Mədəniyyət xadimləri və yaradıcı şəxslər .....                     Ermənistanın daha 28 hərbçisi ölüb .....                     Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb .....                     Bakı metrosu saat 6:00-dan 00:00-dək işləyəcək .....                     Ermənistan faşist mahiyyəti: Hədəf yenə də mülki əhalidir .....                     "Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır" .....                     “Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir” .....                     Bakı metrosu adi rejimdə fəaliyyətini davam etdirəcək .....                     “Azəriqaz”dan cəbhə zonasının qaz təchizatı ilə bağlı açıqlama .....                     Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib .....                     Ermənilər Tərtərdə məhkəmə binasını və təcili yardım maşınını atəşə tutub, ölən və yaralananlar var .....                     Şok açıqlama: “Kompromisə hazırıq” .....                     Ermənilərin atdığı mərmi deputatın babasının evinə düşdü .....                     Şimal-şərq küləyi əsəcək .....                     ABŞ səfiri cəbhədəki vəziyyəti şərh edib .....                     “Rusiya Ermənistana hərbi dəstək versə, Türkiyə ilə döyüşməli olacaq” .....                     “Hadisələr yalnız Azərbaycan üçün əlamətdar olmadı” .....                     Erməni qadın snayper məhv edildi .....                     “Tezliklə torpaqlarımıza qayıdacağıq” .....                     Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub .....                     Xalq artistinin qardaşı oğlu yaralandı .....                     Xəzər rayonunda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar .....                     “Azərbaycan Ordusu rəşadətli döyüşlərini davam etdirir” .....                     Türk Respublikaları İttifaqı yaradılacaq? .....                     Ermənistan tərəfi itkilərini ictimaiyyətdən gizlədir .....                     Müdafiə Nazirliyinin rəsmisindən açıqlama .....                     Prezidentin köməkçisindən mülki əhalinin .....                     "Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir" .....                     "Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır" .....                     İctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək .....                     Qismən səfərbərlik nə deməkdir? .....                     Ermənistanda virusdan gəbərənlərin sayı 957-yə çatdı .....                     Ermənilər Dağlıq Qarabağdan qaçır .....                     Saxta “bozqurdlar”ın yeni çaqqallığı .....                     "Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb” .....                     Ermənistan dövlət qurumlarının məxfi sənədləri əlimizdə .....                     Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli .....                     Azərbaycan hökuməti səfirliklərə tapşırıqlar verdi .....                     Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq .....                     Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb .....                 

"Vətəndaş necə yaşasın, nəylə yaşasın?" - ETİRAZ
Tarix: 4-08-2020, 10:17 | Çap et
"Vətəndaş necə yaşasın, nəylə yaşasın?"
Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verildi. Ancaq qərar açıqlanandan sonra bəlli oldu ki, 5 avqustdan sonra yalnız iki qadağa aradan qaldırılacaq - sms icazə sistemi ləğv ediləcək, çimərliklərə girişə icazə veriləcək.

Təbii ki, ancaq iki qadağanın aradan qaldırılması cəmiyyət tərəfindən çox aqressiv qarşılandı, əksər insanlar sosial şəbəkələr vasitəsilə bu duruma öz etirazlarını bildirdilər. Bir sözlə, OQ-nin bugünki qərarını tənqid edənlər də oldu, lağlağı obyetktinə çevirənlər də. Həmçinin pandemiya ilə bağlı xarici ölkələrin təcrübəsini missal göstərənlər də.

Dominant.az tanınmış jurnalistlərin məsələ ilə bağlı fikirlərini təqdim edir:

Aygün Muradxanlı: “31 avqust nədir? Vətəndaş necə yaşasın, nəylə yaşasın? 6 ay dünyanın harasında karantin oldu? Gündə COVID-dən 600-700 ölüm olan ölkələr belə, normal həyata dönüb. 5-6 ölüm faktına görə ölkəni niyə iflic edirlər ki? İqtisadi enişi dərin böhrana çevirən bu qərarlar kimin başının altından çıxır?”.

Əzizə İsmayılova: “Əslində, dəyişən bir sms-in ləğvidir, bir də çimərliyin açılması. Başqa hər şey necə varsa, eləcə də qalır. Çimərlik üçün portal filan da yaradılıb. Amma bu gün ayın 3-dür. Ay sonuna 27 gün qalır. Bunun da həftə sonları sərt karantin, 3 günü yağış, 2 günü külək... Çox olsa, getdik 3, ya 4 dəfə. Buna görə əziyyət çəkməyin adı nə idi? Bunun nəyi yumşalmadır? Bu qədər işsiz insanlar var. Necə olacaq bunların axırı? Necə qarşılayacaqlar bu qədər tələbatı? Ac millətə çıxıb necə şad xəbər demək olar ki, "çimərlik istəyirdiniz, al, bu da çimərlik. Ac qarına o sən, o dəniz. Pul tapsan gedərsən". Nə bilim vallah, rəsmən həyatımız həbsə atılıb, oyalıya-oyalıya gedirik. Yenə mənim adım qalacaq "loo xəbər", yenə millətin qarğışı, nifrəti göydə oynayacaq...”.

Aynur İmran: “Xalqla belə davranmaq olmaz! 5 ay karantin olmaz! İnsanların maddi təminatını həll etmədən, nə yeyəcəyini, kirasını, dərmanlarını necə ödəyəcəyini təmin etmədən evə tıxmaq olmaz! Niyə həkimlərin və iqtisadçıların birləşdiyi bir şura qurulmur? Niyə xalqın ehtiyacları düşünülmür? Bu qərar fiaskodur. Təcili yeni addımlar atılmalı, vətəndaşların təminatı ehtiyaclar real şəkildə nəzərə alınaraq həyata keçirilməlidir. Türkiyədən tibbi anlamda kömək istənməlidir. Yoxsa, bu karantin cəmiyyətdə partlama yaradacaq. Bu ölkənin suverenliyini təhlükəyə atmaq üçün ölkədəki xarici güclərin əlinə fürsət verməkdir. Bir problemdən doğan onlarla problemi də düşünmək zorundasınız. Bu qədər səriştəsizlik, etinasızlıq, saymamazlıq sizin özünüzü də batıracaq”.

Aqil Ələsgər: “Əslində, hər nə qədər OQ qərarı deyilsə də, açıq şəkildə bunun TƏBİB qərarları olduğu görünür. Elə Türkiyədə də hər şeyi Fəxrəddin Qocaya buraxsaydılar, onlar da hələ də bizim kimi karantində jim vururdular. Burada siyasi iradə və iqtisadiyyatı düşünən beyinin öz sözünü artıq deməsi lazımdır. Necə ki, Türkiyədə məhz bir çox qadağaları Ərdoğan Fəxrəddin Qocaya rəğmən etdi. Çünki dövləti ayaqda tutmaq üçün müəyyən riskləri göz önünə almaq vacibdir. OQ qərarları bəlkə də hardasa və nisbətən sağlamlığımıza xidmət edir. Ancaq iqtisadiyyat çökür. Həm şəxsi, həm də dövlət iqtisadiyyatı məhv olur. Evdə oturub, "Allahdan buyruq, ağzıma quyruq" deyənlər üçün asan gələ bilər, bu yükə çiyin verənlərin belini qırır bu qərarlar. Dövləti ayaqda saxlayan orta sinif rəsmən məhv olub. Günəmuzd işləyənlər aylardır acdır. Aylıq maaş alanlar yarısını alanda şükür edir. Təəssüf ki, cənab Prezidentin böyük humanistliyinin göstərici olan müavinətlər də məhz “Əmək və Əhaliyə Zülm Nazirliyi” tərəfindən əksər hallarda ehtiyacı olana deyil, qarpız partladanlara, ya da Kətanova kimi vayner qırıqlarına dağıdıldı və əhalinin ehtiyac içində olan hissəsinin onda biri ondan faydalana bilmədi. Özəl sektor da çökmüş durumdadı. Deyirlər ki, SMS icazəsi ləğv edilib. Onsuz da düz-əməlli ona əməl edilmirdi və hər yer bağlı olandan sonra küçədə vəlleyli kimi gəzməyin adı nədir? Yeganə düzgün, ancaq gecikmiş qərar çimərliklə bağlı oldu. Ancaq rayonlara gediş-gəlişin olmaması bu dəfə çimərliklərdə ciddi sıxlığa gətirib çıxaracaq ki, bu da növbəti aylar üçün fəlakət deməkdir. Qısacası, Azərbaycan dövləti və xalqı olaraq, TƏBİB-ə və TƏBİB-in klinikalarına işləməyə davam edəcək. Yenilənmiş və nisbətən az sərtləşən karantininiz mübarək!”

Ağanisə Sultan: “Çörəyi nisyə dəftərinə yazdıran insanlara çimərlik yox, iş lazımdır, iş. Zatən istirahət falan kasıblara aid deyil, onlar bir tikə əkməklərinin əsiridilər... Bu ölkədə qanunlar, qaydalar hamısı yalnız kasıblar üçündür. Yaxından tanıdığım insanlar, ailələr var, hər həftə sonu çox rahat rayona gedib qayıdırlar. Hələ nişan edənləri, 30-50 nəfərlik doğum günlərini, ziyafətləri, qurbanlıq aparanları demirəm. Mən karantindən, qanunlardan danışanda, onlar gülürlər...".

Azər İsrafilov: “Operativ Qərargah dərk eləmir ki, çimərliklərin açılması insanların dolanışığı demək deyil?! İnandırım sizi, bu günlərdə eşidəcəksiz ki, insanlar acından yol qırağında ölür. Neyləyək, dərdimizi kimə deyək? Brifinqdə olan rəsmilər niyə çimərliklərin açılmasını uğur kimi qiymətləndirir? Ac qarınla, boş ciblə çimərliyə necə getsinlər? Camaat evində acından ölür, bunlar çimərliklərin nə qədər adam tutmağından danışır. Operativ Qərargah üzvləri 5 aydı camaatı sözlə çimizdirir, indi də suyla çimizdirəcəklər”.

Nüşabə Hüseynli: “Çimərlik axtaran həyətində, eyvanında məsələni həll edib qurtarıb, üzü payıza gedir, insanlara ailəsinin ehtiyacını ödəmək üçün işləməyə, pul qazanmağa şərait yaratmaq da lazımdır axı. Cavabdeh tərəfdən bu şəraitdə işləməyin şərtlərini tələb edin, təklif versin, nə bilim, kömək edin, axır ki, neçə aydır onun-bunun əlinə baxan adamları qurtarın da bu xəcalətdən. Yəni bunun bir yolu yoxdur?”

Zahid Nurəliyev: “O yanacaqdoldurma stansiyalarındakı basabas,o marketlərdə olan tünlük indi də çimərliklərdə olacaq. Mən uca millətimə bələdəm. Qarşıda hələ bir ay var: çim ki çiməsən! Təcili bir onlayn mağazaya ehtiyac var: kupalnik, şortik satmaq üçün. Nə gedər, nə gedər. O çimərlik.az-ı açanlar, görən bunu niyə düşünməyiblər?”.

Gülşən Raufqızı: “Rayonlara gediş-gəliş bağlıdır, amma ekspress avtobuslarda hamı nəfəs nəfəsə gedir. COVID-li xəstənin girdiyi suya girmək isə risk sayılmır Operativ Qərargaha görə. Hansı sualı verirsən şablon bir cavab hazırdı”.

Araz Əhmədov: “Çimərlikləri açan, ancaq açıq havada idman yarışlarının keçirilməsinə icazə verməyən, kafe və restoranları bağlı saxlayan Operativ Qərargahın verdiyi qərarlardan heç özləri də baş açmır. Yaqut xanım hələ əzilə-əzilə deyir ki, mənə tibb sahəsindən sual verin. Bunlar nə yeyir, nə içir? Deputatlara 550 manatı iki dəqiqəyə həll edib verdilər, növbəti 190 manatı isə aylardı müzakirə edirlər”.

Alçina Amilqızı: “Yumşaldılma nəyə deyirsiz, anlamıram? Zatən çimərlik açılırsa, ora sərbəst getmək üçün SMS icazə götürülməlidir də. Belə də ki, əgər iri ticarət, əyləncə mərkəzləri, geyim mağazaları, idman, teatr, kino açılmırsa, SMS icazənin açılmasının nə əhəmiyyəti var?”

Çingiz Özgür: “Operativ Qərargahın brifinqinə Real tv-dən baxa-baxa “lal-kar dilində” xeyli söz öyrənmişəm! Buyun də”çimərlik” sözünü öyrəndim! Siz də deyirsiz, Operativ Qərargah heç nəyə yaramır!”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanlayıb
Bu gün, 15:18
Ermənistanın daha 28 hərbçisi ölüb - ETİRAF
Bu gün, 15:12
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb
Bu gün, 15:07
Bakı metrosu saat 6:00-dan 00:00-dək işləyəcək
Bu gün, 15:05
Ermənistan faşist mahiyyəti: Hədəf yenə də mülki əhalidir - TƏHLİL
Bu gün, 15:04
"Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır" - Rusiyalı ekspert
Bu gün, 15:03
“Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir” - Hulusi Akar
Bu gün, 15:01
Bakı metrosu adi rejimdə fəaliyyətini davam etdirəcək
Bu gün, 14:58
“Azəriqaz”dan cəbhə zonasının qaz təchizatı ilə bağlı açıqlama
Bu gün, 13:14
Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib - Azərbaycan MN
Bu gün, 13:13
Ermənilər Tərtərdə məhkəmə binasını və təcili yardım maşınını atəşə tutub, ölən və yaralananlar var
Bu gün, 13:12
Şok açıqlama: “Kompromisə hazırıq” — İrəvan “ağ bayraq” qaldırdı
Bu gün, 13:09
Ermənilərin atdığı mərmi deputatın babasının evinə düşdü
Bu gün, 13:06
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:03
ABŞ səfiri cəbhədəki vəziyyəti şərh edib
Bu gün, 13:01
“Rusiya Ermənistana hərbi dəstək versə, Türkiyə ilə döyüşməli olacaq” – Türk generalı
Bu gün, 13:00
“Hadisələr yalnız Azərbaycan üçün əlamətdar olmadı” - Ukraynalı ekspert
Bu gün, 12:57
Erməni qadın snayper məhv edildi - FOTO
Bu gün, 12:55
“Tezliklə torpaqlarımıza qayıdacağıq” - Kəndləri işğaldan azad olan baş redaktor
Bu gün, 12:50
Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub
Bu gün, 12:47
Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq"
Bu gün, 12:46
Xəzər rayonunda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar
Bu gün, 12:43
“Azərbaycan Ordusu rəşadətli döyüşlərini davam etdirir” - Hikmət Hacıyev
Bu gün, 12:35
Türk Respublikaları İttifaqı yaradılacaq? - Bu gün bu birliyi Qarabağda görmürük...
Bu gün, 12:34
Ermənistan tərəfi itkilərini ictimaiyyətdən gizlədir - Müdafiə Nazirliyi
Bu gün, 12:30
Müdafiə Nazirliyinin rəsmisindən açıqlama
Bu gün, 12:29
Prezidentin köməkçisindən mülki əhalinin atəşə tutulması barədə açıqlama
Bu gün, 12:27
"Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir" - Prezidentin köməkçisi
Bu gün, 12:26
"Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır" - Hikmət Hacıyev
Bu gün, 12:25
İctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək - Diqqət!
Bu gün, 12:19
Qismən səfərbərlik nə deməkdir? - Açıqlama
Bu gün, 12:17
Ermənistanda virusdan gəbərənlərin sayı 957-yə çatdı
Bu gün, 12:15
Ermənilər Dağlıq Qarabağdan qaçır - Birt azdan qaçmağa yer tapmayacaqlar...
Bu gün, 12:13
Saxta “bozqurdlar”ın yeni çaqqallığı – Ermənilər virtual məkanda da savaş aparırlar
Bu gün, 12:11
"Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb” - Nazir
Bu gün, 12:03
Ermənistan dövlət qurumlarının məxfi sənədləri əlimizdə - FOTO
Bu gün, 12:02
Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var
Bu gün, 11:59
Azərbaycan hökuməti səfirliklərə tapşırıqlar verdi
Bu gün, 11:54
Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir
Bu gün, 11:49
Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb
Bu gün, 11:48
ABŞ səfirliyindən cəbhədəki vəziyyətlə bağlı bəyanat VERDİ
Bu gün, 11:47
Prezident sərəncam imzalayıb - MÜHÜM
Bu gün, 11:46
"Bir sıra dövlət və beynəlxalq təşkilatla danışıqlar aparılıb" - Ceyhun Bayramov
Bu gün, 11:41
“Paşinyanın beynini arvadı doldurub” - Məşhur politoloq
Bu gün, 11:37
Hər zaman can qardaşlarımızın yanındayıq - Türkiyənin Müdafiə Nazirliyi
Bu gün, 11:34
Tərtərdə vurulan yaşayış binasından - Fotolar
Bu gün, 11:32
"Bu, Azərbaycan xalqının tarixində böyük vətən müharibəsidir" - Prezidentin köməkçisi
Bu gün, 11:29
Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirdi
Bu gün, 11:28
Azərbaycandakı etnik icma rəhbərləri bəyanat imzalayıb
Bu gün, 11:27
"Ordumuz Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir" - Hikmət Hacıyev
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru