“Bunun hansısa formada imtinası istehlakçıların hüquqlarının pozulmasıdır" .....                     "Onlayn dərslər başlayandan internetin sürəti yox dərəcəsindədir" .....                     Bakı sakini nənəsini və bibisini öldürüb .....                     “Qüdrət Həsənquliyev guya saysız-hesabsız müharibələrdə iştirak edib, xeyli əsir götürüb...” .....                     Alimlərin kabusuna çevrilən “TOXUNULMAZ MÜQƏDDƏSLİK”: .....                     Başçısı həbs olunan rayonda acınacaqlı mənzərə... .....                     Qarabağdakı ASALA-PKK terroruna qarşı: .....                     Qüdrət Həsənquliyev mağar toyunda meyxana deyən olsaydı... .....                     Səfərbərliyə və müharibəyə hazırıqmı? .....                     Nazirlik həyəcan təbili çalmalıdır: .....                     Bakıda kişi benzin töküb özünü yandırdı .....                     "Ata Holdinq"in baş direktoru dəyişib .....                     Xocavənddə kənd sakinləri İcra başçısına qarşı AYAĞA QALXDI: .....                     Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişib .....                     Aylıq 300 dollar limiti necə tənzimlənəcək? .....                     Bu şəxslərin təhsil haqqları dövlət tərəfindən ödəniləcək .....                     Tendersiz satınalmalar .....                     AQTA-ya yeni səlahiyyət verildi .....                     Prezidentin fərdi təqaüd ayırdığı Həsənov kimdir? .....                     Dövlət Turizm Agentliyinin vəzifələri artırıldı .....                     Azercell-in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb .....                     Bakıdakı restoranların adına ETİRAZ: “Mamajon” və “Foqalyan” .....                     "Azərbaycanın muzdlu döyüşçüyə ehtiyacı yoxdur” .....                     Məktəblərin açıldığı ilk həftədə 121 yoluxma: Nə etməli... .....                     Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb .....                     "Ölkə iqtisadi səfalət içərisində olduğundan əhali çox pis vəziyyətdə yaşamaqdadır" .....                     Qəbul imtahanları zamanı yüksək bal toplayıb universitetə daxil olmayan abituriyentlərin sayı açıqlanıb .....                     "Heç bir yol polisi əməkdaşı qayda pozuntusunu öz şəxsi avtomobilində qeydə alaraq, cərimə yaza bilməz" .....                     Rusiyada qətl törədən azərbaycanlı Bakıda saxlanıldı .....                     Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub .....                     Qəzənfərin Ağayevin sərvətinin siyahısı yayıldı... .....                     Lavrov görüşdə həmsədrlərin iştirakı ilə danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib .....                     Qarabağda əvvəl müharibə, sonra danışıq... .....                     Azərbaycanda məhkəmə sədrinə töhmət verildi .....                     "Rövşən Bağırovu nə vaxt cəzalandıracaqlar?" .....                     Azərbaycanda indiyədək 1080873 koronavirus testi aparılıb .....                     Azərbaycanda ümumilikdə 39686 nəfər COVID-19-a yoluxub, .....                     Azərbaycanda son sutkada 162 nəfər COVID-19-a yoluxub, .....                     Kremlin yeni-köhnə Qarabağ planı: .....                     “Ramiz Mehdiyevin akademik adı ləğv olunmalıdır: .....                 

Ermənistan "izqoy" ölkəyə çevrilib... - GƏLİŞMƏ
Tarix: 5-08-2020, 09:31 | Çap et
Ermənistan "izqoy" ölkəyə çevrilib...
Ermənistanda 2018-ci il mayın 8-də inqilab nəticəsində baş vermiş hakimiyyət dəyişikliyinin sırf Soros layihəsi olduğu artıq şübhə doğurmur. Təkcə o fakt ki, Nikol Paşinyan baş nazir postunu tutar-tutmaz, Rusiyayönlü kadrları “Amerika uşaqları” - “Soros yetişdirmələri” ilə əvəzləyib, özlüyündə çox şey deyir.

Üstəlik, inqilabdan sonra Ermənistanda anti-Rusiya ovqatı, rusofobiya xeyli güclənib, Rusiyaya məxsus siyasi, mədəni atributlar, o sırada rus dili sıxışdırılmağa başlayıb, İrəvandakı Rus Dram Teatrı bağlanıb. Bu günlərdə isə Rusiya telekanallarının ölkədə yayımını məhdudlaşdıran qanun qəbul olunub.

*****

Nikol Paşinyan Moskvanın “ayağını tapdayan” başqa qərarlara da imza atıb. Onun “Rus NATO-su” (KTMT) baş katibi Yuri Xaçaturovu və Putinin dostu, eks-prezident Robert Köçəryanı Moskvadan iznsiz həbsə atması (hər ikisi şərti azadlığa çıxıb) bu qəbildəndir.

Bütün bunlar gözlənildiyi kimi, Moskvada qıcıq qarışıq qəzəb doğurub, Kremlin Nikol Paşinaya inam-etibarını sarsıdıb və sıfırlayıb. Hərgah, N.Paşinyan inqilab öncəsi verdiyi vədlərin ziddinə olaraq, Ermənistanı nə “Rus NATO-su”ndan, nə də Avrasiya İqtisadi Birliyindən, bütövlükdə Rusiya orbitindən uzaqlaşdırmağa cürət etməyib. İndiki Ermənistan hökumətin qəbul etdiyi strategiyada da Rusiya Ermənistan üçün 1 nömrəli prioritet və qarant dövlət olaraq qalır.

Bununla belə, Paşinyan de-fakto Kreml üçün arzuolunmaz ölkə rəhbəridir. Təsadüfi deyil ki, Ermənistanın hazırkı baş naziri bir dəfə də olsun, Rusiyaya rəsmi səfər dəvəti almayıb. Belə qənaətlər var ki, Moskva artıq “gizli qərbçi” və “sorosçu” Paşinyandan əlini üzüb və ona alternativ axtarışındadır. Hesab edilir ki, baş nazir ətrafında həlqə kifayət qədər sürətlə daralmaqdadır.

Bu arada Ermənistanda sanki Moskvanın acığına daha bir “sorosçu” yüksək vəzifəyə layiq görülüb. Belə ki, ölkənin səhiyyə naziri Arsen Torosyan İrəvandakı İnfeksion Xəstəliklər Klinikasına öz yaxın dostu, Soros Fondunun Ermənistan üzrə proqram məsləhətçisi Ovanis Madoyanı baş həkim təyin edib.

Qeyd edək ki, nazirin özü də Soros Fondu ilə əlaqəlidir. Belə ki, 2004-2005-ci illərdə o, Fondun ictimai qurumuna rəhbərlik edib və Soros ofisindən 230 min dollardan çox qrant alıb. Bu yaxınlarda Fond Ermənistana daha 600 min dollar yardım ayırıb.

*****

Sözsüz ki, Nikol Paşinyan hökumətinin Moskva ilə soyuq münasibətlərinin qayəsində Soros amili mühüm yer tutur. Onu da unutmaq lazım deyil ki, postsovet məkanında “rəngli inqilablar”ın əsas sponsoru olan Corc Soros və eyni adlı fond çoxdandır Rusiya rəhbərliyini də ciddi narahat edir.

Yeri gəlmişkən, Kremlin əsas təbliğat ruporlarından olan “Russia Today” telekanalının erməni kökənli direktoru Marqarita Simonyan az öncə Paşinyan hökumətini Rusiyaya qarşı nankorluqda və Ermənistan ərazisində Rusiya hakimiyyətini devirmək üçün gənclərdən ibarət Sorosçu şəbəkə yetişdirməkdə ittiham etmişdi.

Yaranmış durumdan isə təbii ki, müxalifət və revanşist qüvvələr yararlanmağa çalışır.

“Baş nazir Nikol Paşinyan Ermənistanın Rusiya ilə münasibətləri bütünlüklə korlayıb”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri keçmiş hakim Respublikaçılar Partiyasının sədr müavini və sözçüsü Eduard Şarmazanov yerli mediaya açıqlamasında söyləyib.

O, 2018-ci ilin avqustunda Paşinyanın İrəvan və Moskva arasında yüksək səviyyədə münasibətlərin olduğunu bəyan etməsini xatırladaraq deyib: “Baş nazir öz səriştəsiz siyasəti ilə ona nail oldu ki, biz yalnız KTMT-də deyil, hər yerdə ”izqoy" (“tullantı” - red.) ölkəyə çevrildik. İndi bizi heç kim ciddiyə almır".

Bundan əlavə, Şarmazanov az öncə Paşinyanın Rusiya mediasına verdiyi müsahibədəki fikirləri də tənqid edib. “Paşinyan bildirib ki, Rusiya Ermənistanda müəyyən siyasi xadimlərə deyil, xalqa etibar etməlidir. Bu ifadələr mənasızdır, çünki ölkələr arasında münasibətlərin qurulması təkcə xalqlardan deyil, həm də siyasi elitanın mövqeyindən və prioritetlərindən asılıdır”, - deyə o əlavə edib.

*****

Qeyd edək ki, Soros Fondu Güney Qafqazda yalnız Ermənistanda öz fəaliyyətini davam etdirir. Artıq bu Fondun humanitar deyil, ən əvvəl siyasi hədəflər güddüyü kimsəyə sirr deyil.

“Özünü xeyriyyə qurumu kimi təqdim edən Soros Fondu öz fəaliyyətində xeyriyyəçilikdən tam uzaq olduğunu hər dəfə nümayiş etdirir. Fondun məqsədlərinin kökündə tamamilə siyasi və iqtisadi amillər dayanır. Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırması bunu bir daha sübut edir”.

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bu sözləri Axar.az-a deyib.

“Corc Soros bu fondla yanaşı, dünyanın bir çox ölkələrinə nüfuz etmiş Açıq Cəmiyyət İnstitutunun da yaradıcısı hesab edilir. O, uzun illər Latın Amerikası ölkələrində kommersiya xarakterli fəaliyyətləri ilə sərvətini artıra bilib. Fond əslində Sorosun yeni kommersiya mənbələri tapmasında vasitəçidir. Məsələn, SSRİ dağıldıqdan sonra postsovet ölkələri dərin bir iqtisadi böhrana düçar oldu. Soros fondu bu ölkələrin bir çoxunda, eyni zamanda, Azərbaycanda da fəaliyyətə başladı. Onu da deyim ki, əvvəlcə özünü xeyirxah kimi təqdim edən fond zamanla iç üzünü bəlli etməyə başladı. Azərbaycandakı fəaliyyəti günü-gündən dəyişən fond faktiki olaraq siyasi və iqtisadi məsələlərə də müdaxilə etməyə başladı. Buna görə də fəaliyyəti dayandırıldı”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Soros Fondu Azərbaycana qarşı “düşmənimin düşməni mənim dostumdur” prinsipi sərgiləyir: “Fondun Azərbaycandan çıxarılması onun nüfuzuna təsir etdi. Azərbaycanın ardınca Gürcüstanda da fəaliyyəti dayandırılan fond Qafqazda yalnız Ermənistanda fəaliyyət göstərir. Soros Fondunun MDB ölkələrindən məhz Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırması da bu səbəbdəndir”.

*****

Əlavə edək ki, Paşinyanın “sorosçular”dan ibarət komandasının erməni xalqını ağ günə çıxara, köklü islahatlar həyata keçirə bilməyəcəyi xeyli əvvəldən aydın idi. Çünki “iki stul” siyasəti hələ heç bir siyasətçiyə, rəhbərə uğur gətirməyib. Paşinyanın tək çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələri düzəltmək idi ki, bu fürsəti də o qaçırdı və öz siyasi sonunu daha da yaxınlaşdırmış oldu..
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bunun hansısa formada imtinası istehlakçıların hüquqlarının pozulmasıdır" - ekspert
Dünən, 18:20
«Mentaliteti əllərində «bayraq» edirlər» - QALMAQAL
Dünən, 18:18
"Onlayn dərslər başlayandan internetin sürəti yox dərəcəsindədir" - VİDEO
Dünən, 18:11
Vurğun Əyyubun dəfnində saz çalan aşıq: - “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz””
Dünən, 18:10
Bakı sakini nənəsini və bibisini öldürüb - TƏFƏRRÜAT
Dünən, 18:08
“Qüdrət Həsənquliyev guya saysız-hesabsız müharibələrdə iştirak edib, xeyli əsir götürüb...” - Araz Əlizadədən ETİRAZ
Dünən, 18:07
Alimlərin kabusuna çevrilən “TOXUNULMAZ MÜQƏDDƏSLİK”: - Akademiki tənqid etməyin cəzası nədir?
Dünən, 18:06
Başçısı həbs olunan rayonda acınacaqlı mənzərə... - VİDEO
Dünən, 18:01
Qarabağdakı ASALA-PKK terroruna qarşı: - “Türk legionu formalaşdıraq”
Dünən, 17:59
Qüdrət Həsənquliyev mağar toyunda meyxana deyən olsaydı... - Replika
Dünən, 17:58
Səfərbərliyə və müharibəyə hazırıqmı? - VİDEO
Dünən, 17:56
Nazirlik həyəcan təbili çalmalıdır: - “...Məktəblər yenidən bağlana bilər”
Dünən, 17:54
“Əlikram klip kasetini ayağının altına qoyub qırdı” - Müğənnini küsdürən jurnalist
Dünən, 17:47
"Bizim vaxtımızda tanınmaq çox çətin idi"
Dünən, 17:42
Bakıda kişi benzin töküb özünü yandırdı - TƏFƏRRÜAT
Dünən, 17:40
"Ata Holdinq"in baş direktoru dəyişib
Dünən, 17:35
Xocavənddə kənd sakinləri İcra başçısına qarşı AYAĞA QALXDI: - "Burda Azərbaycan qanunları işləmir"
Dünən, 17:34
Elnarə Xəlilova əri üçün bunu etdi - VİDEO
Dünən, 17:32
Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişib - Diqqət!
Dünən, 17:28
Aylıq 300 dollar limiti necə tənzimlənəcək? – Gömrük Komitəsindən AÇIQLAMA
Dünən, 17:26
Bu şəxslərin təhsil haqqları dövlət tərəfindən ödəniləcək - DİM-dən AÇIQLAMA
Dünən, 17:24
Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR
Dünən, 17:23
AQTA-ya yeni səlahiyyət verildi - FƏRMAN
Dünən, 17:21
“KİV-ə pulun çox ayrılması yaxşıdır” - Bəs inkişaf?
Dünən, 17:20
Prezidentin fərdi təqaüd ayırdığı Həsənov kimdir?
Dünən, 17:17
Dövlət Turizm Agentliyinin vəzifələri artırıldı - FƏRMAN
Dünən, 17:16
Azercell-in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb
Dünən, 17:15
Bakıdakı restoranların adına ETİRAZ: “Mamajon” və “Foqalyan” - Ermənilərlə əlaqəsi var ?
Dünən, 17:14
"Azərbaycanın muzdlu döyüşçüyə ehtiyacı yoxdur” - Çürük təxəyyül
Dünən, 16:44
Məktəblərin açıldığı ilk həftədə 121 yoluxma: Nə etməli... - ziddiyyətli cavablar
Dünən, 16:42
Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb
Dünən, 16:40
"Ölkə iqtisadi səfalət içərisində olduğundan əhali çox pis vəziyyətdə yaşamaqdadır" - deputat
Dünən, 16:39
Qəbul imtahanları zamanı yüksək bal toplayıb universitetə daxil olmayan abituriyentlərin sayı açıqlanıb
Dünən, 16:30
"Heç bir yol polisi əməkdaşı qayda pozuntusunu öz şəxsi avtomobilində qeydə alaraq, cərimə yaza bilməz" - AÇIQLAMA
Dünən, 16:23
Rusiyada qətl törədən azərbaycanlı Bakıda saxlanıldı
Dünən, 16:20
Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub - TƏHLÜKƏ
Dünən, 16:14
Bakıda şadlıq saraylarında qiymətlər artacaq? - AÇIQLAMA
Dünən, 16:14
Ermənilərin Aprel döyüşləri haqda çəkdiyi film MOSKVA KİNOFESTİVALINDA...
Dünən, 16:11
Qəzənfərin Ağayevin sərvətinin siyahısı yayıldı... - Təkcə Masallıda olanı budur...
Dünən, 16:08
“Hərbi məlumatları hay-küyə yol vermədən, şişirtmədən yaymaq lazımdır” - Qulu Məhərrəmli
Dünən, 16:00
Lavrov görüşdə həmsədrlərin iştirakı ilə danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib - Səfirlik
Dünən, 15:58
Jurnalistikanı kim urvatsız elədi? - “Tələbələrin səviyyəsi çox aşağıdır”
Dünən, 15:51
Qarabağda əvvəl müharibə, sonra danışıq... - Tofiq Zülfüqarovdan durum dəyərləndirməsi
Dünən, 15:49
Azərbaycanda məhkəmə sədrinə töhmət verildi
Dünən, 15:46
"Rövşən Bağırovu nə vaxt cəzalandıracaqlar?" - Lerikdə NARAZILIQ
Dünən, 15:45
Azərbaycanda indiyədək 1080873 koronavirus testi aparılıb
Dünən, 15:38
Azərbaycanda ümumilikdə 39686 nəfər COVID-19-a yoluxub, 581 nəfər vəfat edib
Dünən, 15:38
Azərbaycanda son sutkada 162 nəfər COVID-19-a yoluxub, 133 nəfər sağalıb, bir nəfər vəfat edib
Dünən, 15:37
Kremlin yeni-köhnə Qarabağ planı: - Pərdəarxası ssenariyə diqqət!
Dünən, 15:35
“Ramiz Mehdiyevin akademik adı ləğv olunmalıdır: - legitim əsası yoxdur"
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru