Dia.az-a ermənilər hücum edir .....                     İxtisas seçimi sabah yekunlaşır .....                     Panamalı futbolçular Ermənistandan qaçmağa hazırlaşırlar .....                     İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini .....                     Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! .....                     Durum dəyişir: “Rusiya razıdır ki, Azərbaycan…” .....                     “Azərbaycan güclü olmasa, Türkiyə güclü olmaz” .....                     “Düşüncələrim və dualarım Azərbaycanladır” .....                     Dünyada koronavirusa yoluxanların sayı 33 milyon 464 minə çatıb .....                     Ermənilərin yaraladığı daha bir mülki şəxs öldü .....                     Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil .....                     “Xaricdəki həmvətənlərimiz haqq səsimizin dünyaya çatdırılmasında yaxından iştirak etməlidirlər” .....                     “Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” .....                     Azərbaycan savaşı öz gücünə aparır... .....                     “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” .....                     Ermənistan yeni itkilərini açıqlayıb .....                     "Bu gün sevindirici məlumatlar yayılacaq" .....                     Yolumuzu gözləyən Xankəndinin yeni görüntüsü .....                     “Biz artıq ermənilərin dilini tapmışıq və onların qandığı dildə də danışırıq...” .....                     Rusiyanın bəzi telekanallarında ERMƏNİ TƏBLİĞATI .....                     Ermənistan Azərbaycanın mülki əhalisini öldürür .....                     Neft ucuzlaşıb .....                     Ceyhun Bayramovun Vendi Morton ilə telefon danışığı olub .....                     50 siyasi partiyadan Ali Baş Komandana dəstək-milli birliyi rəsmiləşdirən sənəd .....                     Qarabağda əməliyyatlar başlayanda ermənilərin qərb cəbhəsində susmasının sirri .....                     Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir .....                     Mərkəzi Bank sığorta tenderini bu şirkət uddu .....                     Cəbrayıl sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanıb .....                     İrandan rus hərbi texnikaları nə məqsədlə Ermənistana göndərilir: .....                     “Görünür, o vaxt Moskva həbsxanasında yatanda ”verbovka" olunub..." .....                     Erməni həyasızlığı: “Qorxaq Rusiya” .....                     “Kimsə müharibə qaydalarını pozacaqsa, onlar ən sərt şəkildə cəzalandırılmalıdır” .....                     Daşkəsən artilleriya atəşinə tutulur .....                     “Qarabağı alsın, İlham Əliyevə Azadlıq meydanında qızıldan heykəl qoyacağıq...” .....                     "Bir yara sarıyaram, kömək edərəm, heç olmasa ermənin bir gülləsini soyudaram" .....                     “Ermənistan iflic vəziyyətdədir” .....                     “Moskva hələ ki, məsələyə qarışmır” .....                     Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib .....                     Bu gün dollar neçəyədir? .....                     "Heç bir azərbaycanlı-nə yaşlı, nə də gənc öz tarixi torpaqlarından əl çəkməyəcək" .....                 

Paşinyan Qarabağ problemini növbəti dalana gətirəndən sonra... - TƏHLİL
Tarix: 11-08-2020, 08:42 | Çap et
Paşinyan Qarabağ problemini növbəti dalana gətirəndən sonra...
Qeyd edək ki, təkcə yerli yox, həm də “yaxın xarici” təmsil edən xeyli dərəcədə təcrübəli politoloqlar və siyasi təhlilçilər Tovuz istiqamətindəki son hərbi təxribatları Ermənistanın “inqilabçı demokratik hökuməti”nin təkcə neytral dünya birliyinə deyil, həm də Minsk Qrupunun həmsədrlərinə özünəməxsus cavabı kimi qəbul edirlər, yəni bununla Nikol demək istəyir ki, Azərbaycanla Ermənistan arasında ən azı tezliklə mülayimləşmə gözləmək əbəsdir, əksinə, iki ölkə arasında artan, davamlı xarakter alan hərbi gərginlik proqnozlaşdırmaq daha ehtimallıdır.

Ona görə də belə hesab olunur ki, çətin bu yaxınlarda diplomatik kontaktların növbəsi çatsın, çünki yeni erməni baş naziri özünün tamamilə düşünülməmiş, sərsəm addımları ilə prosesi elə bir dalana gətirib çıxarıbdır ki, ondan çıxmaq üçün təkcə Rusiya tərəfindən deyil, ümumiyyətlə, bütün Minsk Qrupu həmsədrləri tərəfindən ciddi səylər tələb olunur. Di gəl, vəziyyət belədir ki, bir tərəfdən pandemiya, digər tərəfdən isə ABŞ-da qarşıdan gələn prezident seçkilər siyasətçiləri və diplomatları tamamilə başqa problemlərin üzərində cəmləşməyə vadar edir, nəinki Dağlıq Qarabağ problemi üzərində.

Üstəgəl də politoloqların və beynəlxalq siyasət təhlilçilərinin, o cümlədən də hərbi ekspertlərin analizləri və düşüncələri daha çox prosesin hərbi - güc tərəflərinə yönəlibdir: kimsə daha çox son günlər ərzində baş tutan Azərbaycan-Türkiyə hərbi təlimləri üzərində diqqət cəmləşdirir, başqa birisi isə Ermənistanın güc strukturlarındakı, xüsusən də düşmənin müdafiə nazirliyindəki ən son kadr dəyişikliklərini ön plana çəkir və bu detalları analiz edir.

Odur ki, bir sual öz çılpaqlığı ilə daha çox diqqət çəkir: Azərbaycanla Ermənistan arasında böyük müharibə mümkündürmü? Bəli, ayın Dağlıq Qarabağ gündəminin ən əsas sualını məhz bu cür qoymaq lazımdı, çünki bir daha vurğulayaq ki, proses artıq diplomatik müstəvidən çıxıbdır və heç kim,- ən azı tezliklə,- onu geri qaytarmağı düşünmür.

Qeyd etdiyimiz kimi, düşmənin güc strukturlarında kadr dəyişiklikləri aparılır, onun cəbhə xəttinin və sərhədlərimizin müxtəlif istiqamətlərində təxribatları bitib-tükənmir - bütün bunlar təkrar-təkrar təkcə bizim yerli politoloqları yox, hətta əcnəbi ekspertləri belə, ilk öncə hərbi məsələlərin cavablarını axtarmağa vadar edir.

Məsələn, belə bir problem müzakirə olunur: Azərbaycan öz ərazisində Türkiyənin hərbi bazalarını yerləşdirə bilərmi? Yetərincə mürəkkəb olan bu suala cavab verməmişdən öncə qeyd edək ki, Türkiyə son illərdə çox nüfuzlu dövlətə çevrilibdi və təkcə Yaxın Şərqin, Şimali Afrikanın deyil, o cümlədən də bir NATO üzvü kimi Dünyanın digər problemlərinin də həllində çox yaxından iştirak edir.

Üstəlik qeyd etmək lazım gəlir ki, Ankara ermənilərin Tovuz istiqamətindəki hərbi təxribatlarına çox kəskin və konkret reaksiya verdi və açıq şəkildə bildirdi ki, Azərbaycanın seçimi Türkiyənin də seçimi və qərarı olacaqdır! Üstəgəl, heç bir ay belə keçmədi ki, iki yaxın müttəfiq böyük və birgə hərbi təlimlərə başladılar, özü də təkcə quru qoşunlarının iştirakı ilə yox!

Bilavasitə Türkiyənin hərbi bazalarına gəldikdə isə, bir sıra politoloqlarımız, birincisi, Azərbaycanın hərbi doktrinasının tələblərinə diqqət çəkirlər, hansılar ki, bir ölkə olaraq Azərbaycanın ərazisində əcnəbi hərbi bazalarının olmasını nəzərdə tutmur. Güman ki, ölkənin mövcud hərbi-siyasi statusu, onun Qoşulmama Hərəkatının üzvü olması, hazırda isə hətta ona başçılıq etməsi belə, bizə hansısa bir hərbi alyanslar yaratmağa imkan vermir.

Amma öz ərazi bütövlüyünü və suverenliyini qorumaq istənilən bir dövlətin, o cümlədən də Azərbaycanın ayrılmaz hüququdur və güman ki, zəruri anda Azərbaycan təkcə müvafiq beynəlxalq strukturlara yox, hətta bizə yaxın dövlətlərə də təkcə düşmənin təcavüzünün qarşısını almaq üçün yox, həm də işğal edilmiş ərazilərimizi qaytarmaq, ölkənin suverenliyini onun bütün ərazisinə şamil etmək üçün müraciət edə bilər.

Amma burada bir mühüm məqam var. Güman, Ermənistan elə bunu istəyir: bu ölkə artıq bir neçə dəfə KTMT -nı Azərbaycan - Ermənistan münaqişəsinə cəlb etməyə cəhd göstəribdir ki, Rusiya və Türkiyənin iştirakı ilə regional hərbi toqquşma yaratsın.

Qeyd edək ki, hələ ki KTMT ölkələri Ermənistanın təxribatlarına uymurlar, çünki bunun üçün ən azı əsas yoxdur - Azərbaycan yalnız öz ərazisini qoruyur.

Amma Rusiya özünün nökərini belə təxribatlardan çəkindirə də bilər, amma bunu etmir, ya da ki, prosesə o vaxt müdaxilə edir ki, Ermənistan üçün bir təhlükə yaransın, məsələn, Azərbaycanın ordusu düşməni işğal edilmiş ərazilərdən sıxışdırmağa başlasın.

KTMT-nin digər üzvlərinə gəldikdə isə, gəlin unutmayaq ki, Rusiya özünün geosiyasi iddialarını bir sıra gənc türk respublikalarının, yəni ki, Mərkəzi Asiyanın keçmiş sovet respublikalarının hesabına təmin edir və çətin ki, bu ölkələr Azərbaycana və Türkiyəyə qarşı hipotetik kampaniya zamanı Rusiyaya dəstək vermiş olsunlar.

Amma bəzən Rusiya tək də qərar verə bilir -məsələn, Gürcüstana qarşı müharibədə, Ukraynaya qarşı ilhaq zamanında olduğu kimi. Yada salaq ki, o zaman adını çəkdiyimiz iki ölkə hətta MDB müstəvisində qalmaqda idilər, nə Gürcüstan, nə də Ukrayna qurumdan tamam uzaqlaşmaq qərarı verməmişdilər.

Odur ki, bütün detalları öyrənməli və tələsməməliyik, çünki illər keçdikcə siyasi və diplomatik mövqelərimiz möhkəmlənir, bizim müttəfiqlərimiz çoxalır. Hələ onu demirik ki, ordumuz da peşəkarlaşır və onun döyüş qabiliyyəti artır. Bir məqama diqqət yetirin: Serbiya prezidenti Azərbaycan xalqından və onun prezidentindən demək olar ki, üzr istədi, halbuki, prinsipcə, bunu etməyə də bilərdi. Amma bu fakt bir daha göstərir ki, Azərbaycanın nüfuzu durmadan artmaqdadır, çünki onun xarici siyasəti stabil, məntiqli və prinsipialdır...
Hüseynbala Səlimov
//musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dia.az-a ermənilər hücum edir
Bu gün, 12:23
İxtisas seçimi sabah yekunlaşır - Diqqət!
Bu gün, 10:19
Panamalı futbolçular Ermənistandan qaçmağa hazırlaşırlar
Bu gün, 10:16
İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bu gün, 10:14
Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! - FOTOFAKT
Bu gün, 10:12
Durum dəyişir: “Rusiya razıdır ki, Azərbaycan…” – Şok Qarabağ iddiası
Bu gün, 10:06
“Azərbaycan güclü olmasa, Türkiyə güclü olmaz”
Bu gün, 10:02
“Düşüncələrim və dualarım Azərbaycanladır” - Sami Yusif
Bu gün, 10:01
Dünyada koronavirusa yoluxanların sayı 33 milyon 464 minə çatıb
Bu gün, 09:58
Ermənilərin yaraladığı daha bir mülki şəxs öldü
Bu gün, 09:44
Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil - Vaqif Dərgahlı
Bu gün, 09:40
“Xaricdəki həmvətənlərimiz haqq səsimizin dünyaya çatdırılmasında yaxından iştirak etməlidirlər” - Elnur Allahverdiyev
Bu gün, 09:39
“Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” - Ağdərə AZAD OLUNUB?
Bu gün, 09:38
Azərbaycan savaşı öz gücünə aparır... - Düşmıən isə dünya boyu DİLƏNİR...
Bu gün, 09:35
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
Bu gün, 09:33
Ermənistan yeni itkilərini açıqlayıb - SİYAHI
Bu gün, 09:31
"Bu gün sevindirici məlumatlar yayılacaq" - Qubad İbadoğlu
Bu gün, 09:24
Yolumuzu gözləyən Xankəndinin yeni görüntüsü - FOTO
Bu gün, 09:22
“Biz artıq ermənilərin dilini tapmışıq və onların qandığı dildə də danışırıq...”
Bu gün, 09:21
Rusiyanın bəzi telekanallarında ERMƏNİ TƏBLİĞATI – Kabel televiziyalarının paketləri nəzarətə götürülməlidir
Bu gün, 09:19
Ermənistan Azərbaycanın mülki əhalisini öldürür - ABŞ mediası
Bu gün, 09:16
Neft ucuzlaşıb
Bu gün, 09:12
Ceyhun Bayramovun Vendi Morton ilə telefon danışığı olub
Bu gün, 09:10
50 siyasi partiyadan Ali Baş Komandana dəstək-milli birliyi rəsmiləşdirən sənəd - Ermənistanda isə...
Bu gün, 09:09
Qarabağda əməliyyatlar başlayanda ermənilərin qərb cəbhəsində susmasının sirri - İLGİNC
Bu gün, 09:08
Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir - Düşmənin daha 4 tankı vurulub
Bu gün, 08:59
Mərkəzi Bank sığorta tenderini bu şirkət uddu
Bu gün, 08:50
Cəbrayıl sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanıb - Baş Prokurorluq
Bu gün, 08:43
İrandan rus hərbi texnikaları nə məqsədlə Ermənistana göndərilir: - Bəs rəsmi Bakı niyə susur?
Bu gün, 08:42
“Görünür, o vaxt Moskva həbsxanasında yatanda ”verbovka" olunub..." - Partiya sədrindən növbəti ittihamlar
Bu gün, 08:39
Erməni həyasızlığı: “Qorxaq Rusiya” - GƏLİŞMƏ
Bu gün, 08:38
“Kimsə müharibə qaydalarını pozacaqsa, onlar ən sərt şəkildə cəzalandırılmalıdır” - deputat
Bu gün, 08:33
Daşkəsən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Bu gün, 08:20
“Qarabağı alsın, İlham Əliyevə Azadlıq meydanında qızıldan heykəl qoyacağıq...” - Zakir Fəxri
Bu gün, 08:18
"Bir yara sarıyaram, kömək edərəm, heç olmasa ermənin bir gülləsini soyudaram" - Rəşid Mahmudov
Bu gün, 08:15
“Ermənistan iflic vəziyyətdədir” - TƏHLİL
Bu gün, 08:10
“Moskva hələ ki, məsələyə qarışmır” - GƏLİŞMƏ
Bu gün, 08:07
Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib - MN
Bu gün, 08:03
Bu gün dollar neçəyədir?
Bu gün, 07:57
"Heç bir azərbaycanlı-nə yaşlı, nə də gənc öz tarixi torpaqlarından əl çəkməyəcək" - deputat
Bu gün, 07:56
“Onları elə yollardaca məhv etmək daha sərfəlidir” - keçmiş nazir
Bu gün, 07:54
Belə “siyasi mühacirət” düşməndən betərdir – XƏYANƏTİN TƏFƏRRÜATLARI
Bu gün, 07:52
Komendant saatı üçün icaze.e-gov.az portalının fəaliyyəti aktivləşdirilib - Diqqət!
Bu gün, 07:49
Ermənilər Füzuli istiqamətində kəndlərimizi vurmağa başladı - cəbhədən son xəbər
Bu gün, 07:47
Ermənistanda kişilərin ölkəni tərk etməsi məhdudlaşdırılıb - Qaçanları bu yolla durdururlar
Bu gün, 07:46
Ermənilərin cəzalandırılması ilə bağlı sənədləşmə aparılır - Baş Prokurorluq
Bu gün, 07:44
Rusiya Dövlət Duması Dağlıq Qarabağa dair bəyanat layihəsinə baxacaq
Bu gün, 07:41
Türkiyə Prezidenti Britaniyanın Baş naziri ilə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıblar
Bu gün, 07:40
ATƏT PA-nın prezidenti Qarabağ münaqişəsindən danışıb
Bu gün, 07:39
Müharibə davam edəcəkmi: Bundan sonra nə olacaq? - TƏHLİL
Bu gün, 07:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru