Azərbaycanda bu günədək 584466 koronavirus testi aparılıb .....                     Azərbaycanda indiyədək 25113 nəfər COVID-19-a yoluxub, 319 nəfər vəfat edib .....                     Bu gün Azərbaycanda daha 510 nəfər koronavirusdan sağalıb, .....                     Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı .....                     “Ata Sığorta”nın Direktorlar Şurasına daha bir təyinat var .....                     “Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” .....                     “Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var” .....                     Tovuzda gərginlik davam edir .....                     Şəhid General-mayor Polad Həşimovun bacısı: .....                     Xaçmazda 30 yaşlı kişi intihar etdi .....                     “Hazırda bizə mane olan yoxdur” .....                     NATO Minsk qrupuna çağırış etdi .....                     Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib .....                     Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb .....                     "KTMT-nin 7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir" .....                     “Döyüşləri Dağlıq Qarabağda davam etdirməliyik” .....                     "MƏN ATƏŞKƏS YOX, QİSAS İSTƏYİRƏM!..." .....                     "İlin əvvəlindən bu günə qədər avtomobillərin qiymətində 10-15 min manata qədər ucuzlaşma baş verib” .....                     “Rusiya və Fransanın fikri bizi tam qane etmir” .....                     Ermənistan itkilərini etiraf etməyə davam edir, .....                     İsraildə yaşayan yəhudi həmvətənlərimizdən ölkəmizə dəstək: .....                     Tovuzda daha bir ev atəşə tutuldu .....                     Tərtərdə qanvermə aksiyasının keçiriləcəyi Heydər Əliyev Mərkəzi dezinfeksiya olunub .....                     Təbrizli professordan Azərbaycana .....                     Tərtərin icra başçısı geniş videokonfrans keçirdi .....                     Qazıyev qayıtdı ki, hakimiyyəti devirsin .....                     İki oğlu əsgər olan azərbaycanlı ana Paşinyanın arvadına cavab verdi .....                     “Düşmənə daha ciddi zərbələr endirilməlidir” .....                     “Yeni iş yerlərindən danışmaq boş ritorikadan başqa bir şey deyil” .....                     Deputatdan MÜHÜM ÇAĞIRIŞ: .....                     İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olunub .....                     Ermənilər daha iki zabitlərinin öldüyünü açıqladılar .....                     “Azərbaycan hərbi hissəyə zərbə endirib” .....                     “Zənglərə cavab vermirlər, harada olduqlarını, nə baş verdiyini, vəziyyətlərinin necə olduğunu bilmirik” .....                     “e-Tabib”dən istifadə edənlərə Bakcell-dən hədiyyə .....                     “Təcavüzkar Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik” .....                     Azərbaycanlı milyarderdən Rusiyalı deputata replika: .....                     Sabah dollar neçəyə olacaq? .....                     Ermənistanın Berd şəhərində panika .....                     “Ermənistan indi olduğu kimi, aprel döyüşlərində məruz qaldığı itkiləri də gizlədirdi, amma...” .....                 

Azərbaycan şəhəri İrəvan: dünya siyasətində dəyişməyən aktyorlar - TƏHLİL
Tarix: 5-06-2020, 17:44 | Çap et
Azərbaycan şəhəri İrəvan: dünya siyasətində dəyişməyən aktyorlar
İrəvanın işğal altında qalmasından 102 il keçir. Bu, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalın başlanğıcıdır. Başqa sözlə, Azərbaycan torpaqlarının işğalı Qarabağla başlamır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. O, yerli idmançılarla görüşdəki çıxışında Azərbaycan torpaqlarının işğalı və onun səbəblərindən danışıb.

Dövlət başçısı Ermənistana edilən torpaq güzəştlərindən danışıb. Bu həm də Azərbaycanın ermənilərə bu istiqamətdə güzəşt etməyəcəyinə işarədir: “İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır. Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm”.

Prezident edilən güzəştlər qarşılığında ermənilərin iddialarından əl çəkmədiyini də vurğulayıb: “Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi? Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi?”.

Prezident bu mesajı ilə beynəlxalq ictimaiyyətin diqqətinə bir sıra mətləbləri çatdırır. Vasitəçilər və ermənilərin özlərini gizlətməyə çalışan havadaraları daim qarşılıqlı güzəştdən danışırlar. Dövlət başçısı bununla onlara 102 illik tarixi güzəşti və ondan sonra ermənilərin Azərbaycan torpaqlarına şirniklənmələrini xatırladır. Həmin güzəştlər və ermənilərin müdafiə olunması nəticəsində Azərbaycan torpaqlarında "Ermənistan" adlı dövlət yarandı.

Prezident Azərbaycan ərazisində indi də ikinci erməni dövlətini yaratmaq istəyənlərə də bu çıxışında cavab verib: “Nəinki Qarabağın, həmçinin İrəvan, Göyçə, Zəngəzur bölgələrinin – keçmişdə İrəvan xanlığına məxsus ərazilərin – Azərbaycanın tarixi torpaqları olduğuna dair həqiqətlər dünya ictimaiyyəti və maraqlı olan xarici qüvvələrə, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrlərinə çatdırılması təcavüzkar Ermənistana güclü təzyiq vasitəsidir. Bu həqiqətlər erməni tərəfinin Qarabağımıza və digər əzəli torpaqlarımıza əsassız iddialarına elmi-tarixi və siyasi-hüquqi dəlillərə söykənən Azərbaycanın prinsipial cavabıdır”.

Dünyada yaşadıqları ərazidə aborigen olmayan etnik qruplara dövlət qurulması nümunələrindən biri də Ermənistandır. Bu hadisə Birinci Dünya müharibəsi zamanı baş verdi. O zamankı böyük güclərin əsas hədəflərindən biri iki türk imperiyasını - Osmanlı və Qacar dövlətlərini parçalayıb yerində özlərinin maraqlarına tabe olacaq, cavab verəcək xırda dövlətlər yaratmaq idi. Orta Şərqdə bir sıra dövlətlər, o cümlədən İraq və Suriya həmin hadisədən sonra dünyanın siyasi xəritəsində ortaya çıxdı.

Ermənistan da həmin ölkələrdəndir. Aborigen olmayan erməniləri Qafqaza yerləşdirənlər 90 il sonra onlara dövlət də qurdular.

Azərbaycan torpaqlarına yerləşdirildikdən sonra onlar həmin əraziləri özünküləşdirməyə başladı. Yer adlarını dəyişdirdilər. İrəvan Ağrı vadisinin şimal kənarında, Zəngi çayının sahilində, 850-1 300 metr yüksəklikdə yerləşir. Müxtəlif dövrlərdə Çuxursəd vilayətinin, İrəvan xanlığının, İrəvan quberniyasının mərkəzi olub.

Həmin tarixədək olan İrəvan şəhərindəki bəzi yer adlarına diqqət edək. İrəvan qalasından söz açan bir çox səyyahların işlətdikləri bəzi toponimlər: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkü məhəllələri, Dəlməbulaq, Qırxbulaq, Sərdar bulaqları, Gedərçay, Qırxbulaq, Zəngi çayları, Dərə bağı, Dərəkənd, Şəhər, Fəhlə, Böyük meydanları, Göy məscid, Qala məscidi, Hacı Bəyim məscidi, Zal xan məscidi, Günlüklü məscidi, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi, tarixi məhəllə adları: Təpəbaşı, Dəmir Bulaq, Toxmaq, Sabunçu, Yoncalıq, Börkçülər, Zal xan meydanı, Qanlı təpə, Üç təpə, Qızıl təpə və s.

İrəvan xanlığı Qırxbulaq, Zəngibasar, Vedibasar, Sərdarabad, Göyçə, Dərəçiçək, Abaran kimi 15 mahaldan ibarət olub. Tarixi İrəvanda böyük əraziləri tutan və sahibi həmişə türklər olan Dəlmə bağları və Cənubi Azərbaycanda Həsənli kəndi yaxınlığında sinəsində 6 500 il bundan əvvəlki mədəni həyatın izlərini saxlayan Dəlmə təpə adları qohum tayfanın, dilin, vətənin ortaq cəhətlərini əks etdirən qiymətli faktlardandır.

Ermənistanı yaradan, ermənilərə işğal etdiyi torpaqlarda dövlət quran, heç şübhəsiz, Rusiyadır. Bu baxımdan Ermənistanın yaradıldığı ərazi 182 il əvvəl çar Rusiyası tərəfindən işğal edilən Qacar türk (Azərbaycan) dövlətinin torpağıdır. Həmin və ondan əvvəlki dövrlərdəki heç bir tarixi mənbədə bu ərazilərdə ermənilərin yaşadığını və ya onlara məxsus yerlərin olduğu göstərilməyib. 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. 1893-1895-ci illərdə isə indiki Ermənistana 900 min erməni köçüb.

Deməli, Ermənistan zəbt torpaqlar üzərində qurulub. Cəfər Qiyasi və İbrahim Bozyelin "Armenian acts of cultural terrorism" kitabında bildirilib ki, ermənilər keçən əsrin ortalarına kimi indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır və əvvəllər burada etnik xalq kimi azərbaycanlılar yaşadıqlarını təsdiqləyirdilər. Təkcə XX əsrin əvvəllərində Qərbi Azərbaycanda (indiki Ermənistanda) 2 310 coğrafi addan 2 000-ə qədəri türk mənşəli idilər.

Məlumata görə, ilk addəyişdirmə 1801-ci ildə baş verib. Addəyişmənin I dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilib. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlı olub. İlk dəyişdirilən ad Cəlaloğlu rayonundakı (Stepanovan rayonu) Qaraməhəmməd kəndinin adı olub. Bu ad dəyişdirilib Aleksandrovka qoyulub. Proses dəyişdirmə ilə başlayıb. 1918-1920-ci illərdə dəyişdirilən indiki Ermənistan ərazisindəki türk mənşəli adlara bəzi nümunləri təqdim edirik:

Molla Dursun – Şaumyan (Eçmiədzin), Yuxarı Ağdam – Qanzakar (İcevan), Tamamlı – Burastan (Artaşat) və s. Bu proses SSRİ dövründə də davam edib. Ermənistan SSR-də toponimlərin dəyişdirilməsi prosesi o dövrdə SSRİ imperiyasında baş verən daxili siyasi proseslərlə sıx əlaqəli olub. 1924-1930 illər ərzində Ermənistanda 80 toponim dəyişdirilib.

Toponimlərin dəyişdirilməsi prosesi İkinci Dünya müharibəsindən sonra (1946-1950) daha da sürətlənib. Buna əsas səbəb 1946-1948-ci illərdə Yaxın Şərqdən, Şərqi Avropa və ABŞ-dan Ermənistan SSR-yə köçən ermənilərin sayının artması olub. Bu illər ərzində təqribən 90 000 erməni Qərbi Azərbaycana köçürülüb.

Toponimlərin dəyişdirilməsinin digər səbəbi Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyası olub. SSRİ Nazirlər Şurasının 10 mart 1948-ci ildə təsdiq etdiyi № 745 nömrəli qərarında azərbaycanlıların ermənistan SSR-dən Azərbaycanın Kür-Araz ərazisinə köçürülməsi göstərilib.

Bu qərara əsasən 1948-ci ildə 10 000, 1949-cu ildə 40 000, 1950-ci ildə 50 000 azərbaycanlı Ermənistandan köçürülüb.

Qarabağın işğalından sonra da Qarabağdakı toponimlərin erməniləşdirilməsi davam edib. Məsələn, Ağdam şəhərini – “Akna”; Xocalını – “İvanyan”; Qubadlını – “Sanasar”; Laçını – “Berdzor”; Kəlbəcəri – “Karvaçar”; Cəbrayılı – “Jrakan” adlandıraraq tam, bəzi yer adlarını qismən, digərlərini isə erməni dilinə tərcümə edərək dəyişiblər. Hətta çap etdirdikləri xəritələrdə və kütləvi informasiya vasitələrində Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə şəhərini "Qandzak”, Bərdə şəhərini "Partav”, Kəpəz dağını "Alparak” kimi yazıblar.

SSRİ dövründə də ermənilər çar Rusiyasında olduğu kimi mərkəzi hakimiyyətin himayəsində olublar. Məsələn, 1969-cu ildə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun, həmçinin İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qayınaqlı kəndləri ərazilərinin bir qismi, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilib. 1985-ci ilin dekabr ayında Daşnaksütyun Partiyasının Afinada keçirilən XXII qurultayı "Böyük Ermənistan" uğrunda mübarizəni genişləndirmək qərarını qəbul edir. Buna qarışılıq olaraq 1986-cı ildə Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2 500 hektarlıq ərazisi Ermənistana verilib.

Ermənilər bunu təkbaşına, köməksiz edir?! Təbii ki, yox. Çünki onları Azərbaycan ərazisinə yerləşdirənlər öz dayaqlarını bu vasitə ilə möhkəmləndirirlər. İşğal edilən ərazilərin erməniləşdirilməsi həmin qüvvələrin və dövlətlərin marağındadır. Ona görə də həmin dəyişikliklər, ilk növbədə, o dövlətlərin ərazisində yayımlanan KİV-də, çap edilən “tarix” kitablarında, “xəritələrdə” işıq üzü görür. Bununla həmin havadarlar və ermənilər gələcək üçün saxta tarixi mənbə hazırlayırlar.

Onlar erməniləri Qafqazda aborigen kimi göstərməyə yardım etməklə bölgədə özlərinin güclənməsini təmin edirlər.

SSRİ dağılandan sonra Ermənistanının sponsorluğunda əl dəyişməsi prosesi başladı. Bunun ilk işarəsi 1987-ci il noyabrın 16-da SSRİ-nin başçısı Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan Parisdə çıxan “Humanite” qəzetinə müsahibəsində verildi. O, Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirmişdi.

Həmin çıxışdan 4 il sonra SSRİ dağıldı. Bölgədə marqların sayı artdı. Moskvanın yardımı ilə Azərbaycan torpaqları yenə işğala məruz qaldı. Torpaqlarını azad etmək istəyən Azərbaycan ABŞ-ın sanksiyasına məruz qaldı. 1992-ci ilin oktyabrında ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktı" qəbul edildi. Bununla da ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı yasaqlandı.

Düzəlişdə Dağlıq Qarabağın Azərbaycan tərəfindən “işğalı” və Ermənistana qarşı blokadanın dayandırılması tələb olunur. Bu sənəd senator Con Makkeyn və konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülmüşdü. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbulunun əleyhinə olub. ABŞ-ın keçmiş vitse-prezidenti, indi prezidentliyə namizəd Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdi.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdi.

192 il əvvəl ermənilərin Azərbaycana yerləşdirilməsini təşkil edənlər, 102 il bundan əvvəl İrəvanın Ermənistanın paytaxtı edilməsinə şərait yaradanlar, 80 il əvvəl və daha sonralar Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiya olunmasına yardım edənlər, Qarabağın işğalını hər cür dəstəkləyənlər, Xocalı soyqırımını törədənlər, Qarabağda separatçıların “seçkilər” keçirməsini görməyənlər, nəhayət, işğalçının başını tumarlayanlar hələ də dünya siyasətində ağalıq edirlər.

Deməli, şərtlər dəyişməyib. Dünyanın siyasi səhnəsində də həmin güclər baş roldadır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsini çətinləşdirən də daha çox həmin güclərdir.

Onlar Azərbaycan torpaqlarında Ermənistan yaratdılar. Həmin güclər yalanın bu torpaqlarda ayaq açmasına yardım etdilər. İndi özləri də həmin yalanların əsirinə çevriliblər. Həmin güclərin yalan və saxtakarlıqdan xilası Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən asılıdır. Güclər yalanı və saxtakarlığı dəstəkləyəcəkləri sürəcdə daha böyük səhvlər edəcəklər. Bu isə onların azadlığına və tərəfsizliyinə mane olacaq. Deməli, ədalətli və tərəfsiz vasitəçi ola bilməyəcəklər. Bunu gizlətməyə çalışsalar da, hamı kimin kim olduğunu yaxşı bilir. Lap elə İrəvanın Azərbaycan şəhəri olduğu kimi!





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu günədək 584466 koronavirus testi aparılıb
Bu gün, 20:37
Azərbaycanda indiyədək 25113 nəfər COVID-19-a yoluxub, 319 nəfər vəfat edib
Bu gün, 20:37
Bu gün Azərbaycanda daha 510 nəfər koronavirusdan sağalıb, 6 nəfər isə vəfat edib
Bu gün, 20:36
Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı - "Koxa Nəbi kəndində evimizi vurublar"
Bu gün, 20:33
“Ata Sığorta”nın Direktorlar Şurasına daha bir təyinat var
Bu gün, 20:29
“Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” - AKTUAL
Bu gün, 20:28
“Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var” - AÇIQLAMA
Bu gün, 20:08
Tovuzda gərginlik davam edir - Nazirlik məlumat yaydı
Bu gün, 20:05
DİN Nura Suri ilə bağlı MƏLUMAT YAYDI
Bu gün, 20:03
Şəhid General-mayor Polad Həşimovun bacısı: - "Hamımızın Poladıdı"
Bu gün, 20:00
Xaçmazda 30 yaşlı kişi intihar etdi
Bu gün, 19:57
“Hazırda bizə mane olan yoxdur” – Politoloq cəbhədəki vəziyyətdən danışdı
Bu gün, 19:54
NATO Minsk qrupuna çağırış etdi
Bu gün, 19:52
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO
Bu gün, 19:50
Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb - FOTO
Bu gün, 19:12
"KTMT-nin 7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir" - AÇIQLAMA
Bu gün, 19:05
“Döyüşləri Dağlıq Qarabağda davam etdirməliyik” - Rauf Arifoğlu
Bu gün, 18:52
"MƏN ATƏŞKƏS YOX, QİSAS İSTƏYİRƏM!..." - Şəhid polkovnikin xanımı səhid generaldan yazdı
Bu gün, 18:49
"İlin əvvəlindən bu günə qədər avtomobillərin qiymətində 10-15 min manata qədər ucuzlaşma baş verib” - ekspert
Bu gün, 18:37
“Rusiya və Fransanın fikri bizi tam qane etmir” – AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədrindən ilginc açıqlama!
Bu gün, 18:31
Ermənistan itkilərini etiraf etməyə davam edir, daha iki nəfərin adı açıqlanıb
Bu gün, 18:25
İsraildə yaşayan yəhudi həmvətənlərimizdən ölkəmizə dəstək: - "Yaşasın Azərbaycan ordusu"
Bu gün, 18:20
Tovuzda daha bir ev atəşə tutuldu - VİDEO
Bu gün, 18:17
Nadir Qafarzadə yenə də öz ampluasında - VİDEO
Bu gün, 18:07
Tərtərdə qanvermə aksiyasının keçiriləcəyi Heydər Əliyev Mərkəzi dezinfeksiya olunub
Bu gün, 17:59
Təbrizli professordan Azərbaycana QARABAĞ ÇAĞIRIŞI
Bu gün, 17:57
Tərtərin icra başçısı geniş videokonfrans keçirdi
Bu gün, 17:55
Qazıyev qayıtdı ki, hakimiyyəti devirsin - MƏĞLUBİYYƏT FONUNDA PORTRET
Bu gün, 17:53
İki oğlu əsgər olan azərbaycanlı ana Paşinyanın arvadına cavab verdi - “Döyüş!“
Bu gün, 17:48
“Düşmənə daha ciddi zərbələr endirilməlidir” - Eldar Namazov
Bu gün, 17:46
“Yeni iş yerlərindən danışmaq boş ritorikadan başqa bir şey deyil” - ekspert
Bu gün, 17:44
Deputatdan MÜHÜM ÇAĞIRIŞ: - “Düşmənin informasiya “tələ”sinə düşməyin!”
Bu gün, 17:42
İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olunub - Diqqət!
Bu gün, 17:37
Ermənilər daha iki zabitlərinin öldüyünü açıqladılar - Bir polkovnik və bir mayorları daha öldürülüb - YENİLƏNİB
Bu gün, 17:34
“Azərbaycan hərbi hissəyə zərbə endirib” - Ermənistan mətbuatı
Bu gün, 17:21
“Zənglərə cavab vermirlər, harada olduqlarını, nə baş verdiyini, vəziyyətlərinin necə olduğunu bilmirik”
Bu gün, 17:18
“e-Tabib”dən istifadə edənlərə Bakcell-dən hədiyyə
Bu gün, 17:16
İTV-nin koronavirusa yoluxan əməkdaşı sağalıb
Bu gün, 17:12
“Təcavüzkar Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik” - Türkiyənin Müdafiə naziri
Bu gün, 17:07
Azərbaycanlı milyarderdən Rusiyalı deputata replika: - “Arzunuz gözünüzdə qalacaq...”
Bu gün, 17:06
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Ermənistanın Berd şəhərində panika - HAKİMİYYƏT QADIN VƏ UŞAQLARI TƏXLİYƏ EDİR
Bu gün, 16:57
“Ermənistan indi olduğu kimi, aprel döyüşlərində məruz qaldığı itkiləri də gizlədirdi, amma...”
Bu gün, 16:53
“Semaşko”ya yeni direktor təyin olunub
Bu gün, 16:49
“Döyüşə getmək istəyənlərin sırasında birinciyəm” - Əməkdar artist
Bu gün, 16:38
Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq - BQXK
Bu gün, 16:31
Bağlanmış 4 bankın əmanətçiləri Allahın ümidinə buraxılıb? - NARAZILIQ...
Bu gün, 16:30
"KTMT-nin təcili iclasının təxirə salınması Ermənistanın təcrid olunduğunu göstərir" - Rusiyalı hərbi ekspert
Bu gün, 16:29
Azərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək
Bu gün, 16:27
Ermənilər cəbhə xəttini GENİŞLƏNDİRİR - Bu dəfə Qazaxı atəşə tutublar
Bu gün, 16:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru