Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır .....                     "Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" .....                     İH-dən reaksiya: .....                     TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: .....                     Dollar manata nisbətdə bahalaşa bilərmi?! .....                     "Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... .....                     Qiymətli Kağızlar bazarı çöküb .....                     “Hamımız məsuliyyətli olmalıyıq” .....                     "Belə islahat, idarəçilik olmaz" .....                     “Haranı qazırsan, Soros və oğlanları çıxır” .....                     İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... .....                     Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb .....                     “Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” .....                     Şəhid general və polkovnikin məzar daşı hazırlandı .....                     Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb .....                     Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən .....                     "İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" .....                     Avqustun 10-da dollar neçəyə olacaq? .....                     "İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" .....                     UFC təxribata əl atan ermənini cəzalandırdı .....                     ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... .....                     "Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" .....                     Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, .....                     "Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" .....                     Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb .....                     Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir .....                     Türkiyədə dollar bahalaşıb .....                     “Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” .....                     BP Azərbaycanı tərk edir? .....                     Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? .....                     Məktəbli formaları tikilirmi? .....                     Erməni dərsliklərində “türk izi” .....                     Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı .....                     ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... .....                     “Tender kralları”na pandemiya da bata bilmir .....                     Neftçalada Kürdə batan tələbənin meyiti tapılıb .....                     Kənd Təsərrüfatı Nazirliyinə aparat rəhbəri təyin edilib .....                     Azərbaycanın məşhur balıq məhsulları şirkəti .....                     Azərbaycanın Gürcüstanın itirilmiş torpaqları ilə mövqeyi .....                 

İrəvan Rusiyadan əlini üzür - GƏLİŞMƏ
Tarix: 31-07-2020, 09:28 | Çap et
İrəvan Rusiyadan əlini üzür
İyulun 30-da Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinin keçirilməsinə start verilib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır. Müvafiq məruzələr dinlənildikdən sonra təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçiriləcəyi barədə rəsmi xəbər yayılan gündən Ermənistan təlaşa düşüb. Bu mənada müdafiə naziri David Tonoyanın az qala ölkənin rəhbər şəxsi, ən azı “xarici işlər naziri” statusunda peyda olması və Ermənistandakı diplomatik nümayəndəliklərlə davamlı görüşlər keçirməsi diqqətdən qaçmadı. Tonoyan Rusiya və Fransa səfirindən sonra İranın bu ölkədəki səfiri Abbas Badaxşan Zouri ilə görüşüb. Erməni mediasının xəbərinə görə, görüşə İran səfirliyinin hərbi attaşesi, polkovnik Mehdi Vecdan da qatılıb. Səfirlərə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və təmas xəttindəki durumdan danışan D.Tonoyan açıq şəkildə Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən narahatlığını ifadə edib. Hansı ki, bundan əvvəlki illərdə Azərbaycan hərbçiləri Türkiyədə, Türkiyə hərbçiləri Azərbaycanda birgə təlimlərə qatılırdılar, lakin Ermənistan bu qədər təşvişə düşməmişdi. Görünür, işğalçılar Tovuzda başından böyük qələt qarışdırdığının fərqindədirlər. Ankaranın ən yüksək səviyyədə Azərbaycana dəstək vəd etməsinin ardınca orduların birgə təlimi düşmənin “kürkünə birə salıb”.

Qarabağ “qəhrəmanı” kimi tanınan erməni general Ter-Tadevosyan mətbuata açıqlamasında Azərbaycan - Türkiyə birgə hərbi təlimlərindən ehtiyatlandığını gizlətməyib. Moderator.az-ın xəbərinə görə, erməni general bildirib ki, “bu, Türkiyənin çox yaxşı düşünülmüş, mütəşəkkil bir sistem siyasətidir. Biz Azərbaycanı məğlub etdik və sabah birgə hərbi təlimlər başlayır. Tavuşdakı son hadisələr KTMT-nin Ermənistanı müdafiə etməyəcəyini göstərir. Biz Rusiyanı tənqid edirik, amma ən pisi odur ki, özümüzü tənqid etmirik, səhvlərimiz barədə danışmırıq. Rusiyanın həmişə bizim üçün müsbət rol oynadığını demirəm, amma bizim başqa dostumuz yoxdur. Deyəsən, indi Ermənistan tək qalıb. İndi çox çətin bir dövrdür və Türkiyə istənilən vaxt öz proqramını həyata keçirə bilər. Rəhbərliyimiz və ordumuz çox diqqətli və hər şeyə hazır olmalıdır. Bu dəfə Azərbaycanın Ermənistanla sərhədi seçməsi Rusiyanı, KTMT-ni, eləcə də Ermənistan Silahlı Qüvvələrini yoxlamaq məqsədi daşıyırdı”-Ter-Tadevosyan iddiasını davam etdirib.

Neçə müddətdir siyasi meyitə çevrilmiş eks-prezident Robert Köçəryan da “dirilib” və deyib ki, NATO-nun ən güclü ordularından birinə sahib olan Türkiyə aşkar güc nümayişi olaraq Azərbaycanla təlimlər keçirir. “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumata görə, R.Köçəryan ardınca bildirib ki, Rusiya bazasının Ermənistandan çıxarılmasının tərəfdarları Türkiyənin artan ambisiyaları fonunda ayıq olmalıdırlar. Eks-prezident deyib ki, Türkiyənin ambisiyaları 10-15 il əvvəllə müqayisədə indi fərqlidir. “Bununla hesablaşmaq lazımdır”-Köçəryan deyib. Keçmiş prezident ardınca bildirib ki, bu, Rusiya bazasının çıxarılmasının zəruriliyini bəyan edənlər, Rusiya səfirliyi qarşısında aksiya keçirənlər üçün ciddi mesajdır. Ardınca bildirib ki, Rusiya öz bazasını Ermənistandan çıxartsaydı, indiki situasiyanın nəyə gətirib çıxaracağını nəzərə almaq lazımdır. Bununla da R.Köçəryan Rusiya prezidentinin onu həbsdən xilas etmək istiqamətində göstərdiyi səylərin qarşılığında “ayı xidməti” göstərmiş olub. Bu, həm də Rusiyaya “mənə dəstək verin, Paşinyanı gəldiyi yerə göndərim”-mesajı deməkdir.

Türkiyə və Azərbaycan əsgərlərinin bir yerdə genişmiqyaslı hərbi təlimlərə başlaması düşmən ölkəni Rusiyaya daha çox sığınmağa vadar edir. Paralel olaraq ölkədəki Rusiyayönümlü qüvvələrin revanşa hazırlaşdığı aydın görünür. Fakt budur ki, N.Paşinyan bu günlərdə nəinki Rusiya hakimiyyətindən, heç Rusiyadakı erməni diasporundan da dəstək ala bilmədi, rusiyalı erməni iş adamları da Nikoldan üz çevirib, Ermənistanda çoxları bunun fərqindədir. Üstəlik, Bakı və Ankaranın koordinasiyalı addımları İrəvanı çətin vəziyyətdə qoyub.

“Qardaş Azərbaycanla hər zaman və hər şərtdə birlikdə hərəkət etməyə davam edəcəyik”. APA-nın xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri ilə bağlı “Twitter” paylaşımında bildirib. “Qardaş Azərbaycanla hər zaman və hər şərtdə birlikdə hərəkət etməyə davam edəcəyik. Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq”, - deyə F. Oqtay vurğulayıb. Qeyd edək ki, plana əsasən, Azərbaycan-Türkiyə təlimləri avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Ermənistanda narahatdırlar ki, qəfildən ordu Qarabağa daxil olar, yaxud Tovuz istiqamətindən onlara dərs verər. Paşinyan son günlər Rusiyaya isti mesajlar versə də, bunun blef olduğunu anlamayan yoxdur.

Elə düşmənin narahatlığının nəticəsidir ki, son günlərdə Tovuz istiqamətində pilotsuz uçuş aparatlarının (PUA) intensiv uçuşları keçirilir. Azərbaycan ordusu qısa müddət ərzində 5 düşmən PUA-sını məhv edib. Sonuncu belə hal iyulun 29-u baş verdi və Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan PUA-sı dərhal aşkar edilərək məhv edildi. Maraqlıdır ki, həmin gün işğalçı ölkənin yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan Tovuzla qonşu Tavuş vilayətindəydi və korpus rəhbərliyi ilə PUA-lar ətrafında müzakirələr aparırdı. Ekspertlər istisna etmirlər ki, düşmən Azərbaycan və Türkiyə ordu hissələrinin Tovuz istiqamətində hərəkət edə biləcəyindən ehtiyatlandığı üçün sərhəddə vəziyyəti bir an belə nəzarətdən kənarda qoymur. Türkiyənin Tovuza erməni təcavüzünə necə sərt təpki verməsini bütün dünya gördü. O da məlum oldu ki, Ermənistan əslində havadarlarının ssenarisini gerçəkləşdirib kommunikasiyaların keçdiyi əraziləri nəzarət altına almaq, Azərbaycanın Türkiyəyə, ordan Avropa ölkələrinə uzanan kəmərlərini iflic etmək istəyib. Təbii ki, işğalçının bu qələti cavabsız qoyula bilməz, ermənilər də bunu anlayır. Ona görə də bu gün Naxçıvan, Bakı, Kürdəmir, Gəncədə Türkiyə hərbçiləri, qırıcıları, hərbi texnikasını görən düşmənin bağrı yarılır və “türklər gəlir” panikası hökm sürür.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, ermənilərin və onların havadarlarının “hərbi məharətinə” heyran qalmamaq mümkün deyil: “Son günlər ardıcıl artıq 5-ci pilotsuz uçan aparatlarını bizim cəngavər əsgər və zabitlərimiz vurub salır, bunlar hələ də sakitləşmək bilmirlər. Bunun bir neçə səbəbi var. Onlardan biri, bu cür PUA-ların o qədər də müasir və baha olmamasıdır. Bunlardan Rusiya tərəfi ermənilərə 2013-14-cü illərdə bir neçə dəst verib deyə, bunlar da indi öz aləmlərində guya bizim mövqeləri müşahidə etməyə cəhd edirlər. Lakin unudurlar ki, o PUA-ın yerini dəqiqləşdirib və sıradan çıxartmaq üçün Azərbaycan HHQ və HHM qoşunlarında ən müasir avadanlıqlar mövcuddur”. Ü.Cəfərov düşmənin aqoniya vəziyyətində olduğu qənaətindədir: “Ermənilər Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən o qədər həyacanlanıblar ki, az qalıblar başlarını itirsinlər. Çox narahatdırlar ki, birdən Tovuz, yaxud Qarabağın digər ərazilərinə türk ordusu gəlib yerləşər. Bunlar o qədər ağılsızdılar, elə zənn edirlər ki, guya biz bu məsələni reallaşdırmaq istəsək, bunlardan icazə alacağıq ki? İkincisi də Azərbaycan Ordusunun kifayət qədər gucu və qüvvəsi var ki, biz onsuz da veriləcək əmri mütləq yerinə yetirəcəyik. Buna artıq nə rusun, nə erməninin, nə də digərlərinin şübhəsi yoxdur”. Hərbi ekspert qeyd etdi ki, ortada çox ciddi mənzərə var: “Budəfəki vəziyyət və ermənilərin sonuncu ağılsızlıqları onlara çox baha başa gələcək. Ya ağıllarını başına yığıb işğalçı qüvvələri geri çəkəcəklər, ya da məhv ediləcəklər, artıq başqa yol yoxdur”.

Düşmənin narahatlığını təsdiqləyən daha bir fakt: Ermənistanın baş nazir Nikol Paşinyanın müşaviri Robert Qukasyan Tavuş vilayətinin Berd şəhərinə ezamiyyətə göndərilib. Baş nazir Nikol Paşinyanın qərarına əsasən, Qukasyan vilayətdə işgüzar görüşlər keçirəcək. Axar.az verir ki, Qukasyan burada 29 iyul-11 avqust tarixlərində qalacaq. Tarixlərə diqqət etdiniz yəqin, söhbət Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin başlandığı və sona çatacağı müddətdən gedir. Tavuş vilayətinin İcevan şəhərində qurulan qərargah da fəaliyyətini davam etdirir. Düşmən bu istiqamətdən sarsıdıcı zərbə alacağını güman edir və bunun üçün öz cinayətləri ilə ciddi əsaslar yaradıb. Üstəlik, N.Paşinyan Azərbaycanın qarşısında 7 şərt irəli sürməklə ölkəsinə fəlakətli gələcək vəd etmiş olub. Görünür vəziyyətin ciddiliyini anladığındandır ki, yay tətilinə çıxmaq qərarından son anda vaz keçdi...
"Yeni Müsavat"





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib
Bu gün, 06:32
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır - Diqqət!
Dünən, 18:14
Əməkdar artistdən şou əhlinə: - “Etirazın yeri yoxdur"
Dünən, 18:13
"Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" - deputat
Dünən, 18:06
İH-dən reaksiya: - Sakinlər deputatın çıxışından “hiddətlənib”?
Dünən, 18:04
TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: - "Payıza qədər..."
Dünən, 17:56
Dollar manata nisbətdə bahalaşa bilərmi?! - GƏLİŞMƏ
Dünən, 17:55
"Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... - Onlardan yalnız 1-ni xilas etmək mümkün olub
Dünən, 17:50
Qiymətli Kağızlar bazarı çöküb – 30% azalma
Dünən, 17:48
“Hamımız məsuliyyətli olmalıyıq” - Ülvi Quliyevdən ÇAĞIRIŞ
Dünən, 17:42
"Belə islahat, idarəçilik olmaz" - Sabir Rüstəmxanlıdan ETİRAZ
Dünən, 17:39
“Haranı qazırsan, Soros və oğlanları çıxır” – Fərhad Əhmədov
Dünən, 17:38
İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər
Dünən, 17:33
"Tam aydın olmasa, özümə zəng edin" - Jurnalist təhrifləri müğənnini yorub...
Dünən, 17:27
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb - Diqqət!
Dünən, 17:24
“Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” - Lukaşenko nöqtəni qoydu
Dünən, 17:22
Şəhid general və polkovnikin məzar daşı hazırlandı - FOTO
Dünən, 17:17
Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb
Dünən, 17:16
Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi
Dünən, 17:10
"İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" - Həkim
Dünən, 17:03
Avqustun 10-da dollar neçəyə olacaq?
Dünən, 17:01
"İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" - Ramaldanov
Dünən, 16:59
UFC təxribata əl atan ermənini cəzalandırdı - Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib
Dünən, 16:56
ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... - VİDEO
Dünən, 16:54
“Mətbuat bu gün sosial şəbəkələrə yox, inamsızlığa uduzur” - Arif Əliyev
Dünən, 16:48
"Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" - AKTUAL
Dünən, 16:45
"Gül calaqları edə bilərəm"
Dünən, 16:44
Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, 421 nəfər sağaldı, 4 nəfər öldü
Dünən, 16:41
"Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" - Baş Prokurorluq
Dünən, 16:40
Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb
Dünən, 16:29
Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir - Bakıda ŞOK OLAY
Dünən, 16:28
Türkiyədə dollar bahalaşıb
Dünən, 16:17
“Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” - Ən optimal yol
Dünən, 16:09
BP Azərbaycanı tərk edir? - "Reuters"dən ŞOK XƏBƏR
Dünən, 16:06
Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR
Dünən, 16:02
Məktəbli formaları tikilirmi? - TAPŞIRIQ VERİLMƏYİB
Dünən, 15:56
Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü
Dünən, 15:54
Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı - FOTO
Dünən, 15:51
ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə...
Dünən, 15:44
“Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company”
Dünən, 15:41
Neftçalada Kürdə batan tələbənin meyiti tapılıb
Dünən, 15:38
Kənd Təsərrüfatı Nazirliyinə aparat rəhbəri təyin edilib
Dünən, 15:36
"Bütün pullarımı geyimlərə xərcləmişəm" - Əməkdar artist
Dünən, 15:32
Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edilir
Dünən, 15:29
Azərbaycanın Gürcüstanın itirilmiş torpaqları ilə mövqeyi BƏLLİDİR
Dünən, 15:27
Şadlıq evləri qiymətlərə yenidən baxmalı olacaq - "Müğənnilər də hadisədən ibrət götürməlidir"
Dünən, 15:26
Yeni agentlik dövlət müəssisələrində dövlətə məxsus səhmlərin idarə olunmasını təmin edəcək - TƏFSİLAT
Dünən, 15:22
Aqil Abbasın ittihamına bir cümləlik CAVAB
Dünən, 15:02
Suraxanıda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir
Dünən, 14:59
"İcra başçıları bələdiyyələri irəli verib öz qanunsuz işlərini həyata keçirirlər” - deputat
Dünən, 14:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru