DİN-in gənc zabitləri xidmətə başladı .....                     Rəhim Qazıyev saxlanıldı .....                     “Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb .....                     Ermənistanın sərhəddəki təxribatı .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Pənah Əliyev indi də MİDA-da mənzil satır .....                     "Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ .....                     Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub .....                     COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib .....                     Bərdə rayonunda qanvermə aksiyası keçirilib .....                     KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb .....                     Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, .....                     "1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" .....                     Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, .....                     İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb .....                     Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır .....                     Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb .....                     "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" .....                     Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     "Orxan Məmmədov pulumu öz cibindən vermişdi" .....                     MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi .....                     Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib .....                     Mülki əhali arasında itki yoxdur .....                     Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir .....                     "Mənim təsərrüfatıma su verilmir..." .....                     Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı .....                     Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: .....                     Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir .....                     “Rahat”ın sahibi rahatsızdır .....                     "BARIŞMAYACAĞIQ!!!" .....                     Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi .....                     YAP-dan Tovuzdakı olaylara .....                     Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib .....                     Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub .....                 

"Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar" - deputat
Tarix: 5-06-2020, 08:47 | Çap et
"Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar"
Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin iyunun 20-də imzaladığı müvafiq sərəncamlarla general-leytenant Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Vilayət Eyvazov isə Daxili İşlər naziri vəzifəsinə təyin edilib. Bir il ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli rayon icra hakimiyyətlərində əməliyyatlar keçiriblər, qanun pozuntularına yol verən vəzifəli şəxslər məsuliyyətə cəlb ediliblər. DTX-nin keçirdiyi digər əməliyyatlarda da məmurlar cəzalandırılıb. Bundan əlavə, terrorçuluğa qarşı çox ciddi mübarizə aparılıb.

Daxili İşlər Nazirliyi də korrupsiya və rüşvətxorluğun qarşısının alınmasında, o cümlədən cinayətkar qrupların ifşa edilməsində xüsusi peşəkarlıq nümayiş etdirib. Bu addımlar cəmiyyət tərəfindən müsbət qiymətləndirilib.

Azərbaycan Milli Məclisinin deputatları da son bir ildə bu iki qurumun xüsusi peşəkarlıq göstərdiyini vurğulayıblar.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Pravda.az-a açıqlamasında deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Daxili İşlər naziri vəzifələrinə təyinatlar çox mühüm əhəmiyyət kəsb edir: “İşinin peşəkarı olan kadrların mühüm vəzifələrə təyin olunması Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatının əsas hissəsidir. General-leytenant Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Vilayət Eyvazovun isə Daxili İşlər naziri təyin edilməsi müsbət qiymətləndirilməlidir. Çünki bu şəxslər mətbəxi içəridən bilirlər, əməliyyat müvəkkilindən tutmuş qurumun rəhbərliyinə qədər bütün strukturları keçiblər. Ona görə də son zamanlar müsbət nəticələrin əldə olunduğunun şahidi oluruq. Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət və dövlətçiliyə olan təhdidlərin qarşısının alınması istiqmətində həyata keçirdiyi əməliyyatları xüsusi qeyd etmək lazımdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Prokurorluqla birgə keçirdiyi əməliyyatlarla korrupsiya və rüşvətxorluqla məşğul olan, həssas təbəqənin haqqına girən şəxslər üzə çıxarılır, onlara cinayət işi açılması istiqamətində mühüm addımlar atılır. Bu, əhali tərəfindən də dəstəklənir”.

A.Nağıyev qeyd edib ki, Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatlarda da müsbət nəticələr əldə edilib: “Koronavirus pandemiyası dövründə polis əməkdaşlarının xüsusi peşəkarlıq nümayiş etdirməsi diqqətçəkən məsələlərdəndir. Onlar mühüm prosesi həyata keçirdilər. Hər iki təyinat çox mühüm və təqdirəlayiq idi. Son 1 ildə bunun müsbət nəticələrini görmüşük. Çətin və şərəfli işdə onlara uğurlar arzulayırıq. Görüləcək işlər çoxdur, əminəm ki, həllinə nail olacaqlar”.

Deputat Nəsib Məhəməliyev deyib ki, konstitusion quruluşundan, siyasi ideologiyasından, dövlət idarəetmə sistemindən asılı olmayaraq hər iki struktur, belə demək mümkünsə, dövlətin onurğa sütununu təşkil edir.

N.Məhəməliyev vurğulayıb ki, ötən il Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbərlərin təyinatı zamanın və cəmiyyətin sosial sifarişi idi: “Ümumiyyətlə, ölkə başçısı tərəfindən başladılan kadr islahatları əhali tərəfindən yüksək qiymətləndirilir. Ancaq etiraf etməliyik ki, Azərbaycanın mövcud geosiyasi vəziyyəti, əhalinin inkişaf səviyyəsi, keçdiyimiz tarixi yol, üzləşdiyimiz ciddi problemlər bir çox sahələrdən fərqli olaraq bu strukturlara rəhbərlik edən şəxslərdən daha çox peşəkarlıq, təcrübə, çeviklik tələb edir. Bu baxımdan hesab edirəm ki, hörmətli Vilayət Eyvazov və hörmətli Əli Nağıyev tələb olunan meyarlara tam uyğun gəlir və ötən bir il ərzində dövlət təhlükəsizliyi, ictimai-siyasi sabitliyin təmin olunması, cinayətkarlıqla qarşı mübarizə sahəsində görülən işlər bunun təsdiqidir. Ələlxüsus xalqın yüksək qiymətləndirdiyi polis-vətəndaş münasibətlərində davranış mədəniyyətinin yeni müstəviyə qalxması hər kəsin ürəyincədir. Əvvəllər bu sahədə müəyyən qanun pozuntuları, sui-istifadə hallarına daha çox rast gəlindiyi üçün görülən müsbət işlər dərhal gözə çarpır. Hər iki generalı təbrik edir, çətin, eyni zamanda ölkəmizin təhlükəsizliyi, sağlam cəmiyyət quculuğu naminə daşıdıqları şərəfli vəzifələrində uğurlar arzulayıram”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra həyata keçirilən kadr islahatlarında bütün cəmiyyətin diqqətini cəlb edən addımlardan biri general-leytenant Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Vilayət Eyvazovun isə Daxili İşlər naziri vəzifəsinə təyinatı olub: “Etiraf etmək lazımdır ki, hər şəxs bu vəzifəyə təyin olunmamışdan öncə kifayət qədər uğurlu həyat yolu keçiblər. Əli Nağıyev və Vilayət Eyvazov yüksək peşəkarlığa, eyni zamanda təmiz imicə sahib olan, dövlətə, dövlətçiliyə, ulu öndərin ideyalarına sadiqliyi ilə fərqlənən yüksək səviyyəli generallardırlar. Bu genaralların təyinatından sonra Kütləvi İnformasiya Vasitələrində yalnız müsbət fikirlər səsləndirildi, onlara ünvanlanan gözləntilər önə çəkildi, uğurlar arzulandı... Təbii ki, onların içərisində mən də var idim. Hər ikisini tanıyan şəxs kimi demək istərdim ki, Prezident İlham Əliyev çox uğurlu seçim edib. Həm Əli Nağıyev və Vilayət Eyvazov ölkə Prezidentinin onlara göstərmiş olduğu etimadı yüksək səviyyədə doğrultmaqda, xalqın rəğbətini qazanmaqdadırlar. Onlar vəzifəyə təyin edildikdən dərhal sonra əvvəlki müsbət ənənələrə söykənərək öz işlərini qurdular, mənfi xarakter daşıyan, neqativ mahiyyət kəsb edən məqamlara qarşı ciddi iradə nümayiş etdirdilər, həyata keçirdikləri kadr islahatlarında şəffaflığı, peşəkarlığı və dövlətə sədaqəti əsas meyar kimi götürdülər. Təəssüflər olsun ki, Əli Nağıyevə qədər Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı cəmiyyətdə xoşagəlməz fikirlər mövcud idi. Ciddi problemlər var idi... Əli Nağıyev neqativ halların aradan qaldırılması istiqamətində mühüm addımlar atdı və buna nail oldu. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə Dövlət Təhlükəsizliyi Xidməti xüsusi peşəkarlıq nümayiş etdirməkdə, dövlətə sədaqətini ortaya qoymaqdadır”.

F.Ağamalı bildirib ki, Daxili İşlər Nazirliyi Azərbaycanda sabitliyin qorunmasında müstəsna xidmətlər göstərib. Bu xidmətlərə, ənənələrə söykənərək Daxili İşlər Nazirliyi üzərinə düşən vəzifəni uğurla yerinə yetirməkdədir. Xüsusi olaraq qeyd etmək istərdim ki, koronavirus pandemiyası ortaya çıxan zamandan nazirliyin bütün əməkdaşları böyük fədakarlıq nümayiş etdirdilər. Karantin rejiminin tələblərini pozanlara qarşı yüksək mədəniyyət və təmkinlilik göstərilib, onlarla qanunvericilik çərçivəsində rəftar olunub. Bu, etiraf olunmalıdır. Əli Nağıyevə və Vilayət Eyvazova fəaliyyətlərində uğurlar arzu edirəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı qeyd edib ki, general-leytenant Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsinin nə dərəcə uğurlu olduğu göz qabağındadır: “Əlbəttə, heç kəs istəməz ki, ölkəsində məmurlar bu qədər rüşvət alsın, korrupsiyaya bulaşmış olsun... Dövlət Təhlükəsizliyi Xidmətinin məsələlərə bu qədər diqqətlə yanaşması, ardıcıl əməliyyatların aparılması ümid verir ki, ölkədə neqativ halların qarşısı alınacaq. General-polkovnik Vilayət Eyvazovun da Daxili İşlər naziri vəzifəsinə təyin edilməsi uğurlu təyinatdır. Təyinatların uğurla həyata keçirilməsi ölkə üçün çox əhəmiyyətlidir. Dəyişiklik mütləq olmalıdır. Nəsillə birlikdə onun həm də məmur yetişməlidir”.

Deputat Cavid Osmanov deyib ki, general-leytenant Əli Nağıyev və general-polkovnik Vilayət Eyvazov uzun müddətdir ki, bu sahədə çalışırlar: “Fəaliyyətlərində hər zaman xüsusi peşəkarlıq nümayiş etdiriblər, ulu öndər Heydər Əliyevin ideyalarına, siyasətinə sadiq olublar. Ümumlikdə, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra ölkədə struktur və kadr islahaları geniş vüsət alıb. Əli Nağıyevin və Vilayət Eyvazovun bu vəzifələrə təyinatı islahatların tərkib hissəsidir. Son bir ildə korrupsiya və rüşvətxorluğa, Prezidentin siyasətinə xələl gətirənlərə qarşı çox ciddi mübarizə aparılıb. Bilirsiniz ki, Dövlət Təhlükəsizliyi Xidməti bir il ərzində uğurlu əməliyyatlar həyata keçirib, aztəminatlı ailələrin yardımlarını, “maaş kart”larını mənimsəyənlər cəzalandırılıb”.

C.Osmanov Daxili işlər orqanlarının əməkdaşlarının koronavirus pandemiyası dövründəki fəaliyyətini yüksək qiymətləndirir: “Yorulmadan fəaliyyət göstərdilər, təmkinlilik nümayiş etdirdilər. Nəzərə almaq lazımdır ki, ayrı-ayrı insanlar tərəfindən polislərə təzyiqlər də olub. Buna baxmayaraq polis əməkdaşları onlara tapşırılan işlərin öhdəsindən layiqincə gəldilər. Əli Nağıyev və Vilayət Eyvazov kifayət qədər peşəkar kadrdırlar. Ölkədə sabitliyin qorunmasında bu şəxslərin xüsusi rolu var. Onlara fəaliyyətlərində uğurlar arzu edirəm”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev bildirib ki, general-leytenant Əli Nağıyevin rəhbərliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin reytinqi 100 faiz artıb: “Çox maraqlıdır ki, insanların ən çox qorxduğu bir qurum ən çox inanılan, etibar edilən, sevilən bir quruma çevrildi. Daha bundan böyük nə xidmət ola bilər ki... General-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili İşlər nazirliyində ciddi islahatlar həyata keçirildi. Bu islahatlar davam edir. Vilayət Eyvazovun fəaliyyətini yüksək qiymətləndirirəm. O, Daxili İşlər Nazirliyinin nüfuzunu daha da qaldırmaq, yenilik gətirmək, vətəndaş məmnuniyyətini təmin etmək üçün əlindən gələni edir. Qeyd etməliyəm ki, polisə xalqın inamı və etibarı artıb”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİN-in gənc zabitləri xidmətə başladı
Bu gün, 18:05
Rəhim Qazıyev saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 17:58
“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV
Bu gün, 17:53
Kamil Zeynallı hospitaldan danışdı – “Hər şey yüksək səviyyədədir”
Bu gün, 17:47
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Bu gün, 17:42
Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
Bu gün, 17:39
"Mənə hesabımın türklər tərəfindən bağlanacağı xəbəri gəldi"
Bu gün, 17:35
Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası
Bu gün, 17:27
Yayımçıların əksəriyyəti hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib - MTRŞ
Bu gün, 17:25
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Bu gün, 17:15
Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Bu gün, 17:13
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" - Ombudsman
Bu gün, 17:04
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:02
Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ
Bu gün, 16:59
Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub - MN
Bu gün, 16:56
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib
Bu gün, 16:49
Bərdə rayonunda qanvermə aksiyası keçirilib
Bu gün, 16:47
KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb
Bu gün, 16:44
Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, - Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu
Bu gün, 16:42
"1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" - DYP
Bu gün, 16:41
Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, 313 nəfər vəfat edib
Bu gün, 16:39
Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 7 nəfər vəfat edib
Bu gün, 16:37
İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb
Bu gün, 16:36
Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq
Bu gün, 16:29
Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır - MN
Bu gün, 16:25
Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb
Bu gün, 16:24
"Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" - Mehriban Əliyeva
Bu gün, 16:14
Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi
Bu gün, 16:11
"Orxan Məmmədov pulumu öz cibindən vermişdi" - Cavid Hüseynov
Bu gün, 16:09
MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi
Bu gün, 16:07
Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib
Bu gün, 16:05
Mülki əhali arasında itki yoxdur - XİN
Bu gün, 16:03
Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir - Rusiya XİN
Bu gün, 16:01
"Artıq ər-arvadıq"
Bu gün, 15:59
"Mənim təsərrüfatıma su verilmir..." - GİLEY
Bu gün, 15:57
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
Bu gün, 15:56
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Bu gün, 15:51
Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: - “Övladlarımızdan xəbər ala bilmirik”
Bu gün, 15:48
Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir - FOTO
Bu gün, 15:42
“Rahat”ın sahibi rahatsızdır - Ödəniş terminalı BORCLARI ÖDƏMİR
Bu gün, 15:41
"BARIŞMAYACAĞIQ!!!" - Prezident İlham Əliyev
Bu gün, 15:38
“Qudurğan bir aktrisanın xalqa elə söz deməsi yolverilməzdir”
Bu gün, 15:36
Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi
Bu gün, 15:32
YAP-dan Tovuzdakı olaylara REAKSİYA
Bu gün, 15:30
Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib
Bu gün, 15:28
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Bu gün, 15:26
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Bu gün, 15:25
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Bu gün, 15:23
COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu - GƏLİŞMƏ
Bu gün, 13:23
“Ermənistanın təxribatı üçüncü ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür” - Nazir
Bu gün, 13:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru