Ermənistanın milli valyutası ucuzlaşır .....                     Azərbaycanlı analardan erməni qadınlara XƏBƏRDARLIQ: .....                     “Donald Tramp bu açıqlaması ilə Paşinyana demək istədi ki...” .....                     Ermənilər Qarabağa ölümə göndərilir: .....                     Rusiya Federasiya Şurasının Sədri Qarabağ münaqişəsinə .....                     Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib .....                     İnternet məhdudiyyətini qıran .....                     Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib .....                     "Bu gün Ermənistan və Azərbaycan xalqları üçün çətin bir zamandır" .....                     “Hər kəsin torpaqlarımızın azadlığı ideyası ətrafında birləşməsi çox yaxşıdır” .....                     Avropa İttifaqı yeni müharibənin başlamasından narahatdır .....                     Daha 39 şagirddə koronavirus aşkarlandı .....                     "Azərbaycan Dəmir Yolları" bugünki qərarını ləğv edib .....                     “Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib” .....                     "Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm" .....                     Mədəniyyət xadimləri və yaradıcı şəxslər .....                     Ermənistanın daha 28 hərbçisi ölüb .....                     Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb .....                     Bakı metrosu saat 6:00-dan 00:00-dək işləyəcək .....                     Ermənistan faşist mahiyyəti: Hədəf yenə də mülki əhalidir .....                     "Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır" .....                     “Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir” .....                     Bakı metrosu adi rejimdə fəaliyyətini davam etdirəcək .....                     “Azəriqaz”dan cəbhə zonasının qaz təchizatı ilə bağlı açıqlama .....                     Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib .....                     Ermənilər Tərtərdə məhkəmə binasını və təcili yardım maşınını atəşə tutub, ölən və yaralananlar var .....                     Şok açıqlama: “Kompromisə hazırıq” .....                     Ermənilərin atdığı mərmi deputatın babasının evinə düşdü .....                     Şimal-şərq küləyi əsəcək .....                     ABŞ səfiri cəbhədəki vəziyyəti şərh edib .....                     “Rusiya Ermənistana hərbi dəstək versə, Türkiyə ilə döyüşməli olacaq” .....                     “Hadisələr yalnız Azərbaycan üçün əlamətdar olmadı” .....                     Erməni qadın snayper məhv edildi .....                     “Tezliklə torpaqlarımıza qayıdacağıq” .....                     Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub .....                     Xalq artistinin qardaşı oğlu yaralandı .....                     Xəzər rayonunda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar .....                     “Azərbaycan Ordusu rəşadətli döyüşlərini davam etdirir” .....                     Türk Respublikaları İttifaqı yaradılacaq? .....                     Ermənistan tərəfi itkilərini ictimaiyyətdən gizlədir .....                 

Neftdən asılı manat hər zaman basqı altındadır... - TƏHLİL
Tarix: 7-08-2020, 09:52 | Çap et
Neftdən asılı manat hər zaman basqı altındadır...
Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatında yaratdığı böhran və dünya neft bazarında qiymətlərin kəskin enməsi şəraitində milli valyutanın məzənnəsində dəyişiklik baş verməyib. Azərbaycan hökuməti manatın dəyərsizləşməsinin qarşısını almaq üçün valyuta bazarına intervensiyalara getməli olub. Ötən yeddi ayda Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 4 milyard 525,7 milyon dollar satılıb. Bununla da neftin aşağı qiymətləri fonunda manatın məzənnəsinə yaranan təzyiqlər neytrallaşdırılıb.

Maraqlıdır ki, böhrana rəğmən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında artım qeydə alınıb. Qurumun açıqladığı məlumata görə, bu il avqustun 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 6 milyard 468,7 milyon dollar təşkil edib. Bu, ötən ayla müqayisədə 32,4 milyon dollar və ya 0,5 faiz, illik müqayisədə isə 505,9 milyon dollar və ya 8,5 faiz çoxdur.

Digər tərəfdən, böhran dövlət büdcəsinin gəlirlərində ciddi azalmaya səbəb olmayıb. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, 2020-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 12 milyard 22,7 milyon manat və ya proqnoza qarşı 338,2 milyon manat, 2,9 faiz çox icra olmuşdur.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 5,4 milyon manat, yaxud proqnoza nisbətən 326,6 milyon manat və ya 8,9 faiz çox vəsait təmin edilib. Həmin vəsaitin 72,4 faizi və yaxud 2 milyard 899,5 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 367,7 milyon manat və ya 14,5 faiz çoxdur.

Bu dövrdə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 19,3 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 98,1 milyon manat və ya 5,1 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan büdcəyə müvafiq olaraq 266,4 və 56,6 milyon manat vəsait daxil olub.

Birinci yarım ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 5 milyard 675 milyon manat vəsait transfert edilib.

2020-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,9 faiz və yaxud 11 milyard 730,8 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 779,8 milyon manat və ya 7,1 faiz çoxdur. Beləliklə, altı ayda dövlət büdcəsində 291,9 milyon manat profisit yaranıb.

Hökumət pandemiya ilə əlaqədar gəlir və xərclərdə baş verən dəyişiklikləri nəzərə almaqla, dövlət büdcəsində dəqiqləşdirmələri nəzərdə tutan qanun layihəsini Milli Məclisə təqdim edib. Artıq iki oxunuşdan keçən layihənin müzakirələri zamanı maliyyə naziri Samir Şərifovun dediyinə görə, ölkədə həyata keçirilən bütün tədbirlərin əsas qayəsi pandemiya səbəbindən qaçılmaz olan iqtisadi zəifləmə proseslərinin qarşısını bir qədər almaqdır: “Vaxtında qəbul edilmiş qərarlar, tədbirlərin icrası ölkə iqtisadiyyatında baş verən neqativ proseslərin dərinləşməsinin qarşısını aldı. Bununla belə, cari ilin ikinci yarısı üçün müəyyən təhlükələr var. Əsasən neft və qeyri-neft sektorundan mədaxilin azalması gözlənilir. Bununla yanaşı, gömrük rüsumları və idxalda ƏDV üzrə 170 milyon manat məbləğində azalma olacaq. Cəmi azalmalar 890 milyon manat məbləğində qiymətləndirilir”.

Yeni layihəyə əsasən 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat(əvvəlki variantda 24 milyard 134 milyon 500 min manat), xərcləri 27 milyard 492 milyon 200 min manat (əvvəlki variantda 26 milyard 894 milyon 700 min manat ) məbləğində olacaq.

Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti 850 milyon manat, dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 30 milyon manat artırılır.

Dövlət Neft Fondundan büdcəyə transfertin artırılması üçün hökumət keçən ildən tətbiq olunan yeni büdcə qaydasını 2022-ci il yanvarın 1-dək dayandırır.

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, əldə olunan nəticələr Azərbaycan iqtisadiyyatının nisbətən zəif inkişaf etmiş iqtisadiyyat olmasından irəli gəlir: “Nə qədər paradoksal olsa da, iqtisadiyyatın zəif inkişafı pandemiyanın yaratdığı böhranın təsirlərinin ona gözləniləndən daha az zərər vurmasına gətirib çıxarıb. Azərbaycanda milli valyutanın məzənnəsi daha çox təbii sərvətlərə, daha doğrusu, neftə bağlı olduğu üçün ona təhlükələr daim yarana bilər. Yəni ölkə iqtisadiyyatının resurs asılılığı qaldığı müddətdə manata təhlükələr daim formalaşacaq. Amma təbii ki, qısamüddətli dövr üçün qiymətləndirmə aparsaq, ən azı ilin sonunadək Azərbaycan hökumətinin devalvasiyaya getməyəcəyini söyləyə bilərik. Manatın məzənnəsinin sabit saxlanması üçün mümkün resurslardan istifadə olunacaq. İndiki halda belə imkanlar, resurslar vardır. Əvvəla, ölkə iqtisadiyyatı, əhali, dövlət, biznes - 2015-2016-cı illərlə müqayisədə dollarla yoxsullaşıb. Buna görə də pandemiya dövründə neftin qiymətinin ucuzlaşması fonunda valyuta bazarında yalnız mart ayında qısamüddətli təzyiq yarandı. Onda da hökumət mart ayında 1,9 milyard dollarla bazara müdaxilə etməklə yaranan təzyiqləri xeyli dərəcədə azaltmağa nail ola bildi. Sonrakı aylarda orta hesabla ayda 360-400 milyon dollar vəsait satıldı valyuta bazarında. İlin sonunadək bu tələbin kəskin artacağını gözləmirəm. Yeni büdcə dəyişikliklərlə Neft Fondunun büdcə qarşısında öhdəlikləri də artırılır. Nəticədə, ilin ikinci yarısında Fondun hər ay valyuta bazarına 510 milyon dollar çıxarmaq imkanı olacaq. Bu isə manata olan təzyiqləri neytrallaşdırmağa imkan verəcək”.

Ekspert bildirir ki, Mərkəzi Bankın, ümumilikdə dövlətin valyuta ehtiyatlarının artması da manatın məzənnəsinə yarana biləcək təzyiqlərin qarşısını almaq baxımından müsbət tendensiyadır: “Nəzərə alsaq ki, hökumətin də bazara əlavə valyuta təklif etmək imkanı var, vəziyyətin ən azı 2020-ci ilin sonunadək nəzarətdə olduğunu demək olar. Bundan əlavə, dünya bazarında neftin qiymətli yüksəliş dinamikası nümayiş etdirməkdədir. Artıq Azərbaycan neftinin qiyməti 48 dollara yaxınlaşır. Dünyada koronavirus infeksiyasının ikinci dalğası yaranmasa, yaxud hasilatın azaldılmasına dair OPEK+ çərçivəsində hər hansı anlaşılmazlıq meydana çıxmasa, ilin sonunadək qiymətlərdə kəskin enmə olmayacaq. Hökumət özü məzənnənin düşməsində maraqlı deyil, çünki onun iqtisadiyyata və əhalinin sosial vəziyyətinə güclü mənfi təsirləri ola bilər. Bütün bunlar manatın məzənnəsinin sabit qalmasına imkan yaradacaq”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın milli valyutası ucuzlaşır
Bu gün, 16:28
Azərbaycanlı analardan erməni qadınlara XƏBƏRDARLIQ: - Kişilərinizi Qarabağdan geri çəkin!
Bu gün, 16:25
“Donald Tramp bu açıqlaması ilə Paşinyana demək istədi ki...” – Tofiq Zülfüqarovun ŞƏRHİ
Bu gün, 16:23
Ermənilər Qarabağa ölümə göndərilir: - Vəsiyyətnamə yazmaq üçün notariuslar 24 saat açıq olacaq
Bu gün, 16:20
Rusiya Federasiya Şurasının Sədri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb
Bu gün, 16:17
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib - Diqqət!
Bu gün, 16:15
İnternet məhdudiyyətini qıran VPN təhlükəlidir
Bu gün, 16:11
Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib
Bu gün, 16:04
"Bu gün Ermənistan və Azərbaycan xalqları üçün çətin bir zamandır"
Bu gün, 16:01
“Hər kəsin torpaqlarımızın azadlığı ideyası ətrafında birləşməsi çox yaxşıdır”
Bu gün, 15:49
Avropa İttifaqı yeni müharibənin başlamasından narahatdır
Bu gün, 15:41
Daha 39 şagirddə koronavirus aşkarlandı
Bu gün, 15:36
"Azərbaycan Dəmir Yolları" bugünki qərarını ləğv edib
Bu gün, 15:35
“Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib” - Vaqif Dərgahlı
Bu gün, 15:33
"Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm"
Bu gün, 15:26
Mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanlayıb
Bu gün, 15:18
Ermənistanın daha 28 hərbçisi ölüb - ETİRAF
Bu gün, 15:12
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb
Bu gün, 15:07
Bakı metrosu saat 6:00-dan 00:00-dək işləyəcək
Bu gün, 15:05
Ermənistan faşist mahiyyəti: Hədəf yenə də mülki əhalidir - TƏHLİL
Bu gün, 15:04
"Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır" - Rusiyalı ekspert
Bu gün, 15:03
“Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir” - Hulusi Akar
Bu gün, 15:01
Bakı metrosu adi rejimdə fəaliyyətini davam etdirəcək
Bu gün, 14:58
“Azəriqaz”dan cəbhə zonasının qaz təchizatı ilə bağlı açıqlama
Bu gün, 13:14
Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib - Azərbaycan MN
Bu gün, 13:13
Ermənilər Tərtərdə məhkəmə binasını və təcili yardım maşınını atəşə tutub, ölən və yaralananlar var
Bu gün, 13:12
Şok açıqlama: “Kompromisə hazırıq” — İrəvan “ağ bayraq” qaldırdı
Bu gün, 13:09
Ermənilərin atdığı mərmi deputatın babasının evinə düşdü
Bu gün, 13:06
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:03
ABŞ səfiri cəbhədəki vəziyyəti şərh edib
Bu gün, 13:01
“Rusiya Ermənistana hərbi dəstək versə, Türkiyə ilə döyüşməli olacaq” – Türk generalı
Bu gün, 13:00
“Hadisələr yalnız Azərbaycan üçün əlamətdar olmadı” - Ukraynalı ekspert
Bu gün, 12:57
Erməni qadın snayper məhv edildi - FOTO
Bu gün, 12:55
“Tezliklə torpaqlarımıza qayıdacağıq” - Kəndləri işğaldan azad olan baş redaktor
Bu gün, 12:50
Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub
Bu gün, 12:47
Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq"
Bu gün, 12:46
Xəzər rayonunda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar
Bu gün, 12:43
“Azərbaycan Ordusu rəşadətli döyüşlərini davam etdirir” - Hikmət Hacıyev
Bu gün, 12:35
Türk Respublikaları İttifaqı yaradılacaq? - Bu gün bu birliyi Qarabağda görmürük...
Bu gün, 12:34
Ermənistan tərəfi itkilərini ictimaiyyətdən gizlədir - Müdafiə Nazirliyi
Bu gün, 12:30
Müdafiə Nazirliyinin rəsmisindən açıqlama
Bu gün, 12:29
Prezidentin köməkçisindən mülki əhalinin atəşə tutulması barədə açıqlama
Bu gün, 12:27
"Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir" - Prezidentin köməkçisi
Bu gün, 12:26
"Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır" - Hikmət Hacıyev
Bu gün, 12:25
İctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək - Diqqət!
Bu gün, 12:19
Qismən səfərbərlik nə deməkdir? - Açıqlama
Bu gün, 12:17
Ermənistanda virusdan gəbərənlərin sayı 957-yə çatdı
Bu gün, 12:15
Ermənilər Dağlıq Qarabağdan qaçır - Birt azdan qaçmağa yer tapmayacaqlar...
Bu gün, 12:13
Saxta “bozqurdlar”ın yeni çaqqallığı – Ermənilər virtual məkanda da savaş aparırlar
Bu gün, 12:11
"Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb” - Nazir
Bu gün, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru