Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub .....                     DİN-in gənc zabitləri xidmətə başladı .....                     Rəhim Qazıyev saxlanıldı .....                     “Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb .....                     Ermənistanın sərhəddəki təxribatı .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Pənah Əliyev indi də MİDA-da mənzil satır .....                     "Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ .....                     Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub .....                     COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib .....                     Bərdə rayonunda qanvermə aksiyası keçirilib .....                     KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb .....                     Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, .....                     "1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" .....                     Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, .....                     İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb .....                     Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır .....                     Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb .....                     "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" .....                     Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     "Orxan Məmmədov pulumu öz cibindən vermişdi" .....                     MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi .....                     Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib .....                     Mülki əhali arasında itki yoxdur .....                     Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir .....                     "Mənim təsərrüfatıma su verilmir..." .....                     Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı .....                     Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: .....                     Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir .....                     “Rahat”ın sahibi rahatsızdır .....                     "BARIŞMAYACAĞIQ!!!" .....                     Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi .....                     YAP-dan Tovuzdakı olaylara .....                     Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib .....                 

Zakir Fərəcov sahibkarları boğaza yığıb... - GİLEY
Tarix: 22-06-2020, 12:22 | Çap et
Zakir Fərəcov sahibkarları boğaza yığıb...
Xəbər verdiyimiz kimi, Sumqayıt bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir. Belə ki, həmin tikinti işlərini həyata keçirən sahibkarlar 3 ildən artıqdır icra başçısından pullarını ala bilmirlər. Təxminən 8 milyon manatlıq bir borcun bu günə qədər ödənilməməsi, üstəlik, sahibkarların təhdid və təqib olunması barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə hüquqi qiymət verməyə tələsmirlər.

Qeyd eək ki, təxminən 430 nəfərə yaxın sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Əks təqdirdə, dövlət büdcəsindən ayrılmış vəsaitin iş görənlərə verilməməsinin başqa adı yoxdur. Bununla əlaqədar sahibkarlar və işçilər növbəti dəfə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyevə, iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.
Onlar bildirirlər ki, 3 ilə yaxındır pullarını Zakir Fərəcovdan ala bilmirlər. Sahibkarlar bildirir ki, bununla əlaqədar onlar dəfələrlə icra başçısı və onun müavinlərinin yanında olublar. Lakin hər dəfə bir bəhanə ilə Zakir Fərəcov məsələdən boyun qaçırıb: “Biz Zakir Fərəcovdan əlavə nəsə istəmirik. Öz haqqımız olan pulu tələb edirik. Lakin hər dəfə bizi ya təhdid edir, ya yola verməyə çalışır, ya da borcun 30 faizinin ona bağışlanmasını tələb edir. Bir icra başçısı dövlətin pulunu mənimsədiyi az deyil, üstəlik, gördürdüyü işin pulundan pay istəməsi nəinki qanunsuzluq, həm də hüquqi məsuliyyətdir. Zakir Fərəcov kimə və ya kimlərə arxayındır bilmirik. Ancaq onu bilirik ki, bu adam nə qanun sayır, nə qayda bilir, nə də kimsədən qorxusu var. Əgər belə olmasaydı, dövlətin pulunu asanlıqla mənimsəyib, bizə 3 ildir yaranmış borcunu qaytarardı”.

İş adamları daha sonra qeyd edirlər ki, onlar bütün imkanlardan yararlanaraq, pullarını almağa çalışırlar. Onların sözlərinə görə, bunun üçün bütün barışıq təkliflərindən, ödənişlərin heç olmsa hissə-hissə həyata keçirilməsini qeyd etsələr də, icra başçısı bunu qəbul etmir. “Biz dəfələrlə Zakir Fərəcovun qəbulunda olmuşuq. Hər dəfə bizi öz halal pulumuzu istədiyimizə görə təhdid edib. Deyir ki, əgər puldan imtina etməsək, bizi həbs etdirəcək. Son dövrlər isə bu məsələni elə bir həddə çatdırıb ki, Sumqayıt şəhərinə nəinki işlə bağlı, hətta yaxınlarımızı ziyarət etməyə imkanımız yoxdur. Çünki Zakir Fərəcov Sumqayıta ayaq basacağımız təqdirdə, hamımızı həbs etdirəcəyi ilə hədələyib. Biz hüquqi bir ölkədə yaşayırıq. Bir icra başçısının özünü qanundan üstün bilməsi, özbaşınalıqla məşğul olması, sahibkarı, işçini həbslə hədələməsi onun əndazələri aşmasının, qanunları saya salmamasının təzahürüdür. Bunun başqa adı yoxdur. Biz cəngəllikdə yaşamırıq. Zakir Fərəcovun özünü harada hiss etməsi isə çox maraqlıdır. Ona görə ki, qanunları saymadan, onlara məhəl qoymadan, qorxusuz, hürküsüz dövlətin və sahibkarların pulunu mənimsəməsi üçün bir icra başçısı ya çox arxayın olmalı, ya kimsədən qorxmamalı, ya da hansısa bir qüvvənin təsiri altında olmalıdır”.

Sahibkarlar daha sonra müraciətlərində vurğulayırlar ki, hazırda həyata keçirilən islahatlar nəticəsində bir çox yeniliklərə imza atılıb, xeyli işlər görülüb. Onların sözlərinə görə, indiyə qədər cəzasız qalan bir çox məmurlar da bu islahatlardan payını alacaqlar. “Hörmətli prezident! Nazir Sahil Babayevi qəbul edərəkən bu ölkənin, habelə iqtidarımızın adına ləkə gətirən icra başçılarına çox yerində və gözəl bir şəkildə qiymət verdiniz. Bəyan etdiniz ki, qanunsuzluqla, özbaşınalıqla, fəhlənin haqqını yeməklə məşğul olan keçmiş icra başçıları layiqli cəzalarını alıblar və bundan sonra da alacaqlar. Bizi sizi alqışlayır və dəstəkləyirik. Həqiqətən də ölkəmizdə sizin etimad göstərdiyiniz, lakin bundan sui-istifadə edərək özbaşınalıqla məşğul olan, işçinin haqqını yeyən icra başçıları, məmurlar var. Onlar elə zənn edirlər ki, xan, bəy və ya ağadırlar. Hamıya yuxarıdan aşağı baxırlar, xərac toplayırlar, dövlətin pullarını şəxsi vəsaitləri kimi mənimsəyirlər. Onlar o qədər öz hədlərini aşıblar ki, Sizin yürütdüyünüz siyasətə qarşı çıxır, vətəndaşları incidir, sahibkarların haqqını yeyir, əhaliyə zülm edirlər. Belə icra başçılarından biri də Zakir Fərəcovdur. Düz 3 ildir, sizin bəyənib, “qısa müddətdə bu işləri görmək möcüzədir” dediyiniz həmin möcüzəni reallığa çevirən biz sahibkarların pullarını vermir. Bu azmış kimi, bizi hədələyir, təhdid edir və min bir bəhanə ilə pulu qaytarmaq istəmir. O təkcə bizim deyil, daha neçə-neçə iş adamlarının da haqqını mənimsəyib. Hətta onlar arasında xarici iş adamları da var. Biz əminik ki, Siz Zakir Fərəcovla bağlı ölçü götürəcək, onun layiqli cəza almasını təmin edəcəksiniz”.

İş adamları onu da qeyd edirlər ki, indiyə qədər etdikləri müraciətlərin bəzi təsirləri olsa da, bu hələ də onların problemlərinin həllinə gətirib çıxarmayıb. “Bu günə qədər etdiyimiz müraciətlərə müsbət yanaşılsa da, indiyə qədər problemimiz həll olunmamış qalıb. Lakin biz əminik ki, sözlərimiz sizə çatdıqdan sonra müraciətimizə baxıb, lazımi göstərişlər verəcəksiniz. Çünki siz hər zaman zəhmətkeş insanların, sahibkarların, işçilərin yanında olmusuz, onlara dəstək vermisiniz və hər zaman himayəniz altında saxlamısınız. Şübhəsiz ki, bu ənənə bundan sonra da davam edəcək. Ona görə də, sizdən xahiş edirik ki, üzləşdiyimiz problemin aradan qaldırılmasında, yəni, 3 ilə yaxındır halal haqqımız olan pulun Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, bizə verilməsinə köməklik edəsiniz. Bizim sizdən başqa güvənəcəyimiz kimsəmiz yoxdur. İnanırıq ki, səsimizi eşidib, Zakir Fərəcov haqqında hüquqi tədbirlərin görülməsini təmin edəcəksiniz”.
//index.az//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub
Bu gün, 18:38
DİN-in gənc zabitləri xidmətə başladı
Bu gün, 18:05
Rəhim Qazıyev saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 17:58
“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV
Bu gün, 17:53
Kamil Zeynallı hospitaldan danışdı – “Hər şey yüksək səviyyədədir”
Bu gün, 17:47
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Bu gün, 17:42
Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
Bu gün, 17:39
"Mənə hesabımın türklər tərəfindən bağlanacağı xəbəri gəldi"
Bu gün, 17:35
Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası
Bu gün, 17:27
Yayımçıların əksəriyyəti hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib - MTRŞ
Bu gün, 17:25
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Bu gün, 17:15
Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Bu gün, 17:13
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" - Ombudsman
Bu gün, 17:04
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:02
Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ
Bu gün, 16:59
Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub - MN
Bu gün, 16:56
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib
Bu gün, 16:49
Bərdə rayonunda qanvermə aksiyası keçirilib
Bu gün, 16:47
KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb
Bu gün, 16:44
Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, - Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu
Bu gün, 16:42
"1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" - DYP
Bu gün, 16:41
Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, 313 nəfər vəfat edib
Bu gün, 16:39
Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 7 nəfər vəfat edib
Bu gün, 16:37
İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb
Bu gün, 16:36
Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq
Bu gün, 16:29
Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır - MN
Bu gün, 16:25
Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb
Bu gün, 16:24
"Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" - Mehriban Əliyeva
Bu gün, 16:14
Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi
Bu gün, 16:11
"Orxan Məmmədov pulumu öz cibindən vermişdi" - Cavid Hüseynov
Bu gün, 16:09
MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi
Bu gün, 16:07
Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib
Bu gün, 16:05
Mülki əhali arasında itki yoxdur - XİN
Bu gün, 16:03
Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir - Rusiya XİN
Bu gün, 16:01
"Artıq ər-arvadıq"
Bu gün, 15:59
"Mənim təsərrüfatıma su verilmir..." - GİLEY
Bu gün, 15:57
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
Bu gün, 15:56
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Bu gün, 15:51
Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: - “Övladlarımızdan xəbər ala bilmirik”
Bu gün, 15:48
Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir - FOTO
Bu gün, 15:42
“Rahat”ın sahibi rahatsızdır - Ödəniş terminalı BORCLARI ÖDƏMİR
Bu gün, 15:41
"BARIŞMAYACAĞIQ!!!" - Prezident İlham Əliyev
Bu gün, 15:38
“Qudurğan bir aktrisanın xalqa elə söz deməsi yolverilməzdir”
Bu gün, 15:36
Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi
Bu gün, 15:32
YAP-dan Tovuzdakı olaylara REAKSİYA
Bu gün, 15:30
Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib
Bu gün, 15:28
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Bu gün, 15:26
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Bu gün, 15:25
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Bu gün, 15:23
COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu - GƏLİŞMƏ
Bu gün, 13:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru