Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq .....                     Bu gün dollar neçəyə olacaq? .....                     SMS icazə sistemi ləğv edilir .....                     Ölkədə turizm böhranı: .....                     Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib .....                     BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi .....                     Paşinyan xalqın əleyhinə gedir .....                     “Gürcüstanın timsalında strateji tərəfdaş görmədik” .....                     Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin .....                     “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib .....                     “Səhiyyə xərcləri rekord səviyyədə artırılır” .....                     “Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır” .....                     “Guya, mən demişəm ki, Azərbaycan bayrağındakı ulduzu götürmək lazımdır” .....                     “Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” .....                     Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 750 mini keçib .....                     Azərbaycanda COVID-19-a yoluxanların sayı 32 910-a çatıb, 473 nəfər vəfat edib .....                     Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, .....                     “26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” .....                     Xızının icra başçısı karantin qaydalarını belə pozdu .....                     Deputat TƏBİB-i tənqid edib .....                     Müavinət xərclərində 23,6 mln. manat artıq ödəmə aşkar edilib .....                     Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb .....                     AXCP və "Milli Şura" növbəti qeybətxana şousunda əsl iç üzlərini açdılar .....                     “Bu ərazi zəbt olunmuşdu və hissə-hissə satmaq istəyirdilər” .....                     Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi .....                     “Mehdiyevin göndərilməsinin bir səbəbi də...” .....                     “Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: .....                     Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı .....                     AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: .....                     “Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir” .....                     Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin .....                     Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər .....                     Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir .....                     Dəniz suyunda "COVID-19"a yoluxmaq mümkündürmü? .....                     Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb .....                     Qazaxda yeni məktəb binası tikiləcək .....                     Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nekroloq imzalayıblar .....                     DİN-dən karantin rejimi ilə bağlı .....                     "Bu məktublar da hər dəfə yox, ayda-ildə bir dəfə gəlir" .....                     Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb .....                 

Türkiyə Yaxın Şərqin yeni sahibinə çevrilir: - Amerika məyus, Avropa kədərli, Rusiya dirəşib
Tarix: 3-07-2020, 17:08 | Çap et
Türkiyə Yaxın Şərqin yeni sahibinə çevrilir:
Donald Tramp indiyə qədər Rəcəb Tayyib Ərdoğanla 20 dəfədən çox telefonla danışıb. Amerika prezidenti heç bir liderlə bu qədər əlaqə saxlamayıb. Əlbəttə, bu, təsadüfi deyil. Vəziyyət elədir ki, Türkiyə beynəlxalq siyasi arenada vazkeçilməz oyunçuya çevrilib.

Ermənilər isə iddia edirlər ki, Trampın Ərdoğandan çəkinməsinin xüsusi səbəbi var. Belə ki, İstanbulda Trampa məxsus iki hotel çalışır. Hər il cənab Tramp həmin hotellərdən 1-5 milyon dollar arası xeyir götürür. Əlbəttə, bu, ciddi söhbət hesab oluna bilməz.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində Dəməşq rejiminə qarşı başlatdığı “Bahar qalxanı” əməliyyatında Silahlı Pilotsuz Uçuş Aparatları (SPUA) Rusiyanın istehsalı olan bir neçə “Pansir S-1” hava hücumundan müdafiə sistemini məhv etdi. 5 milyon dollar dəyəri olan türk silahı 15 milyon dollara satılan Rusiya sılahının beynəlxalq imicini də heçə endirdi.

Bu silahlar Liviyada da üz-üzə gəldi. Nəticə eyni oldu. Ona görə də Fransanın “Le Monde” qəzeti yazıb ki, Türkiyənin Liviya hökumətini yeni nəsil SPUA ilə təmin eləməsi güc balansını kəskin şəkildə qiyamçı general Həftərin əleyhinə dəyişdi.

ABŞ-ın hərbi sahə üzrə ən nüfuzlu nəşri olan “The Natoonal İnterest” jurnalı isə “Turkey Is The Middle East's Newest Drone Super Power” (Türkiyə droun üzrə Yaxın Şərqdə ən yeni super-gücdür) adlı məqaləsində Türkiyənin uğurunu etiraf etdi. Niyə “etiraf etdi” yazıram? Çünki bu jurnal birmənalı şəkildə anti-Türkiyə mövqeyində olan bir nəşrdir.

Türkiyənin hərbi sənayesi sürətlə inkişaf edir və bu, Qərbi hövsələdən çıxarır. ABŞ və Avropa Birliyi var gücü ilə bu inkişafı əngəlləməyə çalışır. Qərbə güclü Türkiyə qətiyyən lazım deyil. Onların əmrinə müntəzir Türkiyə isə çoxdan tarixə qovuşub. Xəyal qırıqlığına uğrayıblar. Osmanlı torunları isə 600 ildən çox yaşamış möhtəşəm imperatorluğa layiq bir Türkiyə qurmağa can atırlar. Dünyada və bölgədə qüvvələr nisbəti dəyişir. Bu prosesi dost da görür, düşmən də.

unnamed.jpg (39 KB)

Türkiyədən silah alan ölkələr arasında Azərbaycanın olması da təbiidir. Bu barədə Qərb mətbuatı xüsusi narahatlıqla yazır. Məsələn, “The Natoonal İnterest” jurnalı vurğulayır ki, Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə bağlanmış müqavilə Azərbaycan parlamenti tərəfindən rəsmən təsdiqlənib. Anlaşmanın detalları isə bəlli deyil. Azərbaycanın Türkiyədən hansı növ dronlar alacağı dəqiq bilinmir. Yəqin ki, söhbət “Bayraqdar TB2” uçaqlarından gedir.

Adıçəkilən nəşrin “Attack! Turkey and Azerbaijan Are Teaming Up on Drones” (Hücum! Türkiyə və Azərbaycan dronlarla (istehsal) bağlı vahid komanda yaradır və ya bir araya gəlirlər) başlıqlı məqaləsində xeyli diqqətçəkən məqam var. Nəşr narahatdır ki, Azərbaycan bu silahdan Ermənistana qarşı istifadə edə bilər.

Xatırladaq ki, Türkiyədə dronların son dərəcə fərqli modelləri mövcuddur. Məsələn, 1500-2500 metr uzaqlıqda yerləşən Suriya ordusunun bölmələrinin üzərinə “Karğu” adlı kamikadze dronların sürü halında göndərilməsi nəticəsində Suriya ordusu çox sayda canlı qüvvə və zirehli texnikasını itirib. Hazırda Azərbaycan da dron sürüləri yaratmaq istiqamətində çalışır. Bunun üçün isə həm Türkiyənin, həm də İsrailin texniki imkanlarından yararlanmağa çalışır.

Kiçik bir haşiyə çıxaraq deyim ki, Azərbaycan ultra-müasir silahlara xüsusi maraq göstərir. Şübhəsiz ki, “Bayraqdar TB2” uçaqları bu qəbildəndir. Kiçik ölçülü ”Karğu” kamikadze dronları da ciddi maraq doğurur. Başqa bir məqam, bu günlərdə İsrailin “The Jerusalem Post” nəşrinə istinadən yazmışdıq ki, bu ölkə Azərbaycana LORA (Long-Range Artillery Weapon Sistem. Uzaqmənzilli Artilleriya Sistemi) silahı satıb. Azərbaycan bu silahı almış yeganə ölkədir. LORA 90-430 km. aralıqda olan hədəfi 10 metr dəqiqliklə vura bilir. Bakı ilə İrəvan arasındakı məsafə 458 km.dir. Bu isə o deməkdir ki, Azərbaycan Ermənistanın paytaxtını müxtəlif nöqtələrdən asanlıqla vura bilər.

11.jpg (42 KB)

Bəziləri deyir ki, Azərbaycan ordusunun ən müasir silahlarla təchiz olunması yaxşıdır, ancaq biz bu silahlardan nə vaxt istifadə edəcəyik? Bu suala cavab vermək çətindir. Çünki Azərbaycan ən əlverişli zaman kəsiyində Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaya bilər. Beynəlxalq şərait buna nə vaxt imkan verəcək? Bəlli deyil. Məsələn, Gürcüstan da Azərbaycan kimi ərazisinin 20 faizini itirib. Ancaq yenidən hərbi əməliyyatlara başlamaq haqqında düşünmür də. Heç Gürcüstanın silah təminatı da ölkənin prioriteti sırasında deyil. Ancaq biz bu barədə ciddi düşünürük və münasib məqamı gözləyirik. Məşhur rus yazıçısı Anton Çexov yazırdı: "Əgər teatr tamaşasında birinci səhnədə divardan tüfəng asılıbsa, əmin olun ki, son hissədə həmin silahdan atəş açılacaq".

Heç kəsin şübhəsi olmasın ki, Azərbaycan ordusu aldığı silahlardan dekorasiya kimi istifadə etmək fikrində deyil. Türkiyə güclənir, Azərbaycanın da hərbi gücünə güc qatır. Bu boyda üstünlük nə vaxtsa sözünü deyəcək. Mən buna əminəm...

Amerika nəşri yazır ki, Türkiyə 2014-cü ildə dronların istehsalına başlamaq zorunda qaldı. Çünki ABŞ Türkiyəyə SPUA satmaqdan imtina etdi. Rəsmi Vaşinqton dedi ki, Türkiyə bu silahlardan həm ölkə daxilində, həm də ölkə xaricində kürd qruplara qarşı istifadə edə bilər. İndi isə Türkiyə öz dronları vasitəsi ilə kürd separatçılarına qarşı son dərəcə uğurlu hərbi əməliyyatlar keçirir. PKK yaraqlıları artıq dağlarda belə təhlükədən kənarda deyil.

Hərbi ekspertlər hesab edir ki, dünyada Türkiyəyə qalib gələ biləcək cəmi 3 ölkə var: ABŞ, Rusiya və Çin. Ancaq bu qələbə adıçəkilən ölkələrə o qədər baha başa gələ bilər ki, məğlubiyyətə bərabər Pir qələbəsi kimi bir şey olar. Ona görə də heç bir ölkə heç bir halda Türkiyə ilə müharibə meydanında üz-üzə gəlmək istəmir. Xüsusən Rusiya üçün Türkiyəyə qarşı vuruşmaq xeyli ağır olardı. Çünki Rusiyada islama qayıdış getdikcə güclənir, şübhəsiz ki, zaman keçdikcə Rusiyada türk amili də daha çox önəm daşımağa başlayır.

Amerika üçün də Türkiyə ilə savaşmaq çətin olar. Məsələn, ABŞ İraqı asanlıqla işğal etdi. Demək olar ki, elə bir müqavimətlə qarşılaşmadı. Ancaq ABŞ Türkiyəyə qarşı müharibəyə başlasa, nəyinki hər şəhər, hətta hər küçə uğrunda vuruşmalı olacaq.
Çinin Türkiyəyə hücumu isə nəzəri baxımdan da mümkünsüz görünür. Çünki coğrafi baxımdan arada xeyli məsafə var. Həm də Koreya müharibəsi amili də yaddaşlardadır. 1950-1953-cü illərdə Şimali və Cənubi Koreya dövlətləri arasında hərbi münaqişə oldu. ABŞ və onun müttəfiqləri ilə qeyri-rəsmi şəkildə ÇXR və SSRİ qüvvələri üz-üzə gəldi. Koreya müharibəsi zamanı ABŞ-ın müttəfiqi kimi Türkiyə də ön sırada idi. Çin ordusu ilə qarşılaşan Türkiyə ordusu böyük qələbələr qazandı. Çinlilər türklərdən açıq şəkildə çəkinirdilər. Amerikalılar özləri etiraf edirlər ki, əgər Türkiyə olmasaydı Koreya bütövlükdə Çinin işğalı altına düşəcəkdi. Elə bu səbəbdən də Türkiyəyə Koreyada xüsusi ehtiram var.

İsrail də Türkiyə ilə üz-üzə gəlmək istəmir. Çünki yəhudilər yaxşı bilir ki, ərəblərlə savaşdan qalib çıxmaq olar, ancaq türklərlə savaşa girmək son dərəcə təhlükəlidir.

Türkiyə ordusunda yarım milyondan çox hərbçi xidmət göstərir. Ancaq getdikcə tendensiya dəyişir. Rəsmi Ankara sayca yox, keyfiyyətcə üstün orduya sahib olmağa çalışır. Türkiyənin hərbi büdcəsi də artır. Artıq söhbət 22.6 milyard dollardan gedir. Bu isə Türkiyə üçün Ümumi Daxili Məhsulun 2.2 faizi deməkdir.

22.jpg (48 KB)

Türkiyənin hərbi məhsullar istehsal edən bir neçə şirkəti dünyanın ən nüfuzlu 100 şirkəti arasında yer alır. Türkiyənin müdafiə naziri Hulusi Akar deyir ki, Türkiyə hərbi ehtiyaclarının 70 faizini daxili imkanlar hesabına ödəyir. Türkiyənin silah ixracı da artır. Belə ki, bu göstərici artıq 2 milyard dolları keçib.

Türkiyə silah istehsalında çoxlarını heyrətdə qoyub. Belə silahlardan biri haqqında Rusiya mətbuatı xüsusi həvəslə söhbət açmışdı.

2019-cü ilin 4 avqustunda Çinə məxsus pilotsuz uçaq Liviyada Türkiyə tərəfindən vuruldu. Bu olayın özəlliyi o idi ki, tarixdə ilk dəfə uçaq lazer silahı ilə sıradan çıxdı. Ruslar yazır ki, türklər Rusiyada sadəcə göydələnlər tikmirlər, həm də belə ağlasığmaz silahlar istehsal edirlər. O da məlumdur ki, Türkiyə bu lazer silahını təkmilləşdirmək üçün bir ildə 450 milyon dollar xərcləyib...

Onu da deyim ki, hərbi gücünə görə Türkiyə dünyada 9-cü yerdə gedir. (Bəzi mənbələrdə isə 8-ci yer) Nüvə silahı olan Pakistan isə 17-ci yerdə gəlir. Misir 12-ci, İran isə 13-cü yerdə qərar tutub. Məsələn, Səudiyyə Ərəbistanı kimi varlı ölkə heç birinci iyirmilikdə yoxdur. Halbuki bu ölkənin illik hərbi büdcəsi 60 milyard dollardan çoxdur.

Müsəlman dünyasında isə Türkiyə hərbi baxımdan birmənalı olaraq birinci yerdədir. Rəcəb Tayyib Ərdoğan fevralın 21-də belə bir bəyanatla çıxış etdi: “Ölkəmizin müdafiəsi ilə bağlı hərbi sənayemiz indi milli texnologiyaya söykənən silahlar istehsal edir. Biz uğurlu şəkildə daxili və xarici hədələri aradan qaldırdıq, öz əllərimizlə milli silahlarımızı yaradırırq. Əgər biz Afrində kimdənsə dəstək umsaydıq, indi çatdığımız yüksəklikdə olmazdıq. İndi biz tankçısı olmadan hərəkət edən tankların istehsalına başlamalıyıq və biz buna nail olacağıq”.

Cənab Ərdoğan 2023-cü ilin hədəfi ilə bağlı danışarkən dəfələrlə deyib ki, o vaxt Türkiyə iqtisadi baxımdan dünyanın 10 güclü dövlətindən biri olmalıdır və öz hərbi ehtiyaclarını öz hesabına ödəməlidir.

Əvvəllər isə Türkiyə ABŞ və Almaniyadan silah-sursat idxal edirdi. 2005-ci ildən etibarən AKP yerli hərbi sənayenin inkişafı üçün maliyyə yatırımlarını artırmağa başladı. Stokolmda yerləşən Beynəlxalq Sülh Araşdırma İnstitutunun (International Peace Research Institute) hesabatına görə 2013-2017-ci illərdə Türkiyənin silah ixracatı 145 faiz artıb. Silah ixracatında artım baxımından Türkiyə dünyada birinci sıraya yüksəlib.

2014-cü ilin dekabrında Türkiyə ABŞ-dan bir neçə gəmi almalıydı. Artıq müqavilə vardı. Ancaq ABŞ Konqresi bu sövdələşmənin baş tutmasına imkan vermədi. Çünki Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşmişdi. ABŞ F-35 qırıcılarını da Türkiyəyə satmaqdan imtina etdi.

Hələ uzaq 2006-cı ildə ABŞ Türkiyə ilə birgə hücum helikopterləri istehsal etməkdən boyun qaçırdı.

49543728_101.jpg (74 KB)

Almaniya kansleri Angela Merkel “Leopard” tanklarının Türkiyəyə satışını dayandırdı. Bütövlükdə isə 9 Avropa ölkəsi Türkiyəyə silah satışından rəsmən imtina edib: Çex Respublikası, Finlandiya, Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya, İsveç, Böyük Britaniya. Avropalılardan nümunə götürən Kanada da eyni addımı atıb. Paradoksa bir baxın. Türkiyənin NATO-dakı müttəfiqləri ona silah satmaqdan boyun qaçırır. Üstəlik, tələb edirlər ki, Türkiyə Rusiyadan dəyəri 2.5 milyard dollar olan S-400 Triumf zenit raket kompleksini almaqdan imtina etsin.

Bu məsələ ilə bağlı Türkiyənin Müdafiə Sənayesi direktoru İsmail Dəmir deyir ki, Türkiyəni iqtisadi sanksiyalarla və silah embarqosu ilə hədələyirlər. Belə hədlərlə Türkiyəni geri qaytarmaq arzusunda olanlar böyük səhvə yol verirlər.

Türkiyədən əsas silah alan ölkələr isə bunlardır: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Malayziya, Pakistan, Qətər, Türkmənistan. Xüsusi qeyd edək ki, Türkiyə ilə Tunis arasında martda bağlanmış müqaviləyə əsasən rəsmi Ankara bu ölkəyə 240 milyon dəyərində hərbi texnika satacaq. Alınan silahlar arasında yeni nəsil SPUA da var.

Qeyd etdiyimiz kimi, hazırda Türkiyə 2.3 milyard dollarlıq silah ixrac edir. 2023-cü ildə isə hədəf daha böyükdür. Söhbət 25 milyard dollardan gedir. Bəzi mütəxəssislər bunu real saymırlar. Bəziləri isə deyir ki, Türkiyə getdikcə bazara daha çox və daha keyfiyyətli silahlar çıxarır. Bu isə alıcıların çoxalmasına təkan verəcək.

O da faktdır ki, 1991-2017-ci illər arasında Türkiyə dünya üzrə ən çox silah alan beşinci ölkə olub. 2014-2018-ci illərdə isə Türkiyənin silah idxalının 60 faizini Amerika ödəyirdi. Fransa, İspaniya və Böyük Britaniya da Türkiyəyə xeyli silah satırdı. Artıq o vaxtlar arxada qalıb. Türkiyə türk texnologiyasının məhsulu olan silahlara üstünlük verir. İdxala xərclədiyi paraları istehsala yönəldir. Nəticə göz qabağındadır. Əslində bu, gələcək böyük uğurların kiçik anonsu da hesab oluna bilər.

Elbəyi Həsənli, Sürix

https://news.yahoo.com/attack-turkey-azerbaijan-teaming-drones-183600336.html

https://www.bbc.com/news/50125405
//musavat.com//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
Bu gün, 07:43
Bu gün dollar neçəyə olacaq?
Bu gün, 07:38
SMS icazə sistemi ləğv edilir - Bu gündən
Bu gün, 07:36
Ölkədə turizm böhranı: - Qonaqsız evin ruzisi qaçar
Dünən, 18:14
Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib
Dünən, 18:13
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Dünən, 18:11
Paşinyan xalqın əleyhinə gedir - Şirak Bünyatyan
Dünən, 18:10
“Gürcüstanın timsalında strateji tərəfdaş görmədik”
Dünən, 18:08
“Space” telekanalının yayımı 3 saat dayandırılacaq - MTRŞ
Dünən, 18:06
“Daim qorxu içində yaşayıram”
Dünən, 18:03
Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin 300 min manatdan çox vergi borcu var
Dünən, 17:54
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Dünən, 17:52
“Səhiyyə xərcləri rekord səviyyədə artırılır” - Maliyyə naziri
Dünən, 17:46
“Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır” - Nazir
Dünən, 17:41
Afaqla Brilliant niyə küsüb?
Dünən, 17:32
“Guya, mən demişəm ki, Azərbaycan bayrağındakı ulduzu götürmək lazımdır” – Elman Nəsirov
Dünən, 17:30
“Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” - Erməni ekspert
Dünən, 17:26
Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 750 mini keçib
Dünən, 17:25
Azərbaycanda COVID-19-a yoluxanların sayı 32 910-a çatıb, 473 nəfər vəfat edib
Dünən, 17:24
Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Dünən, 17:22
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
Dünən, 17:21
Xızının icra başçısı karantin qaydalarını belə pozdu - VİDEO
Dünən, 17:15
Deputat TƏBİB-i tənqid edib - "Onun fəaliyyəti şübhə altındadır"
Dünən, 17:11
Müavinət xərclərində 23,6 mln. manat artıq ödəmə aşkar edilib
Dünən, 17:10
Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb
Dünən, 17:08
AXCP və "Milli Şura" növbəti qeybətxana şousunda əsl iç üzlərini açdılar - "Biz maraqlı olmalıyıq ki, İlham Əliyev karantini artırsın..."
Dünən, 17:07
“Bu ərazi zəbt olunmuşdu və hissə-hissə satmaq istəyirdilər” - Eldar Əzizov
Dünən, 17:04
Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi - "Bu da yaxın qohumluq əlaqəsi demək deyil..."
Dünən, 17:02
“Mehdiyevin göndərilməsinin bir səbəbi də...” - Ölkədə SİYASİ SİSTEM DƏYİŞİKLİYİ
Dünən, 17:01
“Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: - “O borc bağışlanmayıb, qanunla avtomatik silinib”
Dünən, 16:59
Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı
Dünən, 16:57
"İlkinin oynadığı rollar təkrardır"
Dünən, 16:56
AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: - Biri terapevtik zülal, digəri bitki mənşəli peyvənd
Dünən, 16:50
“Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir” - deputat
Dünən, 16:48
Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin - Dövlət başçısı
Dünən, 16:45
Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
Dünən, 16:44
ƏDV nəşriyyatların BELİNİ “QIRIR”: - “…Ləğv edilməlidir!”
Dünən, 16:42
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Dünən, 16:40
Dəniz suyunda "COVID-19"a yoluxmaq mümkündürmü? – ƏTRAFLI İZAH
Dünən, 16:15
Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb
Dünən, 16:14
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Dünən, 16:12
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nekroloq imzalayıblar
Dünən, 16:11
DİN-dən karantin rejimi ilə bağlı AÇIQLAMA
Dünən, 15:39
"Bu məktublar da hər dəfə yox, ayda-ildə bir dəfə gəlir" - Şahbaz Quliyevin qardaşı
Dünən, 15:36
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb - Diqqət!
Dünən, 15:35
Səfər Mehdiyevdən ŞOK ADDIM - İLGİNC
Dünən, 15:33
Regionlara və Bakıya gediş-gəlişin təklif olunan forması nə dərəcədə məntiqli və şəffafdır?
Dünən, 15:26
Moskvada ermənilərin hücumlarına məruz qalan azərbaycanlılar Sərkisovdan pul almaq istəmir - “AMMA BİZ BUNA HAZIRIQ...”
Dünən, 15:23
“Azərbaycanda şəffaflaşmanın səviyyəsi artıb”
Dünən, 15:21
Müğənni Elnarə Xəlilovadan sərt reaksiya: - "Biz ev heyvanıyıq, siz də sahibimiz?"
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru