Bakıda “Plombir”dən milçək çıxdı .....                     Cahangir Əsgərovdan ƏCAİB “TƏMİZLİK”: .....                     Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir .....                     Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edili .....                     Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb .....                     Zaqatalada gizli nişan mərasimləri keçirənlər cərimələnib .....                     Salyan rayonunda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib .....                     Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək .....                     Məşhur azərbaycanlı vayner atdan yıxıldı .....                     Saatlıda büdcə vəsaitinin mənimsənilməsini görən yoxdur? .....                     Salyanda mərkəz direktoru işdən çıxarıldı .....                     Deputatdan Adil İsmayılova cavab: .....                     24 yaşayış məntəqəsində su problemi həll ediləcək .....                     “Bəzi pullu adamlar dövlətimizə təhlükədir” .....                     Azərbaycanlıların tərk etdiyi Haqqıxlı kəndindəki göldə 30 ildir traktor və maşın axtarırlar... .....                     Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb .....                     Baş Prokurorluq işgəncə görüntülərilə bağlı açıqlama yaydı .....                     Rüfət Quliyevi susdurmaq istəyən məmur kimdir? .....                     “Polisə qarşı qarayaxmaları “5-ci kalon” idarə edir” .....                     Dünən “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı .....                     Sabah 19197 abituriyent qəbul imtahanı verəcək .....                     İki məhkəmə sədri barədə intizam icraatı başlandı .....                     Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar .....                     Nəsimi rayonunda koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə kompleks tədbirlər davam etdirilir .....                     Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? .....                     Azərbaycan və Serbiya arasında “minaatan” qalmaqalının pərdəarxası məqamları .....                     Otelçilərdən Statitika Komitəsinə etiraz: .....                     “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 806-ya çatdı .....                     “Ermənilər Azərbaycan təhlükəsinin yaxınlaşdığını hiss edirlər” .....                     Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... .....                     Noyabrda təkrar seçkilər keçirilə bilər... .....                     Bir müddət əvvəl həbs xəbəri yayılan məmur işdən çıxdı .....                     Xızda narkotik becərən şəxs iş başında yaxalandı .....                     Ağcabədidə bütün işlər bir nəfərə məxsus üç MMC ilə görülür .....                     Deputat sarıdan bəxti gətirməyən Gəncə... .....                     Minskdə kütləvi iğtişaşların koordinatorları saxlanılıb .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     Bərdədə kütləvi dava .....                     “Yaydıqları platformada ziddiyyətli məsələlər çoxdur” .....                 

"Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında..." - deputat
Tarix: 11-07-2020, 14:03 | Çap et
"Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında..."
İyulun 7-də parlamentdə təmsil olunan siyasi partiyalar arasında geniş müzakirələrin aparılması, növbəti iqtidar-müxalifət təmasının baş tutması ictimai-siyasi dairələrdə təqdir olunur. Münasibət bildirənlərin əksəriyyəti hesab edirlər ki, “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr olunmuş videokonfrans siyasi partiyalarla dialoq mühitini gücləndirəcək.

Həmçinin, vurğulanır ki, fərqli ideologiyalara sahib siyasi təşkilatların bir araya gəlməsi ölkədə çoxpartiyalı sistemin inkişaf etdirilməsinə, partiyalararası sağlam əməkdaşlıq mühitinin yaradılmasına müsbət təsir göstərəcək.

Videokonfransla bağlı düşüncələrini “Şərq”ə paylaşan görüş iştirakçısı, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, videokonfrans siyasi münasibətlərin koordinasiyası və inkişafı istiqamətində atılmış yeni addım kimi dəyərləndirilməlidir.

- Elşən müəllim, siyasi partiyalarla görüşün formatını necə dəyərləndirirsiniz?

- Təklif və təşəbbüs Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, hörmətli Ədalət Vəliyev gəlmişdi. Eyni formatda ikinci dəfə idi ki, fikir mübadiləsi aparırdıq. 2 saat davam edən konfransda çox ciddi məsələlərə, mətləblərə toxunuldu. Hamı üçün geniş çıxış imkanı yaradıldı, reqlament təyin olunmadı, kimsəyə danışmaq limiti qoyulmadı. Yəqin bu səbəbdən idi ki, konfransın uzun müddət davam elədiyinin fərqinə varmamışdıq. Daha dəqiqi, müzakirələr məzmun və gedişat etibarilə o qədər böyük maraq kəsb etmişdi ki, zamanın necə keçdiyindən xəbərimiz olmamışdı.

- Konfransın mövzusu da çox aktualdır. Siyasi təşkilatlar həssas dönəmlərdə həmrəylik nümayiş etdirməyi bacarırmı?

- Dialoq siyasi münasibətlərin düzgün realizəsi və formalaşması prosesində aparıcı lokomotivlərdən biri kimi çıxış edir. Hətta deyərdim ki, dialoq formatı qaçılmaz zərurətdir. Ona görə də Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan bütün normal, sivil təfəkkür sahibləri məlum dialoq təklifinə adekvat reaksiya veriblər. Çünki düzgün olan budur. Kim dialoqa, masa arxasındakı sivil münasibətlərə qarşıdırsa, demək ki, bütün dünyanın qəbul etdiyi çərçivələrə, dəyərlərə, normativlərə, ümumilikdə isə demokratiyaya qarşıdır. Dialoqdan imtina edən yeganə partiya AXCP və və 3-4 nəfərdən ibarət “Milli Şura” olub. Bu kiçik və uğursuz platformada cəmlənənlər nəinki dialoqa, sivil münasibətlərə də meyilli deyillər. Hətta həmin dialoqa müsbət reaksiya verənləri ən ağır formada təhqir eləməkdən və ya elətdirməkdən belə çəkinmirlər. Belələri öz maraqları üçün xarici diplomatlarla, anti-Azərbaycan təşviqçiləri və hətta erməni lobbisinin havadarları ilə görüşməyi özlərinə rəva bilirlər. Amma yaşadıqları və fəaliyyət göstərdikləri dövlətin məmuru ilə görüşməyə ərinir, can çəkirlər. Yüz bəhanə ilə həmin görüşdən yayınmağa çalışırlar. Niyə? Çünki hardansa öhdəlik götürüblər. Onların dərdi-səri, arzusu-amalı demokratiya, sivil münasibətlər deyil, qaragüruhçuluqdur, xaosdur, əyri yollardır.

- Görüşdə təkliflər səsləndirildimi? Reaksiyalar necə oldu?

- Şəxsən, öncədən düşünürdüm ki, özüm üçün müəyyən elədiyim bəlli tezislər üzərindən danışım. Amma dəyərli həmkarlarım elə mövzulara toxundular, konfrans o qədər əhatəli, maraqlı, çeşidli xarakter aldı ki, məcburən həmin ruha köklənməli oldum. Fikirlərimin əhəmiyyətli hissəsi isə mətbuat, sosial şəbəkələr və ictimai məsuliyyətlə bağlı idi. Bu barədə düşündüklərimi söylədim, razılaşdığım və razılaşmadığım məqamları dilə gətirdim, təkliflərimi verdim. Eyni zamanda həm Ədalət müəllimə, həm hörmətli spiker Sahibə Qafarovaya dedim ki, uzun illərdir indiki prosesi müşahidə etmirdik. Həqiqətən çox şey yaxşı mənada dəyişib. Siyasi konfiqurasiyanın yenilənməsi prosesi isə gerçək əsaslar, icraatlar, addımlar üzərindən davam edir. Şübhə etmirəm ki, bu faydalı estafetin ardı gələcək. Çünki, dialoq vacibdir. Bütün siyasi qüvvələrin fikirləri daim, mütəmadi formada dinlənməlidir, davamlı şəkildə siyasi müzakirələr aparılmalıdır.

- Belə konfranslar iqtidar-müxalifət münasibətlərinin inkişafına təsir göstərəcəkmi? Adətən, müxaliflər şikayət edir ki, hökumət onlarla müzakirələr aparmır...

- Hazırda mövcud iqtidar tərəfindən ortaya çox ciddi siyasi iradə qoyulub. Eynən, hörmətli Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında indiyə qədər müşahidə edilməyən yaxınlaşma var. Son 3 ayda 7 siyasi partiya qeydiyyatdan keçib. Halbuki, buna qədər ən son qeydiyyat 2011-ci ildə reallaşmışdı. “Azərbaycan” qəzetində bütün siyasi partiya mənsublarına silsilə formada geniş məqalə ilə çıxış etmək imkanı yaradılıb. Bir neçə ay bundan əvvəl “ReAL” Partiyasının sədri İlqar Məmmədovla, daha dəqiqi onun məhkumluğu ilə bağlı Ali Məhkəmə müsbət qərar verdi. Pandemiya dövründə bütün siyasi qüvvələrin qurultaylarının keçirilməsi üçün dövlət alternativlər təklif edir. Qeydiyyatlı partiyaların qərargah məsələsinin həlli gündəmdədir. Yəni, məlum gedişatın dinamikası hansı rakursdan baxsaq müsbətdir, hiss olunandır və sevindiricidir. Ona görə də prosesi təqdir etmək, dəstəkləmək və gələcəyə nikbin baxmaq lazımdır.

- Digər siyasi təşkilatların da iştirakı ilə daha geniş tərkibli görüşlərin keçirilməsi barədə hansısa müzakirələr aparıldımı?

- Geniş formatlı müzakirələr planı haqda dəqiq məlumatım yoxdur. Əgər olarsa, hər zaman öz dəstəyimizi ifadə etməyə hazırıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda “Plombir”dən milçək çıxdı - GİLEY
Bu gün, 12:42
Cahangir Əsgərovdan ƏCAİB “TƏMİZLİK”: - “Təhlükəsizlik İdarəsi AZAL-ın ən normal işləyən strukturu idi”
Bu gün, 12:39
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir
Bu gün, 12:32
"Toyların açıq havada keçirilməsi də əla fikirdir"
Bu gün, 12:31
Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edili
Bu gün, 12:29
Emin Ağalarov avtoşluq etdi - VİDEO
Bu gün, 12:28
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb
Bu gün, 12:24
"Ayselə xəyanət etməmişəm, əksini deyən varsa, çıxsın qarşıma"
Bu gün, 12:22
Zaqatalada gizli nişan mərasimləri keçirənlər cərimələnib
Bu gün, 12:19
Salyan rayonunda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib - FOTO
Bu gün, 12:14
Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək - DİM-dən AÇIQLAMA
Bu gün, 12:12
Məşhur azərbaycanlı vayner atdan yıxıldı - VİDEO
Bu gün, 12:09
Saatlıda büdcə vəsaitinin mənimsənilməsini görən yoxdur? - İTTİHAM
Bu gün, 12:05
Salyanda mərkəz direktoru işdən çıxarıldı
Bu gün, 12:01
Deputatdan Adil İsmayılova cavab: - “Qaragüruhçu baxışlarınızla...”
Bu gün, 12:00
24 yaşayış məntəqəsində su problemi həll ediləcək - SƏRƏNCAM
Bu gün, 11:57
“Bəzi pullu adamlar dövlətimizə təhlükədir” - Deputatdan ilginc açıqlamalar
Bu gün, 11:55
Təhsil Naziri Afaq Bəşirqızının gəlininə VƏZİFƏ VERDİ
Bu gün, 11:51
Azərbaycanlıların tərk etdiyi Haqqıxlı kəndindəki göldə 30 ildir traktor və maşın axtarırlar... - Ermənilərin qənimət hərisliyi
Bu gün, 11:49
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
Bu gün, 11:48
Baş Prokurorluq işgəncə görüntülərilə bağlı açıqlama yaydı - "Dezinformasiyaların yayılması yolverilməzdir"
Bu gün, 11:46
Rüfət Quliyevi susdurmaq istəyən məmur kimdir? - “Yazdırdılar və cavablarını aldılar…”
Bu gün, 11:41
“Polisə qarşı qarayaxmaları “5-ci kalon” idarə edir”
Bu gün, 11:39
Dünən “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı - "Şəklimi hansı şərəfsiz yayıb, bilmirəm"
Bu gün, 11:37
İtaliyada vəfat edən opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi üçün iş aparılır - Nazirlik
Bu gün, 11:35
Sabah 19197 abituriyent qəbul imtahanı verəcək
Bu gün, 11:34
İki məhkəmə sədri barədə intizam icraatı başlandı - AÇIQLAMA
Bu gün, 11:33
Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar - Ali Məhkəmənin ləğv etdiyi qərardad yenidən qəbul edildi
Bu gün, 11:32
Nəsimi rayonunda koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə kompleks tədbirlər davam etdirilir
Bu gün, 11:27
Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? - TƏBİB-dən AÇIQLAMA
Bu gün, 11:25
Azərbaycan və Serbiya arasında “minaatan” qalmaqalının pərdəarxası məqamları - TƏHLİL
Bu gün, 11:21
"Çox yumşaq olma əzilərsən"
Bu gün, 11:16
Otelçilərdən Statitika Komitəsinə etiraz: - “Otellərdə karantində olanlar da qonaq kimi statistikaya alınır”
Bu gün, 11:14
“Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” - deputat
Bu gün, 11:10
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 806-ya çatdı
Bu gün, 11:08
“Ermənilər Azərbaycan təhlükəsinin yaxınlaşdığını hiss edirlər” - GƏLİŞMƏ
Bu gün, 11:07
Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... - Ramiz Mehdiyevi müdafiə edən Ziya Məmmədov Tovuz hadisələri vaxtı susmuşdu...
Bu gün, 11:00
Noyabrda təkrar seçkilər keçirilə bilər... - Gözlənti
Bu gün, 10:57
Bir müddət əvvəl həbs xəbəri yayılan məmur işdən çıxdı - Yeni nazir onunla işləmədi
Bu gün, 10:52
Xızda narkotik becərən şəxs iş başında yaxalandı
Bu gün, 10:51
Ağcabədidə bütün işlər bir nəfərə məxsus üç MMC ilə görülür – Heç kim də tanımır
Bu gün, 10:50
Deputat sarıdan bəxti gətirməyən Gəncə... - Müşviq Cəfərov kimdir?
Bu gün, 10:48
Minskdə kütləvi iğtişaşların koordinatorları saxlanılıb
Bu gün, 10:44
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 10:35
Bərdədə kütləvi dava - 1 ölü, 3 yaralı
Bu gün, 10:31
“Yaydıqları platformada ziddiyyətli məsələlər çoxdur” - deputat
Bu gün, 10:30
"Ürəyiniz istəyənlə evlənir, sonra valideynə dərd verirsiz"
Bu gün, 10:27
Əməkdar jurnalist vəfat edib - "O, peşəsinə şərəf gətirən bir insan idi"
Bu gün, 10:22
Gürcüstanda son sutkada koronavirusa daha 14 yoluxma qeydə alınıb
Bu gün, 10:19
Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlandı
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru