"Təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin" .....                     Bakıda xəttə köhnə avtobus buraxıldı: Pulu da konduktor yığır .....                     "Vətəndaşlara ötən ay və bu ay 190 manat verilsin" .....                     Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 247-yə çatıb .....                     İki bələdiyyə sədri və market direktoru .....                     Fəttah Heydərov dəfn edildi .....                     “Qanuni oğru”ların Avropa “revanşı”: Haqq-hesab əlbəyaxa davada həll olunur: .....                     “Bəzi şəxslər mövcud qərarlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar” .....                     “Küləyin çimərliyə nə dəxli var?” .....                     Belarusda təcili səfərbərlik gedir .....                     Onlar artıq birlikdə fotolarını yayımlayırlar .....                     ƏDV-nin geri qaytarılması ilə bağlı pozuntular aşkarlanıb .....                     Fəttah Heydərov dəfn edilir .....                     Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur .....                     Prezidentin köməkçisindən ATƏT-in Minsk Qrupuna İTTİHAM .....                     Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət .....                     İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib .....                     Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir .....                     Bakı Tikiş Evinin mağazaları açılır .....                     Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? .....                     “Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” .....                     Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb .....                     Bəzi yerlərdə leysan olub .....                     “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq .....                     Masallıda oğurluq edənlər saxlanılıb .....                     Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı .....                     Biləsuvarda əxlaqsız yuva aşkarlandı .....                     Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir .....                     Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır .....                     Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib .....                     Göyçayda mal-qara oğruları saxlanılıb .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb .....                     Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı .....                     Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət .....                     Azərbaycan nefti bahalaşıb .....                     DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir .....                     Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı… .....                     “Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq” .....                     "Vətəndaş necə yaşasın, nəylə yaşasın?" .....                     “Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” .....                 

Vüqar Səfərli haqda şok sözlər: - "Qəzetləri sıradan çıxardı, kollektivlər...”
Tarix: 7-07-2020, 13:05 | Çap et
Vüqar Səfərli haqda şok sözlər:
"Açıq demişdim ki, dövlət mətbuata bu qədər vəsait ayırır, imkanlar yaradır, amma o vəsaitlərin çoxu boşuna xərclənir".

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Akif müəllim, son zamanlar Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurası (KİVDF) “Şərq” qəzetinə ayrılan maliyyəni azaltmışdı. Qəzetin çapında problem yaranmış, kampaniya keçirmişdiniz. Əvvəla, təbrik edirik rəhbərlik etdiyiniz qəzetə yenidən maliyyə ayrılıb...

- Qəzetin dövriliyi aşağı salınmışdı, həftədə 3 dəfə çap olunurduq. İndi gündəlik nəşrimizi bərpa etmişik. Kollektiv olaraq çalışmışıq ki, həmişə klassik qəzetçilik ənənələri yaşansın. Bəzən insanlarımız çap mətbuatının əhəmiyyətini düzgün qiymətləndirmmir. Ancaq bilmək lazımdır ki, jurnalistikada hər şey mətnin üzərindədir. Radioda nitqi, təfəkkür tərzi yaxşı olanlar müəyyən mənada mətn yazmadan da nələrisə deyə bilər. Ancaq jurnalistika sistemində əsas mətndir, bu isə çap mediasından başlayır.

Bu gün biz Azərbaycanda peşəkar jurnalistikanın yoxluğundan şikayət edirik. Bu jurnalistlər harada yetişsin? Nəzəri baxımdan ali məktəblərdə jurnalistika fakültələrində təhsil alan jurnalistlər indiyə qədər praktik olaraq ancaq qəzetlərdə yetişib. İndi hansı sayt rəhbəri çap mediasından gəlib, onun rəhbərlik etdiyi elektron media quruluşlarında peşəkarlıq qorunub saxlanılır?! Peşə dəyərləri, etik ölçülər, cəmiyyətin maraq və mənafeyi, dövlətçilik maraqları həmişə öndə tutulub. Bu baxımdan biz çalışmışıq ki, klassik qəzetçilik ənənələri, çap mediası yaşasın. Ancaq bizim bu istəyimizə, arzularımıza rəğmən KİVDF zamanında düzgün siyasət yeritmədi. Ölkədə normal qəzetçilik ənənələri qoruyub saxlayan qəzetlərin maliyyəsi bu və ya digər dərəcədə azaldıldı. “Ayna”, “Bizim yol” kimi bəzi qəzetlərimiz fəaliyyətini dayandırmalı oldu. Peşəkarlıq nöqteyi-nəzərindən müəyyən bir boşluqlar yarandı.

Hazırda ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb. KİVDF-yə təyin olunan yeni rəhbər prosesi düzgün qiymətləndirir və doğru istiqamət götürüb. Artıq buna mətbuatda islahatların başlanğıcı demək olar. Onlara təşəkkürümü bildirirəm. Hesab edirəm ki, biz klassik qəzetçilik ənənələrini yaşatmaqla 145 illik tarixə sahib olan bir media strukturumuzun əsaslarını qoruyub saxlamış oluruq.

- Sizcə, gələcəkdə KVDF yardım şərtlərini dəyişə bilərmi?

- Elektron medianın əleyhinə deyiləm, inkişaf edir. Ancaq çap mediasının reklam problemi olduğu kimi, yeni medianın da oxşar çətinlikləri var. Klassik media yayım, elektron medianın da sürətli internet problemi var. Hesab edirəm ki, gələcəkdə KİVDF tək çap mediası üçün yox, elektron medianın, ümumi jurnalistika sisteminin problemlərinin həlli istiqamətində də çox ciddi addımlar ata bilər. Yəni buna onların potensialı var. Yeni komanda formalaşıb, yeni təfəkkür tərzli insanlar KİVDF-də təmsil olunur. Onların ideyalarını, baxışlarını və menecerlik qabiliyyətlərini çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu insanların təyinatı ilə biz Azərbaycanda mətbuatın yeni inkişaf mərhələsini yaşaya bilərik.

- Hazırkı dövrdə dünyada qəzet dəbdən düşür, mobil cihaz vasitəsilə xəbəri saniyə sonra oxuya bilirik. Bu tendensiya xəbərləri qəzet vasitəsilə oxunaqlı etmir. Bu baxımdan “Şərq” qəzetinin yeni formatı maraqlıdır...

- Təbii ki, çap mediasının tirajı dünya mediasında azalır. Bunun obyektiv səbəbləri var. Azərbaycan mediası da bu proseslərin içərisindədir. Bu gün ən inkişaf etmiş ölkələrdə belə qəzetlər ən etibarlı mənbə hesab olunur. Qəzetləri əsasən müəyyən intellektli, analitik təfəkkürü olan insanlar oxuyur. Eyni zamanda yaş senzi burada öz rolunu oynayır. Təqribən 60 yaş üzərində olan insanların çoxu ən etibarlı mənbə kimi qəzetləri izləyir. Dövlət səviyyəsində ən ciddi qərarların qəbulu da ancaq çap mediası üzərində qurulur.

Ancaq elektron medianın da imkanları genişdir. Onlar öz siyasətini sosial şəbəkələr üzərindən qurur. Hesab edirəm ki, sosial medianın verdiyi dəstəklə klassik medianın da ənənələrini yaşatmalıyıq.

“Şərq” qəzetinə gəlincə, növbəti günlərdə artıq rəngli formatda çıxacaq. Bu, Azərbaycan müstəqil mətbuat tarixində artıq bir nümunədir. Texnoloji baxımdan yeni bir mərhələnin yaşandığına şahid olacağıq. Azərbaycanda müstəqil media strukturları artıq ağ, qara və boz rənglərdən yaxa qurtaracaq. Artıq dünya mediasının ən gözəl örnəklərinə keçid prosesini yaşayırıq. Doğrudur, bu addımlar hələ kövrəkdir, qəzetin səhifələrinin sayını kifayət qədər artıra bilmirik. Amma buna baxmayaraq bütün bu islahatları həyata keçirəcəyik. Qəzet oxucuların görüşünə rəngli, gündəlik 16 səhifə həcmində, şənbə sayı isə 24 səhifədən ibarət yeni formatda və daha keyfiyyətli materiallarla gələcək.

- Necə oldu ki, KİVDF “Şərq” qəzetini dövriliyini aşağı saldı və indi yenidən pul ayrıldı?

ƏTRAFLI
Vestel
- Bəzən çox insanlar tənqidi sevmir. Zaman-zaman mən öz tənqidi fikirlərimi KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə demişəm. Baş redaktorların əksəriyyəti də bunu bilirlər. Vüqar Səfərli ilə şəxsi münasibətlər zəminində heç bir problemim yoxdur. Ancaq Vüqar Səfərli ölkənin ən çox oxunan, ictimai rəyə ən çox təsir imkanı olan qəzetləri sıradan çıxardı və məhv elədi. O qəzetlərin sırasında bizim qəzet də var idi. Mən də normal şəkildə, dar çərçivələrdə tənqid edirdim və təbii ki, o da bunu sevmirdi. Hətta açıq demişdim ki, dövlət mətbuata bu qədər vəsait ayırır, imkanlar yaradır, amma o vəsaitlərin çoxu boşuna xərclənir. Axı ictimai rəydə nüfuzu olmayan qəzetlərə niyə külli miqdarda vəsait ayırırsız? İctimai rəyə təsir imkanı olan qəzetlərə dəstək verin ki, onlar inkişaf etsin.

Ancaq onlar əksinə edirdi. Heç oxunmayan, bir sayı belə köşklərdə alınmayan qəzetlərə maliyyə yardımı ayırırdılar. Dövlətin ayırdığı külli miqdarda vəsait niyə boşuna xərclənməli idi?! Halbuki həmin vəsaitlər hesabına Azərbaycan mətbuatının inkişafı ilə bağlı çox gözəl layihələr həyata keçirmək olardı. Bu missiyanı daşımağa imkan vermədilər. Çox təəssüf ki, Vüqar Səfərli dar çərçivədə qərarlar qəbul etməklə oxunan, ciddi qəzetləri sıradan çıxardı. Kollektivlər dağıldı...

- Bu qərarlar qəzetə nə qədər zərər vurub?

- Qəzetin mənəvi zərəri daha çox olub. Bizim gündəlik oxucularımız var idi. Bir nümunə çəkim, “Şərq”in bir oxucusu var, 1996-cı ildən başlayaraq qəzetin bütün nömrələrini yığıb, bu gün də oxuyur. Bu cür tədbirlər nəticəsində bizim oxucu auditoriyamız sıradan çıxdı. Biz oxuculara zamanında qəzetimizi çatdıra bilmədik. Bəzən deyirlər ki, qəzetlər oxunmur. Onlara bunun əksini sübut edə bilərəm, qəzetlərin kifayət qədər oxucusu var. Qəzetlər çap edilir, amma onun bazarı yoxdur. Qəzet də bir məhsuldur. Məhsulu istehsal edirsən, əgər bazara çıxarmaq üçün yerin yoxdursa, bunu necə realizə etmək olar?

1998-ci ilə qədər Bakı şəhərində qəzet satışı ilə məşğul olan 488 köşk olub. Bu gün qurulan köşklər qəzet satışı ilə məşğul olmur. Qəzeti bu işi bilən və onu sevən satır. “Qasid”in köşkələrində o insanlar var idi. Onlar qəzeti sevgi ilə satırdı. O insanlar evinə şərəfli bir qazanc aparırdı. Əvvəl səyyar satış imkanlarımız var idi, indi artıq məhdudlaşıb. Keçmişin yaxşı cəhətlərini götürməli və tətbiq etməliyik.

- Maliyyə yardımı azaldılandan sonra qəzetdə hansı xərclər aşağı salındı? İşçiləri ixtisar olundumu, yoxsa kollektivi saxlayıb əməkhaqqını azaltmalı oldunuz?

- İşçilərimizi ixtisar etdik. Texniki heyətin, dizaynerlərin maaşını 50% aşağı saldıq. Maliyyə azlığından hətta dizaynerin biri işdən kənarlaşdı. Əlbəttə, qəzetin maliyyəsi kəsiləndə istər-istəməz texniki və yaradıcı heyətin qonorar və maaşına da təsir edir. Bu baxımdan ayrı-ayrı kollektivlərə, redaksiyalara gedən jurnalistlərimiz oldu. Bu, bizə vurulan bir zərbə idi.

- Qəzetin kollektivini genişləndirmək fikriniz varmı?

- Hazırda qəzetin 17 nəfərlik kollektivi var. Təbii ki, biz əlavə məsələlər üzərində düşünürük. Redaksiyaya yeni işçilərin cəlb olunması məsələsi də iş prosesində ortaya çıxacaq. Biz inkişafa maraqlı və meylli kollektivik.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Karantin canımı sıxır"
Bu gün, 13:05
"Təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin" - ekspertdən ÇAĞIRIŞ
Bu gün, 13:04
Bakıda xəttə köhnə avtobus buraxıldı: Pulu da konduktor yığır -“Şirkətə irad bildiriləcək”
Bu gün, 13:03
"Vətəndaşlara ötən ay və bu ay 190 manat verilsin" - AKTUAL
Bu gün, 12:55
Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 247-yə çatıb
Bu gün, 12:52
İki bələdiyyə sədri və market direktoru CƏRİMƏLƏNDİ
Bu gün, 12:50
Fəttah Heydərov dəfn edildi
Bu gün, 12:43
“Qanuni oğru”ların Avropa “revanşı”: Haqq-hesab əlbəyaxa davada həll olunur: - Lotu Quli də tərəfdir
Bu gün, 12:40
“Bəzi şəxslər mövcud qərarlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar” - deputat
Bu gün, 12:35
“Küləyin çimərliyə nə dəxli var?” - Baş infeksionist
Bu gün, 12:34
Belarusda təcili səfərbərlik gedir - RUSİYA İLƏ SƏRHƏD REGİONLARDA...
Bu gün, 12:33
Onlar artıq birlikdə fotolarını yayımlayırlar
Bu gün, 12:23
ƏDV-nin geri qaytarılması ilə bağlı pozuntular aşkarlanıb
Bu gün, 12:18
Fəttah Heydərov dəfn edilir - FOTO
Bu gün, 12:15
"Əşyaları aid olduğu yerə, insanları isə layiq olduğu yerə qoy…"
Bu gün, 12:10
Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur - İTTİHAM
Bu gün, 12:08
Prezidentin köməkçisindən ATƏT-in Minsk Qrupuna İTTİHAM - “Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib”
Bu gün, 12:01
Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət - TƏFƏRRÜAT
Bu gün, 11:58
"Mən Musaya nəyi deyirəm onu geyinir" - Təranə Qumral
Bu gün, 11:54
Toy etmək istəyənlərin nəzərinə: - Bu tarixdən sonra icazə veriləcək
Bu gün, 11:51
İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib
Bu gün, 11:47
Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir - TƏHLİL
Bu gün, 11:41
Bakı Tikiş Evinin mağazaları açılır - İbtidai siniflərdə dərslər başlayacaq?
Bu gün, 11:38
Toysuz qalıb pulsuz qalmayan məşhurlar... - SİYAHI
Bu gün, 11:36
Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? - AKTUAL
Bu gün, 11:34
“Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” - deputat
Bu gün, 11:33
Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb
Bu gün, 11:31
Bəzi yerlərdə leysan olub - Nazirlik faktiki hava durumunu açıqladı
Bu gün, 11:30
“Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY
Bu gün, 11:24
ARB TV-nin adından saxtakarlıq - FOTOFAKT
Bu gün, 11:21
Masallıda oğurluq edənlər saxlanılıb
Bu gün, 11:18
Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı - İDDİA
Bu gün, 11:17
Biləsuvarda əxlaqsız yuva aşkarlandı
Bu gün, 11:13
Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir - VİDEO
Bu gün, 11:11
Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır - Nazirlik
Bu gün, 11:06
Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib - narkotiklərlə bağlı
Bu gün, 10:59
Göyçayda mal-qara oğruları saxlanılıb
Bu gün, 10:58
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb
Bu gün, 10:57
Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı
Bu gün, 10:56
Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət Azərbaycana yola düşüb
Bu gün, 10:54
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir
Bu gün, 10:34
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı… - SKANDAL
Bu gün, 10:30
“Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq” - deputat
Bu gün, 10:20
“Nadir villasında dincəlir, öz gününüzə ağlayın”
Bu gün, 10:18
"Vətəndaş necə yaşasın, nəylə yaşasın?" - ETİRAZ
Bu gün, 10:17
“Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” - GƏLİŞMƏ
Bu gün, 10:15
Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? - MÜƏMMA
Bu gün, 10:13
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Bu gün, 10:10
Parlamentdə dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb - Gündəlik
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru