Ölkədə turizm böhranı: .....                     Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib .....                     BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi .....                     Paşinyan xalqın əleyhinə gedir .....                     “Gürcüstanın timsalında strateji tərəfdaş görmədik” .....                     Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin .....                     “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib .....                     “Səhiyyə xərcləri rekord səviyyədə artırılır” .....                     “Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır” .....                     “Guya, mən demişəm ki, Azərbaycan bayrağındakı ulduzu götürmək lazımdır” .....                     “Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” .....                     Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 750 mini keçib .....                     Azərbaycanda COVID-19-a yoluxanların sayı 32 910-a çatıb, 473 nəfər vəfat edib .....                     Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, .....                     “26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” .....                     Xızının icra başçısı karantin qaydalarını belə pozdu .....                     Deputat TƏBİB-i tənqid edib .....                     Müavinət xərclərində 23,6 mln. manat artıq ödəmə aşkar edilib .....                     Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb .....                     AXCP və "Milli Şura" növbəti qeybətxana şousunda əsl iç üzlərini açdılar .....                     “Bu ərazi zəbt olunmuşdu və hissə-hissə satmaq istəyirdilər” .....                     Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi .....                     “Mehdiyevin göndərilməsinin bir səbəbi də...” .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: .....                     Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı .....                     AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: .....                     “Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir” .....                     Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin .....                     Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər .....                     Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir .....                     Dəniz suyunda "COVID-19"a yoluxmaq mümkündürmü? .....                     Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb .....                     Qazaxda yeni məktəb binası tikiləcək .....                     Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nekroloq imzalayıblar .....                     DİN-dən karantin rejimi ilə bağlı .....                     "Bu məktublar da hər dəfə yox, ayda-ildə bir dəfə gəlir" .....                     Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb .....                     Səfər Mehdiyevdən ŞOK ADDIM .....                     Regionlara və Bakıya gediş-gəlişin təklif olunan forması nə dərəcədə məntiqli və şəffafdır? .....                 

Azərbaycan fermerlərinin qeyri-sabit hava və koronavirus dərdi - ONLAR NECƏ VƏ NƏ QƏDƏR ZİYANA DÜŞÜBLƏR?
Tarix: 4-07-2020, 11:03 | Çap et
Azərbaycan fermerlərinin qeyri-sabit hava və koronavirus dərdi
Havaların kəskin dəyişməsi, son günlərdə isə bölgələrdə dalbadal güclü külək, dolu, leysan yağması nəticəsində fərdi təsərrüfatlara, meyvə bağlarına ziyan dəyib.

Virtualaz.org qeyri-sabit keçən havalar kontekstində ölkədə meyvə istehsalı ilə bağlı vəziyyəti öyrənib. Bəlli olub ki, kəndli-fermerlər yağıntıların məhsuldarlığa təsirindən narahatdılar. Bir tərəfdən isə, kiçik təsərrüfatlar pandemiya səbəbindən alıcı tapmaqda çətinlik çəkirlər.

Fermer: “Külək şaftalı, gilas ağaclarını qırdı”

Tovuzlu fermer Rövşən Məmmədov deyib ki, ötən ay güclü külək meyvə bağlarına təxminən 10-15 faiz ziyan vurub, gilas, şaftalı ağaclarını aşırıb. “Əslində bu il gilas, şaftalı, albalı, eləcə də əriyin məhsuldarlığı yaxşı olub. Amma yağıntılar davam etsə vəziyyət dəyişəcək. Temperaturun gah yüksəlib, gah da düşməsi bağlarda xəstəliklərin yaranmasına səbəb olur. Bu da son nəticədə məhsulun qiymətinə təsir edir. Çünki məcbur olub əlavə dərmanlama aparırıq”,- fermer belə deyib. Əlavə edib ki, Tovuzdan fərqli olaraq Qazağın kəndlərinə dolu düşüb, meyvə bağları ciddi zərər görüb.

Kafe, restoranlar, otellər bağlıdır, alıcı azalıb

R.Məmmədov deyib ki, hektarlarla ərazidə alma, gilas, badam, şaftalı, “türk gavalısı” ağacları var. Pandemiya səbəbindən otellər, istirahət mərkəzləri, kafelər, restoranlar bağlı olduğundan alıcıların bir hissəsini itirib. Bakı bazarlarına məhsul aparmaq isə əlavə xərcdir: “Doğrudur, mövsümün əvvəlində gilasın kiloqramını 8 manatdan sata bildik. Bazarda 2 manat 50 - 2 manat 70 qəpiyə satılan birinci növ şaftalını 2 manat 20 qəpikdən satdıq. Amma pandemiya səbəbindən bazarlarda da alıcı azalıb. İndi bazar qiymətindən 2-3 dəfə aşağı təklif edirik, təki alıcı olsun”.

“Yetişmiş meyvələr yerə tökülüb, alan olmur”

Şabranlı fermerlər isə deyirlər ki, iyunda havalar qeyri-sabit keçib, ayın ikinci ongünlüyündə güclü külək ağacların budaqlarını qırıb, meyvələr tökülüb. Rayonun Pirəmsən, Ərəblər, Gəndob, Aygünlü və digər kəndlərində xüsusilə gilas bağları zərər çəkib. “Təxminən 4 gün güclü külək oldu, yeni salınmış bağlarda bir və iki illik ağac tingləri məhv oldu. Bəzi fermerlərə 200, bəzilərinə 1000 manatadək ziyan dəydi. Yerə tökülən meyvələrin alıcısı olmur, məcbur qalıb dəyər-dəyməzinə emal müəssisələrinə satırıq. Onların ödədikləri məbləğ çəkilən zəhmətə dəymir”, - deyə rayonun Pirəmsən kənd sakini İlqar Məmmədov bildirib.

Fermer qeyd edib ki, bu il gilas satışı qonşu ölkələrlə sərhədlərin bağlı olması səbəbindən fermerlər üçün sərfəli olmayıb. Ən bahalı gilas növlərindən olan “Napoleon”un kiloqramı 2 manatı keçmir. “Çiyid”, “Krım” sortları da 1 manat-1 manat 20 qəpiyə satılır. Hazırda Şabran rayonunda gilas mövsümü, demək olar ki, bitmək üzrədir. Havanın nisbətən sərin keçdiyi Xaçmaz və Quba rayonlarında gilas bağlarında məhsul yığımı isə hələ də davam edir.

Fermerlərin bildirdiklərinə görə, hər il qonşu ölkələrə tonlarla meyvə daşınırdı. Bu il sərhədlərin bağlı olması səbəbindən ölkədən kənara məhsul çlxara bilmirlər. Bəzi fermerlər məhsulun bir hissəsini soyuducuya vursalar da, orada da uzağı bir ay saxlamaq mümkün olacaq. Hava şəraiti isə təkcə gilasa ziyan vurmayıb. “Qaysı, gavalı, alma bağları da sıradan çıxıb. Qaysı onsuz da dözümsüz meyvədir, hava şəraitinə qarşı həssasdır. Bu il yağışlar məhsulu xarab etdiyindən qaysı bağlarında məhsul qıtlığı hiss olunur. Ona görə də, bu meyvənin kiloqramı 3-4 manata satılır”, - Şabranlı fermer bildirir.

Xaçmaz və Quba rayonlarında da fındıq, xurma, alma bağlarında oxşar vəziyyət müşahidə olunur. Fermerlər bu il adı çəkilən meyvələrin də qeyri-sabit hava səbəbindən qıt olacağını deyirlər.

Ekspert: “Həm də xəstəliklər baş qaldırır, fermerin xərci artır”

Kənd təsərrüfatı eksperti Nicat Nəsirli virtualaz.org-a bildirib ki, mövsümün indiki mərhələsində, yəni meyvə yetişmə dövründə temperaturun dəyişməsi-hərarətin qalxması, yaxud düşməsi, gündüzlər isti, gecələr soyuq olması, yağıntılar, rütubətin artması meyvəçiliyə təsir edir. Ağaclarda, bitkilərdə stress faktorunu meydana çıxarır. Ağacda məhsul yetişmə prosesində müəyyən fasilələr, hətta diskonfort yaranır. Bunun nəticəsində bəzi meyvə sortları var ki, həssasdır, bu sortların yetişməsi gecikir. “Eyni zamanda, bağlarda rütubət, nəmişlik yaranır ki, bunun da nəticəsində virus və göbələk mənşəli xəstəliklər formalaşmış olur. Əslində, bu xəstəliklər torpaq-iqlim xüsusiyyətlərinə uyğun olaraq iyun ayının əvvəllərinə qədər müşahidə olunmalıdır. Amma bu havaların təsiri ilə bağlarda həmin xəstəliklər uzunömürlülük qazanır, davamlı olur. Nəticədə fermerin xərclərini artırır. Fermer məcburdur ki, indiki, yəni məhsul yetişdirmə dövründə kimyəvi peraparatlar vasitəsilə mübarizə tədbirlərini davam etdirsin. Bu da məhsulun maya dəyərinə təsir göstərir”,-N.Nəsirli əlavə edib.

Meyvənin görünüşü dəyişir…

Azərbaycanın əsas meyvəçilik zonası Şimal bölgəsidir, eyni zamanda Qax, Zaqatala, Şəkidə də meyvə bağları var. N.Nəsirlinin sözlərinə görə, bu zonada göbələk xəstəliyi olur və göbələk ölkəmizdə meyvəçilik üçün ən təhlükəli xəstəlikdən biridir: “Xəstəlik meyvənin görnüşünə təsir edir, ləkələr, əyilmələr yaradır. Nəticədə məhsulun alıcısı olmur, bazara çıxışı çətinləşir. Üstəlik hava şəraiti göbələk xəstəliyinə qarşı aparılacaq dərmanlama metodunun effektliyini aşağı salır. Fermer bir neçə dəfə dərman vursa da, istədiyi nəticəni ala bilmir. Qax, Şəki, Zaqatala zonasında qoz, fındıq, şabalıd sənayesi inkişaf edib, onların da özünə məxsus göbələk xəstəlikləri formalaşmış olur”.

Lazer vasitəsi ilə buludları dağıdırlar ki…

Ekspert deyib ki, dolu kənd təsərrüfatında ən təhlükəli təbii faktorlardan biri sayılır. Yəni bitkinin ümumi məhsuldarlığına vurduğu ziyan çox yüksəkdir, 50-60 faiz ümumi məhsuldarlığa təsir göstərə bilir. “Sovetlər dönəmində dolu ilə mübarizə tədbirləri kənd təsərrüfatında vacib istiqamətlərdən biri kimi qəbul olunmuşdu. Dolu dağıdan toplardan istifadə olunurdu. Indi dünyada bunun alternativləri çoxdur. Lazer zərbəsi ilə buludları dağıtmaq, onun vuracağı zərəri uzaqlaşdırmaq texnologiyaları var. Bu Azərbayanda da tətbiq edilir, yalnız böyük təsərrüfatlarda mümkündür. Amma doludan qorunmağın yolu yalnız bu vasitə deyil”,-N.Nəsirli bildirib.

“Ağıllı bağ” layihəsi

Bu gün “ağıllı bağ” layihələri yavaş-yavaş Azərbaycanda da həyata keçirilir. Ağıllı bağlar ümumilikdə effektiv idarəetmə formasıdır. N.Nəsirlinin sözlərinə görə, bağın üstü örtülür, nəticədə nəinki dolu, hətta zərərvericilərin hücumunun qarşısı alınır. Günəşin kəskin şüaları nəticəsində meyvəyə dəyən zərərin də qarşısını almaq mümkün olur: “Doğrudur, bu hələ geniş yayılmayıb. Hələlik meyvəçiliyjn böyük hissəsi ənənəvi metodlarladır.

Bundan əlavə, bu il buna nail ola bilmədik, amma gələn il aqrar sığorta mexanizmi də ortaya çıxsa və kənd təsərrüfatına əlavə bir dəstək olsa, təbii faktorlar nəticəsində dəyən zərərləri qarşılamaq mümkünləşər. Çünki zərər dəyəndə insanların iqtisadi aktivliyi azalır. Deyək ki, bağı dolu vurdu, bunun bərpa olunması üçün ən azı 1 il vaxt tələb olunur. Yaxud bu, meyvə yetişmə dövründə baş verdisə, meyvə yerə töküldüsə-meyvə emala getməlidir. Əgər emal da yoxdursa, fermer çıxılmaz duruma düşür. Ən effekyiv variant aqrar sığorta mexanizmini formalaşdırmaqdır. Pararlel də emal sənayesi inkişaf etdirilməlidir ki, yerə tökülmüş, bazara çıxarılması imkanını itirmiş məhsullardan emalda istifadə edilsin, heç olmasa fermer müəyyən qədər vəsait əldə edə bilsin”.
Virtualaz.org





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkədə turizm böhranı: - Qonaqsız evin ruzisi qaçar
Dünən, 18:14
Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib
Dünən, 18:13
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Dünən, 18:11
Paşinyan xalqın əleyhinə gedir - Şirak Bünyatyan
Dünən, 18:10
“Gürcüstanın timsalında strateji tərəfdaş görmədik”
Dünən, 18:08
“Space” telekanalının yayımı 3 saat dayandırılacaq - MTRŞ
Dünən, 18:06
“Daim qorxu içində yaşayıram”
Dünən, 18:03
Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin 300 min manatdan çox vergi borcu var
Dünən, 17:54
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Dünən, 17:52
“Səhiyyə xərcləri rekord səviyyədə artırılır” - Maliyyə naziri
Dünən, 17:46
“Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır” - Nazir
Dünən, 17:41
Afaqla Brilliant niyə küsüb?
Dünən, 17:32
“Guya, mən demişəm ki, Azərbaycan bayrağındakı ulduzu götürmək lazımdır” – Elman Nəsirov
Dünən, 17:30
“Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” - Erməni ekspert
Dünən, 17:26
Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 750 mini keçib
Dünən, 17:25
Azərbaycanda COVID-19-a yoluxanların sayı 32 910-a çatıb, 473 nəfər vəfat edib
Dünən, 17:24
Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Dünən, 17:22
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
Dünən, 17:21
Xızının icra başçısı karantin qaydalarını belə pozdu - VİDEO
Dünən, 17:15
Deputat TƏBİB-i tənqid edib - "Onun fəaliyyəti şübhə altındadır"
Dünən, 17:11
Müavinət xərclərində 23,6 mln. manat artıq ödəmə aşkar edilib
Dünən, 17:10
Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb
Dünən, 17:08
AXCP və "Milli Şura" növbəti qeybətxana şousunda əsl iç üzlərini açdılar - "Biz maraqlı olmalıyıq ki, İlham Əliyev karantini artırsın..."
Dünən, 17:07
“Bu ərazi zəbt olunmuşdu və hissə-hissə satmaq istəyirdilər” - Eldar Əzizov
Dünən, 17:04
Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi - "Bu da yaxın qohumluq əlaqəsi demək deyil..."
Dünən, 17:02
“Mehdiyevin göndərilməsinin bir səbəbi də...” - Ölkədə SİYASİ SİSTEM DƏYİŞİKLİYİ
Dünən, 17:01
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
“Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: - “O borc bağışlanmayıb, qanunla avtomatik silinib”
Dünən, 16:59
Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı
Dünən, 16:57
"İlkinin oynadığı rollar təkrardır"
Dünən, 16:56
AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: - Biri terapevtik zülal, digəri bitki mənşəli peyvənd
Dünən, 16:50
“Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir” - deputat
Dünən, 16:48
Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin - Dövlət başçısı
Dünən, 16:45
Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
Dünən, 16:44
ƏDV nəşriyyatların BELİNİ “QIRIR”: - “…Ləğv edilməlidir!”
Dünən, 16:42
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Dünən, 16:40
Dəniz suyunda "COVID-19"a yoluxmaq mümkündürmü? – ƏTRAFLI İZAH
Dünən, 16:15
Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb
Dünən, 16:14
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Dünən, 16:12
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nekroloq imzalayıblar
Dünən, 16:11
DİN-dən karantin rejimi ilə bağlı AÇIQLAMA
Dünən, 15:39
"Bu məktublar da hər dəfə yox, ayda-ildə bir dəfə gəlir" - Şahbaz Quliyevin qardaşı
Dünən, 15:36
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb - Diqqət!
Dünən, 15:35
Səfər Mehdiyevdən ŞOK ADDIM - İLGİNC
Dünən, 15:33
Regionlara və Bakıya gediş-gəlişin təklif olunan forması nə dərəcədə məntiqli və şəffafdır?
Dünən, 15:26
Moskvada ermənilərin hücumlarına məruz qalan azərbaycanlılar Sərkisovdan pul almaq istəmir - “AMMA BİZ BUNA HAZIRIQ...”
Dünən, 15:23
“Azərbaycanda şəffaflaşmanın səviyyəsi artıb”
Dünən, 15:21
Müğənni Elnarə Xəlilovadan sərt reaksiya: - "Biz ev heyvanıyıq, siz də sahibimiz?"
Dünən, 15:15
Elza Seyidcahan insanlara bayramda görün nə payladı?
Dünən, 15:12
2020-ci il dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin komitəsində müzakirə olunur
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru