SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı .....                     “AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” .....                     Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib .....                     "Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb .....                     DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi .....                     Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb .....                     Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə .....                     Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb .....                     İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. .....                     İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... .....                     “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar .....                     Beyləqanın başçısı hara baxır ki? .....                     Səhiyyə Nazirliyində ÇALXALANMA... .....                     Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı .....                     Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub .....                     Ağcabədidə səhiyyə adına RƏZALƏT .....                     Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb .....                     "İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" .....                     Nazir rəis müavinini vəzifəsindən azad edib .....                     Əhməd Əhmədzadə özünün onunla əvəzlənməsini istəyib .....                     “Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” .....                     “Bilmədim bu virus məni haradan gəlib tapdı” .....                     "Aclıq oyunları" planlarını pozan humanizm .....                     “Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır” .....                     “Baku Steel Company”də işçi haqqı yeyilir .....                     Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? .....                     Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi .....                     Azərbaycan hakimiyyətində FETÖ varmı .....                     Ölkədən pullar gedib, amma gəlməyib: .....                     Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb .....                     Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi .....                     “AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” .....                     Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq .....                     “Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” .....                     AMEA bir şəxsin maraqlarına qurban verilir .....                     "Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neft ucuzlaşıb .....                     “Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ .....                 

Azərbaycanın dövlət şirkətləri niyə büdcənin “pulsoran”ına çevrilib? - TƏHLİL
Tarix: 7-08-2020, 14:22 | Çap et
Azərbaycanın dövlət şirkətləri niyə büdcənin “pulsoran”ına çevrilib?
Azərbaycanda dövlət şirkətlərinin itkilərə yol verməsi, zərərlə işləməsi yenidən gündəmə gəlib. Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı ötən gün keçidiyi videoformatda müşavirədə dövlətə məxsus səhmdar cəmiyyətlərinin fəaliyyətini kəskin tənqid edib, başqa sözlə, onları büdcənin “pulsoran”ına çevrilməkdə günahlandırıb. Dövlət başçısının sözlərinə görə, dövlət şirkətləri kəsirlərinin büdcə vəsaitləri hesabına bağlanacağına öyrəşiblər.

“Səmərə hardadır?”

“Dövlət şirkətlərinin ödədiyi vergilərlə onlara verilən subsidiyalar və birbaşa investisiya qoyuluşu arasında böyük fərq var. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – “Azərbaycan Hava Yolları”nın (AZAL) bütün təyyarələrini dövlət alıb. Bütün aeroportları dövlət tikib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? “Azərbaycan Dəmir Yolları” da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”, - deyə dövlət başçısı qeyd edib.

“Sosialist iqtisadi modelində işləyirlər”

“Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz”, - deyə İ.Əliyev vurğulayıb.

Yeni idarəetmə sistemi gəlir

Prezidentin sözlərinə görə, artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar: “Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam”.

Yığılmış zərər milyardlarla manatla ölçülür

Dövlət şirkətlərinin açıqladığı maliyyə (audit) hesabatlarına əsasən deyə bilərik ki, onların yığılmış zərərləri milyardlarla manatla ölçülür. Məsələn, İ.Əliyevin adını çəkdiyi “Azərenerji” ASC-nin 2018-ci ilin yekununda 2 333 milyon manatdan çox yığılmış zərəri olub (2019-cu ilin maliyyə nəticələri hələ ki, məlum deyil). Bu, 2017-ci ilin yekunu ilə müqayisədə 10% çoxdur. Başqa sözlə, səhmdar cəmiyyətinin nizamnamə fonduna qoyulmuş 1 760 milyon manat vəsait dağıdılıb, onu müflis olmaqdan isə 1 762 milyon manatlıq əlavə investisiya qoyuluşu xilas edib.

“Azərenerji”nin istehsal etdiyi enerjinin əsas alıcısı – “Azərişıq” ASC-nin də yığılmış zərəri az deyil. Bu rəqəm 2019-cu ildə təxminən 17% artaraq 385 milyon manatı keçib. Baxmayaraq ki, son illər ölkədə elektrik enerjisi tarifləri bir neçə dəfə artırılıb. Əgər 10-15 il bundan əvvəl Azərbaycan vətəndaşları enerjinin hər kilovat/saatına cəmi 2 qəpik ödəyirdilərsə, hazırda bu rəqəm 7-11 qəpikdir. Odur ki, enerji müəssisələrinin zərərlə işləməsi istər-istəməz narahatlıq doğurur.

Təyyarə parkı daimi yenilənən, ABŞ-a uçuşlar həyata keçirməsi ilə fəxr edən AZAL da dövlətə xeyir vermir. Milli aviadaşıyıcı 2018-2019-cu illərin maliyyə nəticələrini açıqlamasa da, 2017-ci ilin yekununda onun 1 434 milyon manat zərəri olub. Bu isə 2016-ci ilin yekunu ilə müqayisədə təxminən 3% çoxdur. Baxmayaraq ki, AZAL-la uçuş regionun digər ölkələrindən uçuşla müqayisədə xeyli baha başa gəlir və aviaşirkət sərnişin qıtlığı çəkmir. Bakı-Naxçıvan aviareysi üçün isə şirkətə dotasiya ödənilir. Dövlətın hesabına kapital qoyuluşu da öz yerində.

Son illər böyük investisiyaların axdığı “Azərbaycan Dəmir Yolları” QSC-nin də zərəri kifayət qədərdir. Qurum 2019-cu ilin maliyyə hesabatını verməsə də, 2018-ci ildə onun yığılmış zərəri təxminən 34% artaraq 1 476 milyon manata çatıb. Bu isə onun nizamnamə kapitalından (806 milyon manat) çoxdur və səhmdar cəmiyyəti 1 905 milyon manatlıq dövlət investisiyası hesabına ayaq üstə qalır. Halbuki, ötən illərdə Azərbaycanda dəmir yolları tarifləri də yerində saymayıb və təxminən 3 dəfə artırılıb. Məsələn, indi Bakıdan Böyük-Kəsiyə 10-15 il əvvəl olduğu kimi plaskart tipli vaqonda 2 manata getmək mümkün deyil və azı 5-6 manat ödəmək lazımdır.

“Bakı Metropoliteni” QSC də zərərlə işləyən dövlət şirkətlərindəndir. 2019-cu ildə onun yığılmış zərəri təxminən 13% artaraq 482 milyon manata çatıb. 2018-ci ildə metroda gediş haqqının təxminən 50% artırılaraq 30 qəpiyə çatdırılmasına baxmayaraq qurumun maliyyə vəziyyətində ciddi irəliləyiş olmayıb və hər il büdcədən 50 milyon manata yaxın dotasiya almaqda davam edir.

Nəqliyyat müəssisələri ilə yanaşı, kommunal müəssisələr də dövlətin üzərinə zərər yığmaqla məşğuldur. Məsələn, 2018-ci ilin yekununda “Azərsu” ASC-nin 6 385 milyon manat zərəri yığılıb ki, bu da 2017-ci ilin yekununa nisbətən təxminən 8% çoxdur (2019-cu ilin maliyyə nəticələri açıqlanmayıb). Nizamnamə kapitalı cəmi 400 milyon manat olan su-kanalizasiya təsərrüfatı qurumuna indiyə qədər 2 013 milyon manat əlavə kapital, 4 190 milyon manat dövlət investisiyası qoyulub. Baxmayaraq ki, 2017-ci ildən bəri Azərbaycanda əhaliyə satılan içməlu suyun 1 kubmetrinin qiyməti təxminən 2 dəfə artırılaraq 35 qəpiyə, 1 kubmetr çirkab suyunun axıdılması xidmətinin qiyməti isə təxminən 4 dəfə artırılaraq 15 qəpiyə çatdırılıb.

İstifadə etdiyi elektrik enerjisinə, qaza və suya görə borclarının olmasa tez-tez gündəmə gələn “Azəristiliktəchizat” ASC da zərər içində üzür. 2018-ci ilin yekununda bu qurumun yığılmış zərəri 68 milyon manatdan çox olub. 2019-cu ilin maliyyə nəticələri isə hələ ki, məlum deyil.

“Korporativ idarəetmə yoxdur”

İqtisadçı-ekspert Samir Əliyev dövlət şirkətlərinin zərərlə işləməsini təbii sayır. Onun sözlərinə görə, bu, həmin şirkətlərin rəhbərlərinin dövlətə arxayın olmasından, bütün məsələlərdə təkbaşına qərar vermələrindən, başqa sözlə korporativ idarəetmənin mövcud olmamasından irəli gəlir: “Dövlət şirkətlərini idarə edənlərin hesabat verməli olduqları Müşahidə Şurası yoxdur. Halbuki, həmin qurum şirkətin İdarə Heyətini (İH) və Audit Komitəsini formalaşdırmalıdır, hər ikisi vaxtaşırı ona hesabat verməlidir. Azərbaycanda dövlət şirkətlərinin auditi onların İH sədrlərinin nəzarəti altında baş tutur, yəni daxili nəzarət yoxdur. Son nəticədə şirkətlərin niyə zərərlə işlədiyini soruşan olmur, onlar tez-tez büdcədən dotasiya və yaxud investisiya formasında dəstək alır, alınmış kreditləri, dövlət zəmanəti verildiyinə görə dövlət qaytarmalı olur”.

“Dövlət ən pis sahibkardır”

S.Əliyev hesab edir ki, dövlət şirkətləri bundan sonra da zərərlə işləməkdə davam edəcəklər: “Nə qədər effektiv idarəetmə qurulsa da, vəziyyət dəyişməyəcək. Dünya təcrübəsi göstərir ki, dövlət şirkətləri biznes yönümlü ola bilməz. Belə bir deyim var - dövlət ən pis sahibkardır. Odur ki, tədricən dövlətə məxsus təsərrüfat subyektləri ya özəlləşdirilməli, ya da özəl (yerli və yaxud xarici) şirkətlərə uzunmüddətli idarəetməyə verilməlidir. Bu halda dövlətin onlara xərc çəkməsinə, aldıqları kreditlərə zəmanət verməsinə ehtiyac qalmaz. Özəl şirkət lazımsız xərclərə yol verməyəcək. Demirik ki, bütün müəssisələr dövlətsizləşdirilsin. Məsələn, enerji istehsalı yenə də dövlətdə saxlanıla bilər, amma satış və paylama işi özəl sektora ötürülə bilər”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı
Bu gün, 11:51
“AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” - deputat
Bu gün, 11:18
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib
Bu gün, 11:16
"Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" — SENSASİON AÇIQLAMA
Bu gün, 11:14
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb
Bu gün, 11:08
DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi - "Belə məsuliyyətsiz yazılara inanmayın"
Bu gün, 11:06
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
Bu gün, 11:04
Murad Dadaşov bir ilkə imza atdı - VİDEO
Bu gün, 10:54
Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR
Bu gün, 10:52
Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb
Bu gün, 10:50
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Bu gün, 10:49
İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... - AÇIQLAMA
Bu gün, 10:44
Nazirlik "Xarqo" filmi çəkdi
Bu gün, 10:43
“Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin"
Bu gün, 10:42
Beyləqanın başçısı hara baxır ki? - Kəndlər boşalır...
Bu gün, 10:37
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
Bu gün, 10:35
Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı
Bu gün, 10:34
Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub
Bu gün, 10:33
Ağcabədidə səhiyyə adına RƏZALƏT - İTTİHAM
Bu gün, 10:32
Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb - İntihar?
Bu gün, 10:31
"İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" - ekspert
Bu gün, 10:30
Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR
Bu gün, 10:29
Əhməd Əhmədzadə özünün onunla əvəzlənməsini istəyib - İDDİA
Bu gün, 10:28
“Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” - AKTUAL
Bu gün, 10:26
“Bilmədim bu virus məni haradan gəlib tapdı” - Partiya sədri
Bu gün, 10:22
"Aclıq oyunları" planlarını pozan humanizm - TƏHLİL
Bu gün, 10:21
“Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”
Bu gün, 10:15
“Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY
Bu gün, 10:13
Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? - TƏHLİL
Bu gün, 10:10
İlkin Həsəni onu komandasına gətirdi - FOTO
Bu gün, 10:07
Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi
Bu gün, 10:05
Azərbaycan hakimiyyətində FETÖ varmı - GƏLİŞMƏ
Bu gün, 10:04
"İstəyim gündəmdə qalmaq deyil, istəyim tarixdə qalmaqdır"
Bu gün, 10:00
Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
Bu gün, 09:58
Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Bu gün, 09:55
Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi
Bu gün, 09:54
"Toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar" - AÇIQLAMA
Bu gün, 09:52
“AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” – Adil Əliyev
Bu gün, 09:51
Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq - İLGİNC
Bu gün, 09:49
"Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir"
Bu gün, 09:48
"Təhsil heç vaxt ticarətə çevrilməməlidir"
Bu gün, 09:44
“Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” - İTTİHAM
Bu gün, 09:41
"Məni buna ömürlük inandırıblar"
Bu gün, 09:39
AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ
Bu gün, 09:37
"Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" - deputat
Bu gün, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:34
Neft ucuzlaşıb
Bu gün, 09:32
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
Bu gün, 09:31
İmişlidə təzə başçını da tapmaq olmur... - NARAZILIQ...
Bu gün, 09:29
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru