Bir fotonun göndərdiyi diplomatik mesaj .....                     Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq .....                     Deputatdan Əhməd Əhmədzadəyə: .....                     "Rəsmi Bakı danışıqlardan geri çəkilməli, bu ərazilərdəki hərbi obyektləri və infrastrukturları vurmalıdır" .....                     Niyaməddin Orduxanlının qohumu polislərə silah çəkdi .....                     DİM 13-14 avqustda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə .....                     Tərtər rayonunda dezinfeksiya tədbirləri mütəmadi olaraq davam etdirilir .....                     Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradılıb .....                     15 yaşlı qızı zorlayıb 1 il cəza alan müəllimlə bağlı ilginc MÖVQE: .....                     Bakıda “Plombir”dən milçək çıxdı .....                     Cahangir Əsgərovdan ƏCAİB “TƏMİZLİK”: .....                     Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir .....                     Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edili .....                     Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb .....                     Zaqatalada gizli nişan mərasimləri keçirənlər cərimələnib .....                     Salyan rayonunda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib .....                     Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək .....                     Məşhur azərbaycanlı vayner atdan yıxıldı .....                     Saatlıda büdcə vəsaitinin mənimsənilməsini görən yoxdur? .....                     Salyanda mərkəz direktoru işdən çıxarıldı .....                     Deputatdan Adil İsmayılova cavab: .....                     24 yaşayış məntəqəsində su problemi həll ediləcək .....                     “Bəzi pullu adamlar dövlətimizə təhlükədir” .....                     Azərbaycanlıların tərk etdiyi Haqqıxlı kəndindəki göldə 30 ildir traktor və maşın axtarırlar... .....                     Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb .....                     Baş Prokurorluq işgəncə görüntülərilə bağlı açıqlama yaydı .....                     Rüfət Quliyevi susdurmaq istəyən məmur kimdir? .....                     “Polisə qarşı qarayaxmaları “5-ci kalon” idarə edir” .....                     Dünən “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı .....                     Sabah 19197 abituriyent qəbul imtahanı verəcək .....                     İki məhkəmə sədri barədə intizam icraatı başlandı .....                     Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar .....                     Nəsimi rayonunda koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə kompleks tədbirlər davam etdirilir .....                     Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? .....                     Azərbaycan və Serbiya arasında “minaatan” qalmaqalının pərdəarxası məqamları .....                     Otelçilərdən Statitika Komitəsinə etiraz: .....                     “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 806-ya çatdı .....                     “Ermənilər Azərbaycan təhlükəsinin yaxınlaşdığını hiss edirlər” .....                     Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... .....                 

"Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" - Əflatun Amaşov
Tarix: 11-07-2020, 13:27 | Çap et
"Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur"
Məlum olduğu kimi Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq. Yubiley tədbirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla reallaşdırılacaq. Eyni zamanda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlər də mükafatlandırılacaq. Milli Mətbuatın 145 illik yubiley tədbirləri və jurnalistlərin təltifatı ilə bağlı təkliflər və siyahılar hazırlayan əsas təşkilatlardan biri Mətbuat Şurasıdır. Həm dövlət başçısının Sərəncamına münasibət öyrənmək, həm də qurumun hansı işlər gördüyünü və yubileylə bağlı layihələrini öyrənmək üçün Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxladıq. “Şərq”in suallarını cavablandıran Şura sədri milli mətbuatın yubileylərində jurnalistlərin mükafatlandırılmasının artıq ənənə halını aldığını söylədi. Ə.Amaşov rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə ciddi çalışdığını bildirdi.

- Əflatun müəllim, cənab Prezidentin milli mətbuatın 145 illik yubileyi ilə bağlı Sərəncamında mühüm məqamlar əks olunub. İlk olaraq dövlət başçısının sərəncamını, ölkə mətbuatına verilən bu dəyəri necə qiymətləndirirsiniz?

- Əvvəla, “Şərq” qəzetinin rəhbərliyini və əməksevər, sözə sadiq fədakar kollektivini nəşrin gündəlik yayımının bərpası münasibətilə ürəkdən təbrik edirəm. “Şərq” ənənələri olan nəşrdir, məktəbdir. Əminəm ki, öz statusunu qoruyaraq daha da inkişaf edəcək. Füsrətdən istifadə edib, “Şərq” qəzetinin kollektivini, ümumən əməksevər jurnalistikamızın təmsilçilərini qarşıdan gələn peşə bayramı, 145 illik yubiley münasibətilə ürəkdən təbrik edir, tutduğunuz yolda uğurlar arzulayıram. Prezident cənab İlham Əliyevin milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında 30 iyun 2020-ci il tarixdə imzaladığı Sərəncam ilk növbədə dövlət başçımızın ənənələrə sadiqliyinin göstəricisidir. Ənənənin əsasını isə ümummilli liderimiz Heydər Əliyev 2000-ci ildə Azərbaycan milli mətbuatın 125 illik yubileyinin keçirilməsinə dair Fərmanı ilə qoymuşdu. Mətbuatımızın tarixinə, qarşıda duran vəzifələrinə fundamental baxışın ifadə olunduğu həmin Fərmanın həm siyasi, həm də mənəvi əhəmiyyəti var idi. Sənəd eyni zamanda jurnalist peşəsinə, söz və ifadə azadlığının demokratik cəmiyyət, hüquqi dövlət quruculuğundakı roluna verilən yüksək dəyərin nümunəsi idi. Cənab İlham Əliyev ölkə Prezidenti kimi bu dəsti-xətti daha da zənginləşdirmək yolu tutur. Yada salım ki, onun milli mətbuatımızın 130 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı bölgələrdə və paytaxtda silsilə yubiley tədbirlərinin təşkili ilə yaddaqalan oldu. 2005-ci il iyulun 21-də Bakıda - “Gülüstan” sarayında keçirilmiş təntənəli mərasim çoxlarının xatirindədir. Həmin gün dövlət başçımızın jurnalistikada xidmətləri olmuş şəxslərin dövlət təltiflərinə layiq görülməsinə dair Sərəncamı oxundu. Müstəqillik illərində ilk dəfə media təmsilçiləri ali dövlət təltiflərilə mükafatlandırıldılar. Bunun özü ayrıca ənənənin başlanğıcıydı. Milli mətbuatımızın 135 və 140 illik yubileyləri də jurnalist əməyinə verilən yüksək dəyərin, ali diqqətin nümunəsi kimi yadda qaldı. Prezidentin 145 illik yubileylə bağlı Sərəncamı da bu baxımdan qiymətləndirilməli mühüm dövlət sənədidir.

Ümumən milli mətbuatımızın yubileylərinin keçirilməsi böyük azərbaycanlı, sözün əsl mənasında millət fədaisi, mütəfəkkir Həsən bəy Zərdabi ruhuna ehtiramımızdır. Millət o zaman var olur ki, keçmişini, tarixini qoruyur və yaşadır. Həsən bəy özlüyündə bir tarixdir. Onun miras qoyduğu irs bizi biz edir, tamlaşdırır, bütövləşdirir. Prezident Sərəncamı o irsə sahibliyimizin təntənəsidir.

- Sərəncama əsasən, 145 illiklə bağlı, yəni həm silsilə tədbirlər, həm də jurnalistlərin mükafatı ilə bağlı təkliflər hazırlanmalıdır. Mətbuat Şurası yubileylə bağlı hansı layihələri hazırlayır. Təklifləriniz nələr olacaq?

- Qeyd etdiyim kimi milli mətbuatın yubileylərində jurnalistlərin mükafatlandırılmaları artıq ənənə halını alıb. Sərəncamın 2.2 bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılmaları haqqında təklifləri dövlət başçısına təqdim etmək tapşırılıb. Azərbaycan Mətbuat Şurasına da istər bu günlərdə, istərsə də hələ Sərəncamdan əvvəl 145 illiklə bağlı mükafatlandırılmağa dəstək xahişilə çoxsaylı müraciətlər daxil olub. Biz bu müraciətlərin hər birini müəllifləri barədə məlumatların əksini tapdığı siyahıda ölkə rəhbərliyinə təqdim etmişik. Şura hər zaman çalışıb ki, ömrünü-gününü jurnalistikaya sərf etmiş, çoxillik xidmətləri ilə seçilmiş şəxslərin əməyi qiymətləndirilsin. Yenə mövqeyimizdə qalırıq. Yubileylə əlaqədar layihə və təşəbbüslərə gəlincə, Şura hər zaman mövcud istiqamətdəki proseslərdə fəal iştirak edib, dəstəyini göstərib. Bununla bağlı qurumun İdarə Heyətinin üzvləri ilə məsləhətləşmələrimiz olur. Konkret işlər müəyyənləşdiriləcək. Ümumən, 145 illik yubileylə bağlı tədbirlərimiz il ərzində gerçəkləşdiriləcək.

- Əfsuslar olsun ki, 145 illik yubiley koronavirus pandemiyası dövrünə təsadüf edir. Bu məqam milli mətbuatın 145 illiyi ilə bağlı tədbirlərin reallaşmasına necə təsir göstərəcək?

- Qeyd etdiyiniz məqam Sərəncamda da əksini tapıb. Əlbəttə, yaxşı olardı ki, tədbirlər əvvəllər olduğu kimi reallaşsın. Amma nə edək, mövcud şəraitlə razılaşmaq lazımdır. Hər bir halda düşünürəm ki, əsas olan niyyətdir. Niyyətimiz isə budur ki, milli mətbuatımızın 145 illik yubileyi mühüm ictimai institut sayılan mediamızın cəmiyyətə mesajı, Həsən bəy Zərdabi ruhuna ehtiram, “Əkinçi” ənənələrinə sahiblik ruhunun təntənəsi kimi yadda qalsın. Mən bu istiqamətdə hər bir media orqanını, jurnalist həmkarlarımı aktiv olmağa çağırıram. Təbii ki, pandemiya təhlükəsinə görə qoyulan tələblərə əməl etmək, tövsiyələri nəzərə almaq şərtilə.

- 145 illik çox böyük bir dövrü əhatə edir. Mətbuat dövrlərinin bütün mərhələlərinə indiyə qədər geniş qiymət verilib. Mətbuatın 140-dan 145-ə qədərki 5 ilini siz necə dəyərləndirirsiniz? Ötən 5 il mətbuatın inkişafına hansı töhfələr verdi?

- İndi Azərbaycan mediası cəmiyyətlə daha çox iç-içədir. Bu nə deməkdir? Diqqət yetirək, hazırda sosial şəbəkələr informasiya yayıcısı qismində çıxış edirlər. Beş il öncə onlar hazırkı qədər aktiv deyildilər. Belə olan durumda medianın fəaliyyətində iki başlıca məqamı görürəm. Birincisi, sosial şəbəkələrlə ayaqlaşmaq. Yəni jurnalistika elə davranmalıdır ki, sosial şəbəkələrin informasiya operativliyinə uduzmasın. Buna görə cəmiyyətə sıx olmaq, hər bir cəmiyyət üzvünün istək və arzularına bələdçilik, ümumən fəaliyyəti cəmiyyət amilini daha çox nəzərə alaraq qurmaq mühüm şərtdir. Əks halda rəqabətdə uduzma labüddür. İkincisi, media çalışmalıdır ki, sosial şəbəkələrdə yayılan informasiyaları bir növ, cilalasın. Nəzərə alaq ki, ikincilər heç də həmişə etibarlı, dürüst informasiya yayıcısı olmurlar, mövcud müstəvidə cəmiyyətə zərərli təsirlər ötürülür. Bu təsirlərin qarşısını almaq şərtdir. Hesab edirəm ki, məsələ kütləvi informasiya vasitələrimiz tərəfindən kifayət qədər dərk edilir və dərk edildiyi üçün də media cəmiyyətə daha yaxındır. Bir daha deyim, ötən 5 ildə medianın əldə etdiyi ən böyük uğur məhz budur. Cəmiyyətlə yaxınlıq istər-istəməz etimad və inam deməkdir. Mediaya etimad varsa, demək ki, inkişaf olacaq. Nəticə etibarilə Azərbaycan jurnalistikası insanları düşündürən, maraqlandıran mövzulara daha həssas və çevik yanaşması ilə seçilir. Həm ictimai missiya, həm də peşə borcu baxımdan bu, son dərəcə vacib məqamdır. Digər tərəfdən, hesab edirəm ki, ötən beş ildə bir sıra problemlərin hələ də qalmasına baxmayaraq, Azərbaycan mediası inkişafda olub. Qeyd etdim ki, mətbuat fəaliyyətini cəmiyyətdən gələn mesajlara, sosial sifarişlərə əsasən qurub. Əslində bu gün dövlətin də eyni missiyanı daha ardıcıl və sistemli həyata keçirdiyini görürük. Söhbət Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilməkdə olan genişmiqyaslı islahatlardan gedir. Mediamız islahatların böyük dəstəkçisidir. Bu, yalnız dövlət başçısının yeritdiyi kursa sadiqlik nümunəsi deyil, eyni zamanda medianın cəmiyyəti yeniliklərə səsləmə mahiyyətinin göstəricisidir. Yəni media irəliləyişi, inkişafı təbliğ edən, əhalini maarifləndirən təbiətə malikdir. Bu, 145 il öncə dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş ənənədir ki, bütün dövrlərdə də aktuallığını saxlayıb. Eyni zamanda onu da deməliyəm ki, medianın özündə də islahatların getməsi vacibdir. Bu, yalnız problemlərin mövcudluğuna görə deyil, prinsip etibarilə gedilməsi müstəsna əhəmiyyət daşıyan yoldur. Jurnalistikamız yeni dövrün çağırışları ilə ayaqlaşmalıdır.

- Heç şübhəsiz, mətbuatımızın uğurları ilə yanaşı, müəyyən problemlər hələ qalmaqdadır. Sizcə, medianın hazırda daha ciddi problemləri nələrdir və onların həlli üçün lazımi addımlar atılırmı?

- Bəli, inkişafa rəğmən problemlərimiz də kifayət qədərdir. Media bazar münasibətlərində daha aktiv təmsil olunmalıdır. Bunun üçün reklam mühitinə yenidən baxılmalıdır. Biz vaxtilə təklif etmişdik ki, dövlət elan və reklamları KİV-lərdə bölüşdürülsün. Bununla bağlı Türkiyə təcrübəsini öyrənmişdik...
Bu gün media işi ilə hər bir kəs məşğul ola bilir. Əlbəttə, söz və ifadə azadlığı baxımından bu, çox vacibdir. Ancaq media sahəsindəki əlçatanlıq təsadüfi adamlara meydan verməməlidir. Buna görə KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulmaqdadır. Təsəvvür edin ki, ölkədə 5 mindən artıq KİV dövlət reyestrindən keçib. Bu, kifayət qədər böyük rəqəmdir.

Ancaq onların hamısı jurnalistika prinsiplərini bir kənara qoyuram, heç qanunvericiliyin KİV üçün tələb olunan normalarına əməl etmirlər. Təkrar qeydiyyat bu sayaq halların aradan qalxmasına gətirəcəkdir. Hazırda ictimai rəyin əsasən internet üzərindən yayımlanan KİV-lər vasitəsilə formalaşması günümüzün reallığıdır. Ancaq bu məkan ciddi tənzimlənmir. Əsla demirəm ki, qadağalarla tənzimləyək. Sahəyə sistemli yanaşılmalıdır.

Buna görə ilk növbədə internet medianın hüquqi statusu müəyyənləşdirilməlidir, meyarlar, yanaşmalar tətbiq olunmalıdır. Əlbəttə, söhbət qanunla nəzərdə tutulacaq yanaşmalardan gedir. Qanuni mexanizm həm də KİV-lərin vahid elektron bankının formalaşdırılmasını rəhbər tutmalıdır. Dəqiq bilinməlidir ki, ölkədə KİV-lərin və jurnalistlərin sayı nə qədərdir. Daha yaxşı olar ki, bu, “ASAN Xidmət”ə inteqrasiya edilmiş sistem olsun. Həmçinin kütləvi informasiya yayıcılığının ənənəvi ilə yanaşı, yeni subyektləri də nəzərə alınmalıdır. Blogerlik və frilans fəaliyyətin informasiya yayıcılığı missiyasına həssas yanaşılmalıdır. Bölgələrimizdəki yerli media orqanlarının iş intensivliyinin artırılması şərtdir. Nəzərə alaq ki, dünyanın bir çox ölkələrində yerli qəzetlər ciddi informasiya mənbəyi sayılırlar.

Vaxtilə bizdə də elə idi. Ancaq indi mövcud sahədə vəziyyət heç də ürəkaçan deyil. Biz jurnalist təhsili məsələsinə fundamental yanaşmalıyıq. Jurnalistikada ixtisaslaşmanı dərinləşdirməliyik. Paralel olaraq jurnalist təhsilinin strukturunun yenilənməsinə diqqət yetirməliyik. Nəzəri biliklərin praktik situasiyalarla əlaqələndirilməsi vacibdir. Bunun üçün tədris vəsaitləri ilə yanaşı, maddi-texniki baza da yenilənməlidir.
Ümumən, sadaladığım bütün məsələlərin həlli günümüzün tələbidir. Bunlara media sahəsində aparılacaq islahatların tərkib hissəsi, tezisləri kimi də yanaşmaq mümkündür.
//sherg.az//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir fotonun göndərdiyi diplomatik mesaj - Ülvi Quliyev
Bu gün, 13:32
Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 13:30
Deputatdan Əhməd Əhmədzadəyə: - “Sizinlə bağlı çıxışımı payıza saxlamayacağam”
Bu gün, 13:05
"Rəsmi Bakı danışıqlardan geri çəkilməli, bu ərazilərdəki hərbi obyektləri və infrastrukturları vurmalıdır"
Bu gün, 13:03
Niyaməddin Orduxanlının qohumu polislərə silah çəkdi - TƏFƏRRÜAT
Bu gün, 12:57
DİM 13-14 avqustda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib
Bu gün, 12:53
Tərtər rayonunda dezinfeksiya tədbirləri mütəmadi olaraq davam etdirilir
Bu gün, 12:52
Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradılıb - MÜJDƏ
Bu gün, 12:48
15 yaşlı qızı zorlayıb 1 il cəza alan müəllimlə bağlı ilginc MÖVQE: - "Burada nə problem var ki..."
Bu gün, 12:47
Bakıda “Plombir”dən milçək çıxdı - GİLEY
Bu gün, 12:42
Cahangir Əsgərovdan ƏCAİB “TƏMİZLİK”: - “Təhlükəsizlik İdarəsi AZAL-ın ən normal işləyən strukturu idi”
Bu gün, 12:39
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir
Bu gün, 12:32
"Toyların açıq havada keçirilməsi də əla fikirdir"
Bu gün, 12:31
Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edili
Bu gün, 12:29
Emin Ağalarov avtoşluq etdi - VİDEO
Bu gün, 12:28
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb
Bu gün, 12:24
"Ayselə xəyanət etməmişəm, əksini deyən varsa, çıxsın qarşıma"
Bu gün, 12:22
Zaqatalada gizli nişan mərasimləri keçirənlər cərimələnib
Bu gün, 12:19
Salyan rayonunda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib - FOTO
Bu gün, 12:14
Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək - DİM-dən AÇIQLAMA
Bu gün, 12:12
Məşhur azərbaycanlı vayner atdan yıxıldı - VİDEO
Bu gün, 12:09
Saatlıda büdcə vəsaitinin mənimsənilməsini görən yoxdur? - İTTİHAM
Bu gün, 12:05
Salyanda mərkəz direktoru işdən çıxarıldı
Bu gün, 12:01
Deputatdan Adil İsmayılova cavab: - “Qaragüruhçu baxışlarınızla...”
Bu gün, 12:00
24 yaşayış məntəqəsində su problemi həll ediləcək - SƏRƏNCAM
Bu gün, 11:57
“Bəzi pullu adamlar dövlətimizə təhlükədir” - Deputatdan ilginc açıqlamalar
Bu gün, 11:55
Təhsil Naziri Afaq Bəşirqızının gəlininə VƏZİFƏ VERDİ
Bu gün, 11:51
Azərbaycanlıların tərk etdiyi Haqqıxlı kəndindəki göldə 30 ildir traktor və maşın axtarırlar... - Ermənilərin qənimət hərisliyi
Bu gün, 11:49
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
Bu gün, 11:48
Baş Prokurorluq işgəncə görüntülərilə bağlı açıqlama yaydı - "Dezinformasiyaların yayılması yolverilməzdir"
Bu gün, 11:46
Rüfət Quliyevi susdurmaq istəyən məmur kimdir? - “Yazdırdılar və cavablarını aldılar…”
Bu gün, 11:41
“Polisə qarşı qarayaxmaları “5-ci kalon” idarə edir”
Bu gün, 11:39
Dünən “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı - "Şəklimi hansı şərəfsiz yayıb, bilmirəm"
Bu gün, 11:37
İtaliyada vəfat edən opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi üçün iş aparılır - Nazirlik
Bu gün, 11:35
Sabah 19197 abituriyent qəbul imtahanı verəcək
Bu gün, 11:34
İki məhkəmə sədri barədə intizam icraatı başlandı - AÇIQLAMA
Bu gün, 11:33
Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar - Ali Məhkəmənin ləğv etdiyi qərardad yenidən qəbul edildi
Bu gün, 11:32
Nəsimi rayonunda koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə kompleks tədbirlər davam etdirilir
Bu gün, 11:27
Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? - TƏBİB-dən AÇIQLAMA
Bu gün, 11:25
Azərbaycan və Serbiya arasında “minaatan” qalmaqalının pərdəarxası məqamları - TƏHLİL
Bu gün, 11:21
"Çox yumşaq olma əzilərsən"
Bu gün, 11:16
Otelçilərdən Statitika Komitəsinə etiraz: - “Otellərdə karantində olanlar da qonaq kimi statistikaya alınır”
Bu gün, 11:14
“Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” - deputat
Bu gün, 11:10
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 806-ya çatdı
Bu gün, 11:08
“Ermənilər Azərbaycan təhlükəsinin yaxınlaşdığını hiss edirlər” - GƏLİŞMƏ
Bu gün, 11:07
Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... - Ramiz Mehdiyevi müdafiə edən Ziya Məmmədov Tovuz hadisələri vaxtı susmuşdu...
Bu gün, 11:00
Noyabrda təkrar seçkilər keçirilə bilər... - Gözlənti
Bu gün, 10:57
Bir müddət əvvəl həbs xəbəri yayılan məmur işdən çıxdı - Yeni nazir onunla işləmədi
Bu gün, 10:52
Xızda narkotik becərən şəxs iş başında yaxalandı
Bu gün, 10:51
Ağcabədidə bütün işlər bir nəfərə məxsus üç MMC ilə görülür – Heç kim də tanımır
Bu gün, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru