"Vətəndaşlara ötən ay və bu ay 190 manat verilsin" .....                     Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 247-yə çatıb .....                     İki bələdiyyə sədri və market direktoru .....                     Fəttah Heydərov dəfn edildi .....                     “Qanuni oğru”ların Avropa “revanşı”: Haqq-hesab əlbəyaxa davada həll olunur: .....                     “Bəzi şəxslər mövcud qərarlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar” .....                     “Küləyin çimərliyə nə dəxli var?” .....                     Belarusda təcili səfərbərlik gedir .....                     Onlar artıq birlikdə fotolarını yayımlayırlar .....                     ƏDV-nin geri qaytarılması ilə bağlı pozuntular aşkarlanıb .....                     Fəttah Heydərov dəfn edilir .....                     Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur .....                     Prezidentin köməkçisindən ATƏT-in Minsk Qrupuna İTTİHAM .....                     Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət .....                     İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib .....                     Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir .....                     Bakı Tikiş Evinin mağazaları açılır .....                     Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? .....                     “Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” .....                     Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb .....                     Bəzi yerlərdə leysan olub .....                     “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq .....                     Masallıda oğurluq edənlər saxlanılıb .....                     Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı .....                     Biləsuvarda əxlaqsız yuva aşkarlandı .....                     Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir .....                     Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır .....                     Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib .....                     Göyçayda mal-qara oğruları saxlanılıb .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb .....                     Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı .....                     Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət .....                     Azərbaycan nefti bahalaşıb .....                     DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir .....                     Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı… .....                     “Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq” .....                     "Vətəndaş necə yaşasın, nəylə yaşasın?" .....                     “Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” .....                     Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı artdı .....                 

FONDUN SİYAHISINDAN KİM ÇIXDI, KİM QALDI? – Əli Həsənovun qohumu kimi hədələyir?
Tarix: 6-07-2020, 14:23 | Çap et
FONDUN SİYAHISINDAN KİM ÇIXDI, KİM QALDI?
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) maliyyə yardımı ayırdığı qəzetlərin sayını azaldıb. Fond maliyyələşmə mexanizmini, redaksiyaların kateqoriyalar üzrə bölgüsünü dəyişməsə də, bəzi nəşrləri öz siyahasına salmaqdan imtina edib.

KİVDF-inin yaydığı məlumata görə, 2020-ci ilin ikinci yarım ilində ümumilikdə 18 qəzet maliyyələşdiriləcək. Qəzetlər gündəlik, günaşırı və həftəlik nəşr olunduqlarına görə verilən vəsaitin həcmi də ona uyğun olaraq dəyişir. Belə ki, gündəlik çıxan “Yeni Azərbaycan”, “Səs”, “Şərq”, “525-ci qəzet”, “Yeni Müsavat”, “Bakı-Xəbər” qəzetləri aylıq 20 min manat yardım alacaqlar.

Günaşırı nəşr olunan “Azernews”, “Novoye Vremya”, “Xalq Cəbhəsi”, “Hürriyyət”, “Ədalət” qəzetlərinə veriləcək aylıq vəsaitin həcmi isə 10 min manatdır.

5 min manat alacaq həftəlik qəzetlər isə bunlardır: “Türküstan”, “Azad Azərbaycan”, “Olaylar”, “Paralel”, “Unikal”, “Həftə içi”, “Nedelya”.

Xatırladaq ki, fevral ayında birinci yarım il üçün elan olunan müsabiqədə 25 qəzet redaksiyası qalıb elan olunmuşdu. Onlardan 7-si ikinci yarımildə “çıxdaş” edilib, habelə bəzi nəşrlərin günaşrı çıxmasına ehtiyac görülməyib.

Birinci kateqoriyaya daxil olan redaksiyalardan KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərliyə məxsus “Mövqe” qəzeti ümumiyyətlə siyahıdan kənarda qalıb. Prezidentin keçmiş köməkçisi Əli Həsənovun ailə üzvlərinə məxsus “Kaspi” və onun rus dilində əlavəsi “Kaspiy” qəzetləri isə ilin birinci yarısında olduğu kimi, yenə yardım alanların siyahasında yoxdur.

Xatırladaq ki, KİVDF-nin ilin əvvəlində bu redaksiyaları siyahıdan kənarda saxlaması Ə. Həsənovun və onun xanımı, adıçəkilən qəzetlərin təsisçisi Sona Vəliyevanın sərt etirazları ilə qarşılanmışdı. Bundan sonra qəzetlər nəşrlərini davam etdirdi. Bəzi mənbələr KİVDF-nin qeyri-rəsmi şəkildə qəzetlərə aylıq 20 min manat yardımı bu ilin iyul ayına qədər davam etdirdiyini bildirir. Fondun yeni müsabiqəsində bu qəzetlərin adları yoxdur, onların nəşrlərini davam etdirib-etdirməyəcəkləri isə məlum deyil.

Birinci kateqoriyada əhəmiyyətli müsbət dəyişikliklərdən biri “Şərq” və “525-ci qəzet”-in gündəlik nəşrlərinin dövlət rərəfindən dəstəklənməsidir. Son illər hər iki redaksiya maliyyə çətinlikləri ucbatından günaşırı çıxmağa məcbur olmuşdu. Hər iki qəzetin Azərbaycan mətbuatında özünəməxsus dəsti-xətti, tarixi və ənənəsi var. Qeyd edək ki, bu addım ictimaiyyət tərəfindən də müsbət qarşılanıb.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sosial şəbəkədə yazdığı qeydlərdə maliyyə sıxıntılarını KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin təzyiqləri ilə əlaqələndirib: “Axır ki.. ədalət öz yerini tapdı. KİVDF-nin 10 il haqsızlığına tab gətirən, güc-bəla ilə varlığını qoruyan "Şərq" üzümüzə gələn həftənin əvvəlindən öz gündəlik nəşrini davam etdirəcək. Biz kecmişə dönmürük , önə, gələcəyə baxırıq. İlahi ədalətin varlığına da şəkki-şübhə etmədən inanırıq. Cox vüqarlar Ədalətin, Haqqın qarşısında əyilib, yox olub, onlar ücün həmişə tarix və fakt yox, şəxsi mənfəət olub...”

“525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid də KİVDF-nin sabiq rəhbərliyindən narazılığını gizlətməyib: “Keçən ilin mart ayında KİV Fondu bizim qəzeti ikinci kateqoriyaya daxil edib, həftədə 3 dəfə çıxmağına qərar verəndə, mən dərin böhran keçirdim. O vaxt fikirlərimi ayrı-ayrı məsul şəxslərə bildirsəm də, bunu ictimaiyyətə açıqlamağı məqsədəuyğun saymadım. Amma içimdə bir inam vardı ki, “525-ci qəzet”, onun tarixi, keçdiyi yol, qarşısına qoyduğu vəzifələr, ən əsası da maarifçilik missiyası iflasa uğramamalıdır. Güman ki, bunu duyanlar, dəyərləndirənlər oldu...”

Günaşırı nəşr olunan qəzetlərin siyahısında da ciddi dəyişikliklər var, Fond onların sayını əhəmiyyətli dərəcdə azaldıb. İlin əvvəlində yardım alan “Üç nöqtə” qəzeti ümumiyyətlə siyahıdan çıxarılıb. Qəzetin baş redaktoru, teleaparıcı Xoşqədəm Baxşəliyeva Fondun bu qərarına münasibət bildirməyib. Xatırladaq ki, qərarda bildirilir ki, bu qəzet satışı az olduğu üçün müsabiqənin şərtlərinə uyğun gəlməyərək KİVDF-nin siyahısına düşməyib. “Olaylar”, “Paralel”, “Həftə içi” qəzetləri isə bundan sonra nəşrlərinə həftəlik olaraq davam edəcəklər.

Bu qərara “Olaylar” qəzetinin baş redaktoru Yunis Oğuz sərt təpki verib. KİVDF-nin qərarı aıqlandığı gün - iyunun 4-də sosial şəbəkədəki hesabında bir neçə status paylaşan Y. Oğuz, işçilərinin 70 fazini ixtisar etdiklərini bildirib və qəzəbini belə ifadə edib: “Dəvə nə qədər arıq olsa da, dərisi bir eşşəyə yükdür...”

“25 yaşı olan "Olaylar" qəzetini və "Olaylar"informasiya agentliyini satıram. Alan varmı? İP-si aylıq Gooqle analitikdə 1 milyonu ötür...”

“Nəbadə, dövləti və onun başçısını müdafiə edəsiniz, əks təqdirdə ətrafı tərəfindən vurulacaqsınız...”

“Sizi biz qoruyuduq, bizi də vurub sıradan çıxartdınız” cümləmi nə zamansa yada salacaqsınız...”

Göründüyü kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın dostu və qohumu olan baş redaktorun bəzi fikirləri bilavasitə Azərbaycanda yeni media siyasətini müəyyənləşdirən şəxslərə qarşı yönəlib. O, gah qəzeti və agentliyi satdığını, gah da işçiləri ixtisar etməklə fəaliyyətini davam etdirəcəyini bildirməklə qeyri-müəyyənlik içində olduğunu nümayiş etdirib. “Sizi biz qoruyurduk” tipli hədəsi isə ümumiyyətlə hakimiyyətə ünvanlanıb...

Nəşrlərini davam etdirəcək həftəlik qəzetlərin siyahısında da yeniliklər var. Belə ki, KİVDF yarandığı gündən ondan dəstək alan “Oxu məni” qəzetinə bu dəfə yardım ayrılmayıb. “Hərbi and” qəzeti də Fondan dəstək alan nəşrlərin sırasına daxil edilməyib. Bununla yanaşı günaşırı nəşr olunan “Həftə içi” qəzeti üçüncü kateqoriya qəzetlərin sırasına əlavə edilib. Qeyd edək ki, maliyyələşdirmədən kənarda qalan bu qəzetlərin rəhbərləri də Fondun qərarına hər hansı münasibət bildirməyiblər.
“AzPolitika.info”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vətəndaşlara ötən ay və bu ay 190 manat verilsin" - AKTUAL
Bu gün, 12:55
Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 247-yə çatıb
Bu gün, 12:52
İki bələdiyyə sədri və market direktoru CƏRİMƏLƏNDİ
Bu gün, 12:50
Fəttah Heydərov dəfn edildi
Bu gün, 12:43
“Qanuni oğru”ların Avropa “revanşı”: Haqq-hesab əlbəyaxa davada həll olunur: - Lotu Quli də tərəfdir
Bu gün, 12:40
“Bəzi şəxslər mövcud qərarlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar” - deputat
Bu gün, 12:35
“Küləyin çimərliyə nə dəxli var?” - Baş infeksionist
Bu gün, 12:34
Belarusda təcili səfərbərlik gedir - RUSİYA İLƏ SƏRHƏD REGİONLARDA...
Bu gün, 12:33
Onlar artıq birlikdə fotolarını yayımlayırlar
Bu gün, 12:23
ƏDV-nin geri qaytarılması ilə bağlı pozuntular aşkarlanıb
Bu gün, 12:18
Fəttah Heydərov dəfn edilir - FOTO
Bu gün, 12:15
"Əşyaları aid olduğu yerə, insanları isə layiq olduğu yerə qoy…"
Bu gün, 12:10
Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur - İTTİHAM
Bu gün, 12:08
Prezidentin köməkçisindən ATƏT-in Minsk Qrupuna İTTİHAM - “Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib”
Bu gün, 12:01
Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət - TƏFƏRRÜAT
Bu gün, 11:58
"Mən Musaya nəyi deyirəm onu geyinir" - Təranə Qumral
Bu gün, 11:54
Toy etmək istəyənlərin nəzərinə: - Bu tarixdən sonra icazə veriləcək
Bu gün, 11:51
İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib
Bu gün, 11:47
Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir - TƏHLİL
Bu gün, 11:41
Bakı Tikiş Evinin mağazaları açılır - İbtidai siniflərdə dərslər başlayacaq?
Bu gün, 11:38
Toysuz qalıb pulsuz qalmayan məşhurlar... - SİYAHI
Bu gün, 11:36
Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? - AKTUAL
Bu gün, 11:34
“Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” - deputat
Bu gün, 11:33
Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb
Bu gün, 11:31
Bəzi yerlərdə leysan olub - Nazirlik faktiki hava durumunu açıqladı
Bu gün, 11:30
“Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY
Bu gün, 11:24
ARB TV-nin adından saxtakarlıq - FOTOFAKT
Bu gün, 11:21
Masallıda oğurluq edənlər saxlanılıb
Bu gün, 11:18
Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı - İDDİA
Bu gün, 11:17
Biləsuvarda əxlaqsız yuva aşkarlandı
Bu gün, 11:13
Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir - VİDEO
Bu gün, 11:11
Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır - Nazirlik
Bu gün, 11:06
Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib - narkotiklərlə bağlı
Bu gün, 10:59
Göyçayda mal-qara oğruları saxlanılıb
Bu gün, 10:58
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb
Bu gün, 10:57
Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı
Bu gün, 10:56
Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət Azərbaycana yola düşüb
Bu gün, 10:54
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir
Bu gün, 10:34
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı… - SKANDAL
Bu gün, 10:30
“Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq” - deputat
Bu gün, 10:20
“Nadir villasında dincəlir, öz gününüzə ağlayın”
Bu gün, 10:18
"Vətəndaş necə yaşasın, nəylə yaşasın?" - ETİRAZ
Bu gün, 10:17
“Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” - GƏLİŞMƏ
Bu gün, 10:15
Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? - MÜƏMMA
Bu gün, 10:13
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Bu gün, 10:10
Parlamentdə dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb - Gündəlik
Bu gün, 10:03
2 il əvvəl Azərbaycan bazarına daxil olan holdinq ləğv edildi
Bu gün, 10:01
"Mənim kimi məktəb görmüş musiqiçilər kölgədə qalıblar"
Bu gün, 09:58
Vətəndaş OD PÜSKÜRDÜ: Burda rəsmən dərəbəylikdir - "Müraciət etmədiyim yer qalmayıb..."
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru