Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq .....                     SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı .....                     “AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” .....                     Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib .....                     "Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb .....                     DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi .....                     Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb .....                     Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə .....                     Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb .....                     İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. .....                     İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... .....                     “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar .....                     Beyləqanın başçısı hara baxır ki? .....                     Səhiyyə Nazirliyində ÇALXALANMA... .....                     Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı .....                     Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub .....                     Ağcabədidə səhiyyə adına RƏZALƏT .....                     Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb .....                     "İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" .....                     Nazir rəis müavinini vəzifəsindən azad edib .....                     “Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” .....                     “Bilmədim bu virus məni haradan gəlib tapdı” .....                     "Aclıq oyunları" planlarını pozan humanizm .....                     “Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır” .....                     “Baku Steel Company”də işçi haqqı yeyilir .....                     Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? .....                     Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi .....                     Azərbaycan hakimiyyətində FETÖ varmı .....                     Ölkədən pullar gedib, amma gəlməyib: .....                     Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb .....                     Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi .....                     “AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” .....                     Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq .....                     “Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” .....                     AMEA bir şəxsin maraqlarına qurban verilir .....                     "Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neft ucuzlaşıb .....                     “Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ .....                 

İşğalçı Ermənistana silah satmasına bəraət qazandıran ölkə rəhbəri nələri unudur - mühüm detallar
Tarix: 5-08-2020, 09:23 | Çap et
İşğalçı Ermənistana silah satmasına bəraət qazandıran ölkə rəhbəri nələri unudur
Serbiya prezidenti Aleksandr Vuçiçin ölkəsi tərəfindən işğalçı Ermənistana silah satıldığını etiraf etməsi ortaya yeni müzakirə mövzusu çıxarıb. Xəbər verildiyi kimi, serb prezident qeyd edib ki, silah satışı hərbi istehsal sahəsinin uğurunu təmin edən yeganə variantdır. “Həm Azərbaycan, həm də Ermənistan bizim dostlarımızdır. Son illər biz Azərbaycana on dəfə çox silah satmışıq, amma nədənsə heç bir xəbər lenti bu barədə məlumat vermək istəmir. Hərbi sənayedə iş yerlərini qorumalı olan 17 min insan çalışır. Mən sizdən, prinsipial olaraq soruşuram: gələcəkdə biz kimə satacağıq? Kimə satırıqsa, kimsə həmişə narazı olacaq”, - deyə Aleksandr Vuçiç bildirib.

Serbiyanın Ermənistana silah tədarükü ilə bağlı faktlar Tovuzla sərhəddə gərginlik zamanı üzə çıxmışdı. Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə hücumları zamanı 12 hərbçi və bir dinc sakin həlak olmuşdu. Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd etmişdi ki, Ermənistan bu silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır, ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır, bu silahların terrorçuların əlinə keçməsi faktları da var. Ona görə də Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırırıq”.

Serbiya prezidenti isə “üzrü günahından betər” açıqlama verməklə faktiki olaraq işğalçı Ermənistana haqq vermiş oldu. Azərbaycana on dəfə (?!) çox silah satdığını iddia edən serb lider nədənsə unudur ki, Azərbaycan işğala, təcavüzə məruz qalan tərəf, Ermənistan isə qonşusunun ərazilərini 30 ilə yaxındır işğalda saxlayan ölkədir. Beynəlxalq qanunlar və prinsiplər işğalçıya qarşı sanksiya tətbiqini zəruri edir, silah satışını deyil, bunu da bilməsi lazım idi. Üstəlik, Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlamasını təsdiq edən çoxsaylı sənədlər, o cümlədən işğala son qoyulmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Silah sənayesində 17 min insanın çalışdığını “əsas” gətirən Aleksandr Vuçi görəsən düşünürmü ki, elə onun ölkəsinin göndərdiyi silahlarla Ermənistan Tovuz istiqamətində 11 hərbçimizi, 1 dinc sakini qətlə yetirdi?

Qeyd etdiyimiz kimi, Serbiya prezidentinin silah satışı ilə bağlı əsas mövqeyi oldu ki, Azərbaycana daha çox silah satmışıq. Amma Azərbaycan neçə illərdir hətta bir sıra dövlətlər və təşkilatlarla münasibətlərə xələl gələ biləcəyini bilsə belə, 2008-ci ildən müstəqilliyini elan edən Kosovonu müstəqil dövlət kimi tanımayıb. Üstəlik, bundan sonra Azərbaycan Prezidenti Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi və 4 mart 2008-ci ildə parlament Türkiyə sülhməramlılarıın tərkibində xidmət edən 34 hərbçimizin geri çağırılması barədə qərar verdi. Bundan əlavə, Azərbaycan dövləti Serbiyaya önəmli yatırımlar qoyan ölkələrdən biridir, təkcə son illərdə bu ölkədə yüksək keyfiyyətlə çəkilmiş yol infrastrukturunu xatırlamaq kifayət edər.

Ancaq görək Belqradın qucaq açdığı işğalçı Ermənistan bu ölkə üçün nə edib? Serbiyanın silah satdığı Ermənistan Kosovanın müstəqilliyini tanıyıb, orada əsgərlərini saxlayır. Üstəlik, Ermənistanın ianə ilə yaşaması gerçəklikdir. Bu ölkənin taleyi erməni diasporunun topladığı ianələrdən və Rusiyanın vaxtaşırı “kredit” adı ilə, əslində pulsuz-parasız göndərdiyi silahlardan çox asılıdır. Deməli, 17 min nəfərə maaş vermək istəyən serb prezidentin ac-yalavac Ermənistandan valyuta axını gözləməsi absurd olar. Belə olan halda Serbiyanın işğalçı Ermənistana silah satmasını necə izah etmək olar?

“Serbiyada bu gün daxili proseslərə nəzər salsaq və bu ölkənin xarici siyasi fəaliyyətini təhlil etsək, görərik ki, bu davranış düşünmürəm ki, bizi təəcübləndirməlidir”.

Bakı Politoloqlar Klubunun sədri, Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, politoloq Zaur Məmmədov “Yeni Müsavat”a açıqlamasında bunları söylədi. Siyasi şərhçinin sözlərinə görə, bu gün Serbiya dövləti ciddi şəkildə çağırışlarla üz - üzədir: “Hal-hazırda Brüsselin dirijorluğu ilə Serbiya və Kosovo arasında ərazi mübadiləsiylə bağlı qapalı danışıqlar davam etməkdədir. Rusiya Serbiya liderinin xarici siyasət davranışını çox həssaslıqla izləməkdədir”. O ki qaldı Azərbaycan və Serbiya arasındakı münasibətlərə, Z.Məmmədov qeyd etdi ki, Balkan dövləti ilə yalnız son bir neçə ildə münasibətlərdə yaxınlaşma yaranıb: “Lakin hər halda, bu gün iki ölkə strateji müttəfiq deyillər ki, hansısa məsələyə həssas yanaşılsın”. Bununla belə, politoloq rəsmi Bakının Kosovo məsələsindəki prinsipial mövqeyini xüsusi vurğuladı: “Kosovo məsələsində və bu kimi separatizm məsələlərində Azərbaycan xarici siyasəti daima ölkələrin ərazi bütövlüyünü tanıyır və ölkələrin daxilində separatizmin qanunsuz şəkildə büruzə verilməsinə qarşı çıxır. Bu gün Serbiya ondan daha çox hərbi texnika və silah-sursatın alınmasında maraqlıdır. Lakin Belqrad unutmamalıdır kı, seçim etmək lazımdır. Azərbaycan və Ermənistan münaqişə tərəfləridir və münaqişə ilə bağlı beynəlxalq hüquq tərəfindən Ermənistan işğalçı dövlət kimi tanınmaqdadır. Belə olan halda nəinki Serbiya, istənilən digər dövlət də işğalçı ilə hərbi əməkdaşlıqdan çəkinməlidir. Həmin ölkələr unutmamalıdırlar kı, ermənilər bu silahlar vasitəsilə dinc əhaliyə atəş açır, qadın və uşaqları qətlə yetirir”.

Siyasi təhlilçimizin dediyi kimi, Serbiya seçim etməlidir, gec də olsa. Əks halda ən azı bizim nəzərimizdə beynəlxalq hüququ pozan ölkələr siyahısında olacaq...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq - Belə deyirlər...
Dünən, 12:27
SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı
Dünən, 11:51
“AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” - deputat
Dünən, 11:18
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib
Dünən, 11:16
"Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" — SENSASİON AÇIQLAMA
Dünən, 11:14
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb
Dünən, 11:08
DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi - "Belə məsuliyyətsiz yazılara inanmayın"
Dünən, 11:06
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
Dünən, 11:04
Murad Dadaşov bir ilkə imza atdı - VİDEO
Dünən, 10:54
Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR
Dünən, 10:52
Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb
Dünən, 10:50
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Dünən, 10:49
İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... - AÇIQLAMA
Dünən, 10:44
Nazirlik "Xarqo" filmi çəkdi
Dünən, 10:43
“Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin"
Dünən, 10:42
Beyləqanın başçısı hara baxır ki? - Kəndlər boşalır...
Dünən, 10:37
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
Dünən, 10:35
Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı
Dünən, 10:34
Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub
Dünən, 10:33
Ağcabədidə səhiyyə adına RƏZALƏT - İTTİHAM
Dünən, 10:32
Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb - İntihar?
Dünən, 10:31
"İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" - ekspert
Dünən, 10:30
Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR
Dünən, 10:29
“Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” - AKTUAL
Dünən, 10:26
“Bilmədim bu virus məni haradan gəlib tapdı” - Partiya sədri
Dünən, 10:22
"Aclıq oyunları" planlarını pozan humanizm - TƏHLİL
Dünən, 10:21
“Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”
Dünən, 10:15
“Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY
Dünən, 10:13
Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? - TƏHLİL
Dünən, 10:10
İlkin Həsəni onu komandasına gətirdi - FOTO
Dünən, 10:07
Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi
Dünən, 10:05
Azərbaycan hakimiyyətində FETÖ varmı - GƏLİŞMƏ
Dünən, 10:04
"İstəyim gündəmdə qalmaq deyil, istəyim tarixdə qalmaqdır"
Dünən, 10:00
Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
Dünən, 09:58
Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Dünən, 09:55
Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi
Dünən, 09:54
"Toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar" - AÇIQLAMA
Dünən, 09:52
“AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” – Adil Əliyev
Dünən, 09:51
Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq - İLGİNC
Dünən, 09:49
"Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir"
Dünən, 09:48
"Təhsil heç vaxt ticarətə çevrilməməlidir"
Dünən, 09:44
“Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” - İTTİHAM
Dünən, 09:41
"Məni buna ömürlük inandırıblar"
Dünən, 09:39
AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ
Dünən, 09:37
"Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" - deputat
Dünən, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 09:34
Neft ucuzlaşıb
Dünən, 09:32
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
Dünən, 09:31
İmişlidə təzə başçını da tapmaq olmur... - NARAZILIQ...
Dünən, 09:29
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
Dünən, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru