Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub .....                     DİN-in gənc zabitləri xidmətə başladı .....                     Rəhim Qazıyev saxlanıldı .....                     “Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb .....                     Ermənistanın sərhəddəki təxribatı .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Pənah Əliyev indi də MİDA-da mənzil satır .....                     "Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ .....                     Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub .....                     COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib .....                     Bərdə rayonunda qanvermə aksiyası keçirilib .....                     KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb .....                     Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, .....                     "1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" .....                     Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, .....                     İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb .....                     Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır .....                     Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb .....                     "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" .....                     Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     "Orxan Məmmədov pulumu öz cibindən vermişdi" .....                     MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi .....                     Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib .....                     Mülki əhali arasında itki yoxdur .....                     Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir .....                     "Mənim təsərrüfatıma su verilmir..." .....                     Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı .....                     Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: .....                     Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir .....                     “Rahat”ın sahibi rahatsızdır .....                     "BARIŞMAYACAĞIQ!!!" .....                     Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi .....                     YAP-dan Tovuzdakı olaylara .....                     Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib .....                 

Sərt karantin rejiminin bir həftəsi: iyulun 5-dən sonra yumşalma olacaqmı... - GƏLİŞMƏ
Tarix: 30-06-2020, 11:07 | Çap et
Sərt karantin rejiminin bir həftəsi: iyulun 5-dən sonra yumşalma olacaqmı...
Öncə qeyd edək ki, mütəxəssislərin də əvvəlcədən proqnozlaşdırdığı kimi, bu müddət ərzində həm yoluxanların, həm də virusdan ölənlərin sayında artım müşahidə edildi. Belə ki, artıq bir neçə gündür ki, virusa yoluxanların sayı 500-dən çox olur. Eləcə də hər gün virusdan ölənlərin sayı ən azı 5 nəfər olur. Məsələn, təkcə iyunun 28-də ölkədə 534 nəfər yoluxma sayı, 5 nəfərin isə ölüm faktı qeydə alınıb.

Təəssüf ki, virusa yoluxanlar və ölənlər arasında həkimlərin də sayı artmağa başlayıb. Ötən həftə koronavirusun qurbanı olan həkimlər arasında tanınmış anestezioloq-reanimatoloq Ceyhun Hacıyev də var. Məlumata görə, həkim təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss olunduqdan sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Daha bir məşhur həkim, Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin baş mütəxəssisi, damar cərrahı, 63 yaşlı Faiq Yusibov da ötən həftə adı çəkilən virusdan dünyasını dəyişdi.

Təkcə həkimlər deyil, artıq məhkəmə hakimləri və işçiləri arasında da koronavirusa yoluxanların və virusdan dünyasını dəyişənlərin sayı artmağa başlayıb. Ötən həftə iki məhkəmə hakiminin virusdan dünyasını dəyişdiyinin şahidi olduq. İyunun 28-də Bakı Apelyasiya Məhkəməsinin hakimləri Müseyib Hüseynov və iyunun 26-da Namiq Məmmədov koronavirusdan dünyasını dəyişdi. Bakı Apelyasiya Məhkəməsinin digər hakimi Əflatun Qasımov isə iyunun 13-də virusdan vəfat etmişdi.

Bəs son vaxtlarda həkimlər və məhkəmə hakimləri arasında virusa yoluxma halları niyə bu qədər artıb?

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor öncə ötən həftə ilə bağlı müşahidələrini qeyd edib: “Bu sərt karantin rejimindən əvvəl artıq çoxlu sayda insan koronavirusa yoluxmuşdu. Çünki insanlar sosial məsafə gözləmir, maska taxmaq istəmirdilər. Şahidi olduq ki, insanlar Bakının mərkəzi küçələrindən biri olan Nizami küçəsinə, bulvara axın edirdilər, bina evlərinin həyətlərində birlikdə oturub çay içir, domino oynayırdılar. Bəziləri yenə də görüşüb, qucaqlaşırdı. Nəticədə virusa yoluxanların sayı həddindən artıq artmağa başladı”.

Adil Qeybulla qeyd etdi ki, sərt karantin rejimində belə insanlar yenə də qaydalara əməl etmək istəmir: “Bunun adı karantindir və boş yerə polisləri yorurlar. İnsanlar yenə də real vəziyyəti anlamaq istəmir, qaydalara əməl etmirlər”.

Bəs bundan sonra bizi nə gözləyir? 5 iyuldan sonra hökumət karantin rejimində yumşalmaya gedəcəkmi?

Adil Qeybulla suallarımıza cavab olaraq bildirdi ki, yaxın günlərdə vəziyyət daha da dramatik ola bilər: “Yaxın günlərdə ölkəmizdə koronavirus pik həddinə çatacaq. Bundan sonra virus yavaş-yavaş səngiməyə doğru gedəcək. Qeyd etdiyim kimi, hələ bir neçə gün vəziyyət daha da dramatik olacaq. Səbəb yenə də insanların məsuliyyətsizliyidir”.

Adil Qeybulla son vaxtlar həkim və məhkəmə hakimləri arasında da yoluxma sayının artmasından danışıb: “Məhkəmə hakimləri kosmosdan gəlməyib ki? Onlar da insandır və gün ərzində nə qədər insanla təmasda olurlar. Bəziləri isə qaydalara əməl etmir, qapalı yerlərə gedir, restoranlarda otururlar.

Qapalı yerlərdə, xüsusən də kondisioner işləyən məkanlarda virusa yoluxma ehtimalı daha çoxdur. Əgər bir otaqda xəstə insan varsa, kondisionerin havası ilə digər insanlar da rahat şəkildə virusa yoluxa bilir. Çox təəssüf ki, insanlar deyilən tövsiyələrə əməl etmək istəmir, bu təhlükəyə ciddi yanaşmır. Bəzən virusun təsirindən xəstənin ciyərinin 40-50 faizi zədələnmiş hala düşür, lakin biz xəstəyə anlada bilmirik ki, ciddi müalicə almalıdır. Düşünürəm ki, sərt karantin rejiminə davam etməkdənsə, insanların rayonlara getməsinin qarşısını almaq, maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlar artıq boş-boş əfsanələrdən əl çəkməli, şüurlu şəkildə reallığı qəbul edib, əsl vətəndaşlıq nümayiş etdirməli, bir-birilərini yoluxdurmamalıdırlar".

Xatırladaq ki, sərt karantin rejimi günlərində, yəni iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı oldu. Açılışda ölkə prezidenti İlham Əliyev də iştirak edib. Prezident də çıxışında ölkədə bütün tələblərə baxmayaraq, bəzi insanların yenə də məsuliyyətsizlik göstərdiyini, elementar qaydalara riayət etməməsini qeyd edib.

Prezident həmçinin maska rejiminin pozulmasına görə məsliyyətin sərtləşdirilməsinin mümkünlüyünü də anons etmişdi:

“Əgər müəssisələrdə rəhbərlər görsələr ki, onların işçiləri maska taxmır, tədbir görməlidirlər. Əgər belə davam edərsə, mən cərimələrin məbləğinin artırılmasını tapşıraram”.

Qeyd edək ki, iyunun 29-da Milli Məclisin növbədənkənar iclasında tibbi maska taxmamağa görə cərimələrin artırılması müzakirəyə çıxarılaraq, qəbul edilib.

Xatırladaq ki, Azərbaycanla sərhəd olan İranda və Türkiyədə də maska taxmaq məcburiləşdirilir. Məsələn, Türkiyənin 48 şəhərində maska taxmaq məcburidir. Buna əməl etməyənlər müxtəlif bölgələrdə fərqli məbləğdə cərimələnir. Belə ki, iyunun 19-dan etibarən İstanbul şəhərində maska taxmayan şəxslər 900 lirə (təxminən 224 AZN) məbləğində cərimələnir.

İranda isə iyulun 5-dən 21-dək ölkədə maskadan istifadə məcburi olacaq.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub
Bu gün, 18:38
DİN-in gənc zabitləri xidmətə başladı
Bu gün, 18:05
Rəhim Qazıyev saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 17:58
“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV
Bu gün, 17:53
Kamil Zeynallı hospitaldan danışdı – “Hər şey yüksək səviyyədədir”
Bu gün, 17:47
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Bu gün, 17:42
Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
Bu gün, 17:39
"Mənə hesabımın türklər tərəfindən bağlanacağı xəbəri gəldi"
Bu gün, 17:35
Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası
Bu gün, 17:27
Yayımçıların əksəriyyəti hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib - MTRŞ
Bu gün, 17:25
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Bu gün, 17:15
Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Bu gün, 17:13
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" - Ombudsman
Bu gün, 17:04
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:02
Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ
Bu gün, 16:59
Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub - MN
Bu gün, 16:56
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib
Bu gün, 16:49
Bərdə rayonunda qanvermə aksiyası keçirilib
Bu gün, 16:47
KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb
Bu gün, 16:44
Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, - Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu
Bu gün, 16:42
"1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" - DYP
Bu gün, 16:41
Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, 313 nəfər vəfat edib
Bu gün, 16:39
Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 7 nəfər vəfat edib
Bu gün, 16:37
İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb
Bu gün, 16:36
Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq
Bu gün, 16:29
Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır - MN
Bu gün, 16:25
Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb
Bu gün, 16:24
"Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" - Mehriban Əliyeva
Bu gün, 16:14
Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi
Bu gün, 16:11
"Orxan Məmmədov pulumu öz cibindən vermişdi" - Cavid Hüseynov
Bu gün, 16:09
MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi
Bu gün, 16:07
Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib
Bu gün, 16:05
Mülki əhali arasında itki yoxdur - XİN
Bu gün, 16:03
Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir - Rusiya XİN
Bu gün, 16:01
"Artıq ər-arvadıq"
Bu gün, 15:59
"Mənim təsərrüfatıma su verilmir..." - GİLEY
Bu gün, 15:57
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
Bu gün, 15:56
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Bu gün, 15:51
Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: - “Övladlarımızdan xəbər ala bilmirik”
Bu gün, 15:48
Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir - FOTO
Bu gün, 15:42
“Rahat”ın sahibi rahatsızdır - Ödəniş terminalı BORCLARI ÖDƏMİR
Bu gün, 15:41
"BARIŞMAYACAĞIQ!!!" - Prezident İlham Əliyev
Bu gün, 15:38
“Qudurğan bir aktrisanın xalqa elə söz deməsi yolverilməzdir”
Bu gün, 15:36
Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi
Bu gün, 15:32
YAP-dan Tovuzdakı olaylara REAKSİYA
Bu gün, 15:30
Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib
Bu gün, 15:28
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Bu gün, 15:26
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Bu gün, 15:25
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Bu gün, 15:23
COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu - GƏLİŞMƏ
Bu gün, 13:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru