Deputatdan Əhməd Əhmədzadəyə: .....                     "Rəsmi Bakı danışıqlardan geri çəkilməli, bu ərazilərdəki hərbi obyektləri və infrastrukturları vurmalıdır" .....                     Niyaməddin Orduxanlının qohumu polislərə silah çəkdi .....                     DİM 13-14 avqustda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə .....                     Tərtər rayonunda dezinfeksiya tədbirləri mütəmadi olaraq davam etdirilir .....                     Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradılıb .....                     15 yaşlı qızı zorlayıb 1 il cəza alan müəllimlə bağlı ilginc MÖVQE: .....                     Bakıda “Plombir”dən milçək çıxdı .....                     Cahangir Əsgərovdan ƏCAİB “TƏMİZLİK”: .....                     Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir .....                     Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edili .....                     Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb .....                     Zaqatalada gizli nişan mərasimləri keçirənlər cərimələnib .....                     Salyan rayonunda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib .....                     Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək .....                     Məşhur azərbaycanlı vayner atdan yıxıldı .....                     Saatlıda büdcə vəsaitinin mənimsənilməsini görən yoxdur? .....                     Salyanda mərkəz direktoru işdən çıxarıldı .....                     Deputatdan Adil İsmayılova cavab: .....                     24 yaşayış məntəqəsində su problemi həll ediləcək .....                     “Bəzi pullu adamlar dövlətimizə təhlükədir” .....                     Azərbaycanlıların tərk etdiyi Haqqıxlı kəndindəki göldə 30 ildir traktor və maşın axtarırlar... .....                     Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb .....                     Baş Prokurorluq işgəncə görüntülərilə bağlı açıqlama yaydı .....                     Rüfət Quliyevi susdurmaq istəyən məmur kimdir? .....                     “Polisə qarşı qarayaxmaları “5-ci kalon” idarə edir” .....                     Dünən “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı .....                     Sabah 19197 abituriyent qəbul imtahanı verəcək .....                     İki məhkəmə sədri barədə intizam icraatı başlandı .....                     Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar .....                     Nəsimi rayonunda koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə kompleks tədbirlər davam etdirilir .....                     Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? .....                     Azərbaycan və Serbiya arasında “minaatan” qalmaqalının pərdəarxası məqamları .....                     Otelçilərdən Statitika Komitəsinə etiraz: .....                     “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 806-ya çatdı .....                     “Ermənilər Azərbaycan təhlükəsinin yaxınlaşdığını hiss edirlər” .....                     Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... .....                     Noyabrda təkrar seçkilər keçirilə bilər... .....                     Bir müddət əvvəl həbs xəbəri yayılan məmur işdən çıxdı .....                 

BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI... - Bu, Azərbaycan bankları üçün niyə vacibdir?
Tarix: 11-07-2020, 15:14 | Çap et
BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI...
Məlum devalvasiyalardan sonra onsuz da çətin duruma düşən banklarımız üçün koronavirus pandemiyası növbəti çətin sınağa çevrildi. Bütün dünyanı bürüyən iqtisadi böhranın ən çox vurduğu sahələrdən birinin də məhz bank sektoru olduğu isə heç kimə sirr deyil.

Məlum məsələdir ki, sahibkarların istifadə etdiyi maliyyə mənbələri arasında banklar xüsusi yerə sahibdir. Banklar müxtəlif mənbələrdən cəlb etdiyi, həmçinin öz kapitalı hesabına formalaşdırılan vəsaitlər hesabına sahibkarların kredit tələbatını ödəməyə çalışır. Kreditləşmə bank xidmətlərinin əsas hissəsi olaraq qalır və ildən-ilə maliyyə xidmətlərindən istifadənin genişlənməsi prosesi davam edir.

Məlumdur ki, banklar 3 növ kredit təşkilatından (qeyri-bank kredit təşkilatı və kredit ittifaqları ilə birgə) biridir. Amma Azərbaycanda kredit təşkilatları arasında maliyyələşdirmənin əsas təminatçısı məhz banklardır.

Azərbaycanda banklar bazar iqtisadiyyatı şəraitində yaşayan bütün ölkələrdə olduğu kimi maliyyə vasitəçiliyi funksiyasını yerinə yetirir.

Buna görə də bank sisteminin strukturlaşması, bank xidmət məntələrinin sayının artması, genişlənməsi önəmli məsələlərdəndir. Digər tərəfdən banklar öz aktivlərini və kapitalını artırmalıdır ki, iqtisadiyyatın, sahibkarların kreditlərə olan tələbatını tam qarşılaya bilsin.

Lakin son müşahidələr göstərir ki, hazırda Azərbaycan banklarının kapital mənbəyi tapmaqdan, kapitalını artırmaqdan, daxildən və xaricdən vəsait cəlb etməkdən daha çox kredit paylamaq problemi var. Belə ki, kredit götürənlərin sayı kəskin azalıb. Təklif olunan kreditlər üçünsə banklar müvafiq sığorta tələb edirlər ki, bu da əsas etibarilə sahibkarlarla banklar arasında münasibətlərin əsas elementlərindən birinə çevrilib. Bu, Azərbaycanda yerli biznesə dəstək tədbirləri arasında nəyə görə bank kreditlərinin həcminin bir hissəsinin sığortalanmasının olduğunu da izah edir. Ona görə də kreditlərin sığortalanmasının istər bank, istərsə də sahibkar üçün böyük önəm daşıdığı şəksizdir.

Ümumiyyətlə,kredit sığortası ilə bağlı zəmanət razılaşması sığorta təminatının qüvvədə olduğu müddət ərzində borcalanın baş vermiş bədbəxt hadisə nəticəsində ölümü səbəbindən, yaxud həmin müddətdə borcalanın əmək qabiliyyətinin qismən və ya tam itirməsi səbəbindən kreditin qaytarılması üzrə öhdəliklərini yerinə yetirməməsi və s. hadisələri nəzərdə tutur ki, bu zaman risklər sığorta təşkilatının üzərinə düşmüş olur. Qeyd edək ki, bu təcrübə çoxdan mövcuddur və dünya ölkələrində uğurla tətbiq olunur.

Bununla bağlı bir sıra MDB ölkələrindədə tətbiq olunan nümunələr var və onları uğurlu saymaq olar. Belə ki, bəzi banklar dünyanın aparıcı investisiya strukturları ilə verdikləri kreditlərin sığortalanmasına dair müvafiq zəmanət müqavilələri imzalayıblar. Bununla bağlı Avropa İnvestisiya Bankı qrupu ilə (“Finance for Innovative Small and Medium-Sized Enterprises” fondunun dəstəyi ilə) kiçik və orta sahibkarlığa dəstək üçün 60 milyon avro məbləğində kreditin sığortası üçün zəmanət müqaviləsi imzalayan Gürcüstan Bankını göstərmək olar.

Əslində, bu cür sazişlərin Azərbaycan bankları və iqtisadiyyatın real sektoru üçün də əhəmiyyəti olduqca böyükdür. Çünki bu, bir tərəfdən bank sektorumuzun beynəlxalq institutlar tərəfindən tanınması və ciddi qəbul olunması, digər tərəfdən isə həm bank, həm də biznes sahələrimizin müasir dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi deməkdir.

Ümumiyyətlə, xarici banklar və maliyyə qurumları ilə Azərbaycan banklarının uğurlu əməkdaşlığına dair nümunə az deyil.

Məsələn, Avropa İnvestisiya Bankının Azərbaycanda kredit portfeli 96 milyon avro təşkil edir. Bank əsasən kiçik və orta sahibkarlığa maliyyə dəstəyi göstərir. Maliyyələşdirmə özəl sektorun inkişafı, yeni iş yerlərinin açılması və ölkə vətəndaşlarının həyat səviyyəsinin artırılması üçün AİB-ın Azərbaycanda əsas tərəfdaşı, həmçinin kiçik və orta biznesə xidmət göstərən “AccessBank” vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Avropa İnvestisiya Bankı (AİB) “AccessBank”ın əsas səhmdarlarından biridir. Bank, Avropa Birliyinin uzunmüddətli kredit təşkilatıdır və AB üzv dövlətlərinə məxsusdur. AİB həm Avropada, həm də onun hüdudlarından kənarda Avropa İttifaqının siyasətinə dair məqsədlərə töhfə vermək məqsədi ilə sabit investisiya yatırımlarına uzunmüddətli maliyyə vəsaitləri təqdim edir.“AccessBank” isə Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır.

Həmçinin, ötən ayın sonlarında Macarıstanın "Eximbank"ı Azərbaycanın "PAŞA Bank" ASC-yə 5 mln. avro həcmində kredit ayırmağa hazır olduğunu bəyan edib. Bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VI iclasında çıxışı zamanı deyib.

Daha bir nümunə kimi ötən il Bank Respublika ilə Hollandiya İnkişaf Bankı (FMO) arasında 8 milyon ABŞ dolları məbləğində kredit müqaviləsinin imzalanmasını göstərmək olar. 3 il müddətinə ayrılan bu vəsait kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq (KOS), həmçinin gənc sahibkarlar və qadın sahibkarların fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcək.Bu razılaşma beynəlxalq investorların son illərdə Azərbaycanın bank sektorunda bağladığı ən böyük kredit sazişlərindən biri sayılır.

Təbii ki, nümunələr çoxdur və Azərbaycanın iqtisadi potensialı xarici maliyyə institutlarının ölkəmizin bank sektoru ilə əməkdaşlığına zəmin yaradır. Lakin bank sektorumuzda hələ də mövcud olan qüsurlar, xüsusilə əmanətlərin sığortalanmasındakı boşluqlar, bankların lisenziyasının ləğvi prosesindəki çatışmazlıqlar bu sahə üçün neqativ yükə çevrilir.

Buna baxmayaraq, bank sektorumuzun beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı üçün ciddi bünövrə mövcuddur. Qalır bu potensialdan düzgün istifadə etmək və xarici maliyyə qurumlarını təkcə kreditlərin ayrılması deyil, kredit sığortası ilə bağlı zəmanət razılaşmalarının əldə olunması prosesinə də cəlb etmək.
“AzPolitika.info”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatdan Əhməd Əhmədzadəyə: - “Sizinlə bağlı çıxışımı payıza saxlamayacağam”
Bu gün, 13:05
"Rəsmi Bakı danışıqlardan geri çəkilməli, bu ərazilərdəki hərbi obyektləri və infrastrukturları vurmalıdır"
Bu gün, 13:03
Niyaməddin Orduxanlının qohumu polislərə silah çəkdi - TƏFƏRRÜAT
Bu gün, 12:57
DİM 13-14 avqustda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib
Bu gün, 12:53
Tərtər rayonunda dezinfeksiya tədbirləri mütəmadi olaraq davam etdirilir
Bu gün, 12:52
Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradılıb - MÜJDƏ
Bu gün, 12:48
15 yaşlı qızı zorlayıb 1 il cəza alan müəllimlə bağlı ilginc MÖVQE: - "Burada nə problem var ki..."
Bu gün, 12:47
Bakıda “Plombir”dən milçək çıxdı - GİLEY
Bu gün, 12:42
Cahangir Əsgərovdan ƏCAİB “TƏMİZLİK”: - “Təhlükəsizlik İdarəsi AZAL-ın ən normal işləyən strukturu idi”
Bu gün, 12:39
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir
Bu gün, 12:32
"Toyların açıq havada keçirilməsi də əla fikirdir"
Bu gün, 12:31
Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edili
Bu gün, 12:29
Emin Ağalarov avtoşluq etdi - VİDEO
Bu gün, 12:28
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb
Bu gün, 12:24
"Ayselə xəyanət etməmişəm, əksini deyən varsa, çıxsın qarşıma"
Bu gün, 12:22
Zaqatalada gizli nişan mərasimləri keçirənlər cərimələnib
Bu gün, 12:19
Salyan rayonunda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib - FOTO
Bu gün, 12:14
Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək - DİM-dən AÇIQLAMA
Bu gün, 12:12
Məşhur azərbaycanlı vayner atdan yıxıldı - VİDEO
Bu gün, 12:09
Saatlıda büdcə vəsaitinin mənimsənilməsini görən yoxdur? - İTTİHAM
Bu gün, 12:05
Salyanda mərkəz direktoru işdən çıxarıldı
Bu gün, 12:01
Deputatdan Adil İsmayılova cavab: - “Qaragüruhçu baxışlarınızla...”
Bu gün, 12:00
24 yaşayış məntəqəsində su problemi həll ediləcək - SƏRƏNCAM
Bu gün, 11:57
“Bəzi pullu adamlar dövlətimizə təhlükədir” - Deputatdan ilginc açıqlamalar
Bu gün, 11:55
Təhsil Naziri Afaq Bəşirqızının gəlininə VƏZİFƏ VERDİ
Bu gün, 11:51
Azərbaycanlıların tərk etdiyi Haqqıxlı kəndindəki göldə 30 ildir traktor və maşın axtarırlar... - Ermənilərin qənimət hərisliyi
Bu gün, 11:49
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
Bu gün, 11:48
Baş Prokurorluq işgəncə görüntülərilə bağlı açıqlama yaydı - "Dezinformasiyaların yayılması yolverilməzdir"
Bu gün, 11:46
Rüfət Quliyevi susdurmaq istəyən məmur kimdir? - “Yazdırdılar və cavablarını aldılar…”
Bu gün, 11:41
“Polisə qarşı qarayaxmaları “5-ci kalon” idarə edir”
Bu gün, 11:39
Dünən “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı - "Şəklimi hansı şərəfsiz yayıb, bilmirəm"
Bu gün, 11:37
İtaliyada vəfat edən opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi üçün iş aparılır - Nazirlik
Bu gün, 11:35
Sabah 19197 abituriyent qəbul imtahanı verəcək
Bu gün, 11:34
İki məhkəmə sədri barədə intizam icraatı başlandı - AÇIQLAMA
Bu gün, 11:33
Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar - Ali Məhkəmənin ləğv etdiyi qərardad yenidən qəbul edildi
Bu gün, 11:32
Nəsimi rayonunda koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə kompleks tədbirlər davam etdirilir
Bu gün, 11:27
Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? - TƏBİB-dən AÇIQLAMA
Bu gün, 11:25
Azərbaycan və Serbiya arasında “minaatan” qalmaqalının pərdəarxası məqamları - TƏHLİL
Bu gün, 11:21
"Çox yumşaq olma əzilərsən"
Bu gün, 11:16
Otelçilərdən Statitika Komitəsinə etiraz: - “Otellərdə karantində olanlar da qonaq kimi statistikaya alınır”
Bu gün, 11:14
“Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” - deputat
Bu gün, 11:10
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 806-ya çatdı
Bu gün, 11:08
“Ermənilər Azərbaycan təhlükəsinin yaxınlaşdığını hiss edirlər” - GƏLİŞMƏ
Bu gün, 11:07
Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... - Ramiz Mehdiyevi müdafiə edən Ziya Məmmədov Tovuz hadisələri vaxtı susmuşdu...
Bu gün, 11:00
Noyabrda təkrar seçkilər keçirilə bilər... - Gözlənti
Bu gün, 10:57
Bir müddət əvvəl həbs xəbəri yayılan məmur işdən çıxdı - Yeni nazir onunla işləmədi
Bu gün, 10:52
Xızda narkotik becərən şəxs iş başında yaxalandı
Bu gün, 10:51
Ağcabədidə bütün işlər bir nəfərə məxsus üç MMC ilə görülür – Heç kim də tanımır
Bu gün, 10:50
Deputat sarıdan bəxti gətirməyən Gəncə... - Müşviq Cəfərov kimdir?
Bu gün, 10:48
Minskdə kütləvi iğtişaşların koordinatorları saxlanılıb
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru