Alimlər koronavirusa yeni yoluxma riskini aşkarladılar .....                     “Gündə iki mindən çox adam virusa yoluxur” .....                     Hökumət bir qəpik xərcləmədən böyük müşkülü həll edə bilər .....                     “Müəyyən vaxtdan sonra pandemiya bitəcək, amma ermənilər elə bir virusdur ki...” .....                     Kremlin ikibaşlı Qarabağ siyasəti: XİN-nin bəyanatı nəyə xidmət edir? .....                     Pənah Hüseyn Rəhim Qazıyev haqqında: .....                     "Ermənistan hər nə qədər itkilərini gizlətsə də, ciddi itki verdikləri hamıya bəllidir" .....                     Paşinyanı sərhəddə təxribata nə vadar etdi? .....                     Neft ucuzlaşıb .....                     “Vəziyyət mürəkkəb olaraq qalarsa, yenə də məsafədən təhsil tətbiq edilə bilər” .....                     «Müəllimlər» MTK-nı KİMLƏR TALAYIB? .....                     ABŞ koronavirus vaksininin istehsalına başladı .....                     Tovuzdakı təxribatın davamı: içimizdəki düşmənlər... .....                     BMT-nin Baş katibi Azərbaycan və Ermənistanı atəşi dayandırmağa .....                     Cəbhədə vəziyyət necədir? .....                     "Təxribatların qarşısını almaq üçün sərhəd xidmətləri və silahlı qüvvələrimiz gücləndirilib" .....                     Dünyada koronavirusa yoluxanların sayı 13 milyonu ötdü .....                     Azərbaycan və Ermənistanı güc tətbiqini dayandırmağa çağırırıq .....                     Bu gün dollar neçəyədir? .....                     Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub .....                     DİN-in gənc zabitləri xidmətə başladı .....                     Rəhim Qazıyev saxlanıldı .....                     “Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb .....                     Ermənistanın sərhəddəki təxribatı .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Pənah Əliyev indi də MİDA-da mənzil satır .....                     "Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" .....                     Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ .....                     Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub .....                     COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib .....                     Bərdə rayonunda qanvermə aksiyası keçirilib .....                     KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb .....                     Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, .....                     "1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" .....                     Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, .....                     İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb .....                     Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır .....                 

Maska taxmağa hövsələsi çatmayanlar bunun bədəlini evdə qalmaqla ödəyəcəklər... - 5 şəhərdə həyat durdurulur...
Tarix: 5-06-2020, 09:11 | Çap et
Maska taxmağa hövsələsi çatmayanlar  bunun bədəlini evdə qalmaqla ödəyəcəklər...
Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artmaqda davam edir. Vəziyyət həm hökuməti, həm də sadə vətəndaşları düşünməyə vadar edir. Bu xüsusda artıq yeni qaydalar işlənilir və Azərbaycanda ard-arda verilən qərarlarla yumşaldılan karantin rejimi yenidən sərtləşdirilir. Sərtləşdirilmənin səbəbini hökumət və ekspertlər vətəndaşların məsuliyyətsizliyində axtarırlar. Hesab edilir ki, Azərbaycanda insanlar karantin qaydalarına məhəl qoymadılar, maska taxmadılar, virusu ciddiyə almadılar. Bunun nəticəsində yoluxma sayı 25-dən 325-ə qədər qalxdı. Maska taxanda nəfəsləri daraldığını deyənlər, indi dörd divar arasında qalmağa məcburdurlar.

Belə ki, iyunun 4-də Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilib.

Aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılıb:

- siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

- xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

- sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

- elektrik enerjisinin istehsalı və təchizatı;

- meliorasiya və su təsərrüfatı;

- rabitə xidmətləri; 1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilsin və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilib:

- həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

- yaxın qohumların dəfnində iştirakla əlaqədar,

- Xüsusi təyinatlı, qəza-bərpa, təcılı tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilsin.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyətin həyata keçırılməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin edilib.

Bu Qərarın 1.2.2-ci yarımbəndində göstərilən əsasla yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Bu Qərarın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərinin tələblərinə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Sabahdan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur

Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Həftəsonu qadağalarının iyunun 13-ü, 14-ü və 15-də də olması nəzərdə tutulur.

Baş nazir qeyd edib ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozdu: “Buna görə də virusa yoluxanların sayında ciddi artım oldu”.

Əli Əsədov xalqa müraciət edərək bildirib ki, qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir. Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub:

“Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”, - deyə baş nazir bildirib.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Baş nazirin qərarına əsasən eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.

2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

Azərbaycanda sərt karantin günlərində yoluxma enən xəttə keçmişdi və tibb sahəsi üzrə ekspertlər, həkimlər də bildirirdilər ki, bu gedişlə may ayında Azərbaycanda koronavirusa yoluxma sıfıra enəcək. Bütün bu söhbətlərin fonunda aprelin 27-də ölkədə ilk dəfə xüsusi karantin rejimi yumşaldıldı. Lakin tövsiyə edildi ki, insanlar karantin qaydalarına riayət edib, sosial məsafə saxlasınlar. Qərardan sonra dərzi, kitab satışı, geyim və digər mağazalar fəaliyyətə başladı. İnsanlara evdən çıxmaq üçün icazə limiti 3 saata qaldırıldı. Artıq bununla da əhalinin bir qismi yenidən şəhərə çıxmağa başladı. Bu yumşalmadan sonra 8-ci kilometr bazarında bağlı qalan mağazaların hamısı açıldı, bazarda insan əlindən yer olmadı və mayın 5-dən etibarən gündəlik qeydə alınmış yoluxma sayı 80-ə yaxınlaşdı. Mayın 9-da 143 yoluxma qeydə alındı və o gündən sonra artım tempi davam edir...

Türkiyədə yaradılmış Operativ Qərargahın üzvü, tibb üzrə professor Tevfik Özlü Real TV-nin canlı yayımına qoşularkən deyib ki, Türkiyə həftə sonları hərəkətə, eləcə də küçəyə çıxmağa qoyulan qadağalarla yoluxma və ölü sayının azalmasına nail oldu. Professorun sözlərinə görə, bu, o demək deyil ki, həftə sonu evdə oturub, həftə içi küçəyə çıxmaq lazımdır:

“Türkiyədə yoluxma qeydə alındığı gündən həftə sonu qadağaları tətbiq edilir. Yoluxma sayı azalmağa doğru getdiyi üçün bu həftə sonu bu qadağa tamamilə aradan qalxa bilər. Ancaq Türkiyədə indi də 65 yaşdan yuxarı və 20 yaşdan aşağı olanlara küçəyə çıxma qadağası var. Türkiyə yoluxmaya nəzarəti bu yolla ələ almağı bacardı”.

T.Özlü bildirib ki, insanlar mümkün olduğu qədər həm həftə sonu, həm də həftə içi küçəyə çıxmamalıdır.

Azərbaycanda da oxşar sistem tətbiq edilir. Ekspertlər, ictimai şəxslər hesab edirlər ki, əgər qaydalara ciddi qaydada əməl edilərsə, Azərbaycanda da yoluxma sayında kəskin azalma görünəcək.

Onu da qeyd edək ki, hazırda bizimlə qonşu olan ölkələr içərisində ən çox yoluxma hadisəsi Rusiyada qeydə alınır. Bu ölkədə hər gün 8 mindən çox koronavirusa yoluxma olur. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra belə deyib ki, Rusiyanın səhiyyə naziri ilə COVID-19 mövzusunda danışıqlarımız olub. Elm Qurumunun peyvəndlə əlaqədar əməkdaşları da Rusiyann elm adamları ilə bir dəfə videkonfrans keçirib, ikincini də sabah keçirəcək. Bundan sonra bu görüşlər intensivləşəcək.

Nazir qeyd edib ki, dərman və peyvənd məsələləri ilə bağlı Türkiyədə 22 universitet və mərkəzin, heyvanlar üzərində sınaq təcrübələrinin aparılması mərhələsində işləyən 4 mərkəz və universitet mövcuddur.

Onun sözlərinə görə, rusiyalı həmkarı peyvənd məsələsi ilə bağlı, xüsusilə heyvanlar üzərində sınaqların aparılmasında son mərhələlərə keçdiklərini bildirib. Hər iki ölkənin səhiyyə nazirliəri indiki şəraitdə qarşılıqlı kliniki əməkdaşlıq qərarına gəlib.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bu məsələ sülh yolu ilə əmələ gəlməyəcək” - Rasim Balayev
Bu gün, 08:53
Alimlər koronavirusa yeni yoluxma riskini aşkarladılar - Diqqət!
Bu gün, 08:50
“Gündə iki mindən çox adam virusa yoluxur” - professordan ilginc açıqlama
Bu gün, 08:49
Hökumət bir qəpik xərcləmədən böyük müşkülü həll edə bilər - TƏKLİF
Bu gün, 08:48
“Müəyyən vaxtdan sonra pandemiya bitəcək, amma ermənilər elə bir virusdur ki...” - Tanınmış həkim
Bu gün, 08:42
Kremlin ikibaşlı Qarabağ siyasəti: XİN-nin bəyanatı nəyə xidmət edir? - GƏLİŞMƏ
Bu gün, 08:39
Müharibə şəraitində media: - Nəyi yazmaq olar, nəyi yox?
Bu gün, 08:38
Pənah Hüseyn Rəhim Qazıyev haqqında: - "Bu bədbəxt, sərsəri qocanı ..."
Bu gün, 08:36
"Ermənistan hər nə qədər itkilərini gizlətsə də, ciddi itki verdikləri hamıya bəllidir" - deputat
Bu gün, 08:34
Paşinyanı sərhəddə təxribata nə vadar etdi? - TƏHLİL
Bu gün, 08:33
Neft ucuzlaşıb
Bu gün, 08:30
“Vəziyyət mürəkkəb olaraq qalarsa, yenə də məsafədən təhsil tətbiq edilə bilər” - AKTUAL
Bu gün, 08:29
"Anası erməni olan adamı ekspert kimi verilişə çağırıb vətənpərvərlikdən danışırlar" - ETİRAZ
Bu gün, 08:28
«Müəllimlər» MTK-nı KİMLƏR TALAYIB? - GİLEY
Bu gün, 08:25
ABŞ koronavirus vaksininin istehsalına başladı - MÜJDƏ
Bu gün, 08:22
Tovuzdakı təxribatın davamı: içimizdəki düşmənlər... - NƏ BAŞ VERİR?
Bu gün, 08:19
BMT-nin Baş katibi Azərbaycan və Ermənistanı atəşi dayandırmağa ÇAĞIRIB
Bu gün, 08:16
Cəbhədə vəziyyət necədir? - SON DURUM
Bu gün, 08:13
"Təxribatların qarşısını almaq üçün sərhəd xidmətləri və silahlı qüvvələrimiz gücləndirilib" - Rəsmi Bakı
Bu gün, 08:06
Dünyada koronavirusa yoluxanların sayı 13 milyonu ötdü
Bu gün, 08:05
Azərbaycan və Ermənistanı güc tətbiqini dayandırmağa çağırırıq - ABŞ
Bu gün, 08:04
Bu gün dollar neçəyədir?
Bu gün, 08:02
Tovuzun Dondar Quşçu kəndi D-30 topundan atəşə tutulub
Dünən, 18:38
DİN-in gənc zabitləri xidmətə başladı
Dünən, 18:05
Rəhim Qazıyev saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 17:58
“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV
Dünən, 17:53
Kamil Zeynallı hospitaldan danışdı – “Hər şey yüksək səviyyədədir”
Dünən, 17:47
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Dünən, 17:42
Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
Dünən, 17:39
"Mənə hesabımın türklər tərəfindən bağlanacağı xəbəri gəldi"
Dünən, 17:35
Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası
Dünən, 17:27
Yayımçıların əksəriyyəti hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib - MTRŞ
Dünən, 17:25
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Dünən, 17:15
Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Dünən, 17:13
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" - Ombudsman
Dünən, 17:04
Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ
Dünən, 16:59
Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub - MN
Dünən, 16:56
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib
Dünən, 16:49
Bərdə rayonunda qanvermə aksiyası keçirilib
Dünən, 16:47
KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb
Dünən, 16:44
Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, - Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu
Dünən, 16:42
"1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" - DYP
Dünən, 16:41
Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, 313 nəfər vəfat edib
Dünən, 16:39
Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 7 nəfər vəfat edib
Dünən, 16:37
İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb
Dünən, 16:36
Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq
Dünən, 16:29
Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır - MN
Dünən, 16:25
Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb
Dünən, 16:24
"Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" - Mehriban Əliyeva
Dünən, 16:14
Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi
Dünən, 16:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru