Nizami Bəhmənovun gəlininə ittiham verildi .....                     “İşğalçı Ermənistana qarşı Azərbaycanın yanındayıq” .....                     İşğalçını silahlandıran Rusiya ATƏT-in Minsk qrupunda olmalıdırmı? .....                     “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” .....                     Baş redaktordan Neftçalanın gənc icra başçısına: .....                     Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu .....                     “İki hərbi baza yaradıla və Qars müqaviləsi genişləndirilə bilər” .....                     Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb .....                     Eldar Həsənov Bakıda istintaqa cəlb olundu .....                     Azərbaycanda bankirlə əməkdaşları arasında qarşıdurma .....                     15 yaşlı qız və 60 yaşlı müəllim işində ŞOK: “O uşaq əslində...” .....                     Kafe-restoran sahibləri öz başlarına çarə qılmalı olacaqlar .....                     "London taksi"ləri Bakıya bu qiymətə gətirilib? .....                     Siyəzəndə karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələniblər .....                     Lənkəranın İcra başçısı asfatlanma işləri ilə tanış olub .....                     “Seyroloji testlər antivirus tətbiqinə hazırlıqdır” .....                     “İlham Əliyevin Putinə zəngi Kremlə mesajdır” .....                     Azərbaycanın daha bir idmançısı dopinqə görə cəza aldı .....                     Baş Nazir 48 dövlət qurumuna tapşırıq verib .....                     Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq .....                     Əlahiddə Çevik Polis Alayının əməkdaşları iki nəfərin həyatını xilas edib .....                     Goranboyun icra başçı avtobioqrafiyasını təzələyir... .....                     XİN strukturunda diplomatlarla pullar oğurlanıb .....                     Azərbaycan vətəndaşlarının Türkiyədə, Türkiyə vətəndaşlarının isə Azərbaycanda .....                     “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan .....                     “Metropoliten”də dağıdılan milyonlar .....                     Hadı Rəcəblinin qardaşına yüksək vəzifə verildi .....                     Prokurorluğun sosial şəbəkə hesabları aktivləşdirilib .....                     “Təşvişə düşməyə əsas yoxdur” .....                     Ailə sistemimiz dağılıb gedir... .....                     “Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” .....                     İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi .....                     “Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər” .....                     Sabiq Baş prokurorun qardaşı işdən çıxarıldı .....                     Dövlət Turizm Agentliyinin sədrinə yeni müşavir təyin edilib .....                     Toyuq oğurlayana 4 il, .....                     “Baku Medical Plaza”da qadın həkim qarət olundu .....                     8 illik dönəm başa çatmaq üzrədir... .....                     "Atamdan 3 ildi nə şəkil gəlir, nə video" .....                     “Avtobus zolaqlarının çəkilməsi zərurətə çevrilib" .....                 

DTX XİN-də niyə əməliyyat keçirdi? - TƏHLİL
Tarix: 9-07-2020, 11:51 | Çap et
DTX XİN-də niyə əməliyyat keçirdi?
Dövlət Təhlükəsizlik Xidməti (DTX) növbəti əməliyyatını bir neçə gün öncə Xarici İşlər Nazirliyində (XİN) keçirdi.

Əməliyyatla bağlı yayılmış rəsmi məlumatda qeyd olunub ki, XİN-in bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı DTX-ya məlumat daxil olub və bunun əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Məlumatda bildirilib ki, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılıb, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib və bu şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cəmiyyəti və ekspertləri düşündürən isə budur: indiyə qədər yerli icra orqanlarında, bəzi nazirlik, komitə və xidmətlərdə uğurlu əməliyyatlar keçirmiş DTX-nin növbəti ünvanı niyə XİN oldu? Azərbaycan xarici siyasətinin müəyyənləşmiş prioritetlərini həyata keçirməyə məsul olan bu dövlət orqanında vəziyyət hansı həddə çatıb ki, prosesə DTX-nın müdaxilə etməsinə qərar verildi?

Əlbəttə, dövlət üçün mühüm və strateji olan bu strukturda belə əməliyyatın keçirilməsi ciddi siyasi iradənin nəticəsidir. Prezident Əliyev bir daha islahat kursuna sadiq olduğunu, strateji əhəmiyyətindən asılı olmayaraq, qanunların pozulduğu, korrupsiyanın olduğu, adekvatlığı olmayan istənilən strukturda islahat aparılacağının və tədbir görüləcəyinin mesajını verir.

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov da mediaya son hadisələrlə bağlı verdiyi açıqlamalarında buna toxunub: “Bu səviyyədə və bu şəkildə həyata keçirilən əməliyyat onu göstərir ki, ortada dövlətin rəhbərliyinin ciddi siyasi iradəsi var. Xatırladım ki, Xarici İşlər Nazirliyi birbaşa prezidentə tabe olan strukturlar siyahısındadır. Məncə, burada baş verənlərə aydınlıq gətirilməsi üçün ortada ciddi siyasi iradə olub”. (azpolitika.info)

Məsələ ondadır ki, artıq bir neçə ildir, XİN rəhbərliyi və diplomatik korpusun bəzi nümayəndələri keçmiş diplomatlar, millət vəkilləri, ekspertlər tərəfindən tənqid olunur.

Xüsusilə XİN-dəki kadr təyinatları, səfirliklərə kadr seçimi, konsulluq idarəsindəki viza problemləri, həmçinin, Dağlıq Qarabağ məsələsində XİN-in təşəbbüskar ola bilməməsi zamanla tanınmış şəxslər tərəfindən tənqid olunub.

Onu qeyd etmək yerinə düşər ki, Azərbaycan hazırda Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq aləmdə və diplomatiyada üstün mövqedədir. Elə ötən il keçirilmiş Valday forumunda və MDB dövlət başçılarının Aşqabad sammitində, Münhen Təhlükəsizlik Konfransının toplantısında, elə bu günlərdə Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” ölkələrinin video konfransında işğalçı ölkənin başçısı diplomatik nakouta düşdü. Bu hadisələrin hər biri isə Ermənistan ictimaiyyəti və siyasi elitasında Paşinyana qarşı etiraz doğurdu. Bu tədbirlərin hər birində Dağlıq Qarabağ məsələsi, Ermənistanın işğalçı siyasəti bir daha dünya mediasının gündəminə gəldi, beynəlxalq müzakirəyə çıxarıldı. Amma bu diplomatik qələbələrin hamısının müəllifi Prezident İlham Əliyevdir. Bu günə qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı cəsarətli açıqlamalar, diplomatik qələbələr yalnız Prezident Əliyevin təşəbbüsü və birbaşa iştirakı ilə qazanılıb. Çox təəssüf ki, belə polemikalardan söhbət düşəndə Xarici İşlər nazirinin cəmi bir dəfə bir erməni jurnalistlə təyyarədəki debatını xatırlaya bilirik. Halbuki XİN yumşaq gücdən (soft power) istifadə edə, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə rutin görüşlərdən və əksər səfirlərin ildə 2 dəfə xidmətdə olduqları ölkənin az tanınan media orqanında köhnə məqalələri yeni adı ilə dərc etdirməsindən daha qabağa gedə bilərdi.

Çox təəssüf ki, bəzi ölkələrdə səfirlərlə diaspor nümayəndələri və rəhbərləri arasında problemlərin olması, səfirin diaspor təşkilatının rəhbərini qəbul etməməsi (!) kimi faktlar həmişə mətbuatda yazılıb.

Bir müddət əvvəl deputat Qüdrət Həsənquliyev də bu məsələni gündəmə gətirmişdi: “Həmişə demişəm ki, bizim xarici siyasət idarəsinin başında duranlar kifayət qədər çevik siyasətçi və kifayət qədər də ağıllı, işgüzar, eyni zamanda yaxşı təşkilatçı olmalıdır. Təkcə diplomatiyanı bilmək kifayət deyil. Xarici İşlər naziri yaxşı təşkilatçı olmalı, səfirləri işlətməlidir. Mən bilirəm ki, Elmar Məmmədyarov səfirlərin fəaliyyətinə nəzarət edə bilmir. Səfirlərin əksəriyyəti oranı özlərinin biznes strukturu kimi idarə edir. Düşünürəm ki, ümumiyyətlə, bizim xarici siyasət komandası xarici siyasətlə məşğul olmalıdır. Gücləndirilməsinə ən böyük ehtiyac olan sahələrdən biri oradır”.

Yeri gəlmişkən, XİN-də kadr məsələləri, xüsusilə rəhbərlik arasındakı çəkişmələr, məsələn, nazir müavinlərinin bir-biri ilə danışmaması sənədlərin imzalanmasında günlərlə yubanmaya səbəb olub, iş prosesini ləngidib. Ümumiyyətlə, rəhbərliyinin əksər hissəsinin bir-biri ilə danışmadığı nazirlikdə hansı iş keyfiyyətindən söhbət gedə bilər?

XİN-də işləmiş, hətta indi də işləyən şəxslərin bildirdiyinə görə, 2004-2010-cu illər arasında Xarici İşlər nazirinin müavini kimi çalışmış Vaqif Sadıxov (hazırda BMT-nin Cenevrə ofisində Azərbaycanın səfiri) kadrların seçimi və irəli çəkilməsi üçün uğurlu sistem işləyib hazırlayıb və tətbiq edib. Hazırda isə həmin sistem tamamilə dağıdılıb, kadrlar daha çox XİN rəhbərliyinə yaxın şəxslər və dostlar arasından seçilir. Elə səfirlər arasında da rəhbərliyin sevimliləri və digərləri var. Nazirin təqdimatından kənar təyin olunmuş səfirlər XİN üçün daha çox “yad övlad” olurlar, onlar bir müddət sonra “uzaq ölkə səfiri”nə çevrilirlər və unudulurlar. Bütün bunlar XİN haqqında zaman-zaman tənqidi mövqelərin ortaya çıxmasına səbəb olur.

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, ilk növbədə islahatlar aparılmalıdır: “Təcrübə göstərir ki, kadrlar maliyyə pozuntularına yol verirlər. Həm də siyasi səhvlər buraxılır. Öz işini lazımi səviyyədə görməyən, eləcə də dövlətimizin imicinə ləkə gətirən diplomatlar da var. Ciddi təmizlik aparılmalıdır. XİN nümunəvi qurum olmalıdır. Təmiz və Azərbaycanı xaricdə təmsil edən şəffafa çevrilməlidir ki, hamımız onunla fəxr edək. İndi hamımız başa düşürük ki, bu istiqamətdə işlər lazımi səviyyədə təşkil olunmayıb”.

Bu, əlbəttə ki, təəssüf doğurur. Yüz illik diplomatiya tarixi, dünən də, bu gün də peşəkar diplomatları olan bir struktur “otkat” söhbətləri, “10 faizini özümə götürdüm, qalanını da…” atmacaları ilə gündəm olmamalıydı. Həmişə tənqid etdiyimiz, xarici səfirliklərin vasitəçi şirkətlər cəlb edib, ya da ayrı-ayrı adamlara himayədarlıq etməklə viza və s. məsələlərdən kütləvi pul qazanmaları halları bizim XİN-də olmamalıydı. Ümid edək ki, sabiq Xarici İşlər nazirinin dediyi kimi, “bu strukturu təmizləmək üçün keçirilən əməliyyatın nəticələri Azərbaycanın xeyrinə olacaq, xarici siyasətə və onun imicinə müsbət təsir edəcək…”
APA Analitics





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aktyorlar işsiz qalacaq...” - Yeni serial qərarı
Bu gün, 16:12
Nizami Bəhmənovun gəlininə ittiham verildi - 16 bıçaq zərbəsi almışdı...
Bu gün, 16:06
“İşğalçı Ermənistana qarşı Azərbaycanın yanındayıq” - Türkiyənin Müdafiə naziri
Bu gün, 16:01
İşğalçını silahlandıran Rusiya ATƏT-in Minsk qrupunda olmalıdırmı? - TƏHLİL
Bu gün, 16:00
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanun təsdiqləndi
Bu gün, 15:58
Baş redaktordan Neftçalanın gənc icra başçısına: - "Heç vaxt arzusunda olmadığımız bir durumla üzləşmişik"
Bu gün, 15:50
Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 15:39
“İki hərbi baza yaradıla və Qars müqaviləsi genişləndirilə bilər” - GÖZLƏNTİ
Bu gün, 15:37
Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb
Bu gün, 15:36
Eldar Həsənov Bakıda istintaqa cəlb olundu - İLGİNC
Bu gün, 15:35
Azərbaycanda bankirlə əməkdaşları arasında qarşıdurma - Vahid Ələkbərovun bankında nə baş verir?
Bu gün, 15:34
15 yaşlı qız və 60 yaşlı müəllim işində ŞOK: “O uşaq əslində...” - Hakimin vəkil oğlu nələr danışdı...
Bu gün, 15:25
Kafe-restoran sahibləri öz başlarına çarə qılmalı olacaqlar
Bu gün, 15:20
"London taksi"ləri Bakıya bu qiymətə gətirilib? - MƏBLƏĞ
Bu gün, 15:18
Siyəzəndə karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələniblər
Bu gün, 15:16
Lənkəranın İcra başçısı asfatlanma işləri ilə tanış olub
Bu gün, 15:11
“Seyroloji testlər antivirus tətbiqinə hazırlıqdır”
Bu gün, 15:05
"Toyumda dodağımda gel yox idi"
Bu gün, 15:05
“İlham Əliyevin Putinə zəngi Kremlə mesajdır” - GƏLİŞMƏ
Bu gün, 15:03
Azərbaycanın daha bir idmançısı dopinqə görə cəza aldı
Bu gün, 14:18
Baş Nazir 48 dövlət qurumuna tapşırıq verib
Bu gün, 13:55
Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 13:51
Əlahiddə Çevik Polis Alayının əməkdaşları iki nəfərin həyatını xilas edib - FOTO
Bu gün, 13:48
"İndi təəccüblənirəm ki, insanlar haradan bilir" - Xalq artisti
Bu gün, 13:46
Goranboyun icra başçı avtobioqrafiyasını təzələyir... - İDDİA
Bu gün, 13:39
XİN strukturunda diplomatlarla pullar oğurlanıb - istintaqla bağlı yeni sensasion xəbərlər
Bu gün, 13:37
Azərbaycan vətəndaşlarının Türkiyədə, Türkiyə vətəndaşlarının isə Azərbaycanda 90 gün vizasız qalmasını nəzərdə tutan saziş qüvvəyə minib
Bu gün, 13:36
“İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs həbs edilib
Bu gün, 13:34
“Metropoliten”də dağıdılan milyonlar - “Bu nəzarətsizlik bundan sonra davam edə bilməz…”
Bu gün, 13:33
"Şöhrətlə yaşamaq çox çətindir"
Bu gün, 13:19
Hadı Rəcəblinin qardaşına yüksək vəzifə verildi
Bu gün, 13:11
"Bir qadın "sənə inanmışdım" deyirsə, ruhunu öldürdüyünü deyər"
Bu gün, 13:08
Prokurorluğun sosial şəbəkə hesabları aktivləşdirilib - VİDEO
Bu gün, 13:04
“Təşvişə düşməyə əsas yoxdur” - Baş infeksionist
Bu gün, 12:59
Ailə sistemimiz dağılıb gedir... - "Uşaqpulunun artırılması..."
Bu gün, 12:55
“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” - deputat
Bu gün, 12:53
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Bu gün, 12:51
“Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər” - Siyavuş Novruzov
Bu gün, 12:45
Sabiq Baş prokurorun qardaşı işdən çıxarıldı - FOTO
Bu gün, 12:43
Dövlət Turizm Agentliyinin sədrinə yeni müşavir təyin edilib
Bu gün, 12:37
Toyuq oğurlayana 4 il, uşaq zorlayana 1 il...
Bu gün, 12:25
“Baku Medical Plaza”da qadın həkim qarət olundu
Bu gün, 12:20
8 illik dönəm başa çatmaq üzrədir... - Artıq Oqtay Əsədov da görəvdə deyil...
Bu gün, 12:18
"Atamdan 3 ildi nə şəkil gəlir, nə video" - Ermənilərin girov saxladığı Dilqəm Əsgərovun oğlu
Bu gün, 12:10
“Avtobus zolaqlarının çəkilməsi zərurətə çevrilib" - “Xaliq Faiqoğlu” şirkəti
Bu gün, 12:06
Bakını tərk etmək istəyən COVID-19 xəstəsi postda saxlanılıb
Bu gün, 11:56
Təhsil sistemimizdə TƏHLÜKƏLİ TƏBLİĞAT - Diqqətsizlik, YOXSA...
Bu gün, 11:55
Məktəbli formaları neçəyədir? – BTE-dən açıqlama
Bu gün, 11:52
“Ziya Məmmədovun indi durub Ramiz Mehdiyevi müdafiə etməsi...” – Partiya sədrindən İLGİNC AÇIQLAMA
Bu gün, 11:47
"Bu Şəhərdə" Şəbnəm Tovuzlunu belə parodiya etdi - VİDEO
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru