Vətəndaşlar dəniz uğrunda "döyüşə" dəvət olunur .....                     Kompüter siçanı yaradan şəxs öldü .....                     Vəkili Fuad Qəhrəmanlının səhhətindən danışdı .....                     “Azərbaycan və Türkiyə ordusu Cəbrayılda hərbi təlimlər keçirə bilər” .....                     Polad Həşimovun adı bu küçəyə verildi .....                     Türkiyə-Azərbaycan konfederasiyası .....                     Beyrutdakı partlayışın altından rus biznesmen çıxdı: .....                     "Hətta xaricdə yaşayanlar da məsuliyyətə cəlb oluna bilərlər" .....                     Orduda xidmət etmək istəyənlər üçün .....                     "Bu gün rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq" .....                     Premium markalı yanacağın qiyməti qalxdı .....                     Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb .....                     Azərbaycan “Aralıq dənizi Qalxanı”nda .....                     Bakıda dəhşət .....                     Ər arvadını qısqanaraq boğazını kəsib öldürdü .....                     Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılıb .....                     Neftin qiyməti .....                     “Qənaət rejiminə keçib, ağır dövrü başa vurmalıyıq” .....                     Azərbaycan əleyhinə yönələn məhsul satışdan çıxarıldı .....                     “AFB Bank”ın rəhbərliyində dəyişiklik olub .....                     Sabiq deputatın klinikasına hücum oldu, işçilərə xəsarət yetirildi .....                     “TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib .....                     “GƏMİNİN TAVANI ÇÖKDÜ, YAXINLIQDA BİR NƏFƏR ÖLDÜ...” .....                     Sabah dollar neçəyə olacaq? .....                     Azərbaycanın çökən AVTOMOBİL BAZARI: .....                     Eldar Mahmudovun bankındakı saxta qızıl qalmaqalı böyüyür .....                     Təhsil Nazirliyindən yeni tədris ili ilə bağlı AÇIQLAMA: .....                     Keçmiş deputatın səhhətindən xəbər var: .....                     Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması yeritdi .....                     Qəbələdə ərazi məişət tullantılarından təmizlənir .....                     Vüsal Kərimlinin adı yenə də milyonların yeyintisində... .....                     Azərbaycanda ümumilikdə 759 129 koronavirus testi aparılıb .....                     Azərbaycanda indiyədək 33 103 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda son sutkada 492 nəfər COVID-19-dan sağalıb, .....                     "Araz" marketdə müştəriləri narazı salırlar .....                     Xüsusi karantin rejim qaydalarını pozanlar cərimələndilər .....                     Baş Prokurorluğun kollegiya iclası keçirilib .....                     Şahbaz Xuduoğludan Operativ Qərargaha MÜRACİƏT .....                     Sabah Milli Məclisin növbəti iclası keçiriləcək .....                     "Minsk Qrupundan ədalətli mövqe gözləməyə dəyməz" .....                 

“Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” - AKTUAL
Tarix: 14-07-2020, 20:28 | Çap et
“Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır”
Tovuzda işğalçı Ermənistanın törətdiyi təxribat çərçivəsində baş verən hərbi əməliyyatlar davam edir. Ordumuzun generalları əsgərlərimizlə birgə çiyin-çiyinə ön cəbhədə düşmənlə mübarizə aparırlar.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs - Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğlu həlak olub.

Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür. Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub. Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdırlar.

Son aylarda Azərbaycanla Ermənistan sərhəddində qarşıdurmaların davam etdiyini deyən politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, ən müasir artilleriyanın iştirakı ilə bu cür döyüşlər müşahidə edilməmişdi. Analitikin sözlərinə görə, nədənsə Qazaxda işğal olunmuş bəzi bölgələrdə bu döyüşlər başlamadı:

“Çünki belə olduğu təqdirdə Azərbaycan əks hücuma keçib və indiyə qədər düşmənin işğalında olan Qazax torpaqlarını geri qaytara bilərdi. Amma Tovuzda ermənilərin işğal etdikləri ərazilər mövcud deyil. Çox maraqlıdır ki, bu döyüşlər birbaşa sərhəddə gedir. Təbii ki, bu da Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bilavasitə səlahiyyət çərçivəsinə aiddir. Hiss olunur ki, Ermənistan həqiqətən də KTMT-ni və bu təşkilatın nüvəsi olan Rusiyanı prosesə cəlb etmək istəyir. Əslində bununla həm də Rusiyanı çətin vəziyyətə salır. Çünki artıq Ermənistanda anti-Rusiya ovqatı formalaşmaqdadır. Siyasi müstəvidə hətta Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının Ermənistandan çıxarılması haqqında çağırışları da müşahidə etməkdəyik. Düşünürəm ki, bunlar əvvəlcədən ictimai rəyi hazırlamaq üçün verilmiş çağırışlar idi. Davamı olaraq isə qəflətən Tovuzda hərbi təxribatlar başladı. Təbii ki, Paşinyan hökuməti bu məsələdə KTMT-ni prosesə cəlb etmək istəyir. Hətta KTMT başda Rusiya olmaqla bu prosesə cəlb olunmasa, birmənalı olaraq Ermənistan hərbi cəhətdən dəstəklənməsə, bu, Paşinyan hökümətinə yeni imkanlar yaradacaq. Erməni ictimaiyyətinə deyiləcək ki, Ermənistan uzun illər Rusiyanın vassaslı olmasına rəğmən belə çətin vəziyyətdə Rusiya Ermənistanı Azərbaycanla təkbətək buraxdı. Fikrimcə, bu arqument Ermənistan üçün çox həssasdır. Bunu səsləndirmək üçün artıq ideoloji baza yaradılır. Məsələnin kökündə duran əsas qayə budur”.

Politoloqun qənaətincə, Qərb dünyası, xüsusilə ABŞ-da Paşinyana inqilabda kömək edən və inqilabın baş tutması üçün milyonlarla vəsait ayıran SOROS kimi qlobal maliyyə gücləri də prosesi tətikləyə bilər:

“Çox maraqlıdır ki, bu hadisələr məhz Türkiyə rəhbərliyinin Aya Sofyanın yenidən məscidə çevrilməsi ilə bağlı verdiyi qərardan sonra baş verdi. Fikrimcə, Azərbaycan üzərindən Türkiyəyə verilən bir mesaj ola bilər”.

N.Miri qeyd edib ki, Türkiyənin siyasi hakimiyyətində, hətta AKP-də funksionerlərin əksəriyyəti artıq Dağlıq Qarabağda işğal olunmuş ərazilərin azad olunma vaxtının gəldiyini bəyan etdilər. Bu günə qədər olan heç bir döyüşlərdə və hərbi təxribatda Türkiyə dövləti bu qədər açıq və radikal çağırışlarla çıxış etməyib:

“Türkiyə də anlayır ki, əslində Tovuzda baş verən hərbi təxribat dolayısı ilə Türkiyəyə Azərbaycan üzərindən verilən bir mesajdır. Ona görə də bu çox mürəkkəb bir labirintə bənzəyir. Amma Paşinyan höküməti labirinti özünün xeyrinə çevirmək istəyir. Ağır zərbə almaqlarına rəğmən Ermənistan ordusu geri çəkilmir. Hazırda Tovuzda açıq müharibə getməkdədir. Hətta Azərbaycanın general və polkovnikləri bir əsgər kimi səngərdə ermənilərlə döyüşmək məcburiyyətində qalıb”.

Analitik vurğulayıb ki, ermənilər güclü zərbə alıb döyüşdən geri çəkilmirsə, deməli, Paşinyan hökumətinin konkret gözləntiləri var:

“Bu gözləntiləri Paşinyan hökuməti yaxın gələcəkdə siyasi uğura çevirmək istəyindədir. İlk növbədə Rusiya prosesə müdaxilə etməsə, xalqa bildiriləcək ki, “Rusiya bizi Azərbaycana satdı. Rusiyanın Azərbaycana satdığı silahlarla erməni oğulları məhv edilir. Ona görə də bundan sonra ciddi şəkildə Rusiyaya inteqrasiyadan imtina etmək və qərbə inteqrasiya xəttini möhkəmləndirmək lazımdır”. Bu, Paşinyan hökümətinə ciddi bəhanə verə bilər. Əsas hədəflərdən biri budur. Digər hədəf Qərb dövlətilərinin dolayısı ilə Azərbaycan üzərindən Türkiyəyə verdiyi mesajdır. Hər bir halda gün bu gündür və Ermənistan hərbi təxribata yol verib. Düşmənin nəfəs ala bilməməsi üçün təcili qaydada müharibə Qarabağ cəbhəsinə transfer edilməlidir ki, qüvvələr Qarabağ cəbhəsindən Tovuza göndərilə bilməsin. Azərbaycanın Naxçıvanda olan ordusu da dərhal fəaliyyətə keçməlidir ki, Ermənistanın bütün qüvvələri parçalanmış vəziyyətdə olsun. Qısa bir zaman çərçivəsində Azərbaycan Ordusunun buna imkanı var. Ən strateji bölgələr, Ağdam, Füzuli, Cəbrayıl və Ağdərə düşməndən tamamilə azad edilə bilər. Bu, gələcək perspektivdə sülh masası ətrafında Azərbaycanın mövqelərini gücləndirərdi. Bundan sonra isə Ermənistanla danışmaq çox rahat olacaq. Vəziyyətdən istifadə etməsək, tarix, xüsusilə siyasi hakimiyyət bunu bizə bağışlamayacaq”.

Politoloqun fikrincə, təcili qaydada Azərbaycan Türkiyə ilə rəsmi qaydada hərbi saziş imzalamalıdır:

“Hərbi sazişdən doğan bəzi davranışlar olacaq, bu da qarşılıqlı yardımla bağlıdır. Artıq qardaş ölkə Azərbaycana ən kritik vəziyyətdə yardım edə biləcək. Bunun davamı olaraq Türkiyə havadan müdafiə qüvvələri eyni zamanda bir eskadrilyasını Naxçıvanda yerləşdirməlidir. Buna Türkiyənin haqqı var. Çünki Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə qarant ölkədir. Ermənistan Naxçıvanın da təhlükəsizliyini təhdid etdiyi üçün qarant ölkə olaraq Türkiyə bir eskdrilyasını Naxçıvanda yerləşdirməlidir.
Qarabağ namus məsələdir. Hər kəs əlini daşın altına qoymalıdır. Türkiyə ilə hərbi sazişin bağlanması, eyni zamanda Türkiyənin Hərbi Hava Qüvvələrindən bir eskadriliya Naxçıvanda yerləşdirilməsi önəmlidir”.

N.Miri vurğulayıb ki, Azərbaycan hələ də Türkiyə ilə birmənalı olaraq rəsmi hərbi saziş bağlamayıb:

“Qarşılıqlı yardım haqqında müəyyən maddələri özündə ehtiva edən sənədlər var. Amma bunlar hərbi saziş deyil. Lakin belə bir saziş Rusiya ilə Ermənistan arasında mövcuddur. Növbəti dəfə bu məsələ 2049-cu ilə qədər uzadılıb. Ona görə də bu gün ölkəmizə nə mane olur ki, Türkiyə ilə hərbi saziş bağlamasın? Bu məsələ ekspertlər və media işçiləri tərəfindən işıqlandırılmalıdır”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşlar dəniz uğrunda "döyüşə" dəvət olunur - Çimərlik oyunları...
Dünən, 19:28
Kompüter siçanı yaradan şəxs öldü - FOTO
Dünən, 19:22
Vəkili Fuad Qəhrəmanlının səhhətindən danışdı - "Sağlamlıq durumu çox yaxşıdır"
Dünən, 19:18
“Azərbaycan və Türkiyə ordusu Cəbrayılda hərbi təlimlər keçirə bilər” - İLGİNC
Dünən, 19:17
"Adama rayonuna görə yox, özünə görə hörmət qoymaq lazımdır" - TƏBİB-ə daha bir İTTİHAM
Dünən, 19:14
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
Dünən, 19:07
Türkiyə-Azərbaycan konfederasiyası REALDIRMI?
Dünən, 19:05
Beyrutdakı partlayışın altından rus biznesmen çıxdı: - Dəfələrlə xəbərdarlıq edilsə də...
Dünən, 19:03
"Hətta xaricdə yaşayanlar da məsuliyyətə cəlb oluna bilərlər"
Dünən, 18:50
Şəbnəm dəbdəbəli villasını Könül Kərimovaya satıb? - FOTO
Dünən, 18:44
Orduda xidmət etmək istəyənlər üçün ŞANS
Dünən, 18:41
"Bu gün rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq" - TƏBİB-in Elmi Komitəsinin üzvü
Dünən, 18:34
Premium markalı yanacağın qiyməti qalxdı - SƏBƏB
Dünən, 18:21
“İlhamə Quliyevadan sonra şou-biznes başsız qalıb”
Dünən, 18:19
"Tezliklə hər şey qaydasına düşsün"
Dünən, 18:15
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb - SİYAHI
Dünən, 18:07
Azərbaycan “Aralıq dənizi Qalxanı”nda – Şok hərbi açılım
Dünən, 18:05
Bakıda dəhşət — Ata 2 yaşlı oğlunun başını kəsdi
Dünən, 17:57
Ər arvadını qısqanaraq boğazını kəsib öldürdü
Dünən, 17:53
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılıb
Dünən, 17:47
Ermənistan Rusiya telekanallarının yayımını dayandırır
Dünən, 17:45
Neftin qiyməti - YÜKSƏLİR
Dünən, 17:40
“Qənaət rejiminə keçib, ağır dövrü başa vurmalıyıq” - YAP-çı deputat
Dünən, 17:28
Alimdən müğənnilərə ÇAĞIRIŞ: - “Şou dövrü bitdi, özünüzə iş axtarın!”
Dünən, 17:27
Azərbaycan əleyhinə yönələn məhsul satışdan çıxarıldı
Dünən, 17:22
“AFB Bank”ın rəhbərliyində dəyişiklik olub
Dünən, 17:21
"Sosial şəbəkədəkilər cahildir, savadısızlıq bu ölkədə çoxdur" - QALMAQAL
Dünən, 17:17
Sabiq deputatın klinikasına hücum oldu, işçilərə xəsarət yetirildi - FOTO
Dünən, 17:14
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib
Dünən, 17:10
“GƏMİNİN TAVANI ÇÖKDÜ, YAXINLIQDA BİR NƏFƏR ÖLDÜ...” - Beyrutda "Palmali"nin gəmisi də zərər görüb
Dünən, 17:07
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:04
"Gecə ilə mənim instagram səhifəm hack olunub"
Dünən, 16:59
Azərbaycanın çökən AVTOMOBİL BAZARI: - “Alverçilər qiyməti istədikləri kimi “tənzimləyirlər”
Dünən, 16:57
“Kimdir sənə 1000 manatlıq gül göndərən?
Dünən, 16:53
Eldar Mahmudovun bankındakı saxta qızıl qalmaqalı böyüyür - birilliant və sikkələri bankdan kim çıxarıb?
Dünən, 16:52
Təhsil Nazirliyindən yeni tədris ili ilə bağlı AÇIQLAMA: - Ənənəvi forma ilə yanaşı...
Dünən, 16:44
TƏBİB jurnalist Əmrah Fəqanoğlu ilə bağlı məsələni araşdırır
Dünən, 16:41
Keçmiş deputatın səhhətindən xəbər var: - “...Dəyişiklik müşahidə olunmur”
Dünən, 16:39
Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması yeritdi - 3 MİN HƏRBÇİ, 800-DƏN ÇOX TEXNİKA...
Dünən, 16:34
Qəbələdə ərazi məişət tullantılarından təmizlənir
Dünən, 16:29
Vüsal Kərimlinin adı yenə də milyonların yeyintisində... - Bu adam düzələn deyil...
Dünən, 16:27
"Niyam Salami "Range-Rover" sürə-sürə qışqırır ki, kirayə pulunu verə bilmirik" - Bu manıs tayfası nə qədər nankor olurmuş...
Dünən, 16:22
Azərbaycanda ümumilikdə 759 129 koronavirus testi aparılıb
Dünən, 16:20
Azərbaycanda indiyədək 33 103 nəfərdə COVID-19 aşkarlanıb, 476 nəfər vəfat edib
Dünən, 16:19
Azərbaycanda son sutkada 492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib
Dünən, 16:19
"Araz" marketdə müştəriləri narazı salırlar - GİLEY
Dünən, 16:17
Xüsusi karantin rejim qaydalarını pozanlar cərimələndilər - FOTO
Dünən, 16:12
‘’Yaxşı edir bəzi məmurlar sizin haqqınızı, pulunuzu yeyir’’
Dünən, 16:10
Kino xadimlərinə pul mükafatları təqdim edilib
Dünən, 16:06
Baş Prokurorluğun kollegiya iclası keçirilib - VİDEO
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru