Biznesi əlindən «İdeal»ın keçmiş sahibinin .....                     Sumqayıtda kişi baldızını bıçaqlayıb .....                     İndi ki Vilyam Hacıyev yoxdur... .....                     "Komissiyanın qarşısında od vurub özümü yandıracam..." .....                     “Hər evdən bir nəfər koronavirusdan həyatını itirə bilər...” .....                     Samir Şərifova yeni səlahiyyət verildi .....                     "Özünü müxalifət adlandıran yazıqların cəfəng yazılar yazması nadanlıq nümunəsidir" .....                     BŞTİ-də Rəşad Tağıyev hökmranlığı... .....                     Gürcüstanın 28 sülhməramlısı koronavirusa yoluxub .....                     “Stresi azaltmaq üçün çimərliklər açılsın” .....                     WTI nefti 39 dollara düşüb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Bakıda karantin postları yenidən qurulub .....                     Prokurorluq Şirvandakı insidentlə bağlı məlumat yaydı .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır .....                     Əli Kərimli hakimiyyətindən ayda 50 min pul alıb... .....                     Kreml və rəsmi İrəvan arasında qırılan körpülər... .....                     Füzuli rayonunda koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir .....                     Saleh Məmmədovun villasının görüntüləri yayıldı .....                     Astarada tam dərəbəylikdir... .....                     Mürgüləyən və yuxu gətirən ATƏT missiyası... .....                     14 saylı Cəzaçəkmə Müəssisəsində KÜTLƏVİ YOLUXMA .....                     Alimlər koronavirusu zərərsizləşdirən antitelləri aşkarladılar .....                     "Nazir, nazir müavinləri bu məsələləri bilib və ona görə də..." .....                     Küsülü nazir müavinlərinin qarşıdurma ocağına çevirdiyi XİN .....                     Azərbaycanın Özbəkistandakı səfirliyində nə baş verir? .....                     Sədərək rayonu beləcə hədəfə gətirilir... .....                     "Biz hələ bilmirik ki, koronavirusdan sağalmış şəxs yenidən yoluxa bilərmi?" .....                     Əmanətçilər iki qurum arasında qalıb: “Maddi və mənəvi ziyanı kim ödəyəcək? .....                     ATƏT-in Qarabağ susqunluğu: Xristian təəssübkeşliyi, yoxsa..? .....                     “Karantin sadəcə kasıblar üçün deyil, hər kəs üçündür” .....                     Rusiya koronavirusla mübarizə üçün Azərbaycana mütəxəssislər göndərəcək .....                     "Ramiz Mehdiyev Heydər Əliyevə də, İlham Əliyevə də, eləcə də xalqa minnətdar olmalıdır ki..." .....                     Zabil Müqabiloğlunun bacısı kömək istəyir .....                     Səhiyyə Nazirliyi ilə TƏBİB arasında maraq toqquşması .....                     Tramp tibbi maskadan istifadə etməməsinin səbəbini açıqlayıb .....                     Ucar sakini "Bandotdel"i öz rayonuna dəvət etdi və... .....                     Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda .....                     Şirvanda yataqxanada qətl törədilib .....                     Koronavirusun insan üçün daha bir təhlükəli fəsadı açıqlandı .....                 

Əhmədzadənin rayonunda narazılıq var... - GİLEY
Tarix: 4-06-2020, 09:19 | Çap et
Əhmədzadənin rayonunda narazılıq var...
Zaqatalanın Aşağı Tala və Muxax kəndlərinin sakinlərinin içməli su problemi var. Sakinlər içməyə sularının olmadığını, məcbur qalıb bulanıq, palçıqlı çay suyu içdiklərini söyləyirlər. Bunun da onların səhhətinə mənfi təsir etdiyini deyirlər.

Məsələ ilk dəfə kənd sakini Elmar Oruc tərəfindən gündəmə gətirilib. Onun çəkdiyi videolardan da görünür ki, 11 min əhalisi olan Muxax kəndində sakinlərinə bulanıq, palçıqlı su verilir.

“Biz indi çaylaq suyu içirik. Yayda çaylaq quruyanda belə bu suya da həsrət qalacağıq”, - deyə kənd sakini bildirir.

Videogörüntü sosial şəbəkədə müzakirəyə səbəb olub. Kənd sakinləri problemlərini işıqlandırmağa başlayıblar.

“Muxaxda su problemi 1985-86 illərdə başlayıb. Yadıma gəlir, hələ o vaxtlar bütün kəndin qocası-cavanı, gəlin-qızları səhənglə, vedrə ilə kəndin yuxarı hissəsində yerləşən Kapur Bənd adlanan yerə su dalınca gedərdilər. Yəni 30 ildən çox keçib, bu problem hələ də həll olunmayıb. Başda icra hakimiyyəti, kənd rəhbərləri o qədər məsuliyyətsiz adamlar olublar ki, heç biri bu problemin həll olunmasını istəməyiblər”, - kənd sakinlərindən biri deyib.

"Çay suyudur, depolanır, oradan da evlərə verilir. Sutəmizləyici filterlər yoxdur. Üzü yaya doğru gedirik. Bu dönəmdə əziyyətimiz birə min artır. Qışda yenə su çirkli də olsa, indikindən çox gəlir", - başqa bir kənd sakini Meydan TV-yə deyib.

Sakinlər indiki dönəmdə suya daha çox ehtiyaclarının olduğunu söyləyirlər:

“Çində yaranıb dünyaya, eləcə də Azərbaycana yayılmış koronavirusa görə həkimlərin, ekspertlərin əlləri tez-tez sabunlamaq lazım olduğunu dedikləri bir dönəmdə suyumuz pis gündədir. Belə bir zamanda isə biz nəinki əl yumağa, heç içməyə də su tapa bilmirik. Aidiyyatı qurumlar bunu nəzərə almalıdırlar".

Adının açıqlanmasını istəməyən kənd sakini Meydan TV-yə deyib ki, görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra “Azərsu” kəndə 350 metrlik su boruları gətirib. Ancaq bu borular kəndin su problemini həll etmək gücündə deyil. Çaylaqdan su çəkmək üçün daha 400 metrlik borular lazımdır:

“Ümumiyyətlə, istərdik ki, kəndə su şəlalədən gətirilsin. Bu, hardasa 6 kilometrlik yolu əhatə edir. Muxaxa su 1974-cü ildə çəkilib. O zaman kəndin 4 min əhalisi var. Hazırda sudan Zəyəm kəndi də istifadə edir. İki kəndin bir yerdə 12300 əhalisi var”.

Adının açıqlanmasını istəməyən kəndlinin sözlərinə görə, problem ictimailəşəndən sonra builki seçkilərdə 110 saylı Zaqatala Seçki Dairəsindən namizədliyini vermiş Nurlana Cəlil kömək etmək istədiyini deyib və sakinlərin adından Prezident İlham Əliyevə məktub yazıb.

Nurlana Cəlil bu barədə Meydan TV-yə danışmaq istəməyib. Sakinlər deyir ki, həmin məktub yerli icra hakimiyyətinə yönləndirilib.

Yeni seçilmiş deputat Elşən Musayev də məsələ ilə maraqlanıb və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova məktubla müraciət edib. Deputat əlavə boruların gətirilməsinin vacib olduğunu vurğulayıb.

Bundan sonra kənddə yeni su çəkilişi işlərinə başlanılsa da, iş yenidən yarımçıq saxlanılıb.

Zaqatalanın Aşağı Tala kəndinin sakinləri də eyni problemdən əziyyət çəkirlər. Onlarda da içməli su gün ərzində bir neçə saat verilir və əziyyət çəkirlər. Bildirirlər ki, artıq illərdir lilli su içirlər və bu, onların səhhəti üçün zərərlidir:

"Bizim evlərimizə gələn suyu heç kim içməz ki, biz məcburuq. Bir az imkanı olan suyu pulla alır, olmayan da məcburdur bu suyu içsin. Üstəlik, ona razı olanlar belə var. Ancaq indi o suyu da çətinliklə verirlər. Xahiş edirik aidiyyatı qurumlar bizim bu problemimizi həll etsinlər. Göndərdiyimiz məktublara baxıb keçməsinlər".

Zaqatala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, əgər sakinlərin məktubu onlara yönləndirilibsə, mütləq araşdırılacaq:

“Ola bilsin, məktublar bölümündədir. İş çox olduğundan növbə ilə baxılacaq. Ancaq onu deyə bilərik ki, Zaqatalada su təchizatı sahəsində çox iş görülüb. Muxaxda 250 metr uzunluğunda suqəbuledici qurğu inşa edilib. Aşağı Talanın su təchizatı “Azərsu” ASC-nin balansında deyil. Onun balansına keçəndən sonra problemi həll olacaq”.

İcra hakimiyyətindən o da bildirilib ki, kəndlərə gün ərzində içməli su verilir.

Sakinlər isə əksini deyirlər. Bildirirlər ki, gün ərzində, qrafik üzrə müntəzəm su verilmir. Su gəldikdə isə kirli olur və içməyə yararsızdır. Onlar hesab edirlər ki, icra hakimiyyətinin cavabı baş qatmaqdan başqa bir şey deyil.

Məsələ iyunun 5-də deputat E.Musayev tərəfindən Milli Məclisdə hökumət nümayəndələri ilə büdcə müzakirəsi zamanı gündəmə gətirilib.

Redaksiyadan: Zaqatalanın Muxax və Aşağı Tala kəndindəki içməli su problemi ilə bağlı Nurlana Cəlil də özünün "Facebook" səhifəsində məlumat paylaşmışdı. Meydan TV problemlə bağlı ilk dərc etdiyi materialda onun açıq şəkildə paylaşdığı materiallardan da istifadə etmişdi. Ancaq o, paylaşım üçün icazə alınmadığını söyləyərək, həmin materialların silinməsini tələb edib. Hazırki reportajda onun paylaşımından istifadə edilən məqamlar çıxarılıb və yalnız kənd sakinlərinin şikayətləri saxlanılıb.//meydan.tv//





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biznesi əlindən «İdeal»ın keçmiş sahibinin - MƏHKƏMƏSİNDƏ YENİLİK
Bu gün, 09:56
Sumqayıtda kişi baldızını bıçaqlayıb
Bu gün, 09:54
İndi ki Vilyam Hacıyev yoxdur... - Bəs niyə problemlər həll olunmur?!
Bu gün, 09:53
"Komissiyanın qarşısında od vurub özümü yandıracam..." - Zaqatala sakini FƏRYAD ÇƏKİR
Bu gün, 09:44
“Hər evdən bir nəfər koronavirusdan həyatını itirə bilər...” - TƏHLÜKƏ!!!
Bu gün, 09:33
Samir Şərifova yeni səlahiyyət verildi
Bu gün, 09:31
"Özünü müxalifət adlandıran yazıqların cəfəng yazılar yazması nadanlıq nümunəsidir" - Rəsul Quliyev
Bu gün, 09:30
BŞTİ-də Rəşad Tağıyev hökmranlığı... - İTTİHAM
Bu gün, 09:28
Gürcüstanın 28 sülhməramlısı koronavirusa yoluxub
Bu gün, 09:23
“Stresi azaltmaq üçün çimərliklər açılsın” - tanınmış həkimlərdən təklif
Bu gün, 09:22
WTI nefti 39 dollara düşüb
Bu gün, 09:21
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:20
Bakıda karantin postları yenidən qurulub - AÇIQLAMA
Bu gün, 09:19
Prokurorluq Şirvandakı insidentlə bağlı məlumat yaydı - "Şamil Əliyev cinayətin aləti olan bıçağı..."
Bu gün, 09:18
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır - Diqqət!
Bu gün, 09:16
Əli Kərimli hakimiyyətindən ayda 50 min pul alıb... - ŞOK açıqlama
Bu gün, 09:14
Kreml və rəsmi İrəvan arasında qırılan körpülər... - Faydalana biləcəyəkmi?
Bu gün, 09:13
Füzuli rayonunda koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir
Bu gün, 09:11
Saleh Məmmədovun villasının görüntüləri yayıldı - İndi də orda olduğu deyilir...
Bu gün, 09:09
Astarada tam dərəbəylikdir... - NARAZILIQ...
Bu gün, 09:06
Mürgüləyən və yuxu gətirən ATƏT missiyası... - TƏHLİL
Bu gün, 08:56
“Görüşdən sonra içimizdə xeyli inam oyandı ki...”
Bu gün, 08:54
14 saylı Cəzaçəkmə Müəssisəsində KÜTLƏVİ YOLUXMA - 18 məhbusda COVİD-19 əlamətləri var
Bu gün, 08:52
Alimlər koronavirusu zərərsizləşdirən antitelləri aşkarladılar
Bu gün, 08:50
"Nazir, nazir müavinləri bu məsələləri bilib və ona görə də..." - GƏLİŞMƏ
Bu gün, 08:40
"Mən inanmıram ki, Azərbayacanda televiziyaların büdcəsi ancaq reklam gəlirlərindən formalaşır"
Bu gün, 08:37
Küsülü nazir müavinlərinin qarşıdurma ocağına çevirdiyi XİN - yeni iddialar
Bu gün, 08:32
Azərbaycanın Özbəkistandakı səfirliyində nə baş verir? - Məmmədyarovun korrupsiya şəbəkəsinin Daşkənd uzantısı...
Bu gün, 08:22
Sədərək rayonu beləcə hədəfə gətirilir... - YENİ FOTOLAR
Bu gün, 08:20
"Biz hələ bilmirik ki, koronavirusdan sağalmış şəxs yenidən yoluxa bilərmi?" - Rəsmi ETİRAF
Bu gün, 08:15
Əmanətçilər iki qurum arasında qalıb: “Maddi və mənəvi ziyanı kim ödəyəcək? - ekspert danışır
Bu gün, 08:14
ATƏT-in Qarabağ susqunluğu: Xristian təəssübkeşliyi, yoxsa..? - GƏLİŞMƏ
Bu gün, 08:13
“Karantin sadəcə kasıblar üçün deyil, hər kəs üçündür” - Cümşüd Nuriyev
Bu gün, 08:10
Rusiya koronavirusla mübarizə üçün Azərbaycana mütəxəssislər göndərəcək
Bu gün, 08:09
"Mən bəzən hamıya bənzəyən müğənnilərdən yoruluram, amma Elza xanıma maraqla baxıram”
Bu gün, 08:07
"Ramiz Mehdiyev Heydər Əliyevə də, İlham Əliyevə də, eləcə də xalqa minnətdar olmalıdır ki..." - Keçmiş prezident
Bu gün, 08:05
Zabil Müqabiloğlunun bacısı kömək istəyir - Müraciət...
Bu gün, 08:03
Səhiyyə Nazirliyi ilə TƏBİB arasında maraq toqquşması - Nə baş verir?..
Bu gün, 08:01
Tramp tibbi maskadan istifadə etməməsinin səbəbini açıqlayıb
Bu gün, 07:58
Ucar sakini "Bandotdel"i öz rayonuna dəvət etdi və... - İTTİHAM irəli sürdü
Bu gün, 07:55
Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilir
Bu gün, 07:49
Şirvanda yataqxanada qətl törədilib
Bu gün, 07:49
Koronavirusun insan üçün daha bir təhlükəli fəsadı açıqlandı - Diqqət!
Bu gün, 07:47
Canəli Əkbərovun oğlu vəfat edib - FOTO
Bu gün, 07:46
Bu gün dollar neçəyədir?
Bu gün, 07:43
Azərbaycanda bu günədək 544735 koronavirus testi aparılıb
Dünən, 19:41
Azərbaycanda indiyədək 22464 nəfərdə COVID-19 aşkarlanıb, 284 nəfər vəfat edib
Dünən, 19:40
Azərbaycanda bir gündə 548 nəfər COVID-19-a yoluxub, 491 nəfər sağalıb, 10 nəfər vəfat edib
Dünən, 19:38
“Günay Bank”ın sədri dəyişdi – rəhbərlikdə təyinatlar var
Dünən, 19:28
Tanınmış hüquq müdafiəçisindən Abbas Lisaniyə DƏSTƏK - VİDEO
Dünən, 19:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru