İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib .....                     Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir .....                     Bakı Tikiş Evinin mağazaları açılır .....                     Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? .....                     “Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” .....                     Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb .....                     Bəzi yerlərdə leysan olub .....                     “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq .....                     Masallıda oğurluq edənlər saxlanılıb .....                     Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı .....                     Biləsuvarda əxlaqsız yuva aşkarlandı .....                     Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir .....                     Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır .....                     Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib .....                     Göyçayda mal-qara oğruları saxlanılıb .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb .....                     Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı .....                     Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət .....                     Azərbaycan nefti bahalaşıb .....                     DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir .....                     Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı… .....                     “Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq” .....                     "Vətəndaş necə yaşasın, nəylə yaşasın?" .....                     “Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” .....                     Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı artdı .....                     Parlamentdə dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb .....                     2 il əvvəl Azərbaycan bazarına daxil olan holdinq ləğv edildi .....                     Vətəndaş OD PÜSKÜRDÜ: Burda rəsmən dərəbəylikdir .....                     Masallıda təhsil kimlərə əmanət edilib? .....                     “Tanınmış ailədən olmaq mənim üçün böyük məsuliyyətdir” .....                     Fəttah Heydərov .....                     Elbrus Paşayevin səmərəsiz layihələrinin üstü necə açıldı? .....                     Prokurorluq Bakıdakı qətllə bağlı məlumat yaydı .....                     Siraqəddin Cabbarov elə bir oyun çıxarıb ki... .....                     Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Sahil Babayev şübhəli təyinatından GERİ DURACAQMI? .....                     “Baş həkim və şöbə müdirinin iddiaları böhtandan başqa bir şey deyil” .....                     “Ya bu partiyalar normal siyasi təşkilatlara çevrilməli, ya da fəaliyyətlərinə xitam verilməlidir” .....                 

"Elə bir çıxışım olmayıb ki, Əli Həsənov kimi nadürüstlər qarşısını kəsməsin" - Firuz HAŞIMOV
Tarix: 7-07-2020, 13:01 | Çap et
"Elə bir çıxışım olmayıb ki, Əli Həsənov kimi nadürüstlər qarşısını kəsməsin"
Cənab Mehdiyev, siz işdən çıxarılanda, o adam yox idi ki, sevinməsin. Amma eyforiyaya qapılmaq avamlıqdır. Çünki sizin kimi təcrübəli partokrat on illər boyu elə şəbəkə qurmayıb ki, onu bir-iki həftəyə dağıtmaq mümkün olsun…

Ramiz Mehdiyev, nə cür can verəcəyimi bilirəm, amma, mənə inanın, sizin aqoniyanız dəhşət olacaq, indiyə qədər törətdiklərinizin əvəzini Allah-taala verəcək.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/azerbaycanda-besinci-kalonnanin-fealiyyeti-ve-yaxud-xalqimizi-novruzeli-gozunde-gorenler-iii-hi/)

Qorxmuram, aqibətimi çoxdan bilirdim, şikayət eləməyi özümə sığışdırmıram. Onsuz da bütün məslək, əqidə dostlarım bu fani dünyadan çoxdan köçüblər. Məni ciyərparələrimin yanında başaşağı, xəcil edən quruluşda yaşamaq kişilkidən deyil.

195 manat qocalıq təqaüdü alırdım. 20 ay onun yüz manatını kəsib Elmira Axundovaya verdilər. 20 ay 95 manatla dolandım. Məni əzib məhv etmək istəyəni bu qane etmədi. Bu dəfə Elmira Axundovanın oğlu məni məhkəməyə verdi və on min manat cərimə istədi. Məhkəmə növbəti qərar verdi: “Firuz Haşımov on min manat da cərimə ödəməlidir!”

Deməli, ana iki min alandan sonra, oğul da on min manat almalıdır və bu qərar qətidir. Bu hökmü verdirən yaxşı bilir ki, mənim bir gözüm tutulub, birini də itirmək üzrəyəm, neçə infarkt keçirmişəm, ayaqlarım da sıradan çıxıb yeriyə bilmirəm, 83 yaş az deyil, hər şeyə ehtiyacım var. Məni tanıyanlar tanıyır, vaxtilə dünyanın altıdan bir hissəsini tutmuş imperiyaya baş əyməyən Firuz Haşımov, həmin imperiyaya illər boyu sədaqətlə qulluq etmiş siyasi riyakarların qarşısında əyilib rəhm diləməyəcək.

İndi isə sözüm sizədir, cənab Ramiz Mehdiyev

İkimiz də demək olar bir yaşdayıq, mənim müalicəsiz, dava-dərmansız ölməyim sizə nə verəcək? Yadınıza salın, bir dəfə görüşəndə, mənim nəyə ehtiyacım olduğunu soruşanda, cavab verdim ki, heç nəyə təmənnam yoxdur, aldığım qonorar və təqaüd mənə bəs edir. Ağılasığışmaz rəzalətlərlə üzləşdim, hətta əlaltınız Qafar Əliyev gözlərimin nuru ilə qazandığım qonorarımı da həyasızcasına illərlə mənimsəyəndə susdum. Sizə də müraciət etmədim. Heç demə Əli Həsənov kimi əbləhlər hər yerə car çəkiblərmiş ki, guya mən külli miqdarda qonorar alırmışam.

Cənab Mehdiyev, özünüz əla bilirsiniz ki, mənim illər boyu yazdığım məqalələrin bir abzasını da sizin güruhun bir nəfəri də yazmayıb.

Pulgir lotu-potu da o cəsarət, o savad harada idi müxalifət qəzetlərinin qarşısına çıxa biləydi.

Min ildə qalsaydı Elmira Axundova kimi odioz fiqur yanmadan yel olub keçə bilməzdi. Bütün ictimaiyyət onun hansı yuvanın quşu olduğunu bilir. Axı mən onu heç vaxt təhqir etməmişəm. Bu miskin komediya sizə lazım idi. Ya siz, ya da Elmira Axundova nə vaxt Heydər Əliyevin qeyrətini çəkmisiniz? Kişinin bu gün-sabah artıq qələbə çalacağını biləndən sonra mədhiyyə oxuyub zəfərnamələr bağlamaq sizin kimilərin, əlaltılarınızın şakəridir. Bunu hamı bilir!

O vaxtları maddi imkanım olduğu üçün Moskvada nəşr olunan çoxlu məcmuələri, həftəlikləri alırdım. Heydər Əliyevin üzərinə Vaksberq-Nuykin bandası səlib yürüşü təşkil edəndə nə sizin, nə də sonralar mantiyanızın altına yığılıb milyonçu etdiyiniz haramzadaların birinin də cınqırı çıxmadı. Yaxşı, tutaq ki, bu çoxdanın işidir, bəs Aynur Camalqızının və digər ipə-sapa yatmayan qələm sahiblərinin respublikadakı çıxışları? Ortada elə təhqirlər vardı ki, onların hər birini köhnə kişilər demişkən bir batman balla da yemək olmazdı. Heydər Əliyevin şərəfini qoruya bilməyənlər ( ya da istəməyənlər) durub qocalıq təqüdümü əlimdən alırlar ki, sən Elmira Axundovanı təhqir etmisən. Cənab Mehdiyev, indi məndən on min manat da istəyirlər.

Sizə isə məsləhətim bidur, məni bu dəfə siz məhkəməyə verin, qoy evimi də əlimdən alsınlar. Yazın ki, sizi də təhqir etmişəm. Bütün aparat əlinizdə idi. Sizin razılığınız olmasaydı, Əli Həsənov nəkarə idi ki, yüzlərlə şikayətin, ərizənin başına daş salaydı. Məhz belə yaramazların azğınlığı üzündən ərizə, müraciət müəlliflərinə “Aldıq” cavabını da vermirdilər. İki ilin ərzində ağır vəziyyətim barədə neçə-neçə məktub yazdım, ölkənin birinci vitse-prezidentinə qəbir yeri üçün müraciət etdim. Nə səs, nə səmir… Cənab Mehdiyev, məhz sizin əmrinizə tabe olan şərəfsizlər bizim hörmətli Mehriban xanıma ünvanladığımız neçə-neçə yanıqlı ərizəni zibil qutularına atıblar.

Ölkənin mənəvi, ideoloji təhlükəsizliyi üçün bilavasitə siz cavabdeh idiniz. Siz isə göz qabağında millətin ideoloji cəhətdən belini qırdınız. Bunu istənilən yerdə sübut eləməyə hazıram.

Cənab Mehdiyev, siz işdən çıxarılanda, o adam yox idi ki, sevinməsin. Amma eyforiyaya qapılmaq avamlıqdır. Çünki sizin kimi təcrübəli partokrat on illər boyu elə şəbəkə qurmayıb ki, onu bir-iki həftəyə dağıtmaq mümkün olsun.

Bu şəbəkəyə daxil olanlar – əsl “beşinci kalonna” bax budur – milyardlar qazanıblar, o səfalı yer qalmayıb ki, orada torpaq almasınlar, saraylarının, villalarının, obyektlərinin sayı-hesabı yoxdur, yeddi arxalarını təmin ediblər, hətta Azərbaycana qənim kəsilmiş ölkələrdə də şirkətləri var, bəzilərinin balaları elə oralarda məskən salıb iş görürlər.

Əlbəttə ki, bunların heç biri taladığını xoşluqla geri qaytarmayacaq. İqtidarımız bir az bunları sığma-boğmaya salsa, yuxarıda dediyim variant işə salına bilər, yəni bütün bu nacinslər birləşib istənilən təxribatı törədərlər.

Tarixdə buna bənzər hadisələr çox olub. Amma istənilən xoşagəlməz vaqiəni qabaqlamaq mümükündür. Hörmətli prezidentin demək olar ki, hər gün çıxışlarını eşidirik. Mərdi-mərdanə etiraf etmək lazımdır ki, onun arxalana biləcəyi qüvvə çox zəifdir. Xalq onun ölkəni fitnə-fəsaddan xilas etmək üçün görəcəyi bütün radikal tədbirləri yüzə yüz faiz dəstəkləyəcək. Döyüşlərdə bərkdən–boşdan çıxmış qazilər, veteranlar, ordu, hüquq-mühafizə orqanlarında çalışan namuslu sıravilər, zabitlər, artıq yaxşı ilə pisi ayırmağa başlamış gənclər prezidentin bir “himi” ilə ayağa qalxıb göz qabağında olan giyena sürüsünü “beşinci kalonna”, müftəxor teledəllaları, “ideoloqları” süpürüb zibilliyə ata bilər və heç beynəlxalq təşkilat, dövlət də söz deyə bilməz. Bütün varlığımla buna inanıram.

Bəziləri mənə irad tuta bilər ki, Ramiz Mehdiyev vəzifədə olarkən niyə bunları deməmişəm. Demişəm də, yazmışam da, elə bir çıxışım olmayıb ki, Əli Həsənov kimi nadürüstlər qarşısını kəsməsin. Ramiz Mehdiyev və onun səhabələri çoxdan idi ki, mənimlə haqq-hesabı çürütmək istəyirdilər. Əllərinə bəhanə düşmürdü. Qocalıb heydən düşən əsnada, ölümü xilas kimi arzuladığım vaxtda onlar Elmira Axundovanı və oğlunu qabağa verdilər. İndi pulsuz-parasız qalmış xəstə qocanı əzabla öldürmək asan oldu.

Ramiz Mehdiyev, nə cür can verəcəyimi bilirəm, amma, mənə inanın, sizin aqoniyanız dəhşət olacaq, indiyə qədər törətdiklərinizin əvəzini Allah-taala verəcək.

(Ardı var)

Firuz HAŞIMOV
//hurriyyet.org//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toy etmək istəyənlərin nəzərinə: - Bu tarixdən sonra icazə veriləcək
Bu gün, 11:51
İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib
Bu gün, 11:47
Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir - TƏHLİL
Bu gün, 11:41
Bakı Tikiş Evinin mağazaları açılır - İbtidai siniflərdə dərslər başlayacaq?
Bu gün, 11:38
Toysuz qalıb pulsuz qalmayan məşhurlar... - SİYAHI
Bu gün, 11:36
Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? - AKTUAL
Bu gün, 11:34
“Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” - deputat
Bu gün, 11:33
Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb
Bu gün, 11:31
Bəzi yerlərdə leysan olub - Nazirlik faktiki hava durumunu açıqladı
Bu gün, 11:30
“Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY
Bu gün, 11:24
ARB TV-nin adından saxtakarlıq - FOTOFAKT
Bu gün, 11:21
Masallıda oğurluq edənlər saxlanılıb
Bu gün, 11:18
Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı - İDDİA
Bu gün, 11:17
Biləsuvarda əxlaqsız yuva aşkarlandı
Bu gün, 11:13
Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir - VİDEO
Bu gün, 11:11
Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır - Nazirlik
Bu gün, 11:06
Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib - narkotiklərlə bağlı
Bu gün, 10:59
Göyçayda mal-qara oğruları saxlanılıb
Bu gün, 10:58
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb
Bu gün, 10:57
Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı
Bu gün, 10:56
Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət Azərbaycana yola düşüb
Bu gün, 10:54
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir
Bu gün, 10:34
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı… - SKANDAL
Bu gün, 10:30
“Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq” - deputat
Bu gün, 10:20
“Nadir villasında dincəlir, öz gününüzə ağlayın”
Bu gün, 10:18
"Vətəndaş necə yaşasın, nəylə yaşasın?" - ETİRAZ
Bu gün, 10:17
“Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” - GƏLİŞMƏ
Bu gün, 10:15
Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? - MÜƏMMA
Bu gün, 10:13
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Bu gün, 10:10
Parlamentdə dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb - Gündəlik
Bu gün, 10:03
2 il əvvəl Azərbaycan bazarına daxil olan holdinq ləğv edildi
Bu gün, 10:01
"Mənim kimi məktəb görmüş musiqiçilər kölgədə qalıblar"
Bu gün, 09:58
Vətəndaş OD PÜSKÜRDÜ: Burda rəsmən dərəbəylikdir - "Müraciət etmədiyim yer qalmayıb..."
Bu gün, 09:56
"Mən o sözü harada demişəm?" - AUDİO
Bu gün, 09:54
Masallıda təhsil kimlərə əmanət edilib? - Nazirə müraciət olundu
Bu gün, 09:49
“Tanınmış ailədən olmaq mənim üçün böyük məsuliyyətdir” - Nazir müşaviri
Bu gün, 09:43
Fəttah Heydərov VƏFAT EDİB
Bu gün, 09:41
Elbrus Paşayevin səmərəsiz layihələrinin üstü necə açıldı? - İTTİHAM
Bu gün, 09:36
Prokurorluq Bakıdakı qətllə bağlı məlumat yaydı
Bu gün, 09:33
Siraqəddin Cabbarov elə bir oyun çıxarıb ki... - QALMAQAL
Bu gün, 09:32
Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib
Bu gün, 09:29
Cəbhə xəttində erməni təxribatı davam edir - SON DURUM
Bu gün, 09:20
Sahil Babayev şübhəli təyinatından GERİ DURACAQMI? - İLGİNC
Bu gün, 09:17
“Baş həkim və şöbə müdirinin iddiaları böhtandan başqa bir şey deyil” - QALMAQAL
Bu gün, 09:13
“Ya bu partiyalar normal siyasi təşkilatlara çevrilməli, ya da fəaliyyətlərinə xitam verilməlidir” - YAP-ın Siyasi Şura üzvü
Bu gün, 09:10
"Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər"
Bu gün, 09:06
Avqustun 31-dək qüvvədə olan qadağaların TAM SİYAHISI - Diqqət!
Bu gün, 09:04
Dünya bazarlarında neft ucuzlaşıb
Bu gün, 09:02
Bu gündən Milli Məclisin növbədənkənar sessiyası başlayır
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru