ATƏT rəhbərliyinin səlahiyyət müddətinin uzadılması üçün konsensus əldə olunmayıb .....                     Azərbaycan XİN Ermənistanın sərhəddə təxribatı ilə bağlı açıqlama yayıb .....                     Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat edib .....                     Müdafiə Nazirliyi: "Hər hansı ərazi itkisinə yol verilməyib" .....                     Dövlətin ayırdığı subsidiyanı mənimsəyənlərlə bağlı rəsmi açıqlama .....                     Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı .....                     Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib .....                     Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən 6 obyekt aşkarlanıb .....                     “Bəzi təxribatçı ünsürlər yazırlar ki, mən Ramiz Mehdiyevi müdafiə edirəm” .....                     "Şəhər və kənd adlarına qədər nə varsa, erməniləşdirilib" .....                     Virusun əsas yoluxma məkanı... .....                     "İki qurumun qayda pozuntusuna qarşı birgə mübarizəsi effektiv olacaq" .....                     Partiya sədrindən hökumətə TƏKLİF: .....                     "Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür" .....                     Alimpaşa Məmmədovun tender oyunu davam edir .....                     Arif Qasımovun işdən çıxarılmasına səbəb olan .....                     İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib .....                     “Görünür, məşhurlar da gigiyenik səhlənkarlıqlarına görə koronavirusa yoluxurlar…” .....                     Koronavirus xəstələrini tanımağın daha bir yolu .....                     Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı .....                     BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI... .....                     Növbəti həbslər hansı dövlət qurumunda ola bilər? .....                     "Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq" .....                     Nüfuzlu futbol turnirlərinin başlama vaxtı açıqlandı .....                     Nizami rayonunun icra başçısı vəzifəsindən azad edildi .....                     Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü .....                     "Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Ermənistan normal dövlət kimi formalaşa bilər" .....                     "Atabank"da araşdırmalar başladı .....                     “Azəriqaz” qanunsuz cərimə yazır? .....                     Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Nizami rayonunda reydlər davam etdirilir .....                     "Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında..." .....                     Koronavuirusdan MÜALİCƏ BLEFİ: “O reklamlara inanmayın” .....                     Mərkəzi Bank qalmqallı duruma .....                     Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər .....                     Azərbaycanda publik hüquqi şəxs statuslu yeni kolleclər yaradılacaq .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     "Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" .....                     “Biz də istəyirik ki, yoluxma artmasın, Şəki və bütün ölkəmiz, dünyamız bu bəladan xilas olsun” .....                     "İnsana Allah tərəfindən verilmiş yaşamaq haqqı əlindən alınır" .....                     Azərbaycanda Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi də koronavirusa yoluxdu .....                 

İqtisadiyyat Nazirliyi COVID-19-a görə olan ciddi itkilərdən çıxış yolu axtarışında
Tarix: 30-06-2020, 16:33 | Çap et
İqtisadiyyat Nazirliyi COVID-19-a görə olan ciddi itkilərdən çıxış yolu axtarışında
İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılmış Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib.

“Report” xəbər verir ki, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilmiş brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirləri barədə məlumat verib.

Qeyd edilib ki, pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olub.

Diqqətə çatdırılıb ki, iqtisadiyyata geniş dəstək paketini əhatə edən proqramlar təxirəsalınmaz maliyyə dəstəyinin həyata keçirilməsini, ortamüddətli dövr üçün biznesin fəaliyyəti ilə bağlı requlyativ yumşaldılmaları, biznes və investisiya mühitinin cəlbediciliyinin daha da artırılmasını nəzərdə tutur.

İqtisadiyyat naziri artıq 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərildiyini, bu proqramların işçi heyəti ilə birlikdə 310 mindən artıq vətəndaşı əhatə etdiyini bildirib. Aktiv vergi ödəyicilərinin əksəriyyəti dövlətdən dəstək alıb və indiyədək 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb.

Biznesə vergi güzəştləri paketi barədə məlumat verən İqtisadiyyat naziri qeyd edib ki, qəbul edilmiş vergi və sosial güzəştlər paketinin ümumi maliyyə dəyəri 130 milyon manatdır. Güzəştlər pandemiyanın təsirinə məruz qalan mikro, kiçik və orta sahibkarlıq subyektlərini, bəzi dəyişikliklər isə bütövlükdə hər bir vergi ödəyicisini əhatə edir. Bu güzəştlər paketi, ortamüddətli dövr üçün sahibkarların vergi və sosial yükün azaldılmasına səbəb olacaq, onlara öz gəlirlərini bərpa etməyə və biznesini inkişaf etdirməyə, bütünlükdə özəl sektorun genişlənməsinə zəmin yaradacaq.


Mikayıl Cabbarov sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirmə alətlərinin genişləndirildiyini diqqətə çatdırıb. Belə ki, sahibkarlar üçün dövlət zəmanəti olmayan 1 mlrd manat həcmində mövcud kredit portfelinə dəstək, eləcə də 500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti verilməsini və faizlərin subsidiyalaşdırılmasını ehtiva edən 2 yeni mühüm proqramın həyata keçirilməsinə başlanılır.

Yeni mexanizmlər biznes krediti vəsaitinin alınması prosedurlarının asanlaşdırılması və inzibatçılığın sadələşdirilməsini də nəzərdə tutur. Dövlət zəmanətli kreditləşdirmənin vasitəçisi kimi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu çıxış edir. Sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb (www.e-edf.gov.az). Belə ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edəcək.

Bildirilib ki, müvəkkil kredit təşkilatlarının iştirakı ilə elektron platforma üzərindən dövlət dəstəyinin həyata keçirilməsi mexanizmi MDB-də ilk dəfə Azərbaycanda tətbiq olunur. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur mudaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Eyni zamanda, kredit üçün müraciət sistemi sahibkar tərəfindən izlənə bilən rəqəmsal həllə söykənir. Elektron Kredit Platforması artıq sahibkarların istifadəsinə verilib.

Ortamüddətli dövrdə inkişaf trendlərinə toxunan Mikayıl Cabbarov qlobal risklərin mövcudluğu şəraitində iqtisadiyyatın artım sürətini saxlamaq üçün yeni yollarının tapılmasının vacibliyini bildirib, şaxələndirilmiş qeyri-neft sektorunun formalaşdırılmasının, ixracyönümlü iqtisadi artım modelinin uzunmüddətli dövrdə inkişafın əsas strateji xətti olacağını diqqətə çatdırıb. Qeyri-neft sektorunun inkişafı, xarici faktorlardan asılı olmayan daxili istehsal zəncirinin tamamlanması ilə bağlı yeni yanaşmalar tətbiq ediləcək.


İqtisadi inkişaf tempini yenidən bərpa etmək üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsinin əhəmiyyətini vurğulayan Mikayıl Cabbarov sənaye zonalarının və aqroparkların inkişafına diqqət yetiriləcəyini qeyd edib. Bildirilib ki, hazırda sənaye zonalarında 150-200 mln ABŞ dollarlıq yeni layihələrin həyata keçirilməsi imkanlarına baxılır. Layihələr üzrə danışıqlar yekunlaşmaq üzrədir və artıq bir sıra layihələr bu il Sumqayıt Kimya-Sənaye Parkında fəaliyyətə başlaya bilər.

Nazir həmçinin, yeni investisiya və özəlləşdirmə strategiyasının tətbiq olunması, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliyinin artırılmasının, səmərə gətirməyən sahələrə özəl sektorun cəlb edilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, biznesə dəstək alətlərinin artacaq, iqtisadi idarəetmənin keyfiyyəti və səmərliliyi yüksəldiləcək.

Hazırda bir çox transmilli şirkətlər fəaliyyətlərinin diversifikasiyası çərçivəsində bizneslərini vahid məkanlardan çıxardaraq müxtəlif ölkələrdə yerləşdirilməsini həyata keçirirlər. Bu Azərbaycan kimi ölkələr üçün əlverişli imkandır və ölkəmiz yaranmış bu fürsətlərdən yararlanmaq niyyətindədir. Mövcud olan siyasi-iqtisadi və makroiqtisadi sabitlik, inkişaf etmiş nəqliyyat dəhlizləri nöqteyi-nəzərdən Azərbaycan cəlbedici məkan olaraq görünür və regionda mövcud olan rəqabətə baxmayaraq, ölkəmiz belə sərmayələri cəlb etməyə çalışacaq.

Nazir ölkəmizin tranzit potensialının daha dolğun reallaşmasına yönələn layihələrin həyata keçiriləcəyini, bu məqsədlə infrastrukturun genişləndirilməsinə sərmayələrin artacağını qeyd edib.

Bununla yanaşı, xarici investisiya fondlarının Azərbaycana marağı müşahidə olunur. Hazırda bu istiqamətdə xarici kapital mənbələri hesabına fəaliyyət göstərən fondların təsis edilməsi istiqamətində danışıqlar aparılır.

Yeni iqtisadi şərait bir sıra fəaliyyət sahələrinin əhəmiyyətini önə çəkir. Bu xüsusilə, rəqəmsallaşmanın, innovasiya ekosisteminin inkişaf etdirilməsidir. Azərbaycanın 4-cü Sənaye İnqilabının çağırışlarını qəbul etdiyini bildirən Mikayıl Cabbarov ölkəmizin texnoloji sıçrayış və innovativ həllərlə regionun rəqəmsal mərkəzinə çevrilməsi imkanlarının böyük olduğunu, bu sahədə regional mərkəzin təşkil edilməsini və rəqəmsal iqtisadiyyatın inkişafına nail olmağı hədəflədiyini diqqətə çatdırıb.


Hazırki şəraitə gəlincə isə, istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də, sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir. Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və davranışlarımız, xüsusilə sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığa təsir edir. Birgə səylərlə biznes tədricən iqtisadi itkiləri bərpa edəcək.

Mikayıl Cabbarov “kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində strateji xəttin davam etdiriləcəyini diqqətə çatdırıb və bu sahədə indiyədək həyata keçirilən təşviqedici alətlərin müsbət nəticələrini vurğulayıb. Əmək müqavilələrinin bağlanması üçün aparılmış islahatlar nəticəsində son 18 ayda 210 mindən çox yeni əmək müqaviləsinin bağlandığını bildirən nazir bunun iş yerlərinin leqallaşmasında önəmini vurğulayıb. Ticarət və xidmət müəssisələrində ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı tətbiq olunan onlayn platforma isə iqtisadi dövriyyənin şəffaflaşmasına, bu prosesə ictimai nəzarətin təmin edilməsinə imkan yaradıb. Belə təşviqedici onlayn platformaların gələcəkdə daha geniş tətbiq olunacağı qeyd edilib.

Sonra tədbirdə Elektron Kredit Platformasının təqdimatı keçirilib. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifəsini icra edən Samir Hümbətov onlayn müraciət Platforması, kredit alınması üçün müraciət edilməsi qaydaları, kredit şərtləri və s. barədə məlumat verib, həyata keçirilən 2 kredit proqramının şərtlərini şərh edib.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ATƏT rəhbərliyinin səlahiyyət müddətinin uzadılması üçün konsensus əldə olunmayıb
Dünən, 21:11
Azərbaycan XİN Ermənistanın sərhəddə təxribatı ilə bağlı açıqlama yayıb
Dünən, 21:10
Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat edib
Dünən, 21:07
Müdafiə Nazirliyi: "Hər hansı ərazi itkisinə yol verilməyib"
Dünən, 21:04
Dövlətin ayırdığı subsidiyanı mənimsəyənlərlə bağlı rəsmi açıqlama
11-07-2020, 21:45
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
11-07-2020, 19:27
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
11-07-2020, 19:25
Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən 6 obyekt aşkarlanıb
11-07-2020, 16:12
“Bəzi təxribatçı ünsürlər yazırlar ki, mən Ramiz Mehdiyevi müdafiə edirəm” - Keçmiş icra başçısı
11-07-2020, 16:08
"Şəhər və kənd adlarına qədər nə varsa, erməniləşdirilib" - Elnur Allahverdiyev
11-07-2020, 16:04
Virusun əsas yoluxma məkanı... - Avtobuslarda sıxlığı necə azaltmaq olar?
11-07-2020, 16:00
"İki qurumun qayda pozuntusuna qarşı birgə mübarizəsi effektiv olacaq" - Kamran Əliyev
11-07-2020, 15:58
Partiya sədrindən hökumətə TƏKLİF: - “Bakıdakı erməni kilsəsini məscidə çevirin”
11-07-2020, 15:54
"Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür" - COVID-19-dan sağalmış Aytən Cəfərova
11-07-2020, 15:52
Alimpaşa Məmmədovun tender oyunu davam edir – Bir həftəlik şirkətə bu dəfə 120 min ayırdılar
11-07-2020, 15:41
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - VİDEO
11-07-2020, 15:35
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib - FOTO
11-07-2020, 15:33
“Görünür, məşhurlar da gigiyenik səhlənkarlıqlarına görə koronavirusa yoluxurlar…” - Yaqub Məmmədov
11-07-2020, 15:29
Xəzər TV-nin iki əməkdaşı koronavirusa yoluxdu
11-07-2020, 15:27
Koronavirus xəstələrini tanımağın daha bir yolu - ARAŞDIRMA
11-07-2020, 15:18
Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı - ÜSTƏLİK SIXILMIŞ QAZ...
11-07-2020, 15:16
BANK KREDİTLƏRİNİN SIĞORTALANMASI... - Bu, Azərbaycan bankları üçün niyə vacibdir?
11-07-2020, 15:14
Növbəti həbslər hansı dövlət qurumunda ola bilər? - İLGİNC
11-07-2020, 15:12
"Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq" - Nazirlik
11-07-2020, 15:09
"Attestatı 100 dollara almışam" - Anar Ağakişiyev
11-07-2020, 15:08
Nüfuzlu futbol turnirlərinin başlama vaxtı açıqlandı
11-07-2020, 15:04
Nizami rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
11-07-2020, 15:03
Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü
11-07-2020, 15:01
"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Ermənistan normal dövlət kimi formalaşa bilər" - deputat
11-07-2020, 15:00
"Atabank"da araşdırmalar başladı - Fazil Məmmədovun pullarını ölkədən kim çıxardıb?
11-07-2020, 14:58
“Azəriqaz” qanunsuz cərimə yazır? — Hər əməkdaşa “3 sayğac” limiti
11-07-2020, 14:55
Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Nizami rayonunda reydlər davam etdirilir
11-07-2020, 14:15
"Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında..." - deputat
11-07-2020, 14:03
"Allah Prezidentimizi başımızdan əskik etməsin" - Xalq artisti
11-07-2020, 13:54
Koronavuirusdan MÜALİCƏ BLEFİ: “O reklamlara inanmayın” – Həkimdən ÇAĞIRIŞ
11-07-2020, 13:51
Mərkəzi Bank qalmqallı duruma BELƏ İZAHAT VERİR
11-07-2020, 13:45
Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək
11-07-2020, 13:43
Azərbaycanda publik hüquqi şəxs statuslu yeni kolleclər yaradılacaq
11-07-2020, 13:31
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - Belə deyirlər...
11-07-2020, 13:30
"Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" - Əflatun Amaşov
11-07-2020, 13:27
“Biz də istəyirik ki, yoluxma artmasın, Şəki və bütün ölkəmiz, dünyamız bu bəladan xilas olsun” - Polis rəisi
11-07-2020, 13:26
"İnsana Allah tərəfindən verilmiş yaşamaq haqqı əlindən alınır" - deputat
11-07-2020, 13:15
Röya “Altın Kelebek”də 60 manatlıq paltar geyindi - FOTO
11-07-2020, 13:00
Azərbaycanda Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi də koronavirusa yoluxdu - FOTO
11-07-2020, 12:55
Ədalət Vəliyevlə daha bir partiya sədri arasında görüş keçirildi
11-07-2020, 12:40
Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
11-07-2020, 12:39
Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq - Diqqət!
11-07-2020, 12:38
"AMEA-nın üzvü koronavirusa aid şeir yazsa da, çapına icazə verilmədi" - İsa Həbibbəyli
11-07-2020, 12:35
İcra başçısı karantin qaydalarını pozdu - FOTO
11-07-2020, 12:29
Ucar sakini əmisini balta ilə vuraraq öldürüb
11-07-2020, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : dia-[email protected]
Designed by Daraaz.net
�������@Mail.ru