Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? .....                     Bu yollarda hərəkət qismən məhdudlaşdırılır .....                     Prezident Administrasiyasındakı BÖYÜK UĞUR... .....                     Sabir Rüstəmxanlıdan İqbal Məmmədovla bağlı ilginc açıqlama: .....                     İmtahan protokollarının və cavab vərəqlərinin emalına iyulun 13-dən başlanılacaq .....                     “Biz mütəxəssislərin də səhvi böyükdür - hərəmiz bir cür məlumat veririk və nəticədə insanlar depressiyaya düşürlər” .....                     DTX əməliyyatı: Nazir vəzifədən gedir? .....                     Biləsuvar sakini doğma qızını zəncirlə bağladı və... .....                     Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir .....                     Nərimanov rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə reydlər davam edir .....                     Göygöldə iaşə müəssisələrində axşam reydi keçirilib, bir neçə şəxs məsuliyyətə cəlb edilib .....                     “Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək” .....                     Elman Rüstəmova ilin sonuna kimi vaxt verildi .....                     COVİD-19 xəstələrinin evdə müalicə edilməsi ilə bağlı qərarın verilməsinə .....                     Siyəzəndə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar .....                     Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı ilə bağlı AÇIQLAMA: .....                     Ukrayna səfiri ikinci dəfə Gürcüstan XİN-ə çağrıldı .....                     Kürdəmirli ailənin həyatı təhlükədə! .....                     Cəsəddən koronavirusa yoluxmaq mümkündür? .....                     İrəvanda inqilab ssenarisi: .....                     Başçı qardaşı narkotiklə tutulan müavini ilə bağlı .....                     Mətbuat yazdı, nazirlik yerindən tərpəndi .....                     Karantin erkən nikahlar üçün “gizli hücrələr” yaradır .....                     ASAN xidmətdə onlayn növbədə yaşanan çətinliklə bağlı RƏSMİ AÇIQLAMA .....                     Gəncədə tender əməliyyatı: .....                     Milli Məclisin keçmiş komitə sədrləri xidməti avtomobillərini təhvil verib .....                     Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 146-ya çatıb .....                     Baş Prokurorluq əsgərimizin ölümü ilə bağlı AÇIQLAMA VERDİ .....                     Azərbaycanda rəis müavini ailəsi ilə birgə .....                     Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü .....                     İctimai fəal İlkin Rüstəmzadənin həyat yoldaşının səs yazısı yayıldı: .....                     Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? .....                     Kliniki Tibbi Mərkəzin reanimatoluqu koronavirusa yoluxub .....                     Kənd Təsərrüfatı Naziliyi iddiaları təkzib edir: .....                     Qobustanın başçı sarıdan bəxti gətirmir... .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     İtaliya Ermənistandan giriş və tranziti qadağan edib .....                     190 manat verildi, bəs 250? .....                     "İqtidar-müxalifət dialoqu alınmasa, dövlət ziyan çəkəcək" .....                     Hərbi Prokurorluqda növbəti .....                 

Pandemiya dövrünün büdcəsi: Ucuz neft hansı risklər yaradır? - deputat danışır
Tarix: 3-06-2020, 17:53 | Çap et
Pandemiya dövrünün büdcəsi: Ucuz neft hansı risklər yaradır?
“2020-ci ilin büdcəsinin icrası ilə bağlı hər hansı bir problem yoxdur”.

Bunu deyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, beş ayın nəticəsi olaraq kifayət qədər profisit var. Nazir bunu yaxşı mənzərə hesab edib. Bildirib ki, valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib:

“Biz tələsmirik. Daha çox gözləmə mövqeyi nümayiş etdiririk. Karantinin müəyyən mənfi iqtisadi təsirləri qaçılmaz idi. Qeyd etmək istərdim ki, operativ məlumatlarımız göstərir ki, büdcənin icrası ilə bağlı hansısa problemlər yoxdur. Büdcədə beş ayın nəticəsi olaraq, kifayət qədər profisit var. Operativ məlumatlara əsasən, bizdə 500 mln. manat profisit yarandığını göstərir”.

Qeyd edək ki, bir qədər əvvəl pandemiya ilə əlaqədar neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi şəraitində büdcədə kəsirin yaranacağı ilə bağlı fikirlər mövcud idi. Bəzi ekspertlər dövlət büdcəsinə yenidən baxılacağını proqnozlaşdırırdılar. İl ərzində ölkə iqtisadiyyatının 6-7 faiz daralması da verilən proqnozlardandır. Belə bir vəziyyətdə maliyyə nazirinin büdcənin icrası ilə bağlı hər hansı problemin olmadığını deməsi sevindirici olsa da, maraq doğurur.

Cebhe.info məsələni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, iqtisadiyyat elmləri namizədi Əli Məsimli ilə müzakirə edib.

- Dövlət büdcəsinə dəyişikliyin edilməsi gözlənilirmi?

- 2019-cu ilin büdcəsinin icrası ilə əlaqədər iclasda bu barədə rəsmən bir söz deyilmədi. Ona görə də dəqiq deyə bilmirəm.

- Ümumiyyətlə, neft qiymətlərinin kəskin düşməsi və pandemiya 2020-ci ilin büdcəsində dəyişiklik edilməsi zərurətini yaradırmı?

- Dünya neft bazarlarında qiymətlərin kəskin surətdə aşağı düşməsi, ümumiyyətlə, neft sektorundan gələn gəlirləri xeyli aşağı salacaq. Təbii ki, koronavirus pandemiyasının yaratdığı problemlər həm iqtisadiyyatımıza, həm də büdcə gəlirlərinə birbaşa və multiplikativ effekt prinsipi üzrə mənfi təsir göstərəcək. O da məlumdur ki, pandemiyanın yaratdığı problemləri yumşaltmaq və ya aradan qaldırmaq üçün dövlət 3,5 milyard manatdan artıq vəsait xərcləməyi nəzərdə tutur. Onun bir hissəsi artıq xərclənməyə başlanıb. Həmin yeni xərclərin xeyli hissəsinin maliyyələşdirmə mənbələri kimi təbii ki, dövlət büdcəsi çıxış edir. Bütün bu xərclərin qarşılanması üçün 2020-ci ilin 1 yanvar tarixinə vahid xəzinə hesabının 2,3 milyard manatdan artıq sərbəst qalığı və bu ilin 5 ayı ərzində büdcəyə proqnozlaşdırıldığından əlavə 500 milyon manatdan artıq vəsaitin daxil olması, Maliyyə Nazirliyinin manevr imkanlarını genişləndirir. 2019-cu ildə 4,2 milyon nəfəri əhatə etməklə, maliyyə tutumu 2,3 milyard manat təşkil edən çox böyük bir sosial paketin reallaşdırılması, eləcə də əhalinin 10 min dollara qədər olan kreditlərə görə kompensasiyanın verilməsinin büdcədə nəzərdə tutulduğundan kənardan heç bir vəsait cəlb etmədən daxili mənbələr hesabına maliyyələşdirə bilməsi 2020-ci ilin büdcəsinin də kənardan vəsait cəlb etmədən daxili mənbələr hesabına icrasına imkan verəcəyi qənaəti yaradıb. Ona görə də iyunun 2-də İqtisadi siyasət komitəsində 2019-cu ilin büdcəsinin icrası müzakirə olunan zaman maliyyə naziri bu ilin büdcəsinin icrasında hələlik ciddi problemlərin olmadığını bildirdi. 2020-ci ilin 6 ayının nəticələri təhlil edildikdən sonra suala yenidən qayıdıb, cavab vermək olar.

-2020-ci ilin büdcəsində neftin bir barelinin qiymətinin 55 dollardan götürülməsi və büdcə gəlirlərinin təxminən yarısını neft gəlirlərinin təşkil etməsi indiki durumda büdcənin icrasında problem yaratmırmı?

-Azərbaycan iqtisadiyyatında neft amilinin rolu böyük olduğundan, dünya neft bazarlarında qiymətlərin dəyişməsi təbii surətdə neft sektorundan gələn gəlirlərə, qiymətdəki həmin dəyişmənin miqyaslarına uyğun səviyyədə təsir edir. Neftin qiyməti kəskin surətdə aşağı düşdükdən sonra hazırda təxminən 40 dollar civarındadır. Təbii ki, neftin qiymətinin aşağı düşməsi büdcəyə birbaşa minimum, dolayısı isə ondan daha çox təsir edəcək. Ona görə dolayısı ilə dedim ki, büdcə gəlirlərinin 56 faizinin neft sahəsindən əldə edilən gəlirlər hesabına formalaşacağı proqnozlaşdırılsa da, bizdə büdcə elə tərtib olunub ki, neft amili ilə bağlı həmin vəsaitin 11,4 milyard manata yaxını və ya 84 faizi Dövlət Neft Fondundan, qalan 2,2 milyard manatı və ya 16 faizi isə Dövlət Neft Şirkətinin və Hasilatın Pay bölgüsü sazişinin iştirakçısı olan xarici şirkətlərin mənfəətindən daxilolmalardır. Neftin qiymətinin neçə dollar olmasında asılı olmayaraq Neft Fondundan transfertlər yerinə yetiriləcək. Dövlət Neft Şirkətininin büdcəyə ödəməsi proqnozlaşdırılan vəsaitin 1 milyard 450 milyon manatlıq hissəsi daha çox daxili bazarla əlaqəli olduğundan, neftin qiymətinin aşağı düşməsinin Dövlət Neft Şirkətinin büdcəyə ödəmələrinə elə bir təsiri olmayacaq. Burada pandemiyanın fəsadlarının nəticəsi olaraq, təcrid dövrünün və iqtisadi fəallığın aşağı düşməsinın təsiri daha çox olacaq. Neftin qiymətinin aşağı düşməsinin əsas təsiri Hasilatın Pay Bölgüsü Sazişinin iştirakçısı olan xarici şirkətlərin mənfəətindən büdcəyə daxil olması proqnozlaşdırılan 730 milyon manatlıq hissəyə olacaq. Həmin itkilər isə büdcənin ümumi gəlirlərinin çox kiçik bir hissəsini, simvolik bir faizini təşkil edə bilər. Deməli, neftin qiymətinin aşağı düşməsinin büdcəyə birbaşa təsiri dolayı təsirlərdən xeyli aşağı olacaq. Pandemiyanın yaratdığı problemlər və onların multiplikativ effektləri təbii ki, büdcəyə bundan xeyli çox təsir edəcək. Amma artıq dediyimiz kimi, 2020-ci ilin 1 yanvar tarixinə vahid xəzinə hesabının 2,3 milyard manatdan artıq sərbəst qalığı və bu ilin 5 ayı ərzində büdcəyə daxil olan proqnozdan çox - əlavə 500 milyon manatdan artıq vəsait gözlənilən itkiləri kompensasiya etməyə yetərlidir. Ona görə də dünya neft bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsinin gəlirlərimizə ciddi təsirindən söhbət gedirsə, bu məsələ dövlət büdcəsinə qismən, Dövlət Neft Fonduna isə xeyli dərəcədə təsir edəcək. Belə ki, 2020-ci ildə neftin qiyməti ortalama 55 dollar proqnozlaşdırılmaqla Dövlət Neft Fonduna 12,4 milyard manata və ya 7,3 milyard dollara yaxın vəsait daxil olması gözlənilirdi. Əgər neftin qiyməti ilin sonunadək indiki kimi 40 dolların altında və ya ətrafında hərəkət edəcəksə, onda Dövlət Neft Fondunun proqnozlaşdırılan gəlirlərini yuvarlaq rəqəmlərlə ifadə etsək, hardasa 2 milyard dollar ətrafında və ondan da çox səviyyədə azalıb, 5 milyard dollar ətrafında ola bilər. Neft bumu mərhələsində isə hər il büdcəyə 15, bəzən 20 milyarda dollar vəsait daxil olurdu. Ona görə də hazırda Dövlət Neft Fondundan transfertlərin büdcə gəlirlərindəki payını Strateji Yol Xəritəsində hədəflənən 15 faiz səviyyəsinə endirmək real görünmür. Amma istər iqtisadiyyat, istərsə də büdcəmizin neft amilindən asılılığının azaldılması və məqbul hədlər çərçıvəsinə salınması istiqamətində fəaliyyət, iqtisadiyyatın liberallaşdırılması hesabına iqtisadi fəallığın artırılması, sahibkarlığın qarşısında duran maneələrin aradan qaldırılması, “kölgə iqtisadiyyatı”nın daraldılması, korrupsiya və monopoliyaya qarşı mübarizənin gücləndirilməsi və s. bu kimi büdcəyə əlavə vəsait mənbələrindən dolğun və səmərəli istifadəyə yönəlik səylərin artırılması çox vacibdir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?
Bu gün, 16:29
Bu yollarda hərəkət qismən məhdudlaşdırılır - Diqqət!
Bu gün, 16:25
Prezident Administrasiyasındakı BÖYÜK UĞUR... - və ya kadrlar hər şeyi həll edir
Bu gün, 16:18
“Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan Əşrəfov
Bu gün, 16:13
Sabir Rüstəmxanlıdan İqbal Məmmədovla bağlı ilginc açıqlama: - "Ona "oliqarx" deyirlər"
Bu gün, 16:11
İmtahan protokollarının və cavab vərəqlərinin emalına iyulun 13-dən başlanılacaq - DİM
Bu gün, 16:08
“Biz mütəxəssislərin də səhvi böyükdür - hərəmiz bir cür məlumat veririk və nəticədə insanlar depressiyaya düşürlər” - Azərbaycanlı həkim
Bu gün, 16:05
DTX əməliyyatı: Nazir vəzifədən gedir? - GƏLİŞMƏ
Bu gün, 16:02
Banka 10 min borcum var — Daha dözə bilmirəm
Bu gün, 15:58
Biləsuvar sakini doğma qızını zəncirlə bağladı və... - Baş Prokurorluq məlumat yaydı
Bu gün, 15:53
Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir
Bu gün, 15:51
Nərimanov rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə reydlər davam edir
Bu gün, 15:48
Göygöldə iaşə müəssisələrində axşam reydi keçirilib, bir neçə şəxs məsuliyyətə cəlb edilib - FOTO
Bu gün, 15:39
“Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək” - MÜJDƏ
Bu gün, 15:35
"Ölkə rəhbərliyinin səylərini boykot edən onlarla məmur…" - Professordan Prezidentə məktub
Bu gün, 15:22
Elman Rüstəmova ilin sonuna kimi vaxt verildi – Mənimsədiyi 1 milyardı qaytarmalıdır
Bu gün, 15:15
COVİD-19 xəstələrinin evdə müalicə edilməsi ilə bağlı qərarın verilməsinə BU AMİLLƏR də təsir göstərir
Bu gün, 15:09
Siyəzəndə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar
Bu gün, 14:59
"Qonşumuz gürcülər kimi virus üzərində qalib gəlməliyik"
Bu gün, 14:54
Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı ilə bağlı AÇIQLAMA: - "İstefa verəcəyim..."
Bu gün, 14:52
Ukrayna səfiri ikinci dəfə Gürcüstan XİN-ə çağrıldı
Bu gün, 14:47
Kürdəmirli ailənin həyatı təhlükədə! - İcra başçısı isə…
Bu gün, 14:40
Cəsəddən koronavirusa yoluxmaq mümkündür? - mütəxəssis rəyi
Bu gün, 14:37
İrəvanda inqilab ssenarisi: - “Bu dəfə qərargah Rusiya səfirliyidir”
Bu gün, 14:35
Başçı qardaşı narkotiklə tutulan müavini ilə bağlı QƏRAR VERDİ
Bu gün, 14:32
Mətbuat yazdı, nazirlik yerindən tərpəndi - Maştağa qəsəbəsindəki tarixi hamamın təmizlənməsinə başlanılıb
Bu gün, 14:29
"İngilis dilindən də anlayışım var" - Röya
Bu gün, 14:26
Karantin erkən nikahlar üçün “gizli hücrələr” yaradır - SOS!
Bu gün, 14:23
ASAN xidmətdə onlayn növbədə yaşanan çətinliklə bağlı RƏSMİ AÇIQLAMA – “Bəzi xidmətlər bəlli limitlədir”
Bu gün, 14:19
Gəncədə tender əməliyyatı: - 32 milyonluq satınalmanı qazanan hansı məmurun şirkətidir?
Bu gün, 14:13
"Ən yaxşısı evdə oturub, ər çörəyi yeməkdir"
Bu gün, 14:09
Milli Məclisin keçmiş komitə sədrləri xidməti avtomobillərini təhvil verib - SİYAHI
Bu gün, 14:07
Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 146-ya çatıb
Bu gün, 14:06
Baş Prokurorluq əsgərimizin ölümü ilə bağlı AÇIQLAMA VERDİ - KİV-ə xəbərdarlıq olundu
Bu gün, 14:05
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu
Bu gün, 13:51
Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü
Bu gün, 13:40
İctimai fəal İlkin Rüstəmzadənin həyat yoldaşının səs yazısı yayıldı: - "Dedi, səni salacam təpiyimin altına" (AUDİO)
Bu gün, 13:38
Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI
Bu gün, 13:35
Kliniki Tibbi Mərkəzin reanimatoluqu koronavirusa yoluxub - FOTO
Bu gün, 13:33
Kənd Təsərrüfatı Naziliyi iddiaları təkzib edir: - İlham Quliyev işdədir
Bu gün, 13:28
Qobustanın başçı sarıdan bəxti gətirmir... - İTTİHAM
Bu gün, 13:20
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 13:16
İtaliya Ermənistandan giriş və tranziti qadağan edib
Bu gün, 13:14
190 manat verildi, bəs 250? - “Əmək haqları kompensasiya edilməli, maddı dəstək göstərilmlidir”
Bu gün, 13:12
"İqtidar-müxalifət dialoqu alınmasa, dövlət ziyan çəkəcək" - Partiya sədri
Bu gün, 13:10
"Ziyalılar bəyənmədikləri müğənniləri başda otuzdurublar”
Bu gün, 13:08
Hərbi Prokurorluqda növbəti TƏYİNAT
Bu gün, 13:06
Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək
Bu gün, 13:05
Qardabanidə koronavirusa ilk yoluxma halları qeydə alınıb
Bu gün, 13:00
"Qaçqınkom"da pozuntular aşkarlanıb, 109,2 min manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib
Bu gün, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru