"İmkan varsa heç alış-veriş də etməyin..." .....                     Rövşən Rzayev nə ilə fərqlənə bildi? .....                     Keçmiş başçının qohumları meydan sulayır .....                     Müxalifətin yekdil qərarı: .....                     Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb .....                     “Dövlətimizə yardım etmək üçün vacib şərt budur” .....                     Gəncədə iki nəfər dərmandan zəhərlənib .....                     Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır .....                     "Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" .....                     İH-dən reaksiya: .....                     TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: .....                     Dollar manata nisbətdə bahalaşa bilərmi?! .....                     "Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... .....                     Qiymətli Kağızlar bazarı çöküb .....                     “Hamımız məsuliyyətli olmalıyıq” .....                     "Belə islahat, idarəçilik olmaz" .....                     “Haranı qazırsan, Soros və oğlanları çıxır” .....                     Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb .....                     “Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” .....                     Şəhid general və polkovnikin məzar daşı hazırlandı .....                     Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb .....                     Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən .....                     "İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" .....                     Avqustun 10-da dollar neçəyə olacaq? .....                     "İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" .....                     UFC təxribata əl atan ermənini cəzalandırdı .....                     ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... .....                     "Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" .....                     Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, .....                     "Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" .....                     Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb .....                     Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir .....                     Türkiyədə dollar bahalaşıb .....                     “Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” .....                     BP Azərbaycanı tərk edir? .....                     Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? .....                     Məktəbli formaları tikilirmi? .....                     Erməni dərsliklərində “türk izi” .....                     Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı .....                 

Bakının qisas əməliyyatı: Vətən müharibəsi qapıda! - GƏLİŞMƏ
Tarix: 15-07-2020, 09:23 | Çap et
Bakının qisas əməliyyatı: Vətən müharibəsi qapıda!
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüş əməliyyatları davam edir. Bəli, məhz döyüş əməliyyatları. Bunun başqa adı isə müharibədir. Klassik anlamda müharibə ölkələr arasında olur, ölkə daxilində yox. Ölkə daxilində antiterror əməliyyatı keçirilir ki, heç şübhəsiz, günün birində Azərbaycan dövləti işğal altındakı ərazilərimizdə, Dağlıq Qarabağda buna mütləq gedəcək.

Ancaq məsələ ondadır ki, Azərbaycan tarixi Türk torpaqlarında yaradılmasına rəğmən, “Ermənistan” adlı qondarma dövlətin ərazisində gözü yoxdur. Ermənistan isə nəinki Azərbaycana, digər qonşu ölkələrə - Türkiyə və Gürcüstana da ərazi iddiası ilə yaşayır, bu iddialarını heç gizlətmir də. Torpaqlarımızın 20 faizi də illərdir yenə məhz erməni işğalı altındadır. Odur ki, qərb sərhədimiz boyu erməni təxribatlarında hansı tərəfin maraqlı olmasını müəyyən eləmək üçün baş sındırmağa dəymir.

Hərbi gücü Azərbaycandan xeyli zəif olan düşmən ölkənin bununla əsasən hansı hədəflər güddüyü barədə yazmışıq. Bu hədəflərə Ermənistandakı acınacaqlı daxili sosial-iqtisadi vəziyyətdən və narazılıqdan ictimai diqqəti yayındırmaq cəhdindən tutmuş, KTMT timsalında Rusiyanı Azərbaycanla konfliktə cəhd eləmək kimi çeşidli məkrli niyyətlər daxildir.

Tanınmış yerli və əcnəbi hərbi, siyasi ekspertlərin bu xüsusda şərh və proqnozları diqqət çəkir.

*****

“Cəbhə xəttində baş verən hadisələr tamamilə gözlənilən idi. Düşünürəm ki, erməni tərəfinin motivasiyası kifayət qədər aydındır. Səbəb Moskva ilə İrəvan arasında münasibətlərin pisləşməsidir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Kremllə tərəfdaş olmayacağını yaxşı bilir: “Bundan əlavə, o, Rusiyanın daxildə ona qarşı bütün siyasi rəqibləri dəstəklədiyindən qorxur. Bu vəziyyətdə Paşinyanın yalnız bir yolu var - hərbi əməliyyatların başlanmasını tətikləmək, kömək edib-etməyəcəyindən asılı olmayaraq Moskvanı xəyanətdə ittiham etmək. Ardınca İrəvan bəyan edəcək ki, Moskva ilə münasibətləri kəsir və bundan sonra qərbyönlü siyasət yürütmək niyyətindədir. Buna görə də son təxribatın seçim yeri birmənalıdır”.

Sabiq XİN başçısına görə, mövcud vəziyyət Azərbaycan üçün böyük imkanlar açır. “Birincisi, Moskva İrəvana heç bir şəkildə kömək etməyəcək. İkincisi, yaranmış vəziyyət qoşunların bütün təmas xətti boyu düşmənə ciddi zərbələr vurmağa imkan verir”, - deyə o qeyd edib.

Tofiq Zülfüqarov eyni zamanda, qəribə bir vəziyyətin yarandığına diqqət çəkib: “Hərbi əməliyyatların başlamasında ən çox maraqlı olmayan Rusiyadır. Çünki Moskvada anlayırlar ki, müharibə onu seçim önündə qoyacaq. Yəni sən ya Azərbaycanın, ya da Ermənistanın tərəfindəsən. Kreml isə belə həssas vəziyyətdən hər vəchlə yayınmaq istəyir - xüsusən də Moskvanın imkanlarının xeyli məhdud olduğu indiki şəraitdə. Üstəlik, Qərbdən Rusiyaya çox ciddi təzyiqlər edilir. Moskvada onu da başa düşürlər ki, regional və hərbi cəhətdən Azərbaycan və Türkiyəyə qarşı heç bir şey qoya bilməzlər. O Türkiyə ki, şəkk-şübhəsiz, Bakının köməyinə gələcək. O səbəbə, Kremlə belə böyük qarşıdurma gərək deyil”.

*****

Öz növbəsində tanınmış rusiyalı siyasi ekspert, Moskvadakı Siyasi Təhlil və Proqnozlar Mərkəzinin prezidenti Denis Korkodinov hesab edir ki, “12 iyul Ermənistan üçün sonun başlanğıc günü ola bilər”.

“Mütəxəssislərin dəfələrlə bəyan etdikləri kimi, Bakı ilə İrəvan arasında barışıq yalnız qarşılıqlı iki şərtin təmin edilməsi halında mümkündür - bu, işğal olunmuş Azərbaycan torpaqlarının tam azad olunması və atəşkəsdir. Lakin Ermənistan müntəzəm olaraq Azərbaycana qarşı təxribatlar törətməklə bu şərtləri qəti şəkildə qəbul etmir. Təxminən 30 ildir Bakı münaqişənin siyasi yolla həllinə və beynəlxalq birliyin vasitəçiliyinə ümid edərək, atəşkəsə dözüm göstərməyə çalışır. Lakin 12 iyul 2020-ci il Ermənistanın sonunun başlayacağı gün ola bilər. Bakı son dərəcə qətiyyətlidir. Bu baxımdan beynəlxalq birlik, o cümlədən Moskva, çox güman ki, hərbi hadisələrin gedişatını dəyişdirə bilməyəcək”, - deyə ekspert qeyd edib.

“Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı çox yüksəkdir”. Müsavat.com-un məlumatına görə, bu sözləri tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenhauer «Rosbalt»a müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisələr müharibəyə doğru gedir və ehtimal ki, bu qaçılmazdır: “Çünki Qarabağ problemi heç bir şəkildə həll olunmur və bundan ötrü hətta nəzəri perspektivlər də görünmür. Hazırda iki seçim var: ya döyüşmək, ya da ”nə sülh, nə də müharibə" ruhunda davam etmək, yəni dondurulmuş münaqişə. Lakin dondurulmuş münaqişələr, xüsusən də insanların öldürülməsi ilə davam edən, atışmaların müntəzəm baş verdiyi yerlərdə adətən müharibəyə səbəb olur".

Hərbi ekspert daha sonra Azərbaycanın İsraillə fəal əməkdaşlıq etdiyini yada salıb: “İsrail, ümumiyyətlə, bu ölkədə ciddi hərbi mövcudluğa malikdir. Burada onun kontraktçıları, Azərbaycan Ordusunu təkmilləşdirən mütəxəssisləri var. İsrail həqiqətən də Rusiyanın təqdim edə biləcəyi silahlardan da daha müasir silahlarla Bakını yaxşı silahlandırıb. Deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri keyfiyyətcə hətta Rusiyanınkından üstündür. Məsələn, müasir dronlar məsələsində. Üstəlik, İsrail pilotsuz təyyarələrini bizə satmadı, çünki Pentaqon icazə vermədi, amma Azərbaycana satdı. 2016-cı ilin ”4 günlük" müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin erməni ordusundan keyfiyyətcə üstünlüyü özünü göstərdi. Azərbaycanlılar o vaxt İsrail dronlarından əlavə, Rusiyanın “Buratino” adlı ağır sistemlərini erməni mövqelərinə qarşı tətbiq etmişdilər. Ermənilər üçün bu əsl şok idi, o zaman onlar yetərincə ciddi itki vermişdilər".

İşğalçı ordunun göstəricilərinə gəlincə, Felqenhauer hesab edir ki, Ermənistan sovet tipli bir orduya malikdir. “Həm Azərbaycanda, həm də Ermənistanda sovet istehsallı hava hücumundan müdafiə sistemləri mövcuddur. Ancaq təkrar edirəm, yalnız Bakı İsrailin daha keyfiyyətli və müasir silahlarına sahibdir. Unutmayaq ki, israillilər hazırda Azərbaycan T-72 tanklarını Rusiya T-90 tankları səviyyəsinədək modernləşdiriblər. Bundan əlavə, Azərbaycan kifayət qədər inkişaf etmiş müdafiə sənayesinə malik Türkiyədən də müasir silahlar alır. Ermənistanın isə pulu azdır və o, yalnız Rusiyadan nəsə ala bilər, özü də yalnız Moskva satmaq və ya vermək istədiyi şeyi. Ermənilər İrandan silah almırlar, çünki başa düşürlər ki, Amerikanın ”qara siyahıları"na düşə bilərlər", - deyə analitik qeyd edib.

Fikrini yekunlaşdıran rusiyalı hərbi ekspert Ermənistanla Azərbaycan arasında barışıq baxımından vəziyyəti ümidsiz adlandırıb və əlavə edib: “Qarabağ münaqişəsi kimi konfliktlərin daha böyük müharibə ilə nəticələnə biləcəyi ehtimalı yüksəkdir”.

*****

Bu, siyasi və hərbi ekspertlərin şərh və təxminləri idi. Bir şey dəqiqdir ki, Azərbaycanın təcavüzkara qarşı qisas əməliyyatı artıq başlayıb. Vətən müharibəsi qapıdadır! 12 iyulu həqiqətən də işğalçı üçün sonun başlanğıcı edə bilərik...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İmkan varsa heç alış-veriş də etməyin..." - GİLEY
8-08-2020, 08:14
Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki...
8-08-2020, 08:10
Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ
8-08-2020, 08:08
Müxalifətin yekdil qərarı: - “Ölkəmizdə Türkiyə hərbi bazası yaradılsın!”
8-08-2020, 06:54
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb
8-08-2020, 06:49
“Dövlətimizə yardım etmək üçün vacib şərt budur” - deputat
8-08-2020, 06:45
Gəncədə iki nəfər dərmandan zəhərlənib - birinin vəziyyəti orta-ağırdır
8-08-2020, 06:38
Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib
8-08-2020, 06:32
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır - Diqqət!
7-08-2020, 18:14
Əməkdar artistdən şou əhlinə: - “Etirazın yeri yoxdur"
7-08-2020, 18:13
"Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" - deputat
7-08-2020, 18:06
İH-dən reaksiya: - Sakinlər deputatın çıxışından “hiddətlənib”?
7-08-2020, 18:04
TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: - "Payıza qədər..."
7-08-2020, 17:56
Dollar manata nisbətdə bahalaşa bilərmi?! - GƏLİŞMƏ
7-08-2020, 17:55
"Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... - Onlardan yalnız 1-ni xilas etmək mümkün olub
7-08-2020, 17:50
Qiymətli Kağızlar bazarı çöküb – 30% azalma
7-08-2020, 17:48
“Hamımız məsuliyyətli olmalıyıq” - Ülvi Quliyevdən ÇAĞIRIŞ
7-08-2020, 17:42
"Belə islahat, idarəçilik olmaz" - Sabir Rüstəmxanlıdan ETİRAZ
7-08-2020, 17:39
“Haranı qazırsan, Soros və oğlanları çıxır” – Fərhad Əhmədov
7-08-2020, 17:38
"Tam aydın olmasa, özümə zəng edin" - Jurnalist təhrifləri müğənnini yorub...
7-08-2020, 17:27
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb - Diqqət!
7-08-2020, 17:24
“Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” - Lukaşenko nöqtəni qoydu
7-08-2020, 17:22
Şəhid general və polkovnikin məzar daşı hazırlandı - FOTO
7-08-2020, 17:17
Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb
7-08-2020, 17:16
Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi
7-08-2020, 17:10
"İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" - Həkim
7-08-2020, 17:03
Avqustun 10-da dollar neçəyə olacaq?
7-08-2020, 17:01
"İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" - Ramaldanov
7-08-2020, 16:59
UFC təxribata əl atan ermənini cəzalandırdı - Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib
7-08-2020, 16:56
ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... - VİDEO
7-08-2020, 16:54
“Mətbuat bu gün sosial şəbəkələrə yox, inamsızlığa uduzur” - Arif Əliyev
7-08-2020, 16:48
"Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" - AKTUAL
7-08-2020, 16:45
"Gül calaqları edə bilərəm"
7-08-2020, 16:44
Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, 421 nəfər sağaldı, 4 nəfər öldü
7-08-2020, 16:41
"Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" - Baş Prokurorluq
7-08-2020, 16:40
Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb
7-08-2020, 16:29
Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir - Bakıda ŞOK OLAY
7-08-2020, 16:28
Türkiyədə dollar bahalaşıb
7-08-2020, 16:17
“Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” - Ən optimal yol
7-08-2020, 16:09
BP Azərbaycanı tərk edir? - "Reuters"dən ŞOK XƏBƏR
7-08-2020, 16:06
Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR
7-08-2020, 16:02
Məktəbli formaları tikilirmi? - TAPŞIRIQ VERİLMƏYİB
7-08-2020, 15:56
Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü
7-08-2020, 15:54
Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı - FOTO
7-08-2020, 15:51
ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə...
7-08-2020, 15:44
“Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company”
7-08-2020, 15:41
Neftçalada Kürdə batan tələbənin meyiti tapılıb
7-08-2020, 15:38
Kənd Təsərrüfatı Nazirliyinə aparat rəhbəri təyin edilib
7-08-2020, 15:36
"Bütün pullarımı geyimlərə xərcləmişəm" - Əməkdar artist
7-08-2020, 15:32
Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edilir
7-08-2020, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru