"İmkan varsa heç alış-veriş də etməyin..." .....                     Rövşən Rzayev nə ilə fərqlənə bildi? .....                     Keçmiş başçının qohumları meydan sulayır .....                     Müxalifətin yekdil qərarı: .....                     Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb .....                     “Dövlətimizə yardım etmək üçün vacib şərt budur” .....                     Gəncədə iki nəfər dərmandan zəhərlənib .....                     Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır .....                     "Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" .....                     İH-dən reaksiya: .....                     TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: .....                     Dollar manata nisbətdə bahalaşa bilərmi?! .....                     "Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... .....                     Qiymətli Kağızlar bazarı çöküb .....                     “Hamımız məsuliyyətli olmalıyıq” .....                     "Belə islahat, idarəçilik olmaz" .....                     “Haranı qazırsan, Soros və oğlanları çıxır” .....                     Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb .....                     “Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” .....                     Şəhid general və polkovnikin məzar daşı hazırlandı .....                     Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb .....                     Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən .....                     "İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" .....                     Avqustun 10-da dollar neçəyə olacaq? .....                     "İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" .....                     UFC təxribata əl atan ermənini cəzalandırdı .....                     ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... .....                     "Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" .....                     Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, .....                     "Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" .....                     Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb .....                     Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir .....                     Türkiyədə dollar bahalaşıb .....                     “Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” .....                     BP Azərbaycanı tərk edir? .....                     Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? .....                     Məktəbli formaları tikilirmi? .....                     Erməni dərsliklərində “türk izi” .....                     Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı .....                 

“Aqrar sığorta” informasiya sisteminin əsasnaməsi təsdiq edilib
Tarix: 7-07-2020, 17:05 | Çap et
“Aqrar sığorta” informasiya sisteminin əsasnaməsi
Nazirlər Kabinetinin qərarı ilə “Aqrar sığorta” informasiya sisteminin əsasnaməsi təsdiq edilib.

APA-nın məlumatına görə, qərarda bildirilir ki, “Aqrar sığorta” informasiya sistemi (ASİS) üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi, Azərbaycan Respublikasının normativ hüquqi aktlarına müvafiq qaydada ASİS-in aparılması “Aqrar Sığorta Fondu” qeyri kommersiya hüquqi şəxsi tərəfindən təmin edilir.

ASİS-in fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici qurum (operator) vasitəsilə təmin edilir. ASİS aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətinin elektron qaydada aparılmasını, aqrar sığorta məhsulunun elektron təşkilini, aqrar sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilməsinin avtomatlaşdırılmasını təmin edir.

Qərarda bildirilir ki, ASİS Azərbaycan Respublikasının mülkiyyətidir.

Əsasnamənin məqsədləri üçün əsas anlayışlar bunlardır:

ASİS-in istifadəçisi qanunvericiliklə müəyyən edilmiş qaydada ASİS-dən istifadəçisi qanunvericiliklə müəyyən edilmiş qaydada ASİS-dən informasiya əldə etmək və ya informasiyadan istifadə etmək hüququ verilmiş dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər; elektron kabinet – istifadəçinin özü barəsində olan məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, həmin məlumatlarda olan hər hansı dəyişikliklərlə bağlı məlumat almasını, müraciətləri elektron formada göndərməsini və xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə.

ASİS-də toplanılmış fərdi məlumatların işlənilməsinin məqsədi aqrar sığorta sahəsində aqrar sığortalılara effektiv xidmətin göstərilməsidir. Fərdi məlumatların ASİS-də toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ASİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər sahib tərəfindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Hava və iqlim şəraiti barədə; su kadastrı məlumatları, suvarılan torpaq sahələri, meliorasiya və irriqasiya (suvarma) şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyaları, subartezian quyuları, şoranlaşma və şorakətləşmə vəziyyəti; kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatların (sənədlərin) ASİS vasitəsilə əldə edilməsinə görə dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir, bütün digər hallarda heç bir ödəniş tələb olunmur.

ASİS-in məqsədi və fəaliyyət prinsiplərində qeyd edilir ki, ASİS-in tətbiqinin məqsədi aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətinin elektron qaydada aparılmasından, aqrar sığorta məhsulunun elektron təşkilindən, aqrar sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilməsindən ibarətdir.

ASİS-in fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

İstifadə rahatlığı – məlumat mübadiləsinin, eləcə də istifadəçilərin ASİS-dən istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi; fasiləsizlik – aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, ASİS-in fəaliyyətinin fasiləsiz həyata keçirilməsi; funksionallıq və davamlı inkişaf – ASİS-in inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə edilməklə ASİS-in daim təkmilləşdirilməsi; operativlik – xidmətlərin (o cümlədən elektron xidmətlərin) göstərilməsinin və məlumat mübadiləsinin ən qısa müddətdə həyata keçirilməsi; sərbəstlik – ASİS-in fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması; şəffaflıq – ASİS-in fəaliyyətində və xidmətlərin (o cümlədən elektron xidmətlərin) göstərilməsində aşkarlığın və hesabatlılığın təmin edilməsi.

ASİS-in strukturu aşağıdakı modullardan ibarətdir:

“Elektron kabinet” modulu; “məlumatlandırma” modulu; “digər sistemlərlə inteqrasiya” modulu; “sığorta” modulu; “qiymətləndirmə və zərərin yoxlanılması” modulu; “ekspert” modulu; “maliyyə və ödəniş” modulu; “hesabatlar” modulu; “inzibatçılıq” modulu; “şikayət” modulu; “proseslərin emal edilməsi” modulu.

ASİS-in strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

“Elektron kabinet” modulu vasitəsilə aqrar sığortalının, müstəqil ekspertin, vasitəçi aqrar sığortaçının qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, istifadəçilərin fərdi məlumatlarında dəyişiklik edilməsi, aqrar sığorta şərtləri barədə informasiyanın olması, sığorta haqqının hesablanması üçün kalkulyatordan istifadə edilməsi, ödənişlər barədə məlumatın olması; “məlumatlandırma” modulu vasitəsilə istifadəçilərə məlumat xarakterli bildirişlərin göndərilməsi və göndərilən bildirişlərin qeydiyyatının aparılması; “digər sistemlərlə inteqrasiya” modulu vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) üzərindən digər informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya proseslərinin həyata keçirilməsi; “sığorta” modulu vasitəsilə sığorta müqaviləsinin bağlanılması üçün tələb olunan məlumatların daxil edilməsi, sığorta, təkrarsığorta müqavilələrinin elektron sənəd formasında tərtibi, bu müqavilələrdə dəyişiklik edilməsi; “qiymətləndirmə və zərərin yoxlanılması” modulu vasitəsilə məlumatların təhlili, risklərin qiymətləndirilməsi, zərərin yoxlanılması və miqdarının dəqiqləşdirilməsi, sığorta haqlarının, sığorta ödənişlərinin və xərclərinin müəyyənləşdirilməsi; “ekspert” modulu vasitəsilə riskin və ya zərərin dəqiqləşdirilməsi və sığorta hadisəsinin araşdırılması üçün ekspertlərin təyin edilməsi, riskin və ya zərərin müəyyənləşdirilməsi və sığorta hadisəsi barədə məlumatların daxil edilməsi, müstəqil ekspert fəaliyyəti üzrə proseslərin həyata keçirilməsi, ekspertlərin qiymətləndirilməsi; “maliyyə və ödəniş” modulu vasitəsilə elektron formada (“ASAN ödəniş” sisteminə keçid verilməklə) hesablaşmaların və ödəniş proseslərinin həyata keçirilməsi; “hesabatlar” modulu vasitəsilə müxtəlif parametrlərə görə hesabatların alınması; “inzibatçılıq” modulu vasitəsilə sistem məlumatlarının, metadataların daxil edilməsi, sahibin və operatorun funksiyalarına uyğun olaraq əməkdaşlara səlahiyyətlərin verilməsi; “şikayət” modulu vasitəsilə şikayətlərin (ərizələrin, təkliflərin) qəbulu və aidiyyəti üzrə yönəldilməsi; “proseslərin emal edilməsi” modulu vasitəsilə zəruri araşdırmaların aparılması, məlumatların toplanılması, emalı, saxlanılması, düzəlişlərin edilməsi və təsdiq olunması.

ASİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

Proqram-texniki vasitələr və proqram təminatı; telekommunikasiya kanalları; ASİS-in əsas və ehtiyat mərkəzləri; ASİS-in informasiya ehtiyatı və onun idarəetmə paneli; mobil tətbiq; ASİS-in test mühiti. ASİS fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət (o cümlədən elektron xidmət) göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətlərinə malikdir.

Ehtiyat mərkəz ASİS-in fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək, habelə ASİS-də formalaşdırılan, ASİS-ə daxil edilən və göndərilən məlumatların ehtiyat surətlərini saxlamaq məqsədilə yaradılır. ASİS-də formalaşdırılan, ASİS-ə daxil edilən və göndərilən məlumatlar ASİS-in informasiya ehtiyatında saxlanılır. ASİS-in idarəetmə paneli informasiya ehtiyatlarının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatlarından istifadəni təmin edir.

ASİS-də aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir. ASİS istifadəçilərin identikləşdirilməsi və göstərilən xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi məqsədilə Vahid Giriş Sistemi (“ASAN Login”) ilə təchiz olunur. ASİS üzrə məlumatların təhlükəsiz şəkildə daxil edilməsi, saxlanılması, ötürülməsi, məhv edilməsi üçün mühafizə vasitələrinin və üsullarının istismar və texniki sənədlərə uyğunluğu barədə müvafiq sənəd olmalıdır. ASİS istismar və texniki sənədlərə uyğun quraşdırılmalı və istismara verilməlidir.

ASİS-ə informasiya sistemlərinin inteqrasiyası və məlumat mübadiləsinin təşkili qaydalarında bildirilir ki, ASİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsi EHİS vasitəsilə real vaxt rejimində həyata keçirilir. ASİS-in digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

ASİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi mümkün olmadıqda, məlumatların ASİS-ə daxil edilməsi əl ilə həyata keçirilir. ASİS-in sahibinin funksiyalarına gəldikdə isə qeyd edilir ki, sahib ASİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üzrə işlərin layihələrə, texniki normalara, standartlara və qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət edir;

ASİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənir, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq edir; ASİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin edir; qanunvericiliklə müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları ASİS-ə daxil edir; ASİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlərin görülməsinə, məlumatların aktuallığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, habelə onların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına, informasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarət edir; tələb edilən sənədlər barədə məlumat dövlət informasiya ehtiyatında və sistemində olduqda, həmin məlumatın ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görür; ASİS-in dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə nəzarət edir; ASİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparır; öz fəaliyyətinə nəzarət məqsədilə ASİS-ə giriş üçün Himayəçilik Şurasının üzvləri olan qurumlara, habelə ASİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə zəruri şərait yaradır; ASİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edir; ASİS-də dəyişikliklər təkmilləşdirmələr aparılması üçün operatora təkliflər verir və onların həyata keçirilməsinə nəzarət edir; aqrar sığortaya dair qanunvericiliklə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.

Operatorun funksiyaları qaydalarında bildirilir ki, sahib ASİS-in fəaliyyətini təmin etmək üçün operatora aralarında bağlanılmış müqaviləyə əsasən aşağıdakı funksiyaların tam və ya qismən həyata keçirilməsini həvalə edir:

ASİS-in idarə olunmasını təşkil edir və ASİS-in funksional imkanlarının artırılması istiqamətində tədbirlər görür; ASİS-i EHİS-ə inteqrasiya edir, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirir; ASİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin edir; ASİS-ə daxil edilmiş və ötürülmüş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görür, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin edir, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlər görür; ASİS-in dayanıqlı və fasiləsiz fəaliyyətini təmin edir, təkmilləşdirilməsi üçün tədbirlər görür; ASİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin edir, təkmilləşdirilməsi üzrə profilaktik işlər aparır; sahibin təklifləri əsasında ASİS-də dəyişikliklər edilməsi və təkmilləşdirmələrin aparılması üçün tədbirlər görür; ASİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə təqdim edir; “ASAN ödəniş” sistemi vasitəsilə qəbul edilən ödənişin həyata keçirilməsi barədə istifadəçilərin məlumatlandırılmasını təmin edir; ASİS-in təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün tədbirlər görür, bu mümkün olmadıqda ASİS-in ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin edir; sahibin adından aqrar sığortalıların əmlak mənafelərinin sığortalanması üçün sığorta müqavilələri bağlayır, sığorta müqavilələrinə aqrar sığortaya dair qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişikliklər edir və ya müqaviləyə xitam verir, habelə bu barədə məlumatları ASİS-ə daxil edir; aqrar sığorta haqqını hesablayır; sığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, habelə sığorta hadisələrinin araşdırılması üçün müstəqil ekspertlər təyin edir; müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir; ASİS-in parametrlərində dəyişiklik edir və bütün mümkün parametrlər üzrə hesabatlar alır; aqrar sığortaya dair qanunvericiliklə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.

ASİS-dən istifadə qaydalarına gəldikdə isə istifadəçilər ASİS-dən aşağıdakı istifadə imkanlarına malikdirlər:

“Aqrar sığortalı: elektron kabinetdən istifadə etmək; vasitəçi aqrar sığortaçı vasitəsilə ASİS-də qeydiyyatdan keçmək; sığorta müqaviləsinin bağlanılması və onda dəyişiklik edilməsi üçün müraciət etmək; sığorta müqaviləsi barədə məlumatları izləmək; sığorta hadisəsi nəticəsində dəymiş zərərlə bağlı müraciət etmək; müstəqil ekspertlərin rəyindən şikayət etmək; fərdi məlumatlarında dəyişiklik etmək; sığorta kalkulyatorundan istifadə etmək; sığorta qaydaları ilə bağlı məlumatları əldə etmək; müraciətlərinin icrasını izləmək; müstəqil ekspert: elektron kabinetdən istifadə etmək; göstərdiyi xidmətlər və xidmətlərə görə haqq barədə məlumatları daxil etmək; fərdi məlumatlarında dəyişiklik etmək; sığorta predmeti ilə bağlı olan risklər üzrə sığorta qaydaları ilə müəyyən edilən məlumatları daxil etmək; həyata keçirdiyi risk təhlillərini və hazırladığı rəyləri daxil etmək; müəyyən etdiyi zərər barədə məlumatları daxil etmək; sığorta kalkulyatorundan istifadə etmək; sığorta qaydaları ilə bağlı məlumatları əldə etmək; daxil etdiyi məlumatları izləmək; vasitəçi aqrar sığortaçılar: sığorta müqavilələrinin bağlanılması üçün aqrar sığortalının məlumatlarını daxil etmək; sığorta müqavilələrində dəyişiklik edilməsi və ya müqavilələrin ləğv edilməsi barədə məlumatları daxil etmək; sığorta müqavilələri üzrə prosesləri izləmək; apardığı əməliyyatlar, habelə daxil etdiyi məlumatlar üzrə müxtəlif parametrlərə görə statistik məlumatları və hesabatları əldə etmək; aqrar sığortalının müraciətinə əsasən zərər barədə məlumatları daxil etmək; əməkdaşlarına və vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi bağladığı sığorta agentlərinə öz funksiyaları çərçivəsində ASİS-də əməliyyatların aparılması üçün səlahiyyət vermək; sığorta kalkulyatorundan istifadə etmək; sığorta qaydaları ilə bağlı məlumatları əldə etmək.

ASİS-dən istifadə onun internet informasiya ehtiyatı üzərindən elektron kabinetlər vasitəsilə həyata keçirilir. İstifadəçilər ASİS-də yaradılan elektron kabinetlərindən Vahid Giriş Sistemi (“ASAN Login”) vasitəsilə identikləşdirildikdən sonra istifadə edirlər. İstifadəçilər identikləşdirildikdən sonra elektron kabinetlərində açıq məlumatlarla, habelə özlərinə aid məlumatlarla tanış ola və onları çap edə, habelə həmin məlumatların gücləndirilmiş elektron imza ilə imzalanmış elektron variantlarını əldə edə, elektron xidmətlərdən istifadə edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər.

İstifadəçilər, həmçinin ASİS-də yaradılan elektron kabinetləri vasitəsilə özləri haqqında toplanılan məlumatlarda dəyişiklik olunmasını təklif edə, habelə həmin məlumatlardan istifadə olunması barədə məlumatları (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) əldə edə (onlarla tanış ola) bilərlər. Sığorta müqavilələri ASİS-də yaradılan electron kabinetlərdə elektron sənəd formasında tərtib olunaraq bağlanılır.

İstifadəçilər ASİS-də yaradılan elektron kabinetləri vasitəsilə göndərdikləri müraciətləri, habelə bağladıqları müqavilələri gücləndirilmiş elektron imza ilə təsdiq edirlər. İstifadəçilərin elektron kabinetlərində özləri barədə olan məlumatlarda etdikləri dəyişikliklər münasibət bildirilməsi üçün ASİS tərəfindən real vaxt rejimində EHİS vasitəsilə aidiyyəti dövlət qurumlarına göndərilir.

ASİS-də həyata keçirilən elektron xidmətlərdən istifadə “Elektron hökumət” portalı vasitəsilə (elektron kabinetdə “Elektron hökumət” portalının internet informasiya ehtiyatına keçid verilməklə), ödənişlərin edilməsi isə “ASAN ödəniş” informasiya sistemi vasitəsilə (elektron kabinetdə “ASAN ödəniş” informasiya sisteminin internet informasiya ehtiyatına keçid verilməklə) həyata keçirilir. “Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların Siyahısı”nda qeyd edilən məlumatlar istifadəçilərin ASİS-ə daxil etdikləri (elektron kabinetlərində olan) məlumatlar əsasında, belə məlumatlar daxil edilmədikdə isə EHİS vasitəsilə ASİS-ə ötürülən məlumatlar əsasında istifadəçilərə göndərilir.

Siyahıda qeyd edilən məlumatlar EHİS vasitəsilə ASİS-ə daxil olduqda, həmin məlumatlar ASİS tərəfindən real vaxt rejimində istifadəçilərin elektron kabinetlərində yerləşdirilir (yerləşdirilmə vaxtı göstərilməklə) və bu barədə onların elektron ünvanlarına (olduğu halda) və mobil telefon nömrələrinə qısa mesaj – SMS vasitəsilə məlumatlar göndərilir.

ASİS tərəfindən real vaxt rejimində EHİS vasitəsilə aidiyyəti dövlət qurumlarına ötürülür. Həmçinin, SMS-in istifadəçilərə çatdırıldığı vaxt barədə məlumatlar onların elektron kabinetlərində yerləşdirilir və elektron ünvanlarına (olduğu halda) göndərilir.

Sahib tərəfindən istifadəçinin ASİS-in məlumatlarına giriş hüquqları ASİS-ə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə və bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə məhdudlaşdırılır.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İmkan varsa heç alış-veriş də etməyin..." - GİLEY
8-08-2020, 08:14
Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki...
8-08-2020, 08:10
Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ
8-08-2020, 08:08
Müxalifətin yekdil qərarı: - “Ölkəmizdə Türkiyə hərbi bazası yaradılsın!”
8-08-2020, 06:54
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb
8-08-2020, 06:49
“Dövlətimizə yardım etmək üçün vacib şərt budur” - deputat
8-08-2020, 06:45
Gəncədə iki nəfər dərmandan zəhərlənib - birinin vəziyyəti orta-ağırdır
8-08-2020, 06:38
Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib
8-08-2020, 06:32
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır - Diqqət!
7-08-2020, 18:14
Əməkdar artistdən şou əhlinə: - “Etirazın yeri yoxdur"
7-08-2020, 18:13
"Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" - deputat
7-08-2020, 18:06
İH-dən reaksiya: - Sakinlər deputatın çıxışından “hiddətlənib”?
7-08-2020, 18:04
TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: - "Payıza qədər..."
7-08-2020, 17:56
Dollar manata nisbətdə bahalaşa bilərmi?! - GƏLİŞMƏ
7-08-2020, 17:55
"Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... - Onlardan yalnız 1-ni xilas etmək mümkün olub
7-08-2020, 17:50
Qiymətli Kağızlar bazarı çöküb – 30% azalma
7-08-2020, 17:48
“Hamımız məsuliyyətli olmalıyıq” - Ülvi Quliyevdən ÇAĞIRIŞ
7-08-2020, 17:42
"Belə islahat, idarəçilik olmaz" - Sabir Rüstəmxanlıdan ETİRAZ
7-08-2020, 17:39
“Haranı qazırsan, Soros və oğlanları çıxır” – Fərhad Əhmədov
7-08-2020, 17:38
"Tam aydın olmasa, özümə zəng edin" - Jurnalist təhrifləri müğənnini yorub...
7-08-2020, 17:27
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb - Diqqət!
7-08-2020, 17:24
“Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” - Lukaşenko nöqtəni qoydu
7-08-2020, 17:22
Şəhid general və polkovnikin məzar daşı hazırlandı - FOTO
7-08-2020, 17:17
Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb
7-08-2020, 17:16
Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi
7-08-2020, 17:10
"İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" - Həkim
7-08-2020, 17:03
Avqustun 10-da dollar neçəyə olacaq?
7-08-2020, 17:01
"İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" - Ramaldanov
7-08-2020, 16:59
UFC təxribata əl atan ermənini cəzalandırdı - Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib
7-08-2020, 16:56
ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... - VİDEO
7-08-2020, 16:54
“Mətbuat bu gün sosial şəbəkələrə yox, inamsızlığa uduzur” - Arif Əliyev
7-08-2020, 16:48
"Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" - AKTUAL
7-08-2020, 16:45
"Gül calaqları edə bilərəm"
7-08-2020, 16:44
Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, 421 nəfər sağaldı, 4 nəfər öldü
7-08-2020, 16:41
"Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" - Baş Prokurorluq
7-08-2020, 16:40
Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb
7-08-2020, 16:29
Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir - Bakıda ŞOK OLAY
7-08-2020, 16:28
Türkiyədə dollar bahalaşıb
7-08-2020, 16:17
“Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” - Ən optimal yol
7-08-2020, 16:09
BP Azərbaycanı tərk edir? - "Reuters"dən ŞOK XƏBƏR
7-08-2020, 16:06
Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR
7-08-2020, 16:02
Məktəbli formaları tikilirmi? - TAPŞIRIQ VERİLMƏYİB
7-08-2020, 15:56
Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü
7-08-2020, 15:54
Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı - FOTO
7-08-2020, 15:51
ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə...
7-08-2020, 15:44
“Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company”
7-08-2020, 15:41
Neftçalada Kürdə batan tələbənin meyiti tapılıb
7-08-2020, 15:38
Kənd Təsərrüfatı Nazirliyinə aparat rəhbəri təyin edilib
7-08-2020, 15:36
"Bütün pullarımı geyimlərə xərcləmişəm" - Əməkdar artist
7-08-2020, 15:32
Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edilir
7-08-2020, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru