"Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm" .....                     Mədəniyyət xadimləri və yaradıcı şəxslər .....                     Ermənistanın daha 28 hərbçisi ölüb .....                     Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb .....                     Bakı metrosu saat 6:00-dan 00:00-dək işləyəcək .....                     Ermənistan faşist mahiyyəti: Hədəf yenə də mülki əhalidir .....                     "Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır" .....                     “Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir” .....                     Bakı metrosu adi rejimdə fəaliyyətini davam etdirəcək .....                     “Azəriqaz”dan cəbhə zonasının qaz təchizatı ilə bağlı açıqlama .....                     Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib .....                     Ermənilər Tərtərdə məhkəmə binasını və təcili yardım maşınını atəşə tutub, ölən və yaralananlar var .....                     Şok açıqlama: “Kompromisə hazırıq” .....                     Ermənilərin atdığı mərmi deputatın babasının evinə düşdü .....                     Şimal-şərq küləyi əsəcək .....                     ABŞ səfiri cəbhədəki vəziyyəti şərh edib .....                     “Rusiya Ermənistana hərbi dəstək versə, Türkiyə ilə döyüşməli olacaq” .....                     “Hadisələr yalnız Azərbaycan üçün əlamətdar olmadı” .....                     Erməni qadın snayper məhv edildi .....                     “Tezliklə torpaqlarımıza qayıdacağıq” .....                     Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub .....                     Xalq artistinin qardaşı oğlu yaralandı .....                     Xəzər rayonunda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar .....                     “Azərbaycan Ordusu rəşadətli döyüşlərini davam etdirir” .....                     Türk Respublikaları İttifaqı yaradılacaq? .....                     Ermənistan tərəfi itkilərini ictimaiyyətdən gizlədir .....                     Müdafiə Nazirliyinin rəsmisindən açıqlama .....                     Prezidentin köməkçisindən mülki əhalinin .....                     "Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir" .....                     "Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır" .....                     İctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək .....                     Qismən səfərbərlik nə deməkdir? .....                     Ermənistanda virusdan gəbərənlərin sayı 957-yə çatdı .....                     Ermənilər Dağlıq Qarabağdan qaçır .....                     Saxta “bozqurdlar”ın yeni çaqqallığı .....                     "Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb” .....                     Ermənistan dövlət qurumlarının məxfi sənədləri əlimizdə .....                     Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli .....                     Azərbaycan hökuməti səfirliklərə tapşırıqlar verdi .....                     Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq .....                 

Ölkədə turizm böhranı: - Qonaqsız evin ruzisi qaçar
Tarix: 4-08-2020, 18:14 | Çap et
Ölkədə turizm böhranı:
Hökumətin otelçilik biznesinə xələl gətirən karantin tədbirləri haqqında çox şey deyilib. Bu sahənin pandemiyadan nə qədər zərər çəkdiyi bugünlərdə açıqlanan rəsmi statistik rəqəmlər sayəsində məlum oldu.

Bu ilin birinci yarısında Azərbaycanda otel və mehmanxana tipli müəssisələrin gəlirləri 72 milyon manat (42.4 milyon dollar) təşkil edib. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 61,6% azdır. Burda qeyd edilməlidir ki, bir müddət əvvəl bu sahədə proqnozlaşdırılan zərər 48% qiymətləndirilirdi, amma bu rəqəmlər mütəxəssislər arasında şübhə yaradırdı.

Karantin içərisində turizmin acınacaqlı vəziyyəti barədə danışan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, rəsmi göstərilən 48%-lik zərər həqiqətə uyğun deyil. Çünki bu gün turizm sənayesi faktiki olaraq dayanıb və həqiqi rəqəm daha böyükdür. Lakin bu, hələ problemlərin hamısı deyil, çünki Sahibkarlığa Dəstək Fondu vasitəsilə biznesə kredit vermə mexanizmləri hazırlanıb, lakin turizm sənayesindəki çətin vəziyyətə baxmayaraq, turizm sektoru ilə məşğul olan müəssisələr üçün hələ də xüsusi yardım paketi mövcud deyil.

Mövcud böhran otel bazarına ağır zərbə vurub. Birinci rübdə rəsmi statistikaya görə, bu sahə hələ birtəhər ayaq üstə dura bilmişdisə, bu ilin ikinci rübündə otel gəlirləri cəmi 12 milyon manat təşkil edib. DSK-nın məlumatına görə, ilin birinci yarısında gəlirlərin 58,7%- kirayə otaqlardan, 28,6%-i içki və ərzaq satışından, 3,3%-i tibbi xidmətlər təminatından, 9,4%-i digər xidmətlərdən gəlib.

Statistikaya görə, otellərdə gecələmələrin sayı 55,9% azalıb. Birinci rübdə gecələmələrin sayı 585,9 min olub ki, onun da 58,8%-i Bakı otellərinin payına düşüb. Qusarda bu göstərici 8%, Qəbələdə 8,1%, Naftalanda 4,2%, Qubada 4,7%, Naxçıvan Muxtar Respublikasında 3,1%, Lənkəranda 1,7%, Şabranda 1,4 %, Mingəçevirdə 1,1%, Gəncədə 0,8%, digər bölgələrdə 8,1% olub.

Hələ mart ayından etibarən, yerli mehmanxana xidmətləri bazarının koronavirus pandemiyası və sərhədlərin bağlanması səbəbindən çox çətin bir dövr və böyük itki ilə üzləşəcəyi bildirildi. Mütəxəssislərin fikrincə, SARS-CoV-2 koronavirusunun yayılması və xarici turistlərin olmaması səbəbindən bir çox otellər fəaliyyətini tam dayandıra bilər. Ən acınacaqlı vəziyyət isə maddi ehtiyatı olmayan kiçik otel biznes subyektlərini gözləyə bilər.

Axı, bu sahə xarici qonaqların axınından və beynəlxalq tədbirlərin keçirilməsindən birbaşa asılıdır. Mütəxəssislər vəziyyətin kritik olduğunu deyirlər. Bu dövr xarici vətəndaşların bir gecəlik qalma statistikasının azalması ilə ifadə olunur. Ən son məlumatlara görə, 340,8 min (azalma 64,3%) və ya bütün gecələmə daxil səyahətlərin 58,2%-i xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən edilib. Bunlardan 15,6%-i Rusiya, 11,2%-i BƏƏ, 11,2%-i Səudiyyə Ərəbistanı, 6,8%-i Türkiyə, 6,4%-i Hindistan, 5%-i Küveyt, 5,3%-i Böyük Britaniya, 3,3%-i İran, 2,9%-i İsrail, 2,2%-i ABŞ, 1,8%-i Qətər, 1,7%-i İraq, 1,5%-i Pakistan, 1,5%-i Qazaxıstan, 1,6%-i Almaniya, 1,2%-i İtaliya, 1%-i Gürcüstan, 0,9%-i Bəhreyn, qalan 17,7%-i digər ölkələrdən gələnlərdir.

Azərbaycan Turizm və Menecment Universitetinin Otel və restoran işi kafedrasının müdiri, professor Novruz Quliyev AYNA-ya deyib ki, COVID-19 pandemiyasının mənfi təsirləri inkaredilməzdir: “Belə bir vəziyyətdə otellərin ciddi itkilərlə üzləşdiyi və üzləşə biləcəyi aydındır. Sərhəd keçid məhdudiyyətləri qaldırıldıqdan sonra ənənəvi turist axınlarının dərhal bərpa ediləcəyi də şübhə doğurur. Şübhəsiz ki, böhran insanların istehlak vərdişlərinə təsir göstərir. Buna görə çətin anlarda insanların xaricə səyahətinə qənaət etməsi ehtimalı böyükdür”.

Beləliklə, təhlildə verilən rəqəmlər yalnız başlanğıcdır. Bəlkə də otel sənayesinə daha bir zərbə daxili turizmin tam düşməsi olacaq. COVID-19 pandemiyasının mehmanxana dövriyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olması Azərbaycanda birdəfəlik otel tutumundan istifadə səviyyəsi ilə də isbatlanır.

Statistikaya görə, bu ilin altı ayında Respublikada otellərin ortalama dolma nisbəti keçən ilin yanvar-iyun aylarındakı 21,6%-ə qarşı 7.6%, o cümlədən Naftalanda 21,7%, Beyləqanda 21,8% təşkil edib. Bu göstərici Qusarda 13,6%, Şabranda 12,8%, Qubada 11,8%, Bakıda 11,4%, Naxçıvan Muxtar Respublikasında 8,3% təşkil edib. Dolğunluğun azalması otelçilərin gəlirlərinin kəskin azalmasına səbəb olub.

Dövlət Statistika Komitəsi qeyd edir ki, bütün göstəricilərin azalmasına, dünyada turizm sənayesinə ciddi mənfi təsir göstərən koronavirus pandemiyası səbəb olub. Pandemiya səbəbi ilə karantində olanların bir qismi Bakı şəhəri və bölgələrdəki otellərdə yerləşdirildi. Onların saxlanması və yemək xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Bununla yanaşı, hökumət onların sayı, otel müəssisələrində yaşayış və yemək dəyəri barədə məlumat vermir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm"
Bu gün, 15:26
Mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanlayıb
Bu gün, 15:18
Ermənistanın daha 28 hərbçisi ölüb - ETİRAF
Bu gün, 15:12
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb
Bu gün, 15:07
Bakı metrosu saat 6:00-dan 00:00-dək işləyəcək
Bu gün, 15:05
Ermənistan faşist mahiyyəti: Hədəf yenə də mülki əhalidir - TƏHLİL
Bu gün, 15:04
"Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır" - Rusiyalı ekspert
Bu gün, 15:03
“Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir” - Hulusi Akar
Bu gün, 15:01
Bakı metrosu adi rejimdə fəaliyyətini davam etdirəcək
Bu gün, 14:58
“Azəriqaz”dan cəbhə zonasının qaz təchizatı ilə bağlı açıqlama
Bu gün, 13:14
Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib - Azərbaycan MN
Bu gün, 13:13
Ermənilər Tərtərdə məhkəmə binasını və təcili yardım maşınını atəşə tutub, ölən və yaralananlar var
Bu gün, 13:12
Şok açıqlama: “Kompromisə hazırıq” — İrəvan “ağ bayraq” qaldırdı
Bu gün, 13:09
Ermənilərin atdığı mərmi deputatın babasının evinə düşdü
Bu gün, 13:06
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:03
ABŞ səfiri cəbhədəki vəziyyəti şərh edib
Bu gün, 13:01
“Rusiya Ermənistana hərbi dəstək versə, Türkiyə ilə döyüşməli olacaq” – Türk generalı
Bu gün, 13:00
“Hadisələr yalnız Azərbaycan üçün əlamətdar olmadı” - Ukraynalı ekspert
Bu gün, 12:57
Erməni qadın snayper məhv edildi - FOTO
Bu gün, 12:55
“Tezliklə torpaqlarımıza qayıdacağıq” - Kəndləri işğaldan azad olan baş redaktor
Bu gün, 12:50
Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub
Bu gün, 12:47
Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq"
Bu gün, 12:46
Xəzər rayonunda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar
Bu gün, 12:43
“Azərbaycan Ordusu rəşadətli döyüşlərini davam etdirir” - Hikmət Hacıyev
Bu gün, 12:35
Türk Respublikaları İttifaqı yaradılacaq? - Bu gün bu birliyi Qarabağda görmürük...
Bu gün, 12:34
Ermənistan tərəfi itkilərini ictimaiyyətdən gizlədir - Müdafiə Nazirliyi
Bu gün, 12:30
Müdafiə Nazirliyinin rəsmisindən açıqlama
Bu gün, 12:29
Prezidentin köməkçisindən mülki əhalinin atəşə tutulması barədə açıqlama
Bu gün, 12:27
"Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir" - Prezidentin köməkçisi
Bu gün, 12:26
"Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır" - Hikmət Hacıyev
Bu gün, 12:25
İctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək - Diqqət!
Bu gün, 12:19
Qismən səfərbərlik nə deməkdir? - Açıqlama
Bu gün, 12:17
Ermənistanda virusdan gəbərənlərin sayı 957-yə çatdı
Bu gün, 12:15
Ermənilər Dağlıq Qarabağdan qaçır - Birt azdan qaçmağa yer tapmayacaqlar...
Bu gün, 12:13
Saxta “bozqurdlar”ın yeni çaqqallığı – Ermənilər virtual məkanda da savaş aparırlar
Bu gün, 12:11
"Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb” - Nazir
Bu gün, 12:03
Ermənistan dövlət qurumlarının məxfi sənədləri əlimizdə - FOTO
Bu gün, 12:02
Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var
Bu gün, 11:59
Azərbaycan hökuməti səfirliklərə tapşırıqlar verdi
Bu gün, 11:54
Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir
Bu gün, 11:49
Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb
Bu gün, 11:48
ABŞ səfirliyindən cəbhədəki vəziyyətlə bağlı bəyanat VERDİ
Bu gün, 11:47
Prezident sərəncam imzalayıb - MÜHÜM
Bu gün, 11:46
"Bir sıra dövlət və beynəlxalq təşkilatla danışıqlar aparılıb" - Ceyhun Bayramov
Bu gün, 11:41
“Paşinyanın beynini arvadı doldurub” - Məşhur politoloq
Bu gün, 11:37
Hər zaman can qardaşlarımızın yanındayıq - Türkiyənin Müdafiə Nazirliyi
Bu gün, 11:34
Tərtərdə vurulan yaşayış binasından - Fotolar
Bu gün, 11:32
"Bu, Azərbaycan xalqının tarixində böyük vətən müharibəsidir" - Prezidentin köməkçisi
Bu gün, 11:29
Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirdi
Bu gün, 11:28
Azərbaycandakı etnik icma rəhbərləri bəyanat imzalayıb
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru