Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir .....                     SƏRT PROQNOZ: “...Türkiyə Dağlıq Qarabağa girəcək” .....                     “Rəhim Qazıyevi bağışlaya bilmərəm” .....                     Bu gün Milli Məclisin ilk plenar iclası keçiriləcək .....                     Şəmkir sakini bıçaq xəsarəti alıb .....                     “Bizə tələsik karantin rejimini götürmək yox, xəstəliyi tamamilə yox etmək lazımdır” .....                     Dünyada koronavirus qurbanlarının sayı 700 mini ötdü .....                     Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq .....                     Bu gün dollar neçəyə olacaq? .....                     SMS icazə sistemi ləğv edilir .....                     Ölkədə turizm böhranı: .....                     Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib .....                     BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi .....                     Paşinyan xalqın əleyhinə gedir .....                     “Gürcüstanın timsalında strateji tərəfdaş görmədik” .....                     Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin .....                     “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib .....                     “Səhiyyə xərcləri rekord səviyyədə artırılır” .....                     “Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır” .....                     “Guya, mən demişəm ki, Azərbaycan bayrağındakı ulduzu götürmək lazımdır” .....                     “Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” .....                     Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 750 mini keçib .....                     Azərbaycanda COVID-19-a yoluxanların sayı 32 910-a çatıb, 473 nəfər vəfat edib .....                     Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, .....                     “26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” .....                     Xızının icra başçısı karantin qaydalarını belə pozdu .....                     Deputat TƏBİB-i tənqid edib .....                     Müavinət xərclərində 23,6 mln. manat artıq ödəmə aşkar edilib .....                     Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb .....                     AXCP və "Milli Şura" növbəti qeybətxana şousunda əsl iç üzlərini açdılar .....                     “Bu ərazi zəbt olunmuşdu və hissə-hissə satmaq istəyirdilər” .....                     Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi .....                     “Mehdiyevin göndərilməsinin bir səbəbi də...” .....                     “Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: .....                     Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı .....                     AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: .....                     “Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir” .....                     Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin .....                     Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər .....                     Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir .....                 

Pandemiya titrətməsi: Dünya iqtisadiyyatı daha nə qədər dözə bilər - TƏHLİL
Tarix: 10-07-2020, 18:50 | Çap et
Pandemiya titrətməsi: Dünya iqtisadiyyatı daha nə qədər dözə bilər
Hazırda pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın məbləğini dəqiq hesablayıb, söyləmək mümkün deyil, çünki proses davam edir. Və bilinmir ki, nə vaxt bitəcək. Ona görə də, hökumət əlində olan ehtiyatlardan hələ istifadə etməyib. Vəziyyət getdikcə daha pis ola bilər. Valyuta bazarında təlatüm yaşanarsa, növbəti il üçün hər şeyə yenidən baxmaq zərurəti yaranacaq. Bu isə asan məsələ deyil.
Ümumiyyətlə, dövlət büdcəsinə gəlirlər ciddi şəkildə ikitərəfli təzyiq altındadır. Hələ yaxşı ki, kölgə iqtisadiyyatına qarşı keçən il başlanılan islahatlar və müvafiq mübarizə tədbirləri davam edir. Yəni, qeyri-leqal dövriyyədən vəsait cəlbi hələ də davam etməkdədir. Amma artıq bütün mənbələr üzrə imkanlar tükənir. Mövcud vəziyyət sentyabr-oktyabr-noyabr ayları ərzində də qalmaqda davam edərsə, ehtiyatlar təcili şəkildə işə salınmalı olacaq. O da yalnız bir müddət effektiv xarakter daşıya bilər.

Məsələ bundadır ki, bütün bunlar təkcə bizdə belə deyil. Qlobal iqtisadiyyat özü pis gündədir və dünyanın aparıcı ölkələrinin hər birində vəziyyət eynilə bizdəki kimidir. Hətta bizdəkindən bir az daha pis vəziyyətdədir. Hələ aprelin sonuna yaxın yazdığım şərhdə qeyd etmişdim ki, dünyanı cənginə almış koronavirus pandemiyası heç 6 ay deyil davam edir, artıq 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Bu, dünya ölkələrinin yarısından çoxu deməkdir. Çünki sözügedən vəziyyət əksər ölkələri ikitərəfli vurur - həm kənardan, həm də daxildən. Kənardan ümumən dünyada iqtisadi vəziyyətin pisləşməsi ilə, daxildən isə sərt karantin rejiminə görə...

Dünyanın bir nömrəli iqtisadi gücünə malik ABŞ hələ cari ilin birinci rübünün yekununda keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz gerilik əldə edib. Adı çəkilən ölkənin Ticarət Nazirliyi tərəfindən açıqlanan bu məlumatda əsl geriləmənin hələ qarşıda olduğu vurğulanıb. Yeri gəlmişkən, qeyd olunan 5 faizlik tənəzzül Birləşmiş Ştatlarda 2008-ci ildə başlayan qlobal maliyyə və iqtisadi böhran zamanı həmin ilin dördüncü rübündə əldə olunan nəticədən sonra ən ciddi rəqəm sayılır.

Ölkə üzrə ÜDM-in 2/3 hissəsini təşkil edən istehlak xərcləri 6,8 faiz enib. Ümumiyyətlə, son illər ərzində ardıcıl olaraq artım nümayiş etdirən ölkə birdən-birə sanki, keçən əsrin 30-cu illərində baş vermiş Böyük depresiya vəziyyətinə düşmək təhlükəsi ilə üz-üzə qalıb ki, buna səbəb milyonlarla vətəndaşın öz iş yerlərini itirmələri və pulsuz yemək əldə etmək üçün növbələrə düzülmə ehtiyacının yaranmasıdır. Bax, COVİD-19-un ABŞ-a vurduğu zərbə bundan ibarətdir...

Halbuki, buna qədər sözügedən ölkə son 11 ildə fasiləsiz olaraq hər il 2 faizdən aşağı olmayan iqtisadi artım göstərirdi. Keçən il ərzində ÜDM 2,3 faiz artmışdı. Apreldə isə işsizlik rekord həddə - 14,7 faizə çatmaqla, 20,687 milyon iş yeri ixtisar olunub. Konqresin büdcə idarəçiliyi ikinci rübün yekununa görə bu rəqəmin 26 milyona çatacağını, işsizliyinsə 15,1 faiz təşkil edəcəyini bildirib. Üçüncü rübdə isə 15,8 faiz...

Sözün qısası, koronavirusa görə, ABŞ-da ÜDM bu ilin yekununa 6,5 faiz azalacaq ki, dövlət borcunun səviyyəsi 26 trilyon dollar təşkil etməklə rekordu təzələyəcək. Bütün bunları qeyd etməklə, nə ABŞ-ın "batacağını" iddia etmək istəyirəm, nə də ölkəmizin iqtisadiyyatı ilə bağlı yaranmış vəziyyəti sığortalamaq. Dediyim odur ki, qlobal iqtisadiyyatın bu il 4,9 faiz tənəzzül edəcəyi gözlənilir ki, apreldə bunun 3 faiz təşkil edəcəyi söylənmişdi. Avrozona ölkələri üzrə isə bu rəqəmin 10,2 faiz, bu zonada əsas lokomotiv sayılan Almaniyada isə 7,8 faiz olacağı bildirilib.

Demək istəyirəm ki, yaranmış vəziyyət və iqtisadiyyata təzyiqlər kifayət qədər təhlükəlidir. Və müddət uzandıqca, məlum bəlanın konkret nə vaxt sovuşacağı bəlli olmadıqca, "özünümüdafiə və sığorta" tədbirləri mövcud imkanlardan istifadənı genişləndirməyi məcbur edir. Başqa sözlə desəm, bütün imkanların səfərbərliyə alınması deyilən bir hal vardır ki, dövlətimiz də məhz buna yaxın vəziyyətdədir.

Xatırladıram ki, ölkəmizdə 2020-ci ilin yanvar-may ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az ÜDM istehsal edilib ki, iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 1,2, qeyri neft-qaz sektorunda isə 2,1 faiz az qeydə alınıb. Amma kənd təsərrüfatında 4 faizə yaxın artım qeydə alınıb ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14 faiz artıb, inflyasiya 3 faiz olub.

Yəni, ötən şərhimdə də qeyd etdiyim kimi, koronavirusla bağlı vəziyyət bir az da davam etsə, karantin rejimi üçüncü və dördüncü rüblər ərzində də fasiləli şəkildə də olsa tədbiq edilsə, ÜDM-dən əlavə, istər-istəməz digər makroiqtisadi göstəricilər üzrə də mənfi göstəricilər qeydə alınmağa başlayacaq. Və tənəzzül tendensiyası özünü son nəticədə valyuta bazarında büruzə verə bilər.

Lakin vəziyyət nə qədər qeyri-müəyyən olsa da, bədbinliyə əsas yoxdur. Həm də sözümü bir daha ona gətirirəm ki, bəziləri həyata keçirilən tədbirlərin və görülən işlərin yalnız maliyyə tərəfini hesablamaqla məşğuldurlar ki, sanki, hər şeyi məhz bu həll edir. Və müqayisələr gətirirdilər ki, filan inkişaf etmiş ölkədə anoloji vəziyyətlə əlaqədar milyardlarla və trilyonlarla vəsait xərclənir və daha yeni-yeni həcmlərdə vəsaitlər ayrılması nəzərdə tutulur.

ABŞ-da 5-6 trilyon dollar məbləğində maliyyə dəstəyi Federal Ehtiyat Sistemi üçün həm də əlavə emisiya demək idi, o mənada ki, bu izafi nəğd pul kütləsi sonradan BVF və DB kimi qurumlarda yerləşdirilə bilər və elə dolayı məqsədlərdən birini də məhz bu təşkil edirdi. Həmçinin, digər ölkələr üzrə də...

Odur ki, koronavirus pandemiyası ilə bağlı inkişaf etmiş ölkələrin dəstək və kompensasiya tədbirləri ilə bizdəkini müqayisə etmək düzgün deyil. Azərbaycan hökumətinin sözügedən ölkələr ilə müqayisədə həyata keçirdiyi siyasət və ayırdığı vəsait böyük şücaətdir. Koronavirus pandemiyasının nə qədər zərər vuracağı, bundan qurtulmaq üçün nə qədər vəsait xərclənəcəyi isə təkrar edirəm, hələ bəlli deyil. Digər tərəfdən, postpandemiya dövründə də dəstək siyasəti davam etməlidir və edəcək. Onsuz da ölkə iqtisadiyyatının bir sıra istiqamətləri üzrə hazırlanan dəstək və bərpa mexanizmi bu ilin sonunadək müddəti əhatə edir. Əsas odur ki, pandemiya dövrü tez bitsin...
Azvision.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir
Bu gün, 08:56
SƏRT PROQNOZ: “...Türkiyə Dağlıq Qarabağa girəcək” – AKTUAL
Bu gün, 08:55
“Rəhim Qazıyevi bağışlaya bilmərəm” - Hüquq müdafiəçisi
Bu gün, 08:53
Bu gün Milli Məclisin ilk plenar iclası keçiriləcək - Gündəlik
Bu gün, 08:52
Şəmkir sakini bıçaq xəsarəti alıb
Bu gün, 08:51
“Bizə tələsik karantin rejimini götürmək yox, xəstəliyi tamamilə yox etmək lazımdır”
Bu gün, 08:50
Dünyada koronavirus qurbanlarının sayı 700 mini ötdü
Bu gün, 08:49
Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
Bu gün, 07:43
Bu gün dollar neçəyə olacaq?
Bu gün, 07:38
SMS icazə sistemi ləğv edilir - Bu gündən
Bu gün, 07:36
Ölkədə turizm böhranı: - Qonaqsız evin ruzisi qaçar
Dünən, 18:14
Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib
Dünən, 18:13
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Dünən, 18:11
Paşinyan xalqın əleyhinə gedir - Şirak Bünyatyan
Dünən, 18:10
“Gürcüstanın timsalında strateji tərəfdaş görmədik”
Dünən, 18:08
“Space” telekanalının yayımı 3 saat dayandırılacaq - MTRŞ
Dünən, 18:06
“Daim qorxu içində yaşayıram”
Dünən, 18:03
Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin 300 min manatdan çox vergi borcu var
Dünən, 17:54
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Dünən, 17:52
“Səhiyyə xərcləri rekord səviyyədə artırılır” - Maliyyə naziri
Dünən, 17:46
“Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır” - Nazir
Dünən, 17:41
Afaqla Brilliant niyə küsüb?
Dünən, 17:32
“Guya, mən demişəm ki, Azərbaycan bayrağındakı ulduzu götürmək lazımdır” – Elman Nəsirov
Dünən, 17:30
“Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” - Erməni ekspert
Dünən, 17:26
Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 750 mini keçib
Dünən, 17:25
Azərbaycanda COVID-19-a yoluxanların sayı 32 910-a çatıb, 473 nəfər vəfat edib
Dünən, 17:24
Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Dünən, 17:22
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
Dünən, 17:21
Xızının icra başçısı karantin qaydalarını belə pozdu - VİDEO
Dünən, 17:15
Deputat TƏBİB-i tənqid edib - "Onun fəaliyyəti şübhə altındadır"
Dünən, 17:11
Müavinət xərclərində 23,6 mln. manat artıq ödəmə aşkar edilib
Dünən, 17:10
Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb
Dünən, 17:08
AXCP və "Milli Şura" növbəti qeybətxana şousunda əsl iç üzlərini açdılar - "Biz maraqlı olmalıyıq ki, İlham Əliyev karantini artırsın..."
Dünən, 17:07
“Bu ərazi zəbt olunmuşdu və hissə-hissə satmaq istəyirdilər” - Eldar Əzizov
Dünən, 17:04
Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi - "Bu da yaxın qohumluq əlaqəsi demək deyil..."
Dünən, 17:02
“Mehdiyevin göndərilməsinin bir səbəbi də...” - Ölkədə SİYASİ SİSTEM DƏYİŞİKLİYİ
Dünən, 17:01
“Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: - “O borc bağışlanmayıb, qanunla avtomatik silinib”
Dünən, 16:59
Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı
Dünən, 16:57
"İlkinin oynadığı rollar təkrardır"
Dünən, 16:56
AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: - Biri terapevtik zülal, digəri bitki mənşəli peyvənd
Dünən, 16:50
“Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir” - deputat
Dünən, 16:48
Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin - Dövlət başçısı
Dünən, 16:45
Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
Dünən, 16:44
ƏDV nəşriyyatların BELİNİ “QIRIR”: - “…Ləğv edilməlidir!”
Dünən, 16:42
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Dünən, 16:40
Dəniz suyunda "COVID-19"a yoluxmaq mümkündürmü? – ƏTRAFLI İZAH
Dünən, 16:15
Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb
Dünən, 16:14
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Dünən, 16:12
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nekroloq imzalayıblar
Dünən, 16:11
DİN-dən karantin rejimi ilə bağlı AÇIQLAMA
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru