Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub .....                     DİN-in gənc zabitləri xidmətə başladı .....                     Rəhim Qazıyev saxlanıldı .....                     “Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb .....                     Ermənistanın sərhəddəki təxribatı .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Pənah Əliyev indi də MİDA-da mənzil satır .....                     "Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ .....                     Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub .....                     COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib .....                     Bərdə rayonunda qanvermə aksiyası keçirilib .....                     KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb .....                     Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, .....                     "1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" .....                     Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, .....                     İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb .....                     Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır .....                     Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb .....                     "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" .....                     Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     "Orxan Məmmədov pulumu öz cibindən vermişdi" .....                     MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi .....                     Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib .....                     Mülki əhali arasında itki yoxdur .....                     Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir .....                     "Mənim təsərrüfatıma su verilmir..." .....                     Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı .....                     Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: .....                     Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir .....                     “Rahat”ın sahibi rahatsızdır .....                     "BARIŞMAYACAĞIQ!!!" .....                     Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi .....                     YAP-dan Tovuzdakı olaylara .....                     Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib .....                 

Azərbaycanlı "həkimlər" və onların dəhşətli koronavirus "arqumentləri" - AKTUAL
Tarix: 5-06-2020, 10:32 | Çap et
Azərbaycanlı "həkimlər" və onların dəhşətli koronavirus "arqumentləri"
Elə ki koronavirus pandemiyası peyda oldu, Azərbaycanda “həkim”lərin sayı da artdı, qəfildən milyonlarla azərbaycanlıya “həkim”lik vəhi verildi və onlar özlərini Hipokratın əsl davamçıları kimi aparmağa başladılar. Bəs bu “həkimlər” nə işlə məşğul olurlar, koronavirusla mübarizədə hansı formada “iştirak” edirlər, “müalicə” metodları nədir?

Çox sadə: onlar bütün ölkəyə yayılıb və koronavirusun olmadığını “sübut” etməklə məşğuldular. Bu zaman hansısa tibbi savada, elmi biliyə ehtiyac yoxdur. Heç Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi statistik göstəricilər, dünyanın ən demokratik və şəffaf ölkələrinin infeksiyaya yoluxanların, ölənlərin sayı ilə bağlı hər gün açıqladıqları rəqəmlər, vurusla mübarizə aparan həkimlərin yalvarış dolu müraciətləri, sağalan insanların həyəcanla danışdıqları da bizim “həkimlərin” “arqumentləri” qarşısında bir nəyə yaramır.

Ölkədə hər addım başı rast gəlinən “həkimlər” “Necə olur ki” ilə başlayan bir neçə sual səsləndirirlər, özləri də cavab verirlər (taksi sürücülərinin həkimliyi lap adamı mətəl qoyur, zalım uşaqları elə bil hamısı Harvard Universitetinin tibb fakültəsini fərqlənmə diplomu ilə bitiriblər) və bununla da koronavirusun olmadığını “sübuta” yetirirlər.

İndi demək olar ki hamı koronavirusdan danışan zaman söhbətə “mən inanmıram”la başlayır. Sözsüz, bu qədər təbliğatın, çağırışın, informasiya bolluğunun fonunda belə inamsızlığın dərin kökləri, ciddi səbəbləri var.

Lakin heç də uzaq olmayan keçmişə nəzər salanda məlum olur ki, azərbaycanlıların inandıqları nəsnələr də var. Məsələn, “Vahid bank”, muncuq düzmək əməliyyatı, “QuestNet” və s. Onda inanıb özlərinə ziyan vurublar, indi isə gözlərinin qabağında olan bu qədər həqiqətə inanmayıb özlərini və bütün ölkəni təhlükəyə atırlar.

Elə ölkəmizdə koronavirusun da “maddi” tərəfinə inam böyükdür. Nədir bu? Kimi dindirirsən deyir ki, xalasıgilin qonşusunun bacısının dayısı oğlunun qaynanası vəfat edəndə həkimlər gəlib 3-5 min manat təklif ediblər ki mərhumun koronavirusdan öldüyünü yazsınlar, lakin qohumları bundan imtina edib. Bununla bağlı şaiyə ayaq tutub yeriməkdə davam edir. İşin ən maraqlı tərəfi odur ki, hələ indiyə qədər heç kim bununla razılaşmayıb, pulu götürən olmayıb.

Böhran dövründə kütləni sakitləşdirmək, hadisələrin gedişatını nəzarətdə saxlamaq üçün şaiyə metodilogiyasından istifadə olunması başa düşüləndir. Bu, insanların təşvişə qapılmaması, sosial gərginliyin yaranmaması, vəziyyətin daha ağır olduğuna dair yayılan yalan məlumatların qarşısının alınması üçün vacibdir. Lakin Azərbaycanda koronavirusla bağlı yayılan şaiyə (koronavirus yoxdur, boş şeydir, hətta həkimlər başqa xəstəlikdən və ya qəfildən vəfat edən şəxslərin yaxınlarına pul təklif edirlər ki, mərhumun pandemiya qurbanı olduğuna dair rəy yazsınlar) ölkəyə ziyan vurmağa başlayıb. Bunun qarşısını almaq çox vacibdir.

Azərbaycanlıların əksəriyyəti koronavirusu siyasi oyun, ABŞ-Çin qarşıdurması, dünyanı yenidən bölüşdürmək üçün uydurulan yalan sayırlar. Amma uzun illərdir siyasətlə məsafə saxlayan həmvətənlərimizin dünyanı cənginə alan, milyonlarla insanın yoluxduğu, yüzminlərlə adamın öldüyü pandemiyanı siyasət meydanına çevirməsi təəccüb doğurur. Düzdür, səhiyyə siyasətdən ayrı deyil, lakin pandemiya da siyasət deyil, insanları öldürən acı gercəklikdir.

Virusdan qorunmaq üçün maska taxmağı bu qədər siyasiləşdirmək nəyə lazımdır? Maskanı ağzı-buruna deyil, çənəyə taxıb kimi aldadırıq? Avtomobildə olan təhlükəsizlik kəmərindən istifadə etməmək üçün min bir bəhanə uyduranlar indi eyni halı tibbi maska ilə bağlı edirlər.

İndi işin ən təhlükəli tərəfi sonrakı peşmançılığın heç bir fayda verməyəcəyindədir. Hələlik xəstəxanalarda boş çarpayılar, süni tənəffüs aparatları, xəstələrə qulluq edəcək sayda həkimlər var. Ancaq belə inamsızlıq, vəziyyəti dəhşətli səviyyəyə gətirib çıxara bilər.

Madam ki azərbaycanlılar rəsmi qurumlara, həkimlərə inanmırlar, onda kimə güvənirlərsə onların dediklərinə qulaq assınlar. Məsələn, ölkəmizdə Vladimir Putinə inanan, onun dilində danışmağı, övladına rus dilində təhsil verməyi üstün tutanlar çoxdur, onda heç olmasa Vladimir Putinin koronavirusla bağlı dediklərini dinləyin. Onun ən yaxınında olan adamlar – Rusiyanın baş naziri Mixail Mişustin, Putinin mətbuat katibi Dmitri Peskov, mədəniyyət naziri Olqa Lyubimova da koronavirusa yoluxub. Heç Putin bu faktları gizlətməyib də.

Axı sən dindarsan, namaz qılıb, oruc tutursan. Elə ki Ramazan ayı başladı gözün İran ayatullahlarında, Səudiyyə Ərəbistanı şeyxlərində olur, onların iftarın, bayram namazının vaxtını nə zaman açıqlayacağını gözləyirsən, Ayı birinci onların görüb sənə deməyini müstəhəb bilirsən.

İndi heç olmasa onları dinlə, koronavirusla dediklərini ciddi qəbul et!

Axı sən bir həftə Türkiyədə qalıb geri qayıdandan sonra, “evet”lə, “hayır”la danışırsan, “abi” deyə müraciət edirsən, onda heç olmasa türk qardaşlarımızın epidemiyanın qarşısını almaq, ondan qorunmaq üçün elan etdikləri qaydalara əməl et!

Müalicə və təhsil üçün İsrail, Almaniya, Britaniya, ABŞ-a, gəzmək üçün Gürcüstana gedirsən, onda bu ölkələrin rəhbərlərinin koronavirusla bağlı fikirlərinə ehtimad göstər.

Amma yetər ki, vəziyyətin ağır olduğunu qəbul edəsiniz, özünüzün və başqalarının həyatını təhlükəyə atmayasınız!





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub
Dünən, 18:38
DİN-in gənc zabitləri xidmətə başladı
Dünən, 18:05
Rəhim Qazıyev saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 17:58
“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV
Dünən, 17:53
Kamil Zeynallı hospitaldan danışdı – “Hər şey yüksək səviyyədədir”
Dünən, 17:47
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Dünən, 17:42
Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
Dünən, 17:39
"Mənə hesabımın türklər tərəfindən bağlanacağı xəbəri gəldi"
Dünən, 17:35
Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası
Dünən, 17:27
Yayımçıların əksəriyyəti hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib - MTRŞ
Dünən, 17:25
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Dünən, 17:15
Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Dünən, 17:13
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" - Ombudsman
Dünən, 17:04
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:02
Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ
Dünən, 16:59
Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub - MN
Dünən, 16:56
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib
Dünən, 16:49
Bərdə rayonunda qanvermə aksiyası keçirilib
Dünən, 16:47
KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb
Dünən, 16:44
Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, - Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu
Dünən, 16:42
"1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" - DYP
Dünən, 16:41
Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, 313 nəfər vəfat edib
Dünən, 16:39
Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 7 nəfər vəfat edib
Dünən, 16:37
İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb
Dünən, 16:36
Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq
Dünən, 16:29
Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır - MN
Dünən, 16:25
Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb
Dünən, 16:24
"Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" - Mehriban Əliyeva
Dünən, 16:14
Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi
Dünən, 16:11
"Orxan Məmmədov pulumu öz cibindən vermişdi" - Cavid Hüseynov
Dünən, 16:09
MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi
Dünən, 16:07
Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib
Dünən, 16:05
Mülki əhali arasında itki yoxdur - XİN
Dünən, 16:03
Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir - Rusiya XİN
Dünən, 16:01
"Artıq ər-arvadıq"
Dünən, 15:59
"Mənim təsərrüfatıma su verilmir..." - GİLEY
Dünən, 15:57
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
Dünən, 15:56
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Dünən, 15:51
Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: - “Övladlarımızdan xəbər ala bilmirik”
Dünən, 15:48
Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir - FOTO
Dünən, 15:42
“Rahat”ın sahibi rahatsızdır - Ödəniş terminalı BORCLARI ÖDƏMİR
Dünən, 15:41
"BARIŞMAYACAĞIQ!!!" - Prezident İlham Əliyev
Dünən, 15:38
“Qudurğan bir aktrisanın xalqa elə söz deməsi yolverilməzdir”
Dünən, 15:36
Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi
Dünən, 15:32
YAP-dan Tovuzdakı olaylara REAKSİYA
Dünən, 15:30
Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib
Dünən, 15:28
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Dünən, 15:26
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Dünən, 15:25
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Dünən, 15:23
COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu - GƏLİŞMƏ
Dünən, 13:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru