Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq .....                     SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı .....                     “AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” .....                     Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib .....                     "Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb .....                     DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi .....                     Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb .....                     Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə .....                     Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb .....                     İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. .....                     İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... .....                     “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar .....                     Beyləqanın başçısı hara baxır ki? .....                     Səhiyyə Nazirliyində ÇALXALANMA... .....                     Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı .....                     Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub .....                     Ağcabədidə səhiyyə adına RƏZALƏT .....                     Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb .....                     "İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" .....                     Nazir rəis müavinini vəzifəsindən azad edib .....                     Əhməd Əhmədzadə özünün onunla əvəzlənməsini istəyib .....                     “Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” .....                     “Bilmədim bu virus məni haradan gəlib tapdı” .....                     "Aclıq oyunları" planlarını pozan humanizm .....                     “Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır” .....                     “Baku Steel Company”də işçi haqqı yeyilir .....                     Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? .....                     Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi .....                     Azərbaycan hakimiyyətində FETÖ varmı .....                     Ölkədən pullar gedib, amma gəlməyib: .....                     Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb .....                     Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi .....                     “AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” .....                     Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq .....                     “Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” .....                     AMEA bir şəxsin maraqlarına qurban verilir .....                     "Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neft ucuzlaşıb .....                 

“Bizə tələsik karantin rejimini götürmək yox, xəstəliyi tamamilə yox etmək lazımdır”
Tarix: 5-08-2020, 08:50 | Çap et
“Bizə tələsik karantin rejimini götürmək yox, xəstəliyi tamamilə yox etmək lazımdır”
Bu gündən etibarən Bakıda və 12 şəhər, rayonda sərt karantin rejiminin qismən yumşalmasına başlanıb.

Vətəndaşlar SMS icazəsi almadan sərbəst hərəkət edə biləcəklər, çimərliklər istifadəyə verilib, parkları, meydanları dolaşmaqda heç bir məhdudiyyət yoxdur. Sadəcə, beş adamın bir yerə toplaşması qadağan olunub, sosial məsafə gözlənməli, maska taxmalı, sıx təmasdan uzaqlaşmalıyıq.

İyunun 20-dən tətbiq edilən sərt karantin rejiminin avqustun 5-dən nisbətən yumşalması məhz qarşıya qoyulan hədəfin nəticəsidir. Göründüyü kimi, sərt karantin müddətində virusa yoluxma eniş dövrünü yaşamağa başlayıb və əldə edilən bu müsbət göstəricini hədər etmək ən böyük yanlışlıq olar.

Artıq sağanların artımındakı dinamika ümid verir ki, avqustun sonuna qədər daha yaxşı nəticələrin şahidi olacağıq və karantin rejimi mərhələli yumşalacaq. Sözsüz ki, bir çox vətəndaşların qeyri-ərzaq dükanlarının, ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərinin avqustun sonunadək açılmaması barədə qərardan narazılığını anlamaq olar. Bu, həm sosial şəraiti çətinləşdirir, həm də işsizlik borclanmaya gətirib çıxarır. Lakin dövlət işsiz kimi qeydiyyata düşən vətəndaşlara 190 manat yardım verir və karantin rejimini tamamilə götürməyə risk etmir, bunun bumeranq effekti ilə qarşılaşa, yoluxmanı artıra, sərt karantinin daha da uzadılmasına məcbur ola bilərik.

Odur ki, avqustun 31-dək kafe-restoranlar, “Mall”lar, kiçik geyim dükanları, o cümlədən metro fəaliyyət göstərə bilməyəcək. Eyni zamanda, həftəsonu ictimai nəqliyyat işləməyəcək. Habelə, toy-yas, bölgələrə gediş-gəliş qadağası qüvvədə qalır, uşaq əyləncə mərkəzləri, kinoteatrlar, sərgi zalları, muzeylər, idman-sağlamlıq mərkəzləri həmin tarixə qədər qapalı olacaq. Rayonlara getmək istəyənlər isə mütləq ezamiyyə vərəqəsi göstərməlidirlər.

Bütün bu tədbirlər, uzadılan məhdudiyyətlər yalnız bir hədəfə xidmət edir - koronavirus infeksiyasına yoluxma halları minimuma endirilsin, təhlükə sovuşsun, ardınca yuxarıda qeyd olunan əksər yerlər işini bərpa etsin.

Əlbəttə, bu vəziyyət sahibkarların, günəmuzd işləyənlərin ziyanınadır, amma hökumətin də ürəyincə deyil və həyatın tezliklə əvvəlki axarına düşməsi üçün tam açılım etmək təhlükəlidir. Ona görə narazılıq edənləri anlayışla qəbul etmək lazımdırsa, onların da çəkilən əziyyətlərə görə reallığı başa düşməsi vacibdir. Bu gün yüzlərlə həkim gecəsini gündüzünə qatıb, ailələrinin üzlərini görmür, risk altında xəstələri müalicə edir, polislər aylardır yollarda xidmət göstərir və hər kəs yaxşı sabah üçün çalışır.

Əgər Operativ Qərargah tam əksinə bir qərar versəydi, bütün yerlər açılsaydı, bu gün narazılıq edənlər yenə razı qalmayacaq, hökuməti tənqid edəcəkdilər ki, niyə risk edib tam yumşalmaya gedildi?

Çünki mayda karantin rejimi tam yumşaldıldı, kafelər, “Mall”lar açıldı və yoluxma birə beş artdı, həmin vaxt əksəriyyət Operativ Qərargahı tələskənlikdə qınayırdı. İndi yenidən eyni səhvi təkrarlamaq lazım deyil.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bu mövzuda qeyd etdi ki, hər birimiz yoluxma statistikası ilə maraqlanırıq və xəstələnənlərin əhəmiyyətli dərəcədə azaldığını müşahidə edirik. Onun sözlərinə görə, yoluxma tempi getdikcə azalacaq və səbəb məhz sərt karantin rejiminin tətbiqi ilə əlaqədardır. “Ölkənin 13 şəhər və rayonunda SMS icazə sisteminin tətbiqi, əhalinin sıx toplaşma yerlərinə məhdudiyyət qoyulması öz müsbət nəticəsini verir. Ona görə virusa yoluxmanın azalmağa doğru getdiyi vaxtda karantini tamamilə götürməklə may ayındakı yoluxmanı təkrarlaya bilərik, hətta gündəlik xəstə sayı bir neçə mini ötə bilər. Necə ki, bəzi ölkələr pandemiyanın ağır təsirlərini yaşayır”, - deyə deputat vurğuladı.

A.Mirzəzadənin fikrincə, Operativ Qərargahın karantini uzatması yoluxma tendensiyasını tamamilə sıfıra endirməyə hesablanıb: “Biz sentyabrın əvvəlinə qədər yoluxanların minimuma enməsini görə bilərik. O zaman bir çox iş yerləri də açıla, müəyyən məhdudiyyətlər də aradan götürülə bilər.

Bu gün yalnız SMS icazənin ləğvi və çimərliklərin açılması qərarı göstərir ki, məsələ Nazirlər Kabinetinin nəzarətindədir və bizə tələsik karantin rejimini götürmək yox, xəstəliyi tamamilə yox etmək lazımdır. Bütün vətəndaşlarımız əvvəlki həyatına qayıtmaq istəyir. Amma pandemiya üzündən toylar keçirilmir, o deməkdir ki, az uşaq dünyaya gələcək, 7 il sonra məktəbə gedənlərin sayı azalacaq, 17 il sonra ali təhsil alanların statistikasında eyni rəqəmləri görə bilərik. Bütün bunların baş verməməsi, uzanmaması üçün yoluxmanı sıfıra endirmək lazımdır".

Respublikanın Baş infeksionisti Cəlal İsayev isə “Yeni Müsavat” vasitəsi ilə əhaliyə çağırış etdi ki, SMS icazə ləğv olunsa da, hər kəs məsuliyyətini anlamalı, maska taxmalıdır.

Onun fikrincə, Operativ Qərargahın son qərarları düzgündür və yoluxma azalsa da, heç də aşağı deyil: “Biz maydakı vəziyyətlə qarşılaşmaq istəmirik. Bu gün yoluxma tədricən azalır, amma gündəlik 200-300 nəfərdə koronavirus testinin pozitiv çıxması aşağı rəqəm deyil. Əgər iki rəqəmli nəticələr olsaydı, karantinin bir qədər də yumşaldılması haqda düşünə bilərdik. Odur ki, vəziyyətə nəzarət olunur, nəticələr ümid verir, son qərarı düzgün qiymətləndirmək lazımdır”.

C.İsayev hesab edir ki, ehtiyatlı hərəkət etməliyik, insanlar səhiyyə orqanlarına kömək etməlidirlər: “Əgər avqustun 5-dən qaydalara riayət etməsələr, yenə yoluxma arta bilər. Neçə ölkə sərt karantin tədbirlərinə qayıtmalı olub. Bizdə cavanlar saymazlıq edirlər, səhlənkarlığa yol verirlər, amma arxayınlaşmaq olmaz, SMS icazə ləğv olunubsa belə, küçəyə çıxarkən maska taxmalısan, sosial izolyasiyanı gözləməlisən, əks halda xəstələnə bilərsən”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 12:27
SOCAR-ın prezidenti şirkətin uğurlarını açıqladı
Bu gün, 11:51
“AYB dövlət müəssisəsi deyil ki, kimisə çıxardıb, yerinə gənc kadr qoysunlar” - deputat
Bu gün, 11:18
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib
Bu gün, 11:16
"Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" — SENSASİON AÇIQLAMA
Bu gün, 11:14
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 928 nəfərə çatıb
Bu gün, 11:08
DTX rus saytının yaydığı "CASUS SİYAHISI"na münasibət bildirdi - "Belə məsuliyyətsiz yazılara inanmayın"
Bu gün, 11:06
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
Bu gün, 11:04
Murad Dadaşov bir ilkə imza atdı - VİDEO
Bu gün, 10:54
Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR
Bu gün, 10:52
Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb
Bu gün, 10:50
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Bu gün, 10:49
İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa... - AÇIQLAMA
Bu gün, 10:44
Nazirlik "Xarqo" filmi çəkdi
Bu gün, 10:43
“Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin"
Bu gün, 10:42
Beyləqanın başçısı hara baxır ki? - Kəndlər boşalır...
Bu gün, 10:37
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
Bu gün, 10:35
Bakıda kütləvi davada adam öldürən şəxslərin məhkəməsi başladı
Bu gün, 10:34
Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub
Bu gün, 10:33
Ağcabədidə səhiyyə adına RƏZALƏT - İTTİHAM
Bu gün, 10:32
Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb - İntihar?
Bu gün, 10:31
"İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır" - ekspert
Bu gün, 10:30
Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR
Bu gün, 10:29
Əhməd Əhmədzadə özünün onunla əvəzlənməsini istəyib - İDDİA
Bu gün, 10:28
“Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar” - AKTUAL
Bu gün, 10:26
“Bilmədim bu virus məni haradan gəlib tapdı” - Partiya sədri
Bu gün, 10:22
"Aclıq oyunları" planlarını pozan humanizm - TƏHLİL
Bu gün, 10:21
“Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”
Bu gün, 10:15
“Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY
Bu gün, 10:13
Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? - TƏHLİL
Bu gün, 10:10
İlkin Həsəni onu komandasına gətirdi - FOTO
Bu gün, 10:07
Azərbaycanda “Volkswagen”in rəsmi dileri dəyişdi
Bu gün, 10:05
Azərbaycan hakimiyyətində FETÖ varmı - GƏLİŞMƏ
Bu gün, 10:04
"İstəyim gündəmdə qalmaq deyil, istəyim tarixdə qalmaqdır"
Bu gün, 10:00
Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
Bu gün, 09:58
Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Bu gün, 09:55
Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi
Bu gün, 09:54
"Toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar" - AÇIQLAMA
Bu gün, 09:52
“AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” – Adil Əliyev
Bu gün, 09:51
Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq - İLGİNC
Bu gün, 09:49
"Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir"
Bu gün, 09:48
"Təhsil heç vaxt ticarətə çevrilməməlidir"
Bu gün, 09:44
“Zakir Fərəcov yazdırdığı kitabın pulunu vermir” - İTTİHAM
Bu gün, 09:41
"Məni buna ömürlük inandırıblar"
Bu gün, 09:39
AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ
Bu gün, 09:37
"Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var" - deputat
Bu gün, 09:36
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:34
Neft ucuzlaşıb
Bu gün, 09:32
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
Bu gün, 09:31
İmişlidə təzə başçını da tapmaq olmur... - NARAZILIQ...
Bu gün, 09:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru