"İmkan varsa heç alış-veriş də etməyin..." .....                     Rövşən Rzayev nə ilə fərqlənə bildi? .....                     Keçmiş başçının qohumları meydan sulayır .....                     Müxalifətin yekdil qərarı: .....                     Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb .....                     “Dövlətimizə yardım etmək üçün vacib şərt budur” .....                     Gəncədə iki nəfər dərmandan zəhərlənib .....                     Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır .....                     "Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" .....                     İH-dən reaksiya: .....                     TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: .....                     Dollar manata nisbətdə bahalaşa bilərmi?! .....                     "Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... .....                     Qiymətli Kağızlar bazarı çöküb .....                     “Hamımız məsuliyyətli olmalıyıq” .....                     "Belə islahat, idarəçilik olmaz" .....                     “Haranı qazırsan, Soros və oğlanları çıxır” .....                     İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... .....                     Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb .....                     “Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” .....                     Şəhid general və polkovnikin məzar daşı hazırlandı .....                     Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb .....                     Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən .....                     "İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" .....                     Avqustun 10-da dollar neçəyə olacaq? .....                     "İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" .....                     UFC təxribata əl atan ermənini cəzalandırdı .....                     ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... .....                     "Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" .....                     Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, .....                     "Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" .....                     Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb .....                     Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir .....                     Türkiyədə dollar bahalaşıb .....                     “Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” .....                     BP Azərbaycanı tərk edir? .....                     Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? .....                     Məktəbli formaları tikilirmi? .....                     Erməni dərsliklərində “türk izi” .....                 

Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq? - GƏLİŞMƏ
Tarix: 11-07-2020, 08:53 | Çap et
Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq?
Baş Nazir Əli Əsədovun bir neçə gün öncə imzaladığı 239 nömrəli qərara əsasən, 2020-2021-ci il tədris ili üçün dövlət hesabına təhsil alacaq bəzi ixtisaslar üzrə tələbələrin illik təhsil xərcləri artırılıb. Belə ki, bəstəkarlıq ixtisası üzrə 8200 manat, dekorativ sənət ixtisası üzrə 5200 manat, dirijorluq ixtisası üzrə 8200 manat, heykəltəraşlıq ixtisası üzrə 6000 manat, instrumental ifaçılıq ixtisası üzrə 8200 manat, musiqişünaslıq ixtisası üzrə 8200 manat, qrafika ixtisası üzrə 6000 manatı göstərmək olar.

Bu ixtisaslar üçün dövlət büdcəsindən illik xərclərin artırılması təəccüb doğurub. Əvvəla sual yaranır ki, universitetlərimizdə bu xərclərə cavab verəcək təhsil verilirmi? Hər kəsi narahat edən suallardan biri də odur ki, ödənişsiz əsaslarla təhsil alacaq tələbələrin illik təhsil xərclərinin artırılması ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik ödənişlərinin artmasına səbəb olacaqmı?

AYNA mövzu ətrafında təhsil ekspertləri ilə həmsöhbət olub.

Elçin Əfəndinin sözlərinə görə, qərarda qeyd edilən məbləğlər dövlət sifarişi ilə təhsil alacaq bir tələbənin bir il ərzində çəkiləcək xərcləridir: “Bunu əsas götürərək demək olar ki, artıq dövlət və özəl universitetlər də ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik qiymətlərini artıracaq. Əgər dövlət büdcəsindən bəstəkarlıq fakültəsində oxuyacaq bir tələbə üçün 8200 manat ayrılırsa, təbii ki, ödənişli əsaslarla oxuyacaq tələbədən də ən azı eyni xərcləri ödəmək üçün bu məbləğ alınacaq”.

“Pandemiya dövründə, insanların gəlirlərinin aşağı olduğu bir zamanda təhsil haqlarının artırılması insanlarda sıxıntı yaradacaq. Bu dövrdə ödənişli əsaslarla təhsil almaq istəyən tələbələr üçün indiki zamanda belə qiymətlərin tətbiq edilməsi doğru olmaz. Onu da qeyd edim ki, verilmiş məbləğlər həddindən artıq şişirdilmiş rəqəmlərdir. Məsələn, bəstəkarlıq fakültəsində təhsil alacaq tələbə üçün 8200 manat illik ödəniş doğru deyil. Axı bu gün bizim Üzeyir Hacıbəyov, Qara Qarayev səviyyəli bəstəkarlarımız yoxdur. Həm də bu gün bəstəkarlıq fakültəsində təhsil alan tələbələrə o qiymət müqabilində onlara təhsil verə bilmirik”, - ekspert deyib.

Müsahibimiz hesab edir ki, bu cür qiymət artımları təhsil sisteminə uğur gətirməyəcək: “Əksinə, insanlar ödənişli əsaslarla təhsil almaqdan imtina edəcəklər. Mən təklif edirəm ki, bu qədər böyük məbləğdə pullar ödənişsiz əsaslara dövlət büdcəsindən ayrılırsa, ödənişli əsaslarla təhsil ləğv olunsun. Bəlkə, bununla təhsildə rəqabət artımı ola bilər və təhsilə maraq yaranar. Əks halda təhsil haqqı artırılacaqsa, o zaman sadəcə ödənişli əsaslarla təklif olunan yerlərin əksəriyyəti boş qalacaq”.

E.Əfəndi başqa bir məqama da diqqət çəkib: “Onsuz da yeni tədris ili onlayn keçiriləcək və verdiyimiz onlayn təhsilin keyfiyyəti də o qədər ürəkaçan deyil. Bu cür şərtlərlə qiymət qaldırmaq doğru deyil”.

Kamran Əsədovun dediyinə görə, təhsil terminologiyasında iki ifadə var: “Təhsil xərci və təhsil haqqı. Bunlar bir-birindən fərqli anlayışlardır. Baş Nazir tərəfindən imzalanan qərarda bir kadrın hazırlanması üçün illik xərclər nəzərdə tutulur. Təbii ki, bu vəsaiti tələbələr arasında bölüşdürəndə ortaya fərqli rəqəmlər çıxır. 8200 manatın qeyd edilməsi o demək deyil ki, ixtisasın ödənişli əsaslarının təhsil haqqı o qiymətə olacaq. Bu, dövlət sifarişi üzrə kadrın hazırlanması üçün dövlət büdcəsindən ayrılan vəsaitdir. Təhsil haqqı isə ünuversitetin bir kadr üçün çəkdiyi xərclərə görə müəyyən edilir. Məsələn, tələbə sinifdə olan zaman xərclənən elektrik enerjisinin pulu, auditoriyanın təmizlənməsi, müəllimlərin əməkhaqlarının verilməsi və s”.

“Yəni, qeyd olunan rəqəmlər məhz təhsil haqqı yox, təhsil xərcləridir. Ona görə abituriyentlər və valideynlər təşvişə düşməməlidir. Ali təhsil müəssisələrində illik təhsil haqları ölkədə gedən inflyasiyaya görə dəyişir. Xərclər artanda təhsil haqları da artırılır. Nəzərə alaq ki, pandemiya dövründə hansısa inflyasiya qeydə alınmadı. Həmçinin təhsilin onlayn rejimə keçirilməsi nəticəsində tələbələr üçün ikinci semestr boyu nəzərdə tutulan xərclər universitin büdcəsində qaldı. Deməli, həmin büdcə qaldığı üçün, həmçinin inflyasiya gözlənilmədiyi üçün bu il ödənişli təhsil haqlarında artım gözlənilmir”, - ekspert bildirib.

“Məsələnin ikinci tərəfi isə təhsil haqlarının reallığı əks etdirməməsidir. Azərbaycanda ali təhsil əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı həyata keçirmir. Azərbaycanda, hətta pulsuz ali təhsil belə, bahadır. Əslində, bir çox ixtisaslar əmək bazarının tələblərinə cavab vermədiyi üçün yenilənməlidir. Ədəbiyyat siyahıları köhnəlib, yeni tədris sistemləri tətbiq edilmir. Universitetlər kağız üzərində bəzən xərclərini şişirdir. Real olmayan xərclər yazırlar. Məsələn, tələbənin ezamiyyə xərcləri, laboratoriya xərcləri də əlavə edilir. Və yaxud da tələbənin təhsil haqqına süni xidmətlər qeyd olunur. Nəticədə real olmayan təhsil haqları yaranır. Bu məsələlər diqqətdə olmalı və həllini tapmalıdır”, - Əsədov vurğulayıb.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İmkan varsa heç alış-veriş də etməyin..." - GİLEY
Bu gün, 08:14
Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki...
Bu gün, 08:10
Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ
Bu gün, 08:08
Müxalifətin yekdil qərarı: - “Ölkəmizdə Türkiyə hərbi bazası yaradılsın!”
Bu gün, 06:54
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb
Bu gün, 06:49
“Dövlətimizə yardım etmək üçün vacib şərt budur” - deputat
Bu gün, 06:45
Gəncədə iki nəfər dərmandan zəhərlənib - birinin vəziyyəti orta-ağırdır
Bu gün, 06:38
Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib
Bu gün, 06:32
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır - Diqqət!
Dünən, 18:14
Əməkdar artistdən şou əhlinə: - “Etirazın yeri yoxdur"
Dünən, 18:13
"Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" - deputat
Dünən, 18:06
İH-dən reaksiya: - Sakinlər deputatın çıxışından “hiddətlənib”?
Dünən, 18:04
TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: - "Payıza qədər..."
Dünən, 17:56
Dollar manata nisbətdə bahalaşa bilərmi?! - GƏLİŞMƏ
Dünən, 17:55
"Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... - Onlardan yalnız 1-ni xilas etmək mümkün olub
Dünən, 17:50
Qiymətli Kağızlar bazarı çöküb – 30% azalma
Dünən, 17:48
“Hamımız məsuliyyətli olmalıyıq” - Ülvi Quliyevdən ÇAĞIRIŞ
Dünən, 17:42
"Belə islahat, idarəçilik olmaz" - Sabir Rüstəmxanlıdan ETİRAZ
Dünən, 17:39
“Haranı qazırsan, Soros və oğlanları çıxır” – Fərhad Əhmədov
Dünən, 17:38
İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər
Dünən, 17:33
"Tam aydın olmasa, özümə zəng edin" - Jurnalist təhrifləri müğənnini yorub...
Dünən, 17:27
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb - Diqqət!
Dünən, 17:24
“Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” - Lukaşenko nöqtəni qoydu
Dünən, 17:22
Şəhid general və polkovnikin məzar daşı hazırlandı - FOTO
Dünən, 17:17
Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb
Dünən, 17:16
Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi
Dünən, 17:10
"İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" - Həkim
Dünən, 17:03
Avqustun 10-da dollar neçəyə olacaq?
Dünən, 17:01
"İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" - Ramaldanov
Dünən, 16:59
UFC təxribata əl atan ermənini cəzalandırdı - Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib
Dünən, 16:56
ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... - VİDEO
Dünən, 16:54
“Mətbuat bu gün sosial şəbəkələrə yox, inamsızlığa uduzur” - Arif Əliyev
Dünən, 16:48
"Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" - AKTUAL
Dünən, 16:45
"Gül calaqları edə bilərəm"
Dünən, 16:44
Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, 421 nəfər sağaldı, 4 nəfər öldü
Dünən, 16:41
"Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" - Baş Prokurorluq
Dünən, 16:40
Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb
Dünən, 16:29
Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir - Bakıda ŞOK OLAY
Dünən, 16:28
Türkiyədə dollar bahalaşıb
Dünən, 16:17
“Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” - Ən optimal yol
Dünən, 16:09
BP Azərbaycanı tərk edir? - "Reuters"dən ŞOK XƏBƏR
Dünən, 16:06
Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR
Dünən, 16:02
Məktəbli formaları tikilirmi? - TAPŞIRIQ VERİLMƏYİB
Dünən, 15:56
Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü
Dünən, 15:54
Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı - FOTO
Dünən, 15:51
ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə...
Dünən, 15:44
“Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company”
Dünən, 15:41
Neftçalada Kürdə batan tələbənin meyiti tapılıb
Dünən, 15:38
Kənd Təsərrüfatı Nazirliyinə aparat rəhbəri təyin edilib
Dünən, 15:36
"Bütün pullarımı geyimlərə xərcləmişəm" - Əməkdar artist
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru