DİN-in gənc zabitləri xidmətə başladı .....                     Rəhim Qazıyev saxlanıldı .....                     “Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb .....                     Ermənistanın sərhəddəki təxribatı .....                     Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb .....                     Pənah Əliyev indi də MİDA-da mənzil satır .....                     "Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ .....                     Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub .....                     COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib .....                     Bərdə rayonunda qanvermə aksiyası keçirilib .....                     KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb .....                     Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, .....                     "1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" .....                     Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, .....                     İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb .....                     Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır .....                     Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb .....                     "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" .....                     Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     "Orxan Məmmədov pulumu öz cibindən vermişdi" .....                     MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi .....                     Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib .....                     Mülki əhali arasında itki yoxdur .....                     Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir .....                     "Mənim təsərrüfatıma su verilmir..." .....                     Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı .....                     Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: .....                     Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir .....                     “Rahat”ın sahibi rahatsızdır .....                     "BARIŞMAYACAĞIQ!!!" .....                     Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi .....                     YAP-dan Tovuzdakı olaylara .....                     Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib .....                     Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub .....                 

Kurslar və tədris mərkəzləri baş nazirə müraciət etdi – TAM MƏTN
Tarix: 4-06-2020, 18:16 | Çap et
Kurslar və tədris mərkəzləri baş nazirə müraciət etdi
Azərbaycanda korrnavirusdan ən çox əziyyət çəkən sektorlardan biri - təhsil-təlim sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri fəaliyyətlərinin bərpa olunması ilə bağlı hökumətə və digər aidiyyatı qurumlara müraciət ünvanlayıb.

FED.az-a göndərilən və bu sektoru təmsil edən 20 sahibkar və şirkət tərəfindən imzalanan müraciət baş nazir Əli Əsədovla yanaşı, Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədova da ünvanlanıb.
Müraciətdə koronavirus və onun gətirdiyi məhdudlaşma səbəbinndən bu sahədə çalışan sahibkarların və müəllimlərin böyük zərərlə üzləşdiyi qeyd edilir. Təlim-tədris sektorunun nümayəndələri vəziyyəti düzəltmək üçün kursların fəaliyyətinin qismən də olsa bərpa olunmasına, eləcə də sahibkarlar tərəfindən milli və beynəlxalq imtahanların keçirilməsinə icazə verilməsini xahiş edilir.

Müraciətdə deyilir:

Hörmətli cənab Baş Nazir!

Məlum olduğu kimi, bütün dünyada kütləvi yayılmış yeni növ koronavirus (COVID-19) pandemiyası ölkəmizə də təsirsiz ötüşmür. Ölkə rəhbərliyi tərəfindən vaxtında yenicə yayılmağa başlayan prosesə çevik reaksiya verilməsi, qabaqlayıcı tədbirlərlə bağlı qərarların zamanında və kifayət qədər olması baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynadı. Müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsində güclü iradə nümayiş etdirdiyi üçün ölkə rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.

Bu reallıqdır ki, pandemiya milli iqtisadiyyatlara əhəmiyyətli dərəcədə zərər vurmaqda davam edir və bu zərərin təsiri təbii olaraq, dünya iqtisadiyyatının bir parçası olan ölkəmizdən də yan keçmir. Dövlət tərəfindən həyata keçirilən geniş karantin tədbirləri çərçivəsində qeyri-neft sektorunun əsas aparıcı qüvvəsi olan xidmət və ticarət sektorlarının üzləşdikləri məhdudiyyətlər, təhsil-təlim sektorunun fəaliyyətinə də mənfi təsir göstərib və təəssüf ki, göstərməkdə davam edir. Belə ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qəbul etdiyi bir sıra qərarlar təhsil-təlim sahəsində kommersiya hüquqi şəxs yaratmaqla və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməklə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin məhdudlaşmasına və daha sonra tamamilə dayanmasına səbəb oldu. Mart ayından etibarən ölkəmizdə tətbiq edilən sosial izolyasiya tədbirlərinə riayət edilərək təlim və tədris onlayn rejimdə aparılmağa çalışılsa da, təhsilalanlar və təlim iştirakçılarının bu tədris üsuluna öyrəşməməsi, texniki imkanlar və s. səbəblərdən bu cür fəaliyyəti effektiv təşkil etmək mümkün olmadı. Nətiəcədə qeyd edilən sahibkarlıq subyektləri iki aydan çox müddətdə faktiki olaraq fəaliyyətsiz qalaraq, ziyana uğradılar. Hazırda ölkədə sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi yumşaldılmış, bir sıra iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilmişdir. Ancaq təəssüf ki, hələ də təhsil-təlim sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti üçün belə bir imkan yaradılmamış, qeyri-müəyyən bir vəziyyət yaranmışdır. Mövcud problemlərin aradan qaldırılması üçün aşağıdakıları nəzərinizə çatdırmaq istərdik.

İlk öncə bildiririk ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərarları arasında bizim üçün qeyri-müəyyən şərh və ziddiyyət mövcuddur.

Birincisi, Operativ Qərargahın 24.04.2020-ci il tarixli qərarına əsasən fərdi tədris və repetitorluq fəaliyyəti bərpa edildi, lakin ümumən həmin fəaliyyətin hansı məhdudiyyətlərlə bərpa edilməsi barədə dəqiq şərh olunmadı, ilk öncə fəaliyyət 10 nəfərdən çox olmayan qruplar ilə bərpa edilməsi bildirilsə də, daha sonra yalnız fərdi şəkildə tədrisə icazə verilməsi barədə məlumat verildi. Ancaq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodik vəsaitində fərdi tədris və repetitorluq fəaliyyətinə aid bölmədə göstərilir ki, qeyd olunmuş qaydalar çərçivəsində qrup şəklində tədris mümkündür. Digər tərəfdən təhsil-təlim sektorunda fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərini, korporativ xidmətlər göstərən təlim şirkətlərini, beynəlxalq əməkdaşlıqlar quran təhsil şirkətlərini “fərdi tədris və repetitorluq fəaliyyəti” adı ilə dar çərçivədə qiymətləndirilməsini və buna uyğun qərarların verilməsini də düzgün hesab etmirik.

İkincisi, Operativ Qərargah tərəfindən təhsil-tədris fəaliyyətinə dair qərarlar Azərbaycan Respublikasının Təhsil Naziliyi və digər icra hakimiyyəti oraqanlarının nəzdində fəaliyyət göstərən təhsil müəssisələrinə aid edilməklə yanaşı Təhsil Nazirliyindən fəaliyyət göstərməsi üçün hər hansı bir xüsusi razılıq (lisenziya) almayaraq, yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçərək təhsil-təlim sektorunda kommersiya fəaliyyət ilə məşğul olan hüquqi və fiziki şəxslərə (fərdi sahibkarlara) də şamil edilir. Əslində isə bu kommersiya hüquqi şəxslər və fərdi sahibkarlar təhsil müəssisələrindən fərqli olaraq dövlət büdcəsindən maliyyələşmir, fəaliyyətlərini öz riski, maliyyə resursları hesabına həyata keçirir və karantin qaydalarından irəli gələn uzunmüddətli məhdudiyyətlərə davam gətirə bilməz. Bu sahədə faəliyyət göstərən sahibkarlıq subyektlərinin yanlış olaraq təhsil müəssisələri kimi qiymətləndirilməsi və təhsil sahəsinə aid qanun və qərarların bu subyektlərə tətbiqi də qeyri-müəyyənlik yaradır.

Üçüncüsü, təhsil və təlim sahəsində fəaliyyət göstərən qeyd etdiyimiz sahibkarlıq subyektlərinin Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və digər subyektlər ilə əmək müqaviləsi əsasında əmək münasibətləri, xidməti müqavilələr əsasında mülki hüquqi münasibətləri və digər hüquqi münasibətləri (icarə, xidmət, büdcə ödənişləri və s.) mövcuddur. Fəaliyyətin bərpa olunmadığına görə qeyd edilən müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməməsi təhlükəsi yaranıb. Bu da, öz növbəsində işçilərin kütləvi şəkildə ixtisarı ilə barəbər, digər öhdəliklərin yerinə yetirilməməsinə və daha sonra bu sahədə bir çox sahibkarlıq subyektlərinin müflis olmasına gətirib çıxardar. Nəticədə dövlətimiz üçün işsizlik, iqtisadi aktivliyin aşağı düşməsi və digər mənfi iqtisadi təsirlərə səbəb ola bilər.

Hörmətli cənab Baş Nazir!

Sizdən yuxarıda qeyd olunanları nəzərə alaraq aşağıdakı təkliflər üzrə dəstək və köməklik göstərməyinizi xahiş edirik:

1. Təhsil və təlim sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə hazırda fəaliyyəti bərpa edilmiş iş və xidmət sahələri kimi fəaliyyətinin bərpa edilməsi üçün icazə verilməsi;

2. Təhsil və təlim xidmətlərinin göstərilməsi üçün ən çoxu 10 nəfərdən ibarət olan qruplar şəklində fəaliyyətin təşkilinə icazə verilməsi;

3. Sahibkarlıq subyektləri tərəfindən təklif edilən milli və beynəlxalq imtahanların keçirilməsinə icazə verilməsi.

Məlumat üçün bildiririk ki, yuxarıda qeyd edilən fəaliyyət növlərini Azəbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən pandemiya dövründə qəbul edilən qanun, qayda, prosedur və təlimatlara (“Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodik vəsait”, “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”) uyğun həyata keçirilməsinin zəruriliyini qəbul edir və riayət edilməsi üçün müvafiq tədbirlər görəcəyimizə sizi əmin edirik.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİN-in gənc zabitləri xidmətə başladı
Bu gün, 18:05
Rəhim Qazıyev saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 17:58
“Azərbaycan Xankəndi və ətrafını bombalamalıdır” – KUZNETSOV
Bu gün, 17:53
Kamil Zeynallı hospitaldan danışdı – “Hər şey yüksək səviyyədədir”
Bu gün, 17:47
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Bu gün, 17:42
Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
Bu gün, 17:39
"Mənə hesabımın türklər tərəfindən bağlanacağı xəbəri gəldi"
Bu gün, 17:35
Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası
Bu gün, 17:27
Yayımçıların əksəriyyəti hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib - MTRŞ
Bu gün, 17:25
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Bu gün, 17:15
Pənah Əliyev indi də MİDA-da mənzil satır – “Qaçqınkom”dakı kimi yox
Bu gün, 17:13
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" - Ombudsman
Bu gün, 17:04
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:02
Sabiq bank sədri “Ata Sığorta”ya VƏZİFƏYƏ GƏTİRİLDİ
Bu gün, 16:59
Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub - MN
Bu gün, 16:56
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib
Bu gün, 16:49
Bərdə rayonunda qanvermə aksiyası keçirilib
Bu gün, 16:47
KTMT-nın Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı təcili iclası təxirə salınıb
Bu gün, 16:44
Erməni fəallar cəbhə xəttində itkilərini açıqladı, - Ermənistan Müdafiə naziri tənqid atəşinə tutuldu
Bu gün, 16:42
"1 898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib" - DYP
Bu gün, 16:41
Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, 313 nəfər vəfat edib
Bu gün, 16:39
Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 7 nəfər vəfat edib
Bu gün, 16:37
İcazələri olmadan Qaxa istirahətə gələnlər barəsində tədbir görülüb
Bu gün, 16:36
Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq
Bu gün, 16:29
Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır - MN
Bu gün, 16:25
Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb
Bu gün, 16:24
"Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq" - Mehriban Əliyeva
Bu gün, 16:14
Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi
Bu gün, 16:11
"Orxan Məmmədov pulumu öz cibindən vermişdi" - Cavid Hüseynov
Bu gün, 16:09
MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi
Bu gün, 16:07
Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib
Bu gün, 16:05
Mülki əhali arasında itki yoxdur - XİN
Bu gün, 16:03
Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir - Rusiya XİN
Bu gün, 16:01
"Artıq ər-arvadıq"
Bu gün, 15:59
"Mənim təsərrüfatıma su verilmir..." - GİLEY
Bu gün, 15:57
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
Bu gün, 15:56
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Bu gün, 15:51
Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: - “Övladlarımızdan xəbər ala bilmirik”
Bu gün, 15:48
Azərbaycan Ordusunun şəhid olan zabiti ilə vida mərasimi keçirilir - FOTO
Bu gün, 15:42
“Rahat”ın sahibi rahatsızdır - Ödəniş terminalı BORCLARI ÖDƏMİR
Bu gün, 15:41
"BARIŞMAYACAĞIQ!!!" - Prezident İlham Əliyev
Bu gün, 15:38
“Qudurğan bir aktrisanın xalqa elə söz deməsi yolverilməzdir”
Bu gün, 15:36
Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi
Bu gün, 15:32
YAP-dan Tovuzdakı olaylara REAKSİYA
Bu gün, 15:30
Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib
Bu gün, 15:28
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Bu gün, 15:26
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Bu gün, 15:25
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Bu gün, 15:23
COVİD-19-un iqtisadiyyata təsiri: Böhrandan çıxış yolu - GƏLİŞMƏ
Bu gün, 13:23
“Ermənistanın təxribatı üçüncü ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür” - Nazir
Bu gün, 13:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru