İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib .....                     Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir .....                     Bakı Tikiş Evinin mağazaları açılır .....                     Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? .....                     “Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” .....                     Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb .....                     Bəzi yerlərdə leysan olub .....                     “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq .....                     Masallıda oğurluq edənlər saxlanılıb .....                     Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı .....                     Biləsuvarda əxlaqsız yuva aşkarlandı .....                     Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir .....                     Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır .....                     Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib .....                     Göyçayda mal-qara oğruları saxlanılıb .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb .....                     Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı .....                     Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət .....                     Azərbaycan nefti bahalaşıb .....                     DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir .....                     Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı… .....                     “Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq” .....                     "Vətəndaş necə yaşasın, nəylə yaşasın?" .....                     “Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” .....                     Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı artdı .....                     Parlamentdə dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb .....                     2 il əvvəl Azərbaycan bazarına daxil olan holdinq ləğv edildi .....                     Vətəndaş OD PÜSKÜRDÜ: Burda rəsmən dərəbəylikdir .....                     Masallıda təhsil kimlərə əmanət edilib? .....                     “Tanınmış ailədən olmaq mənim üçün böyük məsuliyyətdir” .....                     Fəttah Heydərov .....                     Elbrus Paşayevin səmərəsiz layihələrinin üstü necə açıldı? .....                     Prokurorluq Bakıdakı qətllə bağlı məlumat yaydı .....                     Siraqəddin Cabbarov elə bir oyun çıxarıb ki... .....                     Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Sahil Babayev şübhəli təyinatından GERİ DURACAQMI? .....                     “Baş həkim və şöbə müdirinin iddiaları böhtandan başqa bir şey deyil” .....                     “Ya bu partiyalar normal siyasi təşkilatlara çevrilməli, ya da fəaliyyətlərinə xitam verilməlidir” .....                 

AzTV çuğulluq idarəsinə dönüb, hər kəs bir-birinin səsini yazıb sədrə göndərir - İTTİHAM
Tarix: 6-07-2020, 12:18 | Çap et
AzTV çuğulluq idarəsinə dönüb, hər kəs bir-birinin səsini yazıb sədrə göndərir
Ötən həftə AzTV-nin iki əməkdaşının yeni növ koronavirus pandemiyasından vəfat etməsi ölkənin teleməkan ailəsinin kədərinə səbəb oldu. Aprel-may aylarında “kimin tanıdığı şəxs bu virusa yoluxub və ya bu virusdan ölüb” suallarını sosial şəbəkələrdə yağdırmaqla hökumətin gördüyü tədbirləri şübhə altına almaq istəyənlər indi rahatlaya bilərlər. Çünki dövlətin. demək olar ki, bütün strukturlarında, eləcə də teleməkanda XXI əsrin bu bəlasına yoluxanların olduğu barədə məlumatlar yayılmaqdadır. Teleməkanda ilk pandemiya qurbanları olmaq isə AzTV-nin əməkdaşlarının taleyinə yazıldı…

Ölümün kimi harada və necə yaxalayacağı heç kimə bəlli deyil. Atalarımız “ölüm gözlə qaş arasındadır” kəlməsini nahaqdan söyləməyiblər. Lakin çox təəssüf ki, COVID-19 qurbanlarına çevrilmiş AzTV-nin əməkdaşları ilə bağlı suallar açıq qalıb.

Pandemiya ilə mübarizə aparılandan bəri tamaşaçıları evdə qalmağa, amma eyvana çıxıb şou-biznesin “ulduzcuqlarına” qulaq asmağa çağıran, insanlara əllərini necə yumağı, maskanı necə taxmağı, qoruyucu vasitələrdən necə istifadə etməyi öyrətməyə çalışan AzTV nədən öz əməkdaşlarının xəstəxanalarda normal müalicə almalarını təşkil edə bilmədi?

Neçə gündür ictimai-siyasi proqramlar departamentinin rejissoru Samir Nemətzadənin ürək parçalayan səsli mesajı internetdə dolaşır. Sosial şəbəkənin izləyiciləri haqlı olaraq bu sualı verirlər: nəyə görə Səhiyyə Nazirliyi və TƏBİB-lə sıx əlaqələri olan AzTV sədri Rövşən Məmmədov bu cür çətin dönəmdə gənc bir adamı taleyin hökmünə buraxmışdı? Axı çox güman ki, Samir kömək üçün dəfələrlə öz rəhbərliyinə səsli mesajlar göndərib. Kimsə deyə bilər ki, AzTV sədrinin bu durumdan yəqin xəbəri olmayıb. Buna inanmaq qeyri-mümkündür. Çünki Rövşən Məmmədovun sayəsində AzTV çuğulluq idarəsinə dönüb. Hər kəs bir-birinin səsini yazıb sədrə göndərir. Bundan başqa, həmin departamentin rəhbəri Rövşən Məmmədovun özünə çox yaxın saydığı və ona hər bir qərəzli-qərəzsiz məlumatı ötürən Sərvər Bayramovdur. Belə çıxır ki, texnologiyanın inkişaf etdiyi bir vaxtda onların heç biri səsli mesajla haray çəkən əməkdaşlarının durumu ilə qətiyyən maraqlanmayıblar.

AzTV çuğulluq idarəsinə dönüb, hər kəs bir-birinin səsini yazıb sədrə göndərir

AzTV-dəki mənbələr deyirlər ki, koronavirusu telekanala gətirən şəxs operatorlardan biri olub. O, koronavirusdan yoluxan ağır xəstələri çəkən zaman ehtiyatsız hərəkətə yol verib. Bu informasiyanın nə dərəcədə dəqiq olub-olmadığını deyə bilmərik. Amma, tutaq ki, belə hadisə olub. Nəyə görə AzTV rəhbərliyi ehtiyatlı və məsuliyyətli davranmayıb? Axı o cür təhlükəli yerdən qayıdan çəkiliş qrupu işə qayıtmalı deyildi, 14 günlük karantinə göndərilməliydi. Onların çəkdikləri süjeti isə həmkarları hazırlamaları idi. Həmin xəstələrlə təmasda olan həkimlər evlərinə belə getmədiklərini həmin süjetdə dəfələrlə vurğulayırdılar. Bunu anlamaq belə çətin idi, yoxsa “kreativlikləri” belə dərinlikləri hələ fəth edə bilməyib? Bu sualları da biz deyil, sosial media izləyiciləri o boyda tarixə malik olan, amma indi loqosu AZ-a çevrilən TV-nin sədri Rövşən Məmmədova ünvanlayırlar.

Əslində, bu fakt AzTV sədri Rövşən Məmmədovun tutduğu posta layiq olmadığının daha bir göstəricisidir. Amma bir zamanlar “Ədalət qəzeti”nin tərzi ilə desək, çox təəssüf ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri vəzifəsini hələ də bu qurumu yaman günə qoyan Rövşən Məmmədov icra edir.

Bəzi saytlar AzTV-də çalışan insanların kütləvi şəkildə virusa yoluxduqlarını xəbər verir. Amma AzTV-nin mətbuat xidmətinin rəhbəri yalnız 5 nəfər əməkdaşın xəstə olduğunu iddia edir və patronuna haqq qazandırmaq üçün televiziyanın ərazisində dezinfeksiya işlərinin aparıldığı, əməkdaşların maskadan və qoruyucu vasitələrdən istifadə etdikləri, qızdırması olanların içəri buraxılmadıqları kimi bəhanələri sadalayır. Onlar bu cür açıqlamalarla iki əməkdaşları ölənə kimi də çıxış edirdilər. onlar öləndən sonra da cavab tərzlərini heç dəyişməyiblər. Görəsən, heç ötən həftə itirdikləri əməkdaşlarının ruhu qarşısında xəcalət çəkirlərmi?

Yəqin ki, çəkmirlər. Dünyalarını dəyişmiş əməkdaşları barədə hazırladıqları süjetlər bu adamlarda xəcalət hissinin yerli-dibli olmadığını göstərir. Olsaydı, xəstəxanada durumunun necə olduğu ilə maraqlanmadıqları, onun harayına vaxtında yetişmədikləri Samirin haqqında “dogma televiziyamızın dogma adamı” kimi süni və qıcıqlandırıcı kəlmədən istifadə etməzdilər. AzTV sədri hələ dogma bildiyi bir adamı xəstəxanada baxımsız və çarəsiz durumda buraxırsa, görün yad bildiyi əməkdaşlara necə münasibət bəsləyir?

AzTV çuğulluq idarəsinə dönüb, hər kəs bir-birinin səsini yazıb sədrə göndərir

Kino və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayevin haqqında süjet isə lap “sağlığında kor fatma, öləndə badam gözlüm” zərb-məsəlini xatırlatdı. Sən demə, 52 yaşlı Etibar Babayev ustad sənətkar, peşəkar televiziyaçı, ideyalar müəllifi, AzTV-nin inkişafında böyük xidmətləri olan istedadlı insanmış. O zaman nədən Rövşən Məmmədov sədr müavini olandan qısa müddət sonra ideyalarla qaynayan Etibar Babayevi QSC-nin bədii rəhbəri vəzifəsindən uzaqlaşdırıb, kiçik redaksiyaya baş redaktor göndərmişdi? Deyilənlərə görə, hələ dublyaj redaksiyasını da onun əlindən alıb “kreatv” dəstənin sevimlilərindən birinə vermək istəyirmiş? Yəqin ki, Rövşən Məmmədun kadr “soyqırımı”nın stresslərini yaşayan, amma həyatda zarafatcıl və nikbin insan olan Etibar Babayev haqqında hazırlanan süjeti görsəydi, simasında acı təbəssüm yaranardı…

Nə isə… Həqiqətən sözün bitdiyi yerdir…

Allah hər ikisinə qəni-qəni rəhmət eləsin!
Natiq Səlim
//dominant.az//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib
Bu gün, 11:47
Azərbaycan Türkiyə bazarında Rusiyaya sarsıdıcı zərbələr endirir - TƏHLİL
Bu gün, 11:41
Bakı Tikiş Evinin mağazaları açılır - İbtidai siniflərdə dərslər başlayacaq?
Bu gün, 11:38
Toysuz qalıb pulsuz qalmayan məşhurlar... - SİYAHI
Bu gün, 11:36
Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? - AKTUAL
Bu gün, 11:34
“Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq” - deputat
Bu gün, 11:33
Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb
Bu gün, 11:31
Bəzi yerlərdə leysan olub - Nazirlik faktiki hava durumunu açıqladı
Bu gün, 11:30
“Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY
Bu gün, 11:24
ARB TV-nin adından saxtakarlıq - FOTOFAKT
Bu gün, 11:21
Masallıda oğurluq edənlər saxlanılıb
Bu gün, 11:18
Biləsuvarın memarının milyonlarla dollar dəyəri olan mülkü üzə çıxdı - İDDİA
Bu gün, 11:17
Biləsuvarda əxlaqsız yuva aşkarlandı
Bu gün, 11:13
Gəncədə ÖZBAŞINALIQ: vətəndaş şikayətçidir - VİDEO
Bu gün, 11:11
Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır - Nazirlik
Bu gün, 11:06
Azərbaycanda iki vəzifəli şəxs cinayət məsulyyətinə cəlb edilib - narkotiklərlə bağlı
Bu gün, 10:59
Göyçayda mal-qara oğruları saxlanılıb
Bu gün, 10:58
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 768 nəfərə çatıb
Bu gün, 10:57
Prokurorluq Qazaxdakı qətllə bağlı məlumat yaydı
Bu gün, 10:56
Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət Azərbaycana yola düşüb
Bu gün, 10:54
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir
Bu gün, 10:34
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı… - SKANDAL
Bu gün, 10:30
“Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq” - deputat
Bu gün, 10:20
“Nadir villasında dincəlir, öz gününüzə ağlayın”
Bu gün, 10:18
"Vətəndaş necə yaşasın, nəylə yaşasın?" - ETİRAZ
Bu gün, 10:17
“Paytaxtla bölgələr arasında gediş-gəliş bərpa olunmalıdır, əks halda...” - GƏLİŞMƏ
Bu gün, 10:15
Riyaziyyat fənni üzrə suallar niyə çətinləşdirilib? - MÜƏMMA
Bu gün, 10:13
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Bu gün, 10:10
Parlamentdə dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb - Gündəlik
Bu gün, 10:03
2 il əvvəl Azərbaycan bazarına daxil olan holdinq ləğv edildi
Bu gün, 10:01
"Mənim kimi məktəb görmüş musiqiçilər kölgədə qalıblar"
Bu gün, 09:58
Vətəndaş OD PÜSKÜRDÜ: Burda rəsmən dərəbəylikdir - "Müraciət etmədiyim yer qalmayıb..."
Bu gün, 09:56
"Mən o sözü harada demişəm?" - AUDİO
Bu gün, 09:54
Masallıda təhsil kimlərə əmanət edilib? - Nazirə müraciət olundu
Bu gün, 09:49
“Tanınmış ailədən olmaq mənim üçün böyük məsuliyyətdir” - Nazir müşaviri
Bu gün, 09:43
Fəttah Heydərov VƏFAT EDİB
Bu gün, 09:41
Elbrus Paşayevin səmərəsiz layihələrinin üstü necə açıldı? - İTTİHAM
Bu gün, 09:36
Prokurorluq Bakıdakı qətllə bağlı məlumat yaydı
Bu gün, 09:33
Siraqəddin Cabbarov elə bir oyun çıxarıb ki... - QALMAQAL
Bu gün, 09:32
Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib
Bu gün, 09:29
Cəbhə xəttində erməni təxribatı davam edir - SON DURUM
Bu gün, 09:20
Sahil Babayev şübhəli təyinatından GERİ DURACAQMI? - İLGİNC
Bu gün, 09:17
“Baş həkim və şöbə müdirinin iddiaları böhtandan başqa bir şey deyil” - QALMAQAL
Bu gün, 09:13
“Ya bu partiyalar normal siyasi təşkilatlara çevrilməli, ya da fəaliyyətlərinə xitam verilməlidir” - YAP-ın Siyasi Şura üzvü
Bu gün, 09:10
"Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər"
Bu gün, 09:06
Avqustun 31-dək qüvvədə olan qadağaların TAM SİYAHISI - Diqqət!
Bu gün, 09:04
Dünya bazarlarında neft ucuzlaşıb
Bu gün, 09:02
Bu gündən Milli Məclisin növbədənkənar sessiyası başlayır
Bu gün, 09:02
"Vətəndaşlar gözlərini yumub dənizi canlandırsınlar, hesab etsinlər ki, dənizdə üzürlər" - deputat
Bu gün, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru