"İmkan varsa heç alış-veriş də etməyin..." .....                     Rövşən Rzayev nə ilə fərqlənə bildi? .....                     Keçmiş başçının qohumları meydan sulayır .....                     Müxalifətin yekdil qərarı: .....                     Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb .....                     “Dövlətimizə yardım etmək üçün vacib şərt budur” .....                     Gəncədə iki nəfər dərmandan zəhərlənib .....                     Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır .....                     "Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" .....                     İH-dən reaksiya: .....                     TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: .....                     Dollar manata nisbətdə bahalaşa bilərmi?! .....                     "Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... .....                     Qiymətli Kağızlar bazarı çöküb .....                     “Hamımız məsuliyyətli olmalıyıq” .....                     "Belə islahat, idarəçilik olmaz" .....                     “Haranı qazırsan, Soros və oğlanları çıxır” .....                     İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... .....                     Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb .....                     “Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” .....                     Şəhid general və polkovnikin məzar daşı hazırlandı .....                     Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb .....                     Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən .....                     "İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" .....                     Avqustun 10-da dollar neçəyə olacaq? .....                     "İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" .....                     UFC təxribata əl atan ermənini cəzalandırdı .....                     ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... .....                     "Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" .....                     Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, .....                     "Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" .....                     Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb .....                     Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir .....                     Türkiyədə dollar bahalaşıb .....                     “Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” .....                     BP Azərbaycanı tərk edir? .....                     Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? .....                     Məktəbli formaları tikilirmi? .....                     Erməni dərsliklərində “türk izi” .....                 

Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası
Tarix: 13-07-2020, 17:27 | Çap et
Ermənistanın sərhəddəki təxribatı
Ermənistan düz 4 il 3 ay 10 gündən sonra cəbhədə yenə təxribata əl atdı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan ordusu Azərbaycanın işğal altında olan torpaqlarında 22 il əvvəl əldə edilən atəşkəsi pozaraq Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttindəki mövqelərinə hücum etmişdi. 4 günlük müharibə ordumuzun qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində olan yollar düşməndən azad olunmuşdu.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

Baş verən hadisələrə əsasən demək olar ki, Ermənistan Azərbaycanla dövlət sərhədində bu təxribatı törətməyə bir neçə gün əvvəldən hazırlaşıb.

Son günlərin hadisələrini yada salaq: işğalçı ölkənin baş naziri Nikol Paşinyan iyulun 6-da keçirdiyi brifinqdə deyib ki, Ermənistan hökuməti koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan elan etdiyi fövqəladə vəziyyət rejimini dördüncü dəfə uzatmaq niyyətindədir.

“Biz başa düşürük ki, ölkədə fövqəladə vəziyyət rejimini sonsuzluğa qədər uzada bilmərik. Amma ölkədəki epidemioloji vəziyyəti də nəzərə almalıyıq. Balanslaşdırılmış qərar qəbul etməliyik. Vəziyyət onu göstərir ki, biz fövqəladə vəziyyət rejimini dördüncü dəfə və ən azı daha bir ay uzatmalıyıq”, - deyə Paşinyan bildirib.

O deyib ki, Ermənistan hakimiyyətinin üçüncü dəfə elan etdiyi fövqəladə vəziyyət rejimi iyulun 13-də başa çatır. Ölkədəki epidemioloji vəziyyət isə ağır olaraq qalır.

İyulun 8-də Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında yerləşən əraziləri yandırıb.

İyulu 8-də Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının çıxarılmasını istəyənləri sərt tənqid edib və Rusiyayönlü olduğunu ortaya qoyub.

İyunun 10-da Ermənistan prezidenti Armen Sarkisyan Qarabağa gəlib. Orada separatçıların başçıları ilə görüşüb, hərbi vəziyyətlə tanış olub. Ehtimal etmək olar ki, o baş verəcək hadisə ilə bağlı separatçıları xəbərdar edib. Onları həmin hadisədən narahat olmamağa çağırıb.

Dağlıq Qarabağdakı qanunsuz rejim də hazırlıq məqsədilə Azərbaycanın işğal altında olan bölgəsində fövqəladə vəziyyət rejimini avqustun 12-dək uzadacağını bildirib.

İyulun 10-da Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin Ermənistanın hakim “Mənim adımım” fraksiyasının sədri Lilit Makunsla görüşüb. Görüşdə Rusiya-Ermənistan münasibətləri və işğalçı ölkədəki vəziyyət, xüsusilə Ermənistan Konstitusiya Məhkəməsi ilə bağlı əsas qanuna edilən dəyişikliklər müzakirə olunub.

İyulun 11-də baş nazir Nikol Paşinyanın oğlu işğalçı əsgər kimi Dağlıq Qarabağda xidmətini başa vuraraq Yerevana qayıdıb.

İyulun 11-də Ermənistanda yeni yaranan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın başçılıq etdiyi Vətən Partiyası ölkədəki vəziyyəti və Qarabağla bağlı məsələni qapalı müzakirə edib. Onun Rusiya ilə münasibətlərinin olduğu, xarici dövlətlərdən birinə casusluq etdiyi iddia edilir və s.

İlk baxışdan bunların bir-biri ilə əlaqəsi olmasa da, proseslər əksini göstərir. Ermənistanda ictimai-siyasi və iqtisadi vəziyyət çox gərgindir. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan müxalifətə açıq şəkildə başçılıq etməyə başlayıblar. Onların tərəfdarları və Rusiyayönlülər fövqəladə vəziyyət rejiminin tətbiqinə baxmayaraq, hökumətə qarşı müxtəlif formada etiraz aksiyaları keçirirlər.

A.Vanesyan ictimaiyyətə məlum olmayan məsələləri gizli şəkildə müzakirə edir. Prezident olsa da, real olaraq özünə iş tapa bilməyən Armen Sarkisyan isə təcili Qarabağa gəlir. Bütün bunlar Nikol Paşinyan üçün hazırlanmış tələdir. Ona görə də ehtimal etmək olar ki, Nikol bu oyunu Azərbaycanla bağlı təxribat yaratmaqla pozmağa çalışır.

Görünür, Aprel döyüşlərindən sonra Ermənistan Qarabağda təxribat yaratmaq istəməyib. Bəs Yerevan niyə dövlət sərhədini seçib?

Bu ölkənin İran və Türkiyə ilə dövlət sərhədlərini Rusiya Baş Kəşfiyyat İdarəsinin Sərhəd Qoşunları qoruyur. Azərbaycanla sərhədi Daxili Qoşunlar, Gürcüstanla isə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları mühafizə edir.

Gürcüstanla münasibətləri hələ ki o səviyyədə gərgin olmadığından Ermənistan təxribatı Azərbaycan tərəfdə törədib. Bu istiqamətdə həm də 3-cü tərəf yoxdur. Deməli, Ermənistanın təxribatına heç kim şahidlik edə bilməyəcək.

Bundan başqa rəsmi Yerevan xeyli müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycan, Dağlıq Qarabağla bağlı münaqişəyə cəlb etməyə çalışır. Bu təşkilat isə münaqişənin onlara aidiyyartı olmadığını, ona hansısa formada müdaxilə etməyə səalhiyyətlərinin çatmadığını bildirir.

KTMT-nin əsasnaməsinə görə, üzv ölkələrdən birinə hücum bütövlükdə hamıya hücum sayılır. Ona görə Ermənistan üzv dövlətlərin sanksiyasına məruz qoymaq üçün ciddi cəhdlə bu məsələdə Azərbaycan tərəfi günahkar çıxarmağa çalışır.

Təşkilatın baş katibi Stanislav Zas rəsmi Yerevanla Bakı arasında gərginliyi müzakirə etmək məqsədilə iyunun 13-də Daimi Şuranın təcili iclasını çağırsa da, günün sonunda toplantının təxirə salındığını açıqlayıb.

Bundan əvvəl isə o, Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla vəziyyəti telefonla müzakirə edib. Erməni nazir ənənəvi olaraq Azərbaycan tərəfini günahlandırıb.

Hadisələrin bu dərəcədə üst-üstə düşməsi Ermənistanın təxribatından xəbər verir. Onu da ehtimal etmək olar ki, Nikol bu aksiyanı həm də Rusiyaya qarşı yönəldib. İyulun əvvəlində Gümrüdə rusiyalı hərbçinin qətlə yetirilməsindən bir gün sonra koronavirusa görə məhkəməsi təxirə salınan milyonçu deputat Qaqik Sarukyan “Facebook” səhifəsində Rusiyayönlü olduğunu açıq-aşkar ortaya qoyub: “Mən Ermənistanda anti-Rusiya ovqatının yaranmasına yol verməmək üçün əlimdən gələni edəcəyəm”.

O, ermənilərə müraciətində Rusiyanın onların həyatında oynadığı önəmli roldan, 102 saylı hərbi bazanın Ermənistandan çıxarılmasına qarşı olmasından bəhs edib. Q.Sarukyan bildirib ki, MDB, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiya ilə Ermənistan ikitərəfli münasibətləri, habelə siyasi, iqtisadi, hərbi formatda əməkdaşlıq iki xalqa faydalı olacaq. Bu Ermənistanda anti-Rusiya ovqatının güclənməsindən xəbər verir.

Paşinyan sərhəddə bu təxribatı törədərək Rusiya ilə müttəfiqliyin və KTMT-yə üzvlüyün məntiqsizliyini sübut etməyə çalışır. Onların məqsədi “Azərbaycan Ermənistana hücum edib” fikrini təbliğ edərək sərhəd məsələsinə təşkilatı da cəlb etməkdir. Bu baş tutmayanda KTMT-nin əhəmiyyətsiz bir qurum olması barədə anti-təbliğat başlanacaq.

Deməli, rəsmi Yerevan həm daxildə müxalifəti susdurmağı, ictimaiyyətin diqqətini çoxsaylı probemlərdən yayındırmağı, həm də KTMT-nin gərəksizliyini ortaya qoymağa çalışıb. Bunlara nail ola bilməyəcəyini görüb əlüst Zasla danışıb. Təşkilatın baş katibi Stanislav Zas Yerevanla Bakı arasında gərginliyi müzakirə etmək məqsəd iyunun 13-də Daimi Şuranın iclasının çağırılmasını qeyri-müəyyən müddətə təxirə salınıb. Bu baş verən hadisədə Ermənistanın təxribatçı olduğunu təsdiqləyir. Göründüyü kimi rəsmi Yerevan bu addımı ilə KTMT-ni təxribatına ortaq edə bilmədi.

Ermənistan sərhəddə təxribat törətməklə Aprel döyüşlərindən sonra ordusunun gücləndiyini göstərməyə çalışır. İşğalçı ölkənin rəhbərliyi bununla həm də Ermənistan ordusunun düşən nüfuzunu qaldırmağa çalışır.

Müdafiə naziri David Tonoyanın “hücuma keçib yeni mövqelər alacağıq” deməsi Ermənistanın təxribat törətdiyini təsdiqləyən növbəti faktdır. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan Ermənistanla üz-üzə qoyulub. Dövlət sərhədində olduğu kimi Qarabağ da Ermənistan hərbçiləri ilə döyüşür. Ancaq dünya Ermənistaın işğalçılığına göz yumur. Bu, ermənilərin əllərdə oyuncaq olduğunu təsdiqləyən çoxsaylı faktlardan biridir.

Ermənistan rəhbərliyi cəmiyyəti sakitləşdirmək üçün itkiləri gizlədib. Bundan başqa işğal altında olan Qarabağdan ermənilərin qaçacağından ehtiyatlanaraq baş vermiş hadisə ilə bağlı doğru məlumat verməkdən qorxur. Ona görə də sərhədin Tovuz istiqamətində baş verənlərlə bağlı məlumatları ehtiyatla yayır. Odur ki hadisələrdən təxminən yarım sutka sonra Azərbaycanla sərhədin qorunmasında iştirak edən Ermənistanın 2 polis və 3 hərbçinin yaralandığına dair rəsmi məlumat yayıb.

Lap 4 il 3 ay 10 gün bundan əvvəldə olduğu kimi. O zaman da Ermənistan rəsmiləri itkilərini gizlədirdi. Ancaq Paşinyan hakimiyyətə gələndən sonra gördüyü ilk işlərdən biri parlamentdə Aprel döyüşlərində Ermənistanın məğlubiyyətini araşdıran komissiya yaratmaq oldu. Görünür, növbəti dəyişiklikdə hakimiyyətə gələn yeni qüvvələr iyulun 12-sindəki itkilərlə bağlı komissiya yaradacaq. Hələ ki Aprel döyüşlərinin ağrı-acısını unutmaq üçün nikolçuların cəhdləri fayda vermir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İmkan varsa heç alış-veriş də etməyin..." - GİLEY
Bu gün, 08:14
Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki...
Bu gün, 08:10
Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ
Bu gün, 08:08
Müxalifətin yekdil qərarı: - “Ölkəmizdə Türkiyə hərbi bazası yaradılsın!”
Bu gün, 06:54
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb
Bu gün, 06:49
“Dövlətimizə yardım etmək üçün vacib şərt budur” - deputat
Bu gün, 06:45
Gəncədə iki nəfər dərmandan zəhərlənib - birinin vəziyyəti orta-ağırdır
Bu gün, 06:38
Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib
Bu gün, 06:32
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır - Diqqət!
Dünən, 18:14
Əməkdar artistdən şou əhlinə: - “Etirazın yeri yoxdur"
Dünən, 18:13
"Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" - deputat
Dünən, 18:06
İH-dən reaksiya: - Sakinlər deputatın çıxışından “hiddətlənib”?
Dünən, 18:04
TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: - "Payıza qədər..."
Dünən, 17:56
Dollar manata nisbətdə bahalaşa bilərmi?! - GƏLİŞMƏ
Dünən, 17:55
"Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... - Onlardan yalnız 1-ni xilas etmək mümkün olub
Dünən, 17:50
Qiymətli Kağızlar bazarı çöküb – 30% azalma
Dünən, 17:48
“Hamımız məsuliyyətli olmalıyıq” - Ülvi Quliyevdən ÇAĞIRIŞ
Dünən, 17:42
"Belə islahat, idarəçilik olmaz" - Sabir Rüstəmxanlıdan ETİRAZ
Dünən, 17:39
“Haranı qazırsan, Soros və oğlanları çıxır” – Fərhad Əhmədov
Dünən, 17:38
İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər
Dünən, 17:33
"Tam aydın olmasa, özümə zəng edin" - Jurnalist təhrifləri müğənnini yorub...
Dünən, 17:27
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb - Diqqət!
Dünən, 17:24
“Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” - Lukaşenko nöqtəni qoydu
Dünən, 17:22
Şəhid general və polkovnikin məzar daşı hazırlandı - FOTO
Dünən, 17:17
Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb
Dünən, 17:16
Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi
Dünən, 17:10
"İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" - Həkim
Dünən, 17:03
Avqustun 10-da dollar neçəyə olacaq?
Dünən, 17:01
"İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" - Ramaldanov
Dünən, 16:59
UFC təxribata əl atan ermənini cəzalandırdı - Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib
Dünən, 16:56
ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... - VİDEO
Dünən, 16:54
“Mətbuat bu gün sosial şəbəkələrə yox, inamsızlığa uduzur” - Arif Əliyev
Dünən, 16:48
"Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" - AKTUAL
Dünən, 16:45
"Gül calaqları edə bilərəm"
Dünən, 16:44
Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, 421 nəfər sağaldı, 4 nəfər öldü
Dünən, 16:41
"Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" - Baş Prokurorluq
Dünən, 16:40
Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb
Dünən, 16:29
Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir - Bakıda ŞOK OLAY
Dünən, 16:28
Türkiyədə dollar bahalaşıb
Dünən, 16:17
“Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” - Ən optimal yol
Dünən, 16:09
BP Azərbaycanı tərk edir? - "Reuters"dən ŞOK XƏBƏR
Dünən, 16:06
Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR
Dünən, 16:02
Məktəbli formaları tikilirmi? - TAPŞIRIQ VERİLMƏYİB
Dünən, 15:56
Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü
Dünən, 15:54
Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı - FOTO
Dünən, 15:51
ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə...
Dünən, 15:44
“Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company”
Dünən, 15:41
Neftçalada Kürdə batan tələbənin meyiti tapılıb
Dünən, 15:38
Kənd Təsərrüfatı Nazirliyinə aparat rəhbəri təyin edilib
Dünən, 15:36
"Bütün pullarımı geyimlərə xərcləmişəm" - Əməkdar artist
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru