Sumqayıt şəhərində karantin qaydalarına əməl etməyənlərə qarşı növbəti reyd keçirilib .....                     "Avqustun 5-dən “cimerlik.az” saytı fəaliyyətə başlayacaq" .....                     Sərt karantin rejiminin götürülməsi ilə bir sıra xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur .....                     “BMT Baş Assambleyasının xüsusi sessiyası bir günlük tədbir deyil, sessiya 1 il də davam edə bilər” .....                     “Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır” .....                     "Bu gün regionlara gediş-gəliş yoluxmanı artıra bilər” .....                     “Pandemiya ilə əlaqədar dövlət tərəfindən vətəndaşlara dəstək paketləri davam etdiriləcək” .....                     "Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır" .....                     Avqustun 31-dək ölkə üzrə bulvar və parklarda uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilməyəcək .....                     İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, .....                     Avqustun 31-dək ölkə üzrə bulvar və parklarda uşaq əyləncə məkanlarının fəaliyyətinə .....                     Ölkə üzrə ictimai iaşə obyektlərində qəlyandan istifadə qadağası qüvvədə saxlanılıb .....                     İdman zalları və kinoteatrlar avqustun 31-dək işləməyəcək .....                     Azərbaycanda indiyədək 32 684 nəfər COVID-19-a yoluxub, 468 nəfər vəfat edib .....                     Azərbaycanda ümumilikdə 744 837 koronavirus testi aparılıb .....                     Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı, .....                     Sabah dollar neçəyə olacaq? .....                     13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlər .....                     Bu sahədə vəziyyət acınacaqlıdır .....                     Gəncədə 38 yaşlı kişi intihar edib .....                     Şamaxı Astrofizika Rəsədxanası inkişaf edir… Amma necə? .....                     “Yaddaş xatirələr xəzinəsidir...” .....                     Ermənilər MN-in adına saxta "twitter" hesabı açıb .....                     Məşhur "İsti su" bulaqları baxımsız qalıb .....                     General Polad Həşimov haqqında kitab nəşr olunub .....                     Almaniya vətəndaşları Azərbaycan şirkətindəki paylarını satıb .....                     YAP-çı deputat DTX-ya müraciət etdi: .....                     Tovuzda yas verən ev sahibi cərimələnib .....                     Ermənistanın sabiq naziri koronavirusdan öldü .....                     Hadı Rəcəblinin obyekti icarəyə verildi .....                     Məmurlar İvanovkanı zəbt edib: sakinlər acınacaqlı durumda .....                     Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib .....                     Siyəzəndə karantini pozanlar cərimələnib .....                     Rəqibin üzünə öskürən futbolçular meydandan qovulacaqlar .....                     İtaliya koronavirusla mübarizə çərçivəsində Azərbaycana tibbi heyət göndərir .....                     Azərbaycan və Türkiyə ordularını birləşdirir .....                     DİM rezidenturada iştirak edəcək namizədlərə müraciət edib .....                     Azərbaycanın fəxri konsulu ermənipərəst həmkarının “payını” verdi: .....                     Deputatlar gəlirlərini açıqlayacaqmı? .....                     Soysuzun mayası XARAB İMİŞ... .....                 

Cəngəllik qanunları ilə işləyən şəbəkə və "min manatlıq" ömürlər - bunun cəzası yoxmu?
Tarix: 31-07-2020, 10:06 | Çap et
Cəngəllik qanunları ilə işləyən şəbəkə və "min manatlıq" ömürlər
Sosial şəbəkələrdə şər-böhtan, təhqir, terrorizmə çağırış, narkotik vasitələrin təbliği məsələləri son zamanlar artmaqdadır. Saxta profillərlə insanların ləyaqətinin alçaldılması, cəbhə ilə bağlı dezinformasiyaların yayılmasının qarşısının alınması üçün Azərbaycanda xüsusi qanunvercilik aktı yoxdur.

Düzdür, Cinayət Məcəlləsində 147 (böhtan) və 148 (təhqir) maddələri olsa da, onlar işlək vəziyyətdə deyil.

Belə ki, bu maddə ilə müvafiq prokurorluq orqanlarına müraciətlər geri qaytarılır.

Elə bir müddət əvvəl bir müraciətlə bağlı cinayət işi Nərimanov Rayon Prokurorluğunda bağlandı. Halbuki şəxsə qarşı sosial şəbəkələrdə olan şər-böhtan xarakterli məlumatlar yayılmaqda davam edir. Prokurorluq orqanlarının vətəndaşların şikayətlərinə qarşı olan biganə davranışı belə cinayətlərin artmasına səbəb olur. Nəticədə insanların işgüzar-şəxsi həyatı alt-üst olur. Cinayətkarlar isə azadlıqda istədikləri kimi həyatlarını davam etdirirlər.

Bu məsələ ilə bağlı bu günlərdə Türkiyədə qanun layihəsi qəbul edilib. Belə ki, artıq istifadəçiləri 1 milyondan çox olan sosial şəbəkələrin ölkədə nümayəndəliyi olacaq. Və bundan sonra şər-böhtan, təhqir, terrorizmə çağırış və narkotik vasitələrin təbliği ilə bağlı məsələlərə görə həmin nümayəndəliklər məsuliyyət daşıyacaq.

Azərbaycanda isə sosial şəbəkələrlə bağlı məsələlər ötən il Milli Məclisdə müzakirə edilsə də, sözün əsl mənasında "dişədəyən" bir nəticə olmadı.

Yəni, dəyirman öz işində, çax-çax baş ağrıdır.

Ölkə qanunvericiliyində sosial şəbəkələrlə bağlı niyə qanun yoxdur? Niyə nəzarətsizlik Azərbaycan vətəndaşlarının həyatını təhlükə qarşısında qoymalıdır?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir çox ölkələrdə artıq sosial şəbəkələrdəki mövcud vəziyyət diqqət mərkəzinə keçməkdədir.

O əlavə edib ki, sosial şəbəkələrdə gedən məlumatlar kiminsə şəxsiyyətini təhqir edirsə, kiminsə hüquqlarını tapdayırsa, bu istiqamətdə düşünməyə dəyər.

"Sosial şəbəkərlərdə gedən informasiyalara görə subyektlərin məsuliyyəti nəzərdə tutulursa, bu, normal haldır. Çünki haqqında informasiyalar gedən insanların hüquqlarının qorunmasına xidmət edə bilər. Ayrı-ayrı insanlar haqqında heç bir reallığa söykənməyən informasiyalar yayılır. Onların şəxsiyyəti təhqir edilir, ləyaqəti alçaldılır. Belə hallar cavabsız qalırsa, onlara reaksiya göstərilmirsə, təbii ki, bu zaman cəzasızlıq mühiti yaranır. Və sosial şəbəkələrdən kim kimə qarşı necə istəyirsə, elə də davranır", - deyə millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, bu istiqamətdə bir tənzimlənmənin olması vacibdir. Belə olan halda sosial şəbəkələrdə gedən informasiayalara görə hansısa cavabdeh şəxs vəziyyətə aydınlıq gətirmək üçün vacib rol oynaya bilər.

E.Mirbəşiroğlunun fikrincə, məsələnin hər-hansı bir formada tənzimlənməsi labüddür.

"Bu istiqamətdə hələ ki, tam oturuşmuş bir təcrübə yoxdur. Türkiyədə artıq bu məsələ gündəmdədir. Başqa ölkələrdə də bu nəzərə alınacaq və sosial şəbəkələrdəki vəziyyətin idarə olunmazlığı çox sayda insanların hüquqlarının pozulmasını şərtləndirəcək və şərtləndirir", - deyən millət vəkili hesab edir ki, bu istiqamətdə olan təcrübələrə əsaslanaraq Azərbaycanda da müəyyən addımlar atılmalıdır.

Belə ki, sosial şəbəkələrdə şər-böhtan xarakterli, başqalarının ləyaqətini alçaldan informasiyaların getməsinə görə məsuliyyət nəzərdə tutulmalı, bunun mexanizmi hərtərəfli düşünülüb hazırlanmalıdır.

Millət vəkili Naqif Həmzəyev isə hesab edir ki, sosial şəbəkələrə nəzarət artıq bir çox ölkələrin təcrübəsində var.

"Avropa ölkələrində də artıq bu məsələ müzakirə edilir və qanunvericiliklə tənzimləmək istəyirlər. İnsan hüquqlarının pozulması, terrorizmin təbliği bu gün sosial şəbəkələrdə öz əksini tapır. Təəssüf ki, sosial şəbəkələrin idarəediciləri bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımırlar. Çünki sosial şəbəkələrin ölkələrdə ofisləri yoxdur. Bu səbəbdən də həmin ölkə həmin məsələ ilə bağlı hər-hansı bir hüquqi müstəvidə məsələni həll edə bilmir", - deyə o qeyd edib.

Millət vəkili bildirib ki, saxta profillərlə təxribat xarakterli, yanlış yönləndirmə xarakterli informasiyaların yayılması halları ilə tez-tez qarşılaşırıq: "Azərbaycan müharibə şəraitində olan bir ölkədədir və torpaqlarımızın 20 faizi işğal altındadır. Təxribatçı qüvvələr mütəmadi olaraq informasiya məkanında Azərbaycana qarşı təxribatlar həyata keçirirlər".

Millət vəkili hesab edir ki, sosial şəbəkələrə nəzarət məsələsi gündəmdə olacaq və payız sessiyasında bu məsələ ilə bağlı müzakirələr olacaq.

"Bu məsələ konkret olaraq öz həllini tapmalıdır. Azərbaycan öz informasiya təhlükəsizliyini təmin etməlidir", - deyə o vurğulayıb.

Millət vəkili Tahir Mirkişilinin fikrincə, sosial şəbəkələrdə yayılan informasiyaların tənzimlənməsi və sosial şəbəkə sahiblərinin məsuliyyət daşımaları üçün müxtəlif ölkələrdə müxtəlif tədbirlər görülür: "Türkiyə BMM-nin qəbul etdiyi qanun bu tənzimləmələrin ən əhatəlisidir. Əsas məsələ qanunun icrasının necə olacağıdır. Dünyada bu sahədə qəbul olunan qanunlar hələ ki, lazımi effekt verə bilmir. Biz də daim monitorinq edirik".

Millət vəkili Elman Nəsirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələr cəngəllik qanunları ilə işləyir.

"İstənilən adamın şərəf və ləyaqətini alçatmaq, onu təhqir etmək, işgüzar nüfuzuna xələl gətirmək və cəza almamaq olar. Bu, biabırçı məsələdir. Cəzasızlıq rejimi isə insanları növbəti cinayətlərə sövq edir. Azərbaycan sosial şəbəkələrin geniş istifadə edildiyi bir ölkədir. Əhalinin 80 faizindən çoxu sosial şəbəkə istifadəçisidir", - deyən millət vəkili bildirir ki, bu məsələ Azərbaycan Parlamentində müzakirə edilib.

"Hətta təklif edilmişdi ki, sosial şəbəkə istifadəçilərinin pasport məlumatları sosial şəbəkəyə qeyd edilsin. Bu, saxta profil sahiblərinin üzə çıxarılması üçün vacib bir məsələdir. Həqiqi istifadəçilər bəlli olmalıdır. Və onlar öz hərəkətlərinə görə məsuliyyət daşımalıdırlar. Bu səbəbdən də bu məsələlərin payız sessiyasında ciddi şəkildə müzakirə ediləcəyi istisna deyil. Bununla bağlı yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var. Bu qanunla Azərbaycanda sosial şəbəkələrdə olan anarxiya, xaos aradan qalxmış olar. Bu gün real həyatda insanlar bir-birini təhqir etdikləri halda inzibati və hüquqi məsuliyyət daşıyırlarsa, sosial şəbəkələrdə də onlar bir-birlərinə qarşı davranışlarına görə məsuliyyət daşımalıdırlar", - millət vəkili deyib.

Hüquqşünas Tağı Hüseynovun fikrincə, sosial şəbəkələrdə təhqir, şantaj, böhtan xarakterli məlumatların yayılması insanların işgüzar həyatına, ailə həyatına böyük zərər verir.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkəməyə müraciət etmək "üzü astarından" baha başa gəlir.

Çünki vətəndaşların nə hüquqi bilikləri, nə də maddi vəziyyətləri imkan verir ki, özlərini müdafiə edə bilsinlər: "Xüsusi ittiham qaydasında ərizənin hazırlanmasını vəkillərin çoxu hazırlaya bilmir. Məhkəmələrdə vəziyyət bununla bağlı biabırçı haldadır. Cərimələr çox simvolikdir. 147-148-ci maddələrlə bağlı cərimələrin miqdarı çox azdır. Təsəvvür edin, insanın karyerası dağılıb, həyatı sıfırlanıb, qarşı tərəfə cəmi 1000 manat cərimə kəsirlər. Bu, ədalətsiz qərardır".

Hüquqşünas bildirib ki, sosial şəbəkərlədə istifadəçilərin şər-böhtan xarakterli məlumatlarının qarşısını almaq üçün yeni qanunvericlik aktı qəbul edilməlidir.

"Hazırda bu məsələ məhkəmələrin səlahiyyətindədir. Ancaq təklif edərdim ki, 147-148 ci maddələrlə mühakimə polisin səlahiyyətinə verilsin", - deyən T.Hüseynov qeyd edib ki, Milli Məclis bu məsələni müzakirə etməlidir.

Belə olan halda sosial şəbəkə cinayətkarlarının cəzalandırılması əlçatan olar.

"Daxili İşlər Nazirliyində Kibercinayətkarlıqla mübarizə İdarəsi var. Bu idarə saxta profillərin kim tərəfindən açılmasını təyin edə bilir. Amma məhkəməyə müraciət edəndə məsələ uzanır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, boş-bekar, axmaq saxta profillərdə insanları təhqir edən şəxslər polis tərəfindən cəzalandırılmalıdır: "Polis idarələrində bu məsələ ilə bağlı xüsusi bölmənin açılmasına ehtiyac var. Çünki Azərbaycanda insanların həyatını alt-üst etməyə çalışan cinayətkarlar var. Onlar layiqli cəzasını almalıdırlar".

Belə... Nə qədər acınacaqlı olsa da, bu gün Azərbaycanda sosial şəbəkələrdə anarxiya, xaos hökm sürür.

Saxta profil altında gizlənən cinayətkarlar cəzasız qaldıqca ölkədə rahat yaşamaqdan söhbət gedə bilməz...







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sumqayıt şəhərində karantin qaydalarına əməl etməyənlərə qarşı növbəti reyd keçirilib
Dünən, 17:37
"Avqustun 5-dən “cimerlik.az” saytı fəaliyyətə başlayacaq"
Dünən, 17:36
Telli Pənahqızı Azərbaycan ziyalılarına müraciət etdi: - "Hərəkətə keçmək zamanıdır"
Dünən, 17:35
Sərt karantin rejiminin götürülməsi ilə bir sıra xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur
Dünən, 17:31
“BMT Baş Assambleyasının xüsusi sessiyası bir günlük tədbir deyil, sessiya 1 il də davam edə bilər” - Hikmət Hacıyev
Dünən, 17:26
“Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır”
Dünən, 17:24
"Bu gün regionlara gediş-gəliş yoluxmanı artıra bilər” - Hikmət Hacıyev
Dünən, 17:23
“Pandemiya ilə əlaqədar dövlət tərəfindən vətəndaşlara dəstək paketləri davam etdiriləcək” - Prezidentin köməkçisi
Dünən, 17:22
"Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır" - PA rəsmisi
Dünən, 17:19
Avqustun 31-dək ölkə üzrə bulvar və parklarda uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilməyəcək
Dünən, 17:16
İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, bir rayon yenidən daxil edildi
Dünən, 17:13
Avqustun 31-dək ölkə üzrə bulvar və parklarda uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilməyəcək
Dünən, 17:11
Ölkə üzrə ictimai iaşə obyektlərində qəlyandan istifadə qadağası qüvvədə saxlanılıb
Dünən, 17:10
İdman zalları və kinoteatrlar avqustun 31-dək işləməyəcək
Dünən, 17:09
Azərbaycanda indiyədək 32 684 nəfər COVID-19-a yoluxub, 468 nəfər vəfat edib
Dünən, 17:08
Azərbaycanda ümumilikdə 744 837 koronavirus testi aparılıb
Dünən, 17:06
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı, 6 nəfər öldü
Dünən, 17:05
Erməni mahnısını oxuduğu iddia olunan müğənninin VİDEO AÇIQLAMASI
Dünən, 17:04
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:02
13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlər - SİYAHI
Dünən, 17:01
Bu sahədə vəziyyət acınacaqlıdır - deputat
Dünən, 16:00
Gəncədə 38 yaşlı kişi intihar edib
Dünən, 15:32
"Saxta xoşbəxtlik insanı daş ürəkli edər"
Dünən, 15:31
Şamaxı Astrofizika Rəsədxanası inkişaf edir… Amma necə? - GƏLİŞMƏ
Dünən, 15:26
“Yaddaş xatirələr xəzinəsidir...” - “Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”
Dünən, 15:24
Ermənilər MN-in adına saxta "twitter" hesabı açıb - Diqqət!
Dünən, 15:20
Məşhur "İsti su" bulaqları baxımsız qalıb - VİDEO
Dünən, 15:06
General Polad Həşimov haqqında kitab nəşr olunub
Dünən, 15:05
Almaniya vətəndaşları Azərbaycan şirkətindəki paylarını satıb
Dünən, 14:48
YAP-çı deputat DTX-ya müraciət etdi: - “Onlar buqələmundurlar”
Dünən, 14:47
Tovuzda yas verən ev sahibi cərimələnib
Dünən, 14:44
Ermənistanın sabiq naziri koronavirusdan öldü
Dünən, 14:40
Hadı Rəcəblinin obyekti icarəyə verildi - FOTO
Dünən, 14:39
Məmurlar İvanovkanı zəbt edib: sakinlər acınacaqlı durumda - Prezidentə müraciət
Dünən, 14:33
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib
Dünən, 14:25
Siyəzəndə karantini pozanlar cərimələnib
Dünən, 14:24
Rəqibin üzünə öskürən futbolçular meydandan qovulacaqlar
Dünən, 14:03
Gülyanaq və Gülyaz bacıları səhvən başqa toya gedib oxuyublar
Dünən, 14:03
İtaliya koronavirusla mübarizə çərçivəsində Azərbaycana tibbi heyət göndərir
Dünən, 14:00
"Mən ölkənin birinci vitse-prezidentinə müraciət edirəm, mənim imkanım yoxdur" - Xalq artisti
Dünən, 13:59
Azərbaycan və Türkiyə ordularını birləşdirir - Düşmənlərə GÖZDAĞI
Dünən, 13:56
DİM rezidenturada iştirak edəcək namizədlərə müraciət edib - Diqqət!
Dünən, 13:52
Azərbaycanın fəxri konsulu ermənipərəst həmkarının “payını” verdi: - “Təkid etmək şeytana məxsusdur”
Dünən, 13:52
Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...”
Dünən, 13:44
Soysuzun mayası XARAB İMİŞ... - AÇIQLAMA
Dünən, 13:41
Gəncədə 38 yaşlı kişi meyiti tapılıb
Dünən, 13:38
Avqustun 5-dən sonra rayonlara gediş-gəliş bərpa edilir? - Operativ Qərargahdan AÇIQLAMA
Dünən, 13:32
Vuçiç Ermənistana silah satışını etiraf etdi - "Kimə satsaq da, mütləq digər tərəf narazı olacaq"
Dünən, 13:30
Sərt karantin: Tamam, yoxsa davam? – ÜST-ün uzun müddət istəyinə CAVAB
Dünən, 13:26
Sabiq məmurların sərvəti büdcəyə qaytarılmalıdır: - Onlar isə xaricdə mülk alırlar
Dünən, 13:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru