“Bəzi şəxslər mövcud qərarlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar” .....                     “Küləyin çimərliyə nə dəxli var?” .....                     Belarusda təcili səfərbərlik gedir .....                     Onlar artıq birlikdə fotolarını yayımlayırlar .....                     ƏDV-nin geri qaytarılması ilə bağlı pozuntular aşkarlanıb .....                     Fəttah Heydərov dəfn edilir .....                     Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur .....                     Prezidentin köməkçisindən ATƏT-in Minsk Qrupuna İTTİHAM .....                     Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət .....                     İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib .....                     Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir .....                     Bakı Tikiş Evinin mağazaları açılır .....                     Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? .....                     “Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” .....                     Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb .....                     Bəzi yerlərdə leysan olub .....                     “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq .....                     Masallıda oğurluq edənlər saxlanılıb .....                     Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı .....                     Biləsuvarda əxlaqsız yuva aşkarlandı .....                     Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir .....                     Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır .....                     Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib .....                     Göyçayda mal-qara oğruları saxlanılıb .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb .....                     Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı .....                     Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət .....                     Azərbaycan nefti bahalaşıb .....                     DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir .....                     Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı… .....                     “Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq” .....                     "Vətəndaş necə yaşasın, nəylə yaşasın?" .....                     “Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” .....                     Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı artdı .....                     Parlamentdə dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb .....                     2 il əvvəl Azərbaycan bazarına daxil olan holdinq ləğv edildi .....                     Vətəndaş OD PÜSKÜRDÜ: Burda rəsmən dərəbəylikdir .....                     Masallıda təhsil kimlərə əmanət edilib? .....                     “Tanınmış ailədən olmaq mənim üçün böyük məsuliyyətdir” .....                 

“Putinin “tarixi Rusiya torpaqları” iddiasının Azərbaycana heç bir dəxli yoxdur” - GƏLİŞMƏ
Tarix: 10-07-2020, 11:13 | Çap et
“Putinin “tarixi Rusiya torpaqları” iddiasının Azərbaycana heç bir dəxli yoxdur”
Rusiya Prezidenti Vladimir Putinin keçmiş SSRİ-nin tərkibindən ayrılan ölkələrə qarşı ərazi iddiası irəli sürməsi günlərdir müzakirə mövzusudur. Rusiya lideri Konstitusiya dəyişikliyi üçün iyulun 1-də keçirilən referendumdan az öncə “Birinci kanal”ın “Rossiya. Kreml. Putin” proqramına danışarkən, SSRİ məsələsinə də toxunub. Rusiya lideri iddia edib ki, SSRİ yaradıldığı zaman bir çox ölkələr Rusiyadan torpaqlar alıb. Bu torpaqları Putin “ənənəvi tarixi rus torpaqları" adlandırıb. Və qeyd edib ki, həmin ölkələr SSRİ-nin tərkibindən çıxanda, o torpaqları da öz ərazilərində saxlayıb.

Putin söhbətin hansı ölkələrdən və hansı ərazilərdən getidiyini açıqlamayıb. Lakin deyib ki, “SSRİ yaradıldığı zaman onun tərkibindən çıxmaqla bağlı müqavilədə bənd olub, ancaq bunun proseduru müəyyən edilməyib”.

Eksertlər Kreml rəhbərinin bu fikrini Konstitusiya dəyişikliyinə dair səsvermə ərəfəsində ictimaiyyətə hesablanmış çıxış hesab edirlər. Qənaət belədir ki, Putin bununla öz seçicilərinə SSRİ-nin bərpa edilə biləcəyinə işarə etməklə yanaşı, rusların vətənpərvərlik duyğularından yararlanmağa da çalışıb.

Lakin bəzi fikirlər də var ki, Putin bu iddiaları təbliğat kimi istifadə etmək üçün səsləndirmir, doğrudan da Kreml rəhbərinin belə qorxulu niyyəti var. Analitiklər bildirirlər ki, Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) ölkələrini hər zaman ram etmək, rəsmi Moskvanın təsirinə salmaq niyyəti güdür.

Rusiya Prezidentinin ərazi iddiaları məsələsini AYNA-ya “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh edib. O, Putinin məqsədləri haqqında maraqlı fikirlər səsləndirib. Siyasi icmalçı hesab edir ki, Putin heç vaxt sıradan bir fikir söyləmir.

- Nə zaman belə ajiotaj yaradacaq çıxış edirsə, demək ki, onun cızdığı bir plan var. Əvvəlki prezident seçkiləri ərəfəsində Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı böyük bir məqaləsi mətbuatda çap olunmuşdu. Prezident olduqdan sonra həmin məqalədə əks olunan fikirləri reallaşdırmağa başladı. Düzdür, necə reallaşdıra bildi, AİB işlək quruma çevrilə bilmədi – bu, başqa məsələdir. SSRİ ilə bağlı Putinin müxtəlif vaxtlarda müxtəlif fikirləri olub. Sovetlərlə bağlı ən yaddaqalan düşüncəsi vardı ki, SSRİ-nin dağılmasını “böyük fəlakət” adlandırmışdı. Bu, Qərb mətbuatında da geniş şəkildə işıqlandırıldı. Demək ki, Rusiya lideri SSRİ-nin dağılmasını fəlakət sayır. Daha sonra zaman-zaman bu fikri genişləndirməyə başladı. Son müsahibəsində yenə də bu mövzuya qayıtdı və bildirdi ki, “SSRİ-nin bərpasından heç kəs qorxmasın, bu, heç kimə təhlükə yaratmır”. Daha sonra bildirdi ki, “SSRİ dağılarkən bəzi dövlətlər Rusiyanın tarixi torpaqlarını götürüb”. Qeyd etdi ki, “əgər bu dövlətlər müstəqil olurdusa, bizim tarixi torpaqlarımızı qaytarıb, sonra müstəqil olardılar”. Putin bu sözləri çox aramla söylədi və bu zaman kamera onu çox böyük planda göstərirdi. Hiss olunur ki, Prezidentin danışığının bu hissəsi daha geniş və qabarıq yayımlanması barədə əvvəlcədən tapşırıq verilib. Hesab edirəm ki, SSRİ ilə bağlı Rusiya liderinin dedikləri MDB məkanına mesajdır.

- Putinin ifadələrində MDB-yə hansı mesajlar var?

- Son illərdə Putin bu istiqamətdə siyasətini yürüdür. 2008-ci ildə Gürcüstana qarşı müharibədə Cənubi Osetiya və Abxaziya işğal olundu. Halbuki, bu iki bölgənin Rusiyanın tarixi torpaqlarına heç bir aidiyyəti yoxdur, birində osetinlər, digərində abxazlar yaşayır. Daha sonra 2014-cü ildə Rusiya Ukraynaya hücum etdi, Krım ilhaq olundu. Daha sonra Donbasda separatçı bölgə yaratdı. Putin öz düşüncəsinə görə, burada da “Rusiyanın tarixi torpaqları”nı geri qaytarırdı. Hətta, Ukrayna ilə bağlı Kremlin başqa bir fikri də var idi, sonra onun reallaşdırılmasından geri çəkildi. Bu da “Novorossiya” ideyası idi. Putinin “Novorossiya” ideyası o demək idi ki, Ukraynanın öz tarixi torpaqları olmayıb, ölkənin şərq hissəsi Rusiyaya aiddir. Guya, Ukraynanın ərazisi Qərb tərəfdə xırda bir ərazidir. Rusiya Donbasla bərabər Xarkovu, Dnepri, Nikolayevi, Xerson və Odessanı da öz tarixi ərazisi sayır. Putin bu ideyadan bir müddət sonra geri durdu, çünki müharibəni genişləndirməyə risk etmədi. Görünən odur ki, Putinin beynində bu ideyalar hələ də qalmaqdadır.

- Konstitusiyaya dəyişiklik referendumu Putinin lehinə nəticələndi. Bundan sonra Putin 2036-cı ilə kimi Prezident kürsüsündə qala bilər. O zaman bu ideyanın reallaşdırılması istiqamətində addımlar ata bilərmi?

- Görünən odur ki, Putin Konstitusiya dəyişikliyindən sonra hələ 16 il hakimiyyətdə qalacağını güman edir. Hesab edirəm ki, bu illərdə o, sözügedən ideyalarını reallaşdırmağa çalışacaq. Putinin ərazilərlə bağlı ideyaları çox təhlükəlidir. Putin Rusiyanın tarixi torpağı adı ilə daha hansı ərazilərə iddia edə bilər? Bir Qazaxıstan qalır. Vaxtilə rus millətçiləri belə fikir səsləndirirdilər ki, guya Qazaxıstan adlı dövlət yoxdur, oralar “qədim rus torpaqlarıdır”. Elə Putin özü də bir neçə il öncə açıqlama vermişdi ki, Nursultan Nazarbayev olmasaydı, Qazaxıstan adında dövlət olmayacaqdı. Bu, o deməkdir ki, Nazarbayevin yerinə başqası olsaydı, Rusiya “tarixi torpaqlarını” geri alacaqdı. Həm də bir mesaj vermişdi ki, gələcəkdə Qazaxıstan rəhbərliyi xarici siyasətində korrektə edərək Rusiyadan uzaqlaşsa, Rusiya Ukraynaya etdiyi həmləni Qazaxıstana qarşı da edə bilər.

- Putin bu təhlükəli planlarını ciddi şəkildə reallaşdırmağa start verərsə, MDB daxilində müharibələrlə nəticələnə bilərmi?

- Əlbəttə, böyük müharibələrə rəvac verə bilər. Çünki, mən inanmıram ki, Putindən başqa keçmiş SSRİ-nin hansısa formada bərpasını istəyən MDB dövləti və ya həmin dövlətlərin rəhbərləri var. Hətta, Rusiyanın ən yaxın müttəfiqi sayılan Belarus belə, Moskvanın əlaltısı olmaq istəmir. Belarus lideri Aleksandr Lukaşenko dəfələrlə bu haqda kəskin açıqlamalar verib. MDB məkanının dövlətləri Rusiya ilə sadəcə bərabərhüquqlu əməkdaşlığa razıdır. Ola bilər ki, Putin növbəti prezident seçkiləri ərəfəsində bu təhlükəli ideyalarını yenə də ortaya atacaq. Belə baxanda MDB var, Avrasiya İqtisadi Birliyi var. Deməli bunlar Putin üçün azdır. O istəyir ki, SSRİ formasında bir imperiya yaratsın. Amma təkrar edirəm, özündən başqa heç kim buna razılaşmayacaq. Belə olan halda tək yol qalır: müharibə, güc yolu. Rusiya isə hazırda o vəziyyətdə deyil ki, eyni anda bir neçə dövlətlə müharibə aparsın. Rusiya hər halda SSRİ də deyil. Düzdür, güclü ordusu var, hərbi-sənaye kompleksi kifayət qədər böyükdür. Amma eyni zamanda, dövlətlərlə müharibə aparmağa Kreml risk etməz. Sadəcə Putin ideyalarını ortaya atıb, bu istiqamətdə müzakirələr başlatmaq istəyir. Onun sonrakı planlarını da gələcəkdə biləcəyik.

- Qafqazla bağlı planlarına nə daxil ola bilər?

- Qafqaz ölkələrindən olan Gürcüstanla bağlı Putinin ideyası məlumdur. Azərbaycana qarşı isə Rusiya heç vaxt tarixi torpaq adı ilə iddia qaldıra bilməz. Əksinə, Azərbaycan dünyada tək-tük ölkələrdən biridir ki, öz əraziləri ilə həmsərhəddir. İranda Cənubi Azərbaycan əraziləri, Ermənistanda Qərbi Azərbaycan əraziləri, Gürcüstanda Borçalı, Rusiyanın özündə Dərbənd - bunlar tarixi Azərbaycan əraziləridir. Amma biz sivil dövlətik, tarixi Qərbi Azərbaycan torpaqlarından başqa heç bir ərazilərə iddia etmirik. Ermənistandan başqa digər qonşularla bizim yaxşı, normal əlaqələrimiz, tərəfdaşlığımız var. Nə Gürcüstana ərazi iddiamız var, nə Rusiyaya, nə də İrana. Ermənistana qarşı isə bəli, var. İşğalda olan Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycana qaytarılmalıdır. Qərbi Azərbaycanla bağlı da müxtəlif ideyalarımız var. Yəni ki, Putinin “Rusiyanın tarixi torpaqları” ideyasının Azərbaycana heç bir aidiyyəti yoxdur. Əksinə, Putinin məntiqi ilə yanaşsaq, o zaman gərək biz də deyəydik ki, SSRİ dağılıb, Rusiya müstəqil olanda Azərbaycanın tarixi torpağı olan Dərbəndi qaytaraydı. Amma biz bu iddiada deyilik. Rəsmi Bakı Ermənistandan başqa heç bir qonşu ölkə ilə münasibətlərin gərginləşdirilməsində maraqlı deyil. Ermənistanla gərginlik də, onların ərazilərimizi işğal etməsi və bu işğalçılığı hələ də davam etdirməsinə görədir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bəzi şəxslər mövcud qərarlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar” - deputat
Bu gün, 12:35
“Küləyin çimərliyə nə dəxli var?” - Baş infeksionist
Bu gün, 12:34
Belarusda təcili səfərbərlik gedir - RUSİYA İLƏ SƏRHƏD REGİONLARDA...
Bu gün, 12:33
Onlar artıq birlikdə fotolarını yayımlayırlar
Bu gün, 12:23
ƏDV-nin geri qaytarılması ilə bağlı pozuntular aşkarlanıb
Bu gün, 12:18
Fəttah Heydərov dəfn edilir - FOTO
Bu gün, 12:15
"Əşyaları aid olduğu yerə, insanları isə layiq olduğu yerə qoy…"
Bu gün, 12:10
Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur - İTTİHAM
Bu gün, 12:08
Prezidentin köməkçisindən ATƏT-in Minsk Qrupuna İTTİHAM - “Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib”
Bu gün, 12:01
Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət - TƏFƏRRÜAT
Bu gün, 11:58
"Mən Musaya nəyi deyirəm onu geyinir" - Təranə Qumral
Bu gün, 11:54
Toy etmək istəyənlərin nəzərinə: - Bu tarixdən sonra icazə veriləcək
Bu gün, 11:51
İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib
Bu gün, 11:47
Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir - TƏHLİL
Bu gün, 11:41
Bakı Tikiş Evinin mağazaları açılır - İbtidai siniflərdə dərslər başlayacaq?
Bu gün, 11:38
Toysuz qalıb pulsuz qalmayan məşhurlar... - SİYAHI
Bu gün, 11:36
Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? - AKTUAL
Bu gün, 11:34
“Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” - deputat
Bu gün, 11:33
Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb
Bu gün, 11:31
Bəzi yerlərdə leysan olub - Nazirlik faktiki hava durumunu açıqladı
Bu gün, 11:30
“Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY
Bu gün, 11:24
ARB TV-nin adından saxtakarlıq - FOTOFAKT
Bu gün, 11:21
Masallıda oğurluq edənlər saxlanılıb
Bu gün, 11:18
Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı - İDDİA
Bu gün, 11:17
Biləsuvarda əxlaqsız yuva aşkarlandı
Bu gün, 11:13
Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir - VİDEO
Bu gün, 11:11
Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır - Nazirlik
Bu gün, 11:06
Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib - narkotiklərlə bağlı
Bu gün, 10:59
Göyçayda mal-qara oğruları saxlanılıb
Bu gün, 10:58
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb
Bu gün, 10:57
Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı
Bu gün, 10:56
Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət Azərbaycana yola düşüb
Bu gün, 10:54
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir
Bu gün, 10:34
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı… - SKANDAL
Bu gün, 10:30
“Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq” - deputat
Bu gün, 10:20
“Nadir villasında dincəlir, öz gününüzə ağlayın”
Bu gün, 10:18
"Vətəndaş necə yaşasın, nəylə yaşasın?" - ETİRAZ
Bu gün, 10:17
“Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” - GƏLİŞMƏ
Bu gün, 10:15
Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? - MÜƏMMA
Bu gün, 10:13
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Bu gün, 10:10
Parlamentdə dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb - Gündəlik
Bu gün, 10:03
2 il əvvəl Azərbaycan bazarına daxil olan holdinq ləğv edildi
Bu gün, 10:01
"Mənim kimi məktəb görmüş musiqiçilər kölgədə qalıblar"
Bu gün, 09:58
Vətəndaş OD PÜSKÜRDÜ: Burda rəsmən dərəbəylikdir - "Müraciət etmədiyim yer qalmayıb..."
Bu gün, 09:56
"Mən o sözü harada demişəm?" - AUDİO
Bu gün, 09:54
Masallıda təhsil kimlərə əmanət edilib? - Nazirə müraciət olundu
Bu gün, 09:49
“Tanınmış ailədən olmaq mənim üçün böyük məsuliyyətdir” - Nazir müşaviri
Bu gün, 09:43
Fəttah Heydərov VƏFAT EDİB
Bu gün, 09:41
Elbrus Paşayevin səmərəsiz layihələrinin üstü necə açıldı? - İTTİHAM
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru