“Azəriqaz”dan cəbhə zonasının qaz təchizatı ilə bağlı açıqlama .....                     Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib .....                     Ermənilər Tərtərdə məhkəmə binasını və təcili yardım maşınını atəşə tutub, ölən və yaralananlar var .....                     Şok açıqlama: “Kompromisə hazırıq” .....                     Ermənilərin atdığı mərmi deputatın babasının evinə düşdü .....                     Şimal-şərq küləyi əsəcək .....                     ABŞ səfiri cəbhədəki vəziyyəti şərh edib .....                     “Rusiya Ermənistana hərbi dəstək versə, Türkiyə ilə döyüşməli olacaq” .....                     “Hadisələr yalnız Azərbaycan üçün əlamətdar olmadı” .....                     Erməni qadın snayper məhv edildi .....                     “Tezliklə torpaqlarımıza qayıdacağıq” .....                     Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub .....                     Xalq artistinin qardaşı oğlu yaralandı .....                     Xəzər rayonunda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar .....                     “Azərbaycan Ordusu rəşadətli döyüşlərini davam etdirir” .....                     Türk Respublikaları İttifaqı yaradılacaq? .....                     Ermənistan tərəfi itkilərini ictimaiyyətdən gizlədir .....                     Müdafiə Nazirliyinin rəsmisindən açıqlama .....                     Prezidentin köməkçisindən mülki əhalinin .....                     "Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir" .....                     "Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır" .....                     İctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək .....                     Qismən səfərbərlik nə deməkdir? .....                     Ermənistanda virusdan gəbərənlərin sayı 957-yə çatdı .....                     Ermənilər Dağlıq Qarabağdan qaçır .....                     Saxta “bozqurdlar”ın yeni çaqqallığı .....                     "Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb” .....                     Ermənistan dövlət qurumlarının məxfi sənədləri əlimizdə .....                     Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli .....                     Azərbaycan hökuməti səfirliklərə tapşırıqlar verdi .....                     Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq .....                     Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb .....                     ABŞ səfirliyindən cəbhədəki vəziyyətlə bağlı .....                     Prezident sərəncam imzalayıb .....                     "Bir sıra dövlət və beynəlxalq təşkilatla danışıqlar aparılıb" .....                     “Paşinyanın beynini arvadı doldurub” .....                     Hər zaman can qardaşlarımızın yanındayıq .....                     Tərtərdə vurulan yaşayış binasından .....                     "Bu, Azərbaycan xalqının tarixində böyük vətən müharibəsidir" .....                     Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirdi .....                 

Azərbaycanda qardaş ölkənin hərbi bazalarının yaradılması üçün nələr tələb olunur? - GƏLİŞMƏ
Tarix: 7-08-2020, 10:18 | Çap et
Azərbaycanda qardaş ölkənin hərbi bazalarının yaradılması üçün nələr tələb olunur?
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020" birgə taktiki-uçuş təlimləri davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər. Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

İyulun 29-da başlayan genişmiqyaslı hərbi təlimlər 10 avqustadək davam edəcək. Azərbaycan və Türkiyədə qürurula qarşılanan, dost ölkələrin və xalqların maraqla, düşmənlərin və onların müttəfiqlərinin narahatlıqla izlədiyi təlimlərdən sonra hadisələrin baş verəcəyi çoxlarını maraqlandırır. Xüsusilə də Azərbaycanda əksəriyyət belə hesab edir ki, 102 ildən sonra ölkəmizə, əslində isə ikinci Vətəninə gələn Türkiyə ordusu hansısa formada burada qalsa, bu, hər iki ölkənin maraqları baxımından tarixi əhəmiyyətli hadisə olar. Tovuz döyüşlərindən sonra Türkiyə rəhbərliyi dəfələrlə ən yüksək səviyyədə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün hansı qərarlar verəcəksə, yanında olacağını bəyan edib. Bu günlərdə hər iki dövlət rəhbərliyinin qarşılıqlı olaraq dostluq və qardaşlıq mesajları verməsi də bədxahlarımızın bağrını yaran məsələdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirləri sosial şəbəkələrdə geniş əks-səda doğurub və rəöbətlə qarşılanıb. Sitat: “Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir. Biz bütün məsələlərdə bir yerdəyik... Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik”.

Yalnız dost və qardaş ölkələr bir-birinə bu cür gözəl sözlər ünvanlaya bilər. Dəfələrlə bəyan olunub ki, Azərbaycanın inkişafı Türkiyənin, Türkiyənin də uğurları Azərbaycanındır. Çətin günlərdə qardaş Türkiyəni öz ordusu ilə birlikdə quruda, havada yanımızda görmək özü də olduqca xoş duyğular yaratmaqdadır.

Maraqlı bir məqam ondan ibarətdir ki, işğalçı Ermənistan Tovuz döyüşlərindən sonra dəstək ala bilmədiyi Rusiyadan üz çevirməyə başlayıb. Düzdür, bir neçə gün bundan əvvəl PUA-larla bağlı birgə “kabinet təlimi” keçirdilər. Lakin bu, sadəcə görüntü xətrinə idi. Ermənistan görür ki, Sorosun ayağına və puluna bağlı “ipiqırıq” Paşinyan rejiminə görə Türkiyə və Azərbaycanla əlaqələri korlamaq istəməyən Rusiya İrəvanın 56 km-liyindəki Türkiyə qırıcılarına reaksiya vermir, Türk əsgərinin Azərbaycanda möhtəşəm “əzələ nümayişi”nə adi qaydada yanaşır, o halda antirus əhval-ruhiyyəni işə salır.

Budur, Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb. APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin saytı məlumat yayıb. Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq. Hazırda Ermənistanda Rusiyanın “Birinci kanal”, “RTR Planeta”, “Rossiya. Kultura” və dövlətlərarası “Mir” telekanalı, habelə ABŞ-ın CNN telekanalı açıq yayımlanır. Qərar qüvvəyə minəndən sonra Ermənistan ərazisində yalnız “Mir” telekanalının açıq yayımına icazə veriləcək. Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfirliyi bir qədər əvvəl İrəvanın bu niyyətindən narahatlığını bildirmişdi. Rusiya tərəfi bəyanatlarında dəfələrlə vurğulamışdı ki, məsələnin nizamlanması üçün dialoqa hazırdır.

Diqqətçəkən budur ki, Ermənistanın müdafiə naziri Türkiyə-Azərbaycan birgə təlimlərindən sonra bir sıra səfirlər, o cümlədən Rusiyanın İrəvandakı diplomatı ilə görüşüb dəstək istəsə də, görüşlərdən “əlləri ətəyindən uzun” döndü. Bundan əvvəl Tonoyanın KTMT-yə telefon zənginin də nəticəsi olmadı. Və İrəvan həmişəki kimi, şantaja əl atdı. Onsuz da Ermənistand monoetnik ölkədir və ruslar da bu ölkəni tərk ediblər. İndi isə telekanalları qapadır. Hər halda, proses Azərbaycanın maraqlarına uyğun cərəyan edir. Qonşu Rusiya bir daha görəcək ki, faşist Nijdeyə abidə qoyanlar Rusiyaya qarşı bigər əməllərə də əl atmaqdadırlar və onlara görə Türkiyə və Azərbaycan kimi etibarlı qonşular, müttəfiqlərlə münasibətləri pozmağa dəyməz. Belə bir situasiya Türkiyənin Azərbaycanda hərbi mövcudluğuna yaşıl işıq yandırır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ilk dəfədir Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər təkcə Azərbaycan və Türkiyədə deyil, həmçinin Rusiyada, Ermənistanda, o cümlədən bölgədə marağı olan uzaq ölkələrdə bu qədər böyük maraq doğurub: “Bunun iki səbəbi var: birinci səbəb odur ki, Azərbaycan cəmiyyəti işğal altındakı torpaqların boşaldılmasını sürətləndirmək istəyir və bu zaman Ermənistanla aparılan danışıqların fayda verəcəyinə inanmır. Azərbaycan prezidenti və cəmiyyəti müharibənin qaçılmaz olduğunu yaxşı bilirlər. Tovuz istiqamətindəki döyüşlər və ondan sonra Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri istər-istəməz belə təəssürat yaradıb ki, iki qardaş dövlət işğal altındakı torpaqların azad olunması üçün birgə addım atmağa hazırdır. Birgə hərbi təlimlərə olan marağın ikinci səbəbi Türkiyənin bölgədə artan rolu ilə əlaqəlidir. Türkiyə 15 və ya 20 il bundan əvvəlki ölkə deyil. Türkiyə bölgənin aparıcı gücünə çevrilib. Türkiyə heç kimlə, o cümlədən ABŞ, Rusiya və ya Avropa İttifaqı ilə hesablaşmadan və məsləhətləşmədən istənilən istiqamətdə hərbi əməliyyat həyata keçirir və bu əməliyyatları Türkiyənin milli və təhlükəsizlik maraqları ilə izah edir. Suriyada, Liviyada, İraqda, Aralıq dənizi hövzəsində güclənən Türkiyə Cənubi Qafqazı da öz maraqları siyahısına daxil edib”.

E.Şahinoğlu hesab edir ki, artıq Rusiya da bununla hesablaşmaq məcburiyyətində qalıb: “Ermənistanın baş naziri Nikol Paşinyan isə elə bilir ki, Türkiyə əvvəllər olduğu kimi, Azərbaycan torpaqlarının işğalına seyrçi qalacaq. Ancaq əgər Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla son telefon söhbəti zamanı bu ölkənin Azərbaycan-Ermənistan qarşıdurmasındakı rolunu qəbul etdiyinə dair fikirlər söyləyibsə, kiçik və kasıb Ermənistan buna qarşı heç nə edə bilməz. Paşinyan bunu qəbul etmək istəmirsə, onun əsas rəqibi, eks-prezident Robert Köçəryan anlayıb. Köçəryan iki gerçəyi anlayır. O deyib ki, Azərbaycan cəmiyyəti müharibə istəyir və bu amillə hesablaşmaq lazımdır. Köçəryan həm də onu anlayıb ki, Türkiyəni artıq Cənubi Qafqazdan uzaq saxlamaq mümkün deyil. Əslində bunu Paşinyan da anlayır, səsləndirməyə qorxur ki, zəif görünməsin. Ancaq reallıqdan qaçmaq mümkün deyil. Reallıq isə budur ki, Türkiyə hakimiyyəti və cəmiyyəti Dağlıq Qarabağı artıq özününkü sayır. Yəni Dağlıq Qarabağ və ətraf rayonların işğalı Azərbaycan üçün nədirsə, Türkiyə üçün də odur və qardaş dövlət özünə də aid olduğunu hesab etdiyi torpaqların növbəti illər üçün işğal altında qalmasına dözüm nümayiş etdirmək istəmir. Bu, yaxşı mənada Azərbaycana da bir təzyiq mənası daşıyır ki, torpaqları işğaldan azad etmək əməliyyatını sürətləndirmək lazımdır. Bu zaman Türkiyə heç nədən və heç kimdən çəkinmədən Azərbaycanın yanında olacaq”.

Türkiyə hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi ehtimalına gəldikdə, politoloq qeyd etdi ki, bu istiqamətdə gərəkən addımlar atılmalıdır: “Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 2010-cu ildə imzalanan anlaşma hər iki dövlətə imkan verir ki, hərbi əməkdaşlığı üst səviyyəyə qaldırsın. Həmin sazişə əsasən, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər kollektiv özünümüdafiə hüququndan istifadə edə bilərlər. Sazişin digər maddəsinə görə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi üçün lazımi planlaşdırma həyata keçirə bilərlər. Ancaq mənə elə gəlir ki, bu sazişi gücləndirməyə ehtiyac var. Yaxşı olardı ki, hərbi təlimlərin davam etdiyi müddətdə qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə dair danışıqlara başlanılsın. İlk növbədə Naxçıvanda hərbi baza yaradılmalıdır. Bu, bizə təminat verər ki, Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılması uğrunda hərbi əməliyyatlara başlasaq, düşmən Naxçıvan istiqamətində bizə təhlükə yarada bilməyəcək. Azərbaycanla Türkiyə öz aralarında imzalayacağı yeni sazişə görə Qars müqaviləsinin əhatə dairəsi bütün Azərbaycana inikas etdirməlidir. Bununla işğalçı ölkə daima qorxu və panika içində olacaq. Necə ki, birgə təlimlər zamanı Türkiyənin hərbi təyyarələrinin Ermənistan sərhədinə yaxınlaşması İrəvanda güclü panika yaratmışdı. Bizə də bu lazımdır”.

Paralel qaydada Bakının Ermənistana birbaşa və ya dolayısı ilə dəstək verən ölkələrə sərt təpkisi öz təsirini verməkdədir. Tovuz döyüşləri zaman Serbiyadan Ermənistana daşınan minaatanlar üçün tranzit ölkə rolunu oynayan Gürcüstan artıq səhvini anlayıb. Belə ki, iki həftədir Gürcüstan tərəfi Rusiyadan Ermənistana yüklərin sərhədi keçməsinə icazə vermir. Sənaye məqsədləri üçün istifadə olunan partlayıcı maddələrdən bəhs edilir. Amma bu partlayıcıların Azərbaycana qarşı istifadə edilməyəcəyinə təminat yoxdur. Ermənistanın “Aravot” nəşrinin yazdığına görə, Rusiya partlayıcı maddələri ilə yüklənmiş bir neçə yük maşını Rusiya tərəfdən Larsdakı bütün prosedurlardan keçib, lakin gürcü tərəfi onların Gürcüstan gömrük sərhədini keçməsini qadağan edib. Bekor QSC-nin direktoru Fred Nazaryan bu partlayıcı maddələrin ikitərəfli bir məqsəd olduğunu, bu da onların hərbi əhəmiyyətə sahib olduqlarını, ancaq qeyri-hərbi şirkətlərin bütün icazə sənədlərinə sahib olduğunu bildirib. Fred Nazaryan hesab edir ki, yükün gecikməsi Ermənistanla sərhəddə son döyüşlərdən sonra Azərbaycan tərəfinin müdaxiləsi ilə əlaqəli ola bilər.

Düşmənin hərbi cəhətdən təcrid olunması üçün bütün addımların atılması zəruridir, bu istiqamətdə daim ayıq-sayıq olmaq lazımdır. Qardaş Türkiyə də Gürcüstana müəyyən mesajlar verə bilər. Tiflis anlamalıdır ki, Ermənistan təkcə Türkiyə və Azərbaycana deyil, həm də Cavaxetiya bölgəsinə iddia edir...
"Yeni Müsavat"





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azəriqaz”dan cəbhə zonasının qaz təchizatı ilə bağlı açıqlama
Bu gün, 13:14
Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib - Azərbaycan MN
Bu gün, 13:13
Ermənilər Tərtərdə məhkəmə binasını və təcili yardım maşınını atəşə tutub, ölən və yaralananlar var
Bu gün, 13:12
Şok açıqlama: “Kompromisə hazırıq” — İrəvan “ağ bayraq” qaldırdı
Bu gün, 13:09
Ermənilərin atdığı mərmi deputatın babasının evinə düşdü
Bu gün, 13:06
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:03
ABŞ səfiri cəbhədəki vəziyyəti şərh edib
Bu gün, 13:01
“Rusiya Ermənistana hərbi dəstək versə, Türkiyə ilə döyüşməli olacaq” – Türk generalı
Bu gün, 13:00
“Hadisələr yalnız Azərbaycan üçün əlamətdar olmadı” - Ukraynalı ekspert
Bu gün, 12:57
Erməni qadın snayper məhv edildi - FOTO
Bu gün, 12:55
“Tezliklə torpaqlarımıza qayıdacağıq” - Kəndləri işğaldan azad olan baş redaktor
Bu gün, 12:50
Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub
Bu gün, 12:47
Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq"
Bu gün, 12:46
Xəzər rayonunda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar
Bu gün, 12:43
“Azərbaycan Ordusu rəşadətli döyüşlərini davam etdirir” - Hikmət Hacıyev
Bu gün, 12:35
Türk Respublikaları İttifaqı yaradılacaq? - Bu gün bu birliyi Qarabağda görmürük...
Bu gün, 12:34
Ermənistan tərəfi itkilərini ictimaiyyətdən gizlədir - Müdafiə Nazirliyi
Bu gün, 12:30
Müdafiə Nazirliyinin rəsmisindən açıqlama
Bu gün, 12:29
Prezidentin köməkçisindən mülki əhalinin atəşə tutulması barədə açıqlama
Bu gün, 12:27
"Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir" - Prezidentin köməkçisi
Bu gün, 12:26
"Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır" - Hikmət Hacıyev
Bu gün, 12:25
İctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək - Diqqət!
Bu gün, 12:19
Qismən səfərbərlik nə deməkdir? - Açıqlama
Bu gün, 12:17
Ermənistanda virusdan gəbərənlərin sayı 957-yə çatdı
Bu gün, 12:15
Ermənilər Dağlıq Qarabağdan qaçır - Birt azdan qaçmağa yer tapmayacaqlar...
Bu gün, 12:13
Saxta “bozqurdlar”ın yeni çaqqallığı – Ermənilər virtual məkanda da savaş aparırlar
Bu gün, 12:11
"Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb” - Nazir
Bu gün, 12:03
Ermənistan dövlət qurumlarının məxfi sənədləri əlimizdə - FOTO
Bu gün, 12:02
Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var
Bu gün, 11:59
Azərbaycan hökuməti səfirliklərə tapşırıqlar verdi
Bu gün, 11:54
Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir
Bu gün, 11:49
Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb
Bu gün, 11:48
ABŞ səfirliyindən cəbhədəki vəziyyətlə bağlı bəyanat VERDİ
Bu gün, 11:47
Prezident sərəncam imzalayıb - MÜHÜM
Bu gün, 11:46
"Bir sıra dövlət və beynəlxalq təşkilatla danışıqlar aparılıb" - Ceyhun Bayramov
Bu gün, 11:41
“Paşinyanın beynini arvadı doldurub” - Məşhur politoloq
Bu gün, 11:37
Hər zaman can qardaşlarımızın yanındayıq - Türkiyənin Müdafiə Nazirliyi
Bu gün, 11:34
Tərtərdə vurulan yaşayış binasından - Fotolar
Bu gün, 11:32
"Bu, Azərbaycan xalqının tarixində böyük vətən müharibəsidir" - Prezidentin köməkçisi
Bu gün, 11:29
Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirdi
Bu gün, 11:28
Azərbaycandakı etnik icma rəhbərləri bəyanat imzalayıb
Bu gün, 11:27
"Ordumuz Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir" - Hikmət Hacıyev
Bu gün, 11:25
"Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib" - Prezidentin köməkçisi
Bu gün, 11:24
Cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib
Bu gün, 11:23
"XİN Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı xarici ölkələrin müvafiq qurumlarını məlumatlandırıb” - Ceyhun Bayramov
Bu gün, 11:22
“Füzuli rayonu istiqamətində intensiv döyüşlər davam edir” - Deputatdan açıqlama
Bu gün, 11:15
Gürcüstanda koronavirusdan daha 3 nəfər ölüb
Bu gün, 11:11
“Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq” - General-mayor Mayis Bərxudarov
Bu gün, 11:10
Mülki əhali arasında yaralananların sayı 26 nəfərə çatıb - Baş Prokurorluq
Bu gün, 11:07
Azərbaycanda qismən səfərbərlik elan edilib - SƏRƏNCAM
Bu gün, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru