistan iflic vəziyyətdədir” .....                     “Moskva hələ ki, məsələyə qarışmır” .....                     Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib .....                     Bu gün dollar neçəyədir? .....                     "Heç bir azərbaycanlı-nə yaşlı, nə də gənc öz tarixi torpaqlarından əl çəkməyəcək" .....                 

2020-ci ilin büdcəsi niyə indi dəyişdirildi... - TƏHLİL
Tarix: 11-08-2020, 09:33 | Çap et
2020-ci ilin büdcəsi niyə indi dəyişdirildi...
Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsini qəbul etdi. Sənəd yaxın günlərdə dövlət başçısı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Büdcənin parametrləri ilə bağlı bütün detallar ictimaiyyətə məlumdur. Ancaq dürüstləşdirilmiş büdcənin parametrləri ilə bağlı son günlərdə sosial mediada müxtəlif ekspertlər tərəfindən fərqli şərhlərə rast gəlinir və yeni dəyişikliklərə müxtəlif ziddiyyətli yanaşmalar sərgilənir. Bəzi iqtisadçılar büdcənin gəlir və xərcləri, müxtəlif daxilolmalar, büdcə qaydasının dayandırılması və s. məsələlər barədə yanlış təsəvvür yaratmağa çalışırlar. Bəs əslində gerçəklik nədən ibarətdir?

Büdcə niyə indi dəyişdi?

Ən çox diqqəti çəkən məsələlərdən biri büdcənin niyə məhz cari ilin ikinci yarısında dəyişdirilməsidir. Əslində bu fikirləri səsləndirənlər hökumətin bir neçə ay əvvəl büdcə dəyişikliyi anonsunu unudur. 2020-ci ilin dövlət büdcəsinə dəyişikliyin olacağını mart ayının sonları, aprel ayının əvvəllərində iqtisadi situasiyalar diktə edirdi və Maliyyə Nazirliyi aprel ayındakı açıqlaması ilə bunun mümkünlüyünü bildirirdi. Çünki hökumətin iqtisadi blokuna tam aydın idi ki, koronavirus pandemiyası çərçivəsində baş verən hadisələr, neftin qiymətindəki ucuzlaşması, karantin və sosial təcrid tədbirləri iqtisadiyyata təsirsiz ötüşmür, gəlirlərimizin azalmasına, işgüzar fəallığın və iqtisadi artımın zəifləməsinə səbəb olur. Nəzərə alsaq ki, cari ilin ilk altı ayında ÜDM 2,7 faiz azalıb, əksər iqtisadi sektorlarda azalma müşahidə olunub. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması sözsüz ki, dövlət büdcəsinin gəlir və xərclərindəki möhkəm tarazlığın pozulmasına səbəb olurdu. Nəticədə büdcə layihəsinə dəyişikliklər zərurət idi və həmin vaxtdan aktual olaraq gündəmdə qalırdı.

Məsələ ondadır ki, hökumət ilin birinci yarımilliyini fiskal baxımından tam normal başa vurdu və maliyyə vəziyyəti qənaətbəxş olduğundan və ötən 6 ayda büdcənin gəlir və xərcləri tam icra edildiyindən dəyişikliklərin ikinci yarımilliyə saxlanılması məqsəduyğun idi. Onu da nəzərə alsaq ki, pandemiya hələ davam edir və nə vaxt bitəcəyini müəyyən etmək çox çətindir, onda qarşıdakı aylarda bir sıra vacib sahələrin - səhiyyənin artan ehtiyaclarının ödənilməsi, əhalinin həssas sosial qruplarının, dövlət şirkətləri, sahibkarlıq subyektləri və kiçik-orta biznesə dövlət dəstəyinin göstərilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, digər dövlət ehtiyaclarının təmin edilməsi olduqca zəruridir. Bütün bu amillər dövlət büdcəsinin xərcləri üzrə əlavə 1 milyard 372 milyon manata tələbat yaradırdı. Eyni zamanda, dövlət büdcəsinin gəlirlərinin azalması, xərclərinin isə əlavə artması nəticəsində 2 milyard 299 milyon manat məbləğində maliyyə təminatı olmayan xərcləri formalaşdırmışdı. Beləliklə, dövlət büdcəsinin parametrlərinə dəyişiklik labüdləşdiyindən mövcud ssenariyə uyğun addım atıldı və büdcəyə dəyişiklik edilməsi, dürüstləşmə parlamentin müzakirəsinə çıxarıldı və qəbul olundu.

Vergi-gömrük daxilolmalarının azaldılması, neft transfertinin artırılması ən optimal yoldur...

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24 milyard 124 milyon manat nəzərdə tutulur. Gəlirlərin 13 milyard 990 milyon manatı neft sektorunun, 10 milyard 134 milyon manatı isə qeyri-neft sektorunun payına düşür. Büdcə gəlirlərinin 12 milyard 200 milyon manatı Dövlət Neft Fondunun transferti, 7 milyard 190 milyon manatı Dövlət Vergi Xidmətinin, 3 milyard 830 milyon manatı isə Dövlət Gömrük Komitəsinin daxilolmalarıdır. 804 milyon manat isə büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarıdır.

Bəziləri büdcədə qeyri-neft sektoru üzrə daxiolmaların, daha doğrusus, vergi, gömrük və digər sahələrdən daxilolmaların azaldılmasını, neft sektoru üzrə, yəni Dövlət Neft Fondunun transfertlərinin artırılmasını qeyri-neft sektorunun arxa plana düşməsi kimi izah etməyə çalışır. Bu, tamamilə yanlışdır. Məlumdur ki, pandemiya iqtisadi aktivlik və məhdudiyyətlərə səbəb olub, vergi güzəştləri, vergidən azadolmaları tətbiq edilir, bu və digər amillər verginin və gömrüyün büdcədəki payının azalmasını labüd edir. Buna görə də, büdcədə əsas fiskal orqanların - vergi və gömrüyün daxiolmalarının azaldılması ən düzgün qərardır. Yaranmış natarazlığı neft transfertləri ilə balanslaşdırmaq isə ən doğru addımdır. Bu səbəbdən də Neft Fondunun transfertlərinin artırılması ən optimal variantdır. Digər tərəfdən, büdcədə daxilolamlarında fiskal orqanlar kimi vergilərin payı 685 milyon, gömrüyün payı 170 milyon, büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları 35 milyon olmaqla, ümumilikdə 890 milyon manat azaldılır. Əvəzində Neft Fondu həmin kəsiri üzərinə götürür və transfeti 850 milyon manat artırılmaqla büdcədəki tarazlığın pozulmasının qarşısını alır.

Hansı xərclər artırılır, hansı azaldılır...

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri isə 27 milyard 492,2 milyon manat təşkil edir. Əlavə xərc maddələrinin istiqamətləri isə məlumdur. Bir sıra istiqamətlər üzrə xərclərin azaldılmasının səbəbləri də bəllidir. Ümumi dövlət xidmətlərinin büdcədəki maliyyə payı təxminən 160 milyon manat azalacaq, bu da pandemiya ilə bağlı həmin sahələrdə bir sıra tədbirlərin təxirə düşməsidir. Elm və təhsil sahəsi üzrə də bəzi xərclərin də azalması bu qəbildəndir. Ancaq burada əsas elmi və ali, orta təhsildə heç bir azalmadan söhbət gedə bilməz. Məsələn, büdcədə ümumi təhsil xərcləri sabit qalır, məktəbəqədər təhsil. əlavə təhsil, təhsil sahəsində tətbiqi tədqiqatlar, təhsil sahəsində digər müəssisələrdə tədbirlər üzrə xərclər azalır. Bu da tam normaldır, həmin sahələrdə fəaliyyət dayanıb, tədbirlər həyata keçirilməyib, bu isə fiziki olaraq müxtəlif xərcləri, o cümlədən, ərzaq və qeyri-ərzaq, kommunal ödənişlər, müxtəlif tədbirlər üzrə məsrəflərə qənaətlərə səbəb olub. Bu kimi hallar mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət üzrə xərclərin məbləğində azalmaları da labüd edib.

Hökumət iqtisadi fəaliyyət xərclərini artırmaqla sahibkarlığa və iqtisadi islahatlara dərin dəstək göstərməkdə qərarlıdır. Eyni zamanda, investisiya xərclərinin sabit qalması iqtisadi və investisiya fəallığının qorunub saxlanmasına, postpandemiya dövründə iqtisadi inkişafa xidmət edən siyasətin tərkib hissəsi hesab edilə bilər.

Büdcə kəsiri ÜDM-in 4,9 faizi civarındadır...

Dövlət büdcəsinin kəsiri dürüstləşmədən sonra 608 milyon manat artırılaraq 3 milyard 368,2 milyon manat səviyyədə olacaqdır. Bu, ÜDM-in 4,9 faizi həcmindədir. Yəni büdcənin kəsiri cəmi 2 faiz artırılır. Bəziləri büdcə kəsinin artmasını az qala təhlükəli tendensiya kimi şərh edir, bunun bağlanmasında hökumətin ciddi çətinliklərlə üzləşəcəyini qeyd edirlər. Əslində, bu, heç də belə deyil. İlk olaraq onu vurğulamaq lazımdır ki, dövlət büdcəsinin kəsiri birbaşa pandemiya ya bağlıdır. daxili bazarlarda neft məhsullarına tələbatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır. İndiki iqtisadi və sosial reallıqlar baxımından etmək mümkündür. Çünki büdcə kəsiri beynəlxalq təcrübəyə əsasən, ÜDM-in 35-40 faizindən çox olduqda təhlükəli vəziyyət yaranır. Ölkəmizdə bu göstərici cəmi 5 faizdən də az təşkil etməklə həmin təhlükəli həddən 7-8 dəfə aşağıdır.

Yeni büdcə qaydasının tətbiqinin müvəqqəti dayandırılması tam məntiqli və başadüşüləndir...

Dürüstləşmə ilə bağlı ən mühüm qərarlardan biri yeni büdcə qaydasının dayandırılmasıdır. Bu mövzuda da anlaşılmaz mövqe, bəzən isə mahiyyətinə varmadan fikirlər yer almaqdadır. Pandemiya hökumətin bir çox planlarını müvəqqəti olaraq təxirə salır və burada maliyyə siyasətində korrektələr də qaçılmazdır. Məlum olduğu kimi 2019-cu büdcə ilindən tətbiq edilən yeni büdcə qaydasına əsasən icmal büdcə xərclərinin və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı hədləri xalis maliyyə aktivləri və proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən edilir. Büdcə qaydası həm də icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin də hər il əvvəlki ilin müvafiq göstəricisindən az olmasını tələb edir. Dürüstləşdirilmədən sonra 2020-ci ildə neftin bir barelinin orta illik qiymətinin 35 dollar əsasında götürüldükdə büdcə parametrlərinin də yenidən hesablanması qaçılmaz olur.

Yeni neft qiyməti reallıqları və neft hasilatının azalması nəzərə alınmaqla 2021-ci il və sonrakı üç il üçün fiskal çərçivənin hazırlanması zamanı büdcə qaydasının tətbiqi ortamüddətli dövrdə büdcə xərclərinin kəskin azaldılmasını da zəruri edir. Baş vermiş iqtisadi və maliyyə böhranlarından əldə olunan təcrübə göstərir ki, iqtisadiyyatın böhranlı dövrlərində tətbiq edilən kəskin daraldıcı fiskal siyasət ölkələrdə iqtisadi fəallığın və məşğulluğun kəskin azalmasına və tənəzzülün dərinləşməsinə səbəb olur. Bu baxımdan, məcmu tələbin dövlət xərcləri vasitəsilə müəyyən səviyyədə stimullaşdırılmasına ehtiyac yarandığı bir şəraitdə cari və növbəti ildə büdcə qaydasına uyğun olaraq büdcə xərclərinin və Neft Fondundan dövlət büdcəsinə transfertin kəskin azaldılması vəziyyəti daha da çətinləşdirə bilər. Ona görə də, 2020-ci ilin dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin təmin olunması və növbəti ilin dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlaşdırılmasında tarazlığa nail olmaq məqsədilə büdcə qaydasının müvəqqəti dayandırılmasının tam iqtisadi əsasları vardır.

Seçkilərlə bağlı xərclərin istifadəsi...

Digər qeyri-peşəkar yanaşmalardan biri sosial mediada 2020-ci ilin büdcə zərfində Milli Məclisə keçirilən seçkilərə ayrılmış 75,8 milyon manat vəsaitin düzgün olmayan xərclər kimi qeyd olunmasıdır. Guya bu xərclərin bir hissəsi istifadə olunmamış qalır və 2020-ci ildə daha yeni bir seçki üçün saxlanılır. Bu cür dəqiqləşdirilməmiş fikirləri irəli sürənlər başa düşməlidirlər ki, parlament seçkiləri ilə bağlı nəzərdə tutulmuş həmin xərclər 2020-ci il dövlət büdcəsinin “Ümumi dövlət xidmətləri” bölməsinin “Seçkilərin keçirilməsi və statistika tədbirləri” köməkçi bölməsinin proqnoz göstəricisidir. Bu köməkçi bölməyə isə Milli Məclisinə seçkilərin keçirilməsi xərclərindən əlavə, seçici siyahılarının dəqiqləşdirilməsi, dairə seçki komissiyalarının və katibliyinin saxlanılması, Dövlət Statistika Komitəsi üçün statistika tədbirlərinin həyata keçirilməsi xərcləri də daxildir. 2020-ci ilin dövlət büdcəsində Milli Məclisinə seçkilərin keçirilməsi məqsədilə nəzərdə tutulmuş 51,4 milyon manat vəsaitin 50,1 milyon manatı və ya 97,5 faizi istifadə olunubdur. Qalan 1,3 milyon manatla hansı seçki keçirmək olar?

Cərimələrdən daxilolmalar niyə artır?

Büdcədə bəzi sahələrdən daxilolmaların artırılmasına, o cümlədən cərimələrlə bağlı və hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə olunan daxilolmaların həcminin artırılmasına qeyri-ciddi yanaşma sərgiləyənlər isə anlamırlar ki, bu, qanunla müəyyən edilmiş qaydalardan irəli gəlir. İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, mülkiyyət əleyhinə olan, iqtisadi fəaliyyət və ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalardan, miqrasiya sahəsində qanunvericiliyin pozulmasına tətbiq edilən cərimələrdən, torpaq qanunvericiliyinin pozulmasına görə və sair cinayət və inzibati qaydada xətalara görə daxilolmalardan ibarətdir. Bu, bütün dünya ölkələrində tətbiq olunur.

2020-ci ilin təsdiq edilmiş büdcəsində cərimələrdən daxilolmalar 10 mln. manat proqnozlaşdırılmış, cari ilin 6 ayında isə 8 milyon manat dövlət büdcəsinə daxil olmuşdur. Dürüstləşdirilmiş büdcədə cərimələrdən daxilolmalar cari ilin 6 aylıq faktı və koronavirus pandemiyası ilə əlaqədar epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə tətbiq edilən cərimə məbləğlərinin artırılması nəzərə alınaraq 16,9 milyon manat nəzərdə tutulub.

Başqa bir istiqamət. Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar isə 30 milyon manat nəzərdə tutulur. Bu da tam tamamilə qanunla müəyyən edilmiş bir prosesdir. Korrupsiya qarşı gücləndirilmiş mübarizə və aparılan istintaq tədbirləri nəticəsində qeyri-qanuni yollarla əldə edilmiş əmlaklar müsadirə edilərək onun satışından daxilolmalar dövlət büdcəsinə təmin edilir.

Elbrus CƏFƏRLİ
İqtisadçı-jurnalist
//musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dia.az-a ermənilər hücum edir
Bu gün, 12:23
İxtisas seçimi sabah yekunlaşır - Diqqət!
Bu gün, 10:19
Panamalı futbolçular Ermənistandan qaçmağa hazırlaşırlar
Bu gün, 10:16
İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bu gün, 10:14
Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! - FOTOFAKT
Bu gün, 10:12
Durum dəyişir: “Rusiya razıdır ki, Azərbaycan…” – Şok Qarabağ iddiası
Bu gün, 10:06
“Azərbaycan güclü olmasa, Türkiyə güclü olmaz”
Bu gün, 10:02
“Düşüncələrim və dualarım Azərbaycanladır” - Sami Yusif
Bu gün, 10:01
Dünyada koronavirusa yoluxanların sayı 33 milyon 464 minə çatıb
Bu gün, 09:58
Ermənilərin yaraladığı daha bir mülki şəxs öldü
Bu gün, 09:44
Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil - Vaqif Dərgahlı
Bu gün, 09:40
“Xaricdəki həmvətənlərimiz haqq səsimizin dünyaya çatdırılmasında yaxından iştirak etməlidirlər” - Elnur Allahverdiyev
Bu gün, 09:39
“Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” - Ağdərə AZAD OLUNUB?
Bu gün, 09:38
Azərbaycan savaşı öz gücünə aparır... - Düşmıən isə dünya boyu DİLƏNİR...
Bu gün, 09:35
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
Bu gün, 09:33
Ermənistan yeni itkilərini açıqlayıb - SİYAHI
Bu gün, 09:31
"Bu gün sevindirici məlumatlar yayılacaq" - Qubad İbadoğlu
Bu gün, 09:24
Yolumuzu gözləyən Xankəndinin yeni görüntüsü - FOTO
Bu gün, 09:22
“Biz artıq ermənilərin dilini tapmışıq və onların qandığı dildə də danışırıq...”
Bu gün, 09:21
Rusiyanın bəzi telekanallarında ERMƏNİ TƏBLİĞATI – Kabel televiziyalarının paketləri nəzarətə götürülməlidir
Bu gün, 09:19
Ermənistan Azərbaycanın mülki əhalisini öldürür - ABŞ mediası
Bu gün, 09:16
Neft ucuzlaşıb
Bu gün, 09:12
Ceyhun Bayramovun Vendi Morton ilə telefon danışığı olub
Bu gün, 09:10
50 siyasi partiyadan Ali Baş Komandana dəstək-milli birliyi rəsmiləşdirən sənəd - Ermənistanda isə...
Bu gün, 09:09
Qarabağda əməliyyatlar başlayanda ermənilərin qərb cəbhəsində susmasının sirri - İLGİNC
Bu gün, 09:08
Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir - Düşmənin daha 4 tankı vurulub
Bu gün, 08:59
Mərkəzi Bank sığorta tenderini bu şirkət uddu
Bu gün, 08:50
Cəbrayıl sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanıb - Baş Prokurorluq
Bu gün, 08:43
İrandan rus hərbi texnikaları nə məqsədlə Ermənistana göndərilir: - Bəs rəsmi Bakı niyə susur?
Bu gün, 08:42
“Görünür, o vaxt Moskva həbsxanasında yatanda ”verbovka" olunub..." - Partiya sədrindən növbəti ittihamlar
Bu gün, 08:39
Erməni həyasızlığı: “Qorxaq Rusiya” - GƏLİŞMƏ
Bu gün, 08:38
“Kimsə müharibə qaydalarını pozacaqsa, onlar ən sərt şəkildə cəzalandırılmalıdır” - deputat
Bu gün, 08:33
Daşkəsən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Bu gün, 08:20
“Qarabağı alsın, İlham Əliyevə Azadlıq meydanında qızıldan heykəl qoyacağıq...” - Zakir Fəxri
Bu gün, 08:18
"Bir yara sarıyaram, kömək edərəm, heç olmasa ermənin bir gülləsini soyudaram" - Rəşid Mahmudov
Bu gün, 08:15
“Ermənistan iflic vəziyyətdədir” - TƏHLİL
Bu gün, 08:10
“Moskva hələ ki, məsələyə qarışmır” - GƏLİŞMƏ
Bu gün, 08:07
Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib - MN
Bu gün, 08:03
Bu gün dollar neçəyədir?
Bu gün, 07:57
"Heç bir azərbaycanlı-nə yaşlı, nə də gənc öz tarixi torpaqlarından əl çəkməyəcək" - deputat
Bu gün, 07:56
“Onları elə yollardaca məhv etmək daha sərfəlidir” - keçmiş nazir
Bu gün, 07:54
Belə “siyasi mühacirət” düşməndən betərdir – XƏYANƏTİN TƏFƏRRÜATLARI
Bu gün, 07:52
Komendant saatı üçün icaze.e-gov.az portalının fəaliyyəti aktivləşdirilib - Diqqət!
Bu gün, 07:49
Ermənilər Füzuli istiqamətində kəndlərimizi vurmağa başladı - cəbhədən son xəbər
Bu gün, 07:47
Ermənistanda kişilərin ölkəni tərk etməsi məhdudlaşdırılıb - Qaçanları bu yolla durdururlar
Bu gün, 07:46
Ermənilərin cəzalandırılması ilə bağlı sənədləşmə aparılır - Baş Prokurorluq
Bu gün, 07:44
Rusiya Dövlət Duması Dağlıq Qarabağa dair bəyanat layihəsinə baxacaq
Bu gün, 07:41
Türkiyə Prezidenti Britaniyanın Baş naziri ilə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıblar
Bu gün, 07:40
ATƏT PA-nın prezidenti Qarabağ münaqişəsindən danışıb
Bu gün, 07:39
Müharibə davam edəcəkmi: Bundan sonra nə olacaq? - TƏHLİL
Bu gün, 07:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru