Vətəndaşlar dəniz uğrunda "döyüşə" dəvət olunur .....                     Kompüter siçanı yaradan şəxs öldü .....                     Vəkili Fuad Qəhrəmanlının səhhətindən danışdı .....                     “Azərbaycan və Türkiyə ordusu Cəbrayılda hərbi təlimlər keçirə bilər” .....                     Polad Həşimovun adı bu küçəyə verildi .....                     Türkiyə-Azərbaycan konfederasiyası .....                     Beyrutdakı partlayışın altından rus biznesmen çıxdı: .....                     "Hətta xaricdə yaşayanlar da məsuliyyətə cəlb oluna bilərlər" .....                     Orduda xidmət etmək istəyənlər üçün .....                     "Bu gün rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq" .....                     Premium markalı yanacağın qiyməti qalxdı .....                     Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb .....                     Azərbaycan “Aralıq dənizi Qalxanı”nda .....                     Bakıda dəhşət .....                     Ər arvadını qısqanaraq boğazını kəsib öldürdü .....                     Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılıb .....                     Neftin qiyməti .....                     “Qənaət rejiminə keçib, ağır dövrü başa vurmalıyıq” .....                     Azərbaycan əleyhinə yönələn məhsul satışdan çıxarıldı .....                     “AFB Bank”ın rəhbərliyində dəyişiklik olub .....                     Sabiq deputatın klinikasına hücum oldu, işçilərə xəsarət yetirildi .....                     “TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib .....                     “GƏMİNİN TAVANI ÇÖKDÜ, YAXINLIQDA BİR NƏFƏR ÖLDÜ...” .....                     Sabah dollar neçəyə olacaq? .....                     Azərbaycanın çökən AVTOMOBİL BAZARI: .....                     Eldar Mahmudovun bankındakı saxta qızıl qalmaqalı böyüyür .....                     Təhsil Nazirliyindən yeni tədris ili ilə bağlı AÇIQLAMA: .....                     Keçmiş deputatın səhhətindən xəbər var: .....                     Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması yeritdi .....                     Qəbələdə ərazi məişət tullantılarından təmizlənir .....                     Vüsal Kərimlinin adı yenə də milyonların yeyintisində... .....                     Azərbaycanda ümumilikdə 759 129 koronavirus testi aparılıb .....                     Azərbaycanda indiyədək 33 103 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda son sutkada 492 nəfər COVID-19-dan sağalıb, .....                     "Araz" marketdə müştəriləri narazı salırlar .....                     Xüsusi karantin rejim qaydalarını pozanlar cərimələndilər .....                     Baş Prokurorluğun kollegiya iclası keçirilib .....                     Şahbaz Xuduoğludan Operativ Qərargaha MÜRACİƏT .....                     Sabah Milli Məclisin növbəti iclası keçiriləcək .....                     "Minsk Qrupundan ədalətli mövqe gözləməyə dəyməz" .....                 

Qazıyev qayıtdı ki, hakimiyyəti devirsin - MƏĞLUBİYYƏT FONUNDA PORTRET
Tarix: 14-07-2020, 17:53 | Çap et
Qazıyev qayıtdı ki, hakimiyyəti devirsin
Rəhim Qazıyevi nəyə görə həbs elədilər? Budur, artıq uzun illərdir ki, indiki hakimiyyətin ən barışmaz və ardıcıl rəqiblərindən biri-qalmaqallı keçmiş müdafiə naziri sərbəst müxalifətçilik fəaliyyəti aparır. R.Qazıyev az qala hər gün hakimiyyəti sərt tənqid edirdi. Hərdən istənilən hüquqi dövlətdə, istər Qərbdə olsun, istər Şərqdə, müəyyən edilmiş bütün yol verilən normaları və qırmızı xətləri də keçirdi. Qazıyev dəfələrlə hakimiyyətin zorakı yolla devrilməsinə çağırış edib. Lakin ona toxunmurdular. Dözürdülər, çalışırdılar ki, əhəmiyyət verməsinlər, görməzliyə vursunlar.

Bütün həyatı boyu Qazıyev uçurumun qırağında oynadı

Hərçənd Qazıyev uçurumun qırağında oynayırdı. Axı Qazıyevi hakimiyyətin əsl rəqibi adlandırmaq da çox böyük tərəddüdlə mümkündür. Qazıyev kortəbii emosiyalarla aşıb-daşan, özünəvurğun və dərin kompleksləri olan adamdır. Qorbaçov yenidənqurması dövründə Bakı Politexnikinin riyaziyyat dosenti olan Qazıyev ilahi iradənin, qismətin sayəsində cəbhəçi hakimiyyətin sıralarında yer aldı, antihökumət hərəkatının radikal qanadına rəhbərlik etdi. Qazıyev Lenin meydanının antihakimiyyət triubunasında öz yerini möhkəmləndirdi, bu da ona inqilabçı xalq kütlələrini döhşətli avantüranın-1990-cı il Yanvar qırğınının həndəvərinə qədər aparmağa imkan verdi. Qazıyev özündə üç qan rəngində demokratiya təsəvvür edirdi. O hesab edirdi ki, yeni doğulmuş dövlətçilik ağacını, dostu və tərəfdaşı Etibar Məmmədovun tez-tez təkrar etdiyi kimi, xalqın qanı ilə gen-bol suvarmaq lazımdır. Torpaq o zaman vətən olar ki, onu qanla qarışdırasan. Dağılmaqda olan sovet sistemi ilə kəllə-kəlləyə toqquşma Qazıyevin taleyini müəyyənləşdirdi, o sovet DTK-sının zirzəmisinə salındı. Öz həyatını yox, bütöv xalqın həyatını riskə atan bu avantürist təxmin edə bilərdimi ki, düz 30 il sonra o bir vaxtlar öz xəyallarında cızdığı başqa ölkənin DTK-sının zirzəmisinə salınacaq? Lakin bu xəyallar nə dərəcədə səmimi idi? Deyirlər ki, insanın xarakteri onun taleyidir. Rəhim Qazıyevin həyatı tam kobud avantüra ilə dolu insanın büsbütün tarixçəsidir. Nəyin naminə?! Bunu təxmin etmək çətindir. Lakin Lefortovo türməsindən çıxandan bir neçə həftə sonra Rəhim Qazıyev, batka-Maxnonu xatırladan bu özünəməxsus personaj özünə başqa rol seçdi-AXC-dən hakimiyyət tərəfə meyl edən mərkəzçi deputat. Hakimiyyətdə isə o vaxt keçmiş Lefortovu məhbusunun qəribə davranışlarına nəzər yetirən Ayaz Mütəllibov idi.

Qazıyev müdrikləşdi və ya konformist oldu, özünün dünənki yoldaşlarını və mübarizə tərəfdaşlarını tənqid etdi. Mütəllibov hətta Qazıyevi o zamankı milli təhlükəsizlik şurasının-Milli Müdafiə Şurasının tərkibinə daxil elədi.

Lefortovodan sonra Qazıyev bir başqa adam oldu və bu, Mütəllibovun nəzərindən yayınmadı.

Qarabağ müharibəsi qızışdı, ermən işğalının alovu Azərbaycan ərazilərini bürüməyə başladı. Və R.Qazıyev daxili siyasətdən tam kənara çəkildi, ilk özünümüdafiə batalyonlarının formalaşdırılması ilə məşğul oldu. Qazıyev Qarabağın müdafiəsini özünün həyat amalı elan etdi. Və Azərbaycan müqavimətinin məbədi Şuşada yerləşdi. Bir neçə həftə sonra Xocalıda qətliam törədildi. Bu günə qədər də Xalq Cəbhəsinin iki liderinin-Şuşada Rəhim Qazıyevin və Litvadakı indiki səfir Tamerlan Qarayevin Ağdamda o zamankı hərəkətləri hiddət doğurmasa belə anlaşılmazlıq yaradır. Erməni ekspedisiya korpusu Xocalıda azərbaycanlıları qırırıdı, amma nə Qazıyev, nə də Qarayev dinc əhalini xilas eləmək üçün heç nə etmədilər. Hərçənd Qazıyevin Şuşadakı qoşunu dişinə qədər silahlanmışdı. Şuşadan Xocalıya cəmi 24 kilometrdir. Qazıyevin sərəncamında döyüş texnikası, böyük qüvvə. “Qrad”lar, artilleriya var idi... Lakin Qazıyev qarışmadı. Sonra nə baş verdi? Xocalı hadisələrindən dərhal sonra Qazıyev Azərbaycan parlamentində, hakimiyyət hərisliyindən ağlını itirmiş Xalq Cəbhəsi liderlərinin yanında idi və ona Şuşanın müdafiəsini etibar etmiş Ayaz Mütəllibovun devrilməsində birbaşa iştirak edirdi.

Mütəllibovun devrilməsi ilə R.Qazıyev özünün hakimiyyətə yolunu açdı. Yaqub Məmmədov adında, hansı ki, “Əyri güzgülər krallığı” multfilmindəki Birinci Yaqupopa oxşayır, təsadüfi və keçid dövrü prezidenti onun Azərbaycanın müdafiə naziri təyin edilməsi barədə sərəncam imzaladı. Keçmiş naziri, peşəkar sovet ordu generalı Tacəddin Mehdiyevi isə “bir kəndi təslim etməkdə” günahlandıraraq Qazıyevin başçılığı altında cəbhəçi saqqallılar kabinetindən sözün əsl mənasında ayaqları qabaqda sürüyüb çıxardılar.

Təsadüfi prezident Qazıyevi müdafiə naziri təyin edir

Amma Qazıyev yeni kabinetindən imtina edir və toxunulmaz Şuşanı əlçatmaz Stalinqrad elan edir, bildirir ki, cəbhəçilər şəhərin hər qarışığı uğrunda qan tökəcəklər. Digər satqın polkovnik Elbrus Orucovla birlikdə şəhərə girişləri minalardan təmizlədən Qazıyev şəhəri az qala döyüşsüz təhvil verdi. Şəhərə girən erməni əsgərləri qalanı tamamilə boş və adamsız gördülər. Boyunlarından xaç asan erməni saqqallıları sona qədər inanmırdılar ki, şəhərin müafiəçiləri böyük silah anbarlarını buraxıb Şuşadan bu cür biabırcasına qaçarlar. Lakin gözləri ilə görmək lazım gəldi-şəhər boş idi.

Və ermənilər Laçına tərəf yürüş etməyə davam etdilər və yolboyu ciddi müqavimətə rast gəlmədilər. Bizim qoşunlar isə o vaxtlar Bakıya, bütün gücünü yenidən hakimiyyətə qayıtmağı və bir günlük idarəçiliyi qərara almış Ayaz Mütəllibovun təkrar devrilməsinə yönəltmiş Xalq Cəbhəsinə köməyə tələsirdi...

Rəhim Qazıyev həmin günlərdə AXC-nin müddətsiz qələbə mitinqində çıxış edirdi, Azərbaycan qüvvələri isə Laçını tələm-tələsik tərk etməkdə idi. Döyüşçülərdən hər biri tarixi məqama toxunmağa can atırdı-“milli inqilab” baş vermişdi və hakimiyyətin, mülkiyyətin yenidən bölüşdürülməsi başlamışdı. Döyüşçülər Qarabağı yaddan çıxarmışdılar. R.Qazıyev isə sonradan deyəcəkdi ki, Laçının müdafiəsinə görə başqa müxalifətçi, onun dostu Etibar Məmmədov məsuliyyət daşıyırdı. İstər belə, istər elə, Müdafiə Nazirliyinə başçılıq edən bu dosentin vəzifədə olduğu ilk aylarda Qarabağın iki strateji rayonu əldən getdi, bu da gələcək qanlı müharibənin taleyini həll elədi.

İlğım!.. Bütün dünya ağ kiteldəki sərkərdənin ayaqları altında

Bir ay sonra pantürkist Qazıyev nəyə görəsə Yeltsin Rusiyasının ünvanına difirambalarla çıxış etməyə başladı, kriminal post-sovet mühitində “Paşka Mersedes” ləqəbi ilə tanınan müdafiə naziri Pavel Qraçovu özünün dostu adlandırdı. Qazıyevin slavyanofilliyi cəbhəçi batalyonların Qarabağın digər rayonu Ağdərəyə doğru yolunu açdı. Qazıyev tədricən böyük sərkərdələrin-Jukovun və ya Konevin roluna girirdi (Dosent sovet tarixinə az bələd idi), əyninə ağ kitel geyinib azad edilmiş Vəng kəndindən Xankəndinə binoklla baxırdı. Və bu dövrdə şəxsi hakimiyyət maniyası ilə alışıb yanan yeni Qazıyevin doğuluşu başladı. Qazıyev hərbi çevriliş və hakimiyyəti tamamilə ələ keçirmək fikrinə düşdü. Və həmin vaxtdan bizim qəhrəmanımızın yeni uğursuzluq zolağı başladı. Bəd tale Qazıyevi son günlərə qədər təqdib etdi. Tale bir daha onun üzünə gülmədi. Qazıyev Xalq Cəbhəsini satqın təşkilat elan etdi, prezident Elçibəyi isə hakimiyyətə layiq olmayan oliqofren-oxlokrat adlandırdı. Elçibəy isə “rus partiyası” ilə ittifaqa girmiş, satqın Qazıyevin yerinə müdafiə naziri postuna peşəkar hərbçi Dadaş Rzayevi təyin etdi. Qazıyev yeni dayaq və ayaqları altında yeni zəmin axtarırdı, bu da onun gələcək qiyamçı polkovnik Surət Hüseynovla ittifaqını şərtləndirdi. Bəli-bəli, hakimiyyət naminə məhz bu xaincəsinə duet Xalq Cəbhəsinin devrilməsi üçün Azərbaycan Ordusunun korpusunu Ağdərədən çıxardı, nəticədə daha bir iri rayon ermənilərə təslim edildi. Eybi yoxdur, Qazıyev düşünürdü, hakimiyyətə qayıdarıq-hər şeyi qaytararıq. İndi isə hər şey Elçibəyi devirmək üçündür!

Sonra nə baş verir?! Qazıyev tam ciddi şəkildə ümid edirdi ki, yeni hakimiyyət dövründə o, hökumətdə ölkənin müdafiə və müdafiə sənayesinə kuratorluq edəcək baş nazir müavini postunu tutacaq. Lakin Elçibəy hakimiyyətə, Mardakertdən çıxarılmış tankların təhlükəli lülələri altında hakimiyyət ustası Heydər Əliyevin özünü çağırdı. Qazıyev baş nazir müavininin kabinetinə yox, Azərbaycan DTK-sının təkadamlıq kamerasına düşdü. Ancaq bir il sonra "görünməz əl" Qazıyevin DTK təcridxanasından qaçışını təşkil edir. Çox nadir hadisədir. Xüsusi xidmət və DTK tarixində ilk dəfə kimsə dövləti cinayət etməkdə ittiham olunan bir məhkumun qaçmasını təşkil edə bildi. Sonradan Milli Təhlükəsizlik nazirinin özü həbsxanada Qazıyevin yatdığı qonşu kameraya salındı.

Azadlıqda olanda Qazıyev, ilk siyasi bəyanatla çıxış edir və özünün devirdiyi Ayaz Mütəllibovu hakimiyyətə qayıtmağa çağırır. Hər şeyi başa düşürsünüz də? Diqqət yetirin, şəxsi maraqları naminə prinsipləri, dəyərləri, idealları asanlıqla atan əsəbi insanın xarakteri hər halda özünü göstərir...

Bəs Rəhim Qazıyev harada gizlənir? Hara qaçır? Öz şüurlu ömrünün son illərində həmişə vuruşduğu ölkəyə-Rusiyaya. Sovet imperiyasına qarşı vuruşan pantürkist. Mütəllibovu devirən cəbhəçi. Şuşanı, Laçını, Ağdərəni asanlıqla təslim edən slavyanofil. Prezidentini devirən cəbhəçi. Slavyanofil olaraq yenidən doğulan və “Paşka Mersedes”in dostu olan pantürkist. Elçibəyin, üsyankar Surət Hüseynovla sövdələşməyə gedən dostu. Sürət Hüseynovun, Heydər Əliyev hökumətinə girməyə can atan dostu. Mütəllibovu devirən və Mütəllibov uğrunda mübarizəyə başlayan adam... Bu nədir? Şizofreniya, siyasi oyun, avantürizm?

Məhkum 62 yaşında sərbəst buraxıldı. Ən pisi odur ki, bütün bu illər ərzində Qazıyev əvvəlki kimi qaldı. Heç nə dəyişmədi. Yalnız vaxt və ölkə dəyişdi, bu da ona əvvəlki kimi oynamağa imkan vermədi.

Son illərdə Qazıyev qoltuğunda bir cinayət işi küçələri gəzir, yoldan keçənləri saxlayıb zəhlələrini tökür, hər kəsi inandırmaq istəyirdi ki, Şuşanın təslim olunmasında günahkar o yox, başqalarıdır. Lakin insanlar Qazıyevin sözlərini eşitmək istəmirdilər. Qazıyev heç tarix üçün də maraqlı deyil. Onu həyatı boyu, sonrakı minilliklərdə yalnız itirilmiş Şuşa anılanda xatırlayacaqlar. Və buna görə, o yalnız özünü günahlandırmalıdır. İnsanın xarakteri onun taleyidir. Anlamadı, daha doğrusu, onun dövrünün keçdiyi, vaxtilə gah vuruşduğu, gah da dostluq etdiyi bir imperiyanın xarabalıqları altında qaldığı fikri ilə barışmaq istəmədi... Qazıyev fərqində deyil ki, onun adı çoxdan Kitovani, Jaba İoseliani, “Paşka-Mercedes”, Qalina Staravoytova, Vazgen Manukyan kimi şərəfsizlərin uyuduğu panteona düşüb... Qasırğalı 90-cı illərin unudulmuş daha hansı şərəfsiz qəhrəmanının adını xatırladaq?!

Qazıyevin son mübarizənin mənası - keçmiş kürəkəni

Nəhayət, son vaxtlar Qazyevin adı qəribə məişət münaqişələrində və ailə problemlərində hallanmağa başladı. Qazıyevə kürəkəni və ya keçmiş kürəkəni, hansı ki, bizim üçün heç bir fərqi yoxdur, tez-tez yumruqlarla hücum edirdi. Və tabloidlərin ön səhifələrində Qazyevin gicgahından qan axarkən çəkilmiş şəkilləri peyda oldu. Qazıyev bir vaxtlar Şuşada onun şəxsi mühafizəsinə rəhbərlik etmiş kürəkəni ilə informasiya məkanında döyüşə girdi. Vaxtilə Qazıyevin rahatlığının qoruyucusu, haçansa ağ general kitelində hökmranlıq edən bu adamın ömrünün qürubunda onun üçün qorxunc bir kabusa çevrildi...

Və Ermənistanla yeni hərbi əməliyyatların eskalasiyası ilə ortaya başqa bir Qazıyev çıxdı. Daha doğrusu, vaxtilə Ayaz Mütəllibovuun devirilməsi üçün mübarizə aparan unudulmuş Rəhim Qazıyevin reinkarnasiyası baş verdi. İki gün əvvəl Qazıyev təcili bəyanatla xalqa müraciət etdi. Təəccüblüdür ki, hakimiyyətdəkilərdən başqa heç kim bu bəyanata fikir vermədi. Axı, Qazıyev çoxdan unudulmuş keçmişdir. İnamlı və polad səsi ilə Qazıyev Leninin imperialist müharibəsinin vətəndaş müharibəsinə transformasiyası konsepsiyasına müraciət etdi.

Bəli-bəli, Qazıyev dedi ki, Azərbaycan hakimiyyəti Tovuz və Qazaxı təslim etməyə hazırlaşır, ortada açıq bir xəyanət var və xalq hökumətə qarşı üsyana qalxmalıdır. Özü də, Qazıyevin bu ifadələri cəsur Azərbaycan hərbçilərinin Tovuz bölgəsində hər santimetr üçün qan tökdükləri bir vaxtda səsləndi.

77 yaşlı bir qocanın, hansı ki, həyatı bizə yalnız bir şeyi öyrədir- belə yaşamaq olmaz,- hərəkətini necə izah etmək olar?! Ağılsızlıq? Avantüra? Xəyanət? Qazıyevin ağılsızlığı yalnız keçmişdən yapışıb qalması, unudulmuş adsız qəhrəmanların bataqlığında batmamaq üçün öz missiyasına manik inancla yanaşması ilə izah edilə bilər... Bəs əgər vaxtı geri çevirib, Qazıyevi yenidən 90-cı illər Qarabağına qaytarsan?! O özünü Şuşa naminə qurban verməyə hazır olan məzlum-qəhrəmanın ölümünü seçib, başqa cür hərəkət edərdimi?! Xeyr, o, qanuni prezidenti devirmək üçün Bakıya qayıdardı!..
Müəllif: Eynulla Fətullayev
virtualaz.org





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşlar dəniz uğrunda "döyüşə" dəvət olunur - Çimərlik oyunları...
Dünən, 19:28
Kompüter siçanı yaradan şəxs öldü - FOTO
Dünən, 19:22
Vəkili Fuad Qəhrəmanlının səhhətindən danışdı - "Sağlamlıq durumu çox yaxşıdır"
Dünən, 19:18
“Azərbaycan və Türkiyə ordusu Cəbrayılda hərbi təlimlər keçirə bilər” - İLGİNC
Dünən, 19:17
"Adama rayonuna görə yox, özünə görə hörmət qoymaq lazımdır" - TƏBİB-ə daha bir İTTİHAM
Dünən, 19:14
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
Dünən, 19:07
Türkiyə-Azərbaycan konfederasiyası REALDIRMI?
Dünən, 19:05
Beyrutdakı partlayışın altından rus biznesmen çıxdı: - Dəfələrlə xəbərdarlıq edilsə də...
Dünən, 19:03
"Hətta xaricdə yaşayanlar da məsuliyyətə cəlb oluna bilərlər"
Dünən, 18:50
Şəbnəm dəbdəbəli villasını Könül Kərimovaya satıb? - FOTO
Dünən, 18:44
Orduda xidmət etmək istəyənlər üçün ŞANS
Dünən, 18:41
"Bu gün rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq" - TƏBİB-in Elmi Komitəsinin üzvü
Dünən, 18:34
Premium markalı yanacağın qiyməti qalxdı - SƏBƏB
Dünən, 18:21
“İlhamə Quliyevadan sonra şou-biznes başsız qalıb”
Dünən, 18:19
"Tezliklə hər şey qaydasına düşsün"
Dünən, 18:15
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb - SİYAHI
Dünən, 18:07
Azərbaycan “Aralıq dənizi Qalxanı”nda – Şok hərbi açılım
Dünən, 18:05
Bakıda dəhşət — Ata 2 yaşlı oğlunun başını kəsdi
Dünən, 17:57
Ər arvadını qısqanaraq boğazını kəsib öldürdü
Dünən, 17:53
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılıb
Dünən, 17:47
Ermənistan Rusiya telekanallarının yayımını dayandırır
Dünən, 17:45
Neftin qiyməti - YÜKSƏLİR
Dünən, 17:40
“Qənaət rejiminə keçib, ağır dövrü başa vurmalıyıq” - YAP-çı deputat
Dünən, 17:28
Alimdən müğənnilərə ÇAĞIRIŞ: - “Şou dövrü bitdi, özünüzə iş axtarın!”
Dünən, 17:27
Azərbaycan əleyhinə yönələn məhsul satışdan çıxarıldı
Dünən, 17:22
“AFB Bank”ın rəhbərliyində dəyişiklik olub
Dünən, 17:21
"Sosial şəbəkədəkilər cahildir, savadısızlıq bu ölkədə çoxdur" - QALMAQAL
Dünən, 17:17
Sabiq deputatın klinikasına hücum oldu, işçilərə xəsarət yetirildi - FOTO
Dünən, 17:14
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib
Dünən, 17:10
“GƏMİNİN TAVANI ÇÖKDÜ, YAXINLIQDA BİR NƏFƏR ÖLDÜ...” - Beyrutda "Palmali"nin gəmisi də zərər görüb
Dünən, 17:07
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:04
"Gecə ilə mənim instagram səhifəm hack olunub"
Dünən, 16:59
Azərbaycanın çökən AVTOMOBİL BAZARI: - “Alverçilər qiyməti istədikləri kimi “tənzimləyirlər”
Dünən, 16:57
“Kimdir sənə 1000 manatlıq gül göndərən?
Dünən, 16:53
Eldar Mahmudovun bankındakı saxta qızıl qalmaqalı böyüyür - birilliant və sikkələri bankdan kim çıxarıb?
Dünən, 16:52
Təhsil Nazirliyindən yeni tədris ili ilə bağlı AÇIQLAMA: - Ənənəvi forma ilə yanaşı...
Dünən, 16:44
TƏBİB jurnalist Əmrah Fəqanoğlu ilə bağlı məsələni araşdırır
Dünən, 16:41
Keçmiş deputatın səhhətindən xəbər var: - “...Dəyişiklik müşahidə olunmur”
Dünən, 16:39
Rusiya Belarus sərhədinə iri qoşun qruplaşması yeritdi - 3 MİN HƏRBÇİ, 800-DƏN ÇOX TEXNİKA...
Dünən, 16:34
Qəbələdə ərazi məişət tullantılarından təmizlənir
Dünən, 16:29
Vüsal Kərimlinin adı yenə də milyonların yeyintisində... - Bu adam düzələn deyil...
Dünən, 16:27
"Niyam Salami "Range-Rover" sürə-sürə qışqırır ki, kirayə pulunu verə bilmirik" - Bu manıs tayfası nə qədər nankor olurmuş...
Dünən, 16:22
Azərbaycanda ümumilikdə 759 129 koronavirus testi aparılıb
Dünən, 16:20
Azərbaycanda indiyədək 33 103 nəfərdə COVID-19 aşkarlanıb, 476 nəfər vəfat edib
Dünən, 16:19
Azərbaycanda son sutkada 492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib
Dünən, 16:19
"Araz" marketdə müştəriləri narazı salırlar - GİLEY
Dünən, 16:17
Xüsusi karantin rejim qaydalarını pozanlar cərimələndilər - FOTO
Dünən, 16:12
‘’Yaxşı edir bəzi məmurlar sizin haqqınızı, pulunuzu yeyir’’
Dünən, 16:10
Kino xadimlərinə pul mükafatları təqdim edilib
Dünən, 16:06
Baş Prokurorluğun kollegiya iclası keçirilib - VİDEO
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru