Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq .....                     Bu gün dollar neçəyə olacaq? .....                     SMS icazə sistemi ləğv edilir .....                     Ölkədə turizm böhranı: .....                     Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib .....                     BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi .....                     Paşinyan xalqın əleyhinə gedir .....                     “Gürcüstanın timsalında strateji tərəfdaş görmədik” .....                     Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin .....                     “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib .....                     “Səhiyyə xərcləri rekord səviyyədə artırılır” .....                     “Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır” .....                     “Guya, mən demişəm ki, Azərbaycan bayrağındakı ulduzu götürmək lazımdır” .....                     “Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” .....                     Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 750 mini keçib .....                     Azərbaycanda COVID-19-a yoluxanların sayı 32 910-a çatıb, 473 nəfər vəfat edib .....                     Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, .....                     “26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” .....                     Xızının icra başçısı karantin qaydalarını belə pozdu .....                     Deputat TƏBİB-i tənqid edib .....                     Müavinət xərclərində 23,6 mln. manat artıq ödəmə aşkar edilib .....                     Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb .....                     AXCP və "Milli Şura" növbəti qeybətxana şousunda əsl iç üzlərini açdılar .....                     “Bu ərazi zəbt olunmuşdu və hissə-hissə satmaq istəyirdilər” .....                     Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi .....                     “Mehdiyevin göndərilməsinin bir səbəbi də...” .....                     “Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: .....                     Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı .....                     AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: .....                     “Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir” .....                     Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin .....                     Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər .....                     Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir .....                     Dəniz suyunda "COVID-19"a yoluxmaq mümkündürmü? .....                     Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb .....                     Qazaxda yeni məktəb binası tikiləcək .....                     Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nekroloq imzalayıblar .....                     DİN-dən karantin rejimi ilə bağlı .....                     "Bu məktublar da hər dəfə yox, ayda-ildə bir dəfə gəlir" .....                     Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb .....                 

“Azərbaycan gərginliyin daha da artmasına hazır olmalıdır” - Sülhəddin Əkbər
Tarix: 15-07-2020, 10:35 | Çap et
“Azərbaycan gərginliyin daha da artmasına hazır olmalıdır”
İyulun 12-dən başlayaraq düşmən tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsində vəziyyəti gərginləşdirərək mövqelərimizə və yaşayış məntəqələrinə hücum etməyə cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks tədbirlər nəticəsində düşmənin fəaliyyətinin qarşısı alınıb və geri otuzdurulub. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu mövzuda ortaya çıxan bəzi suallara “Yeni Müsavat”da cavab verib.

- Sülhəddin bəy, Ermənistanın Azərbaycanla sərhəddə-Tovuz ərazisinə hücumunun arxasında hansı hərbi, siyasi məqsədlər dayana bilər?

- Birincisi, mən bu məsələyə Putinin planları çərçivəsində baxmağı daha düzgün hesab edirəm. Yəni əgər məsələyə siyasi hərbi qiymət vermək istəyiriksə, mən baş verən hadisələri postsovet məkanında siyasi hərbi vəziyyətin gərginləşməsi istiqamətində Kremlin atdığı addımlar kontekstində baxmağı, dəyərləndirməyi daha düzgün sayıram. Heç kimə sirr deyil ki, Putin açıq şəkildə imperiyanı bərpa etmək və tarixdə imperiya torpaqlarının toparlayıcısı kimi qalmaq istəyir. Buna görə də təkcə söhbət Azərbaycandan getmir, bütün postsovet məkanında gərginliyin artdığını görürük. Bu, Belarusla da münasibətlərə aiddir, Ukrayna ilə münasibətlərə də, eyni zamanda Qazaxıstanla, Baltikyanı respublikalarla münasibətlərə də şamildir. Bu təzyiqlər Ermənistan rəhbərliyinə də, Azərbaycan rəhbərliyinə də yönəlikdir. Birinci bu siyasi hərbi çərçivəni nəzərə almaq lazımdır. Ən azı ilin sonuna qədər gərginliyin bütün postsovet məkanında getdikcə artacağının şahidi olacağıq. Gərginliyin daha da artmasına Azərbaycan hazır olmalıdır. İkincisi, təbii ki, Kremlin yeni müstəqil dövlətlərdə-postsovet respublikalarında uzantıları var və o, bu uzantılardan da öz maraqları naminə istifadə edir. Heç şübhəsiz onun ən güclü uzantılarından biri də Ermənistan istiqamətidir. Bilirsiniz ki, Ermənistan, ümumiyyətlə, bir dövlət olaraq Rusiyanın strateji cənub planının bir tərkib hissəsi kimi yaradılıb. Ermənilərin, ümumiyyətlə, Cənubi Qafqaza köçürülməsi, erməni dövlətinin yaradılması və bu günə qədər də genişləndirilərək gətirilib indiki vəziyyətə çıxarılması Rusiyanın cənub strategiyasının tərkibi konteksində dəyərləndirilməlidir. Təbii ki, Rusiyanın Ermənistanda uzantıları da qeyd etdiyim prosesə cəlb olunublar. Siz Ermənistanda gedən prosesləri izləyirsinizsə, Kremlə daha yaxın olan dairələrin konsolidasiyası prosesi gedir. Yəni söhbət Robert Köçəryanın azadlığa çıxması, Serj Sərkisyanla Köçəryan arasında yenidən yaxınlaşmanın baş verməsi, Qagik Sarukyanın bu prosesə qoşulması, keçmiş müdafiə naziri Seyran Ohanyanın aktivləşməsi, Daşnaksütyun Partiyasının aktivləşməsi və digər məsələlərdən gedir. Rusiyanın yuxarıda qeyd etdiyim planlarından Ermənistanda yararlanmaq istəyən qüvvələr var. Onlar Kremllə eyni paraleldə hərəkət edirlər.

İkinci məsələ burada Azərbaycanın planları, niyyətləri ilə bağlıdır. Çünki Azərbaycan heç vaxt gizlətmir ki, uyğun geopolitik məqam düşən kimi Dağlıq Qarabağ məsələsini hərbi yolla həll etməyə ən azı səy göstərəcək. Ona görə də Azərbaycanı vaxtından qabaq hərbi əməliyyatlara cəlb etmək niyyəti də var. Yəni bu, Kremlin bir tərəfdən Azərbaycana təzyiqdir, o biri tərəfdən də Azərbaycanda ictimai rəyi də əlavə təzyiq faktoruna çevirməklə rəsmi Bakı üzərində ikiqat təzyiq qurmaq istəyir. Daha doğrusu, üç qat. Həm Moskva tərəfindən, həm İrəvan və Dağlıq Qarabağ üzərindən, üçüncü də Azərbaycanın öz daxilindən. Azərbaycan daxilində də bilirsiniz ki, Kremllə eyni paraleldə hərəkət eləyən qüvvələr mövcuddur. Ona görə də hadisələrə tam qiymət vermək üçün bu üçqatlı yanaşmanın daha doğru olduğunu düşünürəm.

- Rusiyanın xaric işlər naziri Sergey Lavrov iyulun 13-də tərəfləri atəşi dərhal dayandırmağa çağırdı. Eyni zamanda Rusiyanın vasitəçiliyə hazır olduğunu dedi. Sizcə, bu dəfə Lavrovun timsalında Rusiyanın təmsilçiliyinin bir əhəmiyyəti ola bilərmi?

- Təbii ki, heç bir əhəmiyyəti olmayacaq. Bunun yalnız Moskvanın öz maraqları baxımından əhəmiyyəti var. Bununla Moskva göstərmək istəyir ki, postsovet məkanının hakimi Rusiyadır, istədiyi vaxt burada savaş da qaldıra, istədiyi vaxt savaşı dayandıra da bilər. Rusiyaya vasitəçilik həm də bu marağını həyata keçirmək üçün lazımdır. Bir tərəfdən də bu təşəbbüsü göstərməklə guya tərəfsizliyini qoruyub saxladığını nümayiş etdirmək istəyir. Çünki əgər Moskva indiki halda bu təşəbbüsləri göstərməsə, düşünür ki, birdən Qərb təşəbbüsü ələ ala bilər. Hesab edir ki, ABŞ, Avropa Birliyi siyasi diplomatik aktivlik göstərib təşəbbüsü ələ ala bilər. Bu da təbii ki, Moskvanın marağına uyğun olmayan durumdur. Ona görə də Moskva çoxqatlı oyun oynayır. Hərbi idarə öz işini, siyasi diplomatik idarə öz işini, kəşfiyyat və təhlükəsizlik qüvvələri də öz işini görür.

- Tovuz döyüşləri Azərbaycan cəmiyyətində çox böyük əzmkarlıq, ruh yüksəkliyinin yarandığını göstərir. Təkcə Tovuzda minlərlə gənc yürüşə çıxıb döyüşə getmək istədiklərini nümayiş etdiriblər. Bakıda və digər bölgələrimizdə də bu vəziyyət müşahidə olunur. Bu cür psixoloji üstünlük və ruh yüksəkliyi Azərbaycana əlavə üstünlük gətirirmi? Müxalifət partiyalarının liderlərinin cəbhə bölgəsinə səfər etməsi insanlarda ruh yüksəkliyini daha da artırmaq baxımından lazımdırmı?

- Azərbaycan 18 oktyabr 1991-ci ildən müstəqilliyini elan edib. Gələn il müstəqilliyimizin bərpa olunmasından 30 il keçəcək. Yəni 30 il yeni sosial nəslin yetişməsi deməkdir. Azərbaycan artıq dövlətçiliyini yeni bərpa etmiş dövlət deyil. Ona görə də müharibə kimi çox ciddi məsələ təbii ki, dövlət tərəfindən idarə olunmalıdır. Bizim təcrübəsi olan dövlətimiz var. Bu dövlətin sahibi də xalqdır. Təbii ki, qeyd etdiyiniz ruh yüksəkliyi, gənclərin vətənpərvərliyi qürurvericidir, Azərbaycanın əlini gücləndirir. Amma imkan vermək lazımdır ki, dövlət, dövlət orqanları öz funksiyalarını sərbəst şəkildə yerinə yetirə bilsinlər. Vətəndaşlarımız çox sağ olsunlar, amma dövlət orqanlarına əlavə problemlər yaratmasınlar və cəbhə bölgələrinə getməyə də hələlik ehtiyac görmürəm. Xüsusən də sizin də qeyd etdiyiniz kimi, belə bir ruh yüksəkliyi onsuz da var olduğu bir vaxtda. Mənə belə gəlir ki, əhali karantin şərtlərini də nəzərə almalıdır və pandemiya unudulmamalıdır. Karantin rejimi şərtlərinə də əməl olunmalıdır. Ruh yüksəkliyi gözəldir, amma o, problemə çevrilən istiqamətə yönəlməməlidir. Əhali içərisində də bunun üçün təbliğat, iş aparılmaıldır. Bu təbliğatı dövlət orqanları ilə yanaşı, siyasi partiyalar, QHT-lər, ictimai xadimlər, jurnalistlər aparmalıdır. Yəni hər kəs məsələyə peşəkar yanaşmalıdır. Biz artıq anlamalıyıq ki, müharibələr artıq əvvəlki kimi yalnız bir ölçülü getmir. Yəni klassik müharibələr yoxdur. Müharibələr artıq strateji xarakter daşıyır. Bunun həm hərbi komponenti var, həm də qeyri-hərbi çoxsaylı komponentləri var. Burada siyasi-diplomatik məsələlər var, iqtisadi, sosial məsələlər var, kəşfiyyat informasiya, kiber sahə ilə bağlı məsələlər var. Bütün bu və digər məsələlərin hamısı nəzərə alınmalıdır. Yəni biz anlamalıyıq ki, müharibə artıq yalnız tankla-topla aparılmır. Müharibə həm də beyinlərdə, ruhlarda aparılır. Ona görə də Azərbaycan yeni nəsil müharibəyə tam hazır olmalıdır. Bu strateji savaş hərtərəflidir və dərindir. Strateji savaşı aparmaq üçün xüsusi əməliyyat qüvvələrinə ehtiyac var.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
Bu gün, 07:43
Bu gün dollar neçəyə olacaq?
Bu gün, 07:38
SMS icazə sistemi ləğv edilir - Bu gündən
Bu gün, 07:36
Ölkədə turizm böhranı: - Qonaqsız evin ruzisi qaçar
Dünən, 18:14
Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib
Dünən, 18:13
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Dünən, 18:11
Paşinyan xalqın əleyhinə gedir - Şirak Bünyatyan
Dünən, 18:10
“Gürcüstanın timsalında strateji tərəfdaş görmədik”
Dünən, 18:08
“Space” telekanalının yayımı 3 saat dayandırılacaq - MTRŞ
Dünən, 18:06
“Daim qorxu içində yaşayıram”
Dünən, 18:03
Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin 300 min manatdan çox vergi borcu var
Dünən, 17:54
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Dünən, 17:52
“Səhiyyə xərcləri rekord səviyyədə artırılır” - Maliyyə naziri
Dünən, 17:46
“Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır” - Nazir
Dünən, 17:41
Afaqla Brilliant niyə küsüb?
Dünən, 17:32
“Guya, mən demişəm ki, Azərbaycan bayrağındakı ulduzu götürmək lazımdır” – Elman Nəsirov
Dünən, 17:30
“Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” - Erməni ekspert
Dünən, 17:26
Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 750 mini keçib
Dünən, 17:25
Azərbaycanda COVID-19-a yoluxanların sayı 32 910-a çatıb, 473 nəfər vəfat edib
Dünən, 17:24
Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Dünən, 17:22
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
Dünən, 17:21
Xızının icra başçısı karantin qaydalarını belə pozdu - VİDEO
Dünən, 17:15
Deputat TƏBİB-i tənqid edib - "Onun fəaliyyəti şübhə altındadır"
Dünən, 17:11
Müavinət xərclərində 23,6 mln. manat artıq ödəmə aşkar edilib
Dünən, 17:10
Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb
Dünən, 17:08
AXCP və "Milli Şura" növbəti qeybətxana şousunda əsl iç üzlərini açdılar - "Biz maraqlı olmalıyıq ki, İlham Əliyev karantini artırsın..."
Dünən, 17:07
“Bu ərazi zəbt olunmuşdu və hissə-hissə satmaq istəyirdilər” - Eldar Əzizov
Dünən, 17:04
Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi - "Bu da yaxın qohumluq əlaqəsi demək deyil..."
Dünən, 17:02
“Mehdiyevin göndərilməsinin bir səbəbi də...” - Ölkədə SİYASİ SİSTEM DƏYİŞİKLİYİ
Dünən, 17:01
“Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: - “O borc bağışlanmayıb, qanunla avtomatik silinib”
Dünən, 16:59
Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı
Dünən, 16:57
"İlkinin oynadığı rollar təkrardır"
Dünən, 16:56
AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: - Biri terapevtik zülal, digəri bitki mənşəli peyvənd
Dünən, 16:50
“Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir” - deputat
Dünən, 16:48
Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin - Dövlət başçısı
Dünən, 16:45
Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
Dünən, 16:44
ƏDV nəşriyyatların BELİNİ “QIRIR”: - “…Ləğv edilməlidir!”
Dünən, 16:42
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Dünən, 16:40
Dəniz suyunda "COVID-19"a yoluxmaq mümkündürmü? – ƏTRAFLI İZAH
Dünən, 16:15
Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb
Dünən, 16:14
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Dünən, 16:12
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nekroloq imzalayıblar
Dünən, 16:11
DİN-dən karantin rejimi ilə bağlı AÇIQLAMA
Dünən, 15:39
"Bu məktublar da hər dəfə yox, ayda-ildə bir dəfə gəlir" - Şahbaz Quliyevin qardaşı
Dünən, 15:36
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb - Diqqət!
Dünən, 15:35
Səfər Mehdiyevdən ŞOK ADDIM - İLGİNC
Dünən, 15:33
Regionlara və Bakıya gediş-gəlişin təklif olunan forması nə dərəcədə məntiqli və şəffafdır?
Dünən, 15:26
Moskvada ermənilərin hücumlarına məruz qalan azərbaycanlılar Sərkisovdan pul almaq istəmir - “AMMA BİZ BUNA HAZIRIQ...”
Dünən, 15:23
“Azərbaycanda şəffaflaşmanın səviyyəsi artıb”
Dünən, 15:21
Müğənni Elnarə Xəlilovadan sərt reaksiya: - "Biz ev heyvanıyıq, siz də sahibimiz?"
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru