Azərbaycanda bu günədək 584466 koronavirus testi aparılıb .....                     Azərbaycanda indiyədək 25113 nəfər COVID-19-a yoluxub, 319 nəfər vəfat edib .....                     Bu gün Azərbaycanda daha 510 nəfər koronavirusdan sağalıb, .....                     Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı .....                     “Ata Sığorta”nın Direktorlar Şurasına daha bir təyinat var .....                     “Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” .....                     “Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var” .....                     Tovuzda gərginlik davam edir .....                     Şəhid General-mayor Polad Həşimovun bacısı: .....                     Xaçmazda 30 yaşlı kişi intihar etdi .....                     “Hazırda bizə mane olan yoxdur” .....                     NATO Minsk qrupuna çağırış etdi .....                     Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib .....                     Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb .....                     "KTMT-nin 7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir" .....                     “Döyüşləri Dağlıq Qarabağda davam etdirməliyik” .....                     "MƏN ATƏŞKƏS YOX, QİSAS İSTƏYİRƏM!..." .....                     "İlin əvvəlindən bu günə qədər avtomobillərin qiymətində 10-15 min manata qədər ucuzlaşma baş verib” .....                     “Rusiya və Fransanın fikri bizi tam qane etmir” .....                     Ermənistan itkilərini etiraf etməyə davam edir, .....                     İsraildə yaşayan yəhudi həmvətənlərimizdən ölkəmizə dəstək: .....                     Tovuzda daha bir ev atəşə tutuldu .....                     Tərtərdə qanvermə aksiyasının keçiriləcəyi Heydər Əliyev Mərkəzi dezinfeksiya olunub .....                     Təbrizli professordan Azərbaycana .....                     Tərtərin icra başçısı geniş videokonfrans keçirdi .....                     Qazıyev qayıtdı ki, hakimiyyəti devirsin .....                     İki oğlu əsgər olan azərbaycanlı ana Paşinyanın arvadına cavab verdi .....                     “Düşmənə daha ciddi zərbələr endirilməlidir” .....                     “Yeni iş yerlərindən danışmaq boş ritorikadan başqa bir şey deyil” .....                     Deputatdan MÜHÜM ÇAĞIRIŞ: .....                     İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olunub .....                     Ermənilər daha iki zabitlərinin öldüyünü açıqladılar .....                     “Azərbaycan hərbi hissəyə zərbə endirib” .....                     “Zənglərə cavab vermirlər, harada olduqlarını, nə baş verdiyini, vəziyyətlərinin necə olduğunu bilmirik” .....                     “e-Tabib”dən istifadə edənlərə Bakcell-dən hədiyyə .....                     “Təcavüzkar Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik” .....                     Azərbaycanlı milyarderdən Rusiyalı deputata replika: .....                     Sabah dollar neçəyə olacaq? .....                     Ermənistanın Berd şəhərində panika .....                     “Ermənistan indi olduğu kimi, aprel döyüşlərində məruz qaldığı itkiləri də gizlədirdi, amma...” .....                 

AKİA-nın daha bir tender müəmması - İLGİNC
Tarix: 5-06-2020, 16:49 | Çap et
AKİA-nın daha bir tender müəmması
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) dövlət başçısının 2018-ci ildə imzaladığı fərmanla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin strukturu əsasında formalaşıb.

AKİA güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin, texnikaya və damazlıq heyvanlara güzəştlərin verilməsini həyata keçirir. Eyni zamanda sözügedən qurum fermerlərə subsidiyaların verilməsini, layihələrin idarə edilməsini və kənd təsərrüfatına investisiyaların cəlb olunması ilə də məşğuldur.

Bu ilin aprel ayının 14-də Prezident İlham Əliyevin koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında imzaladığı sərəncamla koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb.

Ötən ay ölkə başçısının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edilməsi haqqında imzaladığı fərmanla yeni səlahiyyət əldə edən Agentlik aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini həyata keçirəcək.

Fəaliyyətində öz Əsasnaməsini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin hüquqi aktlarını rəhbər tutan AKİA müstəqil olaraq bir sıra dövlət satınalmalarının sifarişçisi olub.

Arqument.az Agentliyin sifarişçi olduğu satınalmalar üzərində növbəti araşdırmalar aparıb.

Öncə onu qeyd edək ki, Agentliyin sifarişçi olduğu tenderlərdə şübhəli məqamların olması barədə əvvəllər də araşdırma yazılar dərc etmişik. Məsələn, ötən ilin oktyabr ayında "Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?" başlığı adı altında dərc etdiyimiz yazıda qurumun sifarişçi olduğu 1.278.977 manatlıq tenderin qalibi olan şirkətin Agentliyin tabeliyində fəaliyyət göstərən AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) rəhbəri Nəbiyev Elvin Bahəddin oğluna məxsus olduğunu yazmışdıq.

Eyni yazıda qurumun sifarişçi olduğu 97.900 manatlıq digər tenderin qalibi olan "İMV.Media" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinin də Nəbiyev Elvin Bahəddin oğlu ilə əlaqəli şəxs olduğunu yazır, iddiamızı AMAL və İMV.MEDİA-nın web domenlərinin İMV.MEDİA-nın qanuni təmsilçisi İqbal Məsiyevin adına olması ilə əsaslandırırdıq.

Yerli mediada Kənd Təsərrüfatı Nazirliyinin sifarişçi olduğu satınalmalar barədə dərc edilən araşdırma yazılarda vurğulanan məqamlarda biri də nazirliyin və onun tabeliyində olan qurumların sifarişçi olduğu tenderlərdə vəzifəli şəxslərin kurasiya etdiyi şirkətlərin qalib elan edilməsidir.

AKİA-nın 2019-cu ilin iyul ayında sifarişçi olduğu satınalmalar üzərində Arqument.az-ın apardığı araşdırma bir sıra maraqlı məqamı üzə çıxarıb.

Agentlik 2019-cu ilin iyul ayının 25-də sifarişçi olduğu "Sərgi və tədbirlərin təşkili" lotu üzrə tenderə yekun vurub. Smetası 98.710 (doxsan səkkiz min yeddi yüz on) manat olan tenderin qalibi "Exclusive Business Advisers" adlı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

AKİA bu tenderdən 4 gün sonra daha bir satınalma həyata keçirib. "Kollektiv inkişaf təlimləri və ixtisasartırma kurslarının təşkili" lotu üzrə sifariş olunan satınalmanın smetası 19.600 (on doqquz min altı yüz) manat, qalibi isə "Universitas-İnternational" MMC olub.

Agentliyin eyni ayda 4 gün fərqi ilə sifarişçi olduğu satınalmanın qalibi olan MMC-lərdən biri "Exclusive Business Advisers" MMC 2013-cü ilin aprel ayında təsis edilib. On manat nizamnamə kapitalı olan şirkətin reyestrinə 2017-ci ilin avqust ayında dəyişiklik edilib. AKİA-nın sərgi və tədbirlərini təşkil edəcək "Exclusive Business Advisers" MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 9 ünvanında olan qeyri yaşayış sahəsi, qanuni təmsilçisi isə Əkbərova Cəmilə Gündüz qızıdır.

Cəmilə Əkbərova Şəki şəhər sakinidir.

Qurumun kollektivinə inkişaf təlimləri və ixtisasartırma kursları təşkil edəcək "Universitas-İnternational" MMC 2017-ci ilin may ayının 17-də dövlət reyestrində qeydiyyata alınıb. Bu şirkətin də nizamnamə kapitalı 10 manatdır. "Universitas-İnternational" MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 13A ünvanı, qanuni təmsilçisi isə Paşayev Araz Nadir oğludur.

Araz Paşayev də AKİA-nın digər tenderinin qalibi olan "Exclusive Business Advisers" MMC-nin rəhbəri Cəmilə Əkbərova kimi Şəki şəhər sakinidir. Əlbəttə, ilk baxışdan AKİA-nın sifarişçi olduğu bu satınalmalarda qeyri-adi və yaxud şübhəli məqamlar görünməyə bilər.

Agentliyin dörd gün fərqi ilə sifarişçi olduğu satınalmanın qalibi olan MMC-lərin sahiblərinin Şəki şəhərində qeydiyyatda olması da sırf təsadüf ola bilərdi. Lakin Arqument.az-ın əldə etdiyi məlumata görə, bu şirkətlərin arxasında Rüfət Mahmud adlı məmur dayanır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışan Rüfət Mahmud eyni zamanda "Maarifçi Tələbə Kredit” Fondunun İcraçı direktorudur. Onun Kənd Təsərrüfatı Nazirliyində və eləcə də digər qurularda yüksək vəzifəli şəxslərlə yaxın münasibətinin olduğu deyilir.

Yuxarıda qeyd olunan şirkətlərin AKİA-nın sifarişçi olduğu satınalmaların qalibi olmasında Rüfət Mahmudun şəxsi əlaqələri hesabına reallaşdığı iddia olunur.

Mayın 19-da satınalmalarla bağlı Arqument.az-ın Aqrar Kredit və İnkişaf Agentliyinə göndərdiyi rəsmi sorğuya hələ də cavab verilməyib.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu günədək 584466 koronavirus testi aparılıb
Bu gün, 20:37
Azərbaycanda indiyədək 25113 nəfər COVID-19-a yoluxub, 319 nəfər vəfat edib
Bu gün, 20:37
Bu gün Azərbaycanda daha 510 nəfər koronavirusdan sağalıb, 6 nəfər isə vəfat edib
Bu gün, 20:36
Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı - "Koxa Nəbi kəndində evimizi vurublar"
Bu gün, 20:33
“Ata Sığorta”nın Direktorlar Şurasına daha bir təyinat var
Bu gün, 20:29
“Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” - AKTUAL
Bu gün, 20:28
“Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var” - AÇIQLAMA
Bu gün, 20:08
Tovuzda gərginlik davam edir - Nazirlik məlumat yaydı
Bu gün, 20:05
DİN Nura Suri ilə bağlı MƏLUMAT YAYDI
Bu gün, 20:03
Şəhid General-mayor Polad Həşimovun bacısı: - "Hamımızın Poladıdı"
Bu gün, 20:00
Xaçmazda 30 yaşlı kişi intihar etdi
Bu gün, 19:57
“Hazırda bizə mane olan yoxdur” – Politoloq cəbhədəki vəziyyətdən danışdı
Bu gün, 19:54
NATO Minsk qrupuna çağırış etdi
Bu gün, 19:52
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO
Bu gün, 19:50
Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb - FOTO
Bu gün, 19:12
"KTMT-nin 7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir" - AÇIQLAMA
Bu gün, 19:05
“Döyüşləri Dağlıq Qarabağda davam etdirməliyik” - Rauf Arifoğlu
Bu gün, 18:52
"MƏN ATƏŞKƏS YOX, QİSAS İSTƏYİRƏM!..." - Şəhid polkovnikin xanımı səhid generaldan yazdı
Bu gün, 18:49
"İlin əvvəlindən bu günə qədər avtomobillərin qiymətində 10-15 min manata qədər ucuzlaşma baş verib” - ekspert
Bu gün, 18:37
“Rusiya və Fransanın fikri bizi tam qane etmir” – AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədrindən ilginc açıqlama!
Bu gün, 18:31
Ermənistan itkilərini etiraf etməyə davam edir, daha iki nəfərin adı açıqlanıb
Bu gün, 18:25
İsraildə yaşayan yəhudi həmvətənlərimizdən ölkəmizə dəstək: - "Yaşasın Azərbaycan ordusu"
Bu gün, 18:20
Tovuzda daha bir ev atəşə tutuldu - VİDEO
Bu gün, 18:17
Nadir Qafarzadə yenə də öz ampluasında - VİDEO
Bu gün, 18:07
Tərtərdə qanvermə aksiyasının keçiriləcəyi Heydər Əliyev Mərkəzi dezinfeksiya olunub
Bu gün, 17:59
Təbrizli professordan Azərbaycana QARABAĞ ÇAĞIRIŞI
Bu gün, 17:57
Tərtərin icra başçısı geniş videokonfrans keçirdi
Bu gün, 17:55
Qazıyev qayıtdı ki, hakimiyyəti devirsin - MƏĞLUBİYYƏT FONUNDA PORTRET
Bu gün, 17:53
İki oğlu əsgər olan azərbaycanlı ana Paşinyanın arvadına cavab verdi - “Döyüş!“
Bu gün, 17:48
“Düşmənə daha ciddi zərbələr endirilməlidir” - Eldar Namazov
Bu gün, 17:46
“Yeni iş yerlərindən danışmaq boş ritorikadan başqa bir şey deyil” - ekspert
Bu gün, 17:44
Deputatdan MÜHÜM ÇAĞIRIŞ: - “Düşmənin informasiya “tələ”sinə düşməyin!”
Bu gün, 17:42
İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olunub - Diqqət!
Bu gün, 17:37
Ermənilər daha iki zabitlərinin öldüyünü açıqladılar - Bir polkovnik və bir mayorları daha öldürülüb - YENİLƏNİB
Bu gün, 17:34
“Azərbaycan hərbi hissəyə zərbə endirib” - Ermənistan mətbuatı
Bu gün, 17:21
“Zənglərə cavab vermirlər, harada olduqlarını, nə baş verdiyini, vəziyyətlərinin necə olduğunu bilmirik”
Bu gün, 17:18
“e-Tabib”dən istifadə edənlərə Bakcell-dən hədiyyə
Bu gün, 17:16
İTV-nin koronavirusa yoluxan əməkdaşı sağalıb
Bu gün, 17:12
“Təcavüzkar Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik” - Türkiyənin Müdafiə naziri
Bu gün, 17:07
Azərbaycanlı milyarderdən Rusiyalı deputata replika: - “Arzunuz gözünüzdə qalacaq...”
Bu gün, 17:06
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Ermənistanın Berd şəhərində panika - HAKİMİYYƏT QADIN VƏ UŞAQLARI TƏXLİYƏ EDİR
Bu gün, 16:57
“Ermənistan indi olduğu kimi, aprel döyüşlərində məruz qaldığı itkiləri də gizlədirdi, amma...”
Bu gün, 16:53
“Semaşko”ya yeni direktor təyin olunub
Bu gün, 16:49
“Döyüşə getmək istəyənlərin sırasında birinciyəm” - Əməkdar artist
Bu gün, 16:38
Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq - BQXK
Bu gün, 16:31
Bağlanmış 4 bankın əmanətçiləri Allahın ümidinə buraxılıb? - NARAZILIQ...
Bu gün, 16:30
"KTMT-nin təcili iclasının təxirə salınması Ermənistanın təcrid olunduğunu göstərir" - Rusiyalı hərbi ekspert
Bu gün, 16:29
Azərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək
Bu gün, 16:27
Ermənilər cəbhə xəttini GENİŞLƏNDİRİR - Bu dəfə Qazaxı atəşə tutublar
Bu gün, 16:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru